Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-167/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Kürdəmir şəhəri, Atakişi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxx 2017-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib oğlu Nurəddin Əhmədovu “Bədən Tərbiyə və İdman” Akademiyasına tələbə kimi qəbul edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Nurəddin Əhmədovun vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan metronun “Əhmədli” stansiyasının yaxınlığında Məhəmməd Hadi küçəsində yerləşən “New York” mağazasının yanında 1500 manat və xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında X22 küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində 500 manatı alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu Bakı şəhərində orta məktəblərin birinə Riyaziyyat müəlliməsi kimi işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 6 saylı ünvanda yerləşən 40 saylı Notariat kontorunda kredit müqaviləsi bağladıqdan sonra 8500 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 8500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Bakı şəhərində orta məktəblərin birinə Hərbi müəllimi kimi işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən “Nargilə” kafesinin qarşısında 2500 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2500 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu Abşeron rayonu, Masazır qəsəbəsində 33 nömrəli orta məktəbdə İbtidai sinif müəlliməsi kimi işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Neapol” dairəsində 4000 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 4000 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib iki övladını Bakı şəhərində orta məktəblərin birində müəllim kimi işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İİ Mədən, korpus 93-də yerləşən 205 saylı tam orta məktəbin qarşısında 14000 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 14000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildə tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1la söhbət əsnasında sonuncu ondan oğlu Nurəddin Əhmədovun “Bədən Tərbiyəsi və İdman” Akademiyasına daxil olmaq üçün qabiliyyət imtahandan keçməsinə kömək etməyi xahiş etmişdir. O, 5000 manat müqabilində bu işi həll edə biləcəyini Zərərçəkmiş şəxs1 demişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlayıb, ilkin olaraq 3000 manat pul verə biləcəyini, qalan pulu isə oğlu universitetə daxil olduqdan sonra verəcəyini demişdir. O, da Zərərçəkmiş şəxs1 bu təklifi ilə razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb oğlu ilə 1500 manat pul göndərəcəyini ona demişdir. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan metronun “Əhmədli” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 oğlu ilə görüşüb 1500 manat pulu ondan almışdır. xx xxxxxxx 2017-ci ildə Zərərçəkmiş şəxs1 ona zəng edərək 500 manat pul hazırladığını və həmin pulu da oğlu Nurəddinlə göndərəcəyini ona demişdir. xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında X22 küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində Zərərçəkmiş şəxs1 oğlu ilə görüşüb ondan 500 manatı almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb narahat olmamasını və işi həll edəcəyini demişdir. O, bundan sonra tanışları vasitəsi ilə bu işi həll etmək istəsə də, bu mümkün olmamış və Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb işi həll edə bilməyəcəyini, qısa müddət ərzində pulu qaytaracağını demişdir. Lakin həmin pulu şəxsi ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. 2017-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, nömrəsini rəfiqəsindən aldığını, orta məktəbdə dərnək müəllimi işləməsin deyib, həmin məktəbə riyaziyyat müəllimi keçməsinə köməklik etməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 bu işi həll edə bilcəyini deyib sonuncudan 8500 manat pul istəmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb pulun hazır olduğunu, lakin notarial qaydada vermək istədiyini ona demiş və o, da bu təkliflə razılaşmışdır. xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 və onun əri ilə görüşüb Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 6 saylı ünvanda yerləşən 40 saylı Notariat kontoruna gedərək orada kredit müqaviləsi bağlamışalr və bundan sonra o, Zərərçəkmiş şəxs2 8500 manat pulu almışdır. Həmin zaman Zərərçəkmiş şəxs2 ona şəxsiyyət vəsiqəsinin, diplomunun və digər sənədlərin surətini ona vermiş və o, sonuncuya narahat olmamağı, qısa müddət ərzində işi həll edəcəyini demişdir. O, tanışları ilə Zərərçəkmiş şəxs2 işə düzəlməsi ilə əlaqədar məsləhətləşmiş və ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 diplomunda “müəllim” sözü yazılmayıb və onun müəllim kimi işə götürülməsi mümkün deyildir. Bundan sonra o, bu barədə Zərərçəkmiş şəxs2 məlumat verib qısa müddətdə pulu qaytaracağını demişdir. Lakin, pulu şəxsi ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 və digərləri ondan polis orqanlarına şikayət etmiş və barəsində cinayət işi istintaq olunan zaman sonuncuya dəymiş zərəri tam şəkildə ödəmişdir. 2018-ci ilin fevral ayında tanışı Dilşadın vasitəsi ilə Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və söhbət əsnasında sonuncu ona orta məktəblərin birinə hərbi müəllim kimi işə düzəlmək istədiyini deyib, bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3la 2500 manat razılaşmış və demişdir ki, köməklik edə bilər. xx xxxxxx 2018-ci il tarixdə Xətai rayonu, Zığ şossesində yerləşən “Nargilə” kafesinin qarşısında o, Zərərçəkmiş şəxs3la görüşmüş və sonuncu ona 2500 manat pul və sənədlərinin surətini vermişdir. O, Zərərçəkmiş şəxs3la heç bir köməkil edə bilməmiş və sonuncudan aldığı pulu da, şəxsi ehtiyaclarına xərcləmişdir. Barəsində cinayət işi istintaq olunan zaman o, Zərərçəkmiş şəxs3la dəymiş zərəri ödəmişdir. 2018-ci ilin sentyabr ortalarında tanışının vasitəsi ilə Zərərçəkmiş şəxs4 ilə tanış olmuş və söhbət əsnasında Zərərçəkmiş şəxs4 ona ibtidai sinif müəllimi kimi işə düzəlmək istədiyini deyib bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs4 bu işdə köməkli edə biləcəyini deyib, həmin işi 5000 manata pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 onunla söhbət edib 4000 manata razılaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs4 onu Abşeron rayonu 33 saylı məktəbə müəllim kimi düzəldəyəcəyini demişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə Bakı şəhəri, Xətai rayonunda olan “Neapol” dairəsində görüşmüş və sonuncu ona 4000 manat pul vermişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs4 işinin düzəlmdəyini, qısa müddətdə pulunu qaytaracağını demişdir. Barəsində cinayət işi istintaq olunan zaman o, Zərərçəkmiş şəxs4 dəymiş zərəri ödəmişdir. Bundan başqa 2018-ci il sentyabr ayında o, tanışı Pərvanənin vasitəsi ilə Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 ilə söhbət əsnasında sonuncu Arzu Hüseynə övladlarını məktəbə işə düzəltmək üçün 10000 manat pul verdiyini, lakin hələ də bu işin öz həllini tapmadığını demişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək Arzu Hüseyndən pulunu geri aldığını deyib bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs5 uşaqlarını məktəbə iş düzəltmək üçün 14000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs5 onun təklifi ilə razılaşmış və sonuncu ilə xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İİ Mədən, korpus 93-də yerləşən 205 saylı tam orta məktəbin qarşısında görüşüb Zərərçəkmiş şəxs5 14000 manat pulu almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs5 uşaqlarını məktəbə işə düzəldə bilməmiş, sonuncuya hissəhissə olmaqla 7000 manat pulu Arzu Hüseyn vasitəsi ilə qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tamamilə ödəmiş, digər Zərərçəkmiş şəxs5 isə dəymiş 14000 manat ziyandan 8500 manatını ödəmiş, qalan borcunu isə gələcəkdə ödəyəcəyi barədə sonuncu ilə razılığa gəlmişdir. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən qeyd olunaların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Nurəddin 2017-ci ildə orta məktəbi bitirdiyi üçün onu “Bədən Tərbiyə və İdman” Akademiyasına tələbə kimi düzəltmək qərarına gəlmişdir. Bununla bağlı o, Ramin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, 2017-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs ilə görüşmüşdür Görüş əsnasında Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edib bu işdə köməklik edəcəyini vəd edərək ondan 5000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs 5000 manat pulunun olmadığını deyərək yaşadığı kəndə geri qayıtmışdır. Bir neçə gündən sonra Xədicəyə zəng edərək ilkin olaraq 3000 manat məbləğində pul verə biləcəyini, qalan 2000 manatı isə iş düzələndən sonra verə biləcəyini demişdir. O, Xədicə ilə razılaşdıqdan sonra xx xxxxxx 2017-ci ildə oğlu Nurəddinin vasitəsi ilə Xədicəyə ilkin olaraq 1500 manat pul göndərmişdir. X15 rayonu, Əhmədli qəsəbəsində metronun “Əhmədli” stansiyasının yaxınlığında Xədicə ilə görüşərək 1500 manat pulu vermişdir. Bundan sonra xx xxxxxxx 2017-ci ildə 500 manat pulu oğlu Nurəddinin vasitəsi ilə Xədicəyə göndərmişdir. Nurəddin 500 manat pulu Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin ikinci mərtəbəsində olan “Kababçı” restoranın qarşısında Xədicə ilə görüş vermişdir. Bundan sonra o, Xədicə ilə telefon vasitəsi ilə əlaqə saxlamış və qalan 1000 manat pulu nə vaxt verəcəyini soruşmuş, Xədicə isə ona gözləməsini demişdir. Bu minvalla 2018-ci ilin fevral ayının əvvəllərinə kimi Xədicə onu gözlətmişdir. 2018-ci ilin fevral ayında o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsa da, sonuncu zənglərə cavab verməmiş və onunla görüşməkdən yayınmışdır. Bundan sonra o, başa düşmüşdür ki, Xədicə onu aldadaraq 2000 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, bu barədə polis orqanlarına ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və sonuncu tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyul ayında “X12” imtahanında iştirak etmiş, lakin qəbul olunmamışdır. Bundan sonra xalası qızı Aygün Məmmədova vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu ilə telefonla əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin Baş X13 şöbəsində işlədiyini demişdir. Həmçinin Xədicə ilə danışan zaman özünü Xədicə İsmayılova kimi təqdim etmişdir. O, Xədicə ilə bir neçə dəfə danışdıqdan sonra sonuncu ona 8500 manata 3 ay müddətinə onu Bakı şəhərində yerləşən kolleclərin birində müəllimə vəzifəsinə işə qəbul etdirəcəyini demişdir. O, Xədicənin təklifi ilə razılaşmış, ancaq pulu Xədicəyə verməkdə tərəddüd edirmişdir. Söhbət əsnasında Xədicə ona lazımdırsa pulu notarial qaydada verə biləcəyini demiş, o da, sonuncunun bu təklifi ilə razılaşmışdır. xx xxxxxxx 2017-ci ildə əri Şahid1la birlikdə ünvan 3 saylı ünvanda yerləşən 40 saylı notarial kontorunun qarşısında Xədicə ilə görüşmüş və notarial qaydada kredit müqaviləsi bağlanan zaman müəyyən olmuşdur ki, sonuncu Xədicə İsmayılova yox, Təqsirləndirilən şəxsdır. O, bununla bağlı Xədicədən soruşmuş, Xədicə demişdir ki, İsmayılova onun qızlıq soyadıdır. Bundan sonra onunla Xədicə arasında kredit müqavilə bağlanmış və o, 40 saylı notariat kontorunda 8500 manat pulu Xədicəyə vermişdir. Xədicənin ona söz verdiyi müddət çatdıqda sonuncu ilə əlaqə saxlamış və Xədicə ona prosesin uzandığını demişdir. Həmçinin Xədicə ona kiredit müqaviləsinin müddətini uzatmağı təklif etmişdir. O da, bu təkliflə razılaşıb 40 saylı notarial kontorunda Xədicə ilə arasında olan kredit müqaviləsinin müddətinin uzadılmasına dair saziş imzalanmışdır. Sazişin müddəti bitdikdən sonrada Xədicə onu işə düzəltməmiş və müxtəlif bəhanələr gətirərək 8500 manat pulu geri qaytarmamışdır. Sonradan o, polis orqanlarına ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və sonuncu tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin yanvar ayında o, işdən azad olunduğu üçün özünə iş axtarmağa başlamışdır. Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “İnternat” məktəbində keçmiş iş yoldaşı Dilşad Muradov vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs ilə telefonla danışan zaman sonuncu özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmişdir. Söhbət əsnasında Xədicə ona Bakı şəhərində olan orta məktəblərin birinə 4000 manata hərbi müəllim kimi işə düzəldə biləcəyini demişdir. O, Xədicəyə demişdir ki, o qədər pulu yoxdur, cəmi 2500 manat pulu bankdan götürüb verə bilər. Xədicə onunla razılaşmış və o, xx xxxxxx 2018-ci ildə “Kapital” bankın Nərimanov rayon filialından 2500 manat kreditə götürmüş, xx xxxxxx 2018-ci ildə Xətai rayonu, Zığ şosesində yerləşən “Nargilə” kafesinin qarşısında işinin düzəlməsi üçün Xədicəyə 2500 manat pulu vermişdir. Xədicə pulu alıb ona söz vermişdir ki, bir həftəyə işi düzələcəkdir. Təxminən bir həftədən sonra Xədicə ona bildirmişdir ki, 300 saylı liseyin direktoru ilə danışıb razılamışdır ki, 2018-ci ilin may ayından etibarən əmri həmin məktəbə hərbi müəllim kimi veriləcəkdir. Xədicə ilə bu söhbətdən sonra özü həmin məktəbin direktoru İradə xanımın yanına gedərək Xədicə haqqında soruşmuş, İradə xanım demişdir ki, ümumiyyətlə Xədicə adlı qadın tanımır, ona kiminsə işinin düzəlməsi üçün müraciət etməmiş, həmin məktəbdə də vakant hərbi müəllim yeri yoxdur. Bundan sonra o, başa düşmüşdür ki, Xədicə onun aldadır və Xədicədən 2500 manat pulunu tələb etmişdir. Xədicə ona müxtəlif bəhanələr gətirib müddəti uzadaraq pulunu verməmişdir. Bundan sonra Xədicə barəsində Xətai Rayon Polis İdarəsinə şikayət edəndən sonra məlum olmuşdur ki, Xədicə dələduzluq yolu ilə ondan başqa bir çox şəxsi aldatmışdır. Təqsirləndirilən şəxs ilə barışmış və sonuncu tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 1997-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 205 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəlliməsi işləyir. Övladları Samirə Hüseynova və Nüşrəvan Qəhrəmanov ali təhsil almış, lakin iş tapa bilmədikləri üçün heç yerdə işləməmişlər. 2018ci ilin avqust ayının axırlarında o, 205 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Dilarə Quliyeva ilə söhbət əsnasında o, övladlarını məktəbə işə düzəltmək istədiyini sonuncuya demişdir. Dilarə Quliyeva ona Binəqədi rayonu ərazində yerləşən Ağdam rayon tam orta məktəbin direktoru Arzu Hüseynə bu barədə deyə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Dilarə Quliyeva onunla əlaqə saxlayıb, Arzu Hüseynlə danışdığını və 10000 manat müqabildə uşaqlarının iş məsələsini düzəldəycəyini demişdir. Bundan sonra o, Dilarə Quliyevaya 10000 manat pul vermiş və sonuncu həmin pulu aparıb Arzu Hüseynə verdiyini ona demişdir. Bundan sonra o, bir neçə dəfə Arzu Hüseynlə görüşüb uşaqlarının işi barəsində soruşmuş və sonuncu onu əmin etmişdir ki, narahat olmasın, işi həll edəcək. Bir müddət sonra o, başa düşmüşdür ki, Arzu Hüseyn tərəfindən iş həll olunmayacaqdır. Buna görə də, o, verdiyi pulu Arzu Hüseyndən tələb etməyə başlamışdır. Həmin zaman Arzu Hüseyn ona Təhsil Nazirliyində işləyən Günay Bayramova adlı tanışı olduğunu, sonuncunun onunla əlaqə saxlayacağını demişdir. 24-xx xxxxxxxx 2018-ci il tarixdə özünü Günay Bayramova kimi təqdim edən qadın ona zəng edib övladlarının işini özünün düzəldəcəyini bildirərək ondan 14000 manat pul istəmişdir. O, həmin zaman Günay Bayramovanın təklifi ilə razılaşmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Dilarə Quliyeva onunla 205 saylı tam orta məktəbdə görüşmüş və 10000 manat pulu ona verərək Arzu Hüseyn tərəfindən pulun göndərildiyini demişdir. Həmin gün o, Günay Bayramova ilə 205 saylı məktəbin yaxınlığında görüşüb sonuncuya 14000 manat pul vermişdir. Həmin zaman Günay İbrahimova ona narahat olmamasını, qısa müddət ərzində işi həll edəcəyini bildirmişdir. O, bu hadisədən sonra 3-4 gündən bir Günay İbrahimovaya zəng edib maraqlanmış və sonuncu hər dəfə bir bəhanə gətirib narahat olmamasını bildirmişdir. O, sonradan Günay İbrahimovanın əslində Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs pulunu tələb etmiş və sonuncu hissə-hissə olmaqla ümumilikdə ona 7000 manat pulu Arzu Hüseyn vasitəsi ilə qaytarmış və qalan pulu isə verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 14000 manat ziyandan 8500 manat ödəniş olunmuş, qalan 5500 manat pulu isə gələcəkdə ödəyəcəyinə dair söz vermişdir. Qalan pulun ödəniləcəyi təqdirdə Xədicədən heç bir şikayəti və tələbi olmayacaqdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmədə elan edilmiş ifadəsində görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 46, mənzil 20-də ailəsi ilə birlikdə yaşayır. 1992-ci ildən 2008-ci ilə kimi orta məktəblərdə ibtidai sinif müəlliməsi kimi işləmişdir. 2018-ci ilin sentyabr ayında qohumlarının vasitəsi ilə Təhsil Nazirliyinin işçisi kimi Təqsirləndirilən şəxs tanımışdır. Xədicə ilə aralarında danışıq zamanı ona demişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində bir neçə məcburi köçkün məktəbləri vardır və həmin məktəblərdə işləməyə müəllim ehtiyacdır. Xədicə ona Masazır qəsəbəsində 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və 33 nömrəli məcburi köçkün məktəblərində işləməyi təklif etmişdir. O, müəllim peşəsinə fasilə verdiyi üçün artıq işləmək qərarına gəlmişdir. O, Xədicə ilə bu işin düzəlməsi ilə bağlı söhbətlər aparanda Xədicə işinin düzəlməsi üçün 5000 manat pul lazım olmasını bildirmişdir. O, Xədicəyə 4000 manat pula gücünün çatmasını demişdir. Xədicə bildirmişdir ki, göstərilən 4000 manata 33 nömrəli məcburi köçkün məktəbində işə düzəldə bilər. xx xxxxxxxx 2018-ci ildə Xədicə onu 33 saylı orta məktəbə dəvət etmiş və ona demişdir ki, bu məktəbdə müəllimə kimi işləməyin üçün təqdimatı Təhsil Nazirliyinə göndərilibdir. Həmin vaxtı Xədicə ondan 4000 manatı ona verməyini bildirmiş və o, Xədicəyə pulu axşam çatdıracağını demişdir. Həmin günü yəni, xx xxxxxxxx 2018-ci ildə axşam saat 19 radələrində o, Xətai rayonu, “Neapol” dairəsində Xədicə ilə görüşmüş və Xədicəyə işinin düzəlməsi üçün 4000 manat pulu vermişdir. Xədicə ona demişdir ki, narahat olma, ertəsi gün işə çıxacaqsan. Ertəsi gün o, Xədicədən zəng gözləməsinə baxmayaq, Xədicə ona zəng vurmamışdır. Səhəri günü o, Xədicəyə zəng vurub işi barəsində soruşmuş və Xədicə hər dəfə bir bəhanə gətirib deyirmiş ki, narahat olma, işlər düzəlir. Bundan sonra Xədicə zənglərinə cavab verməmiş və o, başa düşmüşdür ki, Xədicə artıq onu aldadıb 4000 manat pulunu ələ keçirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs2 2017-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu arvadı Zərərçəkmiş şəxs2 söz vermişdir ki, onu Bakı şəhərində olan orta məktəblərin birində Riyaziyyat müəlliməsi kimi 8500 manata işə düzəldə bilər. Bundan sonra arvadı Zərərçəkmiş şəxs2 ona bu barədə danışmışdır. xx xxxxxxx 2017-ci ildə arvadı Zərərçəkmiş şəxs2 işinin düzəlməsi üçün 8500 manat götürmüş və onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 6 saylı ünvanda yerləşən 40 saylı notarial kontorda gedib Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Arvadı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında kredit müqaviləsi bağlanmış və arvadı Zərərçəkmiş şəxs2 8500 manat pulu Xədicəyə vermişdir. Xədicə pulu alandan sonra demişdir ki, 2017-ci ilin dekabr ayına orta məktəblərin birinə Riyaziyyat müəlliməsi kimi işə çıxacaqsan. 2017-ci il dekabr ayında arvadı Zərərçəkmiş şəxs2 Xədicə ilə əlaqə saxlamış və sonuncu ona prosesin uzandığını demişdir. Bundan sonra arvadı Könül Xədicədən pulu tələb etməyə başlamış, lakin Xədicə hər dəfə bir bəhanə gətirərək işi həll edəcəyini demişdir. Xədicəyə inanmadıqları üçün xx xxxx 2018-ci il tarixdə notariat kontoruna gedib sazişi bir ay müddətinə uzatmışlar. Xədicə işə düzətmədiyi və telefonlara cavab vermədiyi üçün arvadı Könül 2018-ci ilin aprel ayında polisə şikayət etmişdir. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zərərçəkmiş şəxs2 və qeyrilərinin ərizəsi əsasında cinayət işi başlanmış və Xədicə arvadı Zərərçəkmiş şəxs2 pulunu tam şəkildə ödəmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onun tanışı X5 Vergilər Nazirliyinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq xx xxxxxx 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində 10000 manat, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onun qohumu X6 Polisə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq xx xxxxxx 2018-ci ildə Bakı şəhəri, Heydər Əliyev prospektində 5000 manat, 2018-ci ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində 10000 manat və Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onun tanışı “Səməd” adlı şəxsi polis orqanına işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 5000 manat pulunu ələ keçirməsi faktına görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli Bakı şəhəri 40 saylı Notariat Kontorunun kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs2 borc alan Təqsirləndirilən şəxs 8500 manat məbləğində borc vermiş və borc alan aldığı borcu xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli sazişdən görünür ki, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2017-ci il tarixli borc müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Xətai RPİ-nin İŞ tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 vurulmuş 8500 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Xətai RPİ-nin İŞ tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 vurulmuş 2500 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. xx.xx.2019-cu il tarixli iş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs4 vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi olmasa da sonuncudan şikayətçidir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZE 18148832, AZE 18148827 və AZE 18148824 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı üç azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törəməkdə təqsirli bilinib, CM-in 69.4-cü maddəsinə əsasən qəti olaraq 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə qeyd olunan hökm üzrə cərimə məbləği tam ödənildiyindən Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə qeyd olunan hökm üzrə cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir. xx.xx.2020-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs X11 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən aralarında barışıq olmuş və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. xx.xx.2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və onlar barışmışlar. xx.xx.2020-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və onlar barışmışlar. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir tələbi, iddiası yoxdur və onlar barışmışlar. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 14000 manat ziyandan 8500 manat ödəniş olunmuş, qalan 5500 manat pulu isə gələcəkdə ödəyəcəyinə dair söz vermişdir. Qalan pulun ödəniləcəyi təqdirdə Xədicədən heç bir şikayəti və tələbi olmayacaqdır. Ona görə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, özünü tam təqsirli bilir, Zərərçəkmiş şəxs1 ziyan vurulması epizodu üzrə cəlb etmə müddəti keçdiyi üçün cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu cinayət əməli üzrə hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun oğlu Nurəddin Əhmədovu “Bədən Tərbiyə və İdman” Akademiyasına tələbə kimi qəbul edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Nurəddin Əhmədovun vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan metronun “Əhmədli” stansiyasının yaxınlığında Məhəmməd Hadi küçəsində yerləşən “New York” mağazasının yanında 1500 manat və xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında X22 küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində 500 manatı alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair elan edilmiş ittiham üzrə cinayət əməli iş üzrə ilk epizod olduğundan və qanunvericiliyin tələblərinə əsasən hər bir cinayətə görə müddətlər müstəqil hesablandığından əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törəməyən cinayətlər kateqoriyasına aid edilməlidir. CM-in 75.1 və 75.1.1-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı üzr cinayət əməli xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə törədilmişdir. Göründüyü kimi, hal-hazırkı tarixədək böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan həmin epizod üzrə cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinə həmin hissədə xitam verilməsi qənaətinə gəlmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 8500 manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan təkrarən sözü xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair elan edilmiş ittiham üzrə cinayət əməli sonuncu məsuliyyətindən azad edilərək, cinayət işinə həmin hissədə xitam veriləcəyindən, xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməli iş üzrə ilk epizod olacaq və artıq onun cinayəti təkrarən törətməsi kimi qiymətləndirilməyəcəkdir. CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodundan başqa, təqsirliliyi sübuta yetirilmiş digər əməlləri üzrə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu 4000 manat məbləğində cərimə cəzasını xx.xx.2020-ci il tarixdə dövlət nəfinə ödəməklə həmin cəzanı tamamilə icra etmişdir. Göründüyü kimi, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu cinayətlərin residivini yaratmır. Belə ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs5 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə o, müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya ümumilikdə 8500 manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona elan edilmiş ittihamdan təkrarən sözü xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs5 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-167/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-167/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver