Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-16/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 22/29, mənzil 2-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları 1901C ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan adının «Nəsimi» kimi bildiyi şəxsdən 20 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan təmiz çəkisi 1,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:30-da həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü polis şöbəsinə gətirilmiş və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra saat 16:25-də üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd damalı kağıza bükülmüş halda təmiz çəkisi 1,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə səhər saatlarında işləri ilə əlaqədar Pərviz adlı tanışı ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” bazarı tərəfə getmişdir. Həmin günü saat 12 radələrində qeyri-rəsmi nikahla birgə yaşadığı həyat yoldaşı ona zəng edərək evə polislərin gəldiyini və onu axtardıqlarını bildirmişdir. O, həmin vaxt onu axtaran polislə telefonda danışanda ona adının Fərid olduğunu Bakı şəhər Baş Polis İdarəsindən gəldiyini bildirmişdir. Bundan sonra Fərid ona hər hansı ödəmə ilə bağlı axtarıldığını və əgər gəlməsə yoldaşını aparacağını bildirmişdir. O, Fəridə üzərində yol pulunun olmadığını demiş, sonuncu isə öz növbəsində taksi ilə gəlməyini yol xərcini özünün verəcəyini bildirmişdir. O, taksiyə əyləşərək 17 manat müqabilində Sumqayıt şəhəri, Corat bağları 1901C ünvanında yerləşən yaşadığı evin qarşısına gəlmiş, evin qapısının qarşısında göy rəngli “Niva” markalı maşın olduğunu görmüşdür. Həmin zaman Fərid evin qarşısında taksiyə 17 manat verərək yola salmışdır. Daha sonra o, evə keçərək paltarını dəyişmiş, həyat yoldaşı və Fəridlə birlikdə 4-cü polis şöbəsinə gəlmişdir. Şöbəyə gələndən sonra ona məlum olmuşdur ki, onu Binəqədi rayon Polis İdarəsindən axtarmışlar. Polis şöbəsində olan zaman onun qarşısına 0.4 qram narkotik vasitə qoymuşlar. Ona iki sadə oğurluq hadisəsi törədildiyini, həmin əməllərlə birlikdə narkotik vasitəni öz üzərinə götürdüyü halda həyat yoldaşını buraxacaqlarını demişlər. O, oğurluqların həcminin 100 manatdan artıq olmasını görüb razılaşmamışdır. Şöbədə olan zaman Fərid ona bildirmişdir ki, narkotik vasitənin özünün olmasını qəbul etsə onu iki gün saxlayıb buraxacaqlar. O, Fəridin təklifi ilə razılaşmış və bundan sonra onun yoldaşı buraxılmışdır. Bundan sonra şöbədə otaqların birində Fərid ona narkotik vasitə vermiş, o, həmin narkotik vasitəni şalvarının cibinə qoyaraq, kameranın qarşısında əvvəlcədən danışdıqları kimi çıxardıb, təqdim etmiş, özünə məxsus olduğunu və həmin narkotik vasitəni Nəsimi adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyimi bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ona polis əməkdaşları həyat yoldaşının həbs ediləcəyi ilə bağlı hədə-qorxu gəldikləri üçün məcbur qalıb narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitəni almamışdır, həmin narkotik vasitəni ona polis əməkdaşı Fərid vermişdir. O, cinayət işinin materiallarında qeyd edildiyi kimi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılmamış, Fərid adlı polis əməkdaşının avtomobili ilə Sumqayıt şəhərindən 4-cü polis şöbəsinə gəlmişdir. Saxlanıldığı gün üzərində tanışı Pərvizin adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, qorxduğu üçün ibtidai istintaq zamanı hadisəni olduğu kimi danışmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bununla bağlı 4-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 15:30da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən kağıza bükülmüş bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükülüdə tünd qəhvəyi rəngli spesifik iyə malik kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat bağlarında Nəsimi adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını, özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun və əməliyyat müvəkkili Şahid2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq hal-hazırda xatırlamadığı avtomobil ilə polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində baxış keçirilmiş, sonuncu könüllü olaraq narkotik vasitəni təqdim edərək özünə məxsus olmasını etiraf etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs onun və qrup rəhbəri əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan şalvarın cibindən kağıza bükülmüş bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükülüdə tünd qəhvəyi rəngli spesifik iyə malik kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat bağlarında Nəsimi adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını, özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun və əməliyyat müvəkkili Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda saxlanılaraq halhazırda xatırlamadığı avtomobil ilə polis şöbəsinə gətirilmiş, sonuncu həmin zaman tək olmuşdur. Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində baxış keçirilmiş, sonuncu könüllü olaraq narkotik vasitəni təqdim edərək özünə məxsus olmasını etiraf etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri rəsmi həyat yoldaşıdır. O, Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivi 1901c ünvanında yaşamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 6-7 radələrində İlqar Pərviz adlı tanışı ilə birlikdə Sədərək bazarına getmişdir. Təxminən saat 11 radələrində o, İlqarla əlaqə saxlamış və təxminən 5 dəqiqə sonra yaşadıqları evin qapısının döyüldüyünü eşitmişdir. O, həmin vaxt evdə yataqda xəstə uzandığından yerindən qapını döyən şəxslə danışmışdır. O, qapını açdıqdan sonra üç nəfər mülki geyimli şəxs içəri daxil olmuş, polis olduqlarını Bakı şəhər Baş Polis İdarəsindən gəldiklərini bildirmişlər. Həmin şəxslərdən birinin adı Fərid olmuş, digərlərinin adını o, bilməmişdir. Həmin şəxslər ondan İlqarın harada olduğunu soruşmuş, o isə İlqarın evdə olmadığını bildirsə də onlar İlqar və onun qaldığı otağı soruşaraq həmin otağa daxil olmuş və otaqda olan şkafları axtarmağa başlamış, lakin otaqdan heç nə tapa bilməmişlər. Bundan sonra həmin polis əməkdaşları İlqar və onun narkotik vasitə istifadə edibetməməyini soruşmuşlar. O, isə uzun müddətdir ki, narkotik vasitə istifadə etmədiyini demişdir. Bu zaman Fərid adlı polis əməkdaşı digər polislərə maşında 1 kiloqram narkotik vasitə olduğunu, gətirmələrini demişdir. Bir neçə dəqiqə sonra həmin şəxs qayıdaraq maşında 1 kiloqram yox təxminən 700 qram narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra Fərid ona İlqarı evə çağırmasını, axtarışda olduğunu demişdir. O, hansı səbəbə İlqarın axtarışda olduğunu soruşsa da səbəbini ona deməmiş, İlqar gəlməsə onu aparacaqlarını bildirmişlər. O, İlqarın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş və bu zaman polis əməkdaşı onun əlindən telefonu alaraq İlqara evə gəlməli olduğunu, axtarışda olduğunu bildirmişdir. Eyni zamanda onlar İlqara taksi ilə gəlməsini taksinin pulunun özlərinin ödəyəcəyini bildirmişlər. İlqar da onlarla razılaşmışdır. Bundan təxminən 45 dəqiqə sonra İlqar evə gəlib çatmış, İlqara axtarışda olduğu üçün onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. O, da İlqarla və polis əməkdaşları ilə birlikdə tünd göy rəngli 333 nömrəli “Niva” markalı maşınla 4-cü Polis şöbəsinə getmişdir. Onlar təxminən 40 dəqiqə polis şöbəsinin həyətində gözlədikdən sonra Fərid İlqarı içəriyə çağırmış və bundan təxminən 10 dəqiqə sonra onu da içəriyə çağırmışdır. İçəridə olanda Fərid ona demişdir ki, İlqarı narkotikə görə 48 saat şöbədə saxlayıb, buraxacaqlar. O, həmin vaxt bilmişdir ki, artıq içəridə olan zaman İlqar narkotiklə razılaşmışdır. Bundan sonra Fərid ona evə qayıtması üçün 5 manat pul vermişdir. Bundan iki gün keçdikdən sonra o, İlqarın gəlmədiyini görüb Fəridin istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng etmişdir. Həmin zaman Fərid ona 16 sentyabrda İlqarın məhkəməsi olacağını və məhkəmədən buraxılacağını demişdir. Bundan sonra sentyabr ayının 16-da o, İlqarın dostu Pərvizlə birlikdə məhkəməyə gəlib çatanda artıq İlqarın işinə baxıldığını və 3 ay müddətə həbs edildiyini bilmişdir. Bundan sonra o, Fəridə sentyabr ayının 20-nə kimi zəng etmiş və mütəmadi olaraq danışıq aparmışdır. Həmçinin şöbədə olan zaman Fərid İlqara törətmədiyi oğurluq cinayətini boynuna götürməsini təklif etmiş, narahat olmamasını, zərərçəkmiş şəxsə zərərin ödənildiyini, şikayətçi olmayacağını demişdir. Həmin zaman İlqar oğurluq cinayətini boynuna götürməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə o, həmişə olduğu kimi Meyvəli adlanan ərazidə taksi kimi fəaliyyət göstərmək üçün dayanmışdır. Həmin zaman təxmin saat 12 radələrində sonradan adını bildiyi İlqar ona yaxınlaşmış və Novxanı adlanan əraziyə neçəyə aparacağını soruşmuşdur. Həmin zaman o, İlqara 20 manata gedə biləcəyini desə də sonradan 17 manata razılaşmışlar. İlqar ona çatdıqları yerdə gediş haqqının veriləcəyini bildirmişdir. Yolda olan zaman İlqarla söhbət etməyə başlamış və həmin zaman İlqar ona polis əməkdaşları tərəfindən çağırıldığını demişdir. Novxanı ərazisinə çatan zaman İlqar özü ona ünvanı göstərmişdir. Onlar həmin ünvana çatdıqda evin qarşısında dəqiq xatırlamadığı tünd göy və ya qara rəngli “Niva” markalı avtomobilin dayandığını görmüşlər. Bundan sonra İlqar maşından düşərək evin içərisinə daxil olmuş, bir neçə dəqiqə sonra bir nəfər şəxslə birlikdə ona yaxınlaşmışdır. Həmin şəxs ona 17 manat pul verdikdən sonra o, yenidən Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarına qayıtmışdır. Məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, məhkəmə istintaqı zamanı əvvəl verdiyi ifadəni təsdiq edir. O, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda saxlayaraq polis şöbəsinə gətirmişdir. Ola bilsin ki, texniki nasazlıq səbəbindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs saxlanılan vaxt Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun deyil, başqa bir ərazinin anten dairəsinin əhatəsinə düşmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, məhkəmə istintaqı zamanı əvvəl verdiyi ifadəni təsdiq edir. O, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda saxlayaraq polis şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman istifadəsində olmuş mobil telefon nömrəsinin üzərində olub-olmamasını dəqiq xatırlamır, ola bilsin ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin içərisində olan mobil telefon başqa yerdə olmuş, zənglərə başqa şəxs cavab vermişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid5 bildirmişdir ki, o, hal-hazırda Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixədək isə Binəqədi RPİ-nin 4-cü polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirmə və istifadəsində şübhəli bilindiyi üçün saxlanılmış və Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmişdir. Əməliyyat tədbiri onun olmadığından o, ancaq iştirakçı kimi Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. O, Təqsirləndirilən şəxs saxlamaq üçün Sumqayıt şəhərinə getməmiş, oradan şöbəyə gətirməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılan günü ümumiyyətlə Sumqayıt şəhərində olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan gün ***-***-**-** nömrəli mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. O, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyinə görə saxlamamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşını isə İlqar saxlanıldıqdan sonra 4-cü polis şöbəsində görmüşdür. İlqar Məmədov saxlanıldıqdan sonra polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində saxlamamış, ***-***-**-** nömrəli mobil telefon nömrəsi onun istifadəsində olmuş, hadisə vaxtı ola bilsin ki, ona məxsus mobil telefon tanışının avtomobilində qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək gəzdirməsi və saxlaması, eləcə də cibgirlik cinayətlərinin törədilməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək gəzdirməsi, saxlaması, daşıması və cibgirlik cinayətlərinin törədilməsində şübhəli bilindiyi üçün 14 sentyabr 2022-ci il tarixdə saat 15:30-dan tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ damalı kağıza bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/5197 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 173” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,385 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı-İ) daxildir. Heroinin təmiz çəkisi - 1,385 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,285 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən damalı kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükülünün içərisinə keçirilmiş baxış zamanı oradan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini Sumqayıt şəhəri, Corat bağları adlanan ərazidə Nəsimi adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1065/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,385 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,285 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(006)-441/2016 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış və cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli, 5882 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1387/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması barədə təqdimat təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-824/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat bağları 1901C ünvanında yaşamış və barəsində heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(001)- 16/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglər, həmin zəngləri qəbul edən və zəng edən nömrələrin sahibləri barədə məlumatlar, həmçinin həmin nömrəyə daxil olan və çıxan SMS-lərin mətnləri barədə, həmin SMS-ləri qəbul edən və göndərən nömrələrin sahibləri, qeyd olunan müddət ərzində abonentin anten məlumatları, habelə 14 sentyabr 2022-ci il tarixə Şahid1 istifadəsində olmuş ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-** və Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair anten məlumatlarının ələ keçirilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə “antena7121.xls” adlı 1 fayl vardır. Həmin faylı açdıqda müəyyən edildi ki, həmin faylda Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə daxil olan və çıxan zənglər barədə məlumatlar əks edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:06-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng getmiş, 19 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** saylı nömrə “Sumqayit seh, X11 kuc 71A” anten dairəsində olmuşdur. ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 13:08-də, saat 14:39-da, saat 14:58-də, saat 15:21-də, 15:22-də, saat 15:23-də, saat 15:37-də, saat 16:35-də, saat 16:43-də, saat 17:12-də, saat 18:34-də, saat 19:51-də “M.Rasulzade qes. X13:36 Auto Yuma” anten dairəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:38-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə zəng getmiş və 54 saniyə danışıq olmuşdur. Bakcell” MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə “zenglerin_detallasmasi_**********2228_5********.pdf” və zenglerin_detallasmasi_**********2241_7********.pdf” adlı 2 fayl vardır. “Zenglerin_detallasmasi_**********2228_5********.pdf” adlı faylı açdıqda həmin faylda Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı xx.xx.2022-ci il tarixə aid anten məlumatlarının əks olunduğu müəyyən edilmişdir. ***-***- **-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 15:00-dan saat 16:35-dək olan müddətdə “LBBK4191O1/LBBK4191 Varovski Ofis/"Bakı şəhəri, Binəqədi rayonu, M. Ə.Rəsulzadə qəsəbəsi, Q.Qarayev küçəsi ev 42B"/Binagadi”, “UBBK4221E/UBBK4221 Jafar Khandan street/"Bakı şəhəri, 8 mikrorayon, H.Hüseynov küçəsi, 11A"/Binagadi”, “LBBK5035O1/LBBK5035 Hollywood sh/s/"Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə"/Binagadi”, “UBBK1079A/UBBK1079 NEONRST/"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 80"/Binagadi” anten dairələrində olmuşdur. “Zenglerin_detallasmasi_**********2241_7********.pdf” adlı faylı açdıqda həmin faylda Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı xx.xx.2022-ci il tarixə aid anten məlumatlarının əks olunduğu müəyyən edilmişdir. ***-***- **-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 15:05-dən saat 16:37-dək olan müddətdə “LBBK5019O2/LBBK5019 S.S.Axundov/"Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097"/Binagadi”, “UBBK4981B/UBBK4981 Rasulzade 2/"Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 6, ev 3"/Binagadi”, “UBBK6012A/UBBK6012 Azadliq 161A/"Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 B"/Binagadi”, “UBBK4221C/UBBK4221 Jafar Khandan street/"Bakı şəhəri, 8 mikrorayon, H.Hüseynov küçəsi, 11A"/Binagadi”, “UBBK4967F/UBBK4967 Tergul Ticaret Merkezi/"Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 150"/Binagadi”, “LBBK0381O2/LBBK0381 Avrora MMC/"Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13"/Narimanov” (saat 15:28-15-34) , “LBBK1097O3/LBBK1097 GRSKAFE/"Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 30 Naxçıvani küçəsinin kəsişməsi bina 10"/Binagadi”, “LBBK0491O3/LBBK0491 Begoc office/"Bakı şəhəri, H.Əliyev prospekti, 205"/Nizami”, “UBBK2148C/UBBK2148 X8/"Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev pr və Z.Bunyadov pr kesişməsində"/Sabunchu”, “LBBK0491O3/LBBK0491 Begoc office/"Bakı şəhəri, H.Əliyev prospekti, 205"/Nizami”, “LBBK1009O1/LBBK1009 Avto dayanacaq/"Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, S.S.Axundov küçəsi , ev 457B"/Binagadi” (saat 16:33), “UBBK1139E/UBBK1139 Pasha inshaat/"Əhməd Rəcəbli 11/33"/Binagadi” (saat 15:55), “UBBK4223A/UBBK4223 BKHSPA306/"Bakı şəhəri, Binəqədi rayonu, R. Rəcəbli küçəsi 3130"/Narimanov”, (saat 15:55), “LBBK4983O3/LBBK4983 Elit TM/"Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli prospekti, ev 30/68"/Binagadi”, “UBBK1011A/UBBK1011 BULURST/"Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, Ticarət Mərkəzi "/Binagadi”, “LBBK5035O1/LBBK5035 Hollywood sh/s/"Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə"/Binagadi” (saat 16:32) anten dairələrində olmuşdur. Narmobile” MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 4 ədəd fayl vardır. “SMS_Tarixcesi_**********2323_775192930” və “SMS_Tarixcesi_**********2329_775192930” adlı faylları açdıqda həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan SMS-lər barədə məlumatlar əks edilmişdir. Həmin məlumatlarda ***-***-**-** saylı nömrəyə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən SMS-in daxil olması və ya həmin nömrələrə SMS göndərilməsi müəyyən edilməmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri_**********3728_775192930_NAR” adlı faylı açdıqda həmin faylda ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış "xxxx" MMC-yə məxsus nömrələrin abunəçiləri barədə məlumatların əks edildiyi müəyyən edilmişdir. “Zenglerin_Detallasmasi_**********3757_775192930” adlı faylı açdıqda həmin faylın içərisində ***-***-**-** saylı nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər barədə məlumatların əks edildiyi müəyyən edilmişdir. ***-***-**-** saylı nömrəyə ***-***-**-** və ***-***-**-** saylı nömrədən zəng gəlməmiş və getməmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə xx.xx.2022-ci il tarixdə 12:06da zəng gəlmiş, 19 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** saylı nömrə “GBBK2399E/GBBK2399 S.A.Shirvani kuc149/"Abşeron rayonu, Masazır kəndi"/Absheron/40.45353 /49.76547” anten dairəsində olmuşdur. Bundan əlavə ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 20:38-də zəng gəlmiş, 55 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** saylı nömrə “GBBK5035D/GBBK5035 Hollywood sh/s/"Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə"/Binagadi/40.427xx/xx.83934” anten dairəsində olmuşdur. ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 12:51-də “GABS3768B/GABS3768 X9/"Abşeron rayonu, Novxanı kəndi, Əliağa Şıxlinski küçəsi"/Absheron/40.501xx/xx.79356”, saat 13:00-da “GBBK1031F/GBBK1031 Kazimzade str20/"Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E"/Binagadi/40.442xx/xx.84422”, saat 13:03-də, saat 13:10-da və saat 16:53-də “GBBK4255F/GBBK4255 Rasulzade/"Milli aerokosmik agentliyi Akademik T. İsmayılov adına Təbii ehtiyatların kosmik tədqiqatlar institutu" /Binagadi/40.427xx/xx.84077”, saat 17:02-də, saat 17:03-də, saat 17:04-də, saat 17:08də, saat 17:09-da “GBBK6150W/GBBK6150 S S Axundov 6/"Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 6"/Binagadi/40.424xx/xx.84355”, saat 17:53-də “GBBK2613F/GBBK2613 Babek pros 28C/"Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti 28c"/Khatai/40.390xx/xx.89111” anten dairəsində olmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında deyil, yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində Fərid adlı polis əməkdaşının avtomobili ilə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gəldikdən sonra saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə əhəmiyyət kəsb edən müəyyən xüsusatlarla bağlı məlumatsız olduqlarını bildirmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra sualları cavablandıra bilməmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və cibgirlik cinayətlərinin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olması müəyyən edilərək saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi yaşayış evinin yaxınlığında piyada olan zaman saxlanılaraq 4-cü polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan Binəqədi RPİ-in 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 4-cü PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ağ damalı kağıza bükülmüş bükümü çıxarıb, masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə saat 16:25dən 16:35-dək keçirilmiş və videoçəkiliş ilə qeydə alınmışdır. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” bazarına getmiş, həmin gün Fərid adlı polis əməkdaşı ilə telefonla danışdıqdan sonra taksi ilə yaşadığı Sumqayıt şəhəri, Corat bağları 1901C ünvanında yerləşən evinin qarşısına gəlmiş, həyat yoldaşı və Fəridlə birlikdə sonuncunun həmin ünvana gəldiyi avtomobildə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini Şahid3 və taksi sürücüsü Şahid4 da təsdiq etmişlər. Belə ki, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saat 6-7 radələrində Pərviz adlı dostu ilə “Sədərək” bazarına getmiş, saat 11 radələrində Fərid və digər polis əməkdaşları yaşadığı evə gəlib, İlqarı soruşmuşdur. O, İlqarın evdə olmadığını bildirsə də onlar İlqar və onun qaldığı otağı soruşaraq həmin otağa daxil olmuş və otaqda olan şkafları axtarmağa başlamışlar, lakin otaqdan heç nə tapa bilməmişlər. Bu zaman adını sonradan bildiyi Fərid adlı polis əməkdaşı digər polislərə maşında 1 kiloqram narkotik vasitə olduğunu, gətirmələrini demişdir. Bir neçə dəqiqə sonra həmin şəxs qayıdaraq maşında 1 kiloqram yox təxminən 700 qram narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra Fərid ona İlqarı evə çağırmasını, axtarışda olduğunu demişdir. O, hansı səbəbə İlqarın axtarışda olduğunu soruşsa da səbəbini ona deməmişlər, İlqar gəlməsə onu aparacaqlarını bildirmişlər. O, həmin zaman İlqarın istifadəsində olan mobil telefonuna zəng edəndə polis əməkdaşı onun əlindən telefonu alaraq İlqara evə gəlməli olduğunu, axtarışda olduğunu bildirmişdir. Bundan təxminən 45 dəqiqə sonra İlqar evə gəlib çatmış, İlqara axtarışda olduğu üçün onlara birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. O, da İlqarla və polis əməkdaşları ilə birlikdə tünd göy rəngli 333 nömrəli “Niva” markalı maşınla şöbəyə getmişdir. Onlar təxminən 40 dəqiqə polis şöbəsinin həyətində gözlədikdən sonra Fərid İlqarı içəriyə çağırmış və bundan təxminən 10 dəqiqə sonra onu da içəriyə çağırmışdır. İçəridə olanda Fərid ona demişdir ki, İlqarı narkotikə görə 48 saat şöbədə saxlayıb, buraxacaqlar. O, həmin vaxt bilmişdir ki, artıq içəridə olan zaman İlqar narkotiklə razılaşmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə o, həmişə olduğu kimi Meyvəli adlanan ərazidə taksi kimi fəaliyyət göstərmək üçün dayanmışdır. Həmin zaman təxmin saat 12 radələrində sonradan adını bildiyi İlqar ona yaxınlaşmış və Novxanı adlanan əraziyə neçəyə aparacağını soruşmuşdur. Həmin zaman o, İlqara 20 manata gedə biləcəyini desə də sonradan 17 manata razılaşmışlar. İlqar ona çatdıqları yerdə gediş haqqının veriləcəyini bildirmişdir. Yolda olan zaman İlqarla söhbət etməyə başlamış və həmin zaman İlqar ona polis əməkdaşları tərəfindən çağırıldığını demişdir. Novxanı ərazisinə çatan zaman İlqar özü ona ünvanı göstərmişdir. Onlar həmin ünvana çatdıqda evin qarşısında dəqiq xatırlamadığı tünd göy və ya qara rəngli “Niva” markalı avtomobilin dayandığını görmüşlər. Bundan sonra İlqar maşından düşərək evin içərisinə daxil olmuş, bir neçə dəqiqə sonra bir nəfər şəxslə birlikdə ona yaxınlaşmışdır. Həmin şəxs ona 17 manat pul vermiş yenidən Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarına qayıtmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılmasını təsdiq etsələr də, təqsirləndirilən şəxsin və özlərinin istifadəsində olan mobil telefon nömrələrinin qeyd edilən vaxtda Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunu əhatə edən anten dairəsinə düşməməsini izah edə bilməmişlər. Həmçinin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilməsi qeyd edilsə də, məhkəmə istintaqı zamanı Şahid5 ifadə verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirmə və istifadəsində şübhəli bilindiyi üçün saxlanılmış və Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmişdir. Əməliyyat tədbiri onun olmadığından o, ancaq iştirakçı kimi Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. O, Təqsirləndirilən şəxs saxlamaq üçün Sumqayıt şəhərinə getməmiş, oradan şöbəyə gətirməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılan günü ümumiyyətlə Sumqayıt şəhərində olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan gün ***-***-**-** nömrəli mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. O, Təqsirləndirilən şəxs oğurluq törətdiyinə görə saxlamamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşını isə İlqar saxlanıldıqdan sonra 4-cü polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 12:06-da istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng getməsi, 19 saniyə danışıq olması, həmin vaxt mobil nömrəsinin Sumqayıt şəhəri, X12 küçəsi 71A ünvanının anten dairəsində olması ilə bağlı əsaslı izah verə bilməmiş, qeyd edilən həmin faktları mobil telefonunun başqa bir şəxsdə olması ehtimalı ilə əsaslandırmağa çalışmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş “google map” elektron resursundan əldə edilmiş çıxarışdan görünür ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs saxlanıldığı yer kimi qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu ilə Şahid1 və Şahid2 istifadəsində olmuş mobil telefon nömrələrinin anten dairələrinin qeyd alındığı ünvanlar tamamilə ayrı-ayrı istiqamətlərdə yerləşirlər. Müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş təqsirləndirilən şəxsin və əməliyyat müvəkkillərinin telefon məlumatlarının təhlilindən görünür ki, Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə xx.xx.2022-ci il tarixdə 12:06-da zəng gəlmiş, 19 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** saylı nömrə “GBBK2399E/GBBK2399 S.A.Shirvani kuc149/"Abşeron rayonu, Masazır kəndi"/Absheron/40.45353 /49.76547” anten dairəsində olmuşdur. ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 12:51-də “GABS3768B/GABS3768 X9/"Abşeron rayonu, Novxanı kəndi, Əliağa Şıxlinski küçəsi"/Absheron/40.501xx/xx.79356”, saat 13:00-da “GBBK1031F/GBBK1031 Kazimzade str20/"Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E"/Binagadi/40.442xx/xx.84422”, saat 13:03-də, saat 13:10-da və saat 16:53-də “GBBK4255F/GBBK4255 Rasulzade/"Milli aerokosmik agentliyi Akademik T. İsmayılov adına Təbii ehtiyatların kosmik tədqiqatlar institutu" /Binagadi/40.427xx/xx.84077” anten dairəsində olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:06da Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng getmiş, 19 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** saylı nömrə “Sumqayit seh, X11 kuc 71A” anten dairəsində olmuşdur. ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 13:08-də, saat 14:39-da, saat 14:58-də, saat 15:21-də, 15:22-də, saat 15:23-də, saat 15:37-də, saat 16:35-də, saat 16:43-də, saat 17:12-də, saat 18:34-də, saat 19:51-də “M.Rasulzade qes. X13:36 Auto Yuma” anten dairəsində olmuşdur. Bununla yanaşı müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən (saat 15:30-da), Binəqədi RPİ-nin 4-cü PŞ-də şübhəli şəxs qismində tutularkən (saat 15:55-dən saat 16:05-ə kimi), üzərində şəxsi axtarış və götürmə aparılarkən (saat 16:25-dən 16:35-ə kimi) Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə “LBBK5035O1/LBBK5035 Hollywood sh/s/"Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə"/Binagadi” və “LBBK4191O1/LBBK4191 Varovski Ofis/"Bakı şəhəri, Binəqədi rayonu, M. Ə.Rəsulzadə qəsəbəsi, Q.Qarayev küçəsi ev 42B"/Binagadi” anten dairələrində, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı nömrə saat 15:30-da “LBBK0381O2/LBBK0381 Avrora MMC/"Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13"/Narimanov” anten dairəsində, saat 15:55-dən 16:05-ə kimi “UBBK1139E/UBBK1139 Pasha inshaat/"Əhməd Rəcəbli 11/33"/Binagadi”, “UBBK4223A/UBBK4223 BKHSPA306/"Bakı şəhəri, Binəqədi rayonu, R. Rəcəbli küçəsi 3130"/Narimanov”, “LBBK4983O3/LBBK4983 Elit TM/"Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli prospekti, ev 30/68"/Binagadi”, “LBBK1009O1/LBBK1009 Avto dayanacaq/"Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, S.S.Axundov küçəsi , ev 457B"/Binagadi”, “UBBK1001A/UBBK1001 Dernegul/"Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə"/Binagadi” anten dairələrində, saat 16:25-dən saat 16:35-ə kimi “LBBK5035O1/LBBK5035 Hollywood sh/s/"Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə"/Binagadi”, “LBBK1009O1/LBBK1009 Avto dayanacaq/"Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, S.S.Axundov küçəsi , ev 457B"/Binagadi” anten dairələrində olmuşdur. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılmışdır. Polis əməkdaşlarının əməliyyat tədbirinə təhlükəsizlik baxımından mobil telefonsuz getmələrinin mümkünlüyü qəbul edilən olsa da, Şahid1 və Şahid2 məxsus olan və istifadələrində olmuş mobil nömrələr üzrə yuxarıda qeyd olunan sayda və müddətlərdə aktiv telefon danışıqlarının aparılması, habelə olduqları yerin ittihamda göstərilən yerdən (Bakı şəhəri, Binəqədi rayonu, DSK yolundan) xeyli kənarda olması onların Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxladıqları barədə bildirdiklərinin inandırıcılığını heçə endirir. Göründüyü kimi, verilmiş ittihamda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu fərdi evin yaxınlığında saxlanılıb Binəqədi RPİ-in 4-cü PŞ-yə gətirildiyi göstərilsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmiş, polis əməkdaşları yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivi 1901c ünvanına gəldikdən sonra qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Şahid3 zəng edib məlumat verməsi ilə bağlı yaşadığı evə gəlmiş, şübhəli şəxs qismində saxlanılmadan yaşadığı evdən polis əməkdaşı Şahid5 və Şahid3 ilə birlikdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən bir neçə saat sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilmiş, yaşadığı Sumqayıt şəhərindən Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gələrkən yanında həmin şöbənin əməkdaşları Şahid1 və Şahid2 olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən xx.xx.2022-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolun, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 1,385 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 4-cü PŞ-in təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 1,385 qram heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. xx.xx.2022-ci il tarixli, 5882 nömrəli “Ambulator X2” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkolojitibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 1,385 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,285 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, çəkisi 1,285 qram olan narkotik vasitə heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 (altmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 (altmış beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təmiz çəkisi 1,385 qram olan narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,285 qram olan narkotik heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-16/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-16/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver