Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-164/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək ona Koreya Respublikasından «Hyundai Santafe» markalı avtomobil sifariş verib gətizdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 02 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 2700 manat, 03 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 800 manat, 09 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 4000 manat, sonuncu dəfə isə 15 aprel 2021ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 73-cü korpus, yeni yaşayış massivində yerləşən evinin qarşısında 1200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vermiş olduğu vədə əməl etməyərək, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8.700 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla birlikdə orta məktəbdə oxumuş, həmin vaxtdan yaxın münasibətləri olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs məxsus «Mersedes» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasında ona köməklik etmişdir. Bundan sonra aralarında söhbət zamanı Koreya Respublikasında avtomaşın sifariş edilməsini ona təklif etdikdə Zərərçəkmiş şəxs razılaşmışdır. Onlar birlikdə internet sosial şəbəkəsində bir neçə avtomaşına baxaraq «Hyundai Santafe» markalı avtomobil seçib Zərərçəkmiş şəxs göstərdikdən sonra alınmasına razılaşmışlar. Bu məqsədlə həmin avtomobili almaq üçün xx.xx.2021-ci il tarixdə 2700 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 4000 manat, xx.xx.2021-ci il tarixdə 1200 manat pul almışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs qeyd olunan avtomobili sifariş etdiyini və 15 gün müddətinə Bakı şəhərinə gəlməsinə söz vermişdir. Lakin sonradan həmin avtomaşını sifariş etməyərək qeyd olunan, ümumilikdə 8700 manat pulu özündə saxlayaraq şəxsi işlərinə xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etdikdən sonra, o, sonuncudan aldığı, ümumilikdə 8700 manat puldan 3250 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs 2300 manat ödəniş atası tərəfindən həyata keçirilə bilər. O, ailəli olmaqla himayəsində 1 az yaşlı uşağının, qismən ödənişlər etməsinin, pulun qalan hissənin də 1 ay ərzində ödəyəcəyinin və əməlini səmimi etiraf etməklə peşman olmasının nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bir məktəbdə eyni sinifdə oxuduğu üçün təxminən 17 ilə yaxındır ki, biri-birini tanımış və aralarında münasibətləri normal olmuşdur, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təxminən 2020-ci il mart ayının axırlarında o, özünə məxsus «Mersedes-Benz» markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilini satmaq qərarına gəlmişdir. Buna görə də dostu Təqsirləndirilən şəxs müraciət etmiş və sonuncu ona avtomobilinin satılmasında köməklik etmişdir. Bundan sonra söhbət əsnasında o, Təqsirləndirilən şəxs yeni avtomobil almaq istədiyini bildirmiş, sonuncu ona Koreya Respublikasından «Hyundai Santafe» markalı avtomobil sifariş verib gətizdirə biləcəyini ona bildirmişdir. O da Təqsirləndirilən şəxs inandığından onunla razılaşaraq internet sosial şəbəkədən özünə 14.500 manata «Hyundai Santafe» markalı avtomobil seçmiş, Təqsirləndirilən şəxs həmin avtomobili ona sifariş verə biləcəyini bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 2700 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 4.000 manat pulları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında onunla görüşərək vermişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə o, Xanlara 1.200 manat pulu yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 73-cü korpus, yeni yaşayış massivində evinin qarşısında vermişdir. Qeyd olunan pulları Təqsirləndirilən şəxs verdikdən sonra o, təxminən 15 gün müddətinə onun üçün sifariş etdiyi «Hyundai Santafe» markalı avtomobilin Bakı şəhərinə gətirilməsinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs ona söz verdiyi vaxtdan bir müddət keçməsinə baxmayaraq onun üçün sifariş etdiyi avtomobilin gətirilmədiyini görüb o, ondan pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış və onun pulunu qaytarmamışdır. Buna görə də o, məcbur olub Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayət əməli törətməsi barədə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra sonuncu ondan aldığı 8700 manat puldan ona ümumilikdə 3250 manat pul qaytarmış və ona 5450 manat pul qalmışdır. Hazırda ona təklif edilən 2300 manat pulun götürülməsindən imtina edir və ona dəymiş ziyandan ödənilməmiş qalan hissəsinin tam şəkildə ödənilməsini tələb edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ilə barışıq əldə olunmamışdır. Deyilənlərin nəzərə alınaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2020ci il mart ayının axırlarında əri Zərərçəkmiş şəxs «Mersedes-Benz» markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilini satmaq qərarına gəlmişdir. Sonradan o bilmişdir ki, Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs müraciət etmiş və sonuncu ona avtomobilinin satılmasında köməklik etmişdir. Bundan sonra söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yeni avtomobil almaq istədiyini bildirmiş, sonuncu Zərərçəkmiş şəxs Koreya Respublikasından «Hyundai Santafe» markalı avtomobil sifariş verib gətizdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs inandığından onunla razılaşaraq internet sosial şəbəkədən özünə 14.500 manata «Hyundai Santafe» markalı avtomobil seçmiş, Təqsirləndirilən şəxs həmin avtomobili sonuncuya sifariş verə biləcəyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 2700 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 4.000 manat pulları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında onunla görüşərək vermişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Xanlara 1.200 manat pulu yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 73-cü korpus, yeni yaşayış massivində evinin qarşısında vermişdir. Qeyd olunan pulları Təqsirləndirilən şəxs verdikdən sonra Zərərçəkmiş şəxs təxminən 15 gün müddətinə sonuncu üçün sifariş etdiyi «Hyundai Santafe» markalı avtomobilin Bakı şəhərinə gətirilməsinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtdan bir müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxs sifariş olunan avtomobilin gətirilmədiyini görüb pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış və Zərərçəkmiş şəxs pulunu qaytarmamışdır. Buna görə də Zərərçəkmiş şəxs məcbur olub Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v.1 ) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 73-cü korpus, yeni yaşayış massivində yerləşən evin qarşısıdır. (i.v. 5-8) xx.xx.2021, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 2800 manatın Zərərçəkmiş şəxs verilməsi üçün istintaq orqanına təhvil vermişdir. (i.v. 24-25) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.41) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v. 42) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v. 47) xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istitaq zamanı verdiyi ifadələri hadisə yerində bir daha təsdiq etmişdir. (i.v. 53-54) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulmuş ittiham elan edilmişdir.(i.v. 66-67) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 85-87) “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq 4-cü Polis Şöbəsinə gəlmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 8700 manat puldan ona ümumilikdə 3250 manat pul qaytarılmış və ona dəymiş ziyan tam olaraq ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ilə barışıq əldə olunmamışdır. Deyilənlərin nəzərə alınaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsi 84B ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tapılanadək dayandırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 ay 11 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızı təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsərəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) ay 11 (on bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsi 84B ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsərəfi yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-164/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-164/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver