Məhkəmə qərarları › İş №1(001)-160/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-160/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-160/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Füzuli rayonu, Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Aybasanlı ərazi dairəsi, Şıxlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 4, mədən 1, korpus 9 ünvanında nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,398 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 23 iyul 2024-cü il tarixdə saat 15:20-da Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən «Araz» marketin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 17:00-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,398 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarındakı mövqeyindən fərqli olaraq ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 23 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən metamfetamin çıxmamışdır. Belə ki, o, Binəqədi RPİ-in 4-cü PB-də axtarışda olduğunu öyrənmiş və bunu aydınlaşdırmaq üçün atası ilə birlikdə idarənin 5-ci PB-də işləyən tanışı Şahid3 yanına gedib məlumat almaq istəmişdir. Bölmədə Şahid3 xidməti otağına keçib, məlumat almaq istəyəndə Şahid3 bildirmişdir ki, məlumat alıb ona xəbər edəcək. Əgər onun üzərində psixotrop maddə olsa idi, o, rahat şəkildə bölməyə getməzdi. Bölmədən çıxdıqda polis əməkdaşları onu öz avtomobillərinə mindirərək, avtomobillə Binəqədi ərazisini dolaşdıqdan sonra yenidən bölməyə gətirmişlər. Polis Bölməsində ona demişdilər ki, ona cərimə yazıb, sonra buraxacaqlar. Sonradan isə ona psixotrop maddə istifadəsinə görə cinayət işi açdılar. O, ümumiyyətlə psixotrop maddədən istifadə etməmişdir. Ona polis bölməsində təzyiq göstərib narkotik vasitəni istifadə etməyə məcbur etdilər. Ona görə də ekspertiza rəyində sidik numunəsində psixotrop maddə aşkar olunmuşdur. Heç bir cinayət törətmədiyini nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin ifadəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, əgər təqsirləndirilən şəxs həqiqətən də 15:20-də tutulmuşdursa, necə ola bilər ki, anten məlumatlarında 16:25-də müxtəlif operatorlarla danışıqları qeydə alınıb? Digər məsələ isə təqsirləndirilən şəxsin üzərində avtomobil açarı, mobil telefon olduğu təqdirdə şəxsi axtarış və götürmə protokolunda yalnız üzərində metamfetaminin çıxmasının qeyd olunması inandırıcı deyil. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində baraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində calışır, polis leytenantı rütbəsi daşıyır. 23 iyul 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında onun və Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş və 23 iyul 2024-cü il tarixdə tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, Abay Kunanbayev küçəsində yerləşən «Araz» marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqdi RPİ-nin 5ci PB-yə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə təhqiqatçı Babək Mahmudov tərəfindən hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellefona bükülmüş bükümü kristal halda maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə təzyiq göstərilməmişdir. Əməliyyat vaxtı üzərində olan mobil nömrə ***-***-**-** olmuşdur. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili işləmiş Şahid2 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün onun xidmət göstərdiyi polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs onu tanısa da, lakin o, onu xatırlamamışdır. Təqsirləndirilən şəxs özünün axtarışda olduğunu bildirmiş və onun kimlər tərəfindən axtarılması ilə bağlı məlumat əldə etmək məqsədilə onun yanına gəlmişdir. İş yükü çox olduğundan Təqsirləndirilən şəxs ilə maraqlana bilməmişdir. Həmin günü axşam saatlarında polis əməkdaşları tərəfindən tutulduğu barədə xidmət göstərdiyi polis bölməsinə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 24). Şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, yoxlanma həmin tarixdə saat 17:00-da başlamış, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Yoxlanma saat 17:30-da bitmişdir (cild 1, i.v 34-35). Məhkəmə kimyəvi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3769 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №174” dairəvi möhür əksi və “ ... Təqsirləndirilən şəxs -imza, üç imza,...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,398 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,348 qram. Tədqiqatın dəyəri 92 manat təşkil edir (cild 1, i.v.49-51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.62-63). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 82-83). Məhkəmə-narkoloji ekspertizanın 25 iyul 2024-cü il tarixli, 5062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+) aşkar edilmişdir. Deməsinə görə, 4 ildir ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Həmçinin, arabir narkotik vasitə olan marixuanadan da istifadə edir. Beləliklə, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.112-113). 25 iyul 2024-cü il tarixli «DVD diskdə olan video görüntüyə baxış keçirilməsi barədə» protokoldan görünür ki, müstəntiq, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxardıb masanın üzərinə qoyur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 23 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirdi. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır (cild 1, i.v 86). Maddi sübut kimi tanınma haqqında 05 oktyabr 2024-cü il tarixli və Sübutların qiymətləndirilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,398 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,348 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla, psixotrop maddə Binəqədi rayon Polis İdarəsində, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 111, 115-122). "xxxx" MMC-in 03 mart 2025-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi cavab məktubundan və məktuba əlavə edilmiş DVD diskdə olan anten məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan müddətdə Azərfon şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs isə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 23 iyul 2024-cü il tarixdə apardığı danışıqlar zamanı əhatə dairəsi saat 13:37-13:40 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 6, saat 15:15 radələrində Binəqədi rayonu, 7-ci mkr, saat 16:25-16:26 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 6 ərazisi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə bağlı irəli sürdüyü arqumentləri aşağıdakı hüquqi və faktiki əsaslara görə əsassız hesab edir. Belə ki, müdafiə tərəfi bildirir ki, təqsirləndirilən şəxs həqiqətən də saat 15:20 radələrində tutulmuşdursa, anten məlumatlarına əsasən saat 16:25 radələrində şəxsi mobil nömrəsindən necə danışıqlar aparmışdır. Məhkəmə müdafiəçinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, telefon danışıqlarının texniki qeydi, həmin zəngin bilavasitə təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini birmənalı sübuta yetirmir. Başqa sözlə, texniki məlumatlar yalnız cihazın aktivliyini əks etdirir, lakin bu məlumatlar cihazdan kim tərəfindən və hansı şəraitdə istifadə olunduğunu müəyyənləşdirmir və şəxsin azadlıqda olub-olmamasına dair hüquqi nəticə çıxarmağa əsas vermir. İkincisi, məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs polis bölməsinə həmin gün konkret bir hüquqi prosedur çərçivəsində deyil, tanışı ilə görüşmək və başqa məsələyə dair məlumat almaq məqsədilə könüllü şəkildə daxil olmuşdur. Bu zaman o, heç bir prosessual statusda olmayıb, dindirilmə və ya hər hansı prosessual hərəkətə məruz qalmayıb və nəticə etibarilə, qısa müddət sonra bölmədən sərbəst şəkildə ayrılmışdır. Bu hal, onun həmin an üzərində psixotrop maddə daşımadığı ehtimalını zəiflətmir. Lakin məhkəmə üçün əsas olan, onun bölmədən çıxdıqdan sonra müəyyən müddət ərzində azad hərəkət etməsi və bu zaman çərçivəsində psixotrop maddəni könüllü şəkildə əldə etmək imkanının mövcud olmasıdır. Bu baxımdan, müdafiə tərəfinin “əgər psixotrop maddə daşısaydım, polis bölməsinə rahat şəkildə getməzdim” arqumenti fərziyyə xarakteri daşıyır və şəxsin bölmədən çıxdıqdan sonra azad hərəkət etdiyi müddətdə psixotrop maddəni əldə etməsi ehtimalını inkar etmir. Üçüncüsü, Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərində mobil cihazın aşkar edilməməsi və bu halın rəsmi protokolla sənədləşdirilməsi, həmin telefonun tutulma zamanı onun üzərində deyil, kənarda – başqa bir şəxsin nəzarətində olması qənaətini formalaşdırır ki, məhkəmə iclasında təqsirləndirilən şəxs tutulduğu zaman atasının bölməyə gəldiyini bildirmişdir. Belə olduğu halda da təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən, üzərində mobil cihazın aşkar edilməməsi, mobil rabitə vasitəsinin əvvəlcədən atasına təhvil verilməsi ehtimalını ciddi əsaslandırır və məhkəmə tərəfindən bu ehtimal həyatın normal məntiqi axarına uyğun hesab olunur. Dördüncüsü, təqsirləndirilən şəxs həqiqətən də polis əməkdaşlarının təzyiqi ilə yalnız həmin gün və məcburiyyət altında bir dəfə psixotrop maddə qəbul etmiş olsaydı, ekspertiza onun orqanizmində bu maddənin izlərini aşkar edə bilərdi, lakin davamlı istifadə nəticəsində yaranan fizioloji asılılıq simptomlarını müəyyən etməzdi. Ekspertiza rəyində təqsirləndirilən şəxsdə narkotik vasitəyə qarşı vərdiş xarakterli asılılıq formalaşdığı qeyd olunmuşdur ki, bu da onun uzun müddət ərzində könüllü şəkildə həmin maddədən istifadə etdiyini və sistemli istifadəçi olduğunu təsdiqləyir. Bundan əlavə, təqsirləndirilən şəxs ekspertin suallarına cavab verərkən, açıq şəkildə etiraf etmişdir ki, 4 ildir narkotik vasitələrdən istifadə edir. Bu etiraf heç bir prosessual təzyiqin mövcud olmadığı müstəqil və neytral şəraitdə baş verdiyi üçün, hüquqi dəyəri yüksəkdir və təqsirin sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb edir. Beşincisi, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə istintaqında eyni vəkillə təmsil olunmuşdur. Belə olan halda peşəkar müdafiəçinin iştirakı ilə verilmiş etirafedici ifadələrin sonradan təkzib edilməsi, ifadə məzmununun təzyiqlə verildiyi deyil, sadəcə prosessual strategiyanın dəyişdirildiyi ehtimalını doğurur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.110). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 25 iyul 2025-ci il tarixli, 5062 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,348 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 4, mədən 1, korpus 9 ünvanında nömrəsiz fərdi yaşayış evi) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,348 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar