Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-154/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Babəsən oğlu və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 17 avqust 2022-ci il tarixdə saat 22:00 radəiərində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən hər birinin dəyəri 14.000(on dörd min) manat olan 02 ədəd «Shantui 32» markalı buldozerin tırtılını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 28.000(iyirmi səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 04 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən dəyəri 15.000(on beş min) manat olan 01 ədəd «Shantui 32» markalı buldozerin sürətlər qutusunu və hər birinin dəyəri 300(üç yüz) manat olan 06 ədəd «Shantui 32» markalı buldozerin tırtılınının diyircəklərini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 16.800(on altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 17 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən hər birinin dəyəri 14.000(on dörd min) manat olan 02 ədəd «Shantui 32» markalı buldozerin tırtılını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 28.000(iyirmi səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 04 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən dəyəri 15.000(on beş min) manat olan 01 ədəd «Shantui 32» markalı buldozerin sürətlər qutusunu və hər birinindəyəri 300(üç yüz) manat olan 06 ədəd «Shantui 32» markalı buldozerin tırtılınının diyircəklərini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 16.800(on altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinə məhkəmədə baxılarkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, həmin cinayət işi Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə xx.xx.2022-ci il tarixdə başlanmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə ona ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə ona ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işindən X1 barəsində CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə ittiham aktı Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 17 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən hər birinin dəyəri 14.000 (on dörd min) manat olan 02 ədəd “Shantui 32” markalı buldozerin tırtılını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 04 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən dəyəri 15.000 (on beş min) manat olan 01 ədəd “Shantui 32” markalı buldozerin sürətlər qutusunu və hər birinin dəyəri 300 (üç yüz) manat olan 06 ədəd “Shantui 32” markalı buldozerin tırtılınının diyircəklərini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 16.800 (on altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hazırda həmin cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə1 məhkəməyə rəhbərlik etdiyi Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisində şirkət tərəfindən quraşdırılmış video müşahidə kameralarından görüntüləri məhkəməyə təqdim etmişdir. Həmin video görüntülərdən və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsindən görünür ki, verilmiş ittihamda qeyd olunan tarixlərdən əlavə olaraq Təqsirləndirilən şəxs1, X1 və Təqsirləndirilən şəxs2 digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə də Zərərçəkmiş şəxs QSC-yə məxsus müxtəlif ehtiyat hissələrini (akkumulyatorlar, "xxxx" markalı aparıcı tırtılları, hidravlik nasos və sair əmlakları) QSC-nin inzibati ərazisindən oğurlamışlar. Həmin video müşahidə kameralarından görüntülər məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim olunmuş və onlar görüntülərdə olan şəxslərin özlərinin olduğunu bildirərək, həmin ərazidə digər şəxslərlə birlikdə oğurluq etdiklərini təsdiq etmişlər. İttihama əsasən Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 04 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində gözətçi vəzifəsində işlədikləri Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsində yerləşən inzibati ərazisindən dəyəri 15.000 (on beş min) manat olan 01 ədəd “Shantui 32” markalı buldozerin sürətlər qutusunu və hər birinin dəyəri 300 (üç yüz) manat olan 06 ədəd “Shantui 32” markalı buldozerin tırtılınının diyircəklərini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 16.800 (on altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Lakin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli video görüntülərdən və ifadəsindən görünür ki, təqsirləndirilən şəxslər həmin tarixdə baş vermiş oğurluq cinayət əməli ilə əlaqədar onlara verilmiş ittihamda göstərilənlərdən əlavə olaraq qeyd olunan tarixdə şirkətə məxsus digər texnika və ehtiyat hissələrini də oğurlamışlar. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə1 məhkəməyə təqdim olunan görüntüləri ibtidai istintaq zamanı müstəntiqə təqdim etdiyini bildirsə də, lakin həmin görüntülər cinayət işinin materiallarında müəyyən edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha ağır ittihamın irəli sürülməsi, habelə ittihamın məzmununa təqsirləndirilən şəxslər tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsi, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməklə, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Babəsən oğlu dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək vəsatətin təmin edilməməsini, cinayət işinin baxılmasına xitam verilməklə, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi1 dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək vəsatətin təmin edilməməsini, cinayət işinin baxılmasına xitam verilməklə, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bununla yanaşı məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1066/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022 il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1392/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış və Təqsirləndirilən şəxs1 hazırkı vaxtadək həbsdə saxlanılır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1124/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022 il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1315/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1391/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və Təqsirləndirilən şəxs2 hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə, CPM-in 155 və 159-cu maddələrinin tələblərini rəhbər tutaraq, iş materiallarını tədqiq edib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə istintaqın normal gedişinə mane olacağı ehtimallarının mövcudluğunu nəzərə alınaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 159, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 avqust 2023-cü il tarixədək uzadılsın.
3. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 avqust 2023-cü il tarixədək uzadılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinin müdiriyyətinə göndərilsin.
Hakim: Vüsal Tağıyev