Məhkəmə qərarları › İş №1(001)-155/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-155/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-155/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1968-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, azərbaycanlı, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.10.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmuş, 24.05.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-155/2021 saylı, 17 may 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və 26.06.2021-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, 26.09.2020-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani küçəsində yerləşən 6 saylı binanın 5 saylı girişinin qarşısında Zərərçəkmiş şəxs 33 000 manat məbləğində nağd pulu, guya həmin binada yaşayan tanışı vasitəsi ilə ona sərf edəcək məzənnə ilə ABŞ dollarına dəyişdirəcəyinə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə pulu aldıqdan sonra, həmin binanın içərisinə daxil olmuş, sonra binanın arxa çıxışından çıxıb gedərək 33.000 manat məbləğində pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində yaşamışdır.Əvvəllər məhkum olunmuşdur.O, Şahid ilə 2011-ci il tarixdən tanış olmuşdur, belə ki, onunla birgə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir.O, cəzası bitirdikdən sonra bir müddət Rusiya Federasiyasında və Türkiyə Respublikasında yaşamış, 2019-cu ildən o, Pərvinlə sosial şəbəkə vasitəsilə tanış olmuş və onlar arasında yenidən münasibət yaranmışdır. 2020-ci ilin mart-aprel aylarında onunla onun arasında 20 000 manat pul hesabı yaranmışdır.Pərvin ona 20 000 manat pul verməli olduğunu bildirmişdir.Bundan sonra Pərvin ona pulları verməyi gecikdirmiş və Pərvin pul əvəzində ona bir neçə təkliflər etmiş, lakin razılığa gəlməmişlər. 22.09.2020-ci il tarixdə Pərvin Rusiya Federasiyasından Bakı şəhərinə gəldiyi zaman o, onu qarşılamışdır.O, Pərvinlə Razin qəsəbəsində çayxanaların birində əyləşib çay içmişlər və söhbət etməyə başlamışlar. O, orada olan zaman Pərvin ona borcunun əvəzində bir neçə işlər görməyi təklif etsə də, o, razılaşmamışdır.Ona dollar dəyişmək barədə təklif etdiyi zaman o, razılaşmışdır. O, pulu 1.65 manat məzənnəsi ilə dəyişəcəyini və əldə olunan xeyrin ona qalacağını demişdir. 25.09.2020-ci il tarixdə Pərvin ona zəng edib 33000 manat pulu dollara çevirmək lazım olduğunu demişdir. O, da razılaşıb onlarla həmin gün Zərərçəkmiş şəxs və Pərvinlə görüşmüş və Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 6 saylı binanın qarşısına gəlmişlər. Onlar Pərvinə məxsus “Mersedes Benz E240” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobildə əyləşmişdilər. Pərvin avtomobilin saxlanc yerindən sellofanı götürmüş, 33000 manat pulu sellofandan Pərvin çıxartdığını Amilə vermiş, Amil isə pulu sayıb selofan torbaya qaytararaq qoymuş və ona sellofan torbanı uzadaraq vermişdir.O, sellofan torbanın içərisinə baxdıqda orada pulun olduğunu görmüşdür.O, özü pulu saymadan götürmüşdür.O, Amilə və Pərvinə istəyirsinizsə avtomobildə gözləyin, mən, tək gedib pulu dəyişib gələrəm demişdir.X3 da, düşüb birlikdə getməsini təklif etmişdir.Sonra o və Amil avtomobildən yerə düşmüşlər və birlikdə yaşayış binasının blokuna 20 metr qalmış fikirləşərək Amilə, pul dəyişən xanım həcixanımdır, kənar adamın onunla evinə girməsi, görüşməsi yaxşı deyil demiş, ona görə də, burada gözləməsini təklif etmiş, özünün isə bir azdan gələcəyini bildirmişdir.Amil ona inanmış və binanın blokunun yanında dayanmışdır.O, bundan istifadə edərək, binanın blokuna girmiş və Amilin arxasınca gəlmədiyini görmüş və binanın arxa çıxışına tərəf adımlamış, həmin binanın blokundan girib arxaşından çıxmış və küçədə gözdən itmişdir.Arxaya baxdıqda heç kimin arxasınca gəlmədiyini yəqin etmiş və rahat çıxıb getmişdir.O, Hacıxanım adlı qadın tanımamış, həmin qadının guya manatı dollara dəyişən kimi uydurmuşdur ki, Pərvin və Amil ona inansınlar.Məqsədi Pərvini və Amili aldadıb həmin pulu ələ keçirmək olmuşdur. O, həmin yaşayış binasını bu məqsədlə seçmişdir ki, pulu bayırda onlardan alsın, sonra tək özü həmin binaya girsin və arxa çıxışdan çıxıb getsin. Nəticədə əvvəlcədən planlaşdırdığı məqsədi baş tutmuşdur.Həmin pulun bir hissəsini o, adlarını qeyd etmək istəmədiyi şəxslərə olan borclarına vermiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir.Bu cinayətdə onun Pərvinlə və yaxud başqa kimlərlə qabaqcadan heç bir əlbirliyi olmamışdır. Pərvin və Amili o, inandırmışdır ki, guya o, 33 000 manat pulu ABŞ dollarına dəyişəcəkdir.Pərvinin ona 20 000 manat borcu olduğu üçün əvəzində bu hərəkəti etmişdir.O, həmin pulun Amilə məxsus olduğunu bilmədiyini bildirmişdir. Amili sadəcə olaraq əmisi oğlu kimi təqdim edib dolları tanıdığını və saxta dolları müəyyən edə bildiyini bildirirərək bu formada tanış etmişdir.Bu hərəkəti edən zaman Şahid bundan xəbəri olmamışdır.Hacıxanım adlı şəxsi tanımadığını, sadəcə olaraq sözügedən Binəqədi rayonu Ə.Naxçıvani küçəsini məkan olaraq seçmişdir ki, həmin binanın blokunun arxa çıxışı olmuşdur.Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Şahid tanımış və o, onun həmkəndlisi olmuş, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur.25.09.2020-ci il tarixdə o, Pərvinə zəng edərək avtomobil almaq istədiyini, buna görə də Bakı şəhərinə gələcəyini, ona 33000 manat pulunun olmasını bildirmiş, o, “turbo.az” saytında “Toyota Prado” markalı avtomobil bəyəndiyini, bununla əlaqədar həmin avtomobilin sahibi ilə danışdığını söyləmişdir.Həmin şəxs ilə avtomobilin qiymətini 20000 ABŞ dollarına razılaşmışdır.Həmin şəxs pulu yalnız ABŞ dolları olaraq qəbul edəcəyini bildirmişdir. 26.09.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində o, Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə Pərvin ilə birlikdə gəlmişdir. Pərvin ilə aralarında olan söhbət zamanı o, avtomobilini almaq istədiyi şəxsin pulu ABŞ dolları olaraq qəbul etdiyini, üzərində isə 33.000 manat pulunun olmasını bildirmiş, bu zaman Pərvin onunla razılaşmış və tanıdığı Nemət adlı şəxs vasitəsi ilə 33000 manat pulu ABŞ dollarına çevirə biləcəyini demişdir.Onlar Nemət adlı şəxs ilə görüşmək üçün Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsində yerləşən 6 saylı binanın qarşısına gəlmişlər.Onlar oraya çatdıqda Pərvin Nemət adlı şəxsə zəng etmiş, Nemət də həmin yerə yaxınlaşmışdır.Nemət ilə Pərvin avtomobilin yaxınlığında danışmışlar, həmin müddətdə isə o, avtomobildə gözləmişdir.Bundan sonra, Pərvin ilə Nemət avtomobilə gəlmişlər. Pərvin sürücü yerində, Nemət adlı şəxs isə onun yanında oturmuşdur. Pərvin ön sağ oturacağın qarşısında olan sandıqçanı açarla açaraq sellofan torbada olan pulu çıxarmış, Pərvin sellofanı ona vermiş və dollara çevirmək üçün pulu Nemətə verdiyini bildirmişdir.O, da avtomobilin içərisində sellofan torbanı açaraq 33000 manat pulu sayaraq Nemətə vermişdir.Bu zaman Nemət pulu cibinə qoyaraq avtomobildən düşmüşdür. Nemət avtomobildən düşdükdən sonra Pərvin əvvəlcə Nemət adlı şəxs ilə pulu dollara çevirməyə özü gedəcəyini demişdir.Sonra isə Pərvin onun özünün getməyini istəmişdir. O, avtomobildən düşərək Nemət ilə yan yana Əcəmi Naxçıvani küçəsində yerləşən 6 saylı bina istiqamətində getmişdir. Nemət ilə bloka çatdıqda o, ona, pulu dollara çevirən qadın hicablı qadın olduğundan onunla tək görüşməli olduğunu demişdir. Buna görə də, o, blokda gözləməsini demişdir. Bu zaman o, arxaya çevrildikdə Pərvinin də bina istiqamətində gəldiyini görmüşdür. Həmin zaman Pərvin həyəcanlı şəkildə Neməti hara buraxdığını soruşmuşdur. O, Pərvinə Nemət hicablı qadınla görüşərək pulu dollara çevirəcəyini demişdir. Bu zaman o, blokun içərisində daxil olduqda oradan çöl tərəfə yol olmasını görmüşdür. Həmin zaman Pərvin Nemətə dəfələrlə zəng etsə də, onun mobil nömrəsi sönülü olmuşdur. Bundan sonra Nemət adlı şəxsin onu aldadaraq 33000 manat pulunu ələ keçirməsini başa düşmüşdür. O, Nemət adlı şəxsi indiyə qədər tanımamışdır. Həmin gün onu ilk dəfə görmüş və onu kəndçisi olan Şahid vasitəsi ilə tanımışdır. O, Nemətlə əlaqə saxlamış, lakin Nemət gah Pərvin onunla birgə bu əməli etdiyini, gah həmin pulu tezliklə qaytaracağını bildirsə də, bu günə qədər müsbət nəticə əldə edə bilməmişdir. Nemətin istifadəsində *** *** ** **, *** *** ** **, *** *** ** **, 050 *** ** ** saylı nömrəli mobol telefonlar olmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Şəfaqət oğlu təqsirləndirilən şəxsin ona vurulmuş ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o, 2011-ci ildə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum olunmuş və 6 il 8 ay azadlıqdan məhrum edilmişdir.Nemət adlı şəxsi cəza çəkmə müəssisəsində cəza çəkdiyi vaxtdan tanımış, belə ki, onlar bir yerdə cəza çəkmişlər.05.01.2020-ci il tarixdə o, “Facebook” sosial şəbəkəsində olarkən yenidən Nemət ilə əlaqə yarada bilmişdir.Onun sosial şəbəkədə olan adı“ Qasanov Neymət”-dir. O, 23.09.2020-ci il tarixdə Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş, həmin zaman onu hava limanında Nemət qarşılamışdır.O, hal-hazırda “Mercedes-Benz E-240” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Masallı şəhərləri arası taksilik etmişdir.25.09.2020-ci il tarixdə həmkəndlisi olan Zərərçəkmiş şəxs ona Bakı şəhərinə maşın almaq məqsədi ilə gedəcəyini demişdir. O, ona “Toyota Prado” markalı avtomobil almaq istədiyini, hətta pulu çatmadığı üçün 5000 manat borc pul aldığını bildirmişdir.Danışıq zamanı Amil ona, avtomobili dollar ilə satıldığını və avtomobilin qiyməti 20 000 ABŞ dolları olduğunu bildirmişdir.Onu hava limanında qarşılayarkən Nemət ona tanıdığı Hacı xanım vasitəsi ilə ucuz qiymətə manatı dollara dəyişə biləcəyini bildirmişdir.Buna görə də, o, Amilə kömək məqsədi ilə Nemətin ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamışdır. Danışıq zamanı Nemət pulu dollara çevirə biləcəyini və dolları 1.65 manatdan qəbul edəcəyini demişdir. 26.09.2020-ci il tarixdə o, Amili Masallıdan Bakı şəhərinə gətirmişdir.O, “Olimpic” star yaxınlığına gəlmiş və orada Nemət ilə görüşmüşlər, buradan bir qədər aralıda yerləşən çay evinə gəlmişlər, orada oturub çay içmişlər. Söhbət zamanı Nemət ondan dolları 1.65 manatdan qəbul etməsi barədə Amilin məlumatı olmasını soruşmuş, o da ona Amilin bu barədə məlumatı olmasını bildirmişdir. Nemət avtomobildə öndə, Amil isə arxada oturmuşdur.Nemət pulu Hacıxanım vasitəsi ilə dollara çevirəcəyini bildirərək onun yaşadığı ünvana sürməyi təklif etmiş, onlar birlikdə Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsində yerləşən 6 saylı binanın qarşısına gəlmişlər.Bu yeri ona avtomobildə öndə oturmuş Nemət göstərmişdir.Həmin yerə çatdıqda Nemət pulu istəmiş, o, ön sağ oturacağın qarşısında olan sandıqçada Amilə məxsus sellofan torbada olan pulu götürmüşdür.Sellofanı Amilə uzatmış, Nemət ilə Amil avtomobildən düşmüşlər.O, həmin müddətdə avtomobilin pəncərələrini bağlamış və avtomobildən düşmüşdür.Avtomobildən düşərkən Nemət ilə Amilin bir yerdə öndə getdiklərini görmüş və onların arxasınca getmişdir. O, binanın blokuna çatarkən Amilin orada tək dayandığını görmüş və pulun Nemətdə olmasını soruşmuşdur. Amil isə pulun Nemətdə olmasını və dollara çevirmək üçün Hacıxanımın yanına qalxdığını bildirmişdir.O, dərhal qaçaraq bloka girdikdə blokun arxa tərəfinə də çıxışın olmasını görmüşdür.Bundan sonra, Nemətin mobil nömrələrinə zəng etsə də, onun nömrələrinə zəng çatmamışdır.Buna görə də Nemətin onları aldadaraq pulu ələ keçirməsini başa düşdükləri üçün Amil 102 xidmətinə zəng edərək məlumat vermişdir.O, Nemətin harada yaşadığını, onun anket məlumatlarını dəqiq şəkildə bilmişdir. Onunla birlikdə 10 nömrəli cəza çəkmə müəssisəsində cəza çəkmişdir.O, həmçinin bildirmişdir ki, onun Təqsirləndirilən şəxs hər hansı borcu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər - 29 oktyabr 2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlığdan məhrum edilmə cəzasına məhkum edilmişdir.13 avqust 2018-ci ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və cəzasının müddəti 24.05.2018-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu olan şəxs hesab edilməsi nəzərə alınmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətin residivi olduğundan, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 26.06.2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-155/2021 saylı, 17 may 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və 26.06.2021-ci il tarixdə o, tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 26.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar