Məhkəmə qərarları › İş №1(001)-152/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-152/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-152/2022 30.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X12 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1981-ci ildə Lerik şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxx 1995-ci ildə Cəlilabad şəhərində doğulmuş, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanda pasport qeydiyyatında olan və faktiki həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə xəbər vermək məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 121C saylı yaşayış binasinin 15-ci mərtəbəsində yerləşən 123 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, o isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs5 məxsus ümumi dəyəri 400 manat təşkil edən “Vista” və “Boff” markalı 02 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 400 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə xəbər vermək məqsədi ilə 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 16 saylı yaşayış binasinin 5-ci mərtəbəsində yerləşən 116 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, o isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 180 manat təşkil edən 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 180 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə xəbər vermək məqsədi ilə 30 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mirkorayon, Mir Cəlal küçəsi 121C saylı yaşayış binasinin 2-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, o isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 250 manat təşkil edən “Start” markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 250 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə xəbər vermək məqsədi ilə 04 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsi, Məsuddavudoğlu küçəsi 51 ünvanında yerləşən fərdi yaşayış evinin həyət darvazasının qarşısında pusquda dayanmış, o, isə kilidi açıq həyət darvazasından qanunsuz həyətə daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus dəyəri 250 manat təşkil edən “Adiidas” markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 250 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə xəbər vermək məqsədi ilə 05 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsi, Ə.Ağayev küçəsi 124 saylı yaşayış binasının qarşısındakı bir mərtəbəli “Mini Market” marketinin qarşısından sonuncuya məxsus dəyəri 300 manat təşkil edən “Trinx” markalı 01 ədəd velosipedi və həmin velosipedin cibliyində içərisində dəyəri 03 manat təşkil edən, 01 ədəd +**********05 GSM nömrəsi, dəyəri 150 manat təşkil edən “Samsung” markalı, “J5” modelli 01 ədəd mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 453 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü olmaqla cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı maneə barədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə o, 28 sentyabr 2021-ci il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 121C saylı yaşayış binasinin 15-ci mərtəbəsində yerləşən 123 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs5 məxsus ümumi dəyəri 400 manat təşkil edən “Vista” və “Boff” markalı 02 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 400 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü olmaqla cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı mane barədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə o, 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 16 saylı yaşayış binasinin 5-ci mərtəbəsində yerləşən 116 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 180 manat təşkil edən 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 180 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü olaraq cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı mane barədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə o, 30 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mirkorayon, Mir Cəlal küçəsi 121C saylı yaşayış binasinin 2-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilin giriş qapısı yaxınlığında pusquda dayanmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə həmin mənzilin giriş qapısının qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 250 manat təşkil edən “Start” markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 250 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş aralarında olan cinayətkar razılığa görə qrup üzvü olarq cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı mane barədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə o, 04 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsi, Məsuddavudoğlu küçəsi 51 ünvanında yerləşən fərdi yaşayış evinin həyət darvazasının qarşısında pusquda dayanmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə kilidi açıq həyət darvazasından qanunsuz həyətə daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus dəyəri 250 manat təşkil edən “Adiidas” markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 250 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa görə qrup üzvü olarq cinayətin törədilməsinin qarşısını ala biləcək hər hansı mane barədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə o, 05 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsi, Ə.Ağayev küçəsi 124 saylı yaşayış binasının qarşısındakı bir mərtəbəli “Mini Market” marketinin qarşısından sonuncuya məxsus dəyəri 300 manat təşkil edən “Trinx” markalı 01 ədəd velosipedi və həmin velosipedin cibliyində içərisində dəyəri 03 manat təşkil edən, 01 ədəd +**********05 GSM nömrəsi, dəyəri 150 manat təşkil edən “Samsung” markalı, “J5” modelli 01 ədəd mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 453 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 Əlioabas oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2007-ci ildə həyat yoldaşı ilə baş vermiş ailə münaqişəsi zamanı sonuncuya xəsarət yetirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə, 2019-cü ildə isə oğurluq etdiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını PX-in 3 saylı İxtisaslaşdırılmış CÇM-də çəkmişdir. 05 avqust 2021-ci il tarixdə azadlığa çıxmışdır. Çıxandan sonra da Bakıda mütəlif ünvanlarda kirayədə yaşamışdır. O, 3 saylıda Təqsirləndirilən şəxs2la bir yerdə cəza çəkmişdir. Azadlığa çıxandan sonra Heydərlə Bakıda görüşüb, münasibət saxlamışdır. Oturub söhbət edərkən qərara gəlmişlər ki, ehtiyacdan gedib haradansa oğurluq etsinlər. Binəqədi rayonu ərazisində ancaq velisoped oğurlamaq istəmişlər. Odur ki, 04 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Varovski kimi tanıdığı ərazidə Heydərlə küçələrdə gəzən zaman münasib yerdə velisoped olsa oğurlayıb aparıb satmaq niyyətinə gəlmişlər. Həmin ərazidə bir neçə həyətə baxmışlar lakin, qapıları bağlı olmuşdur. O, həyət evlərindən birinin qapısı açıq vəziyyətə olduğunu görüb həyətə baxmış, həyətdə bir ədəd velisoped dayanmışdır. Heyderə demişdir ki, “sən küçədə gözlə gələn olsa mənə xəbər et”. Kimsə gəldiyi təqdirdə Heydər ona xəbər edəcək, o da başqa həyətlərə keçərək qaçacaqdı. Odur ki, o, həyətə girmişdir. İki mərtəbəli evin pilləkanlarına söykənmiş vəziyyətdə “Adiidas” markalı velisopedi götürüb küçəyə çıxaraq sürüb ordan uzaqlaşmışdır. Razılığa əsasən “Qaçqın bazarı” deyilən yerdə görüşməli olmuşlar. Heydər onun ardınca ora gəlmişdir. Həmin yerə yaxın yerdə avtomobil yuma məntəqəsinə gedib orada işləyən tanımadığı şəxsə velisopedi 50 manta satmışlar. O, həmin şəxsə demişdir ki, rayona getməlidir, velosipedi də qoymağa yer yoxdur, ona görə satır. Həmin şəxs də ona inanıb 50 manata velisopedi ondan almışdır. Həmin pulu ikisi birlikdə şəxsi ehtiyacları üçün xərcləyib, istifadə etmişlər. 07 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları onları birlikdə velisopedi oğurladıqları əraziyə yaxın yerdə saxlayıb PB-yə gətirmişlər. Oğurladıqları velosipedin sahibi Zərərçəkmiş şəxs1 qaytarıldığını və zərərçəkmiş şəxsin heç bir şikayəti olmadığını bildirmişdir. Digər epizodlar üzrə isə özünü təqsirli bilmədiyini, tutulduqdan sonra psixoloji təzyiq altında qalan 4 epizod üzrə oğurluq əməlləri törətdiyini öz üzərinə götürməyə məcbur olduğunu bildirmişdir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu ildə Cəliabad rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını PX-in 3 sayı İxtisaslaşdırılmış CÇM-də çəkmişdir. Orada Təqsirləndirilən şəxs1lə tanış oluşdur. O, 2020-ci ilin iyun ayının 24-də, İqbal isə 05 avqust 2021-ci il tarixdə azadlığa çıxmışdır. İqablla 20 Yanvarda təsadüfən rastlaşmışdır. Ondan sonra bir yerdə qalmışlar. Maddi çətinlikdən və ehtiyacdan qərarlaşmışlar ki, oğurluq edib dolansınlar. Odur ki, Binəqədi rayonu ərazisində velisoped oğurlamaq istəmişlər. 04 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Varovski kimi tanıdığı M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Heydərlə küçələri gəzən zaman münasib yerdə velisoped olsa oğurlayıb aparıb satmaq qərarına gəlmişlər. Həmin ərazidə bir neçə həyətə baxmışlar, lakin həmin həyətlərin qapıları bağlı olmuşdur. O, həyət evlərindən birinin qapısı açıq vəziyyətə olduğunu görüb həyətə baxmış, həyət sakitlik olmuşdur. Həyətdə bir ədəd velisoped dayanmışdır. İqbal ona demişdir ki, “sən küçədə gözlə gələn olsa mənə xəbər et”, İqbal isə girib velisopedi götürməli olmuşdur. İqbal həyətə girmiş, o isə küçədə İqbalı gözləmişdir. İqbal bir azdan velosipedlə sonradan bildiyi “Adiidas” markalı velisoped sürüb ordan bir az uzaqlaşmışdır. Razılığa əsasən “Qaçqın bazarı” deyilən yerdə görüşməli olmuşlar. O, İqbalın ardı ilə piyada gətmişdir. Həmin yerə yaxın yerdə avtomobil yuma məntəqəsinə gedib orada işləyən tanımadıqları şəxsə velisopedi 50 manta satmışlar. İqbal həmin şəxsə demişdir ki, rayona getməlidir, buna görə də velisopedi satırlar. Həmin şəxs də onlara inanıb 50 manata velisopedi onlardan almışdır. Həmin pulu ikisi birlikdə şəxsi ehtiyacları üçün xərcləyib, istifadə etmişlər. 07 oktyabr 2021ci il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları onları birlikdə velisopedi oğurladıqları əraziyə yaxın yerdə saxlayıb PB-yə gətirmişlər. Oğurladıqları velosipedin sahibi Zərərçəkmiş şəxs1 qaytarıldığını və zərərçəkmiş şəxsin heç bir şikayəti olmadığını bildirmişdir. Digər epizodlar üzrə isə özünü təqsirli bilmədiyini, tutulduqdan sonra psixoloji təzyiq altında qalan 4 epizod üzrə oğurluq əməlləri törətdiyini öz üzərinə götürməyə məcbur olduğunu bildirmişdir. Əməlindən səmimi peşman olduğunu və anasının ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında keçirdiyi cərrahi əməliyyatla bağlı iştirak edə bilməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan edilmişdir. O ifadəsində bildirmişdir ki, həyat yoldaşı X4 Nazirliyinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət etmişdir. 2020-ci ildə 44 günlük 2-ci X7 rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onların iki azyaşlı 9 və 6 yaşında oğlanları olmuşdur. 2021-ci ilin iyun ayında böyük oğlu Elcan üçün 250 manat “Adidas” markalı velisoped almışdır. Adətən velisopedi fərdi yaşayış evlərinin həyətində saxlamışlar. 04 oktyabr 2021-ci il tarixdə o, şəxsi işi ilə əlaqədar evdən çıxmışdır. Uşaqlar da dərsdə olmuşlar. Həyət qapısı isə ancaq gecələr arxadan bağlanmış, gündüzlər açıq olmuşdur. Saat 17 radələrində evə gələndə görmüşdür ki, velisoped saxladıqları yerdə olmuşdur. O, DİN-in 102 Xidməti Zəng Mərkəzinə yığıb məlumat vermişdir. Bundan sonra Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin velisopedi o, 2021-ci ilin iyun ayında 250 manata böyük oğlu Elcan üçün almışdır. Velisopedin oğurlanması nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini (velosipedin qaytarıldığını), təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, onlara cəza təyin edilən zaman bu halın nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 iştirak etməmiş lakin məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizə ilə istintaqda verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı onun ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə oğlu Raulun ad gününə hədiyyə olaraq 380 manata qara rəngli “Start” markalı 26 ölçülü velisoped almışdır. Yaşadıqları bina yeni tikili olduğundan yaşayışın birinci mərtəbəsində yaşamışlar. Velisopedi də ümumi dəhlizdə saxlamışdır. 30 sentyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində 11 yaşlı oğlu Raulun velisopedi naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bununla bağlı o, əvvəlcə DİN-in 102 Xidməri-Zəng Mərkəzinə məlumat vermiş, Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğlu üçün aldığı velisopedin oğurlanması ilə əlaqədar ona 380 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 iştirak etməmiş və məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsi elan edilmişdir. O ifadəsində bildirmişdir ki, oğlu Rəsul xx xxx 2010-cu il təvəllüdlüdür. Rəsulun ad günündə 2020-ci ilin may ayında oğluna Rəsula 700 manata “Trinx” markalı velisoped almışdır. Həmin vaxtdan da Rəsul velisopedi istifadə etmişdir. Evdə ailəyə aid olan “Samsunq” J5 markalı telefon olmuşdur. ***-***-**-** nömrə qoymuşlar. Telefonun qiyməti 150 manat olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində oğlu çörək almaq üçün həyətdə olan marketə velisopedi ilə getmişdir. Marketin qarşısında velisopedi saxlayıb marketə girəndə telefonunun da velisopeddə olan xüsusi cibliyə qoymuşdur. Həmin vaxt naməlum şəxs Rəsulun velisopedini oğurlamışdır. Telefonda velisopeddə olduğundan telefon da oğurlanmışdır. Ona bu barədə evdən məlumat verildikdən sonra əvvəlcə DİN-in 102 Xidməti-Zəng Mərkəzinə yığıb məlumat vermişdir. Bundan sonra Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, velisopedi oğluna 27 may 2020-ci ildə ad günündə 700 manata almışdır. Velisopedi sosial şəbəkədə olan “Tap.az” saytındən almışdır, velisoped bildiyi qədərilə Çin Xalq Respublikasının istehsalı olub, ümümi fonu qara rəngli, bir qədər də yaşıl rəng işləmələri var olmuşdur. Oğluna məxsus “Trinx” markalı velisopedin hazırki qiyməti təxminən 300 manat olmaqla, 26 ölçülü olmuşdur. “Samsunq” J5 markalı telefonun qiyməti isə 150 manat təşkil etmişdir. Odur ki, ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, yaşadıqları 16 mərtəbəli binanın mənzil 5-ci mərtəbədə yerləşmişdir. Mənzildə şərait olmadığından iki il bundan əvvəl oğlu üçün 250 manata aldığı velisopedi 5-ci mərtəbədə ümumi dəhlizdə saxlamışdır. 29 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində 5 yaşlı oğlu Yunisin velisopedi naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bununla bağlı o, əvvəlcə DİN-in 102 Xidməti-Zəng Mərkəzinə yığıb məlumat vermişdir. Bundan sonra Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğlu Yunis üçün aldığı velisopedin markası olmamışdır. Velisoped qara, narıncı rənglərin qarışığı olmamışdır. Oğlu üçün aldığı velisopedin oğurlanması ilə əlaqədar 180 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2021-ci ilin yay aylarında 7 yaşlı oğlu Adil üçün 200 manata “Boff” markalı, özü üçün 400 manata “Vista” markalı Çin Xalq Respublikasının istehsalı olan velisoped almışdır. Adil üçün aldığı velisoped qırmızı, özü üçün aldığım isə yaşıl rəngli olmuşdur. Yaşadıqları mənzildə şərait olmadığından velisopedləri binanın 15-ci mərtəbəsində ümumi dəhlizdə saxlamışdır. 28 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində dəhlizə çıxdıqda velisopedlərin yerində olmadığını görmüş və bilmişdir ki, velisopedlər naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bununla bağlı o, əvvəlcə DİN-in 102 Xidməti-Zəng Mərkəzinə yığıb məlumat vermişdir. Bundan sonra Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, özü üçün aldığı “Vista” markalı velisopedin hazırkı qiyməti 250 manat, oğluna məxsus “Boff” markalı velisopedin isə hazırkı dəyəri 150 manat qiymətləndirmişdir. Ona görə də cəmində ona 400 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayətinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində tanınmış Şahid1 yaşı və səhhəti ilə əlaqədar məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyi nəzərə alınmış və onun ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, o, təhsilini 215 nömrəli tam orta məktəbdə almışdır. Atası keçən il ad günündə, yəni 27 may 2020-ci il tarixdə ona hədiyyə olaraq 700 manata “Trinx” markalı velisoped almışdı. Boş vaxtlarında həmin velisopedi istifadə etmişdir. Yaşadığı evdə ailəyə aid olan “Samsunq” J5 markalı telefon da mövcud olmuşdur və həmmin mobil telefonun içərisinə ***-***-**-** nömrə qoymuşlar. Telefonun qiyməti 150 manat olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində o, çörək almaq üçün həyətdə olan adsız marketə velisoped ilə getmişdir. Marketin qarşısında velisopedi saxlayıb marketə daxil olmuşdur. Telefonu da velisopeddə olan xüsusi cibliyə qoymuşdur. Marketdən çıxanda velisopedi saxladığı yerdə görməmişdir. Telefonda velisopeddə olduğundan telefon da oğurlanmışdır. Bu barədə evdən atasına məlumat vermişdir. O da DİN-in 102 Xidməti-Zəng Mərkəzinə və Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat təxminən 15.30 radələrində özlərini İqbal və Heydər kimi təqdim edən, əvvəllər tanımadığı şəxslər «Adiidas» markalı, 24 ölçülü 01 ədəd velosipedi 3 ay əvvəl 260 manata aldıqlarını, rayona gedəcəklərini üçün ona 100 manat satmağı təklif etmişlər, həmin şəxslər velosipedin onlara aid olduğuna inandırmaq üçün İqbal adlı şəxs özünün şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, məhz bundan sonra o, həmin velosiped qarşılıqlı anlaşma əsasında 50 manata əldə etmişdir. Həmin vaxt velosipedin oğurlanmış əşya olduğu bilməmişdir. Məhkəmə iclasına əlavə şahid qismində dəvət edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-da komendant vəzifəsində çalışır və həmin binada ailəsi ilə birlikdə yaşayır. Binanın sakinləri olan Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 DİN 102 xidmətinə şikayət edərək oğurluq hadisəsi olması ilə bağlı məlumat vermişdirlər. Həmin hadisədən sonra oğurluq hadisəsi olmadığını bildirmişdir. Həmin binanın müşahidə kamerasının mövcud olduğunu və oğurluq hadisəsinin qeydə alındığını bildirmişdir. Vətəndaşların şikayəti əsasında polis əməkdaşlarının hadisə yerinə gəldiyini və kamera görüntülərinə baxış keçirdiklərini bildirmişdir. Məhkəməyə 30 sentyabr 2021-ci il tarixə aid video görüntüləri 01 ədəd diskdə təqdim etmişdir. Həmçinin həmin video görüntülərə baxış keçirilən zaman iki nəfər şəxsin qarajdan keçərək bir neçə dəqiqədən sonra 2 ədəd velosipedi sürərək çıxdıqları müəyyən edilmişdir. Hər ikisinin başında kepka papaq oluğundan üzlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə icasında olan təqsirləndirilən şəxsləri əvvəllər tanımadığını video görüntüdəki şəxslərin dəqiq onlar olduğunu deyə bilməyəcəyini, lakin boy və çəki uyğunluğunda oxşarlıq olduğunu bildirmişdir. Binaya giriş-çıxış ancaq açarla və domofonla mümkün olduğunu bildirmişdir. Yalnız maşının düşdüyü yerin yeni binanın altının açıq vəziyyətdə olduğunu lakin həmin yerdə də müşahidə kamerası mövcud olduğunu qeyd etmişdir. Liftdən açarsız çıxmaq mümkün olmadığını yalnız piyada pilləkənlə yuxarı mərtəbələrə çıxılmasının mümkün olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 9/7825 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd “Adiidas” markalı, 26 ölçülü, Çin istehsallı velosiped-180 manatdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən 04 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış barədə” protokola əsasən cinayət hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsi, Məsud Davudoğlu küçəsi 51 ünvanının həyətində törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 29 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokola əsasən cinayət hadisəsinin ünvan 8 ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 29 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokola əsasən cinayət hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121C, 15-ci mərtəbənin blokunun dəhlizində törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 30 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokola əsasən cinayət hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 121C, 2-ci mərtəbədə yerləşən mənzil 74-ün qarşısında yerləşən dəhlizdə törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokola əsasən cinayət hadisəsinin ünvan 9 ünvanda yerləşən marketin qarşısında törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən 08 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş “könüllü təqdim edtmə, əşyaya baxış keçirmə və götürmə haqqında” protokola əsasən Şahid2 «Adiidas» markalı 01 ədəd velosipedi könüllü təqdim edərək həmin velosipedin İqbal və Heydər adlı şəxslər tərəfindən ona ünvan 11 ünvanda yerləşən avtoyuma məntəqəsində 50 manata satıldığını bildirmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən 08 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş “könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında” protokol əsasında götürülmüş Şahid2 könüllü təqdim etdiyi 01 ədəd «Adidas» markalı velosiped və ardıcıllıqla «1» rəqəmindən «4» rəqəminə qədər nömrələnmiş eyni ölçülü və markalı 03 ədəd velosiped tanınması üçün iş üzrə Zərərçəkmiş şəxs1 təqdim edilmiş və zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, şərti olaraq “2” rəqəmi ilə adlandırılmış, qara rəngli, üzərində göy və yaşıl rəngli şriftlərlə “Adidas” yazısı olan 01 ədəd velosipedi tanıyaraq həmin velosipedi 2021-ci ilin iyun ayında böyük oğlu Elcan üçün 250 manata aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məxsus qara rəngli, «Adiidas» markalı 01 ədəd velosiped sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin hökmü və yekun qərarı ilə təyinat məsələsi həll edilənədək saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Hərbi Məhkəməsinin 02 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə, Bakı şəhəri, Əzizbəyov Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 187.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə, Ağır Cinayətlərə Dair X19 Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 120.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətdinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2022-ci il tarixli xx/xx-2374 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 X2 cəza çəkmişdir və cəzasının əvvəli xx.xx.2019-cu il, cəzasının sonu isə xx.xx.2021-ci il tarixdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əhədov X5 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskdə olan xx.xx.2021-ci il tarixə aid olan video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-nın binasında gecə 03:37 dəqiqədə kişi cinsinə məxsus əynində qara uzunqol geyimdə, başında qara idman papağı olan, arıq, təxminə 165-175 sm boylarında olan bir nəfər binanın avtomobil yuma məntəqəsi tərəfdən, açıq, qapısız yerdən binanın daxil olur, eyni yerdən 03:50 dəqiqədə başında qara toxuma papaqlı kişi cinsinə məxsus, tünd geyimdə bir nəfər əlində velosipedi sürərək çıxır. Həmin şəxsin ardınca saat 03:56 radələrində binaya ilkin daxil olan şəxs əlində bir ədəd velosipedlə həmin binadan və eyni yerdən velosipedi sürərək çıxır. Həmin şəxslərin üzləri görünmür, video görüntüdə üzlərini bilərək gizlətmələri müşahidə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslıərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, şahidlərin ifadələrinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələrinə dair məhkəmə iclasında verdikləri ifadaləri iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. CM-nin 83.3.4 – ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Hərbi Məhkəməsinin 02 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə, Bakı şəhəri, Əzizbəyov Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 187.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə, Ağır Cinayətlərə Dair X19 Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 120.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətdinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi X9 məhkumluğu ödənilmədən onun tərəfindən yeni cinayət törədilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2022-ci il tarixli xx/xx-2374 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 X2 cəza çəkmişdir və cəzasının əvvəli xx.xx.2019-cu il, cəzasının sonu isə xx.xx.2021-ci il tarixdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1nın əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 08 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Əhədov X5 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il, 05 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs2 əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 08 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut - qara rəngli, “Adidas” markalı 01 ədəd velosipedin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını “ciddi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını “ciddi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qara rəngli, “Adidas” markalı 01 ədəd velosipedin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 79 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 474 (dörd yüz yetmiş dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 83 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 498 (dörd yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar