Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-160/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 20 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 21:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evinin qarşısına gəlmiş, sonuncuya zəng edərək onu küçəyə çağırmış, orada sonuncunun götürdüyü planşeti qaytarmaması və öz sürücülük vəsiqəsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişatında qəsdən Zərərçəkmiş şəxs üzünə və müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, sağ gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasına qansızma kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Aralarındakı mübahisənin səbəbi Səlimin sürücülük vəsiqəsi ilə bağlı olmuşdur. Belə ki, o Səlimdən sürücülük vəsiqəsini almışdır ki, öz cərimə ballarını onun sürücülük vəsiqəsinə yazdırsın lakin yazdıra bilməmişdir. Səlim sürücülük vəsiqəsini özü ona vermişdir. Səlim ondan buna görə 100 manat pul istəmişdir. xx.xx.2020-ci il tarixdə o Səlimin yaşadığı evin qarşısına gəlmişdir. O, Səlimə demişdir ki, ya onun planşetini ya da 100 manatını qaytarsın. Həmin vaxt aralarında mübahisə yaşanmışdır. Səlim ona nalayiq söyüş dediyi üçün o əsəbləşərək maşından düşmüş və Səlimin yaxasından tutub onun sifətini ovucunun içərisinə alıb demişdir ki, “sənin dilini qopararam sən kimə söyürsən”. Daha sonra o maşına əyləşib oradan uzaqlaşmışdır. Səlim də onun arxasından maşına daş atmışdır. O, zərərçəkmiş şəxslə barışmışdır, gələcəkdə onunla bir daha mübahisə etməyəcəkdir, ona qarşı şikayət və tələb yoxdur, barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Etibar ona demişdir ki, maşınında cərimələri vardır və öz sürücülük vəsiqəsində cərimə balı çox olduğu üçün həmin cərimələri onun sürücülük vəsiqəsinə yazdırmaq istəyir. O Etibarla razılaşmamışdır. Həmin gün o, Etibarın maşını ilə anasıgilin yaşadığı ünvana getmişdir və bu vaxt onun sürücülük vəsiqəsi Etibarın maşınına düşmüşdür. xx xxxxxx 2020-ci il tarixində Etibar ona zəng edib sürücülük vəsiqəsinin onun maşınına düşməsini bildirmişdir. O, Etibardan vəsiqəsini istəsə də sonuncu qaytarmamışdır. 27.11 2020-ci il tarixdə Etibar ona zəng edərək harada olmasını soruşmuşdur. O Etibara evdə olduğunu demişdir. Etibar küçədə olduğunu demiş və onu bayıra çağırmışdır. O küçəyə çıxmış və Etibar ona bildirmişdir ki, avtomobilə əyləşsin, ancaq o əyləşməmişdir. O Etibardan sürücülük vəsiqəsini tələb edən zaman sonuncu maşından düşüb ona nalayiq sözlər deyərək onun boğazından tutmuş və boğmağa başlamışdır. Yumruqla onun üzünə və başına vuraraq ona xəsarət yetirmişdir. Bu zaman həyat yoldaşı Süsən və qonşusu Zöhrə adlı qadın onların səsini eşidib küçəyə çıxmış və onu Etibarın əlindən almışlar. Bundan sonra Etibar maşına əyləşib çıxıb getmişdir və o da bu barədə polisə müraciət etmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1995 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və göz altı nahiyyənin qançırları, sağ gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə yəni xx.xx.2020-ci il tarixdə insan bədənin hissələri (yumruq və s. ilə) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də, özü boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələbilmələri az inandırıcıdır. İş materiallarında olan “törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyət üzrə göndərilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/1633 saylı material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2021ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Pekin 2 dərəcəli Xalq Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Çin Xalq Respublikasının CM-nin 263-cü maddəsinin 4-cü bəndinə (quldurluq) 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 26000 yuan cərimə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının 01 il 06 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Gələcəkdə onunla bir daha mübahisə etməyəcəkdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materialda olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2021-ci il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq zamanı və məhkəmə iclaslarında ümumilikdə 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülkü iddia verilməmişdir, məhkəmə xərcləri və əmlak müsadirəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 40.2.2, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-160/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-160/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver