Məhkəmə qərarları › İş №1(001)-154/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-154/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-154/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının həkim nevropatoloqu vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 20 oktyabr 1998-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 15 saylı şəhər Poliklinikasının, hazırkı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə X10 şəxsin 15 saylı şəhər X5 şəxsin həkim-nevropatoloqu vəzifəsində, eyni zamanda, həmin Poliklinika üzrə 04 yanvar 2020cu il tarixli, 04 №-li əmrə əsasən həmin Poliklinikanın Həkim məsləhət komissiyasının tərkibində həkim nevropatoloq vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 10 noyabr 1990-cı il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş, 8 oktyabr 2020-cı il tarixdə müraciət etmiş, 3 noyabr 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, 1-ci küçə, döngə 5, ev 44A-da qeydiyyatda olmaqla yaşayan Şahid6 müayinələrində “C3-C7 disklərdə protruziya. Diskogen (C3-C7) radikulopatiya. Şmorl düyünləri. Onurğanın skaliozu. Boyun osteoxondrozu. Kökcük ağrı sindromu ilə. İki tərəfli qonartroz” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə sonuncunun barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 27 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq Şahid6 ağırlaşma diaqnozu qismində “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş zədələnmə. L2-L3, L3-L4, L4-L5, L5-S1, fəqərəarası disklərdə protruziya, dissosiativ (konversion) pozğunluqlar. Dissosiotiv konversion pozuntu. Spondilolis C5-in anferiovistezi L1-in refrolistezi” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 27 oktyabr 2020-ci il tarixli, 033003AADGF nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********92 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə X10 şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 05 noyabr 2019-cu il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və həmin tarixdə müraciət etmiş, 20 iyul 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı 1 hərbi şəhərciyində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan X2 müayinələrində “Başın travmalarının nəticələri. Döyüş əməliyyatında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya. Travmatik ensefalopatiya. Kəllədaxili travmaların nəticələri. Veqetativ və hərəki-koordinator pozulmalarla müşayiət olunan kəllədaxili travmanın nəticəsi” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə, sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 5 dekabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq X2 ağırlaşma diaqnozu qismində “Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsi-yaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəki-koordinator funksiyaların pozulması ilə.” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 05 noyabr 2020-ci il tarixli, 033003AADG7 nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********92 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə X10 şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998-ci ildən Bakı 15 saylı Şəhər Poliklinikasında həkim-nevropatoloq kimi fəaliyyət göstərir. Bundan başqa həmin ildən sözügedən poliklinikada həkim məsləhət komissiyasının da üzvü olmuşdur. İş fəaliyyəti xəstələrin qəbulundan, diaqnozunun qoyulmasından, müalicəsindən ibarətdir. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkiməmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim məsləhət komissiyasına müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma-88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə tabe edilmişdir. 2017-ci ildən isə həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 10 noyabr 1990-cı il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və 8 oktyabr 2020-cı il tarixdə müraciət etmiş, 3 noyabr 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, 1-ci küçə, döngə 5, ev 44A-da qeydiyyatda olmaqla yaşayan Şahid6 tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə səbəb olmuşdur. Belə ki, Şahid6 barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 27 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən heç nədən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq Şahid6 ağırlaşma diaqnozu qismində düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil etmişdir. Onun xəstəliyi və diaqnozunu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 27 oktyabr 2020-ci il tarixli elektron göndərişə daxil edib özünə məxsus elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən və heç nədən xəbərsiz Şahid1 vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. Bundan başqa o, Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 05 noyabr 2019-cu il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və həmin tarixdə müraciət etmiş, 20 iyul 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı 1 hərbi şəhərciyində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan X2 fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə, sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun 5 dekabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən heç nədən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq, onu müayinəsinə aid olmaya ağırlaşdırıcı diaqnozla qeydiyyata almışdır. Hazırda törətdiyi cinayət əməindən peşman olduğunu qeyd edib məhkmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2015-ci ilədək Bakı 15 saylı şəhər Poliklinikasında tibbi qeydiyyatçı, 2015-ci ildən operator vəzifəsində işləmişdir. İş fəaliyyəti qeydiyyat işlərinin aparılması, kompüterdə qeydiyyat işlərinin görülməsindən ibarət olmuşdur. O, yalnız həkimlərin ona təqdim etdiyi diaqnozlar, epiqrizdə olan və tibbi kartalarda olan məlumatları daxil etmişdir. Hər bir şəxlə bağlı məlumatlar forma 88-ə daxil edilərkən, müvafiq olaraq həkim məsləhət komissiyasının üzvü olan həkim iştirak etmişdir. Həmin şəxslər ona hansı məlumatın daxil edilibedilməməsini göstərmişlər. O da onların göstərdikləri məlumatları uyğun olaraq Forma 088-ə daxil etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı 15 saylı şəhər Poliklinikasının baş həkimi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, diaqnozun qoyulması həkim məsləhət kamissiyasının üzvü həkim-cərrah Könül Sultanovanın və həkim-nevropatoloq Təqsirləndirilən şəxs gəldiyi nəticəyə əsasən yazılmışdır. O da Könül Sultanova və Təqsirləndirilən şəxs gəldiyi nəticəni və rəyə əsasən forma 88-in doldurulmasına razılıq vermişdir. Qeyd olunan diaqnozlar barədə fikir bildirməkdə çətinlik çəkmiş, çünki, həmin sahənin mütəxəssisi onun özü olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı 15 saylı Şəhər Poliklinikasında həkim-terapevt Şahid3 Dmitriyeva ifadəsində göstərmişdir ki, 1991-cı ildən Bakı 15 saylı Şəhər Poliklinikasında həkim-terapevt kimi fəaliyyət göstərmişdir. İş fəaliyyəti xəstələrin qəbulundan, diaqnozunun qoyulmasından, müalicəsindən ibarətdir. Poliklinikada həkim məsləhət komissiyasının sədri baş həkim Şahid2, digər üzvləri nervpotoloq Təqsirləndirilən şəxs, həkim cərrah Könül Sultanova, həkim terapevt Şahid4dir. Şahid5 müayinə etmiş, həmin şəxs silahlı qüvvələrdən xəstəliklə əlaqədar tərxis olunduğuna görə o, MN-nin Silahlı Qüvvələrin Baş Klinik Hospitalına stasionar müəlicədə olmuşdur. Həmin epikrizlər əsasında Şahid5 Forma 88 yazılmış və həmin sənədlər TSEK sisteminə yerləşdirilmişdir. Poliklinikaya hansı xəstəliklər təqdim edilmişdirsə, onun əsasında Forma 88 tərtib edilib sistemə yerləşdirilmişdir. O, həkim terapevtdir, lakin komissiya üzvü deyildir. Komissiya üzvü nevropatoloq Mehparə xanımdır. Məlumatları həkim komissiyanın üzvləri yerləşdirir. Həmçinin də, həmin xəstənin yaşadığı ərazi ona aid olduğundan xəstəni ona yönləndirmişlər. O da xəstənin təqdim etdiyi epiqrizlərə baxıb, məlumatları xəstənin kartasına əlavə etmişdir. Şahid5 18.12.2018-ci il tarixdə keçirilmiş və 15.10.2019-cu il tarixli Silahlı qüvvələrin 1352 nömrəli şəhadətnaməsinə əlavə edilmiş Baş beyinin MRT-də xəstədə hər iki bazal qanqlion bölgələrində genişlənmiş perivaskulyar məsafələr qeyd edilir. 3-cü və lateral mədəciklər minimal genişlənimişdir. Kortikal srtukturların genişliyi frontal paylarda və silvian şırımlarında minimal arması, eyni zamanda bir loteral temporal payların anterioinferiorunda ekstraaksial likfor məsafələrinin genişlənməsi ensefalopatiya əlamətləridir. Lakin o, hazırda xatırlamadığına görə Şahid5 barəsində “qapalı kəllə beyin travmasından sonraki sol tərəfli piramid çatışmazlığı” diaqnozu ilə bağlı fikir bildirə bilməmiş, onun ixtisası olmamışdır. O, digər adı çəkilən xəstələri müayinə etmədiyinə görə onlar haqqında hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı 15 saylı Şəhər Poliklinikasında həkim-terapevt Şahid4 ifadəsində göstərmişdir ki, 1996-cı ildən Bakı 15 saylı Şəhər Poliklinikasında həkim-terapevt kimi fəaliyyət göstərmişdir. Həmin ildən sözügedən poliklinikada həkim məsləhət komissiyasının üzvü olmuşdur. Onun tərəfindən Şahid6 və X6 ilə bağlı hər hansı təhrif olunmuş məlumat Forma -088-ə yerləşdirilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2006-ci ilin iyul ayından 2019-cu ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olmuş, 2018-ci ildən baş gizir hərbi rütbəsində olmuşdur. 2016-cı ilin aprel ayında Goranboy rayonu, Talış kəndi istiqamətində döyüş zamanı odlu silah (top) mərmisinin partlaması zamanı xəsarət almış, lakin buna baxmayaraq o, 12 gün döyüşdə iştirak etmişdir. 2016-cı ilin iyun ayında döyüşlərdən hərbi hissəyə qaytıdıqdan sonra o, sağ dizində şirddətli ağrılar və dizində dayanıqlığın itməsini hiss etmişdir. Buna görə o, hərbi hospirtala müraciət etmişdir. Orada ona sağ dizindən bağların cırılması diaqnozu qoyulmuş və açıq əməliyyat olunacağı bildirilmişdir. Lakin o, açıq məliyyatdan imtina etmiş, bundan sonra “Medi Style” Hospitalında qapalı sağ dizindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonrakı dövrdə də xidməti davam etdirməyə başlamışdır. 2017-ci ildə xidmətdə olduğu zaman özündə şiddətli baş ağrıları, ürəkbulanmalar olduğunu görmüş, yenidən MN-nin hərbi hospitalına müraciət etmişdir. Orada o, mütəmadi müalicələr almağa başlamışdır. Beldə “protruziya” əlamətləri- sinir zədələnməsindən müalicələr almışdır. Lakin MN-nin hospitalında ona diaqnoz təyin edə bilmədiklərindən o, xidmət etdiyi hərbi hissəyə müraciət etmiş, bununla bağlı araşdırma aparılmış və MN-nin MTE və Pa Mərkəzinin rəyinə əsasən onda “baş beyin üzvi zədələnməsinin ayrı-ayrı davamlı ocaqlı nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə nəticələnmiş, başın ənsə nahiyəsinin yaraları ilə müşayiət olunmuş, qapalı kəllə beyin travması və sağ çiyin nahiyəsinin yarası” diaqnozu qoyulmuş və qeyd olunmuşdur ki, odlu silah mərmisinin partlaması zamanı əmələ gəmiş partlayış dalğasının birincili və ikincili qəlpələrin təsirindən törənə bilər. Bu da onu təsdiq etmişdir ki, o, döyüşlərdə həmin xəsarətləri almışdır. Onda olan bu xəstəliklə bağlı dəfələrlə MN-nin hospitalında stasionar müalicədə olmuşdir. 2019-cu ilin 22 noyabrında MN-nin Hospitalının ona qoyduğu diaqnoza əsasən Silahlı Qüvvələrin Baş qərargah rəisinin əmri ilə o, Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən, yəni xəstəliyə görə ehtiyata buraxılmışdır. 2020-ci ilin noyabr-dekabr aylarında o, müvəqqəti Biləcəri qəsəbəsində kirayədə yaşadığından ərazi aidiyyəti üzrə əlilliklə bağlı təqaüd ala bilməyi üçün 15 saylı Şəhər Poliklinikasına müraciət etmiş və həmin Poliklinikada ambulator müalicələrdə olmuş, sahə həkimi ona müxtəlif dərmanlar vermiş və sistemlərlə müalicə etmişdir. O, özündə olan bütün xəstəliyi ilə bağlı sənədləri əlilliklə bağlı təqaüd ala bilməyi üçün həmin müalicələrimin nəticələrini özündə əks etdirən epikrizləri Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil etmək üçün 15 saylı Şəhər Poliklinikasında səhv etmirsə Tatyana adlı sahə həkiminə təqdim etmişdir və sonradan sözügedən poliklinikanın həkim komissiyası tərəfindən epikrizlər Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil edilmişdir. 2021-ci ilin əvvəllərində onu komissiyaya dəvət edib orada heç bir tibbi vasitələrdən istifadə etmədən vizual müayinə etmişlər və onun artıq sağaldığını və bu diaqnozlarla ona əlillik təyin edilə bilinməyəcəyini bildirmişlər. Bundan sonra Komissiyadan imtina cavabı gəlmiş və səbəb kimi isə sənədlərimin natamam olması, onun artıq sağalmağı göstərilmişdir. Bundan sonra o, işə bərpa olunmaq üçün MN-nin hərbi poliklinikasına müraciət etmiş, orada müayinələrdən sonra bildirmişlər ki, hərbi xidmət üçün yararsız olmuşdur. Lakin buna baxmayaraq TSEK ona artıq sağaldığını, onda olan diaqnoza əlilliklə bağlı təqaüd təyin edilmədiyini bildirmişlər. Xəstəxanalarda aldığı stasionar müalicə əsasında tərtib edilmiş epikrizə xəstəliklərin qeyd edilməsi və həmin epikrizin Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yerləşdirilməsi müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və s. verməmişdir. O, müharibə dövründə xəsarət almış, hazırda da aldığı xəsarətlərdən əziyyət çəkmiş, TSEK heç bir əsaslı səbəb olmadan ona əlillik təyin etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1993-1995-ci illərdə könüllü olaraq İ Qarabağ döyüşlərində iştirak etmişdir. 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə xəsarət almış, bu səbəbdən müxtəlif xəstəxanalarda əməliyyat olunmuş və müalicələr almışdır. Səhhətində ciddi problemlər olduğundan 1995ci ildə ordudan tərxis edilmişdir. Həmin dövrdə cavan olduğundan, habelə sənədlərin toplanmasında çətinlik çəkdiyindən təqaüd ala bilməyi üçün müvafiq qurumlara müraciət etməmişdir. Həmçinin, müalicələr aldığı üçün səhhətində də nisbətən sağalmalar olmuşdur. Lakin, 2016-cı ildə yenidən səhhəti pisləşmiş, bu səbəbdən 2019-cu ildə müharibə əlili kimi təqaüdə çıxa bilməsi üçün 15 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Həmin poliklinikadan aldığı göndəriş əsasında Məlikov adına 6 saylı Xəstəxanada, Topçubaşov adına Xəstəxanada stasionar müalicə almış və müalicələrin nəticələrini özündə əks etdirən epikrizləri 15 saylı Şəhər Poliklinikasına təqdim etmişdir. Sözügedən Poliklinika isə öz növbəsində həmin epikrizləri Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirmişdir. Qısa müddət keçdikdən sonra Komissiyadan imtina cavabı gəlmiş və səbəb kimi isə sənədlərinin natamam olması göstərilmişdir. Bundan sonra fərqli vaxtlarda əlavə bir neçə dəfə sənədləri sistemə yerləşdirilsə də, hər birində natamam doldurulma, yaxud təkrar müalicəyə ehtiyacın olması adı altında imtina cavabları gəlmişdir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət məzmunlu ərizələr yazmağa başlamış və həmin müraciətlər əsasında 2021-ci ilin mart ayında Nazirliyin Tibbi Sosial Ekspert Komissiyasına dəvət edilmiş, orada onunla şifahi söhbət aparılmış və sonda ona əlilliklə bağlı təqaüd düşmədiyi bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətləri əsasında 2021-ci ilin mart ayında Tibbi Sosial Ekspert Komissiyasına dəvət edilmiş və Komissiyanın əməkdaşları ilə yalnız şifahi söhbət əsasında ona əlilliklə bağlı təqaüd düşmədiyi bildirilmişdir. Göstərdiyi xəstəliklərinin olması səhhətində ciddi problemlər yaratmışdır və bu səbəbdən də ona əlilliklə bağlı təqaüd verilməsindən imtina olunmasını qanunsuz hesab etmişdir. Xəstəxanalarda aldığı stasionar müalicə əsasında tərtib edilmiş epikrizə xəstəliklərin qeyd edilməsi və həmin epikrizin Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yerləşdirilməsi müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və s. verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15.12.2021-ci il tarixli qərardan görünür ki, X1 CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işindən həmin Məcəllənin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 23.08.2021-ci il tarixli, 619-5/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid6 məhkəmə-tibbi ekspertizası və “Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” PHŞ-də aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda “C3-C5, C5-C7 fəqərələrinin radikulopatiyası, davamlı kökcük ağrılarla. Boyun, döş, bel fəqərələrinin osteoxondrozu. L2-L3, L3-L4 diskogen radikulopatiya. L2 retrolistezi hərəkət, dayaq funksiyasının ifadəli pozğunluğu. Şəkərli diabet İİ tip ağır forma” kimi xəstəliklərin olduğu müəyyən edilmişdir. 15 saylı Şəhər Poliklinikasında tərtib edilmiş 0033003AADGF nömrəli göndərişdə qeyd olunan diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı qismən öz təsdiqini tapmışdır. Buna məsul şəxslər müalicə həkimi və komissiya üzvləridir. 18.04.2019, 15.05.2019, 23.08.2019, 23.10.2019-cu il tarixli Şahid5 adına tərtib edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının epikrizlərindən görünür ki, “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri”, 15.10.2021-ci il tarixli 1352 nömrəli xəstəlik haqqında şəhadətnamədə “Keçirilmiş qapalı kəllə beyin travmasının dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı, mülayim kəllədaxili hipertenziya ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri” diaqnozları qeyd edilsə də, Şahid5 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdə “Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsi-yaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəki- koordinator funksiyaların pozulması ilə.” diaqnozları qeyd edilmişdir. “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”-dən görünür ki, həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və sair. Bakı 15 nömrəli şəhər Poliklinikası üzrə qəbul edilmiş 04.01.2017-04.04.2021-ci il tarixli 02 nömrəli əmrlərdən görünür ki, Bakı 15 nömrəli şəhər Poliklinikasının həkim məsləhət komissiyası sədr baş həkim X3, üzvlər həkim nevropatoloq Təqsirləndirilən şəxs, həkim cərrah X4 və həkim terapevt Şahid4 ibarət olmuşdur. Bakı 15 nömrəli şəhər Poliklinikası üzrə qəbul edilmiş 1998-ci il tarixli 46 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 1998-ci ildən həmin poliklinikada həkim nevropatoloq vəzifəsində işləyir. Bakı 15 nömrəli şəhər Poliklinikasının 11.11.2021-ci il tarixli məktubundan görünür ki, **********92 saylı elektron imza Təqsirləndirilən şəxs məxsusdur. Bakı 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdən görünür ki, Şahid5 adına əsas diaqnoz “Başın travmalarının nəticələri Döyüş əməliyyatlarında odlu silah mərmisininpartlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya” kimi, ağırlaşma diaqnozu “Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsi-yaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəki- koordinator funksiyaların pozulması ilə.” kimi qeyd edilmişdir. Həmçinin “Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı” diaqnozu göndərişdə travmotoloq-ortoped, digər diaqnozlar isə nevropatoloq bölməsində qeyd edilmişdir. Bakı 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27.10.2020-ci il tarixli 003003AADGF nömrəli göndərişdən görünür ki, Şahid6 adına əsas diaqnoz “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun radikulopatiyası. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərdə protruziyalar. Boyun osteoxondrozu. Kökcük ağrılarla” kimi, ağırlaşma diaqnozu “Fəqərəarası diskin digər dəqiqləşdirilməmiş zədələnməsi. L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərdə protruziya. Dissosativ (konversion) pozğunluqlar. Dissosativ konversion pozuntu. Spondioliz c5-in anferolistezi L1-in refrolistezi.” kimi göstərilmişdir. Eyni zamanda ağırlaşma kimi qeyd olunmuş diaqnoz həmin göndərişdə müayinə nəticələri hissəsində nevropotoloqa aid olan hissədə qeyd edilmişdir. 28.10.2021-ci il tarixli, 584 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid5 adına tərtib edilmiş sənədlərə və məhkəmə-tibbi ekspertizası zamanı 16.11.2021-ci il tarixdə “Respublika Klinik xəstəxanası”nda aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda “keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya, nevrozabənzər sindrom. Asteno-nevrotik hal. Diskogen radikulopatiya. Sağ diz oynağında artroskopiya meniskoektomiya əməliyyatından sonrakı vəziyyət” müəyyən edildi. Şahid5 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdə qeyd olunmuş əsas diaqnoz və onun ağırlaşmaları qismən öz təsdiqini tapmışdır. Belə ki, göndərişdə qeyd edilmiş, “Başın travmalarının nəticələri. Döyüş əməliyyatında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya. Travmatik ensefalopatiya. Kəllədaxili travmaların nəticələri. Veqetativ və hərəki-koordinator pozulmalarla müşayiət olunan kəllədaxili travmanın nəticəsi.” öz təsdiqini tapsa da, ağırlaşma kimi qeyd olunmuş “Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsiyaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəkikoordinator funksiyaların pozulması ilə.” öz təsdiqini tapmamışdır. Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27.10.2020-ci il tarixli 003003AADGF nömrəli göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Bu da Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli, 70 saylı əmrin müvafiq bəndləri pozulması kimi qiymətləndirilir. Buna məsul “Həkim Məsləhət Komissiyasının” üzvləridir. 28.10.2021-ci il tarixli, 582 nömrəli təkrar məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Şahid6 tərtib edilmiş tibbi sənədlərə və məhkəmə tibbi ekspertizası zamanı 06.11.2021-ci il tarixdə “Respublika Klinik xəstəxanası”nda aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda “C3-C7” disklərdə protruziya. Diskogen (C3-C7) radikulopatiya. Şmorl düyünləri. Onurğanın skaliozu. Boyun osteoxondrozu. Kökcük ağrı sindromu ilə. İki tərəfli qonartroz” müəyyən edildi. 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş göndərişdə qeyd olunmuş diaqnoz qismən düzgündür. Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27.10.2020-ci il tarixli 003003AADGF nömrəli göndərişdə qeyd olunmuş əsas diaqnoz və onun ağırlaşmaları qismən öz təsdiqini tapmışdır. Belə ki, C3-C7” disklərdə protruziya. Diskogen (C3-C7) radikulopatiya. Şmorl düyünləri. Onurğanın skaliozu. Boyun osteoxondrozu. Kökcük ağrı sindromu ilə. İki tərəfli qonartroz” öz təsdiqini tapsa da, ağırlaşma kimi qeyd olunmuş, “Fəqərəarası diskin digər dəqiqləşdirilməmiş zədələnməsi. L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərdə protruziya. Dissosativ (konversion) pozğunluqlar. Dissosativ konversion pozuntu. Spondioliz c5-in anferolistezi L1-in refrolistezi.” öz təsdiqini tapmamışdır. Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27.10.2020-ci il tarixli 003003AADGF nömrəli göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Bu da Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli, 70 saylı əmrin müvafiq bəndləri pozulması kimi qiymətləndirilir. Buna məsul “Həkim Məsləhət Komissiyasının” üzvləridir. Bakı 15 nömrəli şəhər Poliklinikası üzrə qəbul edilmiş 03.08.2020-ci il tarixli 82-K nömrəli əmrindən görünür ki, həkim nevropatoloq Təqsirləndirilən şəxs 10.08.2020-ci il tarixdən 20.09.2020-ci il tarixədək əmək məzuniyyətində olmuş, 21.09.2020-ci il tarixdən vəzifəsinin icrasına başlamışdır. 02.12.2021-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubundan görünür ki, Şahid5 əlillik vəziyyəti Bakı 15 nömrəli Şəhər Poliklinikasının 0033003AADG7 nömrəli göndərişi əsasında 13.11,2020-ci il tarixdə qiymətləndirilmiş və müalicəsinin davam etdirilməsi barədə qərar verilmişdir. Şahid5 obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Başın travmalarının nəticələri, döyüş əməliyyatlarında (04/2016) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma.Qapalı kəllə beyin travması, baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır və diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasında 0033003AADG7 nömrəli göndərişdə qeyd olunan diaqnozlardan yalnız “Hemiplegiya, sağ ətrafların nəzərə çarpan parezi ” diaqnozu instrumental və obyektiv vəziyyətinin müayinəsi zamanı öz təsdiqini tapdığı halda əlilliyin təyini üçün əsas verə bilər. 06.12.2021-ci il tarixli Səbail rayon MKTB-nin 46 saylı MKİS-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. 13.12.2021-ci il tarixli, 657 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid6 tərtib edilmiş tibbi sənədlərdə qeyd edilmiş “Fəqərəarası diskin digər dəqiqləşdirilməmiş zədələnməsi. L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərdə protruziya. Dissosativ (konversion) pozğunluqlar. Dissosativ konversion pozuntu. Spondioliz c5-in anferolistezi L1-in refrolistezi.” Diaqnoza uyğun aparılmış dərman müalicəsi ilə yanaşı fizioterapiya və reabilitasion proseduralardan sonra xəstənin vəziyyətində reabilitasiya (bərpa) və nisbətən yaxşılaşma müşahidə etmək olar. 16.12.2021-ci il tarixli qərardan görünür ki, Şahid6 adına Bakı 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27 oktyabr 2020-ci il tarixli, 033003AADGF nömrəli Forma- 088 və Şahid5 adına tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli Forma- 088, Şahid5 adına tərtib edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 18.04.2019, 15.05.2019, 23.08.2019, 23.10.2019-cu il tarixli epikrizlərinin təsdiqlənmiş surətləri cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 18.11.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 17.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 17.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı 15 saylı Şəhər Poliklinikasının xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də müvafiq ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 308.1 və 313-cü maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (yaşlı və qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cərimə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid6 adına Bakı 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27 oktyabr 2020-ci il tarixli, 033003AADGF nömrəli Forma-088 və Şahid5 adına tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli Forma-088, Şahid5 adına tərtib edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 18.04.2019, 15.05.2019, 23.08.2019, 23.10.2019-cu il tarixli epikrizlərinin təsdiqlənmiş surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid6 adına Bakı 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 27 oktyabr 2020-ci il tarixli, 033003AADGF nömrəli Forma-088 və Şahid5 adına tərtib edilmiş 05.11.2020-ci il tarixli 003003AADG7 nömrəli Forma-088, Şahid5 adına tərtib edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 18.04.2019, 15.05.2019, 23.08.2019, 23.10.2019-cu il tarixli epikrizlərinin təsdiqlənmiş surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar