Məhkəmə qərarları › İş №1(001)-17/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-17/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-17/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olan, Tovuz şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx.xx.1978-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 1.Təqsirləndirilən şəxs1 06 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını gizli yolla talama məqsədi ilə həmin gün saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbəli küçəsində yerləşən "xxxx" MMC-yə məxsus anbarının həyətinə daxil olduqdan sonra aralarında olan razılaşmaya əsasən, o, həyətdə dayanıb ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs2 isə inzibati binaya girib orada işçilərin olmamasından istifadə edərək, iş otaqlarına açıq qapıdan keçməklə qanunsuz daxil olaraq, masanın üzərində olan bir ədəd 1800 manat dəyərində “Asus” markalı, bir ədəd 300 manat dəyərində “Dell” markalı noutbuk kompüterlərini və saxlanc yeri hesab edilən dolabda olan 740 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2840 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 31 yanvar 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 4 saylı evin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapısını xüsusi üsulla açaraq dirsəkaltı barın içərisində olan 450 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. 2.Təqsirləndirilən şəxs2 06 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını gizli yolla talama məqsədi ilə həmin gün saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbəli küçəsində yerləşən "xxxx" MMC-yə məxsus anbarının həyətinə daxil olduqdan sonra aralarında olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 həyətdə dayanıb ətrafı gözətləmiş, o, isə inzibati binaya girib orada işçilərin olmamasından istifadə edərək, iş otaqlarına açıq qapıdan keçməklə qanunsuz daxil olaraq, masanın üzərində olan bir ədəd 1800 manat dəyərində “Asus” markalı, bir ədəd 300 manat dəyərində “Dell” markalı noutbuk kompüterlərini və saxlanc yeri hesab edilən dolabda olan 740 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2840 manat maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə, günorta saat 15 radələrində maddi vəziyyəti ilə bağlı oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsinə yerləşən "xxxx" MMC-nin həyətinə böyük darvazadan keçərək daxil olmuşlar. Ətafda kimsə olmamış, sağ tərəfdə yerləşən binaya daxil olmuş, ancaq orada heç nə tapa bilməyib çıxmış, daha sonra Təqsirləndirilən şəxs2 sol tərəfdə yerləşən binaya daxil olmuş, o, isə darvazadan çıxıb gözləmişdir, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 də həyətdən çıxmış və birlikdə topdan satış mağazaları tərəfə getmişlər. Yolda Təqsirləndirilən şəxs2 qarın nahiyəsindən bir ədəd boz rəngli markasını xatırlamadığı noutbuk kompüterini çıxarıb, otaqdan oğurladığını bildirmişdir. Noutbuku bir neçə gün evdə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 tanışına 120 manata satmışdır. Əldə etdikləri pulu Təqsirləndirilən şəxs2lə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 31 yanvar 2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tək, piyada hərəkətdə olarkən küçədə yolun kənarında dayanmış göy rəngli “VAZ 2106” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu görüb, qapını açaraq avtomobilin salonunu axtarmağa başlamış, dirsək altı barda 25 manat pul olduğunu görüb götürmüşdür. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə, günorta saat 15 radələrində iş axtarmaq məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsinə yerləşən "xxxx" MMC-nin həyətinə böyük darvazadan keçərək daxil olmuşlar, ətrafda kimsə olmamış, Təqsirləndirilən şəxs1 sağ tərəfdə yerləşən binaya o, isə sol tərəfdə yerləşən binaya daxil olmuşdur. İçəri girdikdə sağ tərəfdə şüşəli otaqların qapıları açıq olmuş, içəridə kimsə olmadığından 2-ci otaqda masanın üzərində olan markasını xatırlamadığı boz rəngli noutbuk kompüterini götürüb, paltarın altına salıb qarın nahiyəsində gizlətmiş və oradan çıxaraq darvazadan keçib arxa tərəfdə olan topdan satış mağazaları istiqamətində getmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 da darvazadan çıxıb yanına gəlmişdir. O, Təqsirləndirilən şəxs1 içəridən bir ədəd noutbuk götürdüyünü bildirmiş, noutbuku bir neçə gün evdə saxladıqdan sonra tanışı Tural adlı şəxsə özünə məxsus olduğunu bildirib 120 manata satmışdır. Əldə etdikləri pulu Təqsirləndirilən şəxs1la birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. 25.06.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09.07.2020-ci il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçi, baş direktor vəzifəsində çalışır. MMC-nin fəaliyyəti quş əti məhsullarının istehsalı və satışından ibarətdir. MMC-nin hüquqi ünvanı ünvan 1onu, Ə.Rəcəbli küçəsində şirkətin anbarı yerləşir. Anbarın daxilində girişdən solda inzibati otaq yerləşir. 07 yanvar 2021-ci il tarixdə anbara gəldikdə anbarın girişindən sol tərəfdə yerləşən inzibati binanın otaqlarında olan noutbukların və şkafdan pulun oğurlandığını aşkar etmişlər. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Anbarın giriş qapısının yuxarı hissəsində quraşdırılmış təhlükəsizlik kameralarının videogörüntülərinə baxdıqda 06 yanvar 2021-ci il tarixdə saat 15 radələrində giriş qapısından içəri 2 nəfər naməlum şəxsin daxil olduğunu, bir qədər sonra çıxdıqlarını müşahidə etmişlər və əmin olmuşdur ki, noutbukları və pulu həmin şəxslər oğurlamışlar. Oğurlanmış “Asus” markalı noutbukun qiyməti təxminən 1800 manat, “Dell” markalı noutbukun qiyməti təxminən 1100 manatdır. Noutbuklardan başqa otaqda olan dolabın siyirməsindən 740 manat nağd pul oğurlanmışdır. “Dell” markalı noutbuk və pul girişdən sağdakı 2-ci şüşəli otaqdan, “Asus” markalı noutbuk isə girişdən sağdakı 1-ci şüşəli otaqdan oğurlanmışdır. Cəmiyyətə dəymiş ziyan qismən ödənildiyidən təqsirləndirilən şəxslərə heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində qanunvericilik çərçivəsində yüngül cəza verilməsini xahiş etmişdir. 25.06.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “VAZ 2106” markalı **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 30 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində avtomobilini yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 4 saylı evin qarşısında saxlayıb evə getmiş, 31 yanvar 2021ci il tarixdə, saat 11 radələrində avtomobilə yaxınlaşan zaman sürücü tərəf qapının bir qədər aralı olduğunu görmüş, salona baxdıqda oturacaqların arasında olan dirsəkaltı barın önə doğru gəldiyini görmüş, orada olan 450 manat pulun oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və ərizə ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs1 şikayətçidir. Odur ki, təqsirləndirilən şəxslər barəsində qanunvericilik çərçivəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Şahid qismində elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 bir neçə müddətdir tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 onun yaşadığı Rəsulzadə qəsəbəsində kirayə yaşamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2 Rəsulzadə qəsəbəsində məhəllədə söhbət edərkən Təqsirləndirilən şəxs2 ev kirayəsini verməyə pulu olmadığını buna görə özünə məxsus olan “Dell” markalı noutbuk kompüterini satmaq istədiyini bildirmiş, O, Təqsirləndirilən şəxs2 satdığı noutbuka baxıb almağa razılaşmış, razılaşmaya əsasən ilkin olaraq Təqsirləndirilən şəxs2 70 manat pul vermiş, 50 manatda bir müddət sonra verməyə razılaşmışdır. O, Qabildən aldığı noutbuku oğurluq olmasından məlumatı olmamış, Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları ona zəng edib bölməyə dəvət etdikdə o, Təqsirləndirilən şəxs2 aldığı noutbukun oğurluq olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs2 aldığı “Dell” markalı noutbuku könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02.02.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. (i.v. 1) 07.01.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 06 yanvar 2021-ci il tarixdə olan oğurluq hadisəsi "xxxx" MMC-in Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsinə yerləşən binasında baş vermişdir. (i.v. 3-8) 04.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 68) 04.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 77) "xxxx" MMC-nin binasının girişində olan təhlükəsizlik kamerasının 06.01.2021-ci il tarixdə qeydə aldığı video görüntülərin köçürüldüyü 01 ədəd CD diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin giriş qapısının qarşısında ətrafa bir qədər baxdıqdan sonra, giriş qapısından başını içəri salıb ətrafa baxıb, yenidən geriyə baxıb ətrafa göz gəzdirib içəri daxil olur, onun arxası ilə Təqsirləndirilən şəxs2 giriş qapısından içəri daxil olur, saat 15:16-da Təqsirləndirilən şəxs2 giriş qapısından küçəyə çıxıb ətrafa baxaraq oradan uzaqlaşır, saat 15:17-də uzun Təqsirləndirilən şəxs1 giriş qapısından küçəyə çıxıb ətrafa baxaraq oradan uzaqlaşır. (i.v. 80, 83) 04.02.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 84-86) 04.02.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 87-89) 05.02.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. (i.v.91) 05.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 92-93) 05.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 100-101) 05.02.2021-ci il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Şahid “Dell” markalı noutbuk götürülmüşdür. (i.v. 138) 05.02.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 “Dell” markalı noutbuk kompüteri tanıyaraq, həmin noutbukun "xxxx" MMC-nin binasından oğurlandığını bildirmişdir. (i.v.139) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon Məhkəməsinin 21.07.2006-ci il tarixli hökmü ilə CM-in 177.2.2,177.2.4-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 misli cərimə edilmişdir. Tovuz rayon Məhkəməsinin 15.09.2011-ci il tarixli hökmü ilə CM-in 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Tovuz rayon Məhkəməsinin 21.07.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 06.03.2020ci il tarixli qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl azad olunmuş, Tovuz rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (i.v. 148-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz rayon Məhkəməsinin 22.05.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Tovuz rayon Məhkəməsinin 11.02.2015-ci il tarixli hökmü ilə CM-in 185.2.3,221.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xətai rayon Məhkəməsinin 16.03.2017-ci il qərarı ilə 07 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Tovuz rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 145-146, 196-200) 31.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 31 yanvar 2021-ci il tarixdə, saat 04 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında baş vermişdir. (i.v. 162-166) 31.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin giriş qapısının qarşısında ətrafa bir qədər baxdıqdan sonra, bir nəfər kişi cinsli şəxsin Bakı şəhəri, ünvan 2 ünvanınında küçədə dayanmış avtomobilə yaxınlaşaraq avtomobilin ön sol qapısına tərəf yaxınlaşaraq oğurluq etməsi görünür. (i.v. 171) Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.1984-cü ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir. (i.v. 175) 11.02.2021-ci il tarixli qərardan görünür ki, vət. Zərərçəkmiş şəxs2 ərizəsi əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-də toplanmış 31.01.2021-ci il tarixli HK/1-140 saylı material ********* №-li cinayət işinə birləşdirilmişdir. (i.v. 179-180) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli 9/1154 saylı saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “Dell” markalı, Latitude EE6410” modelli, “Core i5” xüsusiyyətli noutbukun istifadə olması nəzərə alınaraq, 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 300.00 manat müəyyən edilir. (i.v. 211-212) 24.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin hadisə yerində yoxlanılması zamanı, ifadəsini hadisə yerində bir daha təsdiq edərək oğurluq etdikləri yeri əyani olaraq göstərmişdir. (i.v. 223-225) 24.04.2021-ci il tarixli protokoldan ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin hadisə yerində yoxlanılması zamanı, ifadəsini hadisə yerində bir daha təsdiq edərək oğurluq etdikləri yeri əyani olaraq göstərmişdir. (i.v. 227-230) 24.04.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 234-236). 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. (i.v. 238-244) 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 246-247) 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 255-256) 19.04.2021-ci il tarixli maddi sübut kimi tanınma qərarından və qəbzdən görünür ki, 1 ədəd “Dell” markalı noutbuk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (i.v.278) 05.02.2021, 31.01.2021-ci il tarixli qərarlardan görünür ki, video görüntülərin köçürüldüyü 02 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v.90, 171) 24.04.2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 237) Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, cəmiyyətə dəymiş ziyan qismən ödənildiyidən təqsirləndirilən şəxslərə heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 25.10.2021-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmədiyidən təqsirləndirilən şəxslərə qarşı şikayətçidir və onların həbs olunmasını xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərər çəkmiş hüquqi çəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də rəy, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək "xxxx" MMC-dən 01 ədəd noutbuk kompüterini, “VAZ 2106” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 25 manat pul götürməsi, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək "xxxx" MMC-dən 01 ədəd noutbuk kompüterini götürməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AZE12773319 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 12.03.2008-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. (i.v.263) Məhkəmə, CM-in CM-nin 59.1.4, 59.1.14, 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, himayəsində azyaşlı uşağın olmasını, törətdiyi cinayət əməllərindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğluna cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halın olması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 oğlunun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 4(001)–111/2021 nömrəli qərarı ilə barəsində 02.05.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin 01.05.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 22.05.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğlu 04 fevral 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Tovuz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(062)-16/2021 saylı hökmü ilə təyin edilmiş cəzasının 6 ay hissəsindən azad olunması üçün qanuni əsaslar yaranmışdır. Belə ki, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(062)- 16/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən 06 (altı) ay müddətinə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.02.2012-ci il tarixli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, Tovuz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(062)-16/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il, 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə saxlanılan 2 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.14, 59.2-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda baxılan iş üzrə 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 4(001)-112/2021 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin 01.05.2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 24.05.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 04 fevral 2021-ci il tarixdən həbsdə olmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tovuz rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli, 1(062)-18/2022 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 1(062)-63/2020 hökmü ilə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun Tovuz Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 1(062)-63/2020 hökmü ilə məhkum olunduğu 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məhkəmənin 08.02.2022ci il tarixli, 1(062)-18/2022 saylı qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə azaldılmış və çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri və iş üzrə sübut kimi tanınmış 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Dell” markalı noutbuk saxlanması üçün sahibi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1 -ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: 1.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 1(062)-63/2020 hökmü ilə məhkum olunduğu 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məhkəmənin 08.02.2022-ci il tarixli, 1(062)- 18/2022 saylı qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə azaldılmış və çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tovuz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(062)-16/2021 saylı hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən 06 (altı) ay müddətinə azaldılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(062)-16/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə azaldılmış 2 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Dell” markalı noutbukun saxlanması üçün sahibi zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” formatlı disk və hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar