Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-166/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.20 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Ucar rayonunun Alpı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Quləbənd Ərazi Dairəsi, Alpı kəndində qeydiyyatda olmaqla, Ucar rayonu, Alpı kəndi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22.00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMCnin ofisinin jalüzünün arxa hissəsində gizlədilmiş açarı götürüb həmin ofisin giriş qapısını açmaqla binaya qanunsuz daxil olub ofisin ümumi zalında olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəyəri 800 manat dəyərində “Aux” markalı, ASW-H09A4/HERB1 modelli 35 m2lik kondisioneri gizli yolla talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixədə saat 01.00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMCnin ofisinin jalüzünün arxa hissəsində gizlədilmiş açarı götürüb həmin ofisin giriş qapısını açmaqla binaya qanunsuz daxil olub ofisin ümumi zalında olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 800 manat dəyərində “Aux” markalı, ASW-H09A4/HERB1 modelli 35 m2-lik və 01 ədəd 1300 manat dəyərində “Aux” markalı, ASW-H09A4/HER1 modelli 70 m2-lik kondisionerləri gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır.Ozal ilə birlikdə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində birlikdə xidmət etmişdir.Hərbi xidməti başa vurduqdan sonra aralarında dostluq münasibətləri yaranmışdır.İşsiz olduğundan Bakı şəhərinə gəlmiş və bir müddət Ozala məxsus ofisdə fəhlə kimi çalışmışdır. Daha sonra Şahid1 məxsus Toyota Prius markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomobillə gündəlik 30 manat icarə haqqı əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur.Gecələməyə yeri olmadığından bir neçə dəfə Ozala məxsus ofisdə qalmışdır.Həmin ofisdə qaldığı müddət ərzində ofisin açarlarının qapının çöl tərəfində jalüzün arxasına qoyulduğunun şahidi olmuşdur.Bakıda yaşadığı müddət ərzində bir neçə nəfərə pul borcu yaranmışdır.Maddi durumu aşağı olduğundan borclarını ödəyə bilməmişdir. Bu səbəbdən oğurluq etmək fikrinə gəlmişdir. Həmin zaman Ozala məxsus ofisdə kondisionerlərin olduğunu bilib oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal 299 ünvanında yerləşən Ozala məxsus ofisin yerləşdiyi obyektə gəlmiş və jalüzün arxasında olan açarı götürərək içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra bir ədəd kondisioneri götürərək çölə çıxarıb tanımadığı şəxsin idarə etdiyi qeydiyyat nişanını xatırlamadığı taksiyə yükləmiş və Nərimanov rayonu ərazisinə getmişdir.Əvvəlcədən Şahid1la əlaqə saxlayaraq sonuncuya olan 500 manat borcunun qarşılığında özünə məxsus olduğunu bildirdiyi kondisioneri təklif etmişdir. Həmin zaman Nicat ona etiraz etməyərək təklifi ilə razılaşmışdır.Bu səbəbdən Ozala məxsus obyektdən oğurladığı 1 ədəd Aux markalı, balaca həcmli kondisioneri Nərimanov rayonu ərazisində yerləşən Zəfəran obyektin yaxınlığında Nicata təhvil vermiş və həmin zaman kondisionerin sırf özümə məxsus olduğunu bildirmişdir.Oğurluq edən zaman yalnız 1 ədəd kondisioneri götürüb Nicata borcunu ödəməyi qərarlaşdırmışdır.Lakin başqa şəxslər də borclarını istədiyindən pulu olmadığından digər kondisonerləri də oğurlamağı qərara almış və bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yenidən Ozala məxsus ofisə getmişdir.Ofisin açarlarının jalüzün arxasında olmadığını görüb ofisin yaxınlığında yerləşən Ozala məxsus qapı pəncərə sexinə yaxınlaşmış və orada jalüzün arxasına qoyulmuş sexin açarını götürüb sexə daxil olmuş və sexdə ofisin açarını taparaq geri qayıdıb ofisə daxil olmuşdur.Həmin zaman 2 ədəd Aux markasına aid, biri böyük həcmdə, digəri isə kiçik həcmdə olan kondisionerləri oğurlayaraq obyektdən çölə çıxartmışdır.Əvvəlcədən isə Ucar Bakı marşrutu üzrə Mercedes markalı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan tanışı, yalnız adını bildiyi Ruhin adlı şəxsi həmin ünvana dəvət etmişdir.Kondisionerləri obyektdən çölə çıxaran zaman Ruhin obyektin qarşısına çatmış və birlikdə kondisionerləri sonuncuya məxsus avtomobilə yükləmişdir.Həmin zaman kondisionerlərin özünə məxsus olduğunu və satmaq niyyəti ilə Nərimanov rayonunda tanışına təhvil verəcəyini Ruhinə bildirmişdir.Bu məqsədlə kondisioner satışı ilə məşğul olduğunu bildiyi Şahid2 Əliağa oğlu ilə əlaqə saxlayıb özünə məxsus olduğunu bildirdiyi kondisionerləri təklif etmişdir. Həmin zaman Rəmzi ilə aralarında razılıq əldə olunduğundan görüşərək Nərimanov rayonunda kondisionerləri həmin şəxsə ümumilikdə 1000 manata satmışdır.Həmin zaman Rəmziyə kondisionerlərin özünə məxsus olduğunu, maddi ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan sonra Ruhinlə birlikdə Ucar rayonuna getmiş və yaşadığı ünvana çatdıqdan sonra Ruhinə 50 manat ödəniş edərək avtomobildən aşağı enmişdir.Pulun qalan hissəsini isə borclu olduğu şəxslərə ödəmişdir.Bundan bir qədər sonra Ozal onunla əlaqə saxlayıb oğurluq etdiyini bildirdikdə inkar etsə də sonradan oğurluq etdiyini etiraf edib ona vaxt verməsini və barəsində şikayət etməməsini, tez bir zamanda vurduğu maddi ziyanı geri qaytaracığını bildirmişdir.Lakin Ozal onunla razılaşmayıb barəsində şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları onu yaxalayaraq qeyd edilən kondisionerlərin oğurlanmasından şübhəli olduğunu bildirmişlər.Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir.Yuxarıda göstərilən ünvandakı oğurluqdan başqa heç bir oğurluq etməmişdir.Oğurluq yolu ilə əldə edərək satdığı kondisonerlərin oğurluq olması barədə Şahid1 və Şahid2 Əliağa oğluna, eləcə də taksi fəaliyyəti ilə məşğul olduğunu bildirdiyim Ruhin adlı şəxsə heç bir məlumat verməmiş və həmin şəxslərə yalandan kondisionerlərin özünə məxsus olduğunu bildirmişdir.Həmçinin oğurluq etməyi barədə başqa heç kimə məlumat verməmişdir.Pula ehtiyacı olduğundan həmin kondisioneri oğurlayıb borclarını ödəmişdir.Pulu bitdikdən sonra yenidən Zərərçəkmiş şəxs ofisinə daxil olub növbəti kondisionerləri oğurlamışdır.Yəni, 1-ci dəfə oğurluq edən zaman kondisionerlərin hamısını oğurlamaq niyyətində olmamışdır. 1-ci dəfə 35 kvadrat metr həcmdə olan kondisioneri, 2-ci dəfə isə 35 və 70 kvadrat metr həcmdə olan kondisionerləri oğurlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, himayəsində 2 (iki) uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, rəhbərlik etdiyi X6 MMC 2021-ci il tarixdən təmir tikinti sahəsində fəaliyyət göstərir. Əvvəllər şirkət Or-Group MMC adı altında fəaliyyət göstərsə də şirkətin adı sonradan X6 MMC kimi qeyd olunmuşdur. MMC-nin ofisi Binəqədi rayonu, Mircəlal 299 ünvanında yerləşən 3 mərtəbəli iaşə obyektin 1-ci mərtəbəsindədir.Ofis icarə müqaviləsi əsasında həmin ünvanda fəaliyyət göstərir.Ofisin yaxınlığında digər sexdə mövcuddur. Həmin sexi də o, icarə əsasında işlətdir.İşdən ən son özü çıxdığından ofisin açarını sexə qoymaqla sexin açarını çöl tərəfdə jalüzün arxasında gizlədir.Buna səbəb sexin açarının bir ədəd olması və özünün işə yubanacağı təqdirdə sexin iş fəaliyətinin pozulmaması olmuşdur.Açarı sexin jalüzünün arxasında gizlətməyini ondan və qardaşı X3 başqa özünün əsgər yoldaşı olmuş Təqsirləndirilən şəxs da bilmişdir. Belə ki, Vüsal pnun əsgər yoldaşı olmuşdur. Vüsal ilə münasibətləri yaxşı olmuşdur. Bir müddət öncə Vüsal onunla əlaqə saxlayıb maddi durumu aşağı olduğunu, Bakı şəhərinə gələcəyini bildirib yardım etməyini ondan xahiş etmişdir. Bu zaman Vüsala qalmağa yeri olmayacağı təqdirdə ofisdə gecələməyi təklif etmişdir. Vüsal Bakı şəhərinə gəldikdən sonra icarəyə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmuş və gecələr ofisdə qalmışdır. Həmin zaman Vüsal gec gəldikdə o, açarı sexin jalüzünün arxasında gizlətmiş və Vüsal da açarı oradan götürməklə sexin qapısını açıb içəridən ofisin açarını götürüb sonra ofisə daxil olmuşdur. Bu səbəbdən Vüsal ofisin və sexin açarlarının yerini bilmişdir. Vüsal bir müddət işlədikdən sonra sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğunu və işləyə bilmədiyini deyib Ucar rayonuna qayıdacağını demişdir. Həmin zamandan Vüsal Ucar rayonuna getmişdir. 2023cü ilin avqust ayının əvvəllərində o, təmir ilə bağlı 3 ədəd Aux markalı kondisioner alaraq ofisə qoymuşdur. xx.xx.2023-cü il tarixdə yenidən ofisdən çıxaraq qapını açarla bağlamış, daha sonra yaxınlıqda olan sexə daxil olaraq açarı oraya qoyub sexin də qapısını bağlayıb açarları jalüzün arxasında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında ofisə gəldikdə bağlı qapını açarla açıb içəri daxil olmuşdur. Həmin zaman oğurluq olduğunu hiss etməmişdir. Belə ki, ofisdə hər şey qaydasında olmuşdur. Lakin 2-3 saat sonra ofisə qoyduğu 03 ədəd kondisionerin yerində olmadığını aşkar etmişdir. Bu zaman kondisionerlərin müəmmalı şəkildə yoxa çıxması ona məlum olmuşdur. Çünki kondisionerləri ondan başqa heç kim götürə bilməzdi və ofisin qapısı açarla bağla olmuşdur. Ofisin də qapı və pəncərəsinə müdaxilə olunmamışdır. Bu səbəbdən ilk öncə Vüsalın hadisəni törətməsini düşünüb sonuncu ilə telefon əlaqəsi saxlamışdır. Vüsal ilə telefon danışığı zamanı hadisə barəsində məlumat verdikdə sonuncu, kondisionerləri oğurlamadığını dedikdə o, bu barədə polisə şikayət edəcəyini demişdir. Bundan sonra isə Vüsal oğurluğu özünün etdiyini etiraf edərək şikayət etməməyini, qısa zamanda kondisionerləri geri qaytaracağını ona demişdir. xx.xx.2023-cü il tarixədək kondisionerlərin geri qayıtmadığını görüb 102 xidmətinə şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq ilkin təhqiqat araşdırması zamanı izahatında ona dəymiş maddi ziyanın ümumilikdə 5800 manat təşkil etdiyini bildirsə də istintaq zamanı ifadəsində ona dəymiş maddi ziyanın 4600 manat olduğunu qeyd etməsinə səbəb kimi həmin 3 ədəd kondisionerə aksesuarları ilə birlikdə ümumlikdə 5800 manat pul ödədiyini, lakin ofisdən yalnız 3 ədəd kondisioner oğurlandığını, aksesuarlar və digər avadanlıqların isə ofisdən oğurlanmadığını, bu səbəbdən oğurlanmış əmlakının ümumi dəyərini 4600 manat kimi qeyd etdiyini, həmin kondisionerləri 2023-cü ilin aprel ayında ümumilikdə 4600 manata aldığını, marka olaraq hər biri Aux firmasına məxsus, 2-sinin ölçüsü 35 kvadrat metr, 1-si isə 70 kvadrat metr həcmdə olduğunu, hər birinin qara rəngdə yeni və istifadə olunmamış vəziyyətdə bağlamada olduğunu, 2 ədəd 35 kvadrat metr həcmdə olan kondisionerlərin ümumi dəyərinin 2700 manat, digər 70 kvadrat metr həcmdə olan kondisionerin dəyərinin isə 1900 manat təşkil etdiyini, əvvəllər ofisdə heç bir oğurluq hadisəsi baş vermədiyini, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı müddətdə onun icazəsi ilə ofisdə gecələdiyini və Vüsalın işdən gecə saatlarında gəldiyindən ofisin açarını özünün ofisin jalüzünün arxasında gizlətdiyini və Vüsalın da açarı oradan götürməklə içəri daxil olduğunu, lakin Vüsalın Bakı şəhərində işləməyə son qoyaraq Ucar rayonuna qayıtdıqdan sonra ofisdə gecələmədiyini, Vüsala bununla bağlı icazə vermədiyini, Vüsalın onun icazəsi və məlumatı olmadan gizlin formada ofisə daxil olaraq oğurluq etdiyini, oğurluq hadisəsi baş vermiş ünvanda kamera müşahidə sisteminin olmadığını, kondisionerlərin hər biri eyni yerə yığıldığından və 6 ədəd qutuda olduğundan ofisə gəldikdə orada kondisionerləri saymadığından xx.xx.2023-cü il tarixdə 2 qutudan ibarət olan 1 komplekt kondisionerin oğurlandığını hiss etmədiyini, lakin xx.xx.2023-cü il tarixdə kondisioner qutularının hamısının yerində olmamasını aşkar etdikdə oğurlandığını bildiyini, bu səbəbdən də 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, cinayət işi üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7076 nömrəli rəyi ilə tanış olduqda həmin rəydə dəymiş ziyanla bağlı göstərilən qiymət dəyəri ilə, yəni 2900 manat ilə razı olmuşdur. İş üzrə ona dəymiş maddi ziyanın rəydə göstərilən qiymətlə qeyd olunmasına dair heç bir etirazı yoxdur. Belə ki, həmin kondisionerləri bir neçə ay bundan öncə almışdır. Hal-hazırda həmin kondisionerlərin bazar dəyəri rəydə qeyd olunan qiymətlərlə eynidir. O, əvvəllər “X6” MMC-nin sahibi kimi fəaliyyət göstərsə də 2021-ci il tarixdən MMC fəaliyyətini dayandırmışdır. xx.xx.2021-ci il tarixdən o, fərdi sahibkar kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir və fərdi qaydada vergi ödəyəcisidir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayış, Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə və İcarə müqaviləsi mövcuddur. Həmin sənədlərin hər birində onun fiziki şəxs olmağı öz təstiqini tapır. İlkin ifadəsini verən zaman bunu unutduğundan və sənədləri həmin zaman təqdim edə bilmədiyindən oğurluq hadisəsinin “X6” MMC-nin ofisində baş verdiyini bildirmişdir. “X6” MMC-nin ofisi onun fiziki şəxs kimi qeydiyyatdan keçdiyi zamana qədər oğurluq hadisəsi baş vermiş ünvanda fəaliyyət göstərmiş, MMC ləğv olunduqdan və o, fiziki şəxs kimi qeydiyyatdan keçdikdən sonra obyektin sahibi ilə yenidən icarə müqaviləsi bağlayaraq həmin ünvanda fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Oğurluq hadisəsi baş verən zaman o, fiziki şəxs olmuş, maddi ziyan ona dəymiş və oğurlanmış əmlak onun özünə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın qaytarıldığını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Toyota Prius markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.Həmin avtomobili icarəyə verərək gəlir əldə edir.Bununla bağlı internet saytlarında elanlar yerləşdirmişdir.Bu səbəbdən Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb avtomobili icarəyə götürmək istədiyini demişdir.Bundan sonra o, Vüsalı Nərimanov rayonunda yerləşən Qaya çay evinə dəvət etmişdir. Vüsalın sürücülük vəsiqəsinin olduğunu gördükdən sonra sonuncuya avtomobili idarə etməsi məqsədilə etibarnamə vermişdir. Razılığa əsasən Vüsal gündəlik olaraq 30 manat ona pul ödəməli olmuşdur.Vüsal bir müddət avtomobili idarə etdikdən sonra icarə və cərimələrlə bağlı 500 manata qədər borcu yaranmışdır. Bir gün Vüsal onunla əlaqə saxlayıb sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğunu dedikdə o, avtomobili təhvil verməsini Vüsaldan tələb etmişdir. Bundan sonra Vüsaldan avtomobilini təhvil almışdır. Vüsal həmin zaman borcunu yaxın müddətdə tam qaydada ödəyəcəyini demişdir. Buna baxmayaraq Vüsal ilə əlaqə saxlayıb bir neçə gün keçməsinə baxmayaraq heç bir ödəniş etmədiyini dedikdə sonuncu, narahat olmamağını və yaxın zamanda geri qaytaracığını demişdir. xx.xx.2023-cü il tarixdə Vüsal onunla əlaqə saxlayıb borcunun qarşılığında kondisioner verə biləcəyini dedikdə o, razılaşmayıb pulunu tələb etmişdir. Lakin Vüsal evi üçün kondisioner aldığını, əlində nağd pulunun olmadığını, ailə üzvlərinin həmin kondisioneri bəyənməyərək yenisini aldığını və özünün kondisioner aldığı yerdən təqdim olunmuş sənədləri itirdiyindən geri qaytara bilmədiyini, bu səbəbdən yeni vəziyyətdə kondisioneri borc qarşılığında ona verə biləcəyini demişdir.Bu zaman o, Vüsaldan pulunu almaqda çətinlik çəkəcəyini görüb razılaşmış və Vüsalı yenidən Nərimanov rayonunda yerləşən Qaya çay evinə dəvət etmişdir. Vüsal həmin ünvana onun markasını və qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə gəlmişdir. Həmin zaman Vüsal 2 qutudan bir komplekt kondisineri təqdim edib yenidən həmin kondisioneri öz yaşadığı ev üçün aldığını, lakin ailə üzvlərinin kondisionerin rəngini və formasını bəyənmədiyindən geri qaytarmaq istədiyini, sənədləri itirdiyi üçün aldığı dükan tərəfindən kondisionerin qəbul olunmadığını demişdir. O, Vüsaldan kondisoneri təhvil götürməkdə tərəddüd etsə də Vüsal and içərək narahat olmamağını, problem yaranmayacağını və inanmayacağı təqdirdə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edə biləcəyini ona demişdir. Bundan sonra o, Vüsala inansa da hər ehtimal sonuncudan kağız parçasında qeyd etdiklərini yazmasını istəmişdir. Bundan sonra Vüsal ona heç bir etiraz etmədən “ işlədiyim müddətdə gündəlik və cərimə borclarım yarandığı üçün əvəzinə mənə məxsus evimin təmiri üçün nəzərdə tutulan AUX markalı kondisioneri Şahid1 təhvil vermişəm” sözlərini qeyd edərək şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə təhvil vermişdir. O da həmin kondisioneri yaşadığı ünvana aparmışdır. xx.xx.2023-cü il tarixdə ona zəng edərək adını Elçin, özünü isə Vüsalın qardaşı kimi təqdim edən şəxs Vüsalın ona verdiyi kondisionerin oğurluq olduğunu dedikdə o, inanmayıb Vüsalın belə bildirmədiyini demişdir. Daha sonra Elçin görüşmək istədiyini dedikdə o, Elçini Qaya çay evinə dəvət edib kondisioneri də həmin yerə aparmışdır. Elçin özünün də xəbəri olmadan qardaşının belə bir hərəkət etdiyini, kondisioneri sahibinə təhvil verməli olduğunu deyərək Vüsalın borcunu bağlayacağına dair kağız parçasında qeydlər aparıb ona vermiş və kondisioneri ondan təhvil alaraq aparmışdır. Bir neçə gün sonra polis bölməsindən ona zəng edilmişdir. Bunun əsasında PB-nə gedərək hadisə barəsində izahat vermişdir. Hadisədən sonra Elçin qardaşının ona olan borcunun 300 manat hissəsini geri ödəmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə tanışlığı sonuncunun ona məxsus avtomobili icarəyə götürdükdən sonra yaranmışdır. Təqsirləndirilən şəxs ona satdığı kondisionerin oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Vüsaldan dəfələrlə maraqlandıqda Vüsal bunu and içərək kondisioneri nağd formada Kontakt Home mağazasından aldığını, ehtiyac duymadığı üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmin kondisionerin yeni vəziyyətdə qutuda olması səbəbindən özü də kondisionerin oğurluq olduğunu güman etməmişdir. Sadəcə olaraq gələcəkdə problemlə üzləşməmək üçün Vüsaldan dəfələrlə soruşmuş və Vüsaldan bununla bağlı sənədinin surətini tələb etmişdir. Vüsal da onu arxeyn edərək şəxsiyyət vəsiqəsinin sənədinin surətini heç bir etiraz etmədən təqdim etmişdir. Həmçinin kağız parçasında qeydlər edərək kondisionerin özünə aid olduğunu təstiq etmişdir. Həmin kağız parçasını da izahatına əlavə etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, əvvəllər Bakı şəhəri Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzində məişət elektronikası məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur.Pandemiya ilə bağlı işləri qaydasında olmadığından dükanı bağlayaraq fərdi qaydada onlayn üsulla işini davam etdirmişdir.Belə ki, Sədərək ticarət mərkəzində satılan elektronika məhsullarının şəkillərini çəkərək dəyərindən bir qədər baha qiymətə internet saytlarında elanlar yerləşdirərək müştəri tapmış və maraqlanan şəxslərə həmin məhsulu bazar dəyərindən bir qədər baha satıb gəlir əldə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında bir nəfər tanımadığı şəxs onunla telefon əlaqəsi yaradaraq 2 ədəd yeni Aux markalı kondisioner satdığını və onun ala biləcəyini soruşmuşdur.Həmin zaman kondisionerlərin vəziyyəti, ölçü parametrləri, hardan əldə etməsi və hansı səbəbdən satması barədə maraqlandıqdan sonra sənədlərin qaydasında olacağı təqdirdə həmin kondisionerlərin hər birini 500 manat müqabilində ala biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həmin şəxs yenidən onunla əlaqə saxlayıb kondisionerləri təhvil vermək istədiyini demişdir. Bu səbəbdən o, yaşadığı ünvanı bildirərək kondisionerləri oraya gətirməsini demişdir.Təxminən 1 saat sonra həmin şəxs **-RE-*** dövlət qeydiyyat nişanlı Mercedes E clas markalı avtomobil ilə onun olduğuğu yerə gəlmişdir.Həmin zaman ön tərəfdə əyləşmiş sərnişin maşından düşərək onunla görüşərək adının Vüsal olduğunu və dediyi kondisionerləri gətirdiyini demişdir.Daha sonra həmin şəxs avtomobildə olan kondisonerləri yerə qoyduqda o, kondisionerlərin yeni vəziyyətdə qutuda olduğunu və üzərində fərqlənmə nişanının olduğunu görüb istifadə olunmadığına əmin olmuşdur.Vüsaldan kondisionerləri hardan alması ilə maraqlandıqda sonuncu, Bakı şəhərində yerləşən elektronika məhsulları satılan dükanlardan birindən kondisioneri bir müddət əvvəl aldığını, evinə quraşdırmaq istəsə də ailə üzvləri bəyənmədiyindən kondisionerləri başqası ilə əvəz etdiyini və buna görə də kondisionerləri satmaq istədiyini demişdir. O, Vüsaldan aldığı yer ilə bağlı sənəd tələb etdikdə Vüsal kondisioneri alan zaman təqdim olunmuş qaimə və sənədləri evdə haraya qoyduğunu unutduğunu, axtarsa da tapa bilmədiyini, lakin özünün şəxsiyyət vəsiqəsini təqdim edə biləcəyini demişdir. Vüsal həmin zaman and içərək kondisionerləri öz pulu ilə aldığını deyərək onu inandırmışdır. Bu zaman O, Vüsalın şəxsiyyət vəsiqəsinin surətini təhvil almışdır. Daha sonra Vüsal sözü gedən 4 ədəd qutudan ibarət 2 komplekt Aux markalı 35 kvadrat metr həcmdə olan kondisioneri ona məxsus Kia Ceed markalı, **-SD- *** markal avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra o, Vüsala ümumilikdə 1000 manat pul vermişdir.Bundan sonra Vüsal oraya gəldiyi avtomobillə çıxıb getmişdir. O, aldığı kondisionerləri satmaq niyyəti ilə tap.az internet saytında elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlayan şəxs yerləşdirdiyi elan üzrə nömrəni elandan əldə etdiyini və kondisoneri almaq üçün onunla əlaqə saxladığını dedikdə o, Sədərək ticarət mərkəzində olduğunu həmin şəxsə bildirmişdir. Bir qədər sonra Ticarət Mərkəzində həmin şəxslə görüşdükdə sonuncu, kondisionerə baxaraq bəyəndiyindən 1 ədəd kondisioneri 750 manat qarşılığında ondan almışdır. Digər kondisioneri isə satmaq niyyəti ilə öz avtomobilinin yük yerində saxlamışdır. Lakin xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlayaraq adının Elçin, özünün isə ona kondisioner satan Vüsalın qardaşı olduğunu deyən şəxs Vüsalın ona satdığı kondisionerlərin oğurluq olduğunu, həmin kondisionerləri sahibinə geri qaytarmaq üçün ondan geri götürmək istədiyini demişdir. Həmin zaman kondisionerin bir ədədini tanımadığı müştəriyə satdığını, digərinin isə halhazırda özündə olduğunu demişdir. Bundan sonra mən həmin şəxsi Sədərək ticarət mərkəzinə dəvət etmişdir. Elçin adlı şəxslə Ticarət mərkəzinin çıxışında görüşərək Vüsalın təqdim etdiyi kondisioneri Elçinə geri qaytarmış və Vüsala verdiyi 500 manat pulu da sonuncudan təhvil almışdır. Bir neçə gün sonra isə polis əməkdaşları onunla əlaqə saxlayb onu polis bölməsinə dəvət etmişdir. Polis Bölməsində hadisə üzrə izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Özü Ucar rayonundandır və bütün qohumları həmin rayonda yaşayır. Mütəmadi olaraq Ucar rayonuna gedərək qohumlarına baş çəkir və qohumları ilə dəfələrlə Ucar rayonunda yerləşən kafe restoranlarda əyləşmişdir. Vüsalın həmin restoranlardan hansında ofisiant kimi çalışdığını xatırlamır və Vüsalla tanışlığı yoxdur. Təqsirləndirilən şəxs ona satdığı kondisionerlərin oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Vüsaldan dəfələrlə maraqlandıqda Vüsal bunu inkar edərək and içərək kondisionerləri nağd formada aldığını, ehtiyac duymadığı üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmin kondisionerlərin yeni vəziyyətdə qutuda olması səbəbindən özü də kondisionerlərin oğurluq olduğunu güman etməmişdir. Sadəcə olaraq gələcəkdə problemlə üzləşməmək üçün Vüsaldan dəfələrlə soruşmuş və Vüsaldan bununla bağlı sənədinin surətini tələb etmişdir. Vüsal da onu arxeyn edərək sənədinin surətini heç bir etiraz etmədən təqdim etmişdir. Vüsalın şəxsiyyət vəsiqəsinin surəti ilə kondisionerləri təhvil almışdır. Vüsal kondisionerləri alan zaman təqdim olunmuş sənədləri itirdiyini deyərək ona təqdim etməmişdir. Vüsalın ona kondisioneri satan zaman kondisionerləri gətirdiyi avtomobilin sürücüsü avtomobildən aşağı enməmiş və onunla, eləcə də Vüsalla heç bir söhbət etməmiş, alqı-satqıya müdaxilə etməmişdir. Həmin sürücünü tanımır və anket məlumatlarını bilmir. Təqsirləndirilən şəxs aldığı kondisoneri özünün satdığı şəxsi tanımır və anket məlumatlarını bilmir. Eləcə də həmin şəxsin mobil nömrəsini xatırlamır. Həmin şəxs Tap.az internet saytında yerləşdirdiyi elan üzrə onunla əlaqə saxlamış və Sədərək ticarət mərkəzinə gələrək kondisioneri ondan 750 manata almışdır. Alqı-satqı zamanı həmin şəxsə heç bir sənəd təqdim etməmiş və həmin şəxsdən də heç bir sənəd tələb etməmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, **-RE-*** dövlət qeydiyyat nişanlı Mercedes E clas markalı avtomobili baş etibarnamə əsasında idarə edir. Həmin avtomobili hadisə baş verməmişdən təxminən 10 gün öncə almışdır. Həmin zamandan avtomobili ilə fərdi qaydada sərnişin daşınması ilə məşğul olur. Təqsirləndirilən şəxs 4-5 il ildir tanıyır. Belə ki, Vüsal 4-5 il bundan öncə Ucar rayonunda yerləşən Murad ailəvi istirahət mərkəzində ofisiant kimi çalışmışdır.Vüsalla tanışlığı bu formada yaranmışdır.Əvvəllər həmin restorana müştəri qismində gedən zaman Vüsalın mobil nörməsi ilə əlaqə saxlayıb öncədən sifarişlər verdiyindən mobil nömrəsi Vüsalda olmuşdur.xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə müştəri aparmalı olmuş və avtomobilində bir nəfər üçün boş yer olduğundan Whatsapp sosial şəbəkəsində müştəri qismində gedə biləcək şəxsin onunla əlaqə saxlaması məzmununda status paylaşmışdır. Bundan sonra Vüsal ona mesaj yazaraq avtomobilində müştəri qismində Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Bundan sonra aralarında razılıq əldə olunmuş və xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Alpı kəndində dayanacaqdan Vüsalı götürmüşdür. Həmin zaman avtomobilində 3 nəfər də başqa sərnişin olmuşdur. Təxminən 2 saat sonra Xırdalan şəhərində avtomobilində olan müştərilər aşağı endikdə Vüsal ilk öncə Lökbatan dairəsində aşağı enəcəyini bildirmişdir. Lökbatan dairəsinə çatdıqda isə Vüsal qaldığı ünvanda özünə məxsus kondisioner olduğunu, həmin kondisioneri bir nəfər şəxslə Bakı şəhərində görüşərək təhvil verəcəyini və bundan sonra birlikdə onunla Ucar rayonuna qayıdacağını bildirmişdir. Bundan sonra Vüsal onu tanımadığı ünvana aparmışdır. Vüsal avtomobilindən aşağı enən zaman evə qalxıb kondisioneri aşağı düşürdüəcəyini və onunla əlaqə saxladıqda avtomobilini izah etdiyi yerə sürməyini ona bildirmişdir. Təxminən 15-20 dəqiqə onra Vüsal onunla əlaqə saxlayıb gəlməyini tələb etmişdir. O, avtomobili ilə Vüsalın izah etdiyi yerə yaxınlaşmışdır. Həmin zaman yerdə 4 ədəd qutudan ibarət 2 ədəd kondisioner dəstinin olduğunu görmüşdür. Vüsal qutulardan 2-sini yük yerinə, qalan 2 qutunu isə salona qoymuşdur. Qutuları salona yükləyən zaman oturacaqlara ziyan vurulacağını zənn edib bunun qarşısını almaq məqsədilə Vüsala köməklik etmişdir. Vüsal 1-ci mərtəbədə yerləşən obyektin qapısını və jalüzünü bağlayaraq yaxınlıqda yerləşən digər ofisə daxil olmuş və sonradan həmin ofisin qapı və jalüzünü bağlayaraq avtomobilinə əyləşmişdir. Həmin zaman Vüsaldan kondisionerləri yaşadığı evdən aşağı düşürəcəyini bildirsə də hansı səbəbdən obyektdən çıxartdığını soruşduqda Vüsal sexin dostuna məxsus olduğunu və açarları da dostunun təhvil verdiyi bildirmişdir. Bundan sonra onlar birlikdə Nərimanov rayonuna getmişlər. Tanımadığı ünvanda avtomobilini saxladıqda Vüsal aşağı enərək bir nəfər şəxslə söhbət etmiş və bir qədər sonra Vüsalın söhbət etdiyi şəxs qeydiyyat nişanını xatırlamadığı avtomobilə kondisionerləri yükləyərək aparmışdır. Həmin şəxsin kim olması və Vüsala pul verib-verməməsi barədə məlumatı yoxdur. Bundan sonra o, Vüsalla Ucar rayonuna geri qayıtmış və həmin ünvanda Vüsal avtomobilindən enərək ona ümumilikdə gediş haqqı kimi 50 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Vüsalın onun avtomobiliə yükləyərək başqa şəxsə təhvil verdiyi kondisionerlər oğurluq yolu ilə əldə edilmiş əşyalardır. Siz Təqsirləndirilən şəxs 4-5 ildir tanıyır. Kondisionerlərin oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır.Vüsal hərbi xidmətini başa vurduqdan sonra qeydiyyatda olduqları Ucar rayonuna geri qayıtmış, lakin maddi durumu aşağı olduğundan Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Vüsal Şahid1 məxsus avtomobili gündəlik icarəyə götürərək taksi fəaliyəti ilə məşğul olmuş və həmin müddətdə əsgər yoldaşı Zərərçəkmiş şəxs çalışdığı ofisdə gecələmişdir. xx.xx.2023-cü il tarixdə valideynləri onunla əlaqə saxlayıb Vüsalın oğurluq etdiyini bildirmişlər. O, hadisədən məlumatsız olduğundan 7-ci PB-nə müraciət edərək məlumat almışdır. Həmin zaman Vüsalın Səhraba məxsus ofisdən 3 ədəd kondisioneri oğurladığı məlum olmuşdur. Bundan sonra Vüsalla əlaqə saxladıqda Vüsal hadisəni törətdiyini etiraf edib kondisionerlərin 1 ədədini Şahid1 borc qarşılığında verdiyini, 2 ədədini isə Şahid2 satdığını bildirmişdir. Bundan sonra Nicatı müəyyən edərək görüşüb 300 manat pul verərək kondisioneri təhvil almışdır. Daha sonra Rəmzinin mobil nömrəsini əldə edib əlaqə saxlamışdır. Həmin zaman Rəmzi ilə Sədərək ticarət Mərkəzində görüşmüşdr. Rəmzi kondisionerin bir ədədini tanımadığlı müştəriyə satdığını, digərinin isə özündə olduğunu dedikdə o, Rəmziyə 500 manat pul verərək kondisioneri təhvil götürüb PB-nə yaxınlaşaraq kondisionerləri təhvil vermişdir. Qalan 3-cü kondisineri isə eyni forma və ölçüdə Bakı şəhərində yerləşən ticarət mərkəzindən alaraq Ozala təhvil vermişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyindən məlumatı olmamışdır. Valideynləri Vüsalı polislərin axtardığını dedikləri zaman məlumatı olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər heç bir oğurluq etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7076 saylı ekspert rəiynə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim 01 ədəd “Aux” markalı, ASW-H09A4/HERB1 modelli 35 m2-lik və 01 ədəd “Aux” markalı, ASW-H09A4/HER1 modelli 70 m2-lik kondisionerlər orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2900.00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş maddi zərərin qaytarılımasın, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini və himayəsində 2 (iki) uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş maddi zərərin qaytarılımasın, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini və himayəsində 2 (iki) uşağının olmasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, himayəsində 2 (iki) uşağı vardır, əvvəllər məhkum olunmamışdır və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il saat 20:45 tarixdən 21 avqust 2023cü il saat 12.40 tarixədək həbsdə olduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nicat Həsənlinin 19 avqust 2023cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə saat 20.45-də tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-895/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, müstəntiq Nicat Həsənlinin təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə vəsatət rədd edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat Həsənli tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polis nəzarəti altına vermə haqqında» qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, 21 avqust 2023-cü il tarixdə saat 12.40-də buraxılmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Ucar rayonu, Alpı kəndi, fərdi evdə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Ucar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut – 01 ədəd “Aux” markalı, ASW-H09A4/HERB1 modelli 35 m2-lik və 01 ədəd “Aux” markalı, ASW-H09A4/HER1 modelli 70 m2-lik kondisionerlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Ucar rayonu, Alpı kəndi, fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Ucar rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “Aux” markalı, ASW-H09A4/HERB1 modelli 35 m2-lik və 01 ədəd “Aux” markalı, ASW-H09A4/HER1 modelli 70 m2-lik kondisionerlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-166/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-166/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver