Məhkəmə qərarları › İş №1(001)-159/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-159/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-159/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1 və nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 22 iyul 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evinin eyvanında olan zaman həmin evin qarşı tərəfində yerləşən ünvan 4 ünvanında yerləşən “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 kobud formada səslənməklə yanına çağırsa da, sonuncunun onun çağırışına cavab verməməsini bəhanə edib münaqişəli vəziyyət yaratmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı və tibb müəssisəsinin normal iş rejimini kobud surətdə pozaraq, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr işlədib orada olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edib, özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub üstünlüyünü nümayiş etdirməklə öz hüquqazidd hərəkətlərini davam etdirib, əlində istintaqa məlum olmayan mənbədən əldə edib silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan balta ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib baltanı sonuncuya doğru atmış, həmin baltanın sapının qeyd olunan hospitalda xadimə işləyən Zərərçəkmiş şəxs2 sağ ayaq nahiyəsinə dəyib sonuncuya sağ ayaq pəncəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsinə baxmayaraq, öz aqressiv hərəkətlərini davam etdirərkən ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməklə zor tətbiq edib onu qəsdən yumruqla bir neçə dəfə sifət və burun nahiyəsindən vuraraq ona burun belinin səthi əzilmiş yarası və boyun nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qəza keçirdiyi üçün ailə üzvləri ilə birgə “MedEra” hospitalına getmiş, qulağına 6 tikiş qoyulmuşdur. Qəza keçirdiyi anda telefonu da qırılmışdır. Bir gün sonra qulağında ağrılar başlamış, qanaxma olmuşdur. Telefonu olmadığına görə zəng edə bilməmiş, həyəcan keçirmişdir. O, terrasa çıxıb mühafizəçi Zərərçəkmiş şəxs1 həkim çağırmasını demişdir. Zərərçəkmiş şəxs1 əvvəlcə “donub qalmış”, sonra isə ona “sən kimsən ki, öyrənmisən ona-buna əmr verməyə” demişdir. O, imdad diləyib, kömək istəmişdir. Nurəddin ona aşağı düşməsini demiş, o, aşağı düşdükdə sonuncunun qapıda olduğunu görmüşdür. Taksi sürücüsü Nurəddini qapıdan uzaqlaşdırmağa çalışmışdır. Nurəddin ikinci dəfə qapıya gəlib onu təhqir etmiş, əlində də nə isə olmuşdur. O, da özünü müdafiə etmək üçün uşaq otağında olan baltanı götürmüşdür. Həmin balta qəssab baltası yox, bağda işləmək üçün, güllərin altını işləmək üçün balta olmuşdur. O, Nurəddini vurmaq istəsəydi qapının ağzında olanda vurardı. Hüquqi cəhətdən bilir ki, qapıdan içəridə vursaydı nə olardı, çölündə vursaydı nə olardı. Nurəddin onu dəfələrlə təhrik eləmiş, nəhayət onu elə bir həddə gətirmişdir ki, qapısına qədər getmişdir ki, ondan uzaqlaşsın. Nurədddin uzaqlaşmadığına görə o, baltanı atmışdır. O, baltanı Nurəddinə qorxutmaq məqsədilə atmışdır. Nurəddinin baltanı götürüb ona tərəf gəlmək fikri də olmuşdur. Orada bir qadın baltanı götürmüşdür. O, həmin vaxt ayağında ayaqqabı olmadığını, şortikdə olduğunu hiss etməmişdir. O, heç öz həyətində şortiklə gəzməmişdir. Nurəddin onu bu həddə çatdırmış, ona “sən kişi deyilsən? Çıx qapıdan” demişdir. O, baltanı atdıqdan sonra Nurəddinə tərəf getmiş, sonuncu da onun tərəfə gəlmişdir. Onlar biri-birinə yaxınlaşdıqda Nurəddin əl-qol atmağa başlamışdır. Onun Nurəddinlə heç dalaşmaq fikri də olmamış, anesteziyanın təsirində, halsız olmuşdur. Nurəddinlə onun arasında əlbəyaxa dava olmuş, Nurəddin onu dəmir parçası ilə vurmuşdur. O, yıxılmamış, müvazinətini qoruya bilmişdir. Həmin vaxt kənarda ayrı şəxslər də olmuş, həmin şəxslər onları ayırmışlar. O, yerə yıxıldıqdan sonra bir nəfər onu yerdən qaldırmış və o, yaşadığı evə getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təxminən saat 4 radələrində əməliyyatdan çıxmış, sonra evə qayıtmış, saat 7 radələrində terrasa çıxıb kömək istəmiş, ağrılar həmin saatlarda başlamışdır. Onun Zərərçəkmiş şəxs1la əvvəllər hər hansı münasibəti olmamış, hospitalda işləyən mühafizəçi kimi tanımışdır. O, təxminən 4-5 metr məsafədən Nurəddinə 4-5 saat əvvəl “MedEra” hospitalında əməliyyat olunduğunu, ağrıkəsicinin təsirinin getdiyini, şiddətli ağrıları, qulağında qanaxma olduğunu demiş, həkim çağırmasını xahiş etmişdir. Həkimlər ona nə isə olarsa xəbər etməsini demişlər. Zərərçəkmiş şəxs1 onun dediklərini eşitmiş və “sən kimsən əmr verirsən? Get özün çağır. Alışmısan sən əmr verməyə, qudurmusan və s.” cavabını vermişdir. O, həmin an reaksiya verməmiş, lakin Nurəddin ona ağır söz dediyi üçün terrasdan düşməli olmuşdur. Qulağında anesteziyanın təsiri getdiyi üçün ağrıları olmuşdur. O, Zərərçəkmiş şəxs1 “MedEra” hospitalda əməliyyat olunduğunu, həkim çağırmasını demişdir. Nurəddin isə ona qudurduğunu demişdir. Nurəddin onun qapısına gəlmiş, taksi sürücüsü isə Nurəddini oradan uzaqlaşdırmağa çalışmışdır. O, Nurəddini əlində dəmir parçası görmüş, baltanı özünü müdafiə etmək üçün götürümüş, Nurəddini qorxutmaq istəmişdir. Zərərçəkmiş şəxs1 onu münaqişəyə çəkmişdir. O, baltanı atarkən Zərərçəkmiş şəxs1la aralarında 10 metr məsafə olmuşdur. Hadisə vaxt o, Zərərçəkmiş şəxs1 xəsarət yetirməmiş, burnunu yalandan bağlamışdır. Onun törətdiyi əmələ münasibəti çox pisdir, xalq artistidir, Azərbaycan bayrağı ordeni daşıyır. Bu vaxt kimi həyatında belə bir hadisə olmamışdır. O, “MedEra” hospitalının qarşısına 1 dəfə gedib qayıtmışdır. O, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verməmişdir. O, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməmişdir. O, hadisədən əvvəl yaşadığı evdə pilləkəndən yıxılmışdır. O, Zərərçəkmiş şəxs1 baltalamaq istəsəydi, “səni baltalayaram” deməzdi, kişi kimi baltalayardı. Nurəddin onu təhrik etdiyi üçün baltanı atmışdır. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti yoxdur. O, səhər işə gəlmiş, səs-küy gəldiyini eşitmiş, Təqsirləndirilən şəxs kimisə çağırdığını görmüş, onunla olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona gəlməsini demiş, o, isə işi olduğunu bildirmişdir. Ağadaş Ağayevə ona çağırılarkən gəlməli olduğunu demiş, nalayiq ifadələr işlətmişdir. Sonra isə Təqsirləndirilən şəxs balta ilə gəlmiş, o, 2-3 dəfə içəri girmiş, hospitaldan çıxdıqda bu hadisə baş vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hospitalda “Vətən” mühafizə xidmətinin ezam olunmuş işçisi kimi işləmişdir. O, hadisə günü saat 07 radələrində işə gəlmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər xəstəxanada görmüş, aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. Hadisə saat 8-ə 10-15 dəqiqə işləmiş baş vermişdir. Mübahisə Təqsirləndirilən şəxs onu çağırması ilə başlamış, sonucu ona “ə bura gəl” demişdir. O, uzaqdan Təqsirləndirilən şəxs hansı vəziyyətdə olduğunu görə bilməmişdir. O, Təqsirləndirilən şəxs çağırışı ilə getmədiyi üçün sonuncu onu söymüş, o, da söyüşlə cavab vermişdir. Təqsirləndirilən şəxs ona “sən gəlmirsənsə dayan mən gəlirəm” demişdir. Biraz keçdikdən sonra həyətdə olduğunu görmüşdür. O, əvvəlcə qapının ağzında gözləmiş, əlində balta ilə gəldiyini görmüşdür. Sonra hospitaldan çıxıb dayanmış, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs atdığı balta ona dəyməmiş, o, baltanın Zərərçəkmiş şəxs2 dəydiyini görməmişdir. O, Təqsirləndirilən şəxslə əlbəyaxa olmuş, sonuncu yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs qarşısını almaq üçün yerdən dəmir parçası götürmüşdür. Hadisə vaxtı orada kimlərin olmasını o, xatırlamır. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hospitalda işdə olarkən səs-küy olduğunu eşitmiş, sonra da balta atılmış, balta onun ayağına dəymişdir. O, baltanı götürüb kənara qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 dalaşdığını görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hospitalda xadimə vəzifəsində işləmiş, iş vaxt saat 08:00-da başlamışdır. Hadisə günü isə saat 07-dən işdə olmuş, hadisə təxminən saat 07:30 radələrində baş vermişdir. Hadisə vaxtı o, içəridə olmuş, həyətdən səs-küy gəldiyini eşitmişdir. Səs küy eşidəndən sonra pəncərədən baxmış, sonra işinin dalınca getmişdir. Bir az keçdikdən sonra qapıya tərəf gəlmiş, əlində vedrə olmuşdur. O, vedrəni yerə qoymuş, həmin vaxt balta gəlmişdir. O, baltanın kim tərəfindən atıldığını görməmişdir. Balta vedrəyə dəymiş, o, kənara atılmış, özünü itirmiş, qorxmuşdur. O, mübahisə edənlərin kim olduğunu sonradan bilmişdir. O, baltanı gizlətmişdir ki, götürən olmasın. O, münaqişənin səbəbini bilməmişdir. O, hadisədən sonra təcili yardıma müraciət etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında hər hansı münaqişə olduğunu eşitməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. O, həyətdə səs-küy olduğunu gördükdən təxminən 10-15 dəqiqə sonra balta ona dəymişdir. Ona baltanın saplaq hissəsi dəymişdir. O, baltanı gizlətdikdən sonra vedrəni götürmüş, otaqları təmizləməyə getmişdir. Yerə dağılmış suyu təmizləmək istəyəndə Zərərçəkmiş şəxs1 sifətinin qan olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs birbirlərinə nalayiq ifadələr işlətmələrini eşitməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Hadisə hal-hazırda məhkəmə iclasında bildirdiyi kimi olmuşdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində işlədiyi “MedEra” hospitalının zirzəmisində olan zaman anidən həyətdən bir nəfər kişi cinsli şəxsin yüksək səslə nalayiq ifadələr işlətməsi və səs küy etməsi səsinə əlində su vedrəsi ilə xəstəxananın birinci mərtəbəsinə çıxmışdır. Bu zaman görmüşdür ki, həmin səs küy edən şəxs müğənni Təqsirləndirilən şəxs əlində balta ilə hospitalın həyətində mühafizəçi Zərərçəkmiş şəxs1 üzərinə gələrək sonuncunu nalayiq ifadələrlə təhqir edir. Zərərçəkmiş şəxs1 isə Ağadadaşın əlində baltanı görüb qaçaraq gəlib hospitalın içərisinə girmişdir. Lakin Ağadadaş sakitləşməyərək söyüş təhqir ifadələri işlətməkdə davam edib, Nurəddini vuracağı ilə hədələyərək hospitala doğru gələn zaman Nurəddin demişdir ki, “gözləyin çıxım görüm nə istəyir”. Bu zaman onlar Zərərçəkmiş şəxs1 demişdir ki, çıxmasın. Həmin vaxt Nurəddin Ağadadaşın əlində balta ilə hospitalın girişinə doğru gəldiyini görüb geri çəkilən zaman Ağadadaş əlindəki baltanı Nurəddinin ardınca atmışdır. Bu zaman baltanın sapı gəlib onun sağ ayağına dəydikdən sonra keçib hospitalın giriş hissəsində yerə qoyduğu, içi su dolu plastik vedrəyə dəyib zərbənin təsirindən geri qayıdıb ayağının altından keçərək yerə düşmüşdür. Lakin həmin vaxt onun işlətdiyi vedrəyə heç nə olmamışdır. O dərhal həmin baltanı yerdən götürüb kənara qoymuşdur ki, heç kimin əlinə keçməsin. Bundan sonra Nurəddin bayıra çıxıb Ağadadaşı sakitləşdirməyə çalışarkən sonuncu yenə də nalayiq ifadələr işlətməkdə davam etdiyi üçün Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əlbəyaxa olmuşdur. Bunu görən kənardakı şəxslər gəlib Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 aralaşdırmışdırlar. O, da su dolu vedrəni götürüb gedib yarımçıq qalan işlərini görmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və ondan hadisə barədə ərizə və izahat almışdırlar. O həmin münaqişə baş verən zaman hospitalın zirzəmisində işlədiyi üçün hansı səbəbə görə münaqişə yaranmasını bilməmiş, lakin sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Nurəddindən tibb bacısı çağırmasını tələb etmiş, lakin sonuncunun Təqsirləndirilən şəxs işinin bu olmadığını bildirməsi səbəbindən Ağadadaş aqressivləşərək Zərərçəkmiş şəxs1 təhqir edib münaqişə yaratmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs atdığı baltanın sapı onun sağ ayağına dəyib ağrıtsa da o, elə də ciddi bədən xəsarəti almamışdır. Bununla bağlı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Həmin münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Orada ondan başqa hospitalın baş tibb bacısı, Nəzakət Zülfüqarova, tibb bacısı Şahid3, xadimə Şahid2, qeydiyyatçı Güldəstə və hazırda xatırlamadığı işçi və xəstələr olmuşdur. Başqa kimlərin olmasın xatırlamamışdır. Həmin münaqişə zamanı Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində işlədiyi hospitalın iş rejimi pozulmuşdur. Həmin münaqişə zamanı Təqsirləndirilən şəxs Nurəddinin ardınca balta atdıqdan sonra sonuncu qayıdıb Təqsirləndirilən şəxs qarşısını alan zaman həmin şəxslər əlbəyaxa olmuş və Ağadadaş Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə sifət nahiyəsindən vurmuşdur. Həmin münaqişə zamanı o Nurəddin və Ağadadaşın əlbəyaxa olub bir birlərinə əl və ayaq zərbələri ilə xəsarət yetirməsini görmüşdür. Başqa heç nə görməmişdir. O həmin vaxt Ağadadaşın əlində balta görsə də, Nurəddinin əlində və ya üzərində heç bir əşya və yaxud predmet görməmişdir.” Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hadisə günü axşam xəstəxanada növbədə olmuş, təcili yardım şöbəsinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs axşam yıxılıb travma almış, hospitalda sonuncuya ambulator tibbi yardım göstərib yola salmışlar. Bununla bağlı ambulator karta açılmış, xəstənin həmin andaki, xəsarətləri və keçdiyi müayinələri qeyd olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, baş vermiş hadisənin şahidi olmamış, eşitmişdir. Təqsirləndirilən şəxs spirtli içki içməsi ilə bağlı onun sübutu olmamış, lakin hərəkətlərin spirtli içki içdiyi ehtimal etmişdir. Müayinə zamanı da Təqsirləndirilən şəxs ona narahatçılıq vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saat 8-in yarısı işlədiyi hospitala arxa qapıdan daxil olmuşdur. O, yuxarı qalxdıqdan sonra səs gəldiyini eşitmiş, işçilərdən soruşduqda aşağıda dava olduğunu demişlər. O, aşağı düşdükdə həyətdə mübahisə olduğunu görmüş, xəstələrin təşvişə düşdüyünü görüb, narahatlıq olmaması üçün başqa şöbəyə yönləndirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hospitalda baş tibb bacısı vəzifəsində işləmişdir. O, aşağıda xəstələrlə məşğul olarkən davanın davam etdiyini görmüşdür. O, gördükdə Nurəddin qapının ağzında durmuş, Təqsirləndirilən şəxs baltanı atmış, balta vedrəyə, sonra isə xadimənin ayağına dəyib yerə düşmüşdür. Xadimə də baltanı götürmüşdür. Təqsirləndirilən şəxs Nurəddinə nalayiq sözlər demiş, sonuncu da Təqsirləndirilən şəxs üstünə getmişdir. Nalayiq ifadələr əvvəl birtərəfli, sonra qarşılıqlı olmuşdur. Hadisə vaxt o, Zərərçəkmiş şəxs1 əlində dəmir parçasının olduğunu görmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saatlarında işə gəldikdən sonra həyətdən söyüş səsləri gəldiyini eşitmişdir. O, təcili yardımda olmuş, səs-küylə bağlı qeydiyyat şöbəsinin qabağına gəlmişdir. Sonra mühafizəçi Zərərçəkmiş şəxs1 təcili yardımın qarşısına yaxınlaşmış, alnında qan olmuşdur. Digər xəstələr də təcili yardıma yaxınlaşdıqları üçün o, yenidən həmin şöbəyə qayıtmışdır. Zərərçəkmiş şəxs1 təcili yardımda tibbi yardım göstərilmiş, yarasına müdaxilə olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun iş vaxtı saat 7-dən 4-ə kimidir. Həmin gün saat 07 radələrində işdə olmuşdur. Səs-küy olanda o, təcili yardımda olmuş, dava olan vaxt isə qeydiyyat şöbəsinin qarşısında olmuşdur. O, Təqsirləndirilən şəxs balta atmasının şahidi olmuşdur. Həmin balta xəstəxanada xadimə işləyən Nəzakətə dəymişdir. O, Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 təhqir etməsini də eşitmiş, lakin sonuncunun təhqirlə cavab verməsini eşitməmişdir. Bu hadisə olmamışdan qabaq o, növbəni təhvil alarkən Təqsirləndirilən şəxs xəstəxanaya müraciət etdiyini, qulağına tikiş qoyulduğunu eşitmişdir. Onlara bu məlumatı tibb bacısı vermiş, həkim də təsdiqləmiş, KT müayinəsindən keçdiyini bildirmişdir. O, hospitala daxil olarkən münaqişənin olduğunu görməmişdir. O, hospitalda təcili yardım otağında oturmuş, həmin otağın pəncərəsi olmamışdır. O, Zərərçəkmiş şəxs1 hər hansı dəmir parçası götürdüyünü görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 102 nömrəli Mənzil Kommunal İstismar Sahəsində işdə olarkən səs-küy gəldiyini eşitmiş, irəli getdikdə Təqsirləndirilən şəxslə mühafizəçi Zərərçəkmiş şəxs1 mübahisə etdiyini görmüşdür. Mübahisənin nə üstündə baş verdiyini o, bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, saat 7-də işə gəlmişdir. O, hadisənin dəqiq olaraq saat neçədə olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında əvvəllər mübahisə olmasının şahidi olmamışdır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həkim çağırmasını demiş, sonuncu isə bundan imtina etmişdir. O, bundan sonra yoluna davam etmişdir. O, baş vermiş hadisə haqqında sonradan televizorda eşitmişdir. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 biri-birilərini təhqir etmələrini eşitməmişdir. Onun iş yeri Ə.ünvan 5 ünvanında yerləşən 102 nömrəli Mənzil Kommunal İstismar Sahəsidir. O, Təqsirləndirilən şəxs əlinə balta alıb “MedEra” hospitalın qarşısına keçdiyini görməmişdir. O, ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs əlində balta gördüyünü deməmişdir. Şahid8 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 10 ildir ki, Binəqədi rayon 102 nömrəli MKİS-in tərkibində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsində təmizlik işinə baxmışdır. Onun iş saatı saat 07:00-dan saat 16:00 radələrinə qədər davam etmişdir. O Təqsirləndirilən şəxs bir müğənni kimi tanısa da sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə tanımamışdır. xx.xx.2024-cü il tarixdə də səhər saat 07:00 radələrində qeyd olunan yerə gəlmişdir. Saat təxminən 07:10 radələrində o işlədiyi küçədə təmizlik işləri aparmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindən keçən zaman orada səs-küy gəldiyini eşitmişdir. O bir qədər də yaxınlaşdıqda müğənni Təqsirləndirilən şəxs evinin qapısının qarşısında dayanaraq əsəbi şəkildə qışqırdığını görmüşdür. O Təqsirləndirilən şəxs kimə və hansı səbəbə qışqırdığını görməmişdir. O Təqsirləndirilən şəxs yanına çatdıqda Təqsirləndirilən şəxs dayanmadan əsəbi şəkildə qışqıraraq yolun qarşı tərəfində olan şəxslə danışmışdır. O Təqsirləndirilən şəxs yanına çatdıqdan sonra əsəbləşməyinin səbəbini soruşmuş, lakin Təqsirləndirilən şəxs çox əsəbi olduğu üçün ona əhəmiyyət verməyərək yenə də qışqırmaqda davam etmişdir. Qarşı tərəfdə dayanan şəxsin isə Təqsirləndirilən şəxs nə isə deməsi və ya hər hansı bir hərəkət etməsini görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində balta ilə yolun əks tərəfinə keçib mübahisə etdiyi şəxsin ardınca “MedEra” hospitalının həyətinə doğru getmişdir. O isə bir qədər Təqsirləndirilən şəxs evinin qarşısında yolun kənarında dayanıb nə baş verdiyini anlamağa çalışsa da mübahisənin səbəbini başa düşə bilməmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs sakitləşmədiyini görüb işlərinin yarımçıq qalmaması üçün yoluna davam etmişdir. Daha sonra onun hadisənin davamından məlumatı olmamışdır. Sonradan ətrafda danışan şəxslərdən Təqsirləndirilən şəxs bir şəxslə dava etdiyini eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani 53 ünvanında yerləşən “MedEra” hospitalın qarşısında baş vermiş münaqişəni görməmiş və səbəbini bilməmişdir. O sadəcə olaraq işi ilə əlaqədar həmin ərazidən keçən zaman Təqsirləndirilən şəxs evinin qarşısında əsəbi şəkildə qışqıraraq qarşı tərəfə nə isə dediyini eşitmişdir. Təqsirləndirilən şəxs yanına yaxınlaşdıqda isə hələ də əsəbi şəkildə qışqırdığını görüb, sonuncudan əsəbləşməsinin səbəbini soruşmuş, lakin Təqsirləndirilən şəxs ona əhəmiyyət verməyərək yenə də əsəbi şəkildə əlində balta ilə qarşı tərəfə qışqırmağa davam etmişdir. Həmin vaxtda orada tanımadığı şəxslər olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə zamanı o, Təqsirləndirilən şəxs evinin qarşısında əsəbi şəkildə qarşı tərəfə qışqırdığını və əlində olan baltanı kürək nahiyəsində gizlədərək yolun əks tərəfinə yəni hospitala tərəf getməsini görmüşdür. Həmin vaxt onun əynində güllü donu, donun üstündən isə üzərində Binəqədi rayon 102 nömrəli MKİS-ə məxsus göy rəngli jilet olmuş, başında isə yaylıq olmuşdur.” Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saat 8-ə 10-15 dəqiqə işləmiş “MedEra” hospitalın qarşısında ağacın altında oturmuşdur. O, həmin vaxt Nurəddinin söyüş söydüyünü, səs-küy yarandığını görmüşdür. O, yaxınlaşıb nə olduğunu soruşduqda əli ilə Təqsirləndirilən şəxs göstərmiş, ondan həkim tələb etdiyinə görə sonuncunu söydüyünü demişdir. O, Nurəddinə Təqsirləndirilən şəxs tanınmış adam olduğunu, etdiyi hərəkətin ayıb olduğunu demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nurəddini kənara çəkib, Təqsirləndirilən şəxs də iki dəfə həyətə salmış, həkim çağırmaq lazımdırsa çağıracağını demişdir. Saat 8-də onun müştərisi olduğuna görə getməli olmuşdur. O, sonra eşitmişdir ki, Təqsirləndirilən şəxslə Nurəddin əlbəyaxa dalaşmış və Təqsirləndirilən şəxs yerə yıxılmışdır. O, tez gedib kömək etmiş və bundan sonra getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs həkim çağırmağı təklif etmiş, həmin vaxt sonuncu söyüş söymüşdür. Təqsirləndirilən şəxs darvazanın qarşısına çıxdıqda o, sonuncunu geri qaytarmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs yenidən darvazanın qarşısına çıxmış, o, sonuncunun əlində nə isə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs çölə çıxdıqdan sonra söyüş söymüş, o, qonşulardan ayıb olduğunu demiş, sonra isə avtomobilinə tərəf getmişdir. O, geri qayıtdıqda Təqsirləndirilən şəxs yerə olduğunu görmüş, yerdən qalxmağa kömək göstərmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs əlində balta olduğunu və Zərərçəkmiş şəxs1 əlində hər hansı predmet olduğunu görməmişdir. O, birinci söyüşü Nurəddindən eşitmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 erməni dediyini eşitməmişdir. Şahid7 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs bir müğənni kimi tanısa da sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Lakin Zərərçəkmiş şəxs1 isə təxminən bir il olar ki, “MedEra” hospitalının mühafizəçisi kimi tanımışdır. Onun Nurəddinlə normal münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə də səhər saat 06:30 radələrində qeyd olunan yerə gəlmişdir. Saat təxminən 07:20 radələrində “MedEra” Hospitalın mühafizəçisi Nuru adı ilə tanıdığı Zərərçəkmiş şəxs1 səsini eşidib sonuncunun hospitalın qarşısında avtomobil saxlayan şəxslə mübahisə etdiyini düşünüb həmin tərəfə baxdıqda orada heç kimin olmadığını görmüşdür. O Nurəddinə yaxınlaşıb kiminlə mübahisə etdiyini soruşduqda sonuncu ona “Busat” mərasim evinin yanında olan evi göstərib bu evdə olan şəxsin erməni deməsini və nalayiq ifadələri işlətməsi səbəbindən mübahisə etdiyini demişdir. O, Nurəddinə həmin evin Təqsirləndirilən şəxs evi olduğunu bu cür danışıqların doğru olmadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evindən şort və qısaqol köynəklə ayaqyalın şəkildə çölə çıxmışdır. Təqsirləndirilən şəxs öz evinin qarşısında durub Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “erməni olsaydı gedib çağırardın, adamlığın yoxdur gedib bir nəfər çağırasan, gəlib qulağımın yarasına baxsın”. Bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bildirmişdir ki, “mən sənə həkim çağıran deyiləm özün get çağır”. O bu zaman mübahisənin böyüməməsi üçün Təqsirləndirilən şəxs bildirmişdir ki, o həkim çağırar içəri keçsin. Təqsirləndirilən şəxs də içəri keçdikdən sonra Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxs barəsində danışaraq deyindiyi üçün Təqsirləndirilən şəxs yenidən çölə çıxmış və o, yenə də Təqsirləndirilən şəxs yanına gedərək sonucunu sakitləşdirməyə çalışmışdır. Lakin Ağadadaş yenidən evindən bayıra çıxmış və orada olan adını bilmədiyi yol süpürgəçisi Təqsirləndirilən şəxs qarşısına gələrək sonuncunu sakitləşdirməyə çalışmışdır. Lakin sözlü mübahisənin davam etdiyi şəraitdə Təqsirləndirilən şəxs əsəblərini cilovlaya bilməyib, çölə çıxaraq Zərərçəkmiş şəxs1 təhqirlə cavab verməyə başlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 yaxınlaşıb bu dəfə də uzaqlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs1 təhqirlərlə Ağadadaşa cavab verdiyi üçün o, Nurəddinə yaxınlaşıb bildirmişdir ki, getsin. Bu zaman o, Nurəddinin qaçdığını, arxa tərəfə baxdıqda isə Təqsirləndirilən şəxs əlində balta olduğunu görmüşdür. O cəld Təqsirləndirilən şəxs qarşısına qaçıb əlini tutmuş və yenidən evinin həyətinə ötürmüşdür ki, mübahisə böyüməsin. O saat 07:50 radələrində saat 08:00-da götürməli olduğu müştərisinin arxasınca getməli olduğu üçün avtomobilinin yanına gəlib avtomobilə əyləşmiş və mühərriki işə salmışdır. Bu zaman yol süpürgəçisi olan qadının qışqırdığını eşitdiyi üçün dərhal avtomobildən çölə boylandıqda Təqsirləndirilən şəxs əlində balta ilə “MedEra” Hospitala tərəf getdiyini görmüşdür. O avtomobili işlək vəziyyətdə qoyub Təqsirləndirilən şəxs arxasınca gedən zaman Təqsirləndirilən şəxs əlində olan baltanı Nurəddinə doğru atdığını görmüşdür. Lakin həmin balta Nurəddinə dəyməmişdir. Bundan sonra Nurəddin hospitalın içərisindən çıxıb Ağadadaşın üzərinə doğru gəlmiş və sonuncular əlbəyaxa olmuşdurlar. O bir qədər kənarda dayanıb mübahisənin bitməyini gözləsə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yerə yıxmışdır. Lakin Nurəddinin təpiklə Təqsirləndirilən şəxs vurduğunu gördükdə o cəld qaçmış və Təqsirləndirilən şəxs kömək edib sonuncunu yerdən qaldırmışdır. Lakin artıq saat 08:00-da müştərisini götürməli olduğu üçün Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 orada qoyub öz işinin arxasınca getmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani 53 ünvanında yerləşən “MedEra” hospitalın qarşısında Zərərçəkmiş şəxs1 yüksək səslə danışdığını gördüyü üçün yaxınlaşıb səbəbini soruşduqda Nurəddin ona “Busat” mərasim evinin yanında olan evi göstərib orada olan şəxsin Nurəddinə erməni deməsi və nalayiq ifadələr işlədərək həkim istəməsini demişdir. Mübahisənin yaranmasının ilkin səbəbi barədə isə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani 53 ünvanında yerləşən “MedEra” hospitalda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişə zamanı orada tanımadığı şəxslər olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə zamanı o Zərərçəkmiş şəxs1 sakitləşdirməyə çalışdığı üçün Təqsirləndirilən şəxs onun arxa tərəfində qalmış və o Təqsirləndirilən şəxs əlində balta olub-olmasını görməmişdir. Sonradan Təqsirləndirilən şəxs əlində balta ilə çölə çıxmışdır. O, xx.xx.2024cü il tarixdə saat 07:30 radələrində “MedEra” hospitalda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxasınca baltanı atan zaman o, bir qədər kənarda olduğu üçün baltanın hospitalın içərisinə gedib düşdüyünü görsə də, orada kiməsə dəyib xəsarət yetirməsini görməmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində “MedEra” hospitalda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la əlbəyaxa olsalar da, o bir qədər kənarda dayandığı üçün kimin kimi birinci vurmasını görməmişdir. Lakin mübahisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təpiklə vurduğu üçün o oraya getmişdir. Həmin vaxt onun üzərində ağ rəngli qısaqol kofta və göy rəngli cins şalvar olmuşdur.” Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı orada olmamışdır. Səhər gəldikdə söz-söhbət olduğunu bilmişdir. Həmin vaxt bilmişdir ki, Ağdadaş Ağayev qulağına baxması üçün həkim istəmiş, lakin Nurəddin çağırmamışdı. O, Nurəddindən nəyə görə həkim çağırmamasını soruşduqda sonuncu Təqsirləndirilən şəxs onu söydüyünü demişdir. O, polis əməkdaşlarına da hadisənin şahidi olmadığını demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hospitalın qarşısına saat 8 və ya 9-a işləmiş gəlmişdir. Həmin yerə gəldikdə Təqsirləndirilən şəxs orada görməmiş, Zərərçəkmiş şəxs1 görmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, səhər “MedEra” hospitalda öz işini görərkən Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətdiyini eşitmişdir. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs yaxınlaşmış, bir az dalaşmışlar. O, 3-5 dəqiqə ərzində bu hadisənin şahid olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü o, təxminən saat 6:45-də işdə olumuşdur. Hadisə saat 8-ə işləmiş və 8-in yarısı baş vermişdir. Zərərçəkmiş şəxs1 söyüş söysə də çox söyməmişdir. O, Təqsirləndirilən şəxs balta atmasının şahidi olmuşdur. Təqsirləndirilən şəxs baltanı çöldən atmış qapı açıq olduğuna görə balta hospitalın dəhlizinə düşmüşdür. Həmin balta Zərərçəkmiş şəxs2 dəymiş, sonuncu baltanı götürüb kənara qoymuşdur. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əlbəyaxa olduqlarını görmüşdür. Hadisə zamanı hospitalda olan pasientlər də qorxmuşlar. O, Zərərçəkmiş şəxs1 baltanı götürmək istədiyini görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun iş vaxtı saat 8-də başlamış, saat 8-ə qalmış iş gəlmişdir. Şlaqbaumdan içəri daxil olarkən hələ küçədə səs-küy olduğunu eşitmiş, arxadan bir nəfərin balta ilə yanından keçib nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs1 yaxınlaşdığını görmüşdür. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu əvvəl bilməmişdir. O, kənardan sağ tərəfdən keçib içəri daxil olmuş, içəri daxil olduqda pasientlər və bir neçə işçilər orada olmuşdur. Qapıdan hər kəs hadisəyə baxmışdır. O, bir az orada gözləmiş, sonra içəri əşyalarını qoymaq üçün otağa yaxınlaşmışdır. O, qeydiyyat şöbəsində oturduğu üçün qayıdanda görmüşdür ki, hələ də hadisə davam edir. Sonra həmin anda qapıdan içəri balta atıldığını görmüşdür. Orada xəstələr və Zərərçəkmiş şəxs2 olmuşdur. O, baltanın Zərərçəkmiş şəxs2 dəydiyini görmüşdür. Həmin vaxt hər kəs bir kənara dağılışdı. O, Zərərçəkmiş şəxs1 da burnunun qanadığını görmüş, əli il tutmuş halda içəri təcili yardım tərəfə getmişdir. Hadisə hələ də davam etdiyi üçün polis əməkdaşına zəng etmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, şlaqbaumun yanından keçərkən Təqsirləndirilən şəxs arxadan gəlmiş, onun sol tərəfindən əlində balta ilə keçmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. O, əşyalarını yerləşdirib qayıtdıqda hələ də mübahisənin davam etdiyini görmüşdür. O, qeydiyyat şöbəsinə yaxınlaşanda qapıdan baltanın içəri atdığını görmüşdür. O anda hər kəs kənara çəkilmişdir. Balta Zərərçəkmiş şəxs2 ayağına dəymiş, qeydiyyat şöbəsindən kimsə polisə zəng etmişdir. O, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əlində hər hansı predmet görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, 22 iyul 2024-cü il tarixdə saat təxminən 07:30 radələrində işlədiyi “MedEra” Hospitala gəlmişdir. O, hospitalın həyətinə daxil olarkən Təqsirləndirilən şəxs əlində balta ilə hospitalın içərisinə doğru getdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək sonuncunun üzərinə doğru getmişdir. O, içəri daxil olub oradan öz əşyalarını götürərək kassaya doğru gedən zaman səs-küy eşitmişdir. O, orada xəstələr və hospital işçilərinin bir yerə toplaşdığını görmüşdür. O, oraya yaxınlaşan zaman baltanın yerdə olduğunu və hospitalın xadiməsi Zərərçəkmiş şəxs2 ayağını tutaraq yaxınlıqda olan stollardan birində əyləşdiyini və hər kəsin təəccüb içərisində olduğunu görmüşdür. Hadisələrin dəqiq ardıcıllığını xatırlamasa da, bir neçə dəqiqədən sonra hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 burnu qanadığı üçün təcili yardım şöbəsinə aparılmışdır. O artıq iş saatı başladığı üçün kassaya keçmiş, sonradan söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmaq üçün baltanı atdığını və sonuncunun Təqsirləndirilən şəxslə əlbəyaxa olaraq xəsarət aldığını öyrənmişdir. Bundan bir müddət sonra isə polis əməkdaşları hadisə ilə bağlı hospitala yaxınlaşmışdırlar. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində “MedEra” hospitalda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişənin hansı səbəbdən yaranması barədə məlumatı olmamışdır. Münaqişə təxminən 15-20 dəqiqə davam etmiş, orada kimlərin olmasını tam xatırlamasa da, Zərərçəkmiş şəxs2 ayağını tutaraq oturduğunu görmüşdür. Həmin vaxt orada xəstəxananın hazırda xatırlamadığı işçiləri və xəstə yaxınları olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətdiyi və hospitalın içərisinə balta atdığı üçün orada olan işçilər işlərini saxlamış və xəstələr narahat olmuşdur. Buna görə də, həmin münaqişə nəticəsində hospitalın iş rejimi pozulmuşdur. Həmin münaqişə zamanı tərəflərin bir-birinə nə ilə, hansı bədən nahiyələrinə və neçə dəfə vuraraq xəsarət yetirmələrini görməsə də, Zərərçəkmiş şəxs1 bir neçə dəqiqədən sonra burnu qanayaraq təcili yardım şöbəsinə aparıldığını görmüşdür. Münaqişə zamanı hospitala hər hansı maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən “MedEra” Hospitalın həyətində baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona atılmış baltanı və sonuncuya vurduğu dəmir parçasını Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 221.1-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “MedEra” Hospitalın müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni qeydə aldığı videogörüntülərin köçürüldüyü 01 ədəd yaddaş kartı götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş yaddaş kartından görünür ki, yaddaş kartına baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən 01 ədəd yaddaş kartının içərisində “WhatsApp Video 2024-07-27 at 10.32.53”; “WhatsApp Video 2024-07-27 at 10.32.54 (1)”; “WhatsApp Video 2024-07-27 at 10.32.54 (2)”; “WhatsApp Video 2024-07-27 at 10.32.54” adlı fayllar vardır. “WhatsApp Video 2024-07-27 at 10.32.53” adlı videofayl açıldıqda 00:00:40 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 7 ünvanında yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 öndə, Təqsirləndirilən şəxs isə əlində balta ilə onun arxasınca qaçdığı müşahidə olunur. 00:00:07-ci saniyədə Zərərçəkmiş şəxs1 adi addımlarla Hospitalın içərisinə doğru getdiyi, Təqsirləndirilən şəxs əlində tutmuş olduğu baltanı ona doğru qaldıraraq ilk öncə nəsə deməsi və əlində olan balta ilə bir qədər irəli gəldiyi görünür. 00:00:27-ci saniyədə Təqsirləndirilən şəxs əlində balta ilə bir qədər irəli gəldikdən sonra dayanıb bir neçə addım geriyə qayıtdığı və 00:00:32-ci saniyədə Təqsirləndirilən şəxs əlində olan balta ilə hospitalın həyətində gəzişməsi müşahidə olunur. Bundan sonra videogörüntünün sonunadək iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-07-27 at 10.32.54 (1)” adlı videofayl açıldıqda 00:01:02 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. ünvan 7 ünvanında yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:08-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 hospitalın içərisinə daxil olduğu müşahidə olunur. 00:00:12-ci saniyədə Təqsirləndirilən şəxs əlində olan balta ilə gəlib hospitalın həyətindən bir qədər dayandıqdan sonra geri qayıtdığı görünür. 00:00:30-cu saniyədə Təqsirləndirilən şəxs əlində balta ilə yenidən Zərərçəkmiş şəxs1 üzərinə doğru gəlməsi müşahidə olunur. 00:00:33-cü saniyədə Təqsirləndirilən şəxs yenidən geriyə gələrək əlindəki baltanı Zərərçəkmiş şəxs1 tərəf atması və Zərərçəkmiş şəxs1 çəkildiyi üçün baltanın hospitalın içərisinə doğru getməsi görünür. 00:00:39-cu saniyədə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs əlbəyaxa olması müşahidə olunur. 00:00:49-cu saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bir qədər uzaqlaşması və sonuncunun yerdən dəmir dəyənəyi götürüb Təqsirləndirilən şəxs üzərinə doğru getməsi görünür. 00:00:53-cü saniyədə Zərərçəkmiş şəxs1 əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs bir dəfə qarın nahiyəsinə və bir dəfə baş nahiyəsinə vurması, daha sonra əlbəyaxa olması görünür. 00:00:59-cu saniyədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yerə yıxması və bir nəfər şəxsin onların yanına yaxınlaşması müşahidə olunur. “WhatsApp Video 2024-07-27 at 10.32.54 (2)” adlı videofayl açıldıqda 00:00:22 saniyə qeydə alınmış video görüntü aşkar edilir. ünvan 7 ünvanında yerləşən “MedEra” Hospitalın içərisində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:09-cu saniyəsində baltanın hospitalın içərisinə girib oradan olan oturacaqlara dəydikdən sonra istiqamətini dəyişib Zərərçəkmiş şəxs2 ayağına dəyib yerə düşməsi müşahidə olunur. 00:00:12-ci saniyədə Zərərçəkmiş şəxs2 yerə düşmüş baltanı götürüb oradan uzaqlaşması görünür. Bundan sonra videogörüntünün sonunadək iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-07-27 at 10.32.54” adlı videofayl açıldıqda 00:01:55 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 7 ünvanında yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində Təqsirləndirilən şəxs əlində olan baltanı “MedEra” hospitalın içərisinə doğru atdığı görünür. 00:00:07-ci saniyədə Təqsirləndirilən şəxslə “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 əlbəyaxa olduqları müşahidə olunur. 00:00:13-cü saniyədə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əlbəyaxa olan zaman sonuncunun üzərindən dəmir dəyənəyin yerə düşməsi görünür. 00:00:16-cı saniyədə Təqsirləndirilən şəxs Hospitalın həyətində dayanmış qırmızı rəngli avtomobilin yanına yaxınlaşması və 00:00:17-ci saniyədə “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 yerdən dəmir dəyənək götürərək Təqsirləndirilən şəxs üzərinə doğru getdiyi görünür. 00:00:21-ci saniyədə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs bir dəfə qarın nahiyəsindən və bir dəfə baş nahiyəsindən zərbə endirməsi və 00:00:27-ci saniyədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yerə yıxması müşahidə olunur. Videogörüntünün 00:00:30-cu saniyəsindən orada olan şəxslərdən birinin onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs1 əlində olan dəmir dəyənəyi onun əlindən alması və 00:00:33-cü saniyədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs uzaqlaşdırması görünür. 00:00:39-cu saniyədə Zərərçəkmiş şəxs1 tapiklə Təqsirləndirilən şəxs üz nahiyəsində zərbə endirməsi müşahidə olunur. 00:00:41-ci saniyədə onları ayıran şəxsin Zərərçəkmiş şəxs1 qolundan tutaraq sonuncunu Hospitalın çıxışına doğru apardığı görünür. 00:00:46-cı saniyədə Zərərçəkmiş şəxs1 yenidən onu uzaqlaşdıran şəxsin əlindən çıxaraq Təqsirləndirilən şəxs yanına qayıtması və onları ayıran şəxsin ona mane olmağa çalışması buna baxmayaraq görüntünün 00:00:56-cı saniyəsində Zərərçəkmiş şəxs1 yerdə uzanmış vəziyyətdə olan Təqsirləndirilən şəxs təpiklə zərbələr endirməsi və orada olan başqa bir şəxsində ona mane olmağa çalışması müşahidə olunur. Görüntünün 00:01:07-ci saniyəsində iki nəfər şəxsin qaçaraq onlara yaxınlaşması və Təqsirləndirilən şəxs yerdən qalxmasına kömək etmələri görünür. Bundan sonra videogörüntünün sonunadək iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. xx.xx.2024-cü il tarixli, 1537 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – burun belinin səthi əzilmiş yarası, boyun nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli, 1543 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət - sağ ayaq pəncəsinin qançırı bərk küt əşyanın təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni digər şəxs tərəfindən zərbə ilə atılmış baltanın küt hissəsinin onun sağ ayağına zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, diskə bais keçirilmiş və müəyyən edilmişdir ki, içərisində “VİD-20240730-WA0000.mp4” adlı fayl vardır. “VİD-20240730-WA0000.mp4” adlı videofayl açıldıqda 00:03:31 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən evinin həyət divarında quraşdırılmış Ə.Naxçıvani küçəsini “MedEra” Hospitalının girişi istiqamətində bir tərəfli formada çəkən müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 orada dayanan bir nəfər ağ rəngli köynək geyinmiş şəxslə nəisə danışdığı müşahidə olunur. Həmin görüntünün 00:00:05-ci saniyədə Təqsirləndirilən şəxs əlində tutdudğu qırmızı rəngli sapı olan baltanı kürək nahiyəsində gizlədərək yaşadığı evin həyətindən çölə çıxıb Zərərçəkmiş şəxs1 üzərinə doğru getməsi və sonuncunun oradan bir qədər uzaqlaşdığı görünür. Budan əlavə görüntünün 00:00:08-ci saniyədə Təqsirləndirilən şəxs əlində olan baltanı arxasında gizlədərək iti addımlarla Zərərçəkmiş şəxs1 ardınca sonuncunun işlədiyi hospitalın qarşısına qədər gedərək orada bir qədər ləngiməsi və görüntünün 00:00:16-cı saniyəsində Təqsirləndirilən şəxs geri qayıdaraq yaşadığı evin həyətinə daxil olması görünür. Görüntünün 00:00:59-cu saniyəsində Zərərçəkmiş şəxs1 “MedEra” Hospitalının qarşısında dayanaraq onun əks tərəfində Təqsirləndirilən şəxs evinin həyətinə giriş hissə də dayanmış Təqsirləndirilən şəxslə nə isə danışması və 00:01:10-cu saniyədə orada olan ağ köynəkli şəxsin Zərərçəkmiş şəxs1 yanına gələrək onunla danışması müşahidə olunur. Bundan başqa görüntünün 00:01:25-ci saniyəsində Zərərçəkmiş şəxs1 bir qədər Hospitalın qarşısından keçən avtomobil yolunun hərəkət hissəsinə daxil olub oradan əks tərəfdə olan Təqsirləndirilən şəxslə sözlə mübahisə edərkən ağ köynəkli şəxsin ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 “MedEra” Hospitalın həyətin doğru çəkib aparması görünür. Bundan sonra həmin görüntünün 00:02:12-ci saniyəsində Təqsirləndirilən şəxs əlində olan qırmızı saplı baltanı kürək nahiyəsində gizlədərək Zərərçəkmiş şəxs1 ardınca “MedEra” Hospitalın həyətinə giriş hissədə quraşdırılmış şlaqbaumun qarşısına gedərək orada dayanması və daha sonra görüntünün 00:02:29-cu saniyəsində Təqsirləndirilən şəxs əlində olan balta ilə “MedEra” Hospitalın həyətinə daxil olması görünür. Bundan sonra videogörüntünün sonunadək iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1221 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet, kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, məişətdə istifadə olunan alətin dəstəyidir, soyuq silah hesab edilmir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd balta və 01 ədəd dəmir dəyənək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin, saxlanc yerinə təhvil verilmiş, baş vermiş hadisənin qeydə alındığı videogörüntünün olduğu 01 ədəd yaddaş kartı və 01 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Cəlilov Nurədddin Saleh oğlunun silah qismində istifadə edilən əşyadan istifadə etməklə törətmiş olduğu xuliqanlıq hadisəsinə görə CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onun tərəfindən xuliqanlıq əməlinin törədilməməsi, hadisənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhriki nəticəsində baş verməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamdan silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edilərək xəsarət yetirməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə xuliqanlıq əməlini törətməsi ilə bağlı müddəalar xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM)-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-in digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Şərh edilməsi xahiş olunan cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edilərək xəsarət yetirməsi ittihamına qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sadalanan qərarından və qərardadından görünür ki, CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. CM-in 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 14.1-ci maddəsindən göründüyü kimi cinayət qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməldir. Cinayətin bu anlayışı əməlin təqsirli və cəzalandırılmalı olması kimi mühüm əlamətlərini özündə əks etdirir. Qeyd edilən maddədə göstərilmiş əməlin təqsirli olaraq törədilməsi cinayət əməlini xarakterizə edən müstəqil əlamət kimi qeyd edilmişdir. Yəni cinayət törətmiş şəxsin yalnız törətdiyi əmələ və onun nəticəsinə qəsd və ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə şəxs təqsirli hesab edilərək cəzalandırıla bilər. Göründüyü kimi, cinayət qanunvericiliyində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində təqsirin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. CM-in 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Cinayətin qəsdən törədilməsindən bəhs edən CM-in 25-ci maddəsində qeyd edilmişdir ki, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 25-ci maddəsinə əsasən cinayət qanunvericiliyində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Birbaşa qəsdin əlamətləri şəxsin əməlin ictimai təhlükəli olduğunun dərk etməsi, əməlin ictimai təhlükəli nəticələrinin qabaqcadan görməsi və əməlin ictimai təhlükəli nəticələrinin baş verməsini arzu etməsidir. Cinayətin birbaşa qəsdlə törədilməsi zamanı şəxs ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyi, ictimai təhlükəli nəticəni, bunlar arasında səbəbli əlaqəni dərk edərək ictimai təhlükəli nəticələri qabaqcadan görməli və bunları arzu etməlidir. Bununla bağlı, məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Belə ki, təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törədərkən ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, digər şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri dərk etməli, ictimai təhlükəli nəticələri qabaqcadan görməli və bunları arzu etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs soyuq silah hesab olunmayan balta ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib baltanı sonuncuya doğru atması, həmin baltanın sapının qeyd olunan hospitalda xadimə işləyən Zərərçəkmiş şəxs2 sağ ayaq nahiyəsinə dəyib sonuncuya sağ ayaq pəncəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi ilə bağlı hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilməmiş, yəni onun qəsdi sonuncuya yönəlməmiş, Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan xəsarət yetirlmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edilərək xəsarət yetirməsi ilə bağlı müddəalar xaric edilməlidir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs soyuq silah hesab olunmayan balta ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib baltanı sonuncuya doğru atmış, həmin baltanın sapının qeyd olunan hospitalda xadimə işləyən Zərərçəkmiş şəxs2 sağ ayaq nahiyəsinə dəyib xəsarət yetirməsinə baxmayaraq, öz aqressiv hərəkətlərini davam etdirərkən ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməklə ona zor tətbiq etmişdir. Bununla yanaşı məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə xuliqanlıq əməlini törətməsi ittihamına qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 221.2.2-ci maddəsi üzrə ictimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. CM-in 221.2.2-ci maddəsinin nəzərdə tutduğu mənada müqavimət göstərmə dedikdə qeyd olunan şəxslərə sadəcə olaraq tabe olmama deyil, onlara qarşı xuliqanlıq hərəkətlərinin qarşısının alınması imkanını aradan qaldıran fəal əks təsir göstərilməsi başa düşülməlidir. Əslində bu, xuliqanlığın mürəkkəb növüdür. Belə ki, bu zaman ayrılıqda götürüldükdə hər biri müstəqil cinayət tərkibi olan iki davranış aktı, yəni xuliqanlıq hərəkətləri etmə və ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmə mövcud olur. Burada müqavimət göstərmə artıq başlanmış xuliqanlıq hərəkətlərinin davamı kimi çıxış etməlidir. Göründüyü kimi, CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şəxsin məsuliyyətinə cəlb edilməsi üçün baş vermiş xuliqanlıq əməlinin qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməklə xuliqanlıq əməlinin davam etdirilməsi əsas kimi götürülür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 ictimai qaydanı qorunması vəzifəsini yerinə yetirməmiş, sonuncunun niyyəti Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq əməlinin qarşısını almaq olmamış, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hərəkətlər artıq başlanmış xuliqanlıq əməlinin davamı olmuşdur. Eyni zamanda baş vermiş hadisə zamanı Cəlilov Nurədddin Saleh oğlunun silah qismində istifadə edilən əşyadan istifadə etməklə törətmiş olduğu xuliqanlıq əməlinə görə CM-in 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi onu göstərir ki, hadisə zamanı həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 tərəfindən törədilmiş xuliqanlıq cinayət əməlləri qarşılıqlı olaraq baş vermişdir. Belə olan halda baş vermiş xuliqanlıq hadisəsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə xuliqanlıq əməlini törətməsi ilə bağlı müddəalar xaric edilməlidir. Bununla yanası Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlin tərkib əlamətlərinin olması ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən maddənin dispozisiyasına əsasən CM-in 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında görünür ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs soyuq silah hesab olunmayan balta ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib baltanı sonuncuya doğru ataraq onun həyat və ya sağlamlığı üçün real təhlükə yaratmışdır. Bu da Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlmatələrinin mövcud olmasını göstərir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evinin eyvanında olan zaman həmin evin qarşı tərəfində yerləşən ünvan 4 ünvanında yerləşən “MedEra” Hospitalın mühafizəçisi Zərərçəkmiş şəxs1 kobud formada səslənməklə yanına çağırsa da, sonuncunun onun çağırışına cavab verməməsini bəhanə edib münaqişəli vəziyyət yaratmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı və tibb müəssisəsinin normal iş rejimini kobud surətdə pozaraq, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr işlədib orada olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edib, özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub üstünlüyünü nümayiş etdirməklə öz hüquqazidd hərəkətlərini davam etdirib, əlində silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik, təsərrüfatməişət təyinatlı soyuq silah hesab olunmayan balta ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib baltanı ataraq sonuncunun həyat və ya sağlamlığı üçün real təhlükə yaratmış, Zərərçəkmiş şəxs1 zor tətbiq edib onu qəsdən yumruqla bir neçə dəfə sifət və burun nahiyəsindən vuraraq ona burun belinin səthi əzilmiş yarası və boyun nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (Azərbaycan Respublikasının Xalq artisti olmasını), zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, vurulmuş ziyanı tamamilə ödəməsini, habelə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında qeyd edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasının yüngülləşdirən halların olmasını, həmçinin ağırlaşdıran halın olmamasını, cəzanın məqsədini nəzərə alıb, Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunaraq, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı balta hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilməli, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd yaddaş kartı və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaitinin 32 (otuz iki) manatı Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 384 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamdan silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edilərək xəsarət yetirməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müqavimət göstərərək xuliqanlıq əməlini törətməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı balta hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd yaddaş kartı və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaitinin 32 (otuz iki) manatı Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar