Məhkəmə qərarları › İş №1(001)-151/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-151/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-151/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı ildə Şabran rayonu, Pirəbədil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Pirəbədil kəndində qeydiyyatda olmaqla, Şabran royonu Qulam Qasımov küçəsində yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan **-ZK-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobillə saatda 10-15 km sürətlə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə "Leyla" şadlıq sarayı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək avtomobilin sağ arxa təkəri ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxsın sol əyağının üzərindən keçərək ona sol hər iki topuğun yerdəyişmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "Kia Optima" markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil yeznəsi X3 mülkiyyətində olsa da lakin avtomobili öz pulu ilə almış, avtomobili 19 iyun 2021-ci il tarixdə baş etibarnamə əsasında idarə etməyə başlamış, avtomobili adına olan "B" kateqoriyalı sürücülük vəsiqəsi və baş etibarnamə əsasında idarə etmiş, avtomobil aldığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin hər-hansı bir texniki nasazlığı olmamış, 18 iyun 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi, tezxniki cəhətdən saz vəziyyətdə olan "Kia Optima" markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə hərəkət edirmiş, həmin vaxt avtomobilin içərisində qohumu X4 olmuş, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, ondan başqa avtomobilin içərisində hər-hansı bir sərnişin olmamış, idarə etdiyi avtomobillə M.Cəlal küçəsi ilə "Leyla" şadlıq sarayı istiqamətində hərəkət edirmiş, hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti bir istiqamətdə olmuş, hərəkət istiqamətində də 3 hərəkət zolağı olmuş, idarə etdiyi avtomobillə yolun hərəkət hissəsində tıxac olduğundan soldan 1ci zolaq ilə təxminən 10-15 km/saat sürətlə hərəkətdə olarkən anidən sağ tərəfimdə olan hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin qarşısından yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan bir nəfər piyada qadın idarə etdiyi avtomobilin sağ tərəfinə dəymiş, zərbənin təsirindən piyada qadın yerə yıxılmış, piyada qadının idarə etdiyim avtomobil istiqamətində gəlməsini görmədiyinə görə hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmiş, avtomobilini saxlamış, qohumu Hüseyin avtomobildən aşağı düşərək həmin qadına yaxınlaşmış, avtomobilimin yolun ortasında qalması tıxac yaratdığından avtomobilini qarşıya hərəkət etdirib yolun sağ ehtiyyat hissəsində saxlayıb hadisənin baş verdiyi yerə yaxınlaşmış, həmin vaxt ə qohumu Hüseyn, həmçinin ətrafda olan şəxslər həmin qadına köməklik edərək yolun sağ ehtiyyat hissəsinə aparmış, həmin qadın əvvəllər tanımadığı və görmədiyi qadın olmuş, həmin qadının bədən səthində gözlə görünən hər-hansı bir xəsarət və ya xəsarət izi olmamış, qadına onu xəstəxanaya aparmaq istəməsini demiş, qadın isə heç bir yerində xəsarəti olmadığından xəstəxanaya getmək istəmədiyini bildirmiş, həmin vaxt qadının yanında olan tanımadığı şəxslər də qadının heç bir xəsarətinin olmadığını və getməyimi bildirmiş, buna baxmayaraq maşınını irəlidən geri döndərib hadisə yerinə gəlmiş, hadisə yerinə çatanda qadın orada olmadığını görmüş, orada olan şəxslərdən qadının hara getdiyini soruşduqda həmin şəxslər qadın çıxıb getdiyini demiş, həmin vaxtı Binəqədi RPİ-nin təhqiqat şöbəsindən İlkin adlı polis əməkdaşı şəxs zəng edib onu Binəqədi rayon polis idarəsinə çağırmış, həmin idarəyə gələrək hadisə barədə izahat vermiş, polis idarəsində kimində DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bilmiş, daha sonra maraqlandıqda həmin qadın tramatologiyaya daxil olduğunu bilmiş, bunun üçün də həmin xəstəxanaya getmiş, xəstəxanada olarkən həmin qadının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 95 saylı Mənzil Kominal İstismat Sahəsində süpürgəçi işləmiş, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində işdən çıxaraq evə getmək məqsədi ilə piyada hərəkət edib Binəqədi rayonu 9-cu mkr., Mirzəlal küçəsinə gəlmiş, bu zaman mən yolu keçməyə başlamış, hərəkət edən avtomobillər yol verdiyi üçün yolu sağdan sola keçməyə başlamış, bu zaman **-ZK-*** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtomobil yol verməyərək hərəkətin davam etdirmiş, bu zaman onun sağ qabaq qapısı ona toxunmuş və bu zaman avtomobilin arxa sağ təkəri onun sol əyağının üzərindən keçmiş, həmin vaxt yerə yıxılmış, onun vuran avtomobildən qabaq sərnişin oturacaqda oturan gənc kişi cinsli şəxs düşərək ona yaxınlaşmış, həmçinin avtomobilin sürücsü də avtomobili irəlidə saxlayaraq ona yaxınlaşmış, onlar ona köməklik edərək onu yolun kənarına çəkmiş, onu vuran şəxs özünü X1 təqdim etmiş və xəstəxanaya aparmaqı bildirmiş, həmin vaxt əyağında heç bir ağrı hiss etmədiyindən Təqsirləndirilən şəxs heç bir şey olmadığını deyib getməsini istəmiş, bunun üçün də İsmət getmiş, lakin sonradan ayağında ağrı hiss etdiyi üçün təcili yardım çağırılmış və təcili yardımla Tramatologiya xəstəxanasına getmiş, xəstəxanada olarkən İsmət də gəlmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş daha sonra bu barədə natarial qaydada təsdiq edilmiş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi 06 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmışdır. İş üzrə icraat xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2022-ci il tarixdə təzələnmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ittiham elan edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə hadisə yerinin müayinə protokolundan görünür ki, baş vermiş hadisə Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr., Mirzəlal küçəsində sağdan sola üçüncü hərəkət zolağında asfalt yolda baş vermişdir. Yol asfalt örtüklüdür, hamardır, ümumi asfalt quru haldadır, yolda qazıntı, dağıntı, çala-cuxur yoxdur, yol 3 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarını ağ qırıq xətlər ayırır. Hadisə sağdan sola üçüncü hərəkət zolağında baş vermişdir. Hərəkət zolağının ümumi eni 10 metr, hər bir hərəkət zolağının eni isə 3 metrdir. Sonuncu və axırıcı hərəkət zolağının üzərində olan sarı xət 5. Sm-dir. Hadisə yerinə baxış keçirilərkən tormoz və ya digər izlər aşkar olunmamışdır. Hadisə yerində piyada keçidi yoxdur. Hərəkət surəti 60 km\ saat surətindədir. Piyada dayandığı daş səkinin üzərindən sağ hərəkət hissəsindən sakit qaçışla vurulduğu yerə qədər 7 metr məsafə qət etmişdir. Piyada vurulduqdan sonra üçüncü hərəkət hissəsinin üzərində düşüb qalmışdır. Sürücünün dediyinə görə hadisə zamanı avtomobilini 10-15 km saat surətundə hərəkət etdirən zaman qabaq sağ qapısına qadının toxunduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı hadisə yerinin müşahidə komerasından götürülmüş vidiogörüntüdən müəyyən edilmişdir ki, baş vermiş hadisə Bakı şəhəri, Binəqədi rayonu 9cu mkr., Mirzəlal küçəsində sağdan sola üçüncü hərəkət zolağında asfalt yolda baş vermiş, Təqsirləndirilən şəxs idarə etdiyi **-ZK-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobillə hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs yolu sağdan sola keçməyə başlamış və həmin vaxtı hərəkətdə olan "Kia Optima" markalı avtomobil sonuncunun əyağının üzərindən keçmiş, bu zaman Zərərçəkmiş şəxs asfalt yola yıxılmış, "Kia Optima" markalı avtomobildən sərnişin tərəfdən bir nəfər şəxs düşərək qadını ordakı şəxslərlə köməkləşib yolun sol kənarına aparmış, "Kia Optima" markalı avtomobil isə irəli sürərək yolun sağ ehtiyyat hissəsində avtomomobili saxlayaraq avtomobildən düşüb hadisə yerinə yaxınlaşmışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1293 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sol hər iki topuğun yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün "X11" PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 14:40-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2192 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Kia Optima markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş üzrə xx.xx.2022-ci il tarixli sərxoşluğun müayinə aktlarından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş üzrə AF322303 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı **-ZK-*** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtomobili baş etibarnamə əsasında idarə etmişdir. Həmçinin iş üzrə **-ZK-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobil maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə baş vermiş hadisənin qeydə alındığı 01 ədəd SD disk üzərində hadisənin izləri saxlandığından maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadəsi, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin (yeni redaksiya) qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut "Kia Optima" markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən (zərərçəkmiş şəxslə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut "Kia Optima" markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (yüz əlli altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar