Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-162/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncuya məxsus “Kia Sportage” markalı avtomobili 18000 (on səkkiz min) manata qiymətləndirməklə əldə etməsi və əvəzində Koreya Respublikasından 29000 (iyirmi doqquz min) manat dəyərində “Hyundai Santafe” markalı avtomobil gətirərək sonuncuya verməsi və yerdə qalan 11000 (on bir min) manatın hissə-hissə olmaqla Zərərçəkmiş şəxs alacağına dair yalan vəd verib aldadaraq, 25 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Baş X6 İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs məxsus “Kia Sportage” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili tamah niyyəti ilə əldə edib, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2009-cu ildən tanımışdır. Zərərçəkmiş şəxs Nizami rayonunda yerləşən 6 saylı X4 Stansiyasında həkim işləmiş və o, sonuncuya tibbi yardım üçün müraciət etdikdə aralarında münasibət yaranmışdır. Həmin vaxtlarda o, avtomobillərin satışı ilə məşğul olmuşdur. Təxminən 2009-cu ildə Zərərçəkmiş şəxs tibbi məsləhət alan zaman sonuncu özü üçün avtomobil almaq istədiyini ona bildirmişdir. O, da avtomobil alğısatqısı ilə məşğul olduğundan Zərərçəkmiş şəxs avtomobil təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt o, X2 Dubay şəhərindən yeni “Kia Sportage” markalı avtomobil gətirmiş, Zərərçəkmiş şəxs həmin avtomobili sata biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. “Kia Sportage’" markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs ona ilkin olaraq 10000 (on min) ABŞ dolları vermiş və o, həmin avtomobili Zərərçəkmiş şəxs adına rəsmiləşdirmişdir. Bundan sonra yerdə qalan 13000 (on üç min) ABŞ dollarını isə hissə-hissə olmaqla ona vermişdir. Beləliklə, qeyd olunan avtomobili 23000 (iyirmi üç min) ABŞ dollarına Zərərçəkmiş şəxs satmış və sonuncu da həmin məbləği hissə-hissə olmaqla tam şəkildə ödəmişdir. 2018-ci ildə dələduzluq cinayəti törətdtiyinə görə 2 il müddətinə azadlıqdan məhrum edilmiş və 2020-ci ilin aprel ayında cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Rusiya Federasiyasının Moskva şəhərinə gedərək ticarətlə məşğul olmuş və 2020-ci ilin sonlarında Bakı şəhərinə geri qayıtmışdır. Bakıya qayıtdıqdan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs onun məhkum olunmağı ilə bağlı məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs satdığı “Kia Sportage” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 (on səkkiz min) manat qiymətləndirməklə ona satmağı və 29000 (iyirmi doqquz min) manatlıq “Hyundai Santafe” markalı avtomobili alıb verəcəyini və yerdə qalan 11000 (on bir min) manatı isə hissə-hissə ödəməsini təklif etmişdir. Zərərçəkmiş şəxs onun bu təklifi razılaşmış, o, sonuncudan qeyd olunan avtomobil üçün baş etibarnamə verməsini və bundan sonra qalan işləri özü görəcəyini demişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə bir neçə notariat kontora getmiş, lakin Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsində problem olduğundan heç bir notarius ona etibarnamə verilməsini həyata keçirə bilməmişdir. xx.xx.2020-ci il tarixdə gecə radələrində o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanın qarşısına getmiş və Zərərçəkmiş şəxs artıq avtomobili barter etməyin lazım olduğunu bildirərək avtomobili istəmişdir. Könül də ona inandığından həmin avtomobilin açarını ona vermişdir. Həmin ərəfədə o, qeyd olunan avtomobili Rafael adlı tanışına satmaq qərarında olmuşdur. Rafael həmin avtomobili ondan 14000 (on dörd min) manata ala biləcəyini bildirmişdir. O, da xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş X6 İdarəsinin inzibati binasına çağırmışdır. Zərərçəkmiş şəxs arxasınca taksi göndərmiş və həmin taksi ilə Zərərçəkmiş şəxs qeyd olunan ünvana gəlmişdir. Həmin inzibati binada Zərərçəkmiş şəxs avtomobili Rafael adlı şəxsə satmışdır. Daha sonra Zərərçəkmiş şəxs taksi vasitəsi ilə yaşadığı ünvana yola salmışdır. Həmin gündən bir neçə gün sonra avtomobilin yerdə qalan detallarını Zərərçəkmiş şəxs yaşadığı ünvandan götürmüşdür. Qeyd olunan avtomobili Rafaelə satıldıqdan sonra Rafael avtomobilin mühərrikində problemlər olduğundan ona baş etibarnamə verməklə geri qaytarmışdır. O, da Rafaelin ona verdiyi 14000 (on dörd min) manat məbləğində pulu geri qaytarmışdır. Həmin avtomobili təmir işlərində işləyən tanışları vasitəsilə hal-hazırda xatırlamadığı şəxsə 14000 (on dörd min) manat dəyərində satmışdır. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2009-cu ildən etibarən tanımışdır. Belə ki, 2009-cu ildə o, Bakı şəhəri, Nizami rayonunda yerləşən 6 saylı X4 Stansiyasında həkim işləyən zaman Təqsirləndirilən şəxs ona xəstə kimi müraciət etmiş və o, sonuncunu ambulator müayinə etmişdir. Bununla da aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxsla aralarında baş verən söhbətlər zamanı sonuncunun avtomobil alğı-satqısı ilə məşğul olmasını bilmişdir. 2009-cu ildə Təqsirləndirilən şəxs müayinə üçün yanına gələn zaman, söhbət əsnasında avtomobil alğı-satqısı ilə məşğul olması barədə söylədikdə, o, da avtomobil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da onun üçün avtomobil tapacağını demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun üçün “Kia Sportage” markalı **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobil tapdığını bildirmiş və o, da həmin avtomobili bəyənmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili ona təxminən 22000 (iyirmi iki min) manata satacağını bildirmiş, lakin o, həmin zaman qeyd olunan miqdarda pulu olmadığını Anara demişdir. Təqsirləndirilən şəxs avtomobilə görə ilkin olaraq 10000 (on min) ABŞ dolları verməsini, qalan pulu isə hissə-hissə ödəməsini təklif etmiş, o, da razılaşmışdır. Təqsirləndirilən şəxs qeyd olunan avtomobili onun adına rəsmiləşdirmiş və qısa müddət ərzində qeyd olunan avtomobilin geri qalan pulunu da tam şəkildə ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq əlaqəsi olsa da, təxminən 2017-ci ildən etibarən əlaqəsi kəsilmişdir. 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq sərfəli təklifinin olmasını bildirmişdir. O, da Anardan uzun müddətdir ki, harada olması barədə soruşmuş, sonuncu cavabında uzun müddətdir ki, Rusiya Federasiyasında alğı-satqı ilə məşğul olmasını bildirmiş və artıq Bakı şəhərinə geri qayıtdığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 (on səkkiz min) manat dəyərində qiymətləndirməklə beton zavodu ilə barter edəcəyini və ona bunun müqabilində 29000 (iyirmi doqquz min) manat dəyərində 2016-cı il istehsalı olan “Hyundai Santafe” markalı avtomobili Koreyadan gətirəcəyini bildirmiş və yerdə qalan 11000 (on bir min) manat pulu isə hissə-hissə olmaqla ödəməsini təklif etmişdir. O da, Təqsirləndirilən şəxs söylədiyi təklifin əlverişli olduğunu və uzun müddətdir özünü və ailəsini tanıdığını nəzərə alaraq razılaşmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs imkanının olmadığını bildirsə də, sonradan Anar onu təkidlə inandırdığından razı olmuşdur. İlkin olaraq 2020-ci ilin dekabr ayında Anarla görüşmüş etibarnamə vermək məqsədi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən nömrəsini xatırlamadığı notariusa yaxınlaşmışlar. Lakin notariusda onun şəxsiyyət vəsiqəsində problem olduğundan o, Anara etibarnamə verə bilməmişdir. Bundan sonra bir neçə notariusa yaxınlaşalar da, onun şəxsiyyət vəsiqəsində problem olduğundan etibarnamə verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək, avtomobilimi barter edəcək şəxsin avtomobili görmək istədiyini bildirmişdir. O, da Anara inanaraq avtomobilin açarlarını vermişdir. xx.xx.2020-ci il tarixdə səhər radələrində Anar ona zəng vuraraq, arxasınca taksi göndərəcəyini və Baş X6 İdarəsinə gəlməyini istəmişdir. Bundan əlavə Anar avtomobil üçün müştəri tapdığını və qeyd olunan dövlət müəssisəsində rəsmiləşdirməni apara biləcəyini bildirmişdir. O, da Anarla razılaşmış və taksi ilə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş X6 İdarəsinə getmişdir. Qeyd olunan ünvana çatdıqda o, Təqsirləndirilən şəxs və sonuncunun yanında olan Rafael adlı şəxsi görmüşdür. Anar Rafaeli ona avtomobil alğı-satqısında şəriki kimi təqdim etmiş və Rafaeli bundan qabaq notariusa Anarla birlikdə gedən zamanda görmüşdür. Həmin yerdə o, Anarın təkidi ilə “Kia Sportage” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili Rafaelə satmış və Anardan bu barədə soruşduqda, ona narahat olmamağı və pulunun onda olacağını, onun heç bir işə qarışmamasını istəmiş və sadəcə olaraq ona 29000 (iyirmi doqquz min) manat dəyərində 2016-cı il istehsalı olan “Hyundai Santafe” markalı avtomobili Koreyadan gətirəcəyini demişdir. O, Anara inanıb razılaşmışdır. Həmin gündən bir neçə gün sonra Rafael ona zəng vuraraq, avtomobili təmir etdirmək üçün avtomobilin onda qalan detallarını istəmişdir. O, da Anara zəng edib həmin detalların yaşadığı ünvanda olduğunu və gedib yaşadığı ünvandan götürməsini bildirmişdir. Anar da öz növbəsində həmin detalları yaşadığı ünvandan götürmüşdür. Ardınca o, Anara mütəmadi olaraq zəng vuraraq, onun üçün gətirməli olduğu “Hyundai Santafe” markalı avtomobili nə zaman gətirəcəyi barədə soruşduqda, Anar müxtəlif bəhanələrlə avtomobili yaxın zamanda gətirəcəyini bildirmişdir. Bundan sonra Anar artıq avtomobili gətirə bilmədiyini bildirərək, ona ziyan vurduğu 18000 (on səkkiz min) manat məbləğində pulu, hətta artıqlaması ilə birlikdə 20000 (iyirmi min) manatla qaytaracağını bildirmişdir. Lakin Anar verdiyi vədə yenə əməl etməmiş və artıq onun zənglərini qəbul etməmiş və qaçıb gizlənirmiş. 2021-ci il yay aylarında o, Rafaelə zəng vuraraq, Anar barədə maraqlandıqda, Rafael artıq həmin avtomobili Anara geri qaytardığını bildirmişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi qalmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-80756-1222 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, “X5” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs tərəfindən Şahid satılmış, həmin tarixdə qeyd edilən nəqliyyat vasitəsinə yeni şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(008)-257/2018 nömrəli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-cii l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2022ci il tarixdə saat 18:10-da tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1388/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 31 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 11 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1416/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 20 yanvar 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, 11369 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 4505 (dörd min beş yüz beş) manat məbləğində pul keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmış, iş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-162/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-162/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver