Məhkəmə qərarları › İş №1(001)-153/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-153/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-153/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “turbo.az” avtomobil alqı-satqı saytında özünə məxsus olmayan, şəkillərini internetdən əldə etdiyi “Mercedes-Benz C-class” markalı avtomobili öz avtomobili kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs həmin avtomobili almaq istəyən şəxslərin çox olduğunu yalandan bildirərək heç kimə satmaması üçün onun beh adı ilə 20 sentyabr 2022-ci il tarixdə istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına ünvan 2 ünvanda fəaliyyət göstərən “Tayqa” ticarət mərkəzindən qurlaşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 200 manat, ünvan 3 ünvanda yerləşən “Qədirxum” marketdə qurlaşdırılmış “e- manat” ödəniş terminalından göndərdiyi 300 manat və yenidən ünvan 2 ünvanda fəaliyyət göstərən “Tayqa” ticarət mərkəzindən qurlaşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 20 manat olmaqla, ümumilikdə 520 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün düşünmüşdür ki, rahat və asan yolla dələduzluq etməklə insanları aldadıb pullarını ələ keçirsin. Bunun üçün qərar vermişdir ki, son zamanlarda Azərbaycanda ən məhşur avtomobil elanı saytı olan “turbo.az” saytına özünə məxsus olmayan müxtəlif avtomobil şəkilləri yerləşdirsin və qiymətini də həmin maşınlar üçün orta bazar qiymətindən bir az aşağı qoysun ki, elanı diqqət cəlb etsin. Bu yolla avtomobillə maraqlanaraq onu almaq istəyən şəxslərdən beh adı ilə pul almaq qərarına gəlmişdir. Belə ki, o, internet vasitəsilə tanımadığı müxtəlif şəxslərə məxsus avtomobillərin bir neçə istiqamətdən çəkilmiş şəkillərini əldə edib “turbo.az” elan saytına yerləşdirmişdir. Elanı yerləşdirməzdən əvvəl isə həmin avtomobilin orta bazar qiymətini araşdırmış və həmin qiymətdən 2000-3000 manat az qiymət yazmışdır ki, insanların diqqətini tez cəlb etsin. Bu formada bir neçə elan hazırlamışdır. Hər bir elanda özünü müxtəlif adlarla təqdim etmişdir. “Turbo.az” saytında qeydiyyatdan keçmək üçün bir mobil telefon nömrəsindən yalnız bir dəfə istifadə etmək mümkün olmuşdur. Odur ki, Xırdalan şəhərində Köhnə bazar adlanan yerdən 5-6 manata bir neçə mobil nömrə almışdır ki, bir neçə elan hazırlaya bilsin. Həmin mobil nömrələrin kimlərin adlarına rəsmiləşdirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Elanın açıqlama bölməsində qeyd etmişdir ki, avtomobilin heç bir texniki qüsuru, problemi yoxdur, pula ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satır. Zərərçəkmiş şəxs beh adı ilə hissə-hissə olmaqla, eyni gündə, ümumilikdə, 520 manat məbləğində pul almışdır. Belə ki, 20 sentyabr 2022-ci il tarixdə “turbo.az” avtomobil elanı saytında 1999-cu il istehsalı “Mercedes-Benz C-class” markalı avtomobi özünün şəxsi avtomobili kimi təqdim edərək satışı ilə bağlı saxta elan yerləşdirmişdir. Həmin maşının şəkillərini internetdən əldə etmişdir. Qiymətini isə 10.500 manat qoymuşdur. Həmin maşınların orta bazar qiyməti 12.000-13.000 olduğundan belə qiymət qoymuşdur ki, elan insanların diqqətini cəlb etsin. Belə ki, elanda əlaqə nömrəsi yerinə istifadəsində olan ***-***-**-** mobil nömrəsini qeyd etmişdir və özünü Əli adı kimi təqdim etmişdir. 20 sentyabr 2022-ci il tarixdə səhər saatlarında ***-***-**-** mobil telefon nömrəsindən qeyd etdiyi nömrəsinə zəng gəlmiş və maşınla maraqlanmışdır. O da maşının heç bir problemi olmadığını, saz vəziyyətdə olduğunu demişdir. Həmçinin, bildirmişdir ki, təcili pula ehtiyacı olduğu üçün avtomobilini dəyərindən ucuz qiymətə satır. Özünü Elvin kimi təqdim edən müştəri bildirmişdir ki, fikri ciddidir, maşını almaq istəyir. O da anlamışdır ki, onun əlində həqiqətən pulu var və məqsədi maşın almaqdır. Ona görə də ona demişdir ki, maşın hal-hazırda Füzuli rayonundadır. Belə ki, həmin maşının ondan başqa müştəriləri də olduğundan o gələnə qədər heç kimə satmamaq üçün ondan 500 manat beh istəmişdir. Lakin Elvin ona 500 manat deyil, beh kimi 200 manat verə biləcəyini demiş və onunla razılaşmışdır. Pulu hara köçürəcəyini soruşanda o ilk öncə ona vəfat etmiş əmisinə məxsus olan Kapital Bank ASC tərəfindən emissiya edilmiş 5404-0852-3896-4771 nömrəli bark kartını nömrəsini yazmış, lakin sonradan fikirləşmişdir ki, həmin kart vasitəsilə onun kimliyini müəyyən etmək mümkün olar, ona görə tez Elvinə zəng edərək pulu nömrəsini dediyi bank kartına deyil, istifadəsində olan, kimə məxsus olduğunu bilmədiyi ***-***-**-** mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə göndərməsini istəmişdir. O da razılaşdıqları kimi nömrəsinin hesabına 200 manatı göndərmişdir. Bundan sonra o, Elvinə zəng etmiş və pulun hesabına yükləndiyini demişdir. Belə ki, ilk öncə maşının Fizuli rayonunda olduğunu dediyi üçün bu səfər maşına baxmaq üçün ortaq bir yer olaraq Hacıqabul rayonunda Qədir-xum istirahət mərkəzini seçmiş və o bildirmişdir ki, taksi ilə birbaşa Hacıqabula gəlir. Həmin vaxt o isə Göygöl şəhərində imiş, ora getməmişdir. Elvin ona zəng edəndə demişdir ki, yoldadır, çatır. Ondan həmin ünvandan, yəni Hacıqabul şəhəri, Qədir-xum marketin içərisində quraşdırılmış emanat ödəmə terminalından ***-***-**-** mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə əlavə olaraq 300 manat da göndərməsini istəmişdir. Bir neçə dəqiqədən sonra 300 manat da hesabına yüklənmişdir. Bir neçə dəqiqədən sonra ona zəng etmiş və demişdir ki, maşınla birbaşa Bakıya gəlir ki, maşını Respublika Baş Dövlət Yol Polis İdarəsində birdəfəlik onun adına rəsmiləşdirsinlər. Odur ki, ona demişdir ki, Bakıya qayıtsın və onu orada gözləsin. Elvin də onunla razılaşmış və taksiylə yenidən Bakıya qayıtmışdır. Təxminən 1 saatdan sonra Elvinə zəng etmiş və demişdir ki, benzin bitib, yolda qalıb, əlavə olaraq yenidən 20 manat da benzin pulu istəmişdir, o da yenidən ***-***-**-** mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə əlavə olaraq 20 manat göndərmişdir. Bundan sonra onunla əlaqə saxladığı ***-***-**-** mobil telefon nömrəsinin sim-kartını sındırmışdr. Beləliklə də, Zərərçəkmiş şəxs aldadaraq beh adı ilə ondan hissə-hissə olmaqla 520 manat pul almışdır. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmış, vurduğu ziyanı tam ödəmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yaxınlığında kişi salonunda bərbər kimi işləyir. Özünə avtomobil almaq üçün ən məşhur avtomobil elan saytı olan “turbo.az” elan saytında bir neçə müddət imiş ki, münasib qiymətə yaxşı maşın axtarışında imiş. Təxminən 1 aya yaxın müddətdə o, hər gün həmin elan saytına daxil olaraq avtomobillərlə maraqlanırmış. 20 sentyabr 2022-ci il tarixdə həmin elan saytında yenidən axtarış apararkən 1999-cu il istehsalı “Mercedes-Benz C-class” markalı avtomobil diqqətini cəlb etmişdir. Həmin elanda yerləşdirilmiş avtomobilin şəkillərinə baxaraq görmüşdür ki, maşın şəkillərdən çox yaxşı görünür. Maşının qiyməti elanda 10.500 manat kimi yerləşdirilmişdir. Həmin maşınların orta bazar qiyməti 12.000-13.000 olduğundan həmin qiymət onun diqqətini cəlb etmişdir. Belə ki, elanda yerləşdirilmiş ***- ***-**-** nömrəsinə zəng etmişdir. Həmin elan saytında nömrənin sahibinin adı Əli kimi qeyd olunmuşdur. Həmin şəxslə əlaqə saxlamış və maşına harada canlı şəkildə baxa biləcəyini soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, maşın Fizuli rayonundadır, həmin maşının ondan başqa müştəriləri də olduğundan həmin şəxs maşını o gələnə qədər heç kimə satmaması üçün ondan 500 manat beh istəmişdir. Lakin o, 500 manat deyil, beh kimi 200 manat verə biləcəyini demiş və aralarında razılaşmışlar. Pulu hara köçürəcəyini soruşanda həmin şəxs ona Kapital Bank ASC tərəfindən emissiya edilmiş 8404-0852- 3896-4771 nömrəli bark kartını nömrəsini demiş və o da həmin nömrəni bir vərəqə qeyd etmişdir. Həmin vaxt iş yerinin yaxınlığında, yəni Binəqədi rayonu, Tayqa ticarət mərkəzinin içərisində quraşdırılmış e-manat ödəmə terminalına pul köçürmək üçün yaxınlaşmış və həmin şəxsə məxsus ***-***-**-** nömrəsinə zəng etmişdir. Bu səfər ona demişdir ki, həmin bank kartı evdə qaldığı üçün pulu bank kartının hesabına yox, ona məxsus ***-***-**-** mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə göndərsin. O da 20 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində Binəqədi rayonu, Tayqa ticarət mərkəzinin içərisində quraşdırılmış e-manat ödəmə terminalı vasitəsilə həmin nömrənin hesabına 200 manat köçürmüşdür. Daha sonra həmin şəxslə əlaqə saxlamış və bildirmişdir ki, pul artıq onun hesabına yüklənib. Belə ki, onlar ortaq bir yer olaraq Hacıqabul rayonunda Qədir-xum istirahət mərkəzini seçmiş və o Bakıdan 100 manata taksi tutaraq Hacıqabul rayonuna getmişdir. Həmin ünvana çatanda həmin şəxsə zəng etmiş, ona deyilmişdir ki, yoldadır, gəlir. Həmçinin ona deyilmişdir ki, orada marketə girsin, sol tərəfdəki ödəmə terminalından yenidən həmin şəxsə məxsus ***-***-**-** mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə 300 manat pul göndərsin. O da Hacıqabul şəhəri, Qədir-xum marketin içərisində quraşdırılmış emanat ödəmə terminalı vasitəsilə həmin nömrənin hesabına 300 manat pul köçürmüşdür. Daha sonra yenidən həmin şəxslə əlaqə saxlamış və o, bu səfər ona bildirmişdir ki, özü birbaşa Bakıya gəlir ki, maşını birdəfəlik onun adına rəsmiləşdirəcəkdir. Lakin o, orada gözləməmiş, iş yerinə qayıtmışdır. Bir neçə dəqiqədən sonra yenidən ona zəng edilmiş və benzininin qutardığını, yolda qaldığını bildirmiş, ona görə də ondan 20 manat da pul istəmişdir. O da Binəqədi rayonu, Tayqa ticarət mərkəzinin içərisində quraşdırılmış emanat ödəmə terminalı vasitəsilə həmin nömrənin hesabına 20 manat köçürmüşdür. Bundan bir müddət sonra yenidən onunla əlaqə saxlamaq istəyəndə həmin nömrələrinə zəng etmiş, lakin heç birinə zəng çatmadığını görmüşdür. Bundan sonra aldadıldığını anlamışdır. Beləliklə hadisə nəticəsində ona 620 manat məbləğində maddi ziyan dəymişdir. Həmin pulun 520 manatını o, həmin şəxsin hesabına maşın almaq üçün beh adı ilə göndərmiş, 100 manatı isə onunla görüşmək üçün Hacıqabul rayouna getmək üçün taksiyə vermişdir. İşə məhkəmədə baxıldığı dövrdə onlar barışmışlar, Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Ödəniş qəbzlərindən görünür ki, 20 sentyabr 2022-ci il tarixdə saat 10:05-də ünvan 2 ünvanında yerləşən “Tayqa” ticarət mərkəzində 3751 nömrəli “e-manat” ödəmə terminalından “Eli YUSİFOV” adı ilə qeydiyyatdan keçirilmiş +99***-***-**-** saylı mobil telefon nömrəsinin hesabına “mpay” ödəmə sistemi vasitəsilə 200 manat, həmin tarixdə saat 12:58-də ünvan 3 ünvanında yerləşən “Qədirxum” marketində 4295 nömrəli “emanat” ödəmə terminalından həmin mobil telefon nömrəsinin hesabına 300 manat, son olaraq xx.xx.2022-ci il tarixdə saat 16:14-də ünvan 2 ünvanında yerləşən “Tayqa” ticarət mərkəzində 3751 nömrəli “e-manat” ödəmə terminalından həmin mobil telefon nömrəsinin hesabına mpay” ödəmə sistemi vasitəsilə 20 manat pul köçürülmüşdür (cild 1, i.v 27-28). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 33). Bank məlumatlarından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş 4098-0944-2197- 1647 nömrəli bank kartı Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa bankomatlarda quraşdırılmış videonəzarət qurğusunun qeydə aldığı fotoşəkillərdən görünür ki, həmin bank kartından istifadə edən şəxs Təqsirləndirilən şəxsdur (cild 1, i.v 51-55). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 72-74). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətinkan tədbiri seçilmişdir (cild 1, i.v 87-90). Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinə əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Vurulmuş ziyan tam ödənilmişdir. Onlar barışmışlar. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, barəsində olan cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı tam ödəməsi əsası ilə xitam verilməsinə etiraz etmir. Məhkəmə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar