Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-17/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1990-cı il tarixdə Quba rayonu, İdrisqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” QSC-də enerji nəzarətçisi işləyən, Quba rayonu, İdrisiqışlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fiziki şəxs kimi fəaliyyət göstərən “Jasmin” yuyucu vasitələr sexinin sahibi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus «Jasmin» əmtəə nişanlı təmizləyici məhsullarının istehsalı sexində termoplast dəzgahının fəhlə-operatoru işləyərkən «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşın»ın istismar dərsliyinin 4.2-ci bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərinə əsasən işə salma açarını söndürmədən maşının mexanizminin təmizlənməsi, press formadan məmulatların əl ilə götürülməsinin (çıxarılmasının) qadağan olunmasına, müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda həmin qaydalara əməl etməyərək, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vura biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərib qabaqcadan görməli olduğu və görə biləcəyi halda belə nəticəni görməyib cinayətkarcasına etinasızlıq göstərərək, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs termoplast press avadanlığında işləmə qaydalarını öyrədib işə buraxması barədə tapşırıq aldıqdan sonra, Zərərçəkmiş şəxs qısa müddət ərzində dəzgahın iş prinsipini izah edərkən təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləməsindən əvvəl dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibi təmizləməyin mümkün olduğunu da göstərib sonuncunu dəzgahda müstəqil işə buraxıb, Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına zidd olan üsul ilə işlədiyini görməsinə baxmayaraq onu dəzgahdan kənarlaşdırmayaraq, əksinə bütün gün ərzində dəzgahda plastik qablar üçün dəstək hazırlama işi ilə məşğul olmasına şərait yaratmış, Zərərçəkmiş şəxs həmin tarixdə saat 18 radələrində dəzgahda dəstək hazırlama işi ilə məşğul olarkən növbəti dəfə təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki plastmas qalığını götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilmiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları ilə müşayiət olunan əmək qabiliyyətinin 33%-dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2005-ci il tarixdə fiziki şəxs kimi VÖEN ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçərək Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən özünə məxsus «Jasmin» əmtəə nişanlı yuyucu vasitələrin istehsalı sexini işlədərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, termoplast press avadanlığında (dəzgahında) işləmə qaydalarına dair təlim və təlimatlandırma keçirilməsi, ona rəhbərlik edilməsi, dəzgahda işləməklə bağlı biliyin yoxlanılması, texniki təhlükəsizlik qaydaları ilə təlmatlandırma aparılması işlərinə və təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxs olmaqla, normativ sənədlərin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi müdəlar- 12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10-ci bəndlərinə əsasən işə yeni qəbul olunmuş işçilərlə işə buraxılmazdan əvvəl, eləcə də işləri görərkən təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmanın, həmçinin işlərin təhlükəsiz görülməsi metodları üzrə təlimlərin keçirilməsini təmin etməli, biliyin yoxlamasını, iş təcrübəsindən, səriştəsindən və işin xarakterindən asılı olraq işi usta və ya briqadirin nəzarəti altında görməsini və daha sonra müstəqil işə buraxılmasını təmin etməli olmasına baxmayaraq, qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyib xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlamadan qeyd olunan işlərin yerinə yetirilməsinə fəhlə kimi Zərərçəkmiş şəxs cəlb edərək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlar keçmədən, həmin sexdə fəhlə-operator işləyən qohumu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs termoplast press avadanlığında işləmə qaydalarını öyrədib işə buraxılmasını tapşırmaqla təhlükəsizlik qaydalarını pozmuş, bu səbəbdən Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində dəzgahda dəstək hazırlama işi ilə məşğul olarkən növbəti dəfə Təqsirləndirilən şəxs1 öyrətdiyi kimi təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki məmulatı götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilmiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları ilə müşayiət olunan əmək qabiliyyətinin 33%dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 131.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun atasının dayısı oğludur və 2017-ci ildə atasının xahişi ilə Təqsirləndirilən şəxs2 onu özünə məxsus «Jasmin» yuyucu vasitələr sexində fəhlə kimi işə götürmüşdür. Əvvəllər işi qabların doldurulması, persolun istehsalı, malların boşaldılması və hazır məhsulların yüklənməsindən ibarət olmuşdur. Bundan başqa o, həmin sexdə press dəzgahında işləmişdir. O, həmin dəzgahda yalnız qablara dəstək hazırlama işini görmüşdür. O, həmin işə başlayanda işi ona Vaqif əsaslı şəkildə izah edib öyrətmiş, həmçinin o, dəzgahda işləməyi köhnə işçi olan Akif Rzayevdən öyrənmişdir. Vaqif ona dəzgahda qoruyucu qapısını, yəni şüşəli ekranı açmaqla işləməyi izah etsə də, Akif Rzayevdən qəlibi təmizləyərkən qoruyucu qapını açmadan da əlini yuxarıdan salıb qəlibi təmizləməyin mümkün olduğunu öyrənmişdir. O, vaxt itkisinin qarşısını almaq və istehsal həcmini artırmaq üçün Akifin göstərdiyi qaydada işləmiş və bunu Vaqif görsə də, ona heç bir irad bildirməmişdir. O, həmin dəzgahda işləyib işi tam mənimsədikdən sonra Vaqifin tapşırığına əsasən təcrübəli işçi kimi yeni gələn işçilərə dəzgahda işləməyi öyrətmişdir. xx xxxxxx 2019-cu il tarixdə Vaqif fəhlə qismində Zərərçəkmiş şəxs işə qəbul etmiş və Vaqifin tapşırığı ilə Zərərçəkmiş şəxs qablara etiket vurma işini öyrətmişdir. xx xxxxxx 2019-cu il tarixdə işdə olan zaman Səbuhi, termoplast dəzgahında işləmək istədiyini ona bildirmiş və o, sonuncuya bunun üçün Vaqifə müraciət etməsini demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Səbuhi yenidən Vaqifə müraciət etmiş və sonuncu onu çağıraraq Səbuhiyə dəzgahda dəstək düzəltmə işini öyrədib işə buraxmasını tapşıraraq uşağı xəstə olduğu üçün Şabran rayonuna getmişdir. Bundan sonra o, Səbuhiyə pres dəzgahında hazır qablara plastik dəstək düzəltmə işini öyrətməyə başlamışdır. O, Səbuhiyə dəstək düzəldərkən yalnız qoruyucu ekranı açmaqla hazır məmulatı götürməli olduğunu bildirib bunu necə etməli olduğunu əyani şəkildə izah etmişdir. Eləcə də Səbuhiyə təcrübəli şəxslərin dəzgahın qoruyucu ekranını açmadan əlini yuxarıdan salıb qəlibi təmizlədiklərini deyərək həmin üsulun təhlükəli olmasını, yalnız təcrübə qazandıqdan sonra həmin qaydada işləyə biləcəyini bildirmişdir. Bundan sonra Səbuhi işə başlamış və o, sonuncunu işləyə bildiyi gördüyü üçün Vaqifin tapşırığına əsasən işə buraxmışdır. Həmçinin o, Səbuhiyə, gündəlik norma olaraq 4 kisə dəstək hazırlaya biləcəyi təqdirdə 19 manat, bundan az hazırlasa daha az əmək haqqı alacağını, eləcə də təcrübəli işçilərin 19 manat qazanması üçün qoruyucu ekranı açmadan əlini yuxarıdan salmaqla qəlibi təmizlədiklərini izah etmişdir. Bundan sonra Səbuhi onun yanında dəzgahda qoruyucu ekranı açmadan, yəni əlini yuxarıdan salmaqla işləməyə başlamış və o, Səbuhiyə irad bildirərək bu üsulla işləməyin onun üçün tez olduğunu demişdir. O, sexdə heç bir vəzifə tutmadığı və Vaqifin Səbuhini işə buraxmasını dediyi üçün sonuncunun işləmə qaydasına müdaxilə etmədən öz işləri ilə məşğul olmuşdur. Səbuhi gün ərzində dəzgahda işləmiş və saat 19 radələrində həyətdə qum ələmə işini görən Əli adlı şəxs qaçaraq onun yanına, yəni sexin şampun istehsal olunan otağına gəlib Səbuhinin əlinin dəzgahda qaldığını və kömək etmək lazım olduğunu bildirmişdir. O, qaçaraq dəzgahın yanına gəlmiş və orada Səbuhinin əlinin qəlibdə sıxılıb qaldığını və dəzgahın sönmüş olduğunu görmüşdür. O, dəzgahı işə salıb qəlibi əl rejiminə keçirib qəlibi açaraq Səbuhinin əlini dəzgahdan çıxartmışdır. Bundan sonra Vaqifə məlumat verilmiş və Səbuhi xəstəxanaya aparılmışdır. O, son sözündə özünü ona elan edilmiş ittihamla təqsirli bilərək Zərərçəkmiş şəxs ilə barışdığını, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsini tam şəkildə ödədiyini bildirərək məhkəmədən bəraətverici əsaslar olmadan barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 162.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə fiziki şəxs kimi VÖEN əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən «Jasmin» yuyucu vasitələr sexini işlətməyə başlamışdır. 2017-ci ildə qohumu X5 işlə təmin etməsini xahiş etdiyi üçün o, sonuncunu əmək müqaviləsi ilə fəhlə-operator qismində işə götürmüşdür. Azəri işə götürdükdən sonra bir ay ərzində sonuncuya termoplast dəzgahında, eləcə də sexdə olan digər texniki avadanlıqlarla işləməyi öyrətmişdir. xx.xx.2017-ci il tarixli əmrlə ona ixtisaslı fəhlə adı verib, xx.xx.2017-ci il tarixdən dəzgahda işləməyə buraxmışdır. Həmin vaxtdan Azərə qohumu kimi o, olmayanda sexdəki işlərə nəzarət və rəhbərlik etməsini tapşırmışdır. 2019-cu ilin avqust ayının əvvəlində yaşadığı evin həyətdə təmir işləri ilə məşğul olan Şahid1 oğlu Zərərçəkmiş şəxs fəhlə kimi işə götürməyi xahiş etmiş və o, Səbuhini qablara etiket vurma işinə qəbul etmişdir. xx.xx.2019-ci il tarixdə Səbuhi ona yaxınlaşaraq dəzgahda işləmək istədiyini demişdir. Həmin günü Azər ondan Səbuhi dəzgahda işləməyə buraxmasını xahiş etmişdir. O, Sbuhi və Azərə bu barədə fikrləşəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs yenə ona yaxınlaşıb bir daha dəzgahda işləmək istədiyini demişdir. O, həmin vaxt ailə vəziyyəti ilə bağlı Şabran rayonuna getməli olduğundan Təqsirləndirilən şəxs1 çağırıb Səbuhiyə dəzgahda işə buraxmamaq şərti ilə işləməyi başa salmasını, özü qayıtdıqdan sonra işləmə qaydasını təfərrüatı ilə izah edəcəyini deyib sexdən çıxıb getmişdir. Həmin gün saat 17 radələrində o, sexə gələrək işlərin necə olmasını Azərdən soruşmuş və sonuncu hər şeyin qaydasında olmasını bildirmişdir. Təxminən 18 radələrində Azər zəng edərək Səbuhinin əlinin dəzgahın qəlibində qalaraq xəsarət almasını demişdir. O, dərhal sexə gedib Səbuhini idarə etdiyi avtomobillə xəstəxanaya aparmışdır. O, Səbuhini xəstəxanaya aparandan sonra qayıdıb sexdə quraşdırdığı müşahidə kamerasına baxmış və Səbuhi əlini yuxarıdan salmaqla məmulatı götürərkən əlinin qəlibdə qalıb sıxılmasını görmüşdür. Bundan başqa həmin videoyazılardan Azərin Səbuhiyə dəzgahda təlimata uyğun olmayan qaydada işləməyi öyrətməsi, Səbuhini dəzgahda işləməyə buraxıb onun necə işləməsinə baxdığını da müşahidə etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Azər Səbuhiyə dəzgahda düzgün işləmə qaydasını izah etməmiş, həmçinin onun Səbuhini işə buraxmaması barədə tapşırığını nəzərə almadan sonuncu təkbaşına dəzgahda işləməyə buraxmışdır. O, hadisədən sonra Zərərçəkmiş şəxs müalicə xərclərini qarşılamış və sonuncun atasına 10.000 manat pul vermiş, lakin buna baxmayaraq sonuncu ondan əlavə olaraq 20.000 manatda pul tələb etmişdir. Ona görə də, barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-in 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs2 isə ona elan edilmiş CM-in 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, 2019-cu ilin avqust ayının əvvəllərində atası Şahid1 «Jasmin» yuyucu vasitələr sexinin sahibi Təqsirləndirilən şəxs2 onu işə götürməyi xahiş etdiyi üçün sonuncu onu həmin sexdə qablara etiket vurma işinə götürmüşdür. O, işə götürüldükdən sonra Təqsirləndirilən şəxs2 sexdə işlərə nəzarət və rəhbərliyi qohumu Təqsirləndirilən şəxs1 etdiyini demiş və sonuncu ona görəcəyi işi izah etmişdir. İşə başladıqdan bir neçə gün sonra o, press dəzgahında işləmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş və sonuncu ona bu barədə sexin sahibinə müraciət etməli olduğunu demişdir. O da Təqsirləndirilən şəxs2 müraciət etmiş və xx.xx.2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çağırıb ona dəzgahda işləməyi başa salaraq işə buraxmasını deyib çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təxminən 10 dəqiqə ərzində ona dəzgahda işləmə qaydalarını öyrətmiş, dəzgahda işləmək barədə izahlar verib göstərdikdən sonra onu dəzgahda işə buraxmışdır. O, Təqsirləndirilən şəxs1 göstərdiyi kimi işləməyə başlamış və saat 18 radələrində növbəti dəfə plastik dəstəyi-məmulatı qəlibdən götürərkən sağ əli presin qolları arasında qalaraq sıxılmışdr. Bundan dərhal sonra Təqsirləndirilən şəxs1 gəlib presi işə salıb əlini presdən azad etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 gəlib onu xəstəxanaya aparmışdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona qəlibin qoruyucu şüşəli ekranını açmadan əlini yuxarıdan salıb qəlibdəki plastik qalıqlarını təmizləməli olduğunu, izah etmiş, o, da Azərin öyrətdiyi üsul ilə, dəzgahda işləməyə başlamışdır. O, dəzgahda işləmək haqqında tam təlim və təlimatlandırma keçməmiş işə buraxmış, bu üsul ilə işləməyin təhlükəli olduğu barədə ona məlumat verilməmiş, əli sıxılarkən xəsarət almasının qarşısını almaq üçün hansı hərəkəti etməli olduğu ona izah edilməmişdir. Vaqif hadisə günü sexə gələrək onun qadağan edilmiş üsulla işlədiyini görmüş və heç bir irad bildirməmişdir. Hazırda onun əlinə protez hazırlanması çün 20.000 manat pul lazım olduğu və həmin məbləğ Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmədiyi üçün sonuncudan şikayətçidir. Eyni zamanda digər Təqsirləndirilən şəxs1 barəsində şikayəti, tələbi yoxdur, onunla barışmış və dəymiş ziyanın ona aid hissəsi ödənilmişdir. Ona görə də, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək Təqsirləndirilən şəxs2 məxsus Sulutəpə qəsəbəsində yerləşən «Jasmin» yuyucu vasitələr sexində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs həmin sexdə əvvəlcə qum ələmə işində, sonra isə etiket vurma işində işləmişdir. Sexdə rəhbərliyi Təqsirləndirilən şəxs2 işdə olmayan zaman Təqsirləndirilən şəxs1 həyat keçirmiş və sonuncu pres aparatında işləmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 press dəzgahında işləmək istədiyini dediyi üçün sonuncu Təqsirləndirilən şəxs1 Səbuhinin dəzgahda işləməyi öyrətməsini tapşırıb sexi tərk etmişdir. Azərin Səbuhiyə dəzgahda necə işləməli olduğunu izah etdiyini, bundan sonra Səbuhinin gün ərzində dəzgahda qablara dəstək düzəltmə işi ilə məşğul olduğunu görmüşdür. Həmin gün saat 18 radələrində o, Azərlə şampun doldurma işi ilə məşğul olan zaman Əli yanlarına gələrək Səbuhinin əlinin dəzgahda qaldığını demiş və o, qorxduğu üçün həmin yerə getməmiş, Azər isə Səbuhinin yanına gedərək Səbuhinin əlini dəzgahdan çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 gələrək Səbuhini xəstəxanaya aparmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş şahid Azərbaycan Elmi Tədqiqat Travmatoloqiya və Ortopediya institutunda cərrah-travmatoloq Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində işdə olan zaman şöbədə xx xxxxxx 2019-cu il tarixdə xəsarətlə gəlmiş xəstə Zərərçəkmiş şəxs görmüşdür. O, növbədə olduğu üçün xəstə ona verilmiş və xəstənin və yaxınlarının deməsinə görə Zərərçəkmiş şəxs iş yerində əlinin üstünə ağır beton plitə düşməsi ona məlum olmuşdur. O, Zərərçəkmiş şəxs müalicəsinə başlamış və sonuncunun dörd barmağını amputasiya etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri ,Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Jasmin» əmtəə nişanlı yuyucu vasitələr istehsalı sexində iş zamanı sağ əlinin press avadanlığının qolları arasında sıxılıb qalması nəticəsində xəsarət alması faktına görə CM-in 162.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması nəticələnən hadisə Bakı şəhəri ,Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Jasmin» əmtəə nişanlı yuyucu vasitələr istehsalı sexində baş vermiş və hadisə yerinə baxış zamanı sexin içərisində olan dəzgahın şəkilləri çəkilərək götürülmüşdür. xx.xx.2019-cu il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və diskdən müəyyən edilmişdir ki, hadisə yerində elektrik mühərriki ilə hərəkətə gətirilən zavod üsulu ilə hazırlanmış press dəzgahı vardır, dəzgah işlək vəziyyətdədir. Dəzgahın üzərində hər hansı sınma dağılma, qopma izi və əlamətləri müşahidə edilmir. Dəzgahın qarşı tərəfində nov üzəri ilə şaquli istiqamətdə sola və sağa əl ilə hərəkətə gətirilən şüşəli qoruyucu ekranı vardır. Sonuncu iş zamanı dəzgahın işçi sahəsini (sonanı) tam bağlayır. Qoruyucu ekran hərəkətə gətirilməyə başladıqda dəzgahın ötürücüsünün işi ani olaraq dayanır. Göstərilən hal ilə dəzgahın konstruksiyasında qoruyucu ekranın vəziyyətindən asılı olaraq təhlükəsizlik cihazının olduğu, onun işlək vəziyyətdə, yəni funksional təyinatına uyğun olduğunu göstərir. xx.xx.2005-ci il tarixli Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamədən görünür ki, X4 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialında ünvan 2 ünvanda xx.xx.2005-ci il tarixdə fiziki şəxs kimi qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən fəhlə-operator qismində işə qəbul edilmişdir. Həmin müqavilənin 3cü “İşçinin əmək funksiyaları” bölməsinin 3.5-ci bəndinə əsasən işçi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsal və əmək intizamı və daxili əmək rejiminə riayət etməli, 4-cü “Əmək şəraitinin şərtləri” bölməsinin 4.11-ci bəndinə əsasən isə özünün və yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydaları və normalarına əməl etməyə borcludur. xx.xx.2017-ci il tarixli Əmrdən görünür ki, işəgötürən Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2017-ci il tarixdən fəhlə-operator Təqsirləndirilən şəxs1 ixtisaslı fəhlə adı verilmiş və sonuncuya xx.xx.2017-ci il tarixdə termoplastavtomat dəzgahında işləməsi üçün icazə verilmişdir. xx.xx.2019-cu il tarixli Təhlükəsizlik təlimatından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 təhlükəsizlik təlimatı tam izah edilmiş, o cümlədən termoplast dəzgahında işləyərkən yalnız təhlükəsizlik qapısını açaraq qəlibdə hər hansı bir iş görməyə icazə verildiyi, mal qalığını qapını açmadan yuxarıdan götürməyin isə qadağan olunduğu izah edilmişdir. xx.xx.2019-cu il tarixli zəmanət qəbzindən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs və onun valideynləri qəbz verərək bildirmişlər ki, Səbuhinin kobud səhvi nəticəsində əlindən xəsarət alan zaman Təqsirləndirilən şəxs2 Səbuhini xəstəxanaya aparmış və sonuncuya bütün yardımlar edilmişdir. Təqsirləndirilən şəxs2 ümumilikdə Zərərçəkmiş şəxs 10000 (on min) manat maddi yardım etmiş və sonuncunun özü və ailəsi tərəfindən Vaqifə qarşı heç bir şikayət yoxdur. Hər hansı səbəbdən şikayət etsələr 10000 (on min) manat məbləğində pulu Təqsirləndirilən şəxs2 qaytarmağa zəmanət verilmişdir. xx.xx.2019-ci il tarixli, 2006 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ əlin İİİ-İV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna gətirildiyi xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə press dəzgahının qolları arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli protokollardan və protokola əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs dəzgahda işləmə qaydalarını öyrədərkən əlini yuxarıdan salıb qəlibdəki məmulatı götürməsini də göstərir və qısa müddət ərzində Səbuhiyə dəzgahda işləməyi öyrədib onu işə buraxıb onun yanında dayanıb Səbuhinin necə işləməsini seyr edir. Sonra Səbuhi gün ərzində həmin qaydada işinə davam edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəstək düzəltmə işini yerinə yetirərkən dəzgahı söndürmədən, qəlibdə işlərin təhlükəsiz görülməsini təmin etmək üçün nəzərdə tutulmuş nov üzərindəki şüşəli qoruyucu ekranı hərəkətə gətirmədən işə salma düyməsini sıxır və əlini qoruyucu ekranın üzərindən salaraq qəlibdən məmulatı (qab üçün dəstəyi) götürərkən sağ əli presin qolları arasında qalaraq əzilir və cəld dəzgahın işə salma düyməsini sıxıb dəzgahı söndürür. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktubundan görünür ki, hadisə ilə bağlı aparılmış təhqiqat zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsistemindən Zərərçəkmiş şəxs ilə hər hansı işəgötürən arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, fərdi sahibkar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2019-cu il tarixli Quba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, İdrisqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2019-cu il tarixli 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayış və xasiyyətnaməsindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 27510 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşin»ın istismar dərsliyinin 4.2-ci bəndinin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 və 12-ci bəndlərinin tələbləri pozulmuşdur. Göstərilən tələblərin pozulması hadisənin baş verməsinin müvafiq olaraq texniki və təşkilati səbəbləri olmuşdur. Belə ki, hadisə günü zərərçəkmiş Zərərçəkmiş şəxs fərdi sahibkar «Jasmin» yuyucu vasitələr sexinin sahibi Təqsirləndirilən şəxs2 tərəfindən qeyri rəsmi qaydada xx xxxxxx 2019-cu il tarixdən fəhlə qismində işə qəbul edildikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında termoplast dəzgahında işləmə qaydalarına dair təlim və təlimatlandırma keçmədən həmin sexdə fəhlə-operator işləyən və faktiki olaraq özü olmadıqda onu əvəz edən qohumu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəzgahda işləmə qaydasını öyrədib işə buraxmasını tapşırıb sexi tərk etmiş; Təqsirləndirilən şəxs1 isə, Zərərçəkmiş şəxs termoplast dəzgahında işləmə qaydalarını izah edərkən, təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləməsindən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibi təmizləməyin mümkün olduğunu da göstərib Zərərçəkmiş şəxs dəzgahda müstəqil işə buraxmış, bununla bərabər, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına zidd olan üsul ilə işlədiyini görməsinə baxmayaraq onu dəzgahdan kənarlaşdırmamış, əksinə bütün gün ərzində dəzgahda işləməsinə şərait yaratmışdır. «Dövrlü elektron idarəetmə proqramlı birpozisiyalı maşın»ın istismar dərsliyinin 4.2-ci bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri «Jasmin» yuyucu vasitələr sexində fəhlə işləyən Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10-cu bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələbləri «Jasmin» yuyucu vasitələr sexinin sahibi fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, CM-in 162.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 131.2 və 162.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 131.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1lə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, Təqsirləndirilən şəxs1 termoplast dəzgahında işə buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmr və “Təhlükəsizlik Təlimatı” keçmə barədə xx.xx.2019-cu il tarixli iltizam iş üzrə maddi sübut kimi tanınmış və iş üzrə hadisə yerindən götürülmüş disklər sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-17/2021 nömrəli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, təqsirləndirilən şəxslər dərhal məhkəmə iclas zalından həbs edilmişlər. AZE 18239885, AZE 18109769 və AZE ********* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı üç azyaşlı uşağı vardır. Məhkəməyə Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs ilə barışmış və cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsini tam şəkildə ödəmişdir. Ona görə də, bəraətverici əsaslar olmadan barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində şikayəti, tələbi yoxdur, onunla barışmış və dəymiş ziyanın ona aid hissəsi ödənilmişdir. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 CMin 131.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir, lakin Təqsirləndirilən şəxs1 CM-in 131.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, bununla da cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və CMin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən dəymiş zərərin qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 162.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-17/2021 nömrəli qərarı ilə xx xxxx 2021-ci il tarixdən hazırkı vaxtadək, yəni 1 (bir) gün müddətində həbsdə olmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı xx xxxx 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, Təqsirləndirilən şəxs1 termoplast dəzgahında işə buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmr və “Təhlükəsizlik Təlimatı” keçmə barədə xx.xx.2019-cu il tarixli iltizam cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin 90 (doxsan) manatı Təqsirləndirilən şəxs1 və qalan 90 (doxsan) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxx 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 ilə bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsi, Təqsirləndirilən şəxs1 termoplast dəzgahında işə buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmr və “Təhlükəsizlik Təlimatı” keçmə barədə xx.xx.2019-cu il tarixli iltizam cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin 90 (doxsan) manatı Təqsirləndirilən şəxs1 və qalan 90 (doxsan) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev