Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-16/2020 23.01.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu Kürd Mahruzlu kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Əhmədov Vüqar Azad oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2018-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi X2 8 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs məxsus “Mercedes E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ şüşəsini sındıraraq avtomaşına daxil olub, qoltuq altından 20 manat dəyərində pul kisəsini, içərisində həmin dövr üçün milli pul vahidi ilə 96 manat təşkil edən 150 Gürcüstan larisini, həmin dövr üçün milli pul vahidi ilə 102 manat təşkil edən 4.000 Rusiya rublunu və AB 679976 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Zərərçəkmiş şəxs adına olan 351631 nömrəli sürücülük vəsiqəsi və etibarnaməni gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 218 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 tanışıdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində Mersedes markalı 99- BC-976 dövlət qeydiyyat nişanlı avtomaşından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı Vüqarla birlikdə Mersedes markalı avtomaşına yaxınlaşmış, Vüqar pusquda durmuş, o isə avtomaşının arxa şüşəsini sındıraraq avtomaşının qapısını açıb içəriyə daxil olaraq avtomaşında olan pul kisəsini götürüb qaçıb getmişlər. Küçədə olan adamlar Vüqarı tutsalar da, o, qaçmağa nail olmuşdur. Avtomaşından oğurladığı pul kisəsində sənədlər, xatırlamadığı məbləğdə rus pulu, 20-25 manat pul olmuşdur. Rus pulunu milli pula dəyişib xərcləmiş, pul kisəsi və sənədləri isə evə aparıb saxlamışdır. Sonradan polis əməkdaşları onu axtardıqları üçün pul kisəsini və sənədləri aparıb qaytarmış, vurduğu maddi ziyanı tam ödəmişdir. İstintaq zamanı zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Öz əməllərinə mənfi münasibətini, himayəsində bir azyaşlı uşağın olmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 01:30-da qohumu Şahid məxsus “Ravon” markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə işdən çıxıb evə gələrkən ona məxsus Mersedes markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin məhəllədə dayandığını görüb, onun avtomaşının içərisində olduğunu zənn edib, öz avtomaşınını saxlayıb, avtomaşından düşərək onunla görüşmək üçün gələrkən tanımadığı iki nəfər şəxsin ona məxsus Mersedes markalı avtomaşından çıxaraq qaçdıqlarını görmüşdür. Həmin şəxslərin kim olmasını müəyyən etmək üçün qohumu Elnur qonşuluqda yaşayan Elgün adlı tanışısından həmin şəxsləri saxlamağa kömək etməsini xahiş etmişdir. Elnur öz avtomaşını ilə həmin şəxslərin arxasınca təxminən 250-300 metr getmiş, onlara çatdıqdan sonra avtomaşından düşərək sonradan adını bildiyi Vüqar adlı şəxsi tutmuş, digər şəxs başqa istiqamətə qaçıb getmişdir. Elnur həmin şəxslərin onun avtomaşınından nə oğurladıqlarını və əllərində də hər hansı bir əşyanın olmasını görməmişdir. Elnur Vüqar adlı şəxsi tutduqdan sonra polis əməkdaşlarına və ona bu barədə məlumat vermiş, o və polis əməkdaşları gəldikdən sonra o, öz avtomaşınına baxarkən avtomaşının içərisindən 4.000 rubl rus pulu, 150 gürcü larisi, 20 manat dəyərində pul qabı və avtomaşına dair sənədlərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumlikdə 500 manat dəyərində maddi ziyan dəymiş, oğurlanan əmlakının miqdarı isə 220 manat olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (cild 1, i.v 73-74) Cinayət işinin materiallarında olan Tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən Abşeron rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla iki il müddətə islah işləri cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü əsasında təyin edilmiş cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs müraciətindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 1, i.v 66) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 177.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.1.12ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla səmimi etirafını və peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını bildirmişdir. Cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonunun, habelə Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini birinci iş üzrə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə) Abşeron rayon məhkəməsi tərəfindən hökm çıxarılmazdan əvvəl törətdiyindən onun sonuncu əməlinə münasibətdə Cinayət Məcəlləsinin 18.1-ci, 18.4.1-ci və 83.1-ci maddələrinin tələbləri baxımından residiv mövcud deyildir. Belə ki, residivin müəyyənləşdirilməsi zamanı cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Digər tərəfədən işdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü əsasında ona təyin edilmiş cəzadan cəzasının sonu ilə azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi nəzərə alınmaqla cəzalar Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmamalıdır. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus pul qabının, sürücülük vəsiqəsinin, “Mercedes E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair qeydyyat şəhadətnaməsinin və etibarnamənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən ibtidai istintaq orqanında, məhkəmədə - iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 326.2-ci maddəsi təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 0000-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar –Zərərçəkmiş şəxs məxsus pul qabının, sürücülük vəsiqəsinin, “Mercedes E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair qeydyyat şəhadətnaməsinin və etibarnamənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-16/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-16/2020
23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver