Məhkəmə qərarları › İş №1(001)-159/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-159/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-159/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə əsasında nümayəndəsi X3, Müdafiəçi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 iyun 2017-ci il tarixdən baylayaraq 05 may 2003-cü il tarixdə anadan olmuş X3, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4, 29 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 22 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 75,00 manat olmaqla, ümumilikdə cəmi 300,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)- 4268/2017 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)-4327/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 09 iyun 2022-ci və 15 iyul 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 8541,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fərdi qaydada sürücülük edir və hər ay 500,00 manat müqabilində əmək haqqı alır. Sürücülük etməzdən əvvəl isə yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq ev tikinti-təmiri işləri ilə məşğul olmuş və aylıq gəliri orta hesabla 500,00 – 600,00 manat müqabilində təşkil edirmiş. 2002-ci ilin iyun ayının 2-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 05 may 2003-cü il tarixdə Nuray adlı, 09 oktyabr 2004-cü il tarixdə Nuran adlı, 29 avqust 2006-cı il tarixdə Nurcan adlı və 22 yanvar 2008-ci il tarixdə Turan adlı dörd övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2016cı il tarixdə ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs uşaqların saxlanılmasından ötrü ondan aliment pulunun alınması üçün 2017-ci ilin payız aylarında aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 14 iyun 2017-ci il tarixdən başlayaraq 05 may 2003-cü il təvəllüdlü qızı Nuray Həsənovanın, 09 oktyabr 2004-cü il təvəllüdlü oğlu Nuran Nəbiyevin, 29 avqust 2006-cı il təvəllüdlü qızı Nurcan Nəbiyevanın və 22 yanvar 2008-ci il təvəllüdlü oğlu Turan Nəbiyevin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 75,00 manat alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Şamaxı rayonunda qeydiyyatda olduğu üçün aidiyyəti üzrə Şamaxı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləği tam olaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Şamaxı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Şamaxı Rayon Məhkəməsi tərəfindən onun ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmiş, həmin vaxtdan bir müddət sonra məhkəmə qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu 4200,00 manat məbləğində pulu ödəmədiyi üçün barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. O, Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(074)-11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra icra döv ründə Şamaxı rayonunda qeydiyyatda olmağına baxmayaraq Bakı şəhəri Binəqədi rayonunun ərazisində yaşadığı üçün Şamaxı Rayon İcra Şöbəsi tərəfindən barəsində olan icra işinin davam etdirilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən araşdırma zamanı icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)-4327/2021 saylı qərarı ilə o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, Zərərçəkmiş şəxs ayrılandan sonra X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və rəsmi nikahlarından iki qız, bir oğlan övladları dünyaya gəlmişdir. Məhkəmə qətnaməsindən sonra o, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə 8634,00 manat məbləğində ödəniş etmiş, 09 avqust 2022-ci il tarixədək 8541,00 manat məbləğində qalıq borcu qalmışdır. Həmin borcun ödənilməsi istiqamətində tədbirlər görmüş, uşaqlarının yaşadığı mənzilin kirayə haqqını ödəmiş, onlara bazırlıq etmiş, ödənişlər etmişdir. Lakin həmin qəbzlər onda yoxdur ki, məhkəməyə təqdim etsin. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs da ödənişlər etdiyini etiraf etmir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ilin iyun ayının 2-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 05 may 2003-cü il tarixdə Nuray adlı, 09 oktyabr 2004-cü il tarixdə Nuran adlı, 29 avqust 2006-cı il tarixdə Nurcan adlı və 22 yanvar 2008-ci il tarixdə Turan adlı dörd övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2016-cı il tarixdə ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2017-ci ilin payız aylarında aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 14 iyun 2017-ci il tarixdən başlayaraq 05 may 2003-cü il təvəllüdlü X3, 09 oktyabr 2004-cü il təvəllüdlü X6, 29 avqust 2006-cı il təvəllüdlü X2 və 22 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 75,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Şamaxı rayonunda qeydiyyatda olduğu üçün aidiyyəti üzrə Şamaxı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə sonuncu alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Şamaxı Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 4200,00 manat məbləğində pulu ödəmədiyi üçün sonuncunun barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(074)-11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Şamaxı rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yaşadığı müəyyən olunduğu üçün barəsində olan icra işinin davam etdirilməsindən ötrü aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)-4327/2021 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə olaraq Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. O, məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə 8634,00 manat məbləğində ödəniş etdiyini və 09 avqust 2022-ci il tarixədək 8541,00 manat məbləğində borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı icra vərəqəsi 08 iyul 2019-cu il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən aidiyyati üzrə Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil daxil olmuş və iscra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 14 iyun 2017-ci il tarixdən başlayaraq 05 may 2003-cü il tarixdə anadan olmuş X3, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4, 29 avqust 2006-cı il tarixdə anadan olmuş X2, 22 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmalrı üçün hər bir uşağa görə hər ay sabit pul məbləğində 75,00 manat alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 yanvar 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək qeyd edilən tələbin dərhal təmin edilməsi məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş və qərar verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(074)-11/2019 saylı hökmünə əsasən müəyyən olunmuşdur ki, borclu 28 sentyabr 2018-ci il tarixədək alimentə görə borclu olduğu 4200,00 manat məbləğində pulu iş üzrə tələbkar Zərərçəkmiş şəxs ödəniş etmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və hökm üzrə borclu cəzasını çəkərək başa çatdırımışdır. 09 iyul 2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs aliment bor- cunu ödənilməsi barədə xəbərdarlıq verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 15 iyul 2019-cu il tarixli ərizəsində borclunun 7200,00 manat aliment borcundan 4200,00 manat aliment borcu ödənilməmiş qaldığını bildirmişdir. 16 iyul 2019-cu il tarixdə borclu şöbəyə dəvət olunaraq ona aliment görə borcunun olduğu bildirilrərək ödənilməsi tələb edilmiş, borclu izahatında hər ay ödəməli olduğu 300,00 manat aliment borcundan əlavə pul ödəyəcəyinə söz vermişdir. Borclu yaranmış aliment borcunu hər ay tam şəkildə ödənilməsini təmin etməmiş, aylıq aliment borcunu hissəvi şəkildə ödəməkdə davam etmişdir. 19 aprel 2021-ci il tarixdə borclu şöbəyə dəvət edilmiş və aylıq aliment borcunun ödənilməsi tələb olunsada ödəniş etməmiş, lakin aylıq aliment borcunu ödəyəcəyinə söz vermişdir. Həmin tarixdə yaranmış 7241,00 manat məbləğində aliment borcunun ödənilməsi barədə xəbərdarlıq verilmişdir. Borclu sonraki müddət ərzində qalıq aliment borcunu kəsirlə ödəsədə, borcunu ödəməməkdə davam etmişdir. 10 sentyabr 2021-ci il tarixdə borcludan təkrarən izahat alınmış, izahatında Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə cəzasını çəkib quratardığını və aylıq 300,00 manat aliment pulunu ödəmək imkanının olduğunu bildirmişdir. Qeyd edilən tarixdən sonrakı müddət ərzində borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasından yayınmış, aliment borcunu ödəməmiş və çağırışlara gəlməmişdir. Borclunun şöbəyə məcburi qaydada gətirilməsi barədə aidiyyati üzrə Bakı Şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nə müraciət olunmuş, 13 dekabr 2021-ci il tarixdə məcburi icra tədbirləri nəticəsində borclu icra şöbəsinə gətirilərək barəsində Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)-4327/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Qərar icra olunması üçün şöbənin icraatına 05 yanvar 2022-ci il tarixdə daxil olduqdan sonra borcluya aliment borcunun ödənilməsi barədə yeni müddət təyin edilərək inzibati cərimənin və yaranmış aliment borcunun ödənilməsi barədə xəbərdarlıq verilmişdir. Borclu Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixli izahatında aliment borcunu tam şəkildə ödəyə bilmədiyini və borcundan hər ay 350,00 manat məbləğində ödəmək imkanının olduğunu bildirmişdir. Borculunun İcra sənədində olan qəbzlərdən görünür ki, borclu iş üzrə tələbkara 16 mart 2018-ci il tarixdən etibarən hissəhissə müəyyən məbləğlərdə ödəniş etməkdə davam etmişdir. Borclunun yaşadığı ünvanda əmlakları yoxlanılmış, lakin borcun ödətdirilməsi üçün heç bir əmlakı aşkar olunmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. Borclunun müvafiq işlə təmin olunması ilə əlaqədar X7 4 saylı Ərazi Məşğulluq Filialına sorğu verilmiş və bu barədə borcluya sorğunun surəti təqdim olunmuşdur. 4 saylı Ərazi Məşğulluq Filialının 17 mart 2022-ci il tarixdə şöbəyə daxil olmuş 25 yanvar 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 19 yanvar 2022ci il tarixdə Filial tərəfindən borclu Təqsirləndirilən şəxs məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq MEİS-in “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib iş əmək haqqı 300,00 – 350,00 manat müqabilində təşkil edən ("xxxx") MMC-də sürücü-ekspeditor işi təklif olunmuş, lakin vətəndaş bu təklifdən imtina etmişdir. 05 mart 2022-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş və qeyd edilən rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 8(001)-65/2022 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmışdır. Elektron icra sistemin- dən çıxarışdan görünür ki, borclunun adüna heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 31 may 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün materiallara hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. İcra dövrün- də borclu Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)- 4268/2017 saylı qətnaməsi üzrə ilkin ödəməli olduğu 4200,00 manat məbləğində aliment borcunu cinayət məsuliyyətinə cəlb edildikdən sonra tam olaraq tələbkara ödənilməsi təmin olunmuşdur. 05 may 2003-cü il tarixdə anadan olmuş X3 18 yaşı 05 may 2021-ci il tarixdə tamam olmuşdur. İcra sənədinə əsasən 4 uşağın saxlanılması üçün borclu hər ay hər bir uşaq üçün 75,00 manat məbləğində ayda cəmi 300, 00 manat aliment pulunu 05 may 2021-ci il tarixə kimi 300,00 manatdan 14 iyun 2017-ci il tarixdən hesablanmaqla 13800,00 manat, həmin tarixdən sonra 14 iyun 2021-ci il tarixdən hər ay 225,00 manatdan 3375,00 manat, cəmi 17175,00 manat aliment pulunu tələbkar Zərərçəkmiş şəxs ödəmli olduğu halda, aliment borcundan 8634,00 manat ödəniş etmiş, 09 avqust 2022-ci il tarixədək 8541,00 manat qalıq aliment borcu qalmışdır. Borcluya göstərilən qalıq aliment borcunun ödənilməsi bildirilsədə, ödəməkdən yayınmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət mə- suliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1-2). Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 14 sentyabr 2022-ci il tarixli Təqdimatından görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 iyun 2017-ci il tarixdən baylayaraq 05 may 2003-cü il tarixdə anadan olmuş X3, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4, 29 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 22 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 75,00 manat olmaqla, ümumilikdə cəmi 300,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)-4327/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 09 iyun 2022-ci və 15 iyul 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 8541,00 manat məbləğində borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir (cild 1, i.v 8-10). Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 14 iyun 2017-ci il tarixdən baylayaraq 05 may 2003-cü il tarixdə anadan olmuş X3, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4, 29 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 22 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 75,00 manat olmaqla, ümumilikdə cəmi 300,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir (cild 1, i.v 11-13). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 3(001)- 4327/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh edilmişdir (cild 1, i.v 54-57). 09 iyun 2022-ci il tarixli və 15 iyul 2022-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 8541,00 manat məbləğində borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 163-164). Qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 172-174). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində müdafiə xarakterli göstərdiyi xüsusatları hər hansı bir dəlillərlə əsaslandıra bilməmişdir. Eyni zamanda göstərilən xüsusatlar yuxarıda sadalanan toplanmış subutların məcmusu ilə və cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(074)- 11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, i.v 144-156). Məhkəmə Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı uşaqların saxlanılması üçün ödəməli olduğu, lakin ödəmədiyi 8541 manat aliment borcu vardır. Məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da aliment borcundan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(075)-4268/2017 saylı qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(074)-11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilsə də, bundan da lazımı nəticə çıxarmamış ona təyin edlmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra qətnaməni icra etməməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və azyaşlı uşağın qanuni mənafelərinin pozulmaqda davam etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar