Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-169/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə 10 manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,094 qram narkotik vasitə heroini 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə əldə etməklə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılaraq Binəqədi rayonu X14 küçəsi 6 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 15:30-da üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,094 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür”. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində tanışı X6 və onun azyaşlı uşağı ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi 114A nömrəli evdən uşağa dönər almaq məqsədilə çıxmışlar. Yaxınlıqda 24 saat işləyən dönər köşkü olmuşdur. Köşkə çatmağa az qalmış küçə ilə hərəkət edərkən yanlarında ağ rəngli avtomobil dayanmış, adlarını bilmədiyi polis əməkdaşları avtomobildən düşərək onlara yaxınlaşıb adını və soyadını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları əraziyə daha bir avtomobil çağırmış, X6 və onun azyaşlı uşağı sonradan gəlmiş qara rəngli avtomobil ilə, özü isə qeyd etdiyi ağ rəngli avtomobil ilə Binəqədi RPİ-in 5-ci PB-yə aparılmışdır. Səhər açılan vaxta kimi polis bölməsində ayrılıqda saxlanmışlar. Səhər saatlarında Ruslan adlı əməliyyatçı yanına gələrək bir büküm narkotik vasitə olan heroini üzərinə götürməsini tələb etmiş, əks halda onunla birlikdə gətirilmiş X4 da narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə rəsmiləşdirəcəklərini bildirmişdir. X2 və azyaşlı uşağının buraxılması üçün Ruslanla razılaşmış, bir büküm narkotik vasitə olan heroini üzərinə götürmüş, bundan sonra Fəridəni və azyaşlı övladını polis bölməsindən buraxmışlar. Küçədə saxlanılarkən, nədə ki, 5-ci PB-də üzərinə heç bir baxış keçirilməmiş, öncədən planlaşdırılmış şəkildə şəxsi axtarış görüntüsü yaradılaraq videoçəkiliş aparılmış, obyektiv istintaqın aparılmayacağını anlayaraq polis əməkdaşlarının dediklərini yerinə yetirmişdir. Həmin gün ondan şübhəli şəxs qismində ifadə alınmış və o, ifadəsində guya üzərində 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə 10 manat pulun müqabilində aldığı kimi həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Halbuki, həmin məlumatlar həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaq dövründə əməliyyatçı Şahid1 tərəfindən tərtib edilmiş Raportda və təhqiqatçı Yalçın Zeynalov tərəfindən tərtib edilmiş şəxsi axtarış protokolunda göstərildiyi kimi 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda saxlanılmamış, tamamilə ayrı vaxtda və yerdə, yəni 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində tanışı X6 və onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 204 ünvanda saxlanılmış, onu saxlamış şəxslər arasında Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olmamış, həmin şəxsləri 5-ci PB-də görmüş, saxlanılarkən ona saxlanılmasının səbəbləri, onu saxlayan şəxslərin kimliyi, onu saxlamaq üçün hansı əsasa malik olmaları izah edilməmiş, üzərində qeyri-qanuni əşya olub-olmaması barədə sual verilməmiş, üzərinə baxış keçirilməmişdir. Onları 5-ci PB-yə gətirərkən hər birinin adı, soyadı, gətirilmə səbəbi və vaxtı növbətçi hissədə müvafiq qeydiyyat kitabına yazılmışdır. İttihama əsasən o, 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda saxlanılsa da, həmin gün gecə saat 02:30-dan Binəqədi RPİ-in 5-ci PB-də olmuş, daha sonra Binəqədi RPİ-in MSY-yə təhvil verilmiş və yalnız 05 noyabr 2022-ci ildə azad edilmişdir. Hesab edir ki, əvvəllər bir neçə dəfə məhkum edilməsi ona qarşı cinayət işi başlanması üçün əsas kimi çıxış etmişdir. Belə ki, özünü təqdim etdikdən sonra onun əvvəllər bir neçə dəfə məhkum edilməsini müəyyən etmiş polis əməkdaşları yenidən cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünü məqbul hesab etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 noyabr 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxxxxxxx 1989cu ildə Bakı şəhərində doğulmuş, ünvan 1-də pasport qeydiyyatında olan, ünvan 9 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirir. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün bölmə rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupu təşkil edilmişdir. Üzərində narkotik vasitələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupu halında Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31 ünvanda saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. X3 üzərində, paltarında və ciblərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümü çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, lakin Təqsirləndirilən şəxs üstündə başqa heç nəyin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və ilk öncə əynindəki paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Üst-başını səliqəyə saldıqdan sonra şübhəli şəxsə ondan aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli falqa bükümdə olan maddənin adını deməklə təqdim edilməsi təklif olunmuş və Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda narkotik vasitə istifadəçisi olduğunu, aşkar edilmiş bükümü 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə keçirilmiş axtarış hərəkətləri başa çatdıqdan sonra müvafiq protokol tərtib edilmiş və protokol uca səslə oxunduqdan sonra Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində tanışı X6 və onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 204 ünvanda saxlanılması, bir büküm narkotik vasitə olan heroini üzərinə götürməsini Ağasəlimdən tələb etməsi, əks halda onunla birlikdə polis bölməsinə gətirilmiş X4 da narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə rəsmiləşdirəcəklərini bildirməsi, Təqsirləndirilən şəxs razılaşdıqdan sonra X2 və azyaşlı uşağının polis bölməsindən buraxılması barədə bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə saat 14:10-da saxlanıldıqdan sonra 5-ci PB-yə gətirilmiş, gətirilərkən onunla birlikdə heç kim olmamışdır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə keçən gecə azyaşlı uşağı ilə birlikdə Ağasəlimin Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evində olmuşdur. Gecə saatlarında övladı dönər istəmiş, onu almaq üçün 03 noyabr 2022-ci il tarixdə saat 02 radələrində birlikdə evdən çıxmışlar. Yaxınlıqda 24 saat işləyən dönər köşkü olmuşdur. Köşkə çatmağa az qalmış küçə ilə hərəkət edərkən yanlarında ağ rəngli avtomobil dayanmışdır. Bir neçə polis əməkdaşı avtomobildən düşərək onlara yaxınlaşmış, Ağasəlimdən adını və soyadını soruşmuşlar. Ağasəlim özünü təqdim etdikdən sonra polis əməkdaşları əraziyə daha bir avtomobil çağırmışlar. O və azyaşlı uşağı sonradan gəlmiş qara rəngli avtomobil ilə, Ağasəlim isə ağ rəngli avtomobil ilə Binəqədi RPİ-in 5-ci PB-yə aparılmışdır. Səhər açılan vaxta kimi polis bölməsində ayrılıqda saxlanılmışlar. Səhər saatlarında onu və azyaşlı uşağını polis bölməsindən buraxmışlar. Ağasəlimi isə orada saxlamışdır. Bir neçə gün sonra Ağasəlim də azad edilmişdir. Ağasəlimin dediyinə görə saxlanıldıqları gün polis bölməsində Ruslan adlı əməliyyatçı Ağasəlimin yanına gələrək bir büküm narkotik vasitə olan heroini üzərinə götürməsini tələb etmiş, əks halda onunla birlikdə gətirilmiş X4 da narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə rəsmiləşdirəcəklərini bildirmişdir. Ağasəlim onun və azyaşlı uşağının buraxılması üçün razılaşmış, bundan sonra onları polis bölməsindən buraxmışlar. Şahid F.Ağayeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, küçədə saxlanılarkən, nədə ki, 5-ci PB-də Ağasəlimin üzərinə heç bir baxış keçirilməmiş, onları 5-ci PB-yə gətirərkən hər birinin adı, soyadı, gətirilmə səbəbi və vaxtı növbətçi hissədə müvafiq qeydiyyat kitabına yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1,i.v.1). 03 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31 ünvanda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1,i.v.17-18). 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ünvan 16əkdaşları tərəfindən 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31 ünvanda saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 5-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2022-ci il tarixdə saat 15:30-dan həmin gün saat 15:50-dək davam etmişdir (cild 1,i.v.28-30). 04 noyabr 2022-ci il tarixli 6/6391 saylı “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) A.Əlizadə...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,094 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1,i.v.45-48). 05 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.72-73). 05 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1,i.v.99-100). 21 dekabr 2022-ci il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş “Tələbnamə”dən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1,i.v.85-86). 07 noyabr 2022-ci il tarixli 6663 saylı “Ambulator X5” rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.106-107). 05 noyabr 2022-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə 1,094 qram (tədqiqatdan sonrakı çəkisi 0,994 qram) qəhvəyi rəngli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq təyinatı məsələsi həll edilənədək qalıq hissəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1,i.v.87-90). Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 15 iyun 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 5-ci PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə saat 04:30-da polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 06:30-da Binəqədi RPİ-in MSY-yə təhvil verilmişdir. Qeydiyyat kitabından həmçinin görünür ki, X6 (Təqsirləndirilən şəxs onunla birlikdə 5-ci PB-yə gətirildiyini bildirir) 03 noyabr 2022-ci ildə saat 04:30-da polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 05:00-də profilaktik söhbət aparıldıqdan sonra buraxılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarından və zənglərin detallaşmasından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 03 noyabr 2022-ci il tarixdə gecə saat 02:35:17-dən həmin gün saat 14:46:25-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) ünvan olmuşdur. Şahid1 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili) istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 03 noyabr 2022-ci il tarixdə səhər saat 08:30:52-dən günorta 14.37:47-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) olmuşdur. Şahid2 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili) istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 02 noyabr 2022-ci il tarixdə gecə saat 23:09:23-dən ertəsi gün 15:57:16-dək Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvan olmuşdur. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 03 noyabr 2022-ci ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 03 noyabr 2022-ci ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs saxladıqları Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31 saylı ünvan istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Belə ki, əksər hallarda saxlanılan şəxslər onlara müqavimət göstərir və bu zaman mobil telefonun cibdən düşərək zədələnməsi halları baş verir. Bunun qarşısını almaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 03 noyabr 2022-ci ildə üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 03 noyabr 2022-ci il tarixdə gecə saat 02:35:17-dən həmin gün saat 14:46:25dək Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 14ası ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə əməliyyat saatında dəfələrlə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 03 noyabr 2022-ci il tarixdə səhər saat 08:30:52-dən günorta 14.37:47-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 03 noyabr 2022-ci ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 03 noyabr 2022-ci ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Dəqiq xatırlamasa da xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən mobil telefonu ya iş otağında qalmış, ya da əməliyyat tədbiri qurulan yerin ətrafında gözləyən avtomobildə olmuşdur.Bu səbəbdən Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31 saylı ünvan istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Adətən saxlanılan şəxslər polis əməkdaşlarına aktiv müqavimət göstərir və buna görə bir neçə dəfə mobil telefonu cibindən düşərək ekranı yararsız hala düşmüşdür. Bir daha belə bir halla qarşılaşmamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 03 noyabr 2022-ci ildə istifadəsində olmaqla üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 03 noyabr 2022-ci il tarixdə gecə saat 02:35:17-dən həmin gün saat 14:46:25-dək Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 14ası ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə əməliyyat saatında dəfələrlə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 02 noyabr 2022-ci il tarixdə gecə saat 23:09:23-dən ertəsi gün 15:57:16-dək Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvan olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil telefon nömrəsi öz istifadəsindədir. Tutulan gün, yəni 03 noyabr 2022-ci ildə həmin telefon nömrəsi üzərində olan mobil telefonun daxilində aktiv olmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda deyil, tamamilə ayrı vaxtda və yerdə, yəni 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində tanışı X6 və onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 204 ünvanda saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə əhəmiyyət kəsb edən müəyyən xüsusatlarla bağlı məlumatsız olduqlarını bildirmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra sualları cavablandıra bilməmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs ünvan 16əkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən 03 noyabr 2022-ci il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 03 noyabr 2022-ci il tarixdə polis bölməsinə daxil olmuş məlumatda xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir...Həmin məlumatın yoxlanılması üçün ünvan 15 ünvanda mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 14:10-da ünvan 15 ünvanda Təqsirləndirilən şəxs müşahidə olunduğunu görüb onu saxlamış və Binəqədi RPİ-in 5-ci PB-yə gətirmişlər (cild 1, i.v.2,6). İş materiallarında olan Binəqədi RPİ-in 5-ci PB-in baş təhqiqatçısı polis mayoru X7 tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ünvan 16əkdaşları tərəfindən 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 5-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2022-ci il tarixdə saat 15:30-dan həmin gün saat 15:50-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır (cild 1,i.v.28-30). Lakin, məhkəmədə Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda deyil, 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində tanışı X6 və onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 204 ünvanda saxlanıldığını bildirmiş, onun qeyd edilən yerdə və şəraitdə saxlanılması məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq edilmiş, eyni zamanda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən məhkəməyə təqdim edilmiş 5-ci PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabındakı məlumatlarla, habelə "xxxx" MMC-dən götürülmüş telefon məlumatları və zənglərin detallaşması ilə üst-üstə düşmüşdür. Belə ki, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə keçən gecə azyaşlı uşağı ilə birlikdə Ağasəlimin Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evində olmuşdur. Gecə saatlarında övladı dönər istəmiş, dönər almaq üçün 03 noyabr 2022-ci il tarixdə saat 02 radələrində birlikdə evdən çıxmışlar. Küçə ilə hərəkət edərkən yanlarında ağ rəngli avtomobil dayanmış, bir neçə polis əməkdaşı avtomobildən düşərək onlara yaxınlaşmış, Ağasəlimdən adını və soyadını soruşmuşlar. Ağasəlim özünü təqdim etdikdən sonra polis əməkdaşları əraziyə daha bir avtomobil çağırmışlar. O və azyaşlı uşağı sonradan gəlmiş qara rəngli avtomobil ilə, Ağasəlim isə ağ rəngli avtomobil ilə Binəqədi RPİ-in 5-ci PB-yə aparılmışdır. Səhər açılan vaxta kimi polis bölməsində ayrılıqda saxlanılmışlar. Səhər saatlarında onu və azyaşlı uşağını polis bölməsindən buraxmışlar. Ağasəlimi isə orada saxlamışdır. Küçədə saxlanılarkən, nədə ki, 5-ci PB-də Ağasəlimin üzərinə heç bir baxış keçirilməmiş, onları 5-ci PB-yə gətirərkən hər birinin adı, soyadı, gətirilmə səbəbi və vaxtı növbətçi hissədə müvafiq qeydiyyat kitabına yazılmışdır. Təqsirləndirilən şəxs şahid F.Ağayeva ilə birlikdə 2022-ci ilin noyabr ayının 3-də saat 02-03 radələrində 5-ci PB-yə gətirilmələrinin həqiqiliyi Binəqədi rayon Polisi İdarəsindən müvafiq qeydiyyat kitabı götürülməklə yoxlanılmış, 5-ci PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabına əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə saat 04:30-da polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 06:30-da Binəqədi RPİ-in MSY-yə təhvil verilmiş, X6 03 noyabr 2022-ci ildə saat 04:30-da polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 05:00-də isə profilaktik söhbət aparıldıqdan sonra bölmədən buraxılmışdır.Başqa sözlə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi qeyd olunan dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 03 noyabr 2022-ci ildə gecə saat 02 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 204 ünvanda onu saxlamış şəxslər ittiham aktında göstərilmiş ünvan 16əliyyat müvəkkilləri Şahid1 və Şahid2 olmamışlar. Onları 5-ci PB-də görmüşdür. Verilmiş ittihama əsasən isə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:10-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 14:10-da ünvan 3 ünvanda saxladıqlarını təsdiq etsələr də, Təqsirləndirilən şəxs həmin gün saat gecə saat 02:35:17dən günorta saat 14:46:25-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 ünvanda, yəni Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasında necə ola bilməsini izah edə bilməmişlər. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş təqsirləndirilən şəxsin və əməliyyat müvəkkillərinin telefon məlumatlarının təhlilindən görünür ki, Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməliyyatçısı Şahid1 istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 03 noyabr 2022-ci il tarixdə səhər saat 08:30:52-dən günorta 14.37:47-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) olmuş, Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməliyyatçısı Şahid2 istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 02 noyabr 2022-ci il tarixdə gecə saat 23:09:23-dən ertəsi gün 13:57:16-dək Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvan olmuşdur. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2022ci il tarixdə saat 14:10-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31 saylı ünvanda saxlanılmışdır. Polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlayarkən üzərilərində mobil telefon götürmədiklərini bildirsələr də, onların ələ keçirilmiş telefon məlumatlarının təhlilindən görünür ki, istifadələrində olmuş mobil nömrələrdən qeyd edilən ərəfədə dəfələrlə digər mobil nömrələrə zənglər edilmiş və müxtəlif saniyələrdə danışıqlar aparılmışdır. Polis əməkdaşlarının əməliyyat tədbirinə təhlükəsizlik baxımından mobil telefonsuz getmələrinin mümkünlüyü qəbul edilən olsa da, Şahid1 və Şahid2 məxsus olan və istifadələrində olmuş mobil nömrələr üzrə yuxarıda qeyd olunan müddətlərdə aktiv telefon danışıqlarının aparılması, habelə olduqları yerin ittihamda göstərilən yerdən (Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31 saylı ünvan) xeyli kənarda olması onların Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:10-da Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31 saylı ünvanda saxladıqları barədə bildirdiklərinin inandırıcılığını heçə endirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə saat 1410-da Binəqədi rayonu A.Gəraybəyli küçəsi 31 saylı ünvanda saxlanılıb Binəqədi RPİ-in 5-ci PB-yə gətirildiyi göstərilsə də, onun tamamilə ayrı ünvanda və vaxtda, naməlum şəxslər tərəfindən saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 1,094 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 5-ci PB-in baş təhqiqatçısı polis mayoru Yalçın Zeynalov tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 1,094 qram heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. İş üzrə mülki iddia yoxdur. 07 noyabr 2022-ci il tarixli 6663 saylı “Ambulator X5” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 1,094 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,994 qram hissəsi maddi sübut hesab edilərək Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 0,994 qram heroin qalığı həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X8 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,094 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalığı olan 0,994 qram heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. Bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 360 (üç yüz altmış) manat ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-169/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-169/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver