Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-163/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikasının Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarətinə vermə” növündə qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti ev 181 ünvanında yerləşən «Bakı Mall» ticarət mərkəzinin yaxınlığından istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda – 1,098 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroini» satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.08.2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivindəki “Al market” dükanının yaxınlığında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın arxa sağ cibindən içərisində 1,098 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» olan bir ədəd qara rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, artıq iki ildir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur, özü narkotik aludəçisidir. Sonuncu dəfə saxlanılan zaman narkotik vasitədən istifadə etmişdir. Artıq müalicə olunur və daha narkotik vasitədən istifadə etmir. 04.08.2021-ci il tarixdə saat 16 radələrində öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu «Bakı Mall» ticarət mərkəzinin yaxınlığına getmişdir. Orada bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi cavan oğlanla rastlaşaraq həmin şəxsdən onun üçün narkotik vasitə tapa biləcəyi ilə maraqlanmışdır. Həmin şəxs bildirmişdir ki, tanışları var, tapa bilər. O, qiyməti ilə maraqlandıqda bildirmişdir ki, bir bükümünü 15 manata təşkil edə bilər. Düşünmüşdür ki, qiymət sərfəlidir, ona görə də həmin şəxsə üzərində olan 15 manat pulu verib yola salmışdır, özü isə onu elə oradaca gözləməyə başlamışdır. Həmin şəxs vaxt istəyərək gözləməyini demiş və harasa uzaqlaşmışdır, bir qədər sonra isə onu gözlətdiyi yerə qayıdaraq özü ilə gətirdiyi bir ədəd kağız bükümü ona vermiş və dərhal oradan uzaqlaşmışdır. O isə həmin bükümü cibinə qoyaraq avtobusa minib Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivinə gəlmiş, saat təxminən 17:30 radələrində oradakı “Al market” dükanının qarşısında onu iki nəfər mülki geyimli şəxslər saxlayaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan özümü təqdim etməsini tələb etmişlər. Onlara adını, soyadını deyəndən sonra polis əməkdaşları onlara barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişdirlər. Vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə gəlmişdir, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki idman əynindəki qara rəngli idman şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlələrin narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərində aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Narkotik vasitələri bu müddət ərzində mütamadi olaraq qəbul etmirmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul edirmiş. Polislər tərəfindən tutulmamaq üçün narkotiki əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış. Əməlindən peşman olduğunu, narkotik vasitədən artıq istifadə etmədiyini, tövbə etdiyini nəzərə alaraq bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04.08.2021-ci il tarixdə Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 04.08.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivində yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs oradakı «Al market» dükanının yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Binəqədi RPİ-nin 40-cı PB-nin ünvan 5 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan baş təhqiqatçı İlkin Əsgərov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist Nəsimi İsmayılov dəvət olunmuşlar, sonuncuların və onların iştirakları ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli idman şalvarın arxa sağ cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan qara rəngli kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə «heroin»-in olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün həmin gün saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu «Bakı Mall» ticarət mərkəzinin yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 xəstəliyi ilə əlaqədar məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən onun Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.08.2021-ci il tarixdə saat 17:30-da Rzayev X3 RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı İlkin Əsgərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutularaq saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 06.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində 06.08.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu 08.09.2021-Cİ İL TARİXDƏ 41286 SAYLİ AXTARİŞ İŞİ AÇİLMİŞ Təqsirləndirilən şəxs Müşviq oğlu keçirilən əməliyyat axtraış tədbirləri nəticəsində 15.12.2021-ci il tarixdə yaşadığığı evin qarşısında saxlanılaraq Binəqədi RPİnin 40-cı PB-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. 16.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Belə ki, video görüntüdən müəyyən edilir ki, 04.08.2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01(bir) ədəd CD-yə köçürülmüş iki ədəd səsli videogörüntüyə, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan biri “00756”, digəri isə “00757” adlı iki ədəd videogörüntü var. 04.08.2021-ci il tarixdə yaranmış 911 MB həcmli, “MPEG-TS Video File (.MTS)” tipli 10 dəqiqə 29 saniyyəlik birinci videogörüntüdə üçü mülki geyimdə masa ətrafında əyləşmiş vəziyyətdə, biri isə polis geyimində masanın baş tərəfində ayaq üstə durmuş vəziyyətdə olmaqla dörd nəfər şəxs əks olunur, polis geyimində olan polis mayoru rütbəli şəxs çəkiliş başlayan zamanı özünü təqdim edərək Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı X8 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən videoçəkilişdə iştirak edən 40-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, PBnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Binəqədi RPİ-nin KTQ-nun kriminalist-eksperti polis mayoru Nəsimi İsmayılov, şübhəli şəxs Təqsirləndirilən şəxs barələrində anket məlumatlarını elan edir və iştirakçılara hüqüq və vəzifələrini izah edir, daha sonra barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir. Masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs görüntünün 05-ci dəqiqə 15-ci saniyyəsində ayağa qalxaraq əynindəki qara rəngli idman şalvarının arxa sağ cibindən bir ədəd boz rəngli alışqanı, bir ədəd qara rəngli kağız bükümü və manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoyur. Daha sonra baxışda iştirak edən baş əməliyyat müvəkkili Şahid1 təhqiqatçının göstərişi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır, heç nə aşkar olunmur və bundan sonra təhqiqatçı şübhəli şəxsin masanın üzərinə qoyduğu əşyaları sadalayaraq manatlıq pul əskinaslarını sayaraq dörd ədəd olmasını və alışqanı nümayiş edir, qara rəngli kağız bükümü açaraq içərisindəki tünd qəhvəyi rəngli toz şəkilli kütləni videokameraya və iştirakçılara nümayiş etdirməklə Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, onu haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisində olan kütlə “kakos” adlanan narkotik vasitə “heroindir”, onu 04.08.2021ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 15(on beş) manata almışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05.08.2021-ci il tarixli 6/3307 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,098 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, «heroin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 16.12.2021-ci il tarixli 5125 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin 12.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, səmimi peşmanlığnı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən narkotik vasitədən istifadə etdiyi üçün bundan səmimi peşman olmasını və ilk dəfə cinayət törədilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək 02 (iki) gün, 15.12.2021-ci il tarixdən 16.12.2021-ci il tarixədək 02 gün olmaqla, cəmi 4 gün tutulmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli biliərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzasının əvvəli icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Onun üzərinə yaşayış yeri olan ünvan 6 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və yaşadığı Abşeron rayonunu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 04 gün müddət azadlığın məhdudlaşdırılmasının 08 (səkkiz) günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,048 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki gün) və 15.12.2021-ci il tarixdə tutularaq 16.12.2022-ci il tarixdə istintaq orqanına təhvil verildiyi 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün azadlığının məhdudlaşdırıldığı müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 6 ünvanı axşam saat 24:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və yaşadığı Abşeron rayonunu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarətinə vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 240 manat (iki yüz qırx) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,048 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-163/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-163/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver