Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-168/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə istintaqa adı “Olya” kimi məlum olan şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanacaq vəsaitin köçürülməsində istifadə etmək məqsədi ilə bank kartları təqdim etdikdən sonra istintaqa adı “Olya” kimi məlum olan qadın “Whatsapp” proqramında xarici mobil telefon operatoruna aid nömrədən Zərərçəkmiş şəxs3 zəng edərək “tap.az” saytında yerləşdirilmiş elan əsasında məişət əşyasını almaq istəyini bildirib pulu elektron qaydada bank kartı hesabına köçürəcəyinə dair yalan vəd verərək inam formalaşdırdıqdan sonra sonuncunun istifadəsində olmaqla oğlu Vüqar Nadirovun adına rəsmiləşdirilmiş bank kartının üzərindəki şifrəni, pin və təsdiq kodlarını əldə edib 11 noyabr 2021-ci il tarixdə hesaba qanunsuz daxil olmaqla bank kartı hesabındakı 2.840 manat məbləğində pul vəsaitini “Birbank” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan qohumu A.C.Mirzəyevanın adına rəsmiləşdirilmiş bank kartı hesabına köçürdükdən sonra cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanmış vəsaitin 166 (yüz altmış altı) manatını 11 noyabr 2021-ci il tarixdə saat 12.19-da ünvan 2 ünvanında yerləşən bankomat vasitəsi ilə nağdlaşdıraraq qalan hissəsini isə həmin hesabdan Rusiya Federasiyasının «Tinkoff» bankındakı istintaqa məlum olmayan hesaba köçürərək özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs3 2.840 manat məbləğində pulunu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə istintaqa adı «Olya» kimi məlum olan şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanacaq vəsaitin köçürülməsində istifadə etmək məqsədi ilə bank kartları təqdim etdikdən sonra istintaqa adı «Olya» kimi məlum olan qadın «Whatsapp» proqramında xarici mobil telefon operatoruna aid nömrədən Zərərçəkmiş şəxs2 zəng edərək «tap.az» saytında yerləşdirilmiş elan əsasında məişət əşyasını almaq istəyini bildirib pulu elektron qaydada bank kartı hesabına köçürəcəyinə dair yalan vəd verərək inam formalaşdırdıqdan sonra sonuncuya məxsus bank kartının üzərindəki şifrəni, pin və təsdiq kodunu əldə edib 20 noyabr 2021-ci il tarixdə hesaba qanunsuz daxil olmaqla bank kartları hesablarındakı 4.418 manat məbləğində pul vəsaitini «Birbank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan qohumu A.C.Mirzəyevanın adına rəsmiləşdirilmiş bank kartı hesabına köçürdükdən sonra cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanmış vəsaitin 256 manatını 20 noyabr 2021-ci il tarixdə saat 16.40-da ünvan 2 ünvanında yerləşən bankomat vasitəsi ilə nağdlaşdıraraq qalan hissəsini isə həmin hesabdan Rusiya Federasiyasının «Tinkoff» bankındakı istintaqa məlum olmayan hesaba köçürərək özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs2 4.418 manat məbləğində pulunu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə istintaqa adı «Olya» kimi məlum olan şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanacaq vəsaitin köçürülməsində istifadə etmək məqsədi ilə bank kartları təqdim etdikdən sonra istintaqa adı «Olya» kimi məlum olan qadın «Whatsapp» proqramında xarici mobil telefon operatoruna aid nömrədən Zərərçəkmiş şəxs1 zəng edərək «tap.az» saytında yerləşdirilmiş elan əsasında məişət əşyasını almaq istəyini bildirib pulu elektron qaydada bank kartı hesabına köçürəcəyinə dair yalan vəd verərək inam formalaşdırdıqdan sonra sonuncuya məxsus bank kartının üzərindəki şifrəni, pin və təsdiq kodlarını əldə edib 04 yanvar 2022-ci il tarixdə hesaba qanunsuz daxil olmaqla bank kartı hesabındakı 4.747 manat məbləğində pul vəsaitini «Birbank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan anası T.G.Hüseynovanın adına rəsmiləşdirilmiş bank kartı hesabına köçürdükdən sonra cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs oğurlanmış vəsaitin 3.000 manatını 04 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bankomat vasitəsi ilə, xidmət haqqı çıxıldıqdan sonra qalan hissəsini isə 05 yanvar 2022-ci il tarixdə saat 10.58-dən saat 11.06-dək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən bankomat vasitəsi ilə nağdlaşdıraraq özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs1 4.747 manat məbləğində pulunu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, əməlindən peşimandır, ailəsini dolandırmaq üçün pul lazım olduğundan və evini təmir etdirmək istədiyindən kartlardan oğurlanmış pulu özü üçün xərcləmişdir. Lakin oğurluğun haram iş olduğunu başa düşürmüş, buna görə də hazırda heç bir qanunsuz işlə məşğul deyil. Himayəsində 2 və 3 yaşlı iki övladı olmaqla X6 ilə ailə qurmuş, rəsmi nikahı olmamışdır. 2021-ci ilin noyabr ayında «tap.az» saytına «Alabay» cinsli itin 350 manata satışı barədə elan yerləşdirmişdir. Əlaqə nömrəsi kimi həmin ərəfədə istifadəsində olmuş ***-***-**-** nömrəsini yerləşdirmişdir. Elanı yerləşdirdiyi gün +380 983 847 569 mobil telefon nömrəsindən ona «Whatsapp» proqramında zəng gəlmişdir. Həmin şəxs özünü «Olya» kimi təqdim edərək iti almaq istədiyini bildirmişdir. Həmin şəxslə rus dilində danışmışdır. Rus dilini normal səviyyədə bilmişdir. O, iti satmağa razılıq vermişdir. Pulu göndərmək üçün Olya ondan bank kartı istəmişdir. O, həyat yoldaşının bibisi X2 "xxxx" ASC-dəki 4169 74*******0212 nömrəli kartının fotoşəklini çəkərək pulu göndərməsi üçün «Whatsapp» proqramında «Olya»ya göndərmişdir. Bundan sonra Olya qohumu Cəmilə Mirzəyevanın telefonuna gələn «3DS» kodunu da istəmişdir. O, da Cəmilə Mirzəyevaya zəng edib həmin kodu ondan istəmişdir. Karta 2 noyabr 2021-ci il tarixində 119 manat pul gəlsə də, Olya bir neçə dəqiqə sonra həmin pulu onun təqdim etdiyi kartdan yenidən başqa hesaba göndərmişdir. Dərhal Olyaya «Whatsapp» proqramında zəng edib demişdir ki, «niyə pulu köçürüb daha sonra çəkirsən?». Olya da ona cavab vermişdir ki, «istəyirsənsə sən də bu işdən pul qazana bilərsən, bunun üçün mənə kart verməlisən». Olya demişdir ki, «Mən o karta pul vurub çıxardacam və hər dəfə sənə 30-40% xidmət haqqı kimi pul verəcəm». O, Olyadan karta gələn bu pulların nə pulu olduğunu soruşduqda ona bildirmişdir ki ayrı-ayrı şəxslərə məxsus kartlardan oğurlanmış pul vəsaitləridir. Olya ona demişdir ki, «pulu oğurlayan sən deyilsən, mənəm, əgər bu işlə bağlı polis səni saxlasa onlara heç nə demə». O, Olya ilə razılaşmışdır. O, özünün istifadəsində olan qohumu Cəmilə Mirzəyevanın adına rəsmiləşdirilmiş bank kartının bütün məlumatlarını «Whatsapp» proqramı vasitəsi ilə Olyaya göndərmişdir. Həmin gündən sonra onun istifadəsində olan C.Mirzəyevanın adına olan bank kartı hesabına müxtəlif məbləğdə vəsaitlər gəlməyə başlamışdır. O, bank kartı hesabına gələn pula nəzarət etmək üçün C.Mirzəyevanın «sms xəbərdarlıq sistemi» üçün istifadə etdiyi mobil telefon nömrəsini götürüb özü istifadə etməyə başlamışdır. Hazırda həmin mobil telefon nömrəsini xatırlamırmış. X10 adına olan karta qısa müddət ərzində çoxlu pul gəlmişdir. Həmin məbləğ təxminən 50.000 manatdan çox olmuşdur. Həmin məbləğdən onun qazancı təxminən 4.500 manat təşkil etmişdir. Cəmilənin adına olan bank kartına gələn pulun qalan hissəsini «Olya» başqa hesablara köçürmüşdür. Bir müddət sonra Cəmilə Mirzəyevanın adına olan bank kartının hesabı "xxxx" tərəfindən bağlanmışdır. Bank səbəb kimi bank kartı hesabına oğurluq pulların köçürülməsini göstərmişdir. Bank Cəmiləyə zəng edib bu barədə məlumat verdiyinə görə Cəmilə bank kartını ondan almış və geri qaytarmamışdır. Bundan sonra «Olya» adlı qadına zəng edib kartın bağlandığını bildirmişdir. Daha sonra öz adına "xxxx" ASC-də hesab açdırmış və 6768 67******6668 nömrəli bank kartı əldə etmişdir. Bu kartdan əlavə öz adına 4169 73******8759 nömrəli kart da olmuşdur. ***-***-**-** saylı telefon nömrəsini bank kartını açdıran zaman qeyd etdirmişdir. «SMS xəbərdarlıq» həmin nömrəyə gəlirmiş. Həmin kartların da şəkillərini çəkib «Olya» adlı qadına göndərmişdir ki, bank kartlarından oğurlanmış pullar həmin kart hesablarına köçürülsün. Olya adlı qadın istifadəsində olan mobil telefon nömrəsini tez-tez dəyişirmiş, hər dəfə yeni nömrə əldə edəndə ona zəng edib bu barədə deyirmiş. Öz adına olan bank kartına oğurluq pul gəldiyinə görə ona "xxxx" ASC-dən zəng edib bildirmişdirlər ki, hesabına oğurluq pul köçdüyünə görə banka yaxınlaşmalıdır. Lakin o, qorxduğu üçün banka getməmişdir. Öz adına olan kartdan əlavə anası X4 məxsus 5404 08** **** 6366 nömrəli kart məlumatlarını pul göndərməsi üçün Olyaya göndərmişdir. Anasının adına olan bank kartında «SMS xəbərdarlıq» sistemi üçün anasının istifadəsində olan mobil telefon nömrəsinindən istifadə olunurmuş. Pul göndərəndə Olya ona bu barədə məlumat verirmiş və o, da anasının telefon nömrəsini götürüb həmin vaxtı istifadə edirmiş. Sonuncu dəfə anasının adına olan bank kartına 4 yanvar 2022-ci il tarixdə 4.400 manat pul köçürülmüşdür. Lakin ehtiyacı olduğuna görə həmin pulu pulu Olya adlı şəxsə verməmiş və 4 dəfəyə 3 fərqli ünvanda yerləşən ATM-lərdən iz azdırmaq üçün nağdlaşdırma etmişdir. Olya bunu bildikdən sonra ona zəng etmiş və bildirmişdir ki, «pulu hesaba geri qaytar». Olya ona irad bildirmişdir ki, nəyə görə razılaşmanı pozur. O, da «Olya»nın həmin nömrəsini «Whatsapp» proqramında «qara siyahı»ya atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, Olya adlı qadın barədə ətraflı məlumatı olmamış, onunla yalnız «Whatsapp» proqramında danışmış, üzünü görməmiş, həmin qadın adını ona Olya kimi təqdim etmiş, dəqiq məlumatlarını bilməmişdir. Özünün dediyinə görə X19 şəhərində yaşayırmış. Ona Olya həmişə müxtəlif nömrələrdən zəng etmiş, sonuncu zəng etdiyi nömrə +380 983 847 569 saylı olmuşdur. Olya adlı qadınla «Whatsapp» proqramında apardığı danışıqları silmişdir ki, hər hansı bir iz qalmasın. Olya özü də ona «Whatsapp» proqramında mesaj yazanda oxuduqdan sonra silmişdir. O, Olya adlı qadınla aralarında olan cinayətkar razılaşma və rol bölgüsü ilə bağlı ətraflı bildirmişdir ki, Olya ona demişdir ki, bank kartı hesabından oğurlanmış pulu köçürmək üçün bank kartı lazımdır. O, da Olyaya oğurlanmış pulların köçürülməsi üçün bank kartları təqdim etmişdir. Olya onun təqdim etdiyi bank kartları və kodlar əsasında həmin kartları "xxxx"a aid olan «Birbank» mobil tətbiqində idarə etmişdir. Yəni o, bank kartının qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə gələn kodları Olyaya təqdim etməsəydi, Olya həmin bank kartının hesabına idarə edə bilməzmiş. Oğurlanmış hesabdan pul vəsaiti Olya tərəfindən onun təqdim etdiyi kartlara, yəni öz adına və ya anası və qohumu Cəmilə Mirzəyevanın adına olan bank kartı hesablarına köçürülürmüş. Bundan sonra Olyaya təqdim etdiyi kodlar əsasında Olya onun istifadəsində olan kartlara köçürülmüş oğurluq pulu xarici banklarda olan hesablara köçürmüşdür. Pulun bir hissəsini isə onun istifadəsində olan bank kartı hesablarında saxlayırmış ki, o, həmin pulu nağdlaşdırıb bu işdən qazanc kimi istifadə etsin. Telefon nömrələrinə gələn «sms xəbərdarlıq» məlumatlarından ona məlum olurdu ki, pullar onun istifadəsində olan hesablardan xarici banklardakı hesablara köçmüşdür. Sonuncu dəfə karta gələn 4400 manat pulu Olyaya təqdim etməmiş və özü nağdlaşdırmışdır. Olya da o, razılaşmanı pozduğu üçün zərərçəkmişlərə onun barəsində məlumat vermişdir. Bu iş nəticəsində əldə etdiyi gəlirin hamısını evinin təmirinə xərcləmişdir. Nağdlaşdırma yolu ilə bu işdən cəmi 9.000 manatdan yuxarı pul qazanmışdır. Tahirə Hüseynova və Cəmilə Mirzəyevanın onun məşğul olduğu cinayətkar fəaliyyətdən və adlarına bank kartı hasablarına gələn pul vəsaitlərinin oğurluq yolu ilə əldə edilməsindən məlumatları olmamışdır. Bu cinayətkar fəaliyyətlə 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində məşğul olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək “Olya” adlı qadına oğurluq pulların köçürülməsi məqsədi ilə bank kartları təqdim etdiyini, bunun müqabilində oğurluq pulun bir hissəsinin ona çatdığını, həmin pulu bankomat vasitəsi ilə nağdlaşdırıb məişət xərclərini qarşıladığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus kartdan 11 noyabr 2021-ci il tarixdə 2.840 manat məbləğində pul vəsaitinin oğurlanması zamanı 160-200 manat arası gəlir əldə etmiş, 20 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus kartdan 4.418 manat məbləğində pul vəsaitinin oğurlanması zamanı 250- 270 manat arası gəlir əldə etmiş, Zərərçəkmiş şəxs1 məxsus kartdan 04 yanvar 2022-ci il tarixdə 4.747 manat məbləğində pul vəsaitinin oğurlanması zamanı isə bütün pulu özü nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs1 məxsus kartdan oğurlanmış 4.747 manat vəsaitin 3.000 manatını 04 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bankomat vasitəsi ilə, qalan hissəsini isə 05 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən bankomatdan nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs3 məxsus və Zərərçəkmiş şəxs2 məxsus kartdan pulun oğurlanması ilə bağlı nağdlaşdırmanı həmin ərəfədə Binəqədi rayonu ərazisində yerləşən təndir evində kababçı kimi çalışdığından işlədiyi yerə yaxın olan Binəqədi rayonu ərazisindən yerləşən bankomatdan etmişdir. Ona aid olan kartların «birbank» tətbiqindən o, də istifadə edə bilirmiş, Olya da istifadə edə bilirmiş. O, öz istifadəsində olan kartlara dair məlumatları Olyaya vermişdir ki, həmin məlumatlardan «birbank» tətbiqində istifadə edə bilsin. Ona bank tərəfindən təqdim edilən «sms xəbərdarlıq» kodlarını Olyaya təqdim edirmiş ki, onun istifadəsində olan hesabdan köçürmə əməliyyatı apara bilsin. Oğurlanmış hesabdan onun hesabına köçürməni Olya «birbank» tətbiqi vasitəsi ilə həyata keçirmişdir. Onun kartlarından Olya xəzinə kimi istifadə edirmiş, oğurlanmış hesabdan köçürülən pul onun istifadəsində olan kartlarda cəmlənirmiş. Daha sonra o, hesabına dair kart məlumatlarını Olyaya təqdim etdiyim üçün Olya onun hesablarını rahat şəkildə idarə edə bilirmiş. Oğurlanmış pulu birbaşa xarici hesaba köçürmək müəyyən vaxt aparırmış, həmin vaxta qədər də kart sahibi ayılıb kartı bloklatdıra bilərmiş. Buna görə də «birbank» tətbiqi vasitəsi ilə pullar tez bir şəkildə onun hesabına köçürülürmüş. Onun hesabına köçmüş pulu isə rahat şəkildə xarici hesaba göndərmək mümkün imiş. "xxxx" tərəfindən bankomat vasitəsi ilə nağdlaşdırma əməliyyatları zamanı videonəzarət qurğusunun qeydə aldığı görüntlülərlə tanış olmuş, şəkildəki şəxs özü imiş. Anasının və qohumun adına olan kartlar da onun istifadəsində olmuş, nağdlaşdırmanı həmişə o, özü etmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin dekabr ayında özünə məxsus bir ədəd soyuducunun 250 manat məbləğində və bir ədəd qaz sobasının 200 manat məbləğində satışına dair «tap.az» saytında elan yerləşdirmişdir. Həmin gün elan saytında yerləşdirdiyi şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə hazırda xatırlamadığı xarici nömrədən «Whatsapp» proqramında tanımadığı rus dilində danışan qadın zəng etmişdir. Həmin qadın elanda yerləşdirdiyi əşyaları almaq istədiyini, bunun üçün kuryer göndərəcəyini demiş və ondan ödəniş etmək üçün bank kartının 16 rəqəmli nömrəsini istəmişdir. O, da oğlu X7 məxsus, 4169 7385 5698 2621 nömrəli “Umico” kartının 16 rəqəmli nömrəsini və digər məlumatları yazaraq həmin nömrəyə «Whatsapp» proqramı vasitəsilə göndərmişdir. Təkrar olaraq həmin xanım zəng etmiş və bildirmişdir ki, mobil nömrəsinə təsdiq kodları gələcək və həmin kodları olduğu kimi deməlidir. O, bunun səbəbini soruşanda həmin qadın bildirmişdir ki, ödənişi “dollarla”la həyata keçirdiyinə görə pulların manata çevrilməsi üçün həmin kodlar lazımdır. O, da buna inanmış və ***-***-**-** mobil telefon nömrəsinə gələn sms kodlarını zəng edərək şifahi şəkildə demişdir. Bundan bir neçə dəqiqə sonra oğlu pulların yükləndiyinə baxmaq üçün öz telefonundan “Birbank” mobil tətbiqinə daxil olmaq istəyəndə həmin proqramın bloka düşdüyünü görmüş və bir neçə dəqiqə sonra ümumiyyətlə həmin proqrama daxil olmaq mümkün olmamışdır. Bundan dərhal sonra "xxxx"ın qaynar xəttinə zəng etmiş və operator bank kartından pul çəkildiyini təsdiqləmişdir. Hadisə nəticəsində ona 2840 manat maddi ziyan dəymişdir. Xarici mobil telefon operatoruna məxsus nömrədən “Whatsapp” proqramında zəng edən qadın danışıq zamanı Ukranyada yaşadığını, həmin əyaları Bakıda yaşayan anası üçün aldığını demişdir. Danışıq zamanı hər hansı xüsusi əlamət diqqətini çəkməmiş, profildə şəkil yerləşdirilməmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə qaytarıldığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, oğurluq hadisəsindən əvvəl "xxxx" ASC-yə aid 6768 6755 3065 8283 nömrəli veteran kartı, 4169 7332 2683 1068 nömrəli birkart kredit kartı, 5103 0714 1915 8817 nömrəli əmək haqqı kartı, 6768 6753 5829 nömrəli təqaüt kartı olmuşdur. Hadisədən sonra isə yeni kartlar əldə etmişdir. Oğurluq hadisəsi baş verən ərəfədə veteran kartının hesabında vəsait olmamış, digər kartların hesabında isə vəsait olmuşdur. 20 noyabr 2021-ci il tarixdə ona məxsus olan «Bosch» markalı kombi aparatının 400 manata satışına dair «tap.az» saytında elan yerləşdirmişdir. Həmin tarixdə elan saytına yerləşdirdiyi ***-***-**-** nömrəsinə əvvəllər tanımadığı +380 983 847 831 nömrəli xarici mobil telefon operatoruna aid nömrədən «Whatsapp» proqramında bir qadın zəng etmişdir. Həmin qadının adını necə təqdim etməsini xatırlamırmış, danışıq zamanı ona bildirmişdir ki, Qəbələ rayonunda yaşayan atası üçün həmin kombi aparatını almaq istəyir. Qadın ona təklif etmişdir ki, bank kartı məlumatlarını təqdim etsin ki, onlayn qaydada məhsul satışına görə 400 manat ödənişi həyata keçirsin. Rus dilində danışan qadın pulu kart vasitəsi ilə ödədikdən sonra taksi sürücüsü vasitəsi ilə həmin kombini ondan götürəcəyini demişdir. O, da inanmış və veteran kartının üzərindəki 16 rəqəmi kodu və 4 rəqəmli pin kodu həmin qadına telefon danışığı zamanı söyləmişdir. Bundan əlavə kartın yararlılıq müddəti ilə bağlı məlumatları da təqdim etmişdir. Həmin vaxtı veteran bank kartının hesabında pul vəsaiti olmamışdır. Buna görə də hesab etmişdir ki, ona qarşı oğurluq baş verə bilməz. Sonradan ona bankdan izah etmişdirlər ki, «Birbank» mobil tətbiqi vasitəsi ilə bir kartının məlumatlarını əldə edildikdən sonra digər bank kartlarının da hesabına müdaxilə olunmuşdur. O, 16 rəqəmli kodu qadına təqdim etdikdən sonra bir neçə dəfə ona "xxxx" tərəfindən sms xəbərdarlıq vasitəsi ilə təsdiq kodları göndərilmişdir. Kartlar açılan zaman qeyd olunmuş ***-***-**-** nömrəsinə sms xəbərdarlıq sistemi vasitəsi ilə 4 rəqəmli təsdiq kodları göndərilmişdir. Həmin qadının tapşırığı ilə o, bütün təsdiq kodlarını telefon danışığı zamanı söyləmişdir. Qadın ona izah etmişdir ki, kartının hesabına satılan kombinin pulunu göndərmək üçün həmin təsdiq kodlarını ona verməli imiş. Bundan əlavə ondan xahiş etmişdir ki, həmin təsdiq kodlarını heç kimə verməsin, əks halda həmin qadının hesabından oğurluq hadisəsi baş verə bilər. Bir neçə saniyə sonra həmin qadın ona bildirmişdir ki, 400 manat pul kartının hesabına köçürülmüşdür. İnandırıcı danışdığına görə o, həmin qadına inanmışdır. O, rus dilində sərbəst danışdığına görə həmin qadınla da telefon danışığı zamanı rus dilində ünsiyyət qurmuşdur. O, pulun hesabına oturmasına əmin olmaq üçün yaşadığı evin yaxınlığındakı bankomata getmişdir. Kartı bankomata daxil etdikdə görmüşdür ki, hesabına pul köçməyib, digər kartlarının da hesabını yoxlamış və ona məlum olmuşdur ki, bütün kartlarından pulları oğurlanmışdır. Bankla da əlaqə saxlamış və bankdan təsdiq etmişlər ki, kartların hesabından pullar oğurlanmışdır. Oğurluq hadisəsini bildikdən sonra ona zəng edən qadına «Whatsapp» proqramında geri zəng etmiş və zəngə cavab verən kimi onu söyməyə başlamışdır. Bundan sonra həmin qadın onun nömrəsini «bloka», yəni «qara siyahı»ya atmışdır. Hadisə nəticəsində 4169 7332 2683 1068 nömrəli birkart kredit kartının hesabından 2788 manat, 5103 0714 1915 8817 nömrəli əmək haqqı kartımın hesabından 450 manat, 6768 6753 5829 nömrəli təqaüt kartımın hesabından 1180 manat oğurlanmışdır. Bank kartlarımdan oğurluq hadisəsi nəticəsində ona cəmi 4418 manat maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə qaytarıldığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, +380 983 847 831 nömrəli xarici mobil telefon operatoruna aid nömrədən «Whatsapp» proqramında zəng edən qadın danışıq zamanı özü barədə çox məlumat verməmiş, deməsinə görə xaricdə yaşayırmış, danışıq zamanı hər hansı xüsusi əlamət müşahidə etməmiş, profildə şəkil olmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onun "xxxx" ASC-yə aid 416973******5829 nömrəli «birkart» kredit kartı olmuşdur. Həmin kartı mobil telefonundakı «Birbank» mobil tətbiqində qeydiyyata salmışdır. X21 uşaq arabasının 80 manata satışına dair «tap.az» saytında elan yerləşdirmişdir. Elanla maraqlanan rus qadın Fuada «Whatsapp» proqramında yazmışdır. Fuad ona bildirmişdir ki, rus qadın arabanı almaq istəyir pulu onlayn qaydada bank kartına göndərəcək, arabanı isə kuryer gəlib götürəcəkdir. Buna görə də o, bank kartının 16 rəqəmli kodunu Fuada təqdim etmişdir ki, Fuad da həmin rus qadına göndərsin. Fuad rus dilini yaxşı bilmədiyinə görə həmin qadına özünə məxsus ***-***-**-** nömrəsini vermişdir. 04 yanvar 2022-ci il tarixdə +380 983 847 569 nömrəli xarici mobil telefon operatoruna aid nömrədən ona «Whatsapp» proqramında mesaj gəlmişdir. Daha sonra həmin qadın ona «Whatsapp» proqramında zəng edib bildirmişdir ki, pulu Rusiya Federasiyasından rus rublu ilə göndərəcək və həmin pul manata çevrilərək onun hesabına köçəcəkdir. Bununla əlaqədar onun mobil telefonuna təsdiq kodları gələcəyini demiş və həmin kodları söyləməyi xahiş etmişdir. Həmin qadın özünü ona ya «Olya», ya da «Yuliya» adı ilə təqdim etmiş, dəqiq xatırlamırmış. O, da həmin qadına inanmış və ***-***-**-** saylı nömrəsinə "xxxx" tərəfindən göndərilmiş kodları telefon danışığı zamanı şifahi şəkildə rus dilində danışan qadına söyləmişdir. Kodları dedikdən sonra «Birbank» mobil tətbiqi bloka düşmüşdür. Bank kartından pulunun oğurlandığını başa düşdükdən sonra, yəni hadisədən təxminən 10 dəqiqə sonra o, həmin qadına səsli mesaj formasında «Whatsapp» proqramında təsirli sözlər göndərmişdir. Bu sözlərdən sonra həmin qadın ona «Whatsapp» proqramında geri zəng etmiş və bildirmişdir ki, bu oğurluğu Pərviz adlı şəxslə birlikdə törətmişdir. Bundan sonra Pərvizin anası Tahirə Hüseynovanın bank kartının fotoşəklini və Pərvizə aid ***-***- **-**, ***-***-**-** saylı mobil telefon nömrələrini ona göndərmişdir. Həmin qadın ona bildirmişdir ki, Pərvizlə birlikdə oğurluq edirlər, lakin Pərviz oğurlanmış puldan ona çatası pul vəsaitini göndərmədiyi üçün Pərvizin barəsində məlumat vermişdir. Hadisə nəticəsində birkart kredit kartının hesabından 4747 manat oğurlanmış, oğurluq nəticəsində ona 4747 manat maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə qaytarıldığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, «Whatsapp» proqramında ona zəng edən qadın özü barədə çox məlumat verməmiş, adını ya «Olya» ya da «Yuliya» kimi təqdim etmişdir. Danışıq zamanı həmin qadında hər hansı xüsusi əlamət (pəltəklik, aksent) müşahidə etməmişdir. «Whatsapp» proqramında profildə üzü görsənməyən başı aşağı dayanmış qız şəkli olmuşdur. Danışıq zamanı Olya adlı qadın onu tələsdirirmiş ki, çox fikirləşə bilməsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi 27 iyun 2022-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə başlanılmışdır. 19 dekabr 2022-ci il tarixdə toplanmış sübutlara qiymət verilməklə cinayət işi üzə əməllər CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Tofiq oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 20 dekabr 2022-ci il tarixdə “Olya” adlı şəxsin barəsində ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, cinayət hadisəsindən zərər görmüş digər şəxslər müəyyən olunarsa həmin faktlar üzrə ayrılmış cinayət işində istintaqın aparılması və əmələ yekun hüquqi qiymət verilməsi nəzərdə tutulmuşdur. “Bankdan əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən məhkəmə qərarı əsasında əldə edilmiş, həmçinin bank kartı sahibləri tərəfindən müvafiq bankdan əldə olunmaqla istintaqa təqdim olunmuş bank məlumatlarına baxış keçirilmişdir. İstintaq zamanı zəzərçəkmiş şəxslərin, həmçinin Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, istintaqa adı «Olya» kimi məlum olan qadın zərərçəkmiş şəxsin bank kartı məlumatlarını aldatma yolu ilə ələ keçirdikdən sonra həmin bank kartının elektron nüsxəsini yaratmaqla bank kartı hesabını idarə etmişdir. Zərərçəkmiş şəxsin bankı kartı hesabını idarə etməklə hesabda olan vəsaitlərin hamısı Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesablarına köçürülmüşdür. Bu məqsədlə Təqsirləndirilən şəxs və istintaqın hazırki mərhələsinədək zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin istifadəsində olmuş bank kartlarına dair məlumatlar məhkəmə qərarı əsasında əldə edilmişdir. Maliyyə əməliyyatlarına dair məlumatlara baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: - Oğurluq hadisəsinin baş verdiyi ərəfədə Zərərçəkmiş şəxs2 istifadəsində "xxxx"a aid 4169 7332 2683 1068, 5103 0714 1915 8817 və 6768 6753 5829 9475 nömrəli bank kartları olmuşdur. Zərərçəkmiş şəxs1 istifadəsində "xxxx"a aid 416973******5829 nömrəli bank kartı olmuşdur. Zərərçəkmiş şəxs3 Vüqar oğlunun istifadəsində "xxxx"a aid 4169 7385 5698 2621 nömrəli bank kartı olmuşdur. - Əməli törətmiş Təqsirləndirilən şəxs istifadəsində anası X3 adına rəsmiləşdirilmiş "xxxx"a aid 540408******6366 nömrəli, qohumu X2 adına rəsmiləşdirilmiş "xxxx"a aid 416974******0212 və 416974******4432, öz adına rəsmiləşdirilmiş 416973******8759 və 676867******6668 nömrəli "xxxx"a aid bank kartları olmuşdur. Təqdim olunmuş bank məlumatlarından görünür ki, 11 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Vüqar oğlunun istifadəsində "xxxx"a aid 4169 7385 5698 2621 nömrəli bank kartının hesabından 2840 manat X2 adına olan hesaba göndərilmiş, pulun bir hissəsi X2 hesabından Rusiya Federasiyasına aid «Tinkoff» bankındakı naməlum hesaba göndərilmiş, bir hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. Nağdlaşdırma Təqsirləndirilən şəxs tərəfindən 166 (yüz altmış) manat məbləğində 11 noyabr 2022-ci il tarixdə saat 12.19-da ünvan 2 ünvanında yerləşən bankomat vasitəsi ilə həyata keçirilmişdir. Vəsaitin qalan hissəsi isə bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. 20 noyabr 2021-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 4169 7332 2683 1068 nömrəli kartının hesabından 2788 manat, 5103 0714 1915 8817 nömrəli kartının hesabından 450 manat, 6768 6753 5829 nömrəli təqaüt kartının hesabından 1180 manat X2 adına olan hesaba göndərilmişdir. Daha sonra həmin vəsaitin bir hissəsi X2 hesabından Rusiya Federasiyasına aid «Tinkoff» bankındakı naməlum hesaba göndərilmiş, bir hissəsi isə Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. Nağdlaşdırma Təqsirləndirilən şəxs tərəfindən 256 (iki yüz əlli altı) manat məbləğində 20 noyabr 2022-ci il tarixdə saat 16.40-da ünvan 2 ünvanında yerləşən bankomat vasitəsi ilə həyata keçirilmişdir. Vəsaitin qalan hissəsi isə bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. 04 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində "xxxx"a aid 416973******5829 nömrəli bank kartının hesabından 4747 manat X3 adına olan hesaba göndərilmiş, daha sonra vəsait bankomat vasitəsi ilə nağdlaşdırılmışdır. "xxxx"ın təqdim etdiyi məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 adına olan hesabdan X3 adına olan 510307******3618 nömrəli kart hesabına oğurlanmış vəsaitin köçürülməsi «Birbank» tətbiqi vasitəsi ilə 04 yanvar 2022-ci il tarixdə saat 18.02-də həyata keçirilmişdir. Oğurlanmış vəsait hesaba köçdükdən sonra Təqsirləndirilən şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən bankomat vasitəsi ilə 04 yanvar 2022-ci il tarixdə saat 18.22də 1.000 (bir min) manat, ünvan 5 ünvanında yerləşən bankomat vasitəsi ilə saat 18.29-da 1.000 (bir min) manat və saat 18.30-da 1.000 (bir min) manat məbləğində nağdlaşdırma aparılmışdır. Vəsaitin qalan hissəsi isə ünvan 3 ünvanında yerləşən bankomat vasitəsi ilə 05 yanvar 2022-ci il tarixdə saat 10.58-də 1.000 (bir min) manat, saat 11.04-də 200 (iki yüz) manat, saat 11.05-də 100 (bir yüz) manat, saat 11.06-da 50 (əlli) manat olmaqla nağdlaşdırma aparılmaqla ələ keçirilmişdir. Vəsaitin qalan hissəsi isə bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Bankın təqdim etdiyi məlumatlardan görünür ki, zərərçəkmiş şəxslərin bank kartlarının hesablarında olan pul vəsaitləri «Birbank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesablarına köçürülmüşdür. Qeyd olunan hallar bir daha təsdiq edir ki, cinayəti törətmiş şəxslər zərərçəkmiş şəxslərin bank kartı məlumatlarını aldatma yolu ilə ələ keçirdikdən sonra «Birbank» mobil tətbiqində həmin kartın ikinci nüsxəsini yaradıb zərərçəkmiş şəxsə aid hesabı idarə etmişlər. Bankın təqdim etdiyi məlumatlardan görünür ki, nağdlaşdırma zamanı bankomatda quraşdırılmış videonəzarət qurğusunun qeydə aldığı fotoşəkillər Təqsirləndirilən şəxs məxsusdur. Bank tərəfindən təqdim olunmuş məlumatlar istintaq zamanı toplanmış ifadə və digər sübutlarla uyğunluq təşkil edir, hər hansı ziddiyyət yaratmır. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 158000/020 nömrəli məktubdan görünür ki, kart hesablarından pul vəsaitləri oğurlanmış müştərilərin müraciətləri əsasında bank tərəfindən aparılan araşdırma zamanı oğurlanmış vəsaitlərin Təqsirləndirilən şəxs istifadəsində olan kartlara köçürülməsi, daha sonra vəsaitin bir hissəsinin «Tinkoff» bankına köçürülməsi, bir hissəsinin isə nağdlaşdırılması müəyyən edilmişdir. Vəsaitlər nağdlaşdırılan zaman qeydə alınmış ATM görüntüləri bank tərəfindən izlənilmiş və nağdlaşdırma aparan şəxsin Təqsirləndirilən şəxs olmasına ciddi şübhələr yaranmışdır. X2 adına rəsmiləşdirilmiş plastik kartla «Birbank» mobil tətbiqində qeydiyyat Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə və cihazla aparılmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X12 (xx.xx.2020) və X9 (xx.xx.2018) adlı 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Bülbülən Qəsəbə İnzibati Ərazi X5 verdiyi xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 33 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddət ərzində Bülbülə qəsəbə nümayəndəliyinə onun barəsində heç bir inzibati material və qonşulardan şikayət daxil olmayıb. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yazılı ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətinə və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı 2 azyaşlı uşağı vardır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hesabata əsasən Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Maddi sübut qismində tanınmış 02 (iki) CD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Maddi sübut qismində tanınmış 02 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-168/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-168/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver