Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-157/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 31.01.1969-ci il tarixdə Bak şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 iyun 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu, 6-cı mkr, Cavadxan küçəsində vət. Zərərçəkmiş şəxs məxsus fərdi tikilmiş evdə xadiməçi işləyən zaman evin ikinci mərtəbəsində yataq otağında yerləşən güzgülü divar dəstin ikinci siyirməsinin qıfılın üzərində açarın olmasından istifadə edib həmin açarla qızılların saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab olunan siyirməni açıb qanunsuz daxil olaraq orada saxlanılan 1500 (min beş yüz) manat dəyərində 01 ədəd sarı rəngli metaldan, gül formalı kulonu üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan boyunbağı kilidində “VCA”, qulaqcığının bir tərəfindən “VCA Au750”, digər tərəfindən “JB195577” damğaları həkk olunmuş, metalı 750 əyarlı ümumi çəkisi 8,79 qram, qaşları brilyant, 3 ədədinin hər birinin ölçüsü 0,042 karat, 3/2 keyfiyyətli kulonlu boyunbağı, 500 (beş yüz) manat dəyərində 01 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan sırğa tayı kilidində “OR”, üzərində isə “VCA Au 750 JB209564” damğaları həkk olunmuş, metalı 750 əyarlı, ümumi çəkisi 7,28 qram, qaşları brilyant, 3 ədədinin hər birinin öz ölçüsü 0,038 karat, 3/2 keyfiyyətli qırıntı hesab olunan sırğa tayı və 01 ədəd 10507,75 manat dəyərində “X6” markalı qızıl brilyantlı üzüyü gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 12507,75 (on iki min beş yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Yasamal rayonu, A.Şaiq küçəsi ev 120-də yaşayır. O, 8 ilə yaxındır ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdə qulluqçu işləmişdir. 2019cu ilin dekabr ayında o, yaşadığı evi təmir etmək üçün özünə məxsus qızılları lombarda qoymuş, lakin lombarda olan borcunu ödəyə bilmədiyi üçün qızıllarını ala bilməmişdir. Bundan başqa onun digər şəxslərə də borcu olmuşdur. Bu səbəbdən o, çıxılmaz yolda qalıb işlədiyi evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Aqilin yoldaşı Nərgiz xanım qızılları yataq otağında yerləşən güzgülü divar dəstinin açarlı siyirməsində saxlamışdır. O, həmin yerə heç vaxt Nərgizin icazəsi olmadan aça bilməmiş və qızılları götürə bilməmişdir. 30.06.2020-ci il tarixdə o, otaqları təmizləmək üçün ikinci mərtəbədə yerləşən otağa daxil olmuş və qızılların saxlanıldığı siyirməni üzərində açarın olmasın görmüşdür. O, otaqda heç kimin olmamasından istifadə edib həmin qızılların saxlanıldığı açarlı siyirməni açıb oradan qızılları götürüb cibinə qoymuşdur. Orada bir üzük, sırğanın bir tayı və klonlu boyunbağı olmuşdur. Bundan sonra o, oğurladığı bir ədəd qızıl klonlu boyunbağını 02 iyul 2020-ci il tarixdə 400 manat müqabilində, 06 iyul 2020-ci il tarixdə isə sırğanın bir tayını 400 manat müqabilində lombarda qoymuşdur. Daha sonra oğurladığı bir ədəd qızıl üzüyü isə “Moskva” Univermağı deyilən yerdə dükanların birinə 480 manat satmışdır. O, oğurladığı qızılların satışından əldə etdiyi pulları hesabına borclarını bağlamışdır. 30.07.2020-ci il tarixdə Aqilin yoldaşı Nərgiz siyirməni açdıqda qızılların orada olmadığını görüb bu barədə polisə məlumat vermiş və aparılmış araşdırma zamanı oğurluq hadisənin onun tərəfindən törədilməsi bəlli olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 3 ünvanda bir qulluqçu, iki dayə, bir sürücü və bir bağban işləmişdir. Təxminən 2012-ci ildə o, Türkiyə Respublikasında olan zaman həyat yoldaşına “X6” markalı 1 cüt qızıl sırğa, bir ədəd qızıl üzük və bir ədəd klonlu sep almışdır. Həmin qızıl sırğanı 6050 avroya, klonlu sepi 4300 avroya, üzüyü isə 5500 avroya almışdır. Bundan bir neçə ilə qabaq aldığı sırğanın bir tayı itmişdir. 30.07.2020-ci il tarixdə saat təxminən 09 radələrində yoldaşı Nərgiz ona qızılların yerində olmadığını bildirmişdir. Həmin qızıllar yataq otaqlarında osan şkafın açarlı siyirməyəsində olmuş və həmişə həmin siyirmə açarla bağlı olmuş və oranı açmağa ailə üzvlərində başqa heç kimin icazəsi olmamışdır. Bundan sonra onlar bu barədə polisə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişdir. Yoldaşı həmin qızılları sonuncu dəfə 20.06.2020-ci il tarixdə görmüş, 30.07.2020-ci il tarixdə qızıllarına baxan zaman onların yerində olmamasını müəyyən etmişdir. O, polis bölməsində olan zaman polis əməkdaşlarına Suğradan şübhələndiyini demişdir. Bundan sonra qeyd edilən oğurluq hadisənin Suğra tərəfindən törədilməsi məlum olmuş, hətta sonuncu da ona qızılları oğurladığını etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “Lombard №1” mağazasında zərgər işləmişdir. 02.07.2020-ci il tarixdə lombarda olan zaman tanımadığı bir xanım, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs lombarda girərək qızılın girov qoymaq və bunun müqabilində pul almaq istədiyini bildirmişdr. Təqsirləndirilən şəxs ona bir ədəd kulonlu qızıl sepi verərək onun müqabilində pul almaq istədiyini bildirmişdir. O, həmin qızılı alıb çəkmiş və həmin qızılın 8,7 qram olduğunu müəyyən edərək həmin qızılın müqabilində sonuncuya 400 manat kredit verib müvafiq sənədləşmə aparmışdır. Təqsirləndirilən şəxs 06.07.2020-ci il tarixdə yenidən lombarda gələrək qızıl sırğanın bir tayı olduğunu və onu girov qoymaq istədiyini bildirmişdir. O yenidən həmin qızılı çəkmiş və Təqsirləndirilən şəxs bunun müqabilində 400 manat pul vermişdir. Təxminən avqust ayın əvvəllərində Təqsirləndirilən şəxs əri Şahid4 girov sənədlərini təqdim edərək girov qoyulmuş qızılları geri götürmək istədiyini bildirmiş və ödənişi etdikdən sonra həmin qızılları geri qaytarmışdır. Həmin qızılların oğurluq olması barədə onun heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin qızılların özünə məxsus olmasını demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, heç yerdə işəməmiş, həyat yoldaşı Suğra isə Aqil adlı şəxsin evində xadiməçi işləmişdir. Təqsirləndirilən şəxs Aqil adlı şəxsin evindən oğurluq etməsi barədə ona polis əməkdaşları məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə bu barədə danışmış və sonuncu oğurluq etməsini etiraf edərək qızılların bir hissəsini Nəsimi rayonu ərazisində yerləşən lombarda girov qoyaraq pul götürdüyünü demişdir. O, bunu bilən kimi dərhal həmin lombarda gedərək orada yoldaşının borcunu ödəyib girov qoyduğu qızılları oradan almış və istintaqa təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31.07.2020-ci il tarixli qərardan görünür ki, 20.06.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək olan müddət ərzində ünvan 5 ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 30.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20.06.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək olan müddət ərzində olan oğurluq hadisəsi ünvan 6 ünvanında baş vermişdir. 31.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 31.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “LOMBARD №1” lombarda mağazası tərəfindən verilmiş girov biletlərinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi A4 kağızda kserosurəti çıxarmış sənədin bir nüsxəsidir. Həmin sənədin üzərində möhür və girov biletin nömrəsi əks edilmişdir. Belə ki, nömrə yerində GJN № 734680 möhür yerində isə “X2, VÖEN 502959322” əks edilmişdir. Bundan sonra həmin sənədin məlumat bölməsində girovu qəbul edən tarix 02.07.2020-ci olduğu müşahidə edilir. Qiymət yerində “400 manat” sözləri yazılmışdır. Girov verən bölməsində “Təqsirləndirilən şəxs”, pasport seriya yerində isə AZE ******** sözləri əks edilmişdir. Girov verilə əşyaların yerində isə “1 ədəd sep-klonlu 750 s.7” sözləri əks edilmişdir. Sonda razılığı ilə əlaqədar girov verən şəxsi imzası bölməsində öz imzası əks edilmişdir. İkinci A4 vərəqdə əks edilmiş sənəd isə birincinin davamı olaraq xəbərdarlıq bölməsidir və həmin sənədə Təqsirləndirilən şəxs imza edərək öz nömrəsini qeyd etdiyi müşahidə edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi ikinci lombard sənədinə baxış keçirilən zaman yenidən həmin sənəddə möhür və Girov bileti nömrəsi olması müşahidə edilir. Belə ki Girov bileti № 734705 və möhür yerində isə “X3” və VÖEN ********* yazıları olması müşahidə edilir. Bundan sonra həmin sənədin məlumat bölməsində girovu qəbul edən tarix 06.07.2020-ci olduğu müşahidə edilir. Qiymət yerində “400 manat” sözləri yazılmışdır. Girov verən bölməsində “Təqsirləndirilən şəxs”, pasport seriya yerində isə AZE ******** sözləri əks edilmişdir. Girov verilən əşyaların yerində isə “1 ədəd tək sırğa 750 7.2” sözləri əks edilmişdir. Sonda razılıq ilə əlaqədar girov verən şəxsi imzası bölməsində öz imzası əks edilmişdir. İkinci A4 vərəqdə əks edilmiş sənəd isə birincinin davamı olaraq xəbərdarlıq bölməsidir və həmin sənədə Təqsirləndirilən şəxs imza edərək öz nömrəsini “***-***-**-**” qeyd etdiyi müşahidə edilir. 31.07.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, Təqsirləndirilən şəxs təqdim etdiyi qızılın lombarda girov qoyulması ilə əlaqədar sənəd cinayət işinin materiallarına əlavə edilmişdir. 01.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əri Şahid4 “LOMBARD №1”-dən götürdüyü qızılları istintaqa təqdim etmiş və həmin qızıllar götürülmüşdür. Həmin qızıllara baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 təqdim etdiyi 01 ədəd kulonlu boyunbağının üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli 1 ədəd kulonlu boyunbağının kilidində “VCA”, qulaqcığının bir tərəfində “VCA AU750”, digər tərəfində “JB195577” damğaları olması müşahidə edilir. Təqdim edilən 01 ədəd sırğa tayının üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli 1 ədəd sırğa tayının kilidində “OR” üzərində isə “VCA Au750 JB209564” damğaları olması müşahidə edilir. 01.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 01.08.2020-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevin vəsatəti Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən rədd edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 01.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 01.08.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 07.08.2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd kulonlu sep və 01 ədəd qızıl üzüyün bir tayı tanınmaya zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs həmin qızılların ona məxsus olduğunu bildirib, həmin qızılların rənginə, gül formasında olmasına, üzərində brilyant daşlardan və markasına görə tanıdığını bildirmişdir. 29.09.2020-ci il tarixli, 6/1740-9/3326 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8,79 qram kütləli 1 ədəd kulonlu boyunbağı 750 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aiddir- brilyantdır. Qaşlarının 3 ədədi hər biri təxminən 0,042 karat ölçüdə olmaqla ümumilikdə 3/2 keyfiyyətlidir. 7,28 qram kütləli 1 ədəd sırğa tayı 750 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aiddir – brilyantdır. Qaşlarının 3 ədədi hər biri təxminən 0,038 karat ölçüdə olmaqla ümumilikdə 3/2 keyfiyyətlidir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2020-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 8,79 qram kütləli 1 ədəd kulonlu boyunbağı – 1500,0 manat, 7,28 qram kütləli 1 ədəd sırğa tayının qırıntı kimi qiyməti – 500, manat kimi müəyyən edilir. 12.11.2020-ci il tarixli 6/1482-9/2863 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, gül formalı kulonu üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan boyunbağı – kilidində “VCA”, qulaqcığının bir tərəfindən “VCA Au750”, digər tərəfindən “JB195577” damğaları həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,79 qramdır, qaşları brilyantdır, 3 ədədinin hər birinin ölçüsü 0,042 karat, 3/2 keyfiyyətlidir, 1 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan sırğa tayı – kilidində “OR”, üzərində isə “VCA Au 750 JB209564” damğaları həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 7,28 qramdır, qaşları brilyantdır, 3 ədədinin hər birinin ölçüsü 0,038 karat, 3/2 keyfiyyətlidirlər, qırıntı hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2020-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 8,79 qram kütləli 1 ədəd kulonlu boyunbağı – 1500,0 manat, 7,28 qram kütləli 1 ədəd sırğa tayının qırıntı kimi qiyməti – 500, manat olaraq müəyyən edilmişdir. 14.01.2021-ci il tarixli 61 saylı MKİS-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 26.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd kulonlu qızıl boyunbağı və 1 (bir) ədəd sırğanın tayı iş üzrə maddi sübut kimi tanınmış və həmin əşyalar saxlanılması üçün sahibinə geri qaytarılmışdır. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyev tərəfindən verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə maddi sübut kimi tanınmış və ona məxsus olan 1 (bir) ədəd kulonlu qızıl boyunbağı və 1 (bir) ədəd sırğanın tayını təhvil almışdır. 26.04.2021-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tamamilə ödənilmiş, aralarında barışıq əldə edilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. 28.04.2021-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə o, həm zərərçəkmiş, həm də mülki iddiaçı qismində tanınmışdır. Təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh olan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildyindən mülki iddiadan imtina etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2020-ci il tarixdə isə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməyərək həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək, 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 31 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd kulonlu qızıl boyunbağı və 1 (bir) ədəd sırğanın tayının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 199,50 (bir yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd kulonlu qızıl boyunbağı və 1 (bir) ədəd sırğanın tayının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 199,50 (bir yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-157/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-157/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver