Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-151/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə,
1. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə,
2. xx.xx.1997-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə,
3. xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs3 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni əvvəlcədən təyin etdikləri mağazada quraşdırılmış ödəmə terminalının xəzinəsində olan pul vəsaitini süni surətdə artırılmaqla kifayət qədər pul vəsaitinin olmasına əmin olduqdan sonra həmin ödəmə terminalını özünün və Təqsirləndirilən şəxs2 tərəfindən talanaraq sonradan Təqsirləndirilən şəxs3 olduğu yerə aparıb həmin terminalı sökməklə pul vəsaitini ələ keçirərək aralarında bölüşdürmək barədə razılığa gəldikdən sonra idarə etdiyi “VAZ- 21014” markalı avtomobillə Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərova küçəsində yerləşən “Al market”in qarşısına gələrək həmin mağazanın plastik qapısının şüşəsini ağır çəkiclə sındırmaq yolu ilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 2.100 manat olan və xəzinəsində 25.594 manat pul olan “SAGA” poymet ödəmə terminalını götürərək “VAZ-21014” markalı avtomobilin yük hissəsinə qoyub həmin yerdən uzaqlaşmaq istəyən zaman həmin vaxt orada olan Şahid2 tərəfindən idarə olunan “RENO Megani” markalı **-RK-*** nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətlərinə mane olunduqdan sonra saxlanılacaqlarını anlayaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobili tərk edib hadisə yerindən uzaqlaşaraq dəyəri 2.100 manat olan “SAGA” poymet ödəmə terminalını və həmin terminalın xəzinəsində olan 25.594 manat pul vəsaitini, ümumilikdə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 27.694 (iyirmi yeddi min altı yüz doxsan dörd) manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir.
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni əvvəlcədən təyin etdikləri mağazada quraşdırılmış ödəmə terminalının xəzinəsində olan pul vəsaitini süni surətdə artırılmaqla kifayət qədər pul vəsaitinin olmasına əmin olduqdan sonra həmin ödəmə terminalını özünün və Təqsirləndirilən şəxs1 tərəfindən talanaraq sonradan Təqsirləndirilən şəxs3 olduğu yerə aparıb həmin terminalı sökməklə pul vəsaitini ələ keçirərək aralarında bölüşdürmək barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21014” markalı avtomobillə onunla birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərova küçəsində yerləşən “Al market”in qarşısına gələrək həmin mağazanın plastik qapısının şüşəsini ağır çəkiclə sındırmaq yolu ilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 2.100 manat olan və xəzinəsində 25.594 manat pul olan “SAGA” poymet ödəmə terminalını götürərək “VAZ-21014” markalı avtomobilin yük hissəsinə qoyub həmin yerdən uzaqlaşmaq istəyən zaman həmin vaxt orada olan Şahid2 tərəfindən idarə olunan “RENO Megani” markalı **-RK-*** nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətlərinə mane olunduqdan sonra saxlanılacaqlarını anlayaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobili tərk edib hadisə yerindən uzaqlaşaraq dəyəri 2.100 manat olan “SAGA” poymet ödəmə terminalını və həmin terminalın xəzinəsində olan 25.594 manat pul vəsaitini, ümumilikdə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 27.694 (iyirmi yeddi min altı yüz doxsan dörd) manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir.
3. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o qabaqcadan əlbir olaraq bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni əvvəlcədən təyin etdikləri mağazada quraşdırılmış ödəmə terminalının xəzinəsində olan pul vəsaitini süni surətdə artırılmaqla kifayət qədər pul vəsaitinin olmasına əmin olduqdan sonra həmin ödəmə terminalını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən talanaraq sonradan onun olduğu yerə aparıb həmin terminalı sökməklə pul vəsaitini ələ keçirərək aralarında bölüşdürmək barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21014” markalı avtomobillə Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərova küçəsində yerləşən “Al market”in qarşısına gələrək həmin mağazanın plastik qapısının şüşəsini ağır çəkiclə sındırmaq yolu ilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 2.100 manat olan və xəzinəsində 25.594 manat pul olan “SAGA” poymet ödəmə terminalını götürərək “VAZ-21014” markalı avtomobilin yük hissəsinə qoyub həmin yerdən uzaqlaşmaq istəyən zaman həmin vaxt orada olan Şahid2 tərəfindən idarə olunan “RENO Megani” markalı **-RK-*** nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətlərinə mane olunduqdan sonra saxlanılacaqlarını anlayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə avtomobili tərk edib hadisə yerindən uzaqlaşaraq dəyəri 2.100 manat olan “SAGA” poymet ödəmə terminalını və həmin terminalın xəzinəsində olan 25.594 manat pul vəsaitini, ümumilikdə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 27.694 (iyirmi yeddi min altı yüz doxsan dörd) manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı Rəsul onlarla birlikdə olmamış, hadisəni o, Şamxalla birlikdə törətmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şamxalla Rəsulun evindən keçirilmiş yığıncaq zamanı tanış olmuşdur. Oğurluq əməlini törətmək barədə fikirlərlindən Rəsulun xəbəri olmamışdır. O, hadisənin 2 və ya 3 iyul tarixində törədildiyini xatırlayır. O, hadisəndən bir gün əvvəl Şamxalla görüşmüş, həmin vaxt Rəsul orada olmamışdır. Onlar oğuluq əməlini gecə saat 4-5 radələrində törətməklə bağlı qərara gəlmiş, məqsədləri terminalın pulla dolu olması olmuşdur. Onlar Rəsuldan borca pul götürmüş və o, pulları terminala yerləşdirmişdir. Bununla bağlı o, 3 saat vaxt sərf etmişdir. O, pulu eyni vaxtda yükləmiş, gedib-gəlib yükləmiş, dükanda işləyən şəxsə yaxınlıqda qaldığını demişdir. O, hadisəni törətdiyi yerə Şamxalla birlikdə saat 5-ə işləmiş getmişdir. Onlar Rəsuldan pul alarkən o, pulun özünə lazım olduğunu demişdir. Onlar oğurluğa onun maşını ilə getmiş, maşını o, idarə etmişdir. Onlar Balaxanı qəsəbəsindən Binəqədi rayonuna “4 yol” adlanan yerə gəlmiş, o, yaşayış kompleksinin yaxınlığında avtomobili saxlayıb, nömrəsini dəyişmişdir. Həmin vaxt market bağlı olmuş, heç kim olmamışdır. Şamxal avtomobildən düşüb, şüşəni sındırmış, o, da arxasınca getmiş, terminalı götürüb, maşına qoymuşlar. Onlar avtomobil minib gedərkən başqa bir avtomobildə olan şəxsin onları güddüyünü görmüş, o, avtomobili hərəkətə gətirdikdə həmin maşının işıqları yanmışdır. O, həmin avtomobildə olan şəxsi tanımamış, polis əməkdaşı olduğunu düşünmüşdür. Həmin avtomobil onun avtomobilinə toxunmuş, o, avtomobili bir qədər sürmüş, qaçacaq yer olmadığını gördükdə Şamxalla maşından düşüb qaçmışdır. Həmin vaxt oğurladıqları terminal da maşında qalmışdır. Onlar qaçdıqdan sonra 3-4 saat məhəllələrin içində dayanmış, saat 10-11 radələrində polis əməkdaşları onları saxlamışdır. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onlar tərəfdən terminala vurulmuş ziyan ödənilmişdir. Onlar terminalı avtomobilə qoyduqdan sonra yük yerinin qapısı açıq qalmış, həmin terminalı söküb içindəki pulları götürməyi planlaşdırmışlar. O, əvvəllər Şamxalla birlikdə oğurluq əməli törətməmişdir. O, Şamxalla tanış olduqdan 2 gün sonra sonuncu onun bağ evinə qonaq gəlmiş, oğurluq törətməyi həmin zaman qərarlaşdırmışlar. Ödəmə terminalını yerləşdirdiyi 5000 manatı ona Rəsul vermişdir. O, Rəsuldan pulu borc kimi almış, sonuncu oğurluqdan xəbərsiz olmuşdur. O, 2 iyul 2024-cü il tarixdə Rəsulla görüşməmişdir. Oğurluq etməyi ona Rəsul təklif etməmişdir. O, oğurluq etməyi Şamxalla birlikdə qərarlaşdırmışdır. Şamxal bacısının xəstə olduğunu, pula ehtiyacı olduğunu demişdir. İstintaq zamanı verdiyi ifadəsində bəzi hallar səhv yazılmışdır. O, pulu öz kartına yükləmiş, Şamxal da yanında olmuş, Rəsul yanlarında olmamışdır. Onlar terminalı götürdükdən sonra o, avtomobillə təxminən 100-150 metr məsafə getmiş, sonra maşından düşüb qaçmışlar. Onlar terminalı avtomobilə qoyarkən izləndiklərini görmüşdür. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü il dekabrın 28-də şəhərdən çıxmış, iyunun 31-nə kimi rayonda olmuşdur. O, Kamili Bakı şəhərinə qayıtdıqdan sonra tanımışdır. O, Rəsulla danışıb evinə qonaq getmiş, məqsədi 5000-6000 manat borc pul almaq olmuşdur. Lakin Rəsul həmin pulu uzun müddətli borc kimi verə bilməmişdir. O, Rəsulun evində Kamillə tanış olmuş, sonuncu onu Balaxanıda yerləşən evinə qonaq dəvət etmişdir. O, Rəsulla sonuncunun evində yeyib-içib söhbət etmiş, sonuncuya bacısının və anasının xəstə olduğunu demişdir. O, anasının və bacısının əməliyyat olunmalı olduğunu demişdir. Həm də maşının kredit borcu olduğunu demişdir. Həmin vaxt oğurluq etmək qərarına gəlmişlər. Onlar 2 iyul 2024-cü il tarixdə Rəsuldan pul götürmüş, Kamil marketdə olan terminalda 2-3 saat ərzində həmin pulu öz bank kartına yerləşdirmişdir. Bundan sonra Kamil pulu çıxardıb Rəsula qaytarmış, lakin pulu çıxardan əlavə faiz çıxdığı üçün Rəsula borclu qalmışlar. O, telefonunu, sənədlərini, Rəsulun maşınında qoymuş, səhər götürəcəyini demişdir. Bundan sonra Kamilin qaldığı kəndə gedib, maska, pal-paltar götürmüşlər. Gecə saat 04 radələrində marketin qarşısına gəlmişlər və maşından düşüb marketin şüşəsini qırmışıdır. Kamil də ona kömək etmiş və ödəmə terminalını götürüb, maşının yük yerinə qoymuşlar. Həmin vaxt kənarda durmuş “Opel” markalı avtomobildə olan şəxs onları görmüş, onlar hərəkətə başlayanda həmin şəxs də avtomobillə yaxınlaşmış, onların olduğu avtomobilə dəymişdir. Onlar avtomobillə bir qədər gedib dalana dirənmiş, avtomobildən düşüb qaçmışlar. O, səhər bilmişdir ki, Rəsulu və Kamili polis əməkdaşları saxlamışdır. O, Binəqədi rayonunda yerləşən qəbiristanlığda gizlənmişdir. O, Rəsulun tutula biləcəyini düşünməmişdir. Rəsul onların oğurluq törədəciklərindən məlumatlı ola bilərdi, lakin onlarla bu əməli törətməmişdir. O, oğurladıqları terminalı açdıqdan sonra Rəsulun yanına getməyi düşünməmişdir. Saat 12- 13 radələrində o, Rəsuldan telefonunu götürüb rayona qayıtmaq sonuncunun evinə gəlmiş, Rəsulun anasına telefonunu gətirməsini demişdir. Rəsulun anası Rəsulla danışdığını evə gəldiyini dedikdən 3 dəqiqə sonra polis əməkdaşları gəlib, onu polis bölməsinə aparmışlar. Polis bölməsinə girdikdə telefonunun orada olduğunu görmüşdür. Həmin vaxt bilmişdir ki, Rəsulu polis əməkdaşları saxlamışlar. Orada ona polis əməkdaşları suallar vermiş, o, məcbur qalıb ifadəyə imza çəkmişdir. Onu o, həddə çatdırmışlar ki, o, canına qəsd etmək istəmiş, başını 5 dəfə divara vurmuş, başına xəstəxanada 14 tikiş qoyulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Rəsuldan borca 5000 manat pul götürmüşlər. Kamilə oğurluq etmək fikrini o, irəli sürmüşdür. O, Rəsulu əsgərlik vaxtından tanımışdır. Kamillə onu Rəsul tanış etmişdir. O, Kamili hadisədən 3 gün əvvəl tanımış, sonuncunun nömrəsi onun telefonunda olmamışdır. Rəsulla Kamilin nə vaxtdan tanış olduqlarını o, bilməmişdir. O, əvvəllər onları bir yerdə görməmişdir. O, 2020-ci ildə tutulmuş, 2024-cü ildə azadlığa çıxıb Bakı şəhərinə gəlmişdir. Oğurluğa gedərkən maşını Kamil sürmüşdür. Onlar terminalı oğurladıqdan sonra Masazır yoluna çıxmağı, orada açmağı planlamışlar. O, pulu Kamillə aralarında bölməyi düşünmüşdür. Onlar Rəsuldan aldıqları pulu həmin gün kartdan çıxarıb qaytarmışlar. Rəsul onların haradan oğurluq edəcəklərini bilməsə də, belə bir niyyətlərinin olduğundan xəbərdar olmuşdur. Onlar hadisə yerində olan maşını oğurladıqları terminalı Kamilin maşınına qoyarkən görmüşlər. 5000 manat Rəsuldan Kamil götürmüş, nə adla aldığını o, bilməmişdir. Pulu terminala yerləşdirdikdən sonra bank kartından çıxarmış və Rəsulla danışıb, gəlib götürməsini demişlər. Rəsulun yaşadığı ərazidə yerləşən marketdən termimalı oğurlamağı Kamil təklif etmişdir. Onlar terminalı maşının yük yerinə qoyarkən kənarda durmuş maşın işlək olmuş, lakin o, həmin maşında adam olduğunu görməmiş, amma bilmişdir. Həmin şəxs terminalı avtomobilə qoyduqlarını görmüşdür. Onlar hərəkətə başladıqda həmin şəxsin avtomobilin onların avtomobilinə dəymiş, onlar hadisə yerindən uzaqlaşmış, bir qədər getdikdən sonra dalan dirənmiş, avtomobildən düşüb qaçmışlar. Kamil həyəcanlandığı üçün yolu səhv getmişdir. Onlar Rəsuldan 5000 manat pulu borc kimi almışlar. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu cinayətdə heç bir təqsiri yoxdur, ona təzyiq göstərilmişdir. O, 2021-ci ildə Şamxalla birlikdə cinayət əməlini törətsə də cəzasını çəkib azadlığa çıxmışdır. Kamil ondan bir saatlıq borc pul istəmiş, 7000 manat borcu olduğunu, 5000 manat pulu karta qoyub ona qaytaracağını demişdir. O, taksi sürücüsü işlədiyinə görə pulu verdikdən sonra müştəri dalınca getmişdir. Təxminən 3-4 saat sonra Kamil ona 4750 manat pul qaytarmış, qalan hissəsini də səhər qaytaracağını demişdir. Onun oğurluqdan xəbəri olmamışdır. Onun bu işdə heç bir təqsiri yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, aprel döyüşlərində iştirak etmişdir. Bundan əvvəl Kamil ondan təxminən 20, 30, 50 manat məbləğində borc pul almışdır. Kamil ondan pulu kredit borcunu ödəmək məqsədilə götürmüşdür. Həmin pulu verərkən yanlarında heç kim olmamışdır. Kamillə Şamxalı o, tanış etmişdir. Onun oğurluqdan əvvəldən xəbəri olsaydı, buna icazə verməzdi. Çünki yaşadığı ərazidə oğurluq olduqda polislər əvvəl ondan şübhələnir. 03 iyul 2024-cü il tarixdə səhər saatlarında o, avtomobilin mühərrikini qızdırarkən polis əməkdaşı ona yaxınlaşıb, yol nəqliyyat hadisəsi törətdiyini, bölməyə çağırıldığını demiş və polis bölməsinə aparılmışdır. Şamxal hadisədən əvvəl telefonunu və pul qabını onun maşınında qoymuşdur. Telefonun enerjisi qurtardığı üçün Şamxal telefonu onun avtomobilində enerji yığmaq üçün qoymuşdur. Pul qabı isə Şamxal Bakı şəhərinə gəldiyi vaxtdan onun maşınında olmuşdur. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə iyul ayında olmuş, ona zəng edib, ödəmə terminalının oğurlandığını bildirmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, terminalla bağlı fəaliyyət 2018-ci ildən başlamış, ödəmə terminalı vasitəsilə vəsaitlərin yığımını təşkil etmişlər. O, fiziki şəxs kimi kommersiya fəaliyyəti ilə məşğul olmuş, "xxxx" MMC ilə müqavilə bağlamış, ödəmə terminalı ona məxsus olmuşdur. Həmin terminalı elektron qaimə əsasında almışdır. Terminalın içərisinə yığılan pulları şirkətə çatdırmışlar. Şirkət onlara proqram təminatını vermiş, inkassasiya ödənişi onun üzərinə düşmüşdür. Ona müstəntiq zəng edib terminalın aparıldığını, lakin tapıldığını demişdir. Terminal oğurlandıqdan sonra yararsız vəziyyətə düşmüşdür. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Terminalı oğurlamış şəxslər içərisində olan pulları ələ keçirə bilməmişlər. Bir qayda olaraq terminaldakı ödənişlərin 0.2 faizi ona çatmışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səhər uşağını idmana aparanda maşınında nömrə olmadığını görmüş, dərhal polisə məlumat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımamışdır. O, **-RP-*** dövlət nişanlı “Kia Rio” markalı maşını idarə etmişdir. O, Binəqədi rayonu, Gülüstan küçəsində yaşayır. Sonradan polis əməkdaşları zəng edib, nömrənin tapıldığını, polis idarəsinə yaxınlaşmasını demişlər. O, nömrənin kim tərəfindən oğurlandığını maraqlanmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gecə saat 4-ə qalmış evə gedərkən marketin qarşısında maşın olduğunu, maşına nə isə qoyulduğunu görmüşdür. Amma maşına nə qoyulduğunu görməmişdir. O, avtomobillə hərəkət edib həmin maşının qarşısına keçdikdə onun avtomobilini vurub qaçmışlar. O, həmin avtomobili təqib edib, arxasınca getmiş, həmin avtomobildə olan şəxslər düşüb qaçmışlar. O, hadisə barədə polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları həmin yerə gəlmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxslərin heç birini əvvəllər tanımamışdır. O, hadisə vaxtı işdən evə getmiş, həmin yol həmişə getdiyi yol olmuşdur. O, marketin sahibi tanımamış, həmin marketdən mütəmadi alış-veriş etməmişdir. O, marketin yanında olarkən hərəkətdə olmuş, 2 nəfər şəxsi görmüşdür. O, həmin şəxslərini üzünü görməmiş, hava qaranlıq olmuş, marketin qarşısında işıq olmuş, onun maşının da işığı yanmışdır. O, idarə etdiyi avtomobilin həmin maşının önünə sürmüş, məqsədi nə baş verdiyini öyrənmək olmuşdur. O, oğurluq hadisəsi olduğundan şübhələnmiş, avtomobilin sürətini azaldıb baxmaq istəyəndə onun maşınını vurub qaçmışlar. O, avtomobillə hərəkəti davam etdirib həmin şəxsləri təqib etmişdir. Həmin avtomobilə dalana dirənmiş, maşında olan şəxslər düşüb qaçmışlar. O, maşını təqib edərkən məqsədi həmin şəxsləri saxlamaq olmamış, avtomobilini vurub qaçdıqlarına görə onları izləmişdir. Avtomobilin işığı düşəndə o, ödəmə terminalı olduğunu görmüşdür. Həmin şəxslər qaçdıqdan sonra o, polisə məlumat vermiş, özü də həmin yerdə dayanıb, polis əməkdaşlarının gəlməsini gözləmişdir. O, hadisəni törədən şəxsləri görərkən hərəkətdə olmuş, avtomobilinin sürətini azaltmışdır. O, həmin şəxslərin mağazanın içərisindən deyil, qarşısından nə isə götürdüyünü görmüşdür. O, həmin şəxsləri görəndə aralarında 50-70 metr məsafə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən heç birini tanımamışdır. Ona hadisə barədə məlumat veriləndə o, evdə olmuşdur. O, marketə gəldikdə artıq polislər orda olmuşdur. Həmin kamera görüntüləri açılmış, o, iki nəfər şəxsin tutulduğunu bilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən marketdən heç nə oğurlanmamış, ancaq ödəmə terminalı götürülmüşdür. Təqsirləndirilən şəxslər qapının şüşəsini sındırıb içəri girmişlər. O, hadisə baş verən vaxtda marketin müdiri vəzifəsində işləmişdir. Məhkəmə baxışı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, “Vaz-21014” markalı avtomobil ona məxsus olmuşdur. Həmin maşından istifadə etməklə cinayət törədilmişdir. Polis əməkdaşları ona məlumat verdikdən sonra, o, polis bölməsinə gedib avtomobili götürmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili müqavilə əsasında icarəyə vermişdir. Təqsirləndirilən şəxs avtomobili 28 ay müddətinə aylıq 200 manat ödəmiş etmək şərti ilə, taksi kimi istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs avtomobili aprel ayında götürmüş, 1 ay ödəniş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində “Vaz-21014” markalı, ön hissəsində **-PR-*** dövlət qeydiyyat nişanı olan ağ rəngli avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində 01 ədəd “Saga” markalı ******* nömrəli ödəmə terminalı, 01 ədəd çəkic, arxa oturacağın üzərində iki ədəd **-NQ-*** dövlət qeydiyyat nişanı, ön hissədə saxlanc yerində bir ədəd “Tecno Spark” markalı mobil telefon, “5239 1517 1998 7458” nömrəli bank kartı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Saga” markalı ******* nömrəli ödəmə terminalına baxış keçirilmiş, terminalın içərisində 25 594 (iyirmi beş min beş yüz doxsan dörd) manat pul vəsaiti olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Saga” markalı ******* nömrəli ödəmə terminalının bazar qiyməti 2100 (iki min yüz) manat təşkil edir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 iyul 2024-cü il tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 iyul 2024-cü il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 03 iyul 2024-cü il tarixdə saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin məcəllənin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi oğurluq əməlinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi oğurluq əməlinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-496/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-494/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-495/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Tecno Spark 20” markalı, “Tecno KJ 6” modelli, **********76706, **********76714 İMEİ kodlu, içərisində ***-***-**-** saylı nömrə olan mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrədən xx.xx.2024-cü il tarixdə saat 13:16-da Təqsirləndirilən şəxs3 adına olan ***-***- **-** nömrəsinə zəng edilərək 3 saniyə danışıq olmuş, həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonda olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 08:11-də zəng edilmiş və aralarında danışıq aparılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, hadisənin görünütülərini özündə əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, monitorun sol yuxarı küncündə tarix, saat dəqiqə və saniyəsi qeyd olunaraq görüntüsü açıq şəkildə görünən yəni 04.11.33 saniyədə ağ rəngli dövlət nömrə nişanı görünməyən “VAZ- 21014” markalı avtomobil “Al market”in qarşısında dayanır, 04.11.45 saniyədə avtomobildə sağ sərnişin oturacağı tərəfdən qapı açıldığı zaman bir nəfər yəni Təqsirləndirilən şəxs2 əynində göy şalvar və sarı gödəkcə ilə, əlində ağır çəkiclə yerə düşərək iti addımlarda marketin qarşısına yaxınlaşaraq qapının şüşəsini iki zərbə ilə sındırır və sükan arxasında əyləşən qara rəngli şalvar və köynək geyinən Təqsirləndirilən şəxs1 də iti addımlarla 04.11.50-də avtomobildən düşərək hər ikisi 04.11.55-də marketə daxil olur. 9 saniyədən sonra yəni 04.12.09-da hər ikisi marketdən əllərində göy rəngli ödəmə terminalı ilə bir yerdə çıxıb avtomobilin yük hissəsi açıq vəziyyətdə olan yük hissəsinə qoyaraq 04.12.33-də avtomobildə irəliyə doğru hərəkətə başlayan an arxadan tünd rəngli yəni Şahid2 idarə etdiyi “Reno Megani” markalı **-RK-*** nömrə nişanlı avtomobil yolun sol istiqamətində hərəkətdə olan “VAZ-21014” markalı avtomobillə 04.12.40 saniyədə toqquşur və “VAZ 21014” markalı avtomobil sürətlə hərəkət edərək hadisə yerindən uzaqlaşır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)-405/2023 nömrəli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-359/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 (gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 18 gün hissəsi dəyişdirilərək 10 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edimiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-885/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 5 (beş) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1696/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Saga” markalı ******* nömrəli ödəmə terminalının və həmin terminaldan çıxarılmış 170 (yüz yetmiş) ədəd 100 (yüz) manatlıq, 162 (yüz altmış iki) ədəd 50 (əlli) manatlıq, 6 (altı) ədəd 20 (iyirmi) manatlıq, 33 (otuz üç) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 24 (iyirmi dörd) ədəd 1 (bir) manatlıq, ümumilikdə 25594 (iyirmi beş min beş yüz doxsan dörd) manat pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmiş, 01 ədəd ağır çəkic və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Tecno Spark 20” markalı, “Tecno KJ 6” modelli, **********76706, **********76714 İMEİ kodlu, içərisində 055-610-9047 mobil nömrə olan mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, “Vaz-21014” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə təhvil verilmiş, “Kapital banka” məxsus Təqsirləndirilən şəxs1 aid “5239 1517 1998 7458” nömrəli bank kartı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, hadisənin görüntülərini özündə əks etdirən disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdə görünür ki, 01 ədəd “Saga” markalı ******* nömrəli ödəmə terminalının və həmin terminaldan çıxarılmış 170 (yüz yetmiş) ədəd 100 (yüz) manatlıq, 162 (yüz altmış iki) ədəd 50 (əlli) manatlıq, 6 (altı) ədəd 20 (iyirmi) manatlıq, 33 (otuz üç) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 24 (iyirmi dörd) ədəd 1 (bir) manatlıq, ümumilikdə 25.594 (iyirmi beş min beş yüz doxsan dörd) manat pul vəsaitinin saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Vaz-21014” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid5 tərəfindən təhvil alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs3 əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni əvvəlcədən təyin etdikləri mağazada quraşdırılmış ödəmə terminalının xəzinəsində olan pul vəsaitini süni surətdə artırılmaqla kifayət qədər pul vəsaitinin olmasına əmin olduqdan sonra həmin ödəmə terminalını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən talanaraq sonradan onun olduğu yerə aparıb həmin terminalı sökməklə pul vəsaitini ələ keçirərək aralarında bölüşdürmək barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21014” markalı avtomobillə Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərova küçəsində yerləşən “Al market”in qarşısına gələrək həmin mağazanın plastik qapısının şüşəsini ağır çəkiclə sındırmaq yolu ilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 2.100 manat olan və xəzinəsində 25.594 manat pul olan “SAGA” poymet ödəmə terminalını götürərək “VAZ-21014” markalı avtomobilin yük hissəsinə qoyub həmin yerdən uzaqlaşmaq istəyən zaman həmin vaxt orada olan Şahid2 tərəfindən idarə olunan “RENO Megani” markalı **-RK-*** nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətlərinə mane olunduqdan sonra saxlanılacaqlarını anlayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə avtomobili tərk edib hadisə yerindən uzaqlaşaraq dəyəri 2.100 manat olan “SAGA” poymet ödəmə terminalını və həmin terminalın xəzinəsində olan 25.594 manat pul vəsaitini, ümumilikdə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 27.694 (iyirmi yeddi min altı yüz doxsan dörd) manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Belə ki, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində, 28-ci maddəsinin İ və İİ hissələrində, 60-cı maddəsinin İ hissəsində, 63-cü maddəsində, 67-ci maddəsində, 71-ci maddəsinin İ və İİ hissələrində, 127-ci maddəsinin Vİİ və İX hissələrində hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılması, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması və s. nəzərdə tutulmuşdur. Qeyd olunan prinsiplərin təmin edilməsi və şəxsin törətdiyi cinayətə görə məsuliyyətinin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malikdir. CM-in 1.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. CM-in 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33.2-ci maddəsinə əsasən cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-in 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-in 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Nəzərə alınmalıdır ki, bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilən qərarda göstərilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamla onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında oğurluq cinayət əməlini törətməsi qənaətinə gəlinsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 cinayətin digər iştirakçılarına-icraçılarına bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməsi, yəni cinayət tərkibinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrası zamanı (tam və ya qismən) hər hansı rola malik olması müəyyən edilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 qeyd edilmiş cinayət əməlinin törədilməsində icarçı kimi iştirak etməsini təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs3 əməlinin CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə tövsif edilməsi əsassızdır. Məhkəmə istintaqı zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlala müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu müəyyənləşdirmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməyi planlaşdırdıqları cinayət əməli barədə məlumat aldıqdan sonra yaşadığı ünvanın yaxınlığında yerləşən, əvvəlcədən təyin etdikləri mağazada quraşdırılmış ödəmə terminalının xəzinəsində olan pul vəsaitini süni surətdə artırılması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5000 manat pul vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərova küçəsində yerləşən “Al market”in qarşısına gələrək həmin mağazanın plastik qapısının şüşəsini ağır çəkiclə sındırmaq yolu ilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 2.100 manat olan və xəzinəsində 25.594 manat pul olan “SAGA” peymet ödəmə terminalını götürərək “VAZ-21014” markalı avtomobilin yük hissəsinə qoyub həmin yerdən uzaqlaşmaq istəyən zaman həmin vaxt orada olan Şahid2 tərəfindən idarə olunan “RENO Megani” markalı **-RK-*** nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətlərinə mane olunduqdan sonra saxlanılacaqlarını anlayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə avtomobili tərk edib hadisə yerindən uzaqlaşaraq dəyəri 2.100 manat olan “SAGA” poymet ödəmə terminalını və həmin terminalın xəzinəsində olan 25.594 manat pul vəsaitini, ümumilikdə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 27.694 (iyirmi yeddi min altı yüz doxsan dörd) manat məbləğində əmlakı gizli olaraq talamaqla oğurluğa cəhd etmə cinayət əməlinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs3 əməlinin CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrinə tövsif edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X4 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrinə tövsif edilməli və o, CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələri ilə törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək, törədilmiş oğurluq cinayəti ilə bağlı heç bir təqsiri olmamasına dair ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)-405/2023 nömrəli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-359/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 18 gün hissəsi dəyişdirilərək 10 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yügülləndirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-496/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 03 iyul 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-885/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 5 (beş) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs2 hazırda baxılan cinayət işi üzrə CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 03 iyul 2024cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-495/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 03 iyul 2024cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 1696/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs3 hazırda baxılan cinayət işi üzrə CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 03 iyul 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 hazırda baxılan cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini cəzasının çəkilməmiş hissəsi ərzində, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yügülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1696/2023 nömrəli qərarı ilə çəkilməmiş qalan 01 il 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1696/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-72/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 01 il 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli, həmin cəzanın çəkilməmiş 01 il 03 ay 12 günü hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-494/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 03 iyul 2024cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Saga” markalı ******* nömrəli ödəmə terminalının və həmin terminaldan çıxarılmış 170 (yüz yetmiş) ədəd 100 (yüz) manatlıq, 162 (yüz altmış iki) ədəd 50 (əlli manatlıq, 6 (altı) ədəd 20 (iyirmi) manatlıq, 33 (otuz üç) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 24 (iyirmi dörd) ədəd 1 (bir) manatlıq, ümumilikdə 25 594 (iyirmi beş mi beş yüz doxsan dörd) manat pul vəsaitinin, “Vaz-21014” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, 01 ədəd ağır çəkic və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Tecno Spark 20” markalı, “Tecno KJ 6” modelli, **********76706, **********76714 İMEİ kodlu, içərisində 055-610-9047 mobil nömrə olan mobil telefon, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş “Kapital banka” məxsus Təqsirləndirilən şəxs1 aid “5239 1517 1998 7458” nömrəli bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı, iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onların hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 29,177.2.1, 32.5, 29,177.2.3 və 32.5, 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1696/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-233/2021 nömrəli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-233/2021 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün günü hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Saga” markalı ******* nömrəli ödəmə terminalının və həmin terminaldan çıxarılmış 170 (yüz yetmiş) ədəd 100 (yüz) manatlıq, 162 (yüz altmış iki) ədəd 50 (əlli manatlıq, 6 (altı) ədəd 20 (iyirmi) manatlıq, 33 (otuz üç) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 24 (iyirmi dörd) ədəd 1 (bir) manatlıq, ümumilikdə 25 594 (iyirmi beş mi beş yüz doxsan dörd) manat pul vəsaitinin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-21014” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, 01 ədəd ağır çəkic və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Tecno Spark 20” markalı, “Tecno KJ 6” modelli, **********76706, **********76714 İMEİ kodlu, içərisində 055- 610-9047 mobil nömrə olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumuna qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş “Kapital banka” məxsus Təqsirləndirilən şəxs1 aid “5239 1517 1998 7458” nömrəli bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumuna qaytarılsın. İş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev