Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-164/2024 02.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Hacıyeva Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən müxtəlif vaxtlarda öz telefonuna çəkdiyi Zərərçəkmiş şəxs fotoşəkillərini sosial şəbəkələrdə paylaşacağını, sonuncunun ailə üzvlərinə və tanışlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayma hədəsi ilə 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 800 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında qeyd edilən İdarənin əməkdaşları tərəfindən 03 avqust 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pulu almaq məqsədilə həmin tarixdə saat 12.45-də Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanında yerləşən “Endi” marketin yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid4 ilə görüşüb sonuncudan əvvəlcədən əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrələri protokolda qeyd edilmiş C90729291, A88223415, C49774476, A23480697, C06983629, A74747974, A26415430 və A14215734 seriya və nömrəli 08 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 800 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirdikdən dərhal sonra həmin gün saat 12-50-də Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanında yerləşən “Endi” marketin yaxınlığında saxlanılaraq baş idarəyə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ arxa cibindən C90729291, A88223415, C49774476, A23480697, C06983629, A74747974, A26415430 və A14215734 seriya və nömrəli 08 ədəd 100 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanış olmuşdur. Bir yerdə oxuduğu tanışları vasitəsilə onunla tanış olmuşdur. Onunla tez-tez əlaqə saxlamış və birlikdə şəhərdə gəzmişlər. Sonra araları pisləşmiş və onlar ayrılmaq qərarına gəlmişlər. Onun pula ehtiyacı olduğundan Nuraydan pul istəmişdir. Bunun üçün isə Nurayı şantaj etmişdir. Nurayın onda bir ədəd şəkli olmuş və həmin şəkillə şantaj edərək ondan 800 manat məbləğində pul almışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tanışı Nihat rəfiqəsi Məryəm vasitəsi ilə ona xəbər göndərərək bu qədər pul verməsə ailəsinə onun başqa şəkillərini göstərəcəyi ilə bağlı şantaj etmişdir. Həmçinin şəklini “Fotoşop” etməyin asan olduğunu, “Teleqram”da ifşa səhifələrinin olduğunu və orada yayacağını bildirmişdir. Bu hədələrlə Nihat onu şantaj etmişdir. O isə qorxduğundan bu barədə ailəsinə deyə bilməmişdir. Bu barədə rəfiqəsi Məryəmə danışmış və onun ailəsi də bu barədə ona köməklik göstərmişdir. Nihatın onu şantaj etməsinə Məryəm şahidlik etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nihat pulu Məryəm vasitəsi ilə istəmişdir. O, danışmaq istəsə də, Nihat onunla danışmamış və yalnız Məryəm vasitəsi ilə ondan pul istəmişdir. Əvvəlcə 800 manat pul istəmişdir. Əlavə olaraq Nihat ondan 1000 manat pul istəmiş, lakin vaxtını uzatdığı təqdirdə 1200 manat verməli olacağını bildirmişdir. O, nihata 800 manat puldan əvvəl 200 manat və 300 manat da puyl vermişdir. Bunu izahatlarında da qeyd etmişdir. Qorxduğu üçün rəfiqəsinə bildirmiş, əvvəlcə rəfiqəsinin valideyni kömək etmiş, sonra isə özü şikayət etmişdir. Bu zaman onun 18 yaşı tamam olmadığından məcbur qalıb ailəsinə bildirmişdir. Nihatı birinci rəfiqəsi üzərində tanımış, sonra isə onun qaldığı yerə yaxın qalmasını öyrənmişdir. Hazırda Nihatdan şikayətçi deyil, onunla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs BMCMİ-yə ərizə ilə müraciət edərək “Nihat” adlı şəxsin hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirmişdir. Daxil olan ərizə ilə bağlı “Nihat” adlı şəxsin müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 08 ədəd 100 manatlıq pul vəsaitlərinin kserosurətləri çıxarılıb və BMCMİ-nin əməkdaşları əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanına yollanmışlar. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanında yerləşən “Endi” marketin yaxınlığında Şahid4 qızı tərəfindən seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş pul əsginaslarının xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsinin şahidi olmuşlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 12:50-də ünvan 2 ünvanında “Endi” marketin yaxınlığında olduğları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduğumuzu demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının ön sol yan cibindən 2 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən pul əskinaslarını, şalvarının ön sağ yan cibindən pul əskinasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Həmin pulların seriya nömrələri olan 8 ədəd 100 manatlıq pul əskinasları olması müəyyən edilmişdir. Şübhəli şəxs 800 manat pulun Şahid4 tərəfindən ona bugün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayılmış və 8 ədəd 100 manatlıq olmaqla ümumilikdə 800 manat təşkil etdiyi məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs BMCMİ-yə ərizə ilə müraciət edərək “Nihat” adlı şəxsin hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirmişdir. Daxil olan ərizə ilə bağlı “Nihat” adlı şəxsin müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 08 ədəd 100 manatlıq pul vəsaitlərinin kserosurətləri çıxarılıb və BMCMİ-nin əməkdaşları əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanına yollanmışlar. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139A ünvanında yerləşən “Endi” marketin yaxınlığında Şahid4 qızı tərəfindən seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş pul əsginaslarının xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsinin şahidi olmuşlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 12:50-də ünvan 2 ünvanında “Endi” marketin yaxınlığında olduğları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduğumuzu demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əynində olan şalvarının ön sol yan cibindən 2 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən pul əskinaslarını, şalvarının ön sağ yan cibindən pul əskinasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Həmin pulların seriya nömrələri olan 8 ədəd 100 manatlıq pul əskinasları olması müəyyən edilmişdir. Şübhəli şəxs 800 manat pulun Şahid4 tərəfindən ona bugün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayılmış və 8 ədəd 100 manatlıq olmaqla ümumilikdə 800 manat təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 qızı və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Əməliyyat-axtarış tədbirlərində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 əməliyyat-axtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona yuxarıda qeyd olunan DİN-nin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya nömrələri C90729291, A88223415, C49774476, A23480697, C06983629, A74747974, A26415430 və A14215734 olan 8 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 800 manat məbləğində pul təqdim edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə aparılmış və videoçəkiliş vasitəsilə üzərində axtarış zamanı ondan 8 ədəd yüz manatlıq pul əsginası olmaqla 800 manat məbləğində pul, 2 ədəd “İphone 8” və “İphone 11” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs rəfiqəsi Şahid4 qızı tərəfindən onunla Təqsirləndirilən şəxs arasında olan danışığın səsyazısı qeydə alınmış bir ədəd disk istintaqa təqdim edilmiş və həmin diskin içərisindəki səsyazıları oxunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1181/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 03 avqust 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də şikayəti olmayacaqdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnamə və arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 nvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 8” markalı mobil telefona baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus bir ədəd fotoşəkil aşkar edilmiş, digər telefon “İphone 11 Pro Max” markalı mobil telefondan isə sübut əhəmiyyəti kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1522/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirində istifadə olunmuş 800 manat pul, Təqsirləndirilən şəxs götürülmüş “İphone 8” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd “DVD” disk və Şahid4 qızı ilə Təqsirləndirilən şəxs arasındakı səsyazısını özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. əməliyyataxtarış tədbirində istifadə olunmuş 800 manat pul təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra əməliyyat xərclərinə qaytarılması məsələsinin həll edilməsi üçün və Təqsirləndirilən şəxs götürülmüş “İphone 8” markalı mobil telefon saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş “İphone 11 Pro Max” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmış, 1 ədəd “CD” disk və 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-774/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 182.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (gənc olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1181/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1522/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-774/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək, sonuncu həmin tarixdə məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını həmin kateqoriyadan olan cinayətlər üzrə təqdirəlayiq hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan 800 manat pul əməliyyat xərclərinə qaytarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvafiq şöbəsinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan “İphone 8” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs geri qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan 800 manat pul əməliyyat xərclərinə qaytarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvafiq şöbəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan “İphone 8” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-164/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-164/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver