Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-168/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evin həyətində olan 200 (iki yüz) manat dəyərində bir ədəd odun samovarını gizli talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evin həyətində olan 130 (yüz otuz) manat dəyərində bir ədəd “Master” markalı “MS-220” modelli qaynaq aparatını gizli talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 130 (yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Hökməli qəsəbəsi ilə piyada hərəkət edərək qonşu Çiçək qəsəbəsi istiqamətinə gəlmişdir. O, həmin qəsəbədə yolun kənarında uzanan dəmir borunun üstünə çıxaraq hərəkət etməyə başlamışdır. Bu zaman gözü tanımadığı evin həyətində səkinin üstündə olan odun samovarına sataşmış və həmin samovarı oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, küçədə sağa-sola baxaraq heç kimin olmadığına və onu görmədiyinə əmin olduqdan sonra mişar daşı ilə tikilmiş hasar divarın üstünə çıxaraq həyətə tullanmışdır. O, yenə sağa-sola baxıb həyətdə heç kimin olmadığına əmin olaraq qaça-qaça gedib gördüyü həmin odun samovarını götürərək tullandığı hasarın yanına gəlmişdir. O, əlində götürdüyü odun samovarını hasarda olan dəmir çıxıntıya keçirdib özü isə hasara çıxdıqdan sonra həmin samovarı da götürüb küçəyə tullanmışdır. Sonra samovarı götürüb qaça-qaça yaşadığı ev istiqamətinə hərəkət etmişdir. O, kəndin içərisində olanda “Qazel” markalı, dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobildə 2 nəfərin qışqıraraq “dəmir alıram” sözlərini dediklərini eşitmişdir. O, həmin tanımadığı şəxslərə yaxınlaşıb oğurlayaraq əldə etdiyi həmin odun samovarını razılaşaraq 15 manata sataraq yaşadığı evimə getmişdir. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində tək olaraq Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi adlanan əraziyə getmiş və hər hansı bir evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin zaman o, qəsəbədə yerləşən nömrəsiz evlərdən birinə yaxınlaşmış və həmin evin qapısını döymüşdür. Evin qapısını heç kimin açmadığı və evdə işıqların sönmüş vəziyyətdə olduğu üçün əmin olmuşdur ki, həmin evdə heç kim yoxdur. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra hasardan aşma yolu ilə həmin evin həyətinə daxil olmuşdur. O, evin həyətini axtarmış və həyətdə qaynaq aparatının olduğunu görmüşdür. Daha sonra yenə həyəti axtarsa da, bundan başqa heç bir əşya tapa bilmədiyi üçün, həmin qaynaq aparatını götürüb həyətin hasarının üstünə qoymuş və hasarın üstünə qalxıb, qaynaq aparatını götürüb hasardan çölə tullanaraq çıxıb getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və tutulduqdan sonra oğurladığı bir ədəd qaynaq aparatını Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə evinə qonaq gəldiyi üçün özünə məxsus odun samovarını götürüb istifadə etmiş və sonra həmin samovarı yaşadığı evin həyətində səkinin üstünə qoymuşdur. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə həmin samovarın ilk dəfə qoyduğu yerdə olduğunu görmüşdür. xx.xx.2020-ci il tarixdə həyətdə bağı yığışdırıb səliqəsahmana salan zaman bir anlıq həyətdəki səkinin üzərinə qoyduğu odun samovarının yerində olmadığını aşkar etmişdir. Həyətə və zirzəmiyə baxış etdikdən sonra tam əmin olmuşdur ki, samovarımı oğurlanmışdır. Belə olduğunu görüb dərhal o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək samovarın oğurlanması ilə bağlı məlumat vermişdir. Təxminən 30 dəqiqədən sonra 40-cı PB-nin polis əməkdaşları hadisə baş verdiyi yaşadığı ünvana gəlib onun şikayət ərizəsini qəbul etdikdən sonra sənədləşdirmə işləri aparıb getmişlər. Hadisə nəticəsində ona dəymiş 200 manat zərər ödənilmədiyi üçün o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb öz şəxsi işlərinin arxasınca getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə o, yaşadığı evə gələn zaman, yaşadığı evin həyətində olan özünə məxsus dəyəri 200 (iki yüz) manat təşkil edən bir ədəd qaynaq aparatı qoyduğu yerdə olmadığını aşkar etmişdir. Həmin zaman o, bütün həyəti axtarsa da, qaynaq aparatını tapa bilməmiş və ona məlum olmuşdur ki, evində olmadığı müddət ərzində naməlum şəxs və ya (şəxslər) onun evinin həyətinə qanunsuz daxil olaraq, həyətdən ona məxsus qaynaq aparatını oğurlamışlar. O, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayonu, 40-cı polis bölməsinə məlumat vermiş və bundan sonra 40-cı polis bölməsinin əməkdaşları ona məxsus həyətə gələrək, baxış keçirmişlər. Dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyi üçün sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X1 məxsus evdən oğurluq edilməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq edilməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd “Master” markalı qaynaq aparatı Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu həmin qaynaq aparatını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evdə baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edilməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən yaşayış evində baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Master” markalı qaynaq aparatına baxış keçirilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Qədirov X3 RPİ-nin İŞ-də CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-881/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli, 9/4642 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Master” markalı, “MS-220” modelli qaynaq aparatının orta bazar qiyməti təxminən 130,0 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Qədirov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(001)-245/2015-ci il nömrəli hökmü ilə CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay, 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsində həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-66/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Master” markalı, “MS-220” modelli qaynaq aparatını maddi sübut kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd “Master” markalı, “MS-220” modelli qaynaq aparatı sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-150/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə uzadılmışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona məxsus əmlak geri qaytarılmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qədirov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(001)-245/2015-ci il nömrəli hökmü ilə CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmış, xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay, 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2020-ci il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)- 881/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-65/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2021-ci il tarixədək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)- 150/2021 nömrəli qərarı ilə 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Master” markalı, “MS-220” modelli qaynaq aparatının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Master” markalı, “MS-220” modelli qaynaq aparatının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-168/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-168/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver