Məhkəmə qərarları › İş №1(001)-156/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-156/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-156/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.00 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Ağdam rayonu, Zərgişalı kəndində doğulmuş, evli, himayəsində 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-193/2020 saylı hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il müddətinə azaldılmış, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 7(002)-366/2022 saylı, 04 fevral 2022-ci il tarixli qərarına əsasən «8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azadılmış, həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-921/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə 02 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Ağdam rayonu, Zərgişalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,075 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 10 iyun 2023cü il tarixdə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 14-cü sıra küçəsində piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilmiş, orada saat 16:25 dəqiqədə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş halda təmiz çəkisi 1,075 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1-2 il olar ki, narkotik vasitə heroin istifadə edir.10 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, köhnə “Papanin” məhəlləsinə getmişdir.Həmin vaxt həmin məhəllədə olarkən tanımadığı şəxsə yaxınlaşmışdır.Həmin şəxsdən narkotik vasitə heroin istədikdə, həmin şəxs də özündə narkotik vasitə heroininin olduğunu, ona 10 manata sata biləcəyini bildirdikdə, o, da həmin şəxslə razılaşmışdır.10 manat məbləğində pul verərək həmin tanımadığı şəxsdən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə heroin almışdır.10 iyun 2023-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, köhnə “Xutor” adlanan Rəsulzadə qəsəbəsinin 14-cü sıra küçəsində Fuad Cabarovla piyada gedərkən 4 nəfər mülkü geyimdə olan şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişdirlər.Üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün üzərlərinə şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişdirlər.Bundan sonra onların razılığı ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparılmışdırlar.Orada olarkən polis əməkdaşları onu ayrı otağa, Fuad Cabarovu isə ayrı otağa dəvət etmişdirlər. Otaqlardan birində olarkən ona hüquq və vəzifələrim izah edilərək öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməyə başlanılmışdır. Həmin vaxt, yəni şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən siqaretin qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin büküm açılaraq içərisinə baxış keçirilərkən həmin bükümü Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını, həmin bükümün içərisindəki vasitənin narkotik vasitə heroin olduğunu bildirmişdir.Daha sonra onun əynində olan paltarının ciblərini açması tələb olunmuşdur.Sol yan cibindən içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, 5 türk lirəsi, 3 ədəd mobil sim kartlar olan qara rəngli pul qapı aşkar olunmuşdur.Əlavə olaraq hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ondan üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşyanın olub olmaması soruşulmaqla əynində olan paltarının ciblərini açmağı tələb olunmuşdur.Ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Sonra isə ayağında olan ayaqqabısı çıxarılaraq içərisinə baxılmışdır.Ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 02 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, hal-hazırda Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir.10 iyun 2023-cü il tarixdə Ağdam rayonu, Zərgişalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Cavadxan küçəsi, ev 58, mənzil 32-də qeydiyyatda olmaqla yaşayan X8 qanunsuz olaraq narkotik vasitə saxlamalarında şübhəli olması ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən X1 icraatına daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu təşkil edilərək o, digər polis əməkdaşdaşları - X6, X3 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 14-cü sıra küçəsinə getmişdirlər.Həmin ərazidə piyada gedənlər Təqsirləndirilən şəxs ilə X10 bir qədər müşahidə edərək əlverişli şəraitdən istifadə edib həmin şəxslərə saat 14:30-da mülki geyimdə olmaqla yaxınlaşmışdırlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərlərində narkotik vasitə saxlamalarında şübhəli olduqlarını həmin şəxslərə bildirib həmin şəxsləri 7-ci Polis Bölməsinə dəvət etmişdirlər. Sonra həmin şəxsləri öz razılığı ilə 7-ci Polis Bölməsinə gətirib raportla 7-ci X16 Hissəsinə təhvil vermişdirlər. X14 üzərində şəxsi axtarış götürülmə aparılması məqsədi ilə bölmənin başqa otağına dəvət edilmişdir. Onlar isə Təqsirləndirilən şəxs ilə birlikdə bölmədə xidmətdə olan polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevin otağına dəvət olunmuşdurlar. Bundan sonra təhqiqatçı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən 10 iyun 2023-cü il tarixdə şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Daha sonra isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl müdafiəçinin iştirak etməsinə etiraz etmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl müdafiəçi iştirak etməmişdir. 10 iyun 2023-cü il tarixdə saat 16:25 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında müdafiəçinin iştirakı olmadan onunla bərabər iş yoldaşı əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir.Digər iş yoldaşları X6 ilə X3 isə iştirak etməmişdirlər.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, 5 türk lirəsi, 3 ədəd mobil sim kartlar olan qara rəngli pul qapını, sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur.Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulduqda həmin şəxs üzərində heç bir başqa əşya olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmişdir.Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən edilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin nə olduğu soruşulduqda o, həmin narkotik vasitəyə bənzər kütlənin «kakos», yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını, həmin vaxtdan üzərində istifadə etmək məqsədi ilə saxlayaraq gəzdirdiyini, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 14-cü sıra küçəsində saxlanılaraq 7-ci Polis Bölməsinə gətirildiyini, gətirilərkən hər hansı bir təzyiqə məruz qalmağını bildirmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin dəqiq çəkisinin və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürlənmiş, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun düzgünlüyü eyni ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunan Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2023-cü il tarixli, 3-16-16/2- 6/3738 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs: imza,...İştirak edən: üç imza, Tərtib etdi:A.Haqverdiyev-imza” sözləri olan zərfdəki 01 ədəd qara rəngli bükümün içərisindəki maddə narkotik vasitə heroindir.Narkotik vasitənin təmiz çəkisi - 1,075 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 1,025 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Narkoloji Ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 5689 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X17 tərəfindən qəbul olunmuş 20 avqust 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən məlum olur ki, X5 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılan işdən ayrılmışdır.İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 596/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmə əsasən məlum olur ki, X12 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə və həmçinin hökm və qərarın surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-193/2020 saylı hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il müddətinə azaldılmışdır.Həmçinin, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 7(002)-366/2022 saylı, 04 fevral 2022-ci il tarixli qərarına əsasən «8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azadılmış, həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-921/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə 02 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətmişdir. Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspert rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, habelə əməlində cinayətin residivinin olmasını nəzərə alaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il saat 16.25 tarixdən - 12 iyun 2023-cü il saat 12.35 tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14.30 dəqiqədə tutulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəəqdi rayon prokuroru, baş ədliyyə müşaviri Müdafiəçi tərəfindən qəbul olunmuş 12 iyun 2023-cü il tarixli qərara əsasən məlum olur ki, müstəntiq Pərvin Cəfərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, 12 iyun 2023-cü il saat 12.35 tarixdə Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Pərvin Cəfərov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs başqa cinayəti işi ilə bağlı həbsdə olduğu nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli baxılan iş üzrə hökm çıxdığı tarixdən, yəni 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, həmçinin qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin qalığı 1,025 qram məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan seçilsin. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 1,025 qram heroinin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab №AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar