Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-166/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 küçəsi, fərdi ev ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024- cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 küçəsi 2 ev 72 ünvanında yerləşən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan dəyəri 60 manat təşkil edən 01 ədəd üzərində tünd göy rəngli qızılı rəngli naxışlar olan güldanı, 1 ədədinin dəyəri 10 manat olmaqla cəmi 3 ədəd 30 manat dəyərində gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosu, 1 ədədinin dəyəri 25 manat olmaqla cəmi 2 ədəd 50 manat dəyərində şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosu, 1 ədədinin dəyəri 2 manat olmaqla cəmi 5 ədəd 10 manat dəyərində taxta tutacaqlı mətbəx bıçağı, 1 ədədinin dəyəri 1 manat olmaqla cəmi 4 ədəd 4 manat dəyərində taxta tutacaqlı mətbəx çəngəli və dəyəri 200 manat təşkil edən 1 ədəd xalçanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 354 (üç yüz əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır, ona qarşı hər hansı bir hədə-qorxu olmamışdır. Hadisə vaxtı işləmədiyi üçün məcbur qalaraq oğurluq etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək məqsədilə qonşuluqda olan Zərərçəkmiş şəxs məxsus ünvan 2 küçəsi ünvanında yerləşən evinə daxil olmaq üçün dəmir darvazaya çıxıb evin həyət hissəsinə keçmiş, evin qapısının açıq olmasını görüb evə daxil olmuşdur. Evdən 01 ədəd üzərində tünd göy rəngli qızılı rəngli naxışlar olan güldanı, 3 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosu, 2 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosu, 5 ədəd taxta tutacaqlı mətbəx bıçağı, 4 ədəd 4 manat taxta tutacaqlı mətbəx çəngəli və 1 ədəd xalçanı oğurlamışdır. Həmin əşyaları götürüb öz yaşadığı evə aparmış, daha sonra isə polis əməkdaşları tərəfindən saxlanmışdır. Evdən oğurladığı əşyaların hamısını Zərərçəkmiş şəxs geri qaytarmış, zərərçəkmiş şəxs onunla barışmış, zərəçəkmiş çəxsin hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, himayəsində 5 azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 1 radələrində ona məxsus ünvan 2 küçəsində yerləşən evinə daxil olaraq evdən xalça, bogema güldan, podnos və digər əşyalar oğurlamışdır. Səhər saatlarında mühafizəçi ona zəng edərək evdən oğurluq edildiyini bildirdiyi üçün o da 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və ərizə təqdim etmişdir. Polis əməkdaşları gələrək evin şəkillərini çəkmişdir. Təxminən bir həftə keçdikdən sonra 40-cı Polis Bölməsinin əməkdaşı tərəfindən ona xalçanın, güldanın və digər əşyaların şəkilləri göndərilmiş, o da həmin əşyaların ona məxsus olmasını təsdiq edərək yenidən polis bölməsinə getmişdir. İlkin şikayət ərizəsində oğurlanmış əşyaların dəyərini 720,00 manat olaraq göstərmişdir. Lakin ekspert rəyi ilə həmin əşyaların dəyəri 354,00 manat müəyyən edilmiş və o da həmin qiymətlə razılaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən onun evindən götürülmüş bütün əşyalar ona geri qaytarılaraq dəymiş ziyan tam ödənildiyindən Zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ilə barışması və şikayət və tələbinin olmaması barədə ərizəni hazırda məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 2 küçəsi 2 ev 72 ünvanıdır. Baxış zamanı hadisə yerindən heç bir maddi sübut aşkar olunmamışdır. Hadisə yerinin fotoşəkilləri protokola əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaları könüllü şəkildə təqdim etmişdir. 1xx.xx.2024-cü il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 küçəsi 2 ev 72 ünvanında yerləşən həyət evindən oğurlayaraq yaşadığı ünvan 2 küçəsi, fərdi evdə gizlətdiyi 01 ədəd tünd göy rəngli üzərində qızılı rəngli naxışlar olan güldanı, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosu, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosu, 05 ədəd taxta tutacaqlı mətbəx bıçağını, 04 ədəd taxta tutacaqlı mətbəx çəngəlini və 01 ədəd xalça maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 küçəsi 2 ev 72 ünvanında yerləşən həyət evindən oğurluq etməsini bildirərək törətdiyi əməli etiraf etmiş və ifadəsini imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş foto-şəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 küçəsi 2 ev 72 ünvanında yerləşən həyət evindən oğurluq etməsini bildirərək törətdiyi əməli etiraf etmiş və ifadəsini imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmməsi və onun saxlanıldığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 01 ədəd tünd göy rəngli üzərində qızılı rəngli naxışlar olan güldan, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnos, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnos, 05 ədəd taxta tutacaqli mətbəx bıçaığı, 04 ədəd taxta tutacaqlı mətbəx çəngəli və 01 ədəd xalça maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4588 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 34 manat müəyyən olunur. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra cəzası 6 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatdığına görə cəzadan azad edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6510 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd üzərində tünd göy rəngli qızılı rəngli naxışlar olan güldanım ümumi dəyəri 60(altmış) manatdır, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosunun bir ədədinin qiyməti 10(on) manat olmaqla ümumi dəyəri 30 manatdır, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosunun bir ədədinin qiyməti 25(iyirmi beş) manat olmaqla ümumi dəyəri 50 manatdır, 05 ədəd taxta tutacaqll mətbəx bıçağının bir ədədinin qiyməti 2(iki) manat olmaqla ümumi dəyəri 10 manatdır, 04 ədəd taxta tutacaqll mətbəx çəngəlinin bir ədədinin qiyməti l(bir) manat olmaqla ümumi dəyəri 4(dörd) manatdır, 01 ədəd 200x290 ölçüdə xalçanın ümumi dəyəri 200 manatdır, hamısının ümumillikdə dəyəri 354 (üç yüz əlli dörd) manatdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, 01 ədəd tünd göy rəngli üzərində qızılı rəngli naxışlar olan güldanın, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosların, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosların, 05 ədəd taxta tutacaqlı mətbəx bıçağının, 04 ədəd taxta tutacaqll mətbəx çəngəllərinin və 01 ədəd xalçanın maddi sübut kimi tanınması nəzərə alınmış, dəymiş maddi ziyan 354 manat hesab edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd tünd göy rəngli üzərində qızılı rəngli naxışlar olan güldanı, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosları, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosları, 05 ədəd taxta tutacaqlı mətbəx bıçağını, 04 ədəd taxta tutacaqlı mətbəx çəngəllərini və 01 ədəd xalçanı təhvil almışdır. Elektron Məhkəmə İnfformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 adlı 5 azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndində göstərilmişdir ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, (CMnin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini (CM-59.1.13), himayəsində 5 azyaşlı övladının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamış, gizli olaraq taladığı əşyaları istintaq orqanına təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu cəzadan xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunnuşdur. Qeyd edilən həmin əmələ görə onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsinə əsasən ödənildiyindən (iki il müddət keçdiyindən) CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu cəzadan xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunnuşdur. Qeyd edilən həmin əmələ görə də onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən (iki il müddət keçdiyindən) CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş olduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutların qanuni sahibinə qaytarılması nəzərə alınmalı və məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 100 (yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 küçəsi, fərdi ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 00:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs na göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə ünvan 2 küçəsi ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd tünd göy rəngli üzərində qızılı rəngli naxışlar olan güldanın, 03 ədəd gümüşü və qızılı rənglərin qarışığı olan dəst podnosların, 02 ədəd şüşə qızılı və ağ rənglərin qarışığı olan podnosların, 05 ədəd taxta tutacaqlı mətbəx bıçağının, 04 ədəd taxta tutacaqll mətbəx çəngəllərinin və 01 ədəd xalçanın qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-166/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-166/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver