Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-163/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Goranboy rayonu Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 1999-cu ildə Ucar rayonu Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1-ci mədən 2-ci korpus fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və naməlum Rövşən adlı şəxslə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24 may 2022-ci il tarixdə saat 01 radələrində Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobillərin yuyulması məntəqəsində quraşdırılmış su çənin alt hissəsində yerləşən mişar daşlarla hörülmüş saxlanc yerinin qapısını dəmir alətlə sındırmaq yolu ilə qanunsuz daxil olaraq içəridən Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində 01 ədəd, “Tahawash” markalı suvuran qurğunu və 200 manat dəyərində 01 ədəd “Tahawash” markalı köpük çıxaran balonu gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1700 manat maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 08 iyul 2022-cı il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakcol massivində yerləşən əlvan metal qəbulu məntəqəsinin hasarından qanunsuz həyətə daxil olaraq, həmin həyətdə yerləşən bir otaqlı tikilinin giriş qapısının üzərində olan qıfılını yerdən tapdığı dəmir parçası ilə qıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan, X2 məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 69,93 manat dəyərində 4,995 kq. olan mis metalını, 01 kq., qiyməti 14 manat, ümumilikdə 700 manat dəyərində 50 kq. olan mis metalını, 01 kq., qiyməti 2,30 manat, ümumilikdə 230 manat dəyərində 100 kq. olan dür aliminiüm metalını, 01 kq., qiyməti 7 manat, ümumilikdə 210 manat dəyərində 30 kq. olan latun metalını, 01 kq., qiyməti 1 manat, ümumilikdə 1 manat dəyərində l kq olan sink metalını və 01 ədəd 300 manat dəyərində müşahidə kamerasının yaddaş aparatını gizli olaraq talamaqla zərərçəkmiş Müşfiq Adıgözəlova ümumilikdə 1510,93 manat maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam tərəfi Bakı şəhəri Biləcəri qəsəbəsində Taleh və Rövşənlə birlikdə olan zaman söhbət zamanı pula ehtiyacları olmasını bildirmişlər və Talehlə Rövşən ona təklif etmişlər ki, gedib Goranboy rayonu Qaradağlı kəndindən dayısı oğlunun avtoyuma məntəqəsindən avtomobil yuma aparatını oğurlayıb gətirib satsınlar, pul ehtiyaclarını təmin etsinlər. O, onlara demişdir ki, ora onun dayısı oğlunun obyektidir, ancaq sonra onlarla razılaşmış və dayısı oğlu Arzunun Goranboy rayonu Qaradağlı kəndində yerləşən avtoyuma məntəqəsindən oğurluq etmək qərarına gəlmişlər. 23 may 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində Bakı şəhərindən Talehin idarə etdiyi Opel markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə o, Rövşən və Taleh Goranboy rayonu Qaradağlı kəndi istiqamətində yola düşmüşlər. 24 may 2022-ci il tarixdə saat 01 radələrində gəlib Goranboy rayonu Qaradağlı kəndinə çatmışlar. Qaradağlı kəndinə dönən yolun kənarında olan dayısı oğlu Arzuya məxsus avtoyuma məntəqəsinin yaxınlığına getmişlər, avtoyuma məntəqəsi bağlı olmuşdur. Rövşən avtomaşından dəmir mismar çıxardan aləti götürmüş və avtoyuma məntəqəsinin dəmir qapısının qıfılını sındırmış və Rövşən avtoyuma məntəqəsinə girərək orada olan avtomobil yuyan və köpük vuran aparatları çıxardıb gətirmişdir. Həmin aparatları avtomobilin arxa baqajına yükləyib, Bakı şəhərinə yola düşmüşlər. Təxminən saat 13 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsinə çatmışlar. O, özünü pis hiss etdiyinə görə onu aparıb evə düşürmüşlər və danışmışlar ki, axşam görüşüb aparatların satılma məsələsini həll edəcəklər. O, xəstə olduğuna görə həmin gün axşam Rövşən və Talehlə görüşə bilməmişlər. Sonra isə polis əməkdaşları gəlib 26 may 2022-ci il tarixdə səhər saatlarında onu polis şöbəsinə dəvət edərək, Goranboy RPŞ-yə gətirmişlər. Orada o, törətdiyi cinayət əməlini səmimi etiraf edərək bu barədə ifadə vermişdir. Bundan başqa 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində əvvəllər yanında fəhlə kimi işləmiş tanışı İftixar yaşadığı evə gəlmişdir. İftixar ona işdən çıxdığı üçün işə ehtiyacı olduğunu, əgər iş olarsa ona xəbər verməsini bildirmişdir. Həmin gündə İftixar onun yaşadığı evə gələrək onun üçün iş tapıb tapmadığını ondan soruşmuş, o, isə ona hələlik iş olmadığını və əgər olarsa xəbər edəcəyini bildirmişdir. Bundan sonra söhbət zamanı onun da pula ehtiyacının olduğunu nə edə biləcəklərini soruşduqda, İftixar işləyib çıxmış olduğu Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən əlvan metal qəbulu iş yerində metalların olduğunu, həmin metalları oğurlayub sataraq pul əldə edə biləcəklərini bildirib, onunla birlikdə gecə saatlarında oğurluq etməsini, ancaq avtomobil tapmağını ona təklif etmişdir. O, da İftixarla razılaşmış və oğurluq etmək üçün günlük icarəyə 20 manata avtomobil verən tanışı Savalana zəng edərək avtomobilə ehtiyacının olduğunu bildirdikdə, həmin şəxs də onunla razılaşdığı üçün o, tanışı İftixarla birlikdə evindən çıxaraq Masazır qəsəbəsinə, tanışı Savalanın evinə getmişdir. O, İftixarı Masazır qəsəbəsində, Masazır dairəsinin yanında avtomobildən düşürmüşdür ki, Savalan onu görməsin. Bundan sonra o, Savalanın yaşadığı Masazır qəsəbəsində yerləşən evinə gedərək sonuncuya məxsus «Opel» markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobili ondan günlük icarəyə götürmüş və pulunu avtomobili gətirəndə verəcəyini bildirmişdir. Bundan sonra o, yenidən Masazır dairəsinə qayıtmış və oradan İftixar avtomobilə əyləşdikdən sonra onlar birlikdə oradan bir başa İftixarın əvvəllər işlədiyi əlvan metal qəbulu yerinə yəni, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Baksol massivində yerləşən əlvan metal qəbulu məntəqəsinə 08 iyul 2022-ci il tarixdə, saat 03 radələrində gəlib çatmışlar. Həmin yerin yaxınlığında o, avtomobili yolda saxladıqdan sonra ikisi də avtomobildən düşmüşlər. İftixar əvvəllər işlədiyi əlvan metal qəbulu yerini yaxşı tanıdığı üçün o, həmin yerin həyətinə daş hasarın üzərindən aşmaqla tullanıb girmiş, o, da daş hasarın üstünə çıxmaqla orada dayanmışdır. İftixar həyətdəki 1 otaqlı tikilinin qapısına bağlanmış kilidi yerdə olan dəmir armatur parçası ilə sındırıb qapını açıb içəri daxil olmuşdur. Bundan sonra İftixar içəridən əlvan metallar doldurulmuş kisələri götürüb həyətə çıxaraq həyətin iç tərəfində divarın dibinə yığmışdır. Sonra İftixar kisələri divarın üstünə aşağıdan qaldırmış, o, da həmin kisələri götürüb yola tərəf yerə atmışdır. Kisələrdən ikisi ağır olduğuna görə İftixarın gücü çatmadığı üçün həmin kisələri hasarın üzərinə qaldıra bilməmiş və 2 ədəd dür aliminumla dolu kisələr elə hasarın dibində qalmışdır. Bundan sonra o, həmin həyətin müşahidə kamerası ilə çəkiliş aparıldığını görüb İftixara müşahidə kamerasının yaddaş aparatını da götürməsini, izi itirmələrini bildirmişdir. Bundan sonra o, hasarın üstündən yerə düşərək yerə atdığı kisələri avtomobilin yük yerinə yığmışdır. İftixar da həyətdən 1 otaqlı tikilinin içərisinə girərək müşahidə kamerasının yaddaş aparatını olduğu yerdən götürərək divarın üstünə qalxmış və hasarın üstündən yola tərəf tullanmışdır. Bundan sonra İftixar özündə olan müşahidə kamerasının yaddaş aparatını yük yerinə əlvan metal doldurulmuş kisələrin yanına qoymuş və o, yük yerinin qapağını qapadıqdan sonra onlar birlikdə avtomobilə əyləşmişlər. Avtomobilə əyləşərək oradan idarə etdiyi avtomobillə uzaqlaşıb yaşadığı məhəlləyə gəlmişlər. Həmin məhəllədə o, avtomobildən çıxaraq evə getmiş, İftixar isə avtomobilin içərisində yatmışdır. 08 iyul 2022-ci il tarixdə saat 08 radələrində o, yaşadığı evdən çıxaraq avtomobilə əyləşmiş və oğurladıqları əlvan metal doldurulmuş kisələri Hökməli dairəsinə aparmalarını bildirmişdir. Bundan sonra onlar birlikdə avtomobillə Hökməli dairəsi deyilən əraziyə getmişlər. Həmin ərazidə İftixarla birlikdə avtomobilin yük yerində olan əlvan metallarla doldurulmuş 6 kisəni Hökməli dairəsinin yaxınlığında yerləşən əlvan metal qəbulu yerində tanımadığı şəxsə 408 manata satmışlar. Həmin vaxt hər metalı öz qiymətinə, öz çəkisinə uyğun satmışlar. Həmin metalların çəkiləri yadında qalmasa da, dür aliminiumun 1 kilosunu 2 manata, misin 1 kilosunu 8 manata, sinkin 1 kilosunu 1 manat, 50 qəpiyə, latunun 1 kilosunu isə 6 manat, 20 qəpiyə satmışlar. Sonra o, İftixarla birlikdə avtomobilə əyləşdikdə, onlar 408 manat məbləğində pulu iki yerə bölüb hərəsinə 204 manat məbləğində pul götürmüşlər. Oradan birlikdə avtomobillə uzaqlaşaraq Biləcəri qəsəbəsinə qayıdarkən o, İftixara idarə etdiyi avtomobilə görə hərəsinə 10 manat pul verməli olduqlarını bildirdikdə, İftixarda onunla razılaşaraq ona 10 manat məbləğində pul vermişdir. Onlar birlikdə avtomobillə yaşadığı məhəlləyə gəlmişlər, bundan sonra İftixar oradan yaşadığı evə getmişdir. Oğurluq yolu ilə əldə etdikləri müşahidə kamerasının yaddaş aparatı isə onda qalmışdır. Bundan sonra o, tanışı İslama zəng edərək onda müşahidə kamerasının yaddaş aparatının olduğunu bildirib həmin yaddaş aparatını pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. İslamda onunla razılaşmış və 09 iyul 2022-ci il tarixdə, günorta saatlarında, DSK yolunda o, tanışı İslamla görüşərək özündə olan müşahidə kamerasının yaddaş aparatını ona 30 manata satmışdır. 16 iyul 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu çağırmışlar. Polis əməkdaşları ilə birlikdə 4-cü Polis Şöbəsinə gəldikdən sonra baş vermiş oğurluq hadisə ilə bağlı etiraf etmişdir. Onlar Hökməli dairəsi deyilən ərazidə əlvan metal qəbulu yerində oğurluq yolu ilə əldə etdikləri əlvan metallarla doldurulmuş 6 ədəd kisələri satarkən həmin yeri işlədən şəxsə həmin əlvan metalların oğurluq yolu ilə əldə olunması barədə heç bir məlumat verməmişlər, onlar həmin metalların özlərinin yığıb topladıqlarını bildirmişlər. Həmin şəxsin əlvan metalların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. O, oğurluq etmək üçün «Opel» markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobili tanışı Savalan adlı şəxsdən bir günlük idarə etmək üçün aldığını Savalanın onların oğurluq etmək istəmələrindən heç bir məlumatı olmamışdır. Oğurluq yolu ilə əldə etdikləri müşahidə kamerasının yaddaş aparatını 09 iyul 2022-ci il tarixdə, günorta saatlarında, DSK yolunda o, tanışı İslamla görüşərək 30 manata satmışdır. İslam Biləcəri qəsəbəsi, 11-ci döngədə yaşamış, İslamın da həmin yaddaş aparatının oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. İbtidai istintaq dövründə zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 2 azyaşlı uşağın olmasını, vərəm xəstəsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Savalan adlı tanışına məxsus Opel Astra markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik olaraq 25 manat pul müqabilində ondan götürüb Bakı şəhəri ərazisində taksi kimi fəaliyyət göstərib pul qazanmışdır. Təqsirləndirilən şəxs1 və Rövşən Əkbərov onun tanışlarıdır. Bakı şəhəri Biləcəri qəsəbəsində o, onlarla bir evdə qalmışdır. Təqsirləndirilən şəxs1 Goranboy rayonu Qaradağlı kəndində qaynatasının vəfat etməsinə görə qırx mərasimindən sonra Bakı şəhəri Biləcəri qəsəbəsində birlikdə qaldığı tanışları Orxan və X7 rayonu Qaradağlı kəndinə başsağlığına getmişlər. Goranboy rayonu Qaradağlı kəndinə gələn zaman Orxanın dayısı oğlu Zərərçəkmiş şəxs Qaradağlı kəndində avtomobil yuma məntəqəsi işlətdiyini görmüşlər. xx.xx.2022-ci il tarixdə axşam tərəfi Bakı şəhəri Biləcəri qəsəbəsində Orxan və Rövşənlə birlikdə olan zaman söhbət edərkən pula ehtiyaclarının olmasını bildirmişlər və Rövşənlə birlikdə Orxana təklif etmişlər ki, gedib Goranboy rayonu Qaradağlı kəndindən dayısı oğlunun avtoyuma məntəqəsindən avtomobil yuma aparatını oğurlayıb gətirib satsınlar və pul ehtiyaclarını təmin etsinlər. Orxan da Rövşənlə ona demişdir ki, ora dayısı oğlunun obyektidir, ancaq sonra Orxan onlarla razılaşmış və Orxanın dayısı oğlu Arzunun Goranboy rayonu Qaradağlı kəndində yerləşən avtoyuma məntəqəsindən oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 18-19 radələrində Bakı şəhərindən onun idarə etdiyi Opel Astra markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən və Orxanla birlikdə Goranboy rayonu Qaradağlı kəndi istiqamətində yola düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində gəlib Goranboy rayonu Qaradağlı kəndinə çatmışlar. Qaradağlı kəndinə dönən yolun kənarında olan Orxanın dayısı oğlu Arzuya məxsus avtoyuma məntəqəsinin yaxınlığına getmişlər, avtoyuma məntəqəsi bağlı olmuşdur. Rövşən avtomaşından dəmir mismar çıxardan aləti götürmüş və avtoyuma məntəqəsinin dəmir qapısının qıfılını sındırmış və Rövşən avtoyuma məntəqəsinə girərək orada olan avtomobil yuyan və köpük vuran aparatları çıxardıb gətirmişdir. Həmin aparatları avtomobilin arxa baqajına yükləyib, Bakı şəhərinə yola düşmüşlər. Təxminən saat 13 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsinə çatmışlar. Orxan özünü pis hiss etdiyinə görə onu aparıb evə düşürmüşlər və danışmışlar ki, axşam görüşüb aparatların satılma məsələsini həll etsinlər. Orxan xəstə olduğuna görə həmin gün axşam Rövşən və onunla görüşə bilməmişdir. Bu səbəbdən də Rövşənlə o, oğurladıqları avtomobil yuyan və köpük vuran aparatlarını satmamışlar. Həmin aparatları onun idarə etdiyi Opel Astra markalı avtomobilin yük yerində saxlamışlar. 02 iyun 2022-ci il tarixdə isə Goranboy RPŞ-in əməkdaşları ilə Bakı şəhərində görüşdükdən sonra onlar onu oğurluq etmələri ilə bağlı Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O, da həmin vaxt polis əməkdaşlarına Orxan və Rövşənlə birlilkdə oğurladıqları avtomobil yuyan və köpük vuran aparatları təqdim etmişdir. Polis əməkdaşları həmin aparatların maddi sübut əhəmiyyəti kəsb etməsini demişlər və bundan sonra polis əməkdaşları onu Opel Astra markalı avtomobil və avtomobilin yük yerində saxladığı avtomobil yuyan və köpük vuran aparatlar ilə birlikdə Goranboy rayon polis şöbəsinə gətirmişlər. İbtidai istintaq dövründə zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Baksol yolunda yerləşən əlvan metal qəbulu yerində işləmişdir. Həmin yerdən iyul ayının əvvəllərində çıxarıldığı üçün işsiz qalmışdır. Ona görə də 07 iyul 2022-ci il tarixdə, saat 21 radələrində əvvəllər yanında fəhlə kimi işlədiyi, usta olan tanışı Orxanın yaşadığı evə getmişdir. Tanışı Orxanın evində işin olub-olmadığını ondan soruşduqda, Orxan da hələlik işin olmadığını bildirmişdir. Bundan sonra söhbət əsnasında o, Orxana əvvəllər işlədiyi əlvan metal qəbulu yerinə oğurluq etmək üçün getmələrini təklif etmişdir. Orxan da, onunla razılaşmışdır. O, Orxana oğurluq etmək üçün onlara avtomobil lazım olduğunu bildirdikdə, Orxan dostunda avtomobilin olduğunu, dostundan gedib avtomobili günlük icarə kimi götürmələrini bildirdikdə, o, da onunla razılaşdığı üçün onlar birlikdə Orxanın evindən saat 00 radələrində çıxaraq Masazır qəsəbəsinə taksi ilə getmişlər. Orxan onu Masazır qəsəbəsində, Masazır dairəsinin yanında avtomobildən düşürüb, avtomobili götürüb qayıdacağını bildirmişdir. Sonra harasa gedib bir qədər sonra «Opel» markalı avtomobillə qayıtmışdır. O, da həmin avtomobilə əyləşdikdən sonra oradan birbaşa əvvəllər işlədiyi əlvan metal qəbulu yerinə, yəni Bakı şəhəri, Binəqədi qəsəbəsi, Baksol massivində yerləşən əlvan metal qəbulu məntəqəsinə 08 iyul 2022-ci il tarixdə, saat 03 radələrində gəlib çatmışlar. Həmin yerin yaxınlığında Orxan avtomobili yolda dayandırdıqdan sonra ikisi də avtomobildən çıxmışlar. O, əvvəllər işlədiyi əlvan metal qəbulu yerinin həyətinə daş hasarın üzərindən aşmaqla tullanıb girdikdə, Orxan da daş hasarın üstünə çıxmaqla orada dayanmışdır. O, həyətdəki 1 otaqlı tikilinin qapısına bağlanmış kilidi yerdə olan dəmir armatur parçası ilə sındırıb qapını açıb içəri girmişdir. İçəridə olan əlvan metal doldurulmuş 8 ədəd kisəni içəridən götürüb həyətə çıxmaqla kisələri həyətin iç tərəfində divarın dibinə yığmışdır. Sonra kisələri divarın üstünə qaldırdıqda, divarın üstündə dayanmış Orxan həmin kisələri götürüb yola tərəf yerə atmışdır. Kisələrdən ikisi ağır olduğuna görə onun gücü çatmadığı üçün o, həmin kisələri hasarın üzərinə qaldıra bilməmiş və 2 ədəd dür aliminumla dolu kisələr elə hasarın dibində qalmışdır. Orxan ona müşahidə kamerasının yaddaş aparatını götürməsini, izi itirmələrini bildirmişdir. O, da həyətdən 1 otaqlı tikilinin içərisinə girərək müşahidə kamerasının yaddaş aparatını olduğu yerdən götürmüşdür. Müşahidə kamerasının yaddaş aparatını özü ilə götürüb divarın üstünə qalxdıqda, artıq divarın üstündən yola düşmüş Orxanın kisələri avtomobilin yük yerinə yığdığını, onu gözlədiyini görmüşdür. O, da yola tullandıqdan sonra özündə olan müşahidə kamerasının yaddaş aparatını yük yerinə əlvan metal doldurulmuş kisələrin yanına qoymuşdur. Yük yerinin qapağını Orxan qapadıqdan sonra onlar birlikdə avtomobilə əyləşmişlər. Avtomobilə əyləşərək oradan Orxanın idarə etdiyi avtomobillə uzaqlaşıb Orxanın yaşadığı məhəlləyə gəlmişlər. Həmin məhəllədə Orxan avtomobildən çıxaraq evə getdikdə, o, da avtomobilin içərisində yatmışdır. 08 iyul 2022-ci il tarixdə, saat 08 radələrində Orxan evindən çıxaraq yanına gəlmişdir. Avtomobilə əyləşərək oğurladıqları əlvan metal doldurulmuş kisələri Hökməli dairəsinə aparmalarını bildirmişdir. O, nəyə görə həmin yerə getmələrini ondan soruşduqda, Orxan da həmin yerin olduqları yerə uzaq olduğunu bildirmişdir. Sonra onlar birlikdə avtomobillə Hökməli dairəsi deyilən əraziyə getmişlər. Həmin ərazidə Orxanla birlikdə avtomobilin yük yerində olan əlvan metallarla doldurulmuş 6 kisəni Hökməli dairəsinin yaxınlığında yerləşən əlvan metal qəbulu yerində tanımadığı şəxsə 408 manata satmışlar. Həmin vaxt hər metalı öz qiymətinə, öz çəkisinə uyğun satmışlar. Həmin metalların çəkiləri yadında qalmasa da, dür aliminiumun 1 kilosunu 2 manata, misin 1 kilosunu 8 manata, sinkin 1 kilosunu 1 manat, 50 qəpiyə, latunun 1 kilosunu isə 6 manat, 20 qəpiyə satmışlar. Sonra o, Orxanla birlikdə avtomobilə əyləşdikdə, onlar 408 manat məbləğində pulu iki yerə bölüb hərəsinə 204 manat məbləğində pul götürmüşlər. Sonra oradan birlikdə avtomobillə uzaqlaşaraq Biləcəri qəsəbəsinə qayıdarkən Orxan ona idarə etdiyi avtomobilə görə hərəsinin 10 manat pul verməli olduqlarını bildirdikdə, o, da Orxanla razılaşaraq ona 10 manat məbləğində pul vermişdir. Onlar birlikdə avtomobillə Orxanın məhəlləsinə gəldikdən sonra ondan ayrılmışlar. Müşahidə kamerasının yaddaş aparatı isə Orxanda qalmışdır. Həmin müşahidə kamerasının yaddaş aparatını Orxanın satıb satmadığını bilməmişdir. 16 iyul 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu çağırmışlar. Polis əməkdaşları ilə birlikdə 4-cü Polis Şöbəsinə gəldikdən sonra baş vermiş oğurluq hadisə ilə bağlı etiraf etmişdir. İbtidai istintaq dövründə zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, X5 onun doğma oğludur. Müşviq ailəli və 3 övladı olmuş, özü fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə metal qəbulu məntəqəsini icarəyə götürərək işlətmişdir. 2022-ci ilin noyabr ayının 10-da səhər saatlarında onlar evdə olarkən oğlu Müşviq ürək tutmasından vəfat etmişdir. Mərhum oğlu X5 evdə bildirmişdir ki, onun işlətdiyi Baksol yaşayış massivində yerləşən əlvan metal qəbulu yerinə naməlum şəxslər daxil olaraq 6 kisə mis, düral, latun və müşahidə kamerasının yaddaş aparatını oğurlamışlar. Lakin sonradan ona məlum olmuşdur ki, oğurluq etmiş şəxslərin qohumları tərəfindən Müşviqə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərər çəkmiş şəxs qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdən Baksol yaşayış massivində yerləşən əlvan metal qəbulu yerini icarəyə götürərək işlətmişdir. 07 iyul 2022-ci il tarixdə metal qəbulu obyektinin həyətində yerləşən bir otaqlı tikilinin həyətinin içərisində 8 ədəd əlvan metallarla dolu kisələri yığmışdır. Həmin kisələrdən hər birinin çəkisi 25 kq., ümumi çəkisi 50 kq olan 2 ədəd mis metallarla dolu olan kisələr olmuşdur. Həmin kisələrdən 3 ədədinin ümumi çəkisi 100 kq. olan dür alminium metalları ilə doldurulmuş kisələr olmuş, həmin kisələrdən 1 ədədi latun metalı ilə doldurulmuş ümumi çəkisi 30 kq. olan kisə olmuş, həmin kisələrdən 2 ədədi dür aliminiumla doldurulmuş ümumi çəkisi 40 kq, olan kisələr olmuşdur. Eləcədə 1 otaqlı tikilinin içərisində müşahidə kameralarının yaddaş aparatı soyuducunun üzərində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, işdən evə gedərkən həmin kisələr tikilinin içərisində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, işə gələrkən obyektin qapısına yaxınlaşdıqda giriş qapısının üzərində olan qıfılın sındırılıb yerə atıldığını görmüşdür. Qapı da açıq vəziyyətdə olmuşdur. O, otağa daxil olduqda otaqda sağ tərəfdə yığılmış 8 ədəd əlvan metallarla dolu kisələrin və soyuducunun üzərində olan müşahidə kamerasının yaddaş aparatının olmadığı görmüşdür. O, otaqdan həyətə çıxmış və hasarın dibində 2 ədəd içərisində dür aliminium əlvan metal doldurulmuş kisələrin olduğunu görmüşdür. Həmin kisələrin ümumi çəkisi 40 kq. olmuşdur. O, başa düşmüşdür ki, gecə onun işlətdiyi obyektdən oğurluq olmuş və ona məlum olmayan səbəbdən oğrular həmin kisələri apara bilməmişlər. Bundan başqa ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus obyektdən 6 ədəd metalla doldurulmuş kisələri və yaddaş aparatım oğurlamışlar. Bununla da 6 ədəd metalla dolu kisələrin oğurlanması nəticəsində ona ümumilikdə 880 manat, müşahidə kamerasının yaddaş aparatının oğurlanması nəticəsində isə ona 300 manat, ümumilikdə 1180 manat maddi ziyan vurmuşlar. Ona dəymiş ziyan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yaxınları tərəfindən ona tam qaytarıldığından onlara qarşı şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qaradağlı kəndində avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş özünə məxsus məntəqəsi vardır. Avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş məntəqədə su çənin alt hissəsində mişar daşlarla hörülmüş qapısı qıfıl ilə bağlanan saxlanc yeri düzəldib avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş suvuran qurğunu və köpük çıxaran balonu orada saxlamışdır. 23 may 2022-ci il tarixdə axşam saat 20 radələrində Goranboy rayonu Qaradağlı kəndində yerləşən özünə məxsus avtomobil yuma məntəqəsində işlər yekunlaşdıqdan sonra avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş suvuran qurğunu və köpük çıxaran balonu su çənin alt hissəsində düzəltdiyi saxlanc yerinə qoyub saxlanc yerinin qapısını qıfıl ilə kilidləmişdir. Bundan sonra isə saat 00:30 radələrində qədər avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş məntəqənin yanında yerləşən özünə məxsus kafedə olmuş, gecə saat 00:30 radələrində kafeni bağladıqdan sonra yaşadığı evə getmişdir. Səhəri gün yəni 24 may 2022-ci il tarixdə saat 08:30 radələrində Goranboy rayonu Qaradağlı kəndində yerləşən özünə məxsus kafeyə gələn zaman görmüşdür ki, kafenin yanında yerləşən avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş məntəqədə quraşdırılmış su çəninin alt hissəsindəki saxlanc yerinin qapısının üzərində olan qıfıl qırılıb yerdədir, qapı isə yarı açıqdır. Həmin vaxt oğurluq edilməsindən şübhə etmiş və həmin saxlanc yerinə yaxınlaşdıqda görmüşdür ki, saxlanc yerinin içərsində saxladığı özünə məxsus olan avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş suvuran qurğu və köpük çıxaran balon yerində yoxdur. Həmin qurğuların oğurlandığını anlamamışdır. Buna görə də bu barədə Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş suvuran qurğunun qiyməti 2350 manat və köpük çıxaran balonun qiyməti isə 300 manat olmuşdur. Ona dəymiş ziyan tam qaytarıldığından cinayəti törətmiş təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Hökməli qəsəbəsində yerləşən metal alışı məntəqəsində işləmişdir. 08 iyul 2022- ci il tarixdə təxminən saat 11:30 radələrində işdə olduğu zaman «Opel» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olduğunu bildiyi iki nəfər oğlanlar gələrək ona idarə etdikləri avtomobildə 6 kisə mis, aliminium, düral və digər metal avadanlıqları olduğunu, onları satmaq istədiklərini bildirmişlər. O, da həmin əlvan metal materiallarını çəkərək almışdır. Həmin mallara görə o, onlara ümumilikdə 408 manat pul vermişdir. Bundan sonra həmin şəxslər pulu götürüb çıxıb getmişlər. Həmin gündən təxminən 2 gün sonra o, işlədiyi məntəqədə topladığı əlvan metal materiallarını topdan əritmək üçün satmışdır. Həmin şəxslərin ona satdıqları ümumilikdə 6 kisə əlvan metal materiallarından cəmi 1 kisə mis metalı qalmış, o, da onu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının ona verdikləri məlumatdan sonra ona məlum olmuşdur ki, həmin şəxslərin ona satdıqları əlvan metal materialları oğurluq yolu ilə əldə edilmişdir. Həmin metal avadanlıqlarının oğurluq olması barədə heç bir şey bilməmiş və həmin şəxslərdə ona bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün özünə məxsus «Opel» markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun tanışı Taleh adlı şəxsin vasitəsi ilə tanımışdır. 08 iyul 2022-ci il tarixdə təxminən saat 23:40 radələrində o, işdən gəlib evdə yemək yemişdir. Bu zaman ona tanıdığı Orxan zəng vuraraq evdə xəstələrinin olduğunu və ona avtomobil lazım olduğunu bildirmişdir. O, da Orxana işdən yenicə gəldiyini və yorulduğu üçün bir də səhər işə çıxacağını bildirmişdir. Orxan ondan xahiş etmişdir ki, o, ona 20 manat avtomobilini bir günlük ona verməyi üçün verəcəyini və səhəri günü avtomobili özü gətirib qaytaracağını bildirmişdir. O, da Orxanla razılaşmış və ona məxsus «Opel» markalı avtomobilini gəlib götürməsini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Orxan onun yaşadığı Masazır qəsəbəsinə gəlmiş və ona məxsus «Opel» markalı avtomobilini götürərək səhər gələndə pulu verəcəyini bildirib çıxıb getmişdir. 09 iyul 2022-ci il tarixdə təxminən günortadan bir az keçmiş Orxan ona məxsus «Opel» markalı avtomobilini gətirib ona 20 manat pul verib çıxıb getmişdir. Bundan sonra o, Orxanı görməmişdir. Onun Orxan və İftixar adlı şəxslərin birlikdə oğurluq etmələrindən heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 48-50). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 78-80). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.100-101). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.117-120). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.122-123). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.139-142). Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə Goranboy RPŞ-də cinayət işi başlanmışdır (cild 1, i.v. 154-155). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 186-187). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.200-201). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı MSYdən azad edilmişdir (cild 1, i.v. 210-214). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 226-227). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.249-250). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı MSY-dən azad edilmişdir (cild 2, i.v. 8-12). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaq olunan ********* №-li cinayət işindən, şəxsiyyəti məlum olmayan Rövşən adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* sayı ilə cinayət işi ayrılmışdır (cild 2, i.v. 217-219). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4824 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti nəzərə alınmaqla dəyəri 1700 manat müəyyən edilir (cild 2, i.v. 45-47). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5588 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş misin metal qırıntı kimi 2022-ci ilin iyul ayına olan orta baza qiyməti 69,93 manat müəyyən edilir. Təqdim edilməyən əlvan metalların qırıntı kimi orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1141,00 manat müəyyən edilir (cild 2, i.v. 71-74). Maddi sübut qismində tanıma barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Tahawash” markalı suvuran qurğu və 200 manat dəyərində 01 ədəd “Tahawash” markalı köpük çıxaran balon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 2, i.v.48-50). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd mis metal ilə doldurulmuş kisə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in MSK-ya təhvil verilmişdir (cild 2, i.v. 199-215). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına üzrsüz səbəbdən təkrarən gəlmədikləri üçün barələrində axtarış elan edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının 24 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur (cild 2, i.v.91-92, 96-97). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. AR Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 2.2 maddəsinə əsasən cəzadan azad edilmişdir. Tula Vilayəti, Uzlovsk rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Rusiya Federasyiasınm 158-ci maddəsinin 3-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində 01 il sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.3.2, 185.2.2, 177.2.2, 182.2.2, 182.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə AR CM-in 177.2.2-ci maddəsi hökmdən xaric edilmişdir. xx.xx.2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 9 il 6 ay endirilmişdir. xx.xx.2018-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəza müddəti 07 il 06 aya endirilmişdir. xx.xx.2020-ci ildə Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə müvafiq olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişlər. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin materiallarından həmçinin görünür ki, zərər çəkmiş şəxlərə dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işinin materiallarında olan AZ-İV 067822 nömrəli və AZ-İV 388119 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Oqtay və xx.xx.2017-ci il təvəllüdlü Fidan adlı uşaqları var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşağın olmasını, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, Təqsirləndirilən şəxs2 isə təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınaraq təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin (rayonun) hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddi sübutlar - 01 ədəd “Tahawash” markalı suvuran qurğunun və 01 ədəd “Tahawash” markalı köpük çıxaran balonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd mis metal ilə doldurulmuş kisə zərər çəkmiş şəxs M.V.Adıgözəlovun hüquqi varisi X4 qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxslərlər ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, habelə xx.xx.2023-ci ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə (Goranboy rayonu Qaradağlı kəndi) Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Goranboy rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini (Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1-ci mədən 2-ci korpus fərdi ev) gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar - 01 ədəd “Tahawash” markalı suvuran qurğunun və 01 ədəd “Tahawash” markalı köpük çıxaran balonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, 01 ədəd mis metal ilə doldurulmuş kisə zərər çəkmiş şəxs M.V.Adıgözəlovun hüquqi varisi X4 qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-163/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-163/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver