Məhkəmə qərarları › İş №1(001)-16/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-16/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-16/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Naxçıvan şəhəri, Qaracuq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Zərərçəkmiş şəxs2 “H.Əliyev” adına X7 yoxlayıcı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 vasitəsilə 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə X8 küçəsinin kəsişməsində yerləşən “Chado Lounge” kafesində 1400 manat və iki gün sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, MirCəlal küçəsi, ev 121, mənzil 93-də 1600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ipoteka yolu ilə 2 mənzil verilməsini təmin edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, MirCəlal küçəsi, ev 121, mənzil 93-də 07 mart 2020-ci il tarixdə 3300 manat, 13 mart 2020-ci il tarixdə 5000 manat, 2020-ci ilin aprel ayının ortalarında bir-iki gün fərqlə 2600 manat, 2000 manat və 3550 manat, 2020-ci ilin may ayının sonunda bir-iki gün fərqlə 2200 manat və 2000 manat, 2020-ci ilin iyun ayının əvvəlində 3000 manat, 2020-ci iyul ayının sonunda bir-iki gün fərqlə 3550 manat və 1300 manat, 18 avqust 2020-ci il tarixdə 2000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 30500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 3000 manat və 30500 manat pul alıb ələ keçirməsi ilə bağlı Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 polisə şikayət etdiyini bildikdən sonra sonuncunun etibarından sui-istifadə edərək anası Zərərçəkmiş şəxs1 aldığı pulları qaytaracağını yalandan vəd verib aldadaraq, bunun üçün hava limanının karqosunda olan xarici ölkədən gətizdirdiyi malları karqodan çıxardıb satmağa görə rüsum ödəmək adı ilə Zərərçəkmiş şəxs2 2021-ci ilin mart ayının birinci ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, MirCəlal küçəsi, ev 121, mənzil 93-də 2700 manat və bir neçə gün sonra eyni ünvanda 1800 manat, bir neçə gün sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, MirCəlal küçəsi, 121 nömrəli binanın yanında 2300 manat və 2021-ci ilin mart ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs2 dostu Şahid2 650 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirmiş və 2021-ci ilin may, iyun və iyul aylarında hissə-hissə olmaqla cəmi 2650 manat məbləğində pulu qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 4800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, səyyari şəkildə maşın yağı və ətir satışı ilə məşğul olmuşdur. Müştərisi olduğu Ramiz vasitəsilə 2019-cu ilin dekabr ayında onun dostu Zərərçəkmiş şəxs2la tanış olmuşdur. 2019-cu ildə Hava Limanında «Buta karqo» şirkəti açılacağından o, həmin şirkətə işçi yığılması barədə eşitmiş və həmin şirkətə işçi götürülməsini həll edə bilərmiş. O, həmin şirkətin hər hansı vəzifəli şəxsi ilə əlaqə saxlamamış, sadəcə eşitmişdir ki, karqo açılacaq və ora işçi götüzdürə biləcəyini güman etmişdir. O, da bu barədə tanışları Ramiz, Eldar, Ruslan və Fuada demiş, işə qəbul olunmanın xərcinin 3400 manat olmasını onlara demişdir. Onlara həmin məbləğin həkim komissiyasının və sertifikatın xərci olaraq qəbul edilməsini demişdir. Fuad bununla bağlı ona 9-cu mikrorayonda 1700 manat pul vermiş, lakin pandemiya düşdüyü üçün həmin şirkət açılmamışdır. Daha sonra 2020-ci ilin yayında Fuadın atası əməliyyat olunanda o, Faiq adlı şəxsdən 2000 manat faizə borc götürmüşdür. O, da 1700 manatın əvəzi olaraq Faiqə faizi ilə birlikdə 2600 manat pul qaytarmışdır. Fuadın atasının 2-ci əməliyyatında ona 400 manat pul vermişdir. Daha sonra o, Fuadgilin kirayədə yaşadığını bilmiş, onlara yalandan guya hansısa tanışının ipoteka ilə mənzil verilməsini həll etdiyini demişdir. Hətta Fuada şəhərdə bir neçə bina göstərib həmin binalardan onlara mənzil verdirə biləcəyini, mənzilin aylıq ödənişinin 326 manat olmasını Fuadgilə demişdir. O, bu barədə Fuada demiş və Fuad iki mənzil almaq istəmişdir. Mənzillərin sənədləşməsi xərci olaraq Fuad ona 2020-ci ilin mart-aprel aylarında bir dəfə 800 manat, bir dəfə 850 manat və bir dəfə də 400 manat pul vermişdir. 2020-ci ilin mart ayında Fuad onun təklifilə Əhmədli qəsəbəsində «rent a car» şirkətindən icarəyə «Shevralet» markalı maşın götürmüşdür. Onların Fuadla münasibətləri yaranmış, bütün günü birlikdə olmuşlar. Fuad maşın üçün hər gün 60 manat ödəməli idi, o, da Fuaddan aldığı borclardan Fuada vermiş, o da ödəniş etmişdir. Bundan başqa Fuad ona həmin ərəfədə hissə-hissə olmaqla cəmi 7250 manat pul vermişdir. Belə ki, onun zəruri xərcləri olanda Fuaddan borc istəmiş, Fuad da ona köməklik etmişdir. Fuad və anası da qızılları lombarda qoyub pul götürərək ona vermişdir. O, ümumilikdə Fuaddan 15-20000 manat pul almış, Fuadgil həmin məbləği qızıllarını lombarda qoyub ona verdikdə lombardın faizləri ilə birlikdə ona 32000 manat pul qaytaracağını razılaşmışlar. O, Fuada 14000 manat qaytarmış, hazırda faizi ilə birlikdə 19200 manat borcu qalmışdır. Bundan başqa, Zümrüdgil şikayət etdikdən sonra onlara pul ödəmək üçün xaricdən mal gətizdirmiş, həmin malın rüsumunu ödəmək üçün o, Fuaddan iki dəfəyə 1100 manat pul almış, lakin malı karqodan çıxarda bilmədiyi üçün mal geri qayıtmış, 1100 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlara yalnız bir dəfə 700 manat şəxsən pul vermiş, qalan qaytardığı pulları isə Fuadın, lombardda işləyən Orxan adlı şəxsin, Fuadın əmisi oğlu Faiqin, Zümrüdün qızı Aybənizin kart hesabına pul köçürmüş, bir müddət Fuadın kart hesabı olmadığı üçün onun iş yoldaşı Cəmilənin kartına pul köçürmüş, onlara ümumilikdə 14000 manat pul ödəmişdir. O, Fuadla tanışlıq müddətindən bəri 050 447 11 61, 055 588 96 25, 077 *** ** ** və 050 365 18 13 saylı nömrələr işlətmişdir. O, tutulanda həyəcanlı olduğu və məsuliyyəti boynundan atmaq üçün X2 uydurmuş, təqdim olunan şəkillərdə olan şəxsləri tanımır. Zümrüd və Fuaddan pul alması barədə Xəyalın əvvəlcədən məlumatı olmamış, o, Zümrüdgildən aldığı puldan Xəyala verməmiş, sadəcə o, özü Xəyaldan 8000 manat borc pul almış, pul tapdıqca Xəyala borcundan qaytarmış, o, bir dəfə Xəyalın kartına 500 manat pul göndərmiş, Fuadı işlə bağlı inandırmaq üçün bir dəfə Xəyala göndərdiyi məbləğin qəbzini Fuada göndərmiş və ona yalandan guya işi həll edən Xəyal adlı şəxsin olmasını və Fuaddan aldığı pulu Xəyala göndərməsini demiş, Zümrüd və Fuaddan aldığı pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və vurulmuş ziyanı qismən ödəmiş, qalan məbləğ isə qohumları tərəfindən ödəniləcəkdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə 2008-ci ildən 2021-ci ilin yay aylarına kimi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, MirCəlal küçəsi, ev 121, mənzil 93-də kirayədə yaşamış, 2021-ci ilin yay aylarından isə həmin ünvandan hazırda kirayədə yaşadığı Xırdalan şəhərində yerləşən ünvana köçmüşdür. Zərərçəkmiş şəxs2 onun böyük oğludur. 2019-cu ilin sonlarında MirCəlal küçəsində onlarla bir məhəllədə yaşayan Ramiz adlı taksi sürücüsü onun Nurlan adlı müştərisinin aeroportda hansısa vəzifəyə təyin olunacağını və özünə işçi axtardığını bildirmişdir. Həmin vaxtı Fuad da özü üçün yeni iş yeri axtardığından Ramizin sözü onlara maraqlı gəlmişdir. Həmin ərəfədə Fuad Ramiz vasitəsilə Nurlanla görüşmüş və Nurlan özünün hazırda H.Əliyev adına X5 uçuş təlimatçısı işlədiyini, X11 şöbəsinin rəisi Xəyal adlı şəxslə münasibətinin olmasını, yaxınlarda Hava Limanında «Buta Karqo» şirkəti açılacağını, Xəyalın köməkliyi ilə özünün həmin şirkətdə terminal rəisi vəzifəsinə təyin olunacağını, həmçinin həmin şirkətdə yoxlayıcı, yəni supervayzer işinə işçi axtarıldığını, pul müqabilində Fuadı və həmçinin hər hansı şəxsi 3000 manat müqabilində həmin işə qəbul etdirə biləcəyini, qəbul olunan işçinin hər ay təxminən ***-**** manat civarında əmək haqqı alacağını bildirmişdir. Həmçinin Nurlan işə yeni qəbul olunan şəxsə 3-6 ay müddətinə həmin şirkətdə kurs keçəcəyini bildirmişdir. Bundan sonra Fuad evdə onlarla bu barədə söhbət etmiş və onlar Nurlana 3000 manatı verməyə razılıq vermişlər. 2019-cu ilin dekabr ayının ortalarında Fuad Ramizlə birlikdə Nurlanla Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə X8 küçəsinin kəsişməsində yerləşən «Chado Lounge» kafesində görüşərək Nurlana ilkin olaraq 1400 manat pul vermişdir. Ondan iki gün sonra Nurlan onların yaşadıqları evə gəlmiş və o, Fuadın yanında Nurlana 1600 manat pul vermişdir. Bundan sonra Nurlan Fuaddan müxtəlif arayışlar toplamağı tapşırmış və həmçinin Nurlan guya Fuadın qiyabi formada işə düzələcəyi şirkətdə kurs keçdiyini demişdir. Həmin ərəfələrdə Nurlan onlara tez-tez gəlib-getmiş və aralarında münasibət yaranmışdır. 2020-ci ilin mart ayında Nurlan onların kirayədə yaşadıqlarını və Bakı şəhərində evlərinin olmadığını bilmişdir. Həmin vaxtı Nurlan guya onun Cavid adlı bir həmyerlisinin adında çoxlu daşınmaz əmlaklar olmasını və hansısa məmurlar tərəfindən sıxışdırıldığı üçün adında olan daşınmaz əmlakları etibar etdiyi adamların adına keçirtmək və ya satmaq istədiyini bildirmişdir. Nurlan həmin mənzillərdən 4 ədədini onların adlarına keçirməyini, sahibinin həmin mənzillərin birinə görə 86000 manat istədiyini, lakin mənzillərin əsl dəyərinin daha baha qiymətə olmasını və təxminən 125000 manata satıla biləcəyini, dörd mənzildən ikisinə görə onların ilkin ödəniş etmələrini, sonra isə digər iki mənzili baha qiymətə satıb ortada qalan kəsir pulu özlərinə götürmələrini və özlərinə qalan iki mənzilə görə də ilkin ödənişdən sonra aylıq 326 manat ödəniş etmələrini təklif etmiş, onlar razılaşmışlar. X13 aparıb Yasamalda bir neçə binanı kənardan göstərib mənzillərin həmin binalarda yerləşdiyini bildirmiş və sənədləşmə olandan sonra binaya daxil olub mənzillərə də baxa biləcəklərini demişdir. Fuad binaları bəyənmiş və həmin binalardan biri Qələbə dairəsində, biri isə Musabəyov heykəlinin yaxınlığında yerləşmişdir. Həmin vaxtı Nurlanla iki mənzilin ilkin ödənişinə görə ona cəmi 30500 manat pul verəcəklərini razılaşmışlar. O, 07 mart 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixə kimi Nurlana hissə-hissə olmaqla cəmi 30500 manat pulların hamısını öz yaşadığı evində vermişdir. Belə ki, həmin məbləği toplamaq üçün o, özümə məxsus çoxsaylı qızıl əşyalarını 13 dəfə 3-cü mikrorayon dairəsində yerləşən «Lombard № 1» firmasına girov qoyaraq 15000 manatdan artıq kredit götürmüşdür. Nurlan evlər onlara təhvil verilənə kimi lombardın faizlərini özünün ödəyəcəyini bildirmişdir. O, Nurlana öz yaşadığı evdə 07 mart 2020-ci il tarixdə 3300 manat, 13 mart 2020-ci il tarixdə 5000 manat, 2020-ci ilin aprel ayının ortalarında bir-iki gün fərqlə 2600 manat, 2000 manat və 3550 manat, 2020-ci ilin may ayının sonunda bir-iki gün fərqlə 2200 manat və 2000 manat, 2020-ci ilin iyun ayının əvvəlində 3000 manat, 2020-ci iyul ayının sonunda bir-iki gün fərqlə 3550 manat və 1300 manat, sonuncu dəfə isə 18 avqust 2020-ci il tarixdə 2000 manat pul vermişdir. O, həmin puldan 3280 manatını qaynının qaynı Fikrət müəllimdən borc almış, həmin borcu bu günə kimi qaytara bilməmişdir. Bundan başqa o, qonşusu Aygünün qızılını da lombarda girov qoyub 1100 manat pul götürərək üstünü də özü düzəldib Nurlana vermişdir. Sonradan öz vəsaiti hesabına həmin qızılın pulunu ödəyib lombarddan çıxardıb Aygünə qaytarmışdır. Evlərin verilməsi məsələsi xeyli gecikmiş, Nurlan isə iki ay lombarda cəmi 900 manat pul ödəmişdir. 2020-ci ilin sentyabr ayından etibarən Nurlan onlardan qaçmağa başlamış və telefon zənglərinə cavab verməmiş, onlar artıq Nurlanın Fuadı işə düzəltməsi və onlara ev verilməsi vədlərinin yalan olmasını başa düşmüşlər. Ona görə də 28 sentyabr 2020-ci il tarixdə Fuad Nurlandan 102 xidmətinə şikayət etmişdir. Fuad şikayətlə bağlı polis bölməsinə gedərkən yolda Nurlanın atası onlarla əlaqəyə çıxıb şikayətlərini geri götürmələrini, evini satışa qoyduğunu və 10 günə onların pullarını qaytaracağını demişdir. Fuad da Nurlanın atasına inanıb polis bölməsinə gedərək şikayət ərizəsini geri götürmüş, lakin ondan sonrakı müddət ərzində də Nurlan və atası tərəfindən onlara ödəniş olmamışdır. 2021-ci ilin mart ayında Nurlan Fuadla görüşüb guya Cavid adlı həmyerlisinin ona xaricdən karqo vasitəsilə 120000 manatlıq geyim və məişət əşyaları göndərdiyini, hazırda malları çıxartmaq üçün onun rüsum ödəməyə pulunun olmadığını, əgər onlar həmin malların çıxarılması üçün ona maddi köməklik etsələr o, da malları karqodan çıxardıb onların evinə yığacağını və malları satıb onlara olan borcunu qaytaracağını demişdir. O, iş və ev məsələsinin niyə alınmadığını soruşduqda Nurlan yenə bəhanə gətirib guya Cavidin xaricdə olmasını və gələn kimi ev məsələsinin həllini tapacağını, həmçinin aeroportda yeni şirkət üçün bina tikildiyini, lakin pandemiya və müharibə ilə bağlı binanın tikintisi yarımçıq qaldığı üçün Fuadın iş məsələsinin gecikdiyini, lakin onlar pullarını geri istəyirlərsə o, da karqoda olan malları satıb pullarını geri qaytara biləcəyini demişdir. Nurlan karqoda olan mallarla bağlı onlara möhürlü sənədlər göstərmiş və onları inandırmışdır. Onlar da pullarının geri qayıtması üçün karqo rüsumu ilə bağlı Nurlana pul vermək qərarına gəlmişlər. Karqo rüsumu ilə bağlı Fuad Nurlana birinci dəfə 2021-ci ilin mart ayının birinci ongünlüyündə öz yaşadıqları evdə 2700 manat, bir-iki gün sonra yenə öz evlərində 1800 manat pul vermişdir. Daha sonra Nurlan yenə də əlavə pul istəmiş, Fuad bu dəfə Nurlanla birlikdə dostu Raufdan pul götürüb ona vermək üçün Sumqayıta getmiş, Sumqayıt şəhərində Raufun evinin yanında Rauf Fuada 2300 manat pul vermişdir. Sonra Fuad da Nurlanla birlikdə evlərinin yanına gəlmiş və evin yanında Fuad Nurlana 2300 manatı vermişdir. Nurlan bir-iki günə malın karqodan çıxacağına söz vermiş, bir-iki gün sonra, 2021-ci ilin mart ayının ortalarında Fuad dostu Rauf və Nurlanla birlikdə Hava Limanında karqo şirkətin qarşısında görüşmüş və Nurlan yenə rüsum ödəmək üçün pul lazım olduğunu demişdir. Daha sonra Rauf və Nurlanla birlikdə onların yaşadıqları evin yanına gəlmiş, orada Rauf Fuadın xahişi ilə Nurlana 650 manat pul vermişdir. Nurlan bayrama qədər, yəni 19 mart 2021-ci il tarixə kimi malların karqodan çıxacağına söz vermiş, lakin Nurlan bu dəfə də onları aldatmış və xeyli miqdarda pullarını ələ keçirmişdir. Onlar həmin karqo rüsumu ilə bağlı verdikləri pulların çoxunu faizə borc götürmüşlər. Ona görə də onların çoxsaylı tələblərindən sonra Nurlan borc götürdükləri Fuadın tanışı Cəmilənin kart hesabına hissə-hissə olmaqla 2650 manat pul qaytarmış, 4800 manat qalmışdır. Nurlan Fuada işə düzəlmə məsələsi ilə bağlı Fuaddan aldığı 3000 manatı aeroportun kadr şöbəsinin rəisi Xəyala verdiyini və hətta 500 manatı Xəyalın kartına köçürdüyünü demiş, Xəyalın kartına köçürdüyü 500 manatın qəbzinin şəklini Fuada göndərmişdir. Orada pulu alan şəxs kimi Şahid1 yazılmışdır. Sonra isə bir dəfə Nurlanı hansısa polis bölməsində başqa məsələ ilə bağlı tutmuşdurlar ki, Fuad da ora getmiş və orada Nurlanın Xəyal adlı qohumu ilə söhbət zamanı Nurlanın qohumu olan Xəyalın elə Şahid1 olması məlum olmuşdur. Sonralar Nurlan ona onlardan aldığı pulları Xəyala verdiyini demişdir. Nurlan ümumilikdə onun 38300 manat pulunu ələ keçirmişdir. Həmçinin bildirir ki, o, Nurlana 38300 manat nəqd şəkildə versə də, ona verdiyi pulun çox hissəsini öz qızıl əşyalarını lombarda girov qoyub verdiyi üçün o, lombarda əlavə olaraq 13000 manat faiz ödəmişdir. Nurlan ondan polisə şikayət etdikdən sonra lombardın faizlərindən cəmi 8000 manata yaxın pul ödəmişdir. Hazıradək ona vurulmuş maddi ziyanın bir hissəsi Təqsirləndirilən şəxs qohumları tərəfindən qaytarılmış və onlar ödənilməmiş qalan ziyanla bağlı razılığa gəlmişlər. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Əsgərov Zümrüd onun anasıdır. O, ailə üzvlərilə birlikdə 2008-ci ildən 2021-ci ilin yay aylarına kimi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi, ev 121, mənzil 93-də kirayədə yaşamışdır. 2021-ci ilin yay aylarından isə həmin ünvandan hazırda kirayədə yaşadığı Xırdalan şəhərində yerləşən ünvana köçmüşdür. 2019-cu ilin sonlarında Mircəlal küçəsində onlarla bir məhəllədə yaşayan Ramiz adlı taksi sürücüsü onun Nurlan adlı müştərisinin olmasını, Nurlanın aeroportda hansısa vəzifəyə təyin olunacağını və özünə işçi axtarmasını ona bildirmişdir. Həmin vaxtı o, da özü üçün yeni iş yeri axtardığından Ramizin sözü ona maraqlı gəlmişdir. Həmin ərəfədə o, Ramiz vasitəsilə Nurlanla görüşmüş və Nurlan özünün hazırda H.Əliyev adına X5 uçuş təlimatçısı işlədiyini, X11 şöbəsinin rəisi Xəyal adlı şəxslə münasibətinin olmasını, yaxınlarda Hava Limanında «Buta Karqo» şirkəti açılacağını və Xəyalın köməkliyi ilə onun həmin şirkətdə terminal rəisi vəzifəsinə təyin olunacağını, həmçinin həmin şirkətdə yoxlayıcı, yəni supervayzer işinə işçi axtarıldığını, pul müqabilində onu, həmçinin hər hansı şəxsi 3000 manat müqabilində həmin işə qəbul etdirə biləcəyini və qəbul olunan işçinin hər ay təxminən ***-**** manat civarında əmək haqqı alacağını bildirmişdir. Həmçinin Nurlan işə yeni qəbul olunan şəxsə 3-6 ay müddətinə həmin şirkətdə kurs keçəcəyini bildirmişdir. Bundan sonra o, evdə ailəsilə bu barədə söhbət etmiş və onlar Nurlana 3000 manatı verməyə razılıq vermişlər. 2019-cu ilin dekabr ayının ortalarında o, Ramizlə birlikdə Nurlanla Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə X8 küçəsinin kəsişməsində yerləşən «Chado Lounge» kafesində görüşərək Nurlana ilkin olaraq 1400 manat pul vermiş, ondan iki gün sonra Nurlan onların yaşadıqları evə gəlmiş və anası onun yanında Nurlana 1600 manat pul vermişdir. Bundan sonra Nurlan ondan müxtəlif arayışlar toplamağı tapşırmış və həmçinin Nurlan guya onun işə düzələcəyi şirkətdə qiyabi formada kurs keçdiyini demişdir. Həmin ərəfələrdə Nurlan onlara tez-tez gəlib-getmiş və aralarında münasibət yaranmışdır. 2020-ci ilin mart ayında Nurlan onların kirayədə yaşadıqlarını və Bakı şəhərində evlərinin olmadığını bilmişdir. Həmin vaxtı Nurlan guya onun Cavid adlı bir həmyerlisinin adında çoxlu daşınmaz əmlaklar olmasını və hansısa məmurlar tərəfindən sıxışdırıldığı üçün adında olan daşınmaz əmlakları etibar etdiyi adamların adına keçirtmək və ya satmaq istədiyini bildirmişdir. Nurlan həmin mənzillərdən 4 ədədini onların adlarına keçirməyini, sahibinin həmin mənzillərin birinə görə 86000 manat istədiyini, lakin mənzillərin əsl dəyərinin daha baha qiymətə olmasını və təxminən 125000 manata satıla biləcəyini, dörd mənzildən ikisinə görə onların ilkin ödəniş etmələrini, sonra isə digər iki mənzili baha qiymətə satıb ortada qalan kəsir pulu özlərinə götürmələrini və özlərinə qalan iki mənzilə görə də ilkin ödənişdən sonra aylıq 326 manat ödəniş etmələrini təklif etmiş, onlar razılaşmışlar. Hətta Nurlan onu aparıb Yasamalda bir neçə binanı kənardan göstərib mənzillərin həmin binalarda yerləşdiyini bildirmiş və sənədləşmə olandan sonra binaya daxil olub mənzillərə də baxa biləcəklərini demişdir. O, binaları bəyənmiş və həmin binalardan biri Qələbə dairəsində, biri isə Musabəyov heykəlinin yaxınlığında yerləşmişdir. Həmin vaxtı Nurlanla iki mənziln ilkin ödənişinə görə Nurlana cəmi 30500 manat pul verəcəklərini razılaşmışlar. Anası 07 mart 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixə kimi Nurlana hissə-hissə olmaqla cəmi 30500 manat pul vermişdir. Anası həmin pulların hamısını öz yaşadıqları evdə vermişdir. Belə ki, həmin məbləği toplamaq üçün anası özünə məxsus çoxsaylı qızıl əşyalarını 13 dəfə 3-cü mikrorayon dairəsində yerləşən «Lombard № 1» firmasına girov qoyaraq 15000 manatdan artıq kredit götürmüşdür. Nurlan evlər onlara təhvil verilənə kimi lombardın faizlərini özünün ödəyəcəyini bildirmişdir. Evlərin verilməsi məsələsi xeyli gecikmiş, Nurlan isə iki ay lombarda cəmi 900 manat pul ödəmişdir. 2020-ci ilin sentyabr ayından etibarən Nurlan onlardan qaçmağa başlamış və telefon zənglərinə cavab verməmiş, onlar artıq Nurlanın onu işə düzəltməsi və onlara ev verilməsi vədlərinin yalan olmasını başa düşmüşlər. Ona görə də 28 sentyabr 2020-ci il tarixdə o, Nurlandan 102 xidmətinə şikayət etmişdir. O, şikayətlə bağlı polis bölməsinə gedərkən yolda Nurlanın atası onlarla əlaqəyə çıxıb şikayətlərini geri götürmələrini, evini satışa qoyduğunu və 10 günə onların pullarını qaytaracağını demişdir. O, da Nurlanın atasına inanıb polis bölməsinə gedərək şikayət ərizəsini geri götürmüşdür. Lakin ondan sonrakı müddət ərzində Nurlan və atası tərəfindən də onlara ödəniş olmamışdır. 2021-ci ilin mart ayında Nurlan onunla görüşüb guya Cavid adlı həmyerlisinin ona xaricdən karqo vasitəsilə 120000 manatlıq geyim və məişət əşyaları göndərdiyini, hazırda malları çıxartmaq üçün onun rüsum ödəməyə pulunun olmadığını, əgər onlar həmin malların çıxarılması üçün ona maddi köməklik etsələr o, da malları karqodan çıxardıb onların evinə yığacağını və malları satıb onlara olan borcunu qaytaracağını demişdir. O, iş və ev məsələsinin niyə alınmadığını soruşanda Nurlan yenə bəhanə gətirib guya Cavidin xaricdə olmasını və gələn kimi ev məsələsinin həllininin tapacağını, həmçinin aeroportda yeni şirkət üçün bina tikildiyini, lakin pandemiya və müharibə ilə bağlı binanın tikintisi yarımçıq qaldığı üçün onun iş məsələsinin gecikdiyini, amma onlar pullarını geri istəyirlərsə o, da karqoda olan malları satıb pullarını geri qaytara biləcəyini demişdir. Nurlan karqoda olan mallarla bağlı onlara möhürlü sənədlər göstərmiş və onları inandırmışdır. Onlar da pullarının geri qayıtması üçün karqo rüsumu ilə bağlı Nurlana pul vermək qərarına gəlmişlər. Karqo rüsumu ilə bağlı o, Nurlana birinci dəfə 2021-ci ilin mart ayının birinci ongünlüyündə öz yaşadıqları evdə 2700 manat, bir-iki gün sonra yenə öz evlərində 1800 manat pul vermişdir. Onun özündə pul olmadığı üçün tanışı Cəmilədən 3600 manat borc almış, hətta Nurlanın özünü də Cəmilə ilə görüşdürmüşdür. Daha bir-iki gün sonra Nurlan yenə də əlavə pul istəmiş, o, bu dəfə Nurlanla birlikdə dostu Raufdan pul götürüb ona vermək üçün Sumqayıta getmişdir. Sumqayıt şəhərində Raufun evinin yanında Rauf ona 2300 manat pul vermiş, sonra o, da Nurlanla birlikdə evlərinin yanına gəlmiş və evin yanında o, Nurlana 2300 manatı vermişdir. Nurlan bir-iki günə malın karqodan çıxacağına söz vermişdir. Bir-iki gün sonra, 2021-ci ilin mart ayının ortalarında o, dostu Rauf və Nurlanla birlikdə Hava Limanında karqo şirkətin qarşısında görüşmüş və Nurlan yenə rüsum ödəmək üçün pul lazım olduğunu demişdir. Daha sonra Rauf və Nurlanla birlikdə onun yaşadıqları evin yanına gəlmiş, orada Rauf onun xahişilə Nurlana 650 manat pul vermişdir. Nurlan bayrama qədər, yəni 19 mart 2021-ci il tarixə kimi malların karqodan çıxacağına söz vermişdir. Lakin Nurlan bu dəfə də onları aldatmış və xeyli miqdarda pullarını ələ keçirmişdir. Onlar həmin karqo rüsumu ilə bağlı verdikləri pulların çoxunu faizə borc götürmüş, ona görə də onların çoxsaylı tələblərindən sonra sonra Nurlan borc götürdüyü Cəmilənin kart hesabına hissə-hissə olmaqla 2650 manat pul qaytarmış, 4800 manat qalmışdır. Nurlan ona işə düzəlmə məsələsi ilə bağlı ondan aldığı 3000 manatı aeroportun kadr şöbəsinin rəisi Xəyala verdiyini və hətta 500 manatı Xəyalın kartına köçürdüyünü demişdir. Nurlan Xəyalın kartına köçürdüyü 500 manatın qəbzinin şəklini ona göndərmiş və orada pulu alan şəxs kimi Şahid1 yazılmışdır. Sonra isə bir dəfə Nurlanı Nərimanov rayonunda polis bölməsində başqa məsələ ilə bağlı tutmuşdurlar ki, o, da ora getmiş və orada Nurlanın Xəyal adlı qohumu ilə söhbət zamanı Nurlanın qohumu olan Xəyalın elə Şahid1 olması məlum olmuşdur. Sonralar Nurlan onlardan aldığı pulları Xəyala verdiyini ona demişdir. Nurlan ümumilikdə onların 38300 manat pulunu ələ keçirmiş, həmin pulun işlə bağlı verilən 3000 manatı və mənzillə bağlı verilən 30500 manatı anasına məxsus olmuş, ona görə də həmin məbləğlərlə bağlı anasının zərər çəkmiş kimi tanınmasını xahiş edir. Karqo məsələsi ilə bağlı verilən 7450 manatın 900 manatı onun özünün olmuş, 3600 manatını Cəmilədən, 2950 manatını isə Raufdan borc almışdır. Borc aldığı Raufun pulu qayıtmamış, Cəmilənin pulundan isə 950 manat qalmış, lakin onların pulunu o, özü qaytaracaq, çünki o, özü borc alıb öz problemi ilə bağlı Nurlana vermişdir. Nurlanın həmin pulu qaytarıb-qaytarmamasından asılı olmayaraq o, Cəmilənin pulunun qalan hissəsini və Raufun pulunu qaytaracaq. Ona görə də karqo məsələsi ilə bağlı verilən pullarla bağlı onun zərər çəkmiş kimi tanınmasını xahiş edir. Verilən suala cavab olaraq bildirmişdir ki, o, özü Səxavət adlı şəxsə məxsus «Shevralet» markalı ** ZG *** nömrəli avtomobili «rent a car» şirkətindən günü 60 manata icarəyə götürmüş, az bir müddətdən bu qaydada o, ödəniş etdikdən sonra Səxavətin özü ilə danışıb ilkin ödənişsiz maşını ona kreditlə satmasını və hər gün üçün 25 manat ödəməsini, 3 ildən sonra maşının ona qalmasını razılaşmışlar. Həmin maşın hazırda onun istifadəsindədir. Nurlan həmin maşına görə heç bir ödəniş etməmiş, lakin həmin ərəfələrdə Nurlan onun iş və ev məsələsini həll etməyi vəd verdiyi üçün onunla lazım olan yerlərə birlikdə gedib gəlmişlər. Hazırada o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanın bir hissəsi Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş və maddi ziyanın qalan hissəsi ilə bağlı aralarında razılığa gəlmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən bu günə kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətində gizir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun xalası oğludur. Bildirir ki, əvvəllər onun Nurlanla münasibəti normal olmuş, hətta o, bir neçə il əvvəl Aviasiya Akademiyasında oxuyanda çünki onun valideynləri Naxçıvan şəhərində yaşadıqlarından onların evində qalmışdır. Lakin onlarda qaldığı müddətdə Nurlan evə gec gəldiyi üçün onun hərəkətləri atasının xoşuna gəlməmiş və aralarında yüngül narazılıq olmuşdur. Nurlan onların evindən çıxıb dostları ilə qalmağa başlamışdır. Sonrakı vaxtlarda Nurlandan şikayətlər gəlməyə başlamış, belə ki, Nurlanın anası Naxçıvandan daimi olaraq onun anasına zəng vurub Nurlanın kimlərəsə pul borcu olduğunu bildirib onlardan borc istəmişdir. Anası da bacısına görə onlara az miqdarda pullar vermişdir. Bir neçə il əvvəl onun xəbəri olmadan Nurlan bacısına yaxınlaşıb yalandan guya Yasamalda hansısa binadan ona ipoteka yolu ilə ev verilməsini təşkil edə biləcəyini demişdir. Bacısı da həmin ərəfədə həqiqətən də özünə ipoteka ilə ev almaq istəmiş və bir az pul toplamışdır. Nurlan da hardansa bunu bilib bacısını aldadıb ona evlə bağlı vəd vermişdir. Bacısı da heç kimə demədən Nurlana evin ilkin ödənişi kimi 2500 manat bir dəfəyə pul vermiş, sonra da Nurlan bacısından hissə-hissə 2500 manata yaxın pul almışdır. O, bunu biləndə Nurlanın üstünə getmiş və o, müxtəlif bəhanələr gətirib guya ki, Cavid adlı dostunun bu işi həll etdiyini demiş, lakin Nurlan onun təkidlərinə baxmayaraq Cavidi onunla görüşdürməmiş, sonra da Cavidin xaricdə olmasını demişdir. Ondan bir müddət sonra Nurlanın anası yenə anasına zəng vurub Nurlanın kiməsə 3000 manat borcu olduğunu demiş və onlardan həmin məbləğdə borc istəmiş, lakin onlar verməyə razı olmamışlar. Sonra Naxçıvandan dayısı Əziz özü Bakıda Tural adlı oğlanla telefonla danışıb ondan 3000 manat pul istəmiş və Tural pulu verməyə razı olmuşdur. Dayısının sözünə əsasən o, Bakıda Turalla görüşüb ondan 3000 manat pulu alıb Nurlanın qardaşına vermişdir. Bildirir ki, həmin pulu da Nurlangil ödəməmiş və onların anasına xahişlərinə görə o, az miqdarda həmin puldan ödəmiş, son vaxtlar da özləri ayda 200 manat ödəmişlər. Bundan başqa Nurlanı bir dəfə 18-ci Polis Bölməsində tutmuşlar, belə ki, o, kiminsə fotoaparatını icarəyə götürüb kiməsə satmış, fotoaparat sahibi şikayət etmişdir. Yenə Nurlanın anasının onun anasından yalvarıb xahiş etməsini nəzərə alaraq o, özü borc tapıb fotoaparat sahibinə 550 manat ödəmişdir. Nurlanın anasıgil həmin puldan ona 300 manat pul qaytarmışlar. Bildirir ki, o, Zümrüd adlı qadını və onun oğlu Fuadı əvvəllər tanımamış, Fuadı bir neçə dəfə Nurlanın yanında görmüş və Nurlan Fuadın onun dostu olduğunu demişdir. Zümrüd ondan iş yerinə şikayət etmişdir ki, guya o, Nurlanla əlbir olub onun pulunu ələ keçirmişdir. Belə ki, Zümrüdün şikayətindən sonra ona məlum olmuşdur ki, Nurlan işə düzəltmə və ipoteka ilə ev vermə adı ilə Zümrüd və oğlundan 30000 manata yaxın pul alıb qaytarmamışdır. Bildirir ki, Nurlanın Zümrüdgildən pul almasını Zümrüdün ondan iş yerinə şikayətindən sonra bilmiş, onun bu barədə məlumatı olmamış, ümumiyyətlə həmin ərəfələr onun Nurlanla münasibəti olmamış, dediyi kimi Nurlanın onlara 12000 manatdan artıq borcu var. Sonra Zümrüdün deməsi əsasında bilmişdir ki, Nurlan ona borcunun əvəzi olaraq kartına göndərdiyi 450 manatın qəbzini onlara göndərmişdir ki, guya onlara söz verdiyi hansısa işin həlli üçün işi həll edən şəxsə göndərmişdir. Əsl həqiqətdə Nurlan ona olan borcundan qaytarmamış, o, həmin pulun Zümrüdə məxsus olduğunu bilməmiş, Nurlan da bu barədə ona heç nə deməmişdir. Bildirir ki, Nurlan və anasıgil onlara olan borclarından hər ay az miqdarda, təxminən 100-200 manat civarında ona və bacısına ödəmişlər. Bildirir ki, Nurlanın anasının xahişlərini nəzərə alaraq ona yazıqları gəldiyi üçün onlar pul məsələsi ilə bağlı Nurlandan polisə şikayət etməmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Nurlan və ailəsinin onların ailəsinə xeyli miqdarda borcu var ki, bunu qaytarmağı öhdəsinə götürmüşlər və həmin borcdan da az miqdarda qaytarmışlar. Nurlanın onun bütün pullarının onda olması barədə Zərərçəkmiş şəxs1 yazdığı həmin mesajı nə üçün və hansı mənada yazmasını bilmir. Ola bilər ki, Nurlan son dövrlər borcundan onlara az miqdarda pul göndərdiyi üçün bütün pulunu ona göndərdiyini Zümrüdə yazmışdır. O, Nurlanın onlara borc qaytardığı pulları Zümrüddən və ya qeyrisindən aldığını bilməmişdir. Nurlanın özü və ailəsinin onlara ümumilikdə 12000 manatdan artıq borcu var və həmin pulun təxminən 1700 manatı Nurlan və ailəsi tərəfindən onlara qaytarılmışdır. Nurlanın anası ona zəng vurub ona ödəməsi üçün Nurlana 700 manat pul göndərdiklərini demişdir ki, Nurlan da həmin pulun 450 manatını onun kartına yükləmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə dostluq münasibəti var, əvvəllər birlikdə işləmiş, onunla 2021-ci ilin fevral ayından tanışdırlar. Fuadın deməsindən ona məlum olmuşdur ki, Nurlan adlı şəxs onu işə düzəltmək və ona iki ədəd ipoteka yolu ilə mənzil vermək adı ilə 30000 manatdan artıq pulunu almış və işi də düzəltməyib pulu da qaytarmır. Fuad demişdir ki, Nurlandan polisə şikayət etmişdir. 2021-ci ilin təxminən mart ayında Fuad ona demişdir ki, Nurlan ona bildirmişdir ki, karqoda malı var və həmin malı çıxartmaq üçün rüsum ödəmək lazımdır, əgər malı çıxardıb sata bilsə ona olan borcunu tam ödəyəcək. Fuad onun hazırda rüsum ödəmək üçün Nurlana verməyə pulu olmadığından ona borc pul verməsini ondan xahiş etmiş, o, Fuada kömək etmək üçün razılaşmışdır. Hətta Fuad onu Nurlanla da görüşdürmüş, Nurlan ona da həqiqətən də malın gəldiyini və rüsum ödənilsə malı çıxardıb satıb Fuada olan borcunu tam ödəyəcəyini təsdiq etmişdir. O, Nurlanın sözünə inanıb həmin ərəfədə Fuada iki dəfəyə cəmi 3600 manat borc pul vermişdir. Ondan sonrakı müddətdə Fuad ona Nurlanın bu dəfə də onları aldatdığını və karqo söhbətinin yalan olduğunu demişdir. Daha sonrakı müddətdə 2021-ci ilin may ayından təxminən iyul ayına kimi Nurlan onun kartına hissə-hissə olmaqla cəmi 2650 manat pul köçürtmüş, həmin puldan ona 950 manat borc qalmışdır. Bildirir ki, o, pulu Fuada vermiş, lakin bilir ki, Fuad o pulu Nurlana vermişdir. O, özü dəfələrlə Nurlanla danışmış və ondan pulunu tələb etmiş, Nurlan da onun çoxsaylı təkidlərindən sonra həmin 2650 manatı mənə hissə-hissə qaytarmışdır. Bu barədə başqa məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, özünə məxsus bir neçə avtomobili icarəyə verilməsi və pul qazanması üçün əmisi oğlu Emilə məxsus «Rent a car» şirkətinə vermişdir. 2020-ci ilin təxminən fevral ayında əvvəllər tanımadığı Fuad adlı şəxs anasına məxsus olan və baş etibarnamə ilə ona verdiyi «Shevralet» markalı ** ZG *** nömrəli avtomobili icarəyə götürmüşdür. Fuad həmin zaman Nurlan adlı şəxslə gəlmiş və o, avtomobili Fuada günü 60 manata icarəyə vermişdrm. Fuad özü onun ödənişlərini etmişdir. Fuad bir müddət bu qaydada ödəniş etdikdən sonra maşını daxili kredit yolu ilə almaq istədiyini bildirmişdir. O, da Fuadla onun 3 il ərzində hər gün üçün ona 25 manat pul ödəyəcəyini və sonda maşının ona qalacağını razılaşmışdır. Həmin maşın hazırda da Fuaddadır və ödənişlərini edir. Bildirir ki, Fuadla onun arasında münasibət yaranmış, söhbət əsnasında Fuad ona Nurlanın onu işə düzəldəcəyini və ipoteka yolu ilə mənzil verilməsini həll edəcəyini demişdir. Fuad bu işlərin həlli ilə bağlı Nurlana 30000 manatdan artıq pul verdiyini və Nurlana inandığını demişdir. Sonradan Nurlanla söhbət zamanı o, da Fuadın iş və mənzil məsələsini həll edəcəyini, əgər istəyirəsə ona da ipoteka ilə mənzil verilməsini təşkil edə biləcəyini təsdiq etmişdir. O, Nurlanın sözünə inanıb razılaşmış və Nurlana mənzil məsələsinin həlli üçün onun istəyi ilə bir neçə dəfəyə 4900 manat pul vermşdir. Nurlan 3-4 ay ərzində onun məsələsini həll edəcəyini demiş, o, da gözləmişdir. Sonradan Nurlan mənzil məsələsinin pandemiya ilə bağlı yubandığını bəhanə etmişdir. Daha sonra o, bilmişdir ki, Fuad Nurlanın iş və mənzil məsələsində onu aldadıb pulunu ələ keçirməsi ilə şikayət etmiş və Nurlan da həbs edilmişdir. Buna görə də həmin işlə bağlı gedib-gəlməyə onun vaxtı olmadığından artıq Nurlandan öz puluna görə şikayət etməyə lüzum görməmişdir. X14 pulunu verə bilməmiş və tutulmuşsa, yəqin ki, onun da pulumu verə bilməyəcək. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. 2020-ci ilin yaz aylarında Zümrüd ona bir nəfər Nurlan adlı şəxsin onlara ipoteka ilə mənzil verilməsini həll etməyə söz verməsini demişdir. O, Zümrüdgilin evlərinin olmadığını və onların kirayədə yaşadıqlarını bilmişdir. Zümrüd ipoteka ilə alacaqları mənzil üçün ilkin ödənişin lazım olduğunu, onların müəyyən məbləğ düzəltdiklərini, lakin təxminən 3500 manata yaxın məbləğin çatışmadığını bildirmiş və Zümrüd ona həmin məbləği borc verməyini xahiş etmişdir. O, Zümrüdə kömək etmək məqsədilə borc verməyə razılıq vermiş və 3280 manat pul düzəldib Zümrüdə vermişdir. Həmin zaman Nurlan da Zümrüdün yanında olmuş və o, Nurlanı birinci dəfə idi ki, görmüşdür. Hətta söhbət zamanı Nurlan ona da ipoteka yolu ilə onun vasitəsilə mənzil almağı təklif etmiş, lakin Nurlanın danışığı ona aldadıcı gəldiyi üçün o, razılaşmamışdır. Hətta sonralar Zümrüdə də onun Nurlana inamının olmadığını demişdir. Bir müddət sonra Zümrüdün deməsindən ona məlum olmuşdur ki, onlar Nurlana ümumilikdə 30000 manatdan artıq pul vermiş və Nurlan onları aldatmış, Zümrüdgil Nurlandan polisə şikayət etmişlər. Bildirir ki, o, Zümrüdün ondan aldığı borcu Nurlana verdiyini bilir, ona görə də onun Zümrüdə bağlı şikayəti yoxdur. Zümrüd onun pulunu özünün qaytaracağını bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər X4 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə oların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Könüllü təqdim etmə və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında “vatsap” proqramı vasitəsilə yazılmış 31 vərəq mesaj mətnləri, Zərərçəkmiş şəxs2 və X1 “Kapital” banka aid kart hesablarından 15 vərəq çıxarış, qızılların lombarda qoyulması barədə 11 vərəq girov biletlərinin surəti, Şahid1 460 manat pul göndərilməsi barədə qəbzin surəti, terminal və kart vasitəsilə köçürmə barədə 20 vərəq ödəniş qəbzlərinin surətləri götürülmüşdür. 31 vərəq mesaj mətnlərinə baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 050 365 18 13 saylı nömrəsinə dəfələrlə mesaj yazaraq ona verdiyi pulları geri qaytarmasını, lombarda ödənişlər edə bilmədiyi üçün girov qoyduğu qızılların batacağını bildirir, Təqsirləndirilən şəxs isə dəfələrlə mesaj yazaraq pulları tezliklə qaytaracağına söz verir. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi Zərərçəkmiş şəxs2 və X1 “Kapital” banka aid kart hesablarından 15 vərəq çıxarış, eləcə də terminal və kart vasitəsilə köçürmə barədə 20 vərəq ödəniş qəbzləri ilə bağlı bildirmişdir ki, qızıl əşyalarını girov qoyub götürdüyü xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs onları aldadıb həmin pulları ələ keçirməsi ilə bağlı bu barədə hüquq-mühafizə orqanına şikayət etdikdən sonra Təqsirləndirilən şəxs lombarda olan faiz borclarını ödəmək üçün oğlu Fuad və qızı Aybənizin kart hesablarına az miqdarda ödənişlər etmiş, həmin pullar hamısı lombardın faiz borclarına ödənilməsinə sərf edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi Şahid1 460 manat pul göndərilməsi barədə qəbzin surəti ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs onlardan işə düzəltmə ilə bağlı pul aldıqdan sonra həmin qəbzin şəklini göndərib, guya ki, onlardan aldığı pulu aeroportun kadrlar şöbəsinin rəisi Xəyala verdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi qızılların lombarda qoyulması barədə 11 vərəq girov biletlərinin surəti ilə bağlı bildirmişdir ki, qızıl əşyalarını müxtəlif vaxtlarda lombarda girov qoyaraq götürdüyü məbləğin üzərinə də özü əlavə pul qoyub Təqsirləndirilən şəxs vermişdir. Şəxsin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə tutularaq saxlanılma yerinə təhvil verilmişdir. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-297/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sənədə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx", "xxxx" və "xxxx" şirkətlərindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 050 447 11 61, 050 365 18 13, 050 598 71 08, 050 770 71 81, 050 460 71 26, 050 755 86 66, 055 588 96 25, 077 466 40 90 və 077 303 71 07 saylı mobil nömrələrinə 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə sorğu olunan müddət ərzində Zərərçəkmiş şəxs1 099 704 48 49 saylı və Zərərçəkmiş şəxs2 050 268 97 57 saylı nömrəsi arasında bir-biri ilə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı məlum olmuşdur ki, Şahid1 055 471 17 17 saylı nömrəsindən Təqsirləndirilən şəxs çoxsaylı mesaj yazaraq ona borc verdiyi xeyli miqdarda pulu qaytarmasını tələb edir. Həmin mesajların bir qismi aşağıdakılardan ibarətdir: xx-xx-2020 00:42:24 1.1.**********17 1.1.**********25 Telefonumu acda cindaaaaaa.varyoxunu (söyüş) sabah seni gudub tapacam basica (söyüş) darixma (söyüş).......men sabah maman gile detecem ki 14 mine yacin borcu xx-xx-2020 00:46:11 1.1.**********17 1.1.**********25 Cinda yalcatirdinda cindir....geceynen pul tapdim verdim sene ..budu sagllun (söyüş).?he sen niye meni bele ceziyyete qoymusan 500 mende var hec olmasa 150 20p sen duzelt sabah verim.men maman gilde tapammir pul xx/xx/2020,23:43:08,**********17,**********61, Nurlan mene maraqlindeyil dedim sene men sabah naxcivan polisine atavi yazib verecem aılaha and olsun seme gore men problem yasiyiram. xx/xx/2020,22:48:27,**********17,**********61, Nurlan varyoxunj (söyüş) etrafimda kim var seni axtarir ......atavin ses yazmasi anavin senin hamisini varyoxunj (söyüş) verecem uje pole (söyüş) dagiysinlar Bundan başqa baxış zamanı məlum olmuşdur ki, Şahid1 bacısı Nazlı Rəhimova 055 506 06 08 saylı nömrəsindən Təqsirləndirilən şəxs çoxsaylı mesaj yazaraq ona verdiyi xeyli miqdarda pulu qaytarmasını tələb edir. Həmin mesajların məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs Nazlı Rəhimovadan da Cavid adlı şəxsin vasitəsilə ilə mənzil verəcəyini bildirib pullar almışdır və sonra etiraf etmişdir ki, Cavid adlı şəxs mövcud deyil. Həmin mesajların bir qismi aşağıdakılardan ibarətdir: xx/xx/2021,16:20:37,**********08,**********13,Sherefsizler, cindirlar, (söyüş). Heyatimi mehv elediniz.menim kimi adami alladib 12min pulumu aldiniz. Men bunu sizin yaniniza qoymuyacam. xx/xx/2021,16:38:59,**********08,**********13,07 11 dediyin nomreni butov yaz mene. Cabidin ata ad soyadi, dogum tarixini yaz mene xx/xx/2021,16:46:19,**********13,**********08,Cavidede dedesinede. Veliyev cavid eleddin.bankin nmresidi yiqacaq. xx/xx/2021,16:50:30,**********08,**********13,Ele 1 adam yoxdu N7rlan. Mene az yalan danish. Kishi.ol biraz. Allahdan qorx. Duzgun de ad soyadi ata adi. Bankin nomresini ver de. Sene.ne var ki. xx/xx/2021,16:55:04,**********08,**********13,Osmanoglu adindan mtk yoxdu hec. Sherefsiz Nurlan. Ne vaar ne yox hamisini yalan demisen mene. Tupurum senin cemdeyine ele. xx/xx/2021,16:57:57,**********13,**********08,Xestelenme gozle bir. Delide bi xx/xx/2021,16:59:21,**********08,**********13,Ne gozluyecem Nurlan. Bundan necenci defedi.men icaze alib gelib kucelerde qaliram. Arvad kimi qorxub yanima da gelmirsen. Cavid de yigmasin mene uzune tupurecem cunku. Siznen polisde danishariq. Fsyo quryardi xx/xx/2021,17:34:13,**********13,**********08,Ay nazli polise gedib guldurme. Bidene aeraportdan cixim yolna qoyacam. gozle bir xx/xx/2021,17:35:10,**********08,**********13, Gulunc gune qoymusuz meni. onsuzda. sen mene cavidin adini soyadini duzgun de. Bankdan zeng vuranin nomresinj ver. Bir sheyi de duz ele sherefsiz. xx/xx/2021,17:36:30,**********13,**********08,Cavidle isin yoxdu. Gozle yiqram xx/xx/2021,17:37:43,**********08,**********13,Cindir sen meni pis veziyyetde qoyub onu niye qoruyursan ki? Cavid adinda afam yoxdu ee ona gore. Men basha dushmurem, bankin nomresini niye vermirsen ki? xx/xx/2021,17:40:42,**********13,**********08,Bilsem vereremda nmreleri deyisende silinir. He adi ebduleleddindi cavid deyirem yalandan xx/xx/2021,17:44:46,**********08,**********13, Utanmirsan hele. mezelenirsen eee. Uzuvun suyu tokulub senin. Sene sozum yoxdu, onsuzda tesir elemir hec. Men camaatin pulunu nece verecem axi. Niye mene qarshi bele sherefsizlil eledin ki? Neynemishdim sene? xx/xx/2021,17:46:57,**********13,**********08,Puldan narahat deyilem nede polisden bidene sennen narahatamki 25 dozmersen Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan 050 447 11 61, 050 365 18 13, 050 755 86 66, 055 588 96 25 saylı nömrələrlə Zərərçəkmiş şəxs1 099 704 48 49 saylı, Zərərçəkmiş şəxs2 050 268 97 57 saylı və Şahid3 070 926 05 90 saylı nömrəsi arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mesajlar müəyyən edildi: xx/xx/2021,06:57:45,**********57,**********66, Nurlan qocunu ele salirsan sen bundan sonra qocunu gorersen.men iwe gedirem.2 gun qalmadim 1 ci gun qalacam.gedib o erizenide verecem ondan sonra ne olur olsun xx/xx/2021,06:58:26,**********57,**********66, Senin kimi adam gormemiwem. men get elinden geleni ele gorum kim qutaracaq bu sefer xeyalhecne ede bilmeyecek. xx/xx/2021,07:01:38,**********57,**********66,Bugun qizillar bayir racideki qizili gelirler goturmeye sen (söyüş) basirsan aygelirem bele ele mence besdi sene bu qeder inanmaqim besdi.hele bu bazar gunu neyniyeceksen o cox maraqlidi mene basib baglamaga cansan eybi yox indi zaman senin eleyhinedi eli agayla qardawsan xeyirli olsun)menden incimeyin daha 1 ci gun goreceysen kimler gedecek istintaqa ele sal meni sen gelirem de gelme bundan sonra gorersen mene zeng eleme her wey belli oldu senin ne oldugunda xx/xx/2021,15:32:17,**********57,**********66,Nurlan camaat qizilin daliyca gelir bele olmaze evnen daniw xx/xx/2021,22:17:56,**********57,**********66,Men senden xeber gozdeyirem senden xeber yoxdu xx/xx/2021,22:18:06,**********57,**********66,Mene zeng ele xx/xx/2021,11:34:17,**********57,**********66,Nurlan salam men evdeyem seni gozleyirem xx/xx/2021,15:36:54,**********33,**********66,Allaha ad olsun bugun getrib pulmu vermesen sabah bolmede gorseciyi bil cemlede senen sikayet edecey indi sen gorersen xx/xx/2021,17:08:24,**********57,**********66,Bugunde gelmedin xx/xx/2021,18:47:15,**********66,**********57,Fd alinmadi qardaw bagiwla. Yeni ancag sabah axsam alinir. Verirsense ver polise vermirsense gozle axsam hel olur mamanda racinin nmresini dedi verim ozun danis yeni utaniram senol vurmuwam. Ama (söyüş) divara pulu bir yere yiqamadim. 11 zng eliyecem son defe tek goruwek. xx/xx/2021,18:48:12,**********57,**********66, Gozdeyirem saat 11 e kimi goruwek xx/xx/2021,23:24:08,**********57,**********66,Nurlan men seni gozleyirem bir xeber de mene bugunde gelmesen sabah menim carem yoxdu caamata ne deyilecek bilmirem bele olmaz xx/xx/2021,23:24:57,**********57,**********66, Dedin 11 de yuz faiz ordayam. daniwaq uz uze ama.yoxsan her gun bele deyib yola verirsen senol vurdu meme ki bugun o qizilin pulun vereceysen ama vermedin xx/xx/2021,23:25:09,**********57,**********66,Uz uze daniwaq dedin gelmedin xx/xx/2021,23:26:15,**********57,**********66,Gelmirsen se konkret de mene sabah uje mende evdekilerde pis veziyyetde qalacaqlar men soz deye bilmeyecem.ki bele olmasin nurlan verecek uje mendenn cixacaq xx/xx/2021,23:26:26,**********57,**********66,Men seni gozdeyirem bu gece xx/xx/2021,00:25:40,**********66,**********57,Mene zng ele xestexanadayam allah haqi indi cixiram xx/xx/2021,01:33:16,**********66,**********57,Mene zng ele xx/xx/2021,11:18:20,**********57,**********66,Nurlan camaat gelir qizilin daliyca xx/xx/2021,18:35:56,**********57,**********66,Nurlan mene zeng ele xx/xx/2021,07:44:19,**********57,**********66,Daniw bugun bu meseleni hell ele nurlan xx/xx/2021,12:41:29,**********57,**********66,Nurlan saat 12 demisen eve indi 1 di neynedin xx/xx/2021,12:41:35,**********57,**********66,Mene zeng ele xx/xx/2021,12:42:45,**********57,**********66,Menim anam ne qeder aglamadili nurlan ? Bu ne demekdi zeng ele eve varyoxun (söyüş) heyatdan bezmiwem canimdan bezmiwem bugun bu iw hell olmasa sabah iwe getmiyecem her weyi qatacam bir birine uje men dozmurem bele olmaz yeke oglansan xx/xx/2021,14:09:09,**********57,**********66,Adamda kiwiliy olar xx/xx/2021,14:09:19,**********57,**********66,Nece insansan sen xx/xx/2021,14:09:24,**********57,**********66,Eve zeng ele xx/xx/2021,01:16:19,**********57,**********66,Nurlan day sene hecne demirem yaxwhi bildiyini ele men de bildiyimi edecem menim anam butun gun aglayir men bunu bele qoymuyac.gelirler sabah qizila hele de mama yata bilmeyib men yata bilmemiwem xx/xx/2021,01:19:29,**********57,**********66,İndi meni borclu cixarirsan sen dunen mamaya deyirsen 1400 cibimde ureyimin usdundedi sabah raciye verirem ama indi telefonu sondurursen.sen yalan dabiwib vaxd udursan.bu bele cox getmiyecem yeni doze bilmirem men menim anama atama nese olsa bu eseb stresnen ya mene nese olsa senol her wey bawqacur olacaq xx/xx/2021,01:42:34,**********66,**********45,Sencun elediyim hec neyi ne bildin ne gordun. Hemise cibhmde pul olanda bawima dolandin pulsuz olanda kucede qaldim mene bu olunmamalydi bu nmreme yazma cvb xx/xx/2021,02:31:13,**********66,**********57,Memim sozum biliqfn dede yoxdu. İceri girsem rahat olasansa get ver. Ynxdu get adam tap boyreyimi verim el atmadiqim varyant qalmiyib. 1400 var qalani ge xx/xx/2021,02:31:21,**********66,**********57,lsin verirem. Rachye. Fikrin tutdurmagdisa o ayri get ele xx/xx/2021,02:32:12,**********57,**********66,1400 at karta evdekiler c8xarsin xx/xx/2021,02:32:58,**********57,**********66,Gorsunler yukledin men deli olmuwam demirsen var 1400 at onu karta deki bax dede bu var idi atdim qalaninda bir iki gune verecem deyim he xx/xx/2020,18:25:17,**********57,**********61,Nurlan qizili odemedik men eve gede bilmirem utandigimdan saxi burda gozdeyir xx/xx/2020,12:42:40,**********57,**********61,Nurlan hele yatmisan her wey duwub usd usde bele olmaz dur bu (söyüş) lombardi saxini raufu hell edek ilkinde yazib mene xx/xx/2020,18:07:13,**********57,**********61, Nurlan men bilirsen neyi fikirlewirem sen seherden deyirdin emeliyyata girsin vse men gedirem iwleri hell edib gelecem. veyaq saat 6 da gedecik dedin.indi deyirsen ohdelikleri hell edim yigmayacaqlar. Sen ne daniwirsan meni yola verirsende bele cixir. men senden ozume pul isdemireme men sene donde done dedim ki meni yalanci cixarma camahatin pulun bugun vermek lazimdi bawa duwursen meni ? Meni Allah oldurmure deyirem men ozum ozumu bu gune qoydume dede Senlik bir wey yoxdu. xx/xx/2020,18:09:48,**********57,**********61,Sen gedib orda burda otrub pul acdarirsan mende moykanin yaninda kome ne deyim bilmirem bu bele olmamaliydi.men Sene arxeyin olsaydim indi biyabr olmuwdum vusaldan 1500 alsaydi indi veziyyet ne yerdeydi duwunursen ? xx/xx/2020,18:17:10,**********61,**********57, Men seni yola vermirem. Padudar. Qalmiwam. Gunahi sende deyil gunah mendedi. Men ne almiwam qdpiyine kimi hel eliyecem. Sadece bu deqe ucun cox alcalmiw his eliyirem ozumu. Menle nie bele daniwilmalidiki. Mende pul olacag nece lazimdi ama indilik daga dawa duwmuwem sebrli ol xx/xx/2020,19:27:15,**********61,**********57, Fuad. Sen esebini mene tok probldm yoxdu. Men bawa duwurem yaxsi weyler yawamiriq. Bidene mamayla esbi daniwma. Mene qebuldu. Onsuzda hel olacaq olumden bawqa her wey xx/xx/2020,20:57:06,**********61,**********57,Sabaha deqiq min vereciyik. Ama saati biraz gec ele. Bagiwla bawiva donum. Allah haqi dvzeldecem veziyeti xx/xx/2021,16:42:14,**********57,**********13,Nurlan bu deyqe mamaya zeng elemiwdiler qizila gore.deyirler fuadi gozleyirik getrib verer bize.telefona cavab da vermirsen hec olmuya cavan ver mamayla daniw otrub gozleyirikde seni bu ne di bele allaha and olsun eoe veziyyete salmisan meni bizi mamamin agzi yene eyilir gozude yigilib sen niye bele eleyirsen bu mesele bele olmuyacaq (söyüş) cavab ver bir soz de saat 12 den 2 saata gelirsen hele gelib cixmirsan mene zeng ele ya mamaya xx/xx/2021,16:59:55,**********57,**********13, Atamda geldi bizi yigsalar men qana duwecem xx/xx/2021,21:59:28,**********57,**********13,Nurlan seni gozdeyirem yatmiram saat 10 dedin indi zeng catmir mene zeng ele otrub gozdeyirem bu xaraba yollar donmamiw men gedib catmaliydim.qizil8 goturmeye.gerek seher iwden tez cixam.iw yoldawimla gedem daniwam pulu verem.gotrub qayidam.seni gozdeyirem xx/xx/2021,10:12:50,**********57,**********13,Men gelirem aeraporta orda deyilsense yalan dabiwirsansa zeng ele men yalandan gelmeyim ora xx/xx/2021,10:14:18,**********57,**********13, Yeke adamsan gecemiz gunduzumuz yoxdu camaat malin isdeyir evimize gelecekler indi. fikretde bugun pulu verilmelidi bele olmaze Qocu sen mene yene yalan daniwirsan ayibdi eleme bele mene konkret soz de gelirem yanina duz dewiw yer de.menim anam birde aglamasin bu sene son sozumdu xx/xx/2021,10:28:41,**********57,**********13,Mene zeng ele xx/xx/2021,11:09:08,**********57,**********13,Qocu bu ne hereketdi qalmiwam collerde o yigir bu yigir bele olmaze mene zeng ele aeraportdayame xx/xx/2021,08:56:33,**********49,**********13, Nurlan fuad dedi sene dunen meni lanbard cagerde gezela gore 3 kimi min manad vermesem sateler hamese menimle dusmenciliyin varidi Allahdan gorx ozumu oldurmeyden basga xx/xx/2021,09:01:14,**********13,**********49, Eleykim salam xala. Pul sabaha qalib deye alinmadi. Allahdan qorxum deyende elimnen geleni elirem tapim gorum hardan tapiram xx/xx/2021,09:01:42,**********13,**********49, Xeber eliyecm mala 250 manat tapib saxlamaini odeyemmedim geceni sehere xalca dasimisam sederekde 40 manat aliram xx/xx/2021,09:02:07,**********13,**********49, Vallah mrnimde ozumu oldurmekden basqa yolum qalmiyib. Ama calisiram ne tapsam oduyum gozlesin biraz xx/xx/2021,09:27:28,**********13,**********49,Mal nece yoxdu bes bu geder sened suned invoys hardandi. Bisey gorem neynierem xx/xx/2021,08:45:28,**********13,**********57,Cemileye gorum ne taba bilecem qirib atarix pzunede saxiya xx/xx/2021,09:07:36,**********13,**********57,Men cemileye pul atmasam lombarda ata bilerem heleki ama cemile deyir vermesez bele ele xx/xx/2021,09:08:15,**********13,**********57,Cemileye gorum ne tapsam atim sora lombard sabah xx/xx/2021,09:08:37,**********57,**********13, Cemilenin pulun verek xx/xx/2021,09:30:16,**********57,**********13, Mene zeng dele xeber gozleyirem. xx/xx/2021,09:31:02,**********57,**********13, gedib goruwub daniwaq.hell edek.cixaraq mali. xx/xx/2021,10:19:16,**********13,**********57,Bugun islemir kargo neter hell eliyecek xx/xx/2021,10:19:49,**********13,**********57, Hell olmali hecne qalmiyib day hec men cemilenin pulunu hell etmeliyem neter gelim hem. xx/xx/2021,07:30:52,**********90,**********13, Gelen insan bu nece gunde gelib cixardi amma ne ise hell et nurlan eseblerimi pozmuyun bu defe uje demiyecem eliyecem xx/xx/2021,07:36:09,**********90,**********13, Mal yoxtu buna adim kimi eminem lapwalari Fuada asa bilersen mene yox. maliviz mene hec maragli seyil menen alinan pulu gaytarin siz sag men salamat xx/xx/2021,09:11:11,**********90,**********13,Nurlan atdin pulu?senen xeber gozduyurem men camaata pulu catirmaliyam xx/xx/2021,09:55:43,**********13,**********90,He yaxsi yoxdu he he mal zad yixdu sen unud mali qalan seyle ne isin var senin xx/xx/2021,15:51:18,**********49,**********13, Nurlan bugun gzele verebilmesem meni rayonda olar biyabr edecey gayenem suleyman bilse grgen dusecey Fuad vurub oldureceylerki sen neynemisen bugun duzelmelidi o pul. xx/xx/2021,20:44:09,**********49,**********13,Nurlan negeder mesuliyetsizsen telefonu niye sondurmusen. Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. Habelə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında “vatsap” proqramı vasitəsilə yazılmış 31 vərəq mesaj mətnləri, qızılların lombarda qoyulması barədə 11 vərəq girov biletlərinin surəti, Şahid1 460 manat pul göndərilməsi barədə qəbzin surəti, “Azersell” və "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən iki ədəd “CD” diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-535/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 08 iyun 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-345/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(001)-23/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-345/2022 nömrəli hökmünə əsasən CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmiş mülki iddiadan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatma yolu ilə ümumilikdə aldığı 38000 (otuz səkkiz min) manat pulun alınıb onlara verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-366/2022 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsnin geri qaytarılması qərara alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona vurulmuş ziyan qismən ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən vurulmuş ziyan qismən ödənilmiş və ümumilikdə 23000 (iyirmi üç min) manat ödənilməmiş vəsait qalmışdır. Lakin aralarında olan razılığa görə Təqsirləndirilən şəxs ödənilməmiş qalan ziyanı hissə-hissə olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. Naxçıvan MR Naxçıvan şəhər Qaraçuq kənd İ.Ə.D üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs eyni xarakterli cinayət əməlini törətməyə görə əvvəllər məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-297/2022 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-535/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 08 iyun 2022-ci il tarixədək uzadılmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında “vatsap” proqramı vasitəsilə yazılmış 31 (otuz bir) vərəqədə əks olunmuş mesaj mətni, qızılların lombarda qoyulması barədə 11 (on bir) vərəqdə əks olunmuş girov biletlərinin surəti, Şahid1 460 manat pul göndərilməsi barədə 1 (bir) ədəd qəbzin surəti, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında “vatsap” proqramı vasitəsilə yazılmış 31 (otuz bir) vərəqədə əks olunmuş mesaj mətni, qızılların lombarda qoyulması barədə 11 (on bir) vərəqdə əks olunmuş girov biletlərinin surəti, Şahid1 460 manat pul göndərilməsi barədə 1 (bir) ədəd qəbzin surəti, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar