Məhkəmə qərarları › İş №1(001)-169/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-169/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-169/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gürcüstan Respubilkasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olmamış, subay, işləməyən, Gürcüstan Respublikası, Bolnisi rayonu, Arakel kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2-də kirayədə yaşamış, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22.08.2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında onunla birlikdə müvəqqəti yaşayan tanışı Zərərçəkmiş şəxs evdə olmamasından istifadə edib sonuncuya məxsus əl cantasının icərisindən 750 əyarlı qızıldan hazırlanmış üzərində mirvari muncuq olan 1 ədəd üzük və bir cüt qızıl sırğalardan ibarət ümumilikdə 2.750 manat dəyərində qızıl dəsti gizli talayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olsa da 6 yaşından Bakı şəhərində yaşamış və orta məktəbi Bakı şəhərində azərbaycan dilində bitirmişdir. 22.08.2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus qızılları sonuncu evdən çıxıb Sabunçu rayonu, Razin qəsəbəsində yaşayan rəfiqəsinin evinə getdikdən sonra yaşadığı ünvan 2 ünvanında yerləşən mətbəxdə Zərərçəkmiş şəxs məxsus çantanın içərisində pul kisəsindən gizli olaraq götürüb oğurlamışdır. O, pul kisəsinə baxan zaman pul kisəsinin içərisində 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəst komplektini oğurlamışdır. O, qızılları oğurladıqdan sonra sevgilisi Şahid2 yanına getmiş, lakin oğurluq barədə sonuncuya məlumat verməmişdir. 23.08.2021-ci il tarixdə oğurladığı qızıllardan 1 cüt sırğanı satmaq üçün Nəsimi rayonu ərazisində yerləşən Moskva Univermağında dükanlardan birinə 1 cüt sırğanın 1 tayını 250 manata satmış və satan zaman sırğalardan birini təqdim edərək, digər tayını itirdiyini bildirmiş və sənəd təqdim etdikdən sonra qızıl sırğanı satmışdıır. Həmin sırğanın 1 tayının çəkisinin 6 qram olmasını satıcı ona bildirmişdir. Həmin sırğa üçün alıcı 250 manat pul vermişdir. Sırğalardan birini satdıqdan sonra 20 Yanvar dairəsinin yaxınlığına gedərək, sıra ilə yerləşən telefon mağazalarının yanında olan qızıl alışı yazısı olan mağazaya daxil olaraq sırğanın digər bir tayını da orada satan zaman satıcı vəsiqə tələb etmiş və özünə məxsus sənəd təqdim etmişdir. Sırğanın çəkisi 6 qram olduğundan alıcı sırğa üçün 300 manat vermişdir. Bir ədəd qızıl üzüyü də çəkisinin müəyyən edilməsi üçün satıcıya təqdim etmiş və üzüyün çəkisinin 6 qram olmasını öyrənmişdir. O, üzüyü satmayaraq özündə saxlamışdır. O, sırğaları satdıqdan sonra yaşadığı ünvana gəlmiş və evə daxil olan zaman Zərərçəkmiş şəxs qızıllarının oğurlanması barədə məlumat vermişdir. O da məlumatının olmadığını bildirərək polis əməkdaşlarını çağırmasını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs qızılları tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirilmiş və bundan sonra etdiyi əməlin məsuliyyətini dərk edərk səmimi olaraq oğurluq etdiyini etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, tanıyır. Hadisədən təxminən 1 həftə əvvəl rəfiqəsi Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 10-cu sıra, ev 28 ünvanına qonaq gəlmiş, özü ilə birlikdə geyim paltarları və 1 cüt sırğa və üzük olan komplekt qızıl dəstini də gətirmişdir. Qızıllarının toplam çəkisi təxminən 25 qram olmuşdur. O, Təqsirləndirilən şəxs qızıllarının olmasını və lombarda qoyub pul götürmək istədiyini bildirsə də, qızılların əl çantasında olduğunu deməmişdir. Sonrakı günlərdə qızıllarının çantasında olmasını Təqsirləndirilən şəxs demiş, hətta qızılları çıxarıb ona göstərmişdir. O, rəfiqəsinin evinə qonaq gedərkən Təqsirləndirilən şəxs evdə olmuşdur. 22.08.2021-ci il tarixdə, saat 17 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 10-cu sıra, ev 28 ünvanından çıxıb getmişdir. Həmin gün, saat 20 radələrində evə gəlmiş, paltarlarını dəyişərək yeni paltar üçün əl çantasına baxan zaman çantada paltarlarının bəzilərinin cırıldığını, həmin cırılmaların siçan tərəfindən edildiyini başa düşmüşdür. Belə ki, o, Təqsirləndirilən şəxs evində qaldığı müddətdə böyük siçanların evdə gəzdiyini görmüşdür. Çantanda olan əşyaları çıxarıb baxdıqda 3-4 ədəd paltarının siçan yeməsinə oxşar formada izlərin olmasını görmüş və çantada olan pul kisəsinin də eyni formada yəni siçan yemiş formada izlər olmasını görmüşdür və içərisinə baxan zaman pul kisəsində olan qızılların yerində olmadığını görmüşdür. Lakin siçanın qızılları götürüb apara biləcəyinə inanmamışdır. Evin hər tərəfini axtarsa da qızıllarını tapa bilməmişdir. 23.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evə gələndən sonra bu barədə sonuncudan soruşmuş, lakin Təqsirləndirilən şəxs məlumatının olmadığını bildirərək and içərək özünə inandırmışdır. O, 24.08.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş verən hadisə nəticəsində 25 qram İtalyan qızılının oğurlanması nəticəsində 2750 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyandan 2750 manat puldan 2650 manat ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 10-cu sıra, ev 28-də qeyri rəsmi ər-arvad münasibətlərində müvəqqəti yaşayırdı. 20.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs uzun müddət tandığı Zərərçəkmiş şəxs sonuncunun kirayədə yaşadıqları mənzilə gələrək onlarla birlikdə yaşamağı istəmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təklifi ilə razlaşdığına görə o, Təqsirləndirilən şəxs ilə birlikdə qalmayaraq evdən ayrılaraq ikisinin bir yerdə yaşamasına və özünün də işləri ilə əlaqədar Qobu qəsəbəsində yaşaması üçün evdən ayrılmışdır. 22.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı Qobu qəsəbəsinə gələrək birlikdə evdə qalmış, sonra isə səhərisi gün Binəqədi rayonunda yaşadığı mənzilə geri qayıtmışdır. 25.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Kəmaləyə məxsus 1 ədəd üzük və bir cüt qızıl sırğasını oğurladığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs oğurluq etməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, 20 yanvar metrosunun yaxınlığında yerləşən ticarət mərkəzində qızıl alveri ilə məşğul olur. 23.08.2021-ci il tarixdə, saat təxminən 13:10-da bir qadın yaxınlaşaraq onda bir ədəd qızıl sırğa olduğunu və onu satmaq istədiyini bildirmişdir. Həmin qadına qızılı təqdim etməsini bildirdikdə o bir tay sırğanı göstərmişdir. O, digər tayını istədikdə həmin qadın itirdiyini və bu səbəbdən də həmin qızılı satmaq qərarına gəldiyini bildirmişdir. Həmin qızıl İtaliya istehsalı olmaqla 750 əyyarli olmuş və həmin qızılı lom kimi ala biləcəyini şəxsə bildirmişdir. Sırğa 5 qram olduğundan xanımdan sənəd tələb etmiş və sonuncu xarici pasportunu təqdim etdikdən sonra 300 manat ödəməklə bir tay sırğanı ondan almışdır. O, 24.08.2021-ci il tarixdə, səhər saatlarında həmin tək sırğanı tanımadığı şəxsə satmışdır. O, həmin qızılın oğurluq olmasını bilməmiş və qızılı satan adam bu barədə heç bir məlumat verməmişdir. Həmin qızılı satan qadının adı Təqsirləndirilən şəxs olduğunu sonuncunun təqdim etdiyi sənəddən öyrənmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.08.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-in 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) 24.08.2021-ci il tarixli protokoldan görünür ki, 22.08.2021-ci il tarixdə, saat 17 radələrində olan oğurluq hadisəsi ünvan 3 ünvanında baş vermişdir. (i.v. 7-15) 24.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd qızıl üzüyü könüllü olaraq təqdim etmişdir. (i.v. 22) 18AF57664 saylı şəxsiyyə vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.10.2010-cu il təvəllüdlü Mustafaeva Gıulaı adlı 01 azyaşlı uşağı vardır. (i.v. 46) 01.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 69-70) 01.09.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. (i.v. 82-84) 01.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı oğurladığı qızılı satdığı məkanları əyani şəkildə göstərmişdir. (i.v. 85-88) 15.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin istintaq şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. (i.v. 96) 20.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan olunmuşdur. (i.v. 99-100) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış 27.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, 6/4068-9/6609 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd mirvari muncuq olan üzük –üzərində “18 K” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəksi 7,63 qramdır. Aparılmış fiziki-kimiyəvi təhqiqatın nəticələrinə əsasən təqdim olunmuş üzüyün 2021-ci ilin avqust ayına olan pərakəndə satış qiyməti 725,0 manat müəyyən edilir. (i.v. 106-108) 27.09.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v 110) 29.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan təzələnmişdir. (i.v 113) 29.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Binəqədi RPİ-nin istintaq şöbəsinə gəlmişdir. (i.v. 116) 29.12.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 117-118) Zərərçəkmiş şəxs tərəfindən verilmiş iltizamdan görünür ki, ona məxsus olan 01 ədəd qızıl üzüyü təhvil almışdır. (i.v. 125) 30.12.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd qızıl üzük iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v.126-131) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 28.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyandan 2750 manat puldan 2650 manat ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs na CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs na cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs na cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs na təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 47.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qızıl üzüyün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 14 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 14 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət atına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qızıl üzüyün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs na göstərdiyi cəmi 14 (on dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 (səksən dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar