Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-169/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X9, Xüsusi ittihamçılar X10 və X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçılar X10 və X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdirlər. Şikayət ərizələrinə əsasən məlum olur ki, X1-Tok sosial şəbəkəsində canlı yayımlarda şəhid ailələrini, o cümlədən şəhid ailəsi olan xüsusi ittihamçıları təhqir edərək onların şərəf və ləyaqətlərini nalayiq formada alçaltmışdır. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X8 və xüsusi ittihamçı X10 məhkəməyə yazılı ərizə təqdim edərək artıq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslə barışdığına görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə hazırlıq iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 və onun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər şikayətindən yazılı ərizə yazaraq imtina etdiklərinə görə şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərlə - barəsində şikayət verilmiş şəxs X7 arasında barışıq əldə olunduğundan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materiallarda xüsusi ittihamçılar X5 və X4 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfüzunu ləkələyən, habelə təhqir xarakterli söz və ifadələr mövcuddur.(Geniş linqivistik araşdırma rəyin “tədqiqat prosesinin təsviri” hissəsində öz əksini tapmışdır.) Təqdim edilmiş materiallardakı məlumatların böhtan olub-olmamasının yoxlanılması hüquqi araşdırma tələb etdiyindən linqivistik-ekspertin kompetensiyasına daxil deyildir.Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat olmuşdur. İş materiallarına əlavə edilmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X8 və X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 ilə aralarında olan anlaşılmazlıq öz həllini taparaq barışıq əldə olunmuş, R.Qəribova qarşı heç bir şikayət və tələblərinin olmadığını və buna görə də işə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 11-ci hissəsində qeyd edilir ki, Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X10 və X8 verilmiş olduqları xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyindən və bu fakt onların məhkəməyə təqdim etdiyi ərizəyə əsasən təsdiq olunduğundan xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə iclası zamanı 05 saat vaxt sərf etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 05 (beş) saat hüquqi xidmətin dəyəri 30(otuz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB*************** *****,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-169/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-169/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver