Məhkəmə qərarları › İş №1(001)-17/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-17/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-17/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.40 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X15, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «PROSPEKT» Vəkil Bürosunun vəkili (müqavilə üzrə) Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X5, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10 Nərətulla oğlunun, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 Məcid oğlunun, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, ünvan 3cü il tarixli qərara əsasən barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, 18 fevral 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-187/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş «həbs» qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun arvadı Rumiyyə Eminovanın birinci dərəcəli əlillik xəstəliyə görə sosial müavinətin verilməsinə əsas olacaq tibbi diaqnozun təyin etdirilməsi imkanına malik olduğunu yalan vəd verib aldadaraq 15 iyun 2019-cu ildə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 2000 manat, 28 iyun 2019-cu il tarixdə saat 10 radələrində eyni ünvanda 3000 manat, 05 iyul 2019-cu il tarixdə saat 16 radələrində eyni ünvanda 3400 manat olmaqla ümumilikdə 8400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 8400 (səkkiz min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya əlillər üçün nəzərdə tutulmuş «Xəzər» markalı avtomobil təşkil edəcək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə saat 12 tadələrində Bakı şəhərinə gəlmişdim və həmin vaxtı ünvan 4 ünvanında yerləşən “Çinar kafe”də 5500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun sosial müavinətinin artırılması imkanına malik olduğunu yalan vəd verib aldadaraq 27 iyul 2019-cu il tarixdə Bakı şəhərinə gəldim və ünvan 4 ünvanında yerləşən “Çinar kafe”də 6000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq 30 iyul 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Çinar kafe”də 5500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun atası Fətəliyev Əyyub İsmayıl oğluna sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Narıncı” restoranının qarşısında Fətəliyev Əyyub İsmayıl oğlunun vasitəsi ilə 1500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə həkim vəzifəsinə, dayısı X8 isə sosial müavinətin verilməsinə əsas olacaq tibbi diaqnozun təyin etdirilməsi imkanına malik olduğunu yalan vəd verib aldadaraq ödəniş terminalı vasitəsi ilə qardaşı Şahid5 məxsus 5103-0714-7285-3692 nömrəli "xxxx" ASC-nə aid kart hesabına köçürmə yolu ilə xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 600 və 400 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 400 və 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, 22.10. 2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, 01.11. 2021-ci il tarixdə 200 manat, tanışı Şahid4 vasitəsi ilə isə xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən Mirməhəmməd Cavadzadə adına Respublika X3rşısında 1000 manat olmaqla ümumilkdə 11300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ümumilkdə 11300 (on bir min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.202021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Çinar kafe”də 3000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq sonuncunun tanışı Şahid6 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr. Azadlıq prospektində yerləşən "Lukoil"yanacaqdoldurma məntəqəsinin yaxınlığında 2500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun arvadı Cavadova Təranə Əlisaab qızına sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 2000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən Z.Əliyeva adına Göz İnstitunun qarşısında 5500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 Mirzəməmməd oğlunun etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 5500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 19:00-da Namiqlə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında sonuncunun tanışı Şahid2 vasitəsi ilə 8000 manat, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında isə 1500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilkdə 9500 (doqquz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq sonuncunun tanışı Şahid7 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 16:00-da Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 4000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs15 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs16 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq sonuncunun tanışı Şahid7 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 15:00-da ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 5000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs16 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq 04 aprel 2022-ci il tarixdə saat 15 radələrində Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 3000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs18 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun arvadı Mehrəliyeva Xəyalə Ramiz qızına sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq sonuncunun tanışı X16 vasitəsi ilə xx.xx.2022-ci il trixdə ünvan 5 ünvanda yerləşən Mirməhəmməd Cavadzadə adına Respublika X3rşısında 1700 manat, xx.xx.2022-ci il tarixdə isə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında isə 2700 manat olmaqla ümumilkdə 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs18 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs17 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 2000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs17 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 etibardan sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya sosial müavinət təyin etdirmək imkanına malik olduğunu yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X20 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qarşısında 5000 manat, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində eyni ünvanda 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilkdə 10000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, anası, iki azyaşlı övladı və arvadı ilə birlikdə yaşamış, atası rəhmətə getmiş, anası və arvadı heç bir yerdə işləməmiş, övladlarım orta məktəbdə oxumuş, özüm isə heç bir yerdə işləməmiş, 2019-cu ilin iyul ayının əvvllərində anasına təqaüd düzəltmək üçün yaşadığı ünvanın yaxınlığında yerləşən X23 tez-tez gedib getmiş, X32 Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində yerləşmiş, həmçinin yanında “Çinar” adlı çayxana olmuş, X23 gələn şəxslər demək olar ki, “Çinar” adlı çayxanaya yığışırmış, çox vaxt həmin çayxanada olurmuş, orda olan şəxslərin danışıqlarını kənardan izləyirmiş, həmin çayxanda olan şəxslərin əksəriyyəti X23 əllik dərəcələrinin bərpası ilə müraciət edən şəxslər olmuş, həmin vaxtlarda ora toplaşan şəxsləri aldadıb guya onlara əlillik dərəcəsi düzəldəcəyi adı ilə onlardan pullar alıb onları aldatmaq qərarına gəlmiş, həmin vaxtlarda pula ehtiyacı olmuş, bunun üçün bu yolla tanıdığı və tanımadığı şəxsləri aldadıb onlara əlillik dərəcəsi düzəltmək adı ilə pullar almışdır. Belə ki, Zərərçəkmiş şəxs1 ilə tanışılığı 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində, X20 yanında yerləşən “Çinar” adlı çayxanada yaranmış, həmin vaxtlarda Füzuli Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində, X23 gəib gedirmiş, orada müalicə alırmış, 2019-cu ilin iyun ayının əvvəllərində Füzuli ilə bir neçə ildən sonra təsadüfən görüşmüş, “Çinar” adlı çayxanada oturub çay içmiş, Füzuli ilə söhbət zamanı Füzuli özünü və arvadının ikinci qrup əlil kimi təqaüd alması, hazırda özünün və arvadının təqaüdünü dəyişdirərək birinici qrup əlil kimi təqaüd almaq istəməsini bildirmiş, belə olan halda Füzuliyə yalandan ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçmək üçün həkim müayinsəindən küçmək lazım olmasını, həmçinin də bu işin pulsuz düzəlməyəcəyini, başqa cür qeyri mümkün olduğunu bildirmiş, həmçinin Füzuliyə bu işdə köməklik edə biləcəyini demiş, bunun üçün də Füzuldən 8400 manat pul istəmiş, Füzuli fikirləşib bir söz deyərəm demiş, Füzuli ilə saqollaşıb ayrılmış,bir neçə gün sonra Füzuli ilə təkrar görüşərək Füzulidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında 15 iyun 2019-cu ildə saat 15 radələrində 2000 manat, 28 iyun 2019-cu il tarixdə saat 10 radələrində 3000 manat, 05 iyul 2019-cu il tarixdə saat 16 radələrində 3400 manat olmaqla ümumilikdə 8400 manat pul almış, həmin pulu Füzulidən özünün və arvadının ikinci qrup əlillik dərəcəsindən birinci dərəcə əlillik dərəcəsinə keçirəcəyi adı ilə almış, həmin aldığı pulu öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində, X20 yanında yerləşən “Çinar” adlı çayxanada tanış olmuş, həmin vaxtı Zərərçəkmiş şəxs5 ilə söhbət zamanı o, özünə əllik dərəcəsi düzəltmək istəməsini bildirmiş, bu məsələdə ona köməklik edə biləcəyini demiş, ondan xəstəlik sənədlərini, həmçinin də işin həlli üçün 3.000 manat pul istəmiş, xx.xx.202021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Çinar” adlı çayxanada Zərərçəkmiş şəxs5 3.000 manat pul almış, həmin 3.000 manat pul öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində, X20 yanında yerləşən “Çinar” adlı çayxanada tanış olmuş, 2021-ci ilin oktyabr ayının sonlarında bir nəfər zəng edərək özünü Zərərçəkmiş şəxs6 kimi təqdim edərək görüşmək istədiyini bildirmiş, onunla Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsində yerləşən X9rşısında görüşmüş, gürüş zamanı Böyükkişi nömrəni tanışı Elnurun vasitəsi ilə tanışı Nurəddindən almış, Nurəddinlə bir məktəbdə oxumuş, Elnuru isə tanımamış, Elnur isə Nurəddinin tanışı olmuş, eyni zamanda Elnur Böyükkişinin tanışı olmuş, Böyükkişi ilə söhbət zamanı “Bronxial asma”xəstəliyindən əziyyət çəkən arvadı Cavadova Təranə Əlisaab qızına əlillik ədərəxsi düzəltmək istədiyini bildirmiş, lakin alındıra bilməmiş, bu işinin həll edilməsində ona köməklik etməyini istəmiş, ona arvadının xəstəlik sənədlərini və işinin həlli üçün isə 2.000 manat pul verməli olduğunu demiş, Böyükkişi razılaşmış, 04 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Zərərçəkmiş şəxs6 2.000 manat pul almış, həmin pulu da öz sərfiyyatıma xərləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Ruslan adlı şəxsin vasitəsi ilə tanımış, həmin vaxtı Ruslan Fazil adlı tanışının təqaüdü kəsildiyini, ona bu işdə köməklik etmək lazım olduğunu demiş, Ruslana mobil nömrəsini Fazilə verməsini demiş, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Zərərçəkmiş şəxs7 ilə görüşmüş, həmin vaxtı Fazil özünə məxsus xəstəlik sənədlərini də gətirmiş, onun sənədlərini alaraq işin həll edilməsi üçün ondan 5.500 manat pul istəmiş, Fazil razılaşmış, 12 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 ilə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən Z.Əliyeva adına Göz İnstutunun qarşısında görüşərək ondan 5.500 manat pul almış, həmin pulu da öz sərfiyyatıma xərclədmişdir. Zərərçəkmiş şəxs7 şikayət etdikdən sonra həmin 5.500 manat puldan ona 2.500 manatını ona qaytarmışdır. Bundan başqa Şahid8 Zabit oğlunu Şahid2 vasitəsi ilə tanımış, 2022-ci ilin yanvar ayının sonlarında Namiq zəng edərək Nəsimi adlı tanışı olduğunu, onun qohumu Siyavuş adlı şəxsə əllik dərəcəsi ilə bağlı köməklik etmək lazım olduğunu demiş, Namiqə bu işin düzəlməsi üçün 8000 manat pul lazım olduğunu demiş, Namiq özlərinə deyəcəyini demiş, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Namiq zəng edərək Nəsimi və Siyavuşuşun görüşmək istəməsini bildirmiş, həmin vaxtı Ağsu rayonunda olduğundan Namiqə pulu götürməmsəini, ondan görüşüb götürməsini bildirmiş, Namiq pulu götürüb özündə saxlayacaqını bildimiş, həmin günü saat 23 radələrində axşam rayondan qayıdandan sonra Namiqələ zəngləşib Bakı şəhərində olduğunu bildirmiş, onunla Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında görüşərək 8000 manatı ondan almış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Nəsimi və Siyavuş adlı həmin şəxslə görüşmüş, görüş zamanı onlardan 8.000 manatdan əlavə 1.500 manat da pul istəmiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Nəsimi və Siyavuşla ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşərək 1.500 manat pulu da onlardan almış və həmin pulu da öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 2019-cu ilin iyun ayından tanımış, Ənvərlə ilk dəfə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında “Çinar kafe”də Füzulinin yanında görüşmüş, həmin vaxtı özü üçün əlillərə nəzərdə tutlan “Xəzər” markalı avtomobil almaq istəməsini bildirmiş, bunun üçün də həmin avtomobili ona növbəsiz təşkil edəcəyini vəd verərək ondan xx.xx.2019-cu il tarixdə 5500 manat pul almışdır, həmin pulu öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 2019-cu ilin iyul ayından tanımış, Samirlə ilk dəfə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında “Çinar kafe”də Füzulinin yanında görüşmüş, həmin vaxtı aldığı təqaüdün artırılmasını istəməsini bildirmiş, bunun qarşılığında 6000 manat pul istəmiş, xx.xx.2019-cu il tarixdə Samirdən Bakı şəhərinə gəldim və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də 6000 manat pul almış, həmin pulu öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs11 2022ci ilin avqust ayının əvvəllərində tanımış, Füzulini ilk dəfə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, təqaüdünün kəsilməsini və ona bu işdə köməklik etmək lazım olduğunu bildirmiş, onun sənədlərini alaraq işin həll edilməsi üçün ondan 10.000 manat pul istəmiş, Füzuli razılaşmış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, ondan 8000 manat pul almış, səhəri günü də ona zəng edərək 2000 manatı da istəmiş, həmin pulu da xx.xx.2022-ci il tarixdə həmin ünvanda onunla görüşüb ondan almış, 10000 manat pulu da öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 2022-ci ilin aprel ayının əvvəllərində tanımış, Cəlillə ilk dəfə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, təqaüdünün kəsilməsini və ona bu işdə köməklik etmək lazım olduğunu demiş, onun işin həll edilməsi üçün ondan 3000 manat pul istəmiş, Cəlil mənimlə razılaşmış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, ondan 3000 manat pul almış, həmin pulu da öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 Mirzəməmməd oğlunu 2021-ci ilin sentyabr ayının əvvəllərindən tanımış, onunla ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında tanış olmuş, onu inandırıb ona əlillik dərəcəsi düzəldəcəyim adı ilə xx.xx.2022ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında ondan 5.500 manat pul almış, həmin pulu da öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 2019-cu ilin iyul ayından tanımış, Ələsgərlə ilk dəfə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında “Çinar kafe”də Füzulinin yanında görüşmüş, onu Füzuliyə görə tanımış, həmin vaxtı o, özünə təqaüd düzəltmək istəyirmiş, ona bu işdə köməklik göstərə bilcəyimi qeyd edərək ondan 5500 manat pul istəmiş, ikinci dəfə mən Ələsgərlə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşərək ondan 5500 manat pul almış, həmin pulu öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs12 dayısının xəstəlik diaqnozunun dəqiq yazılmasında köməklik edəcəyi və onu işə düzəltdirəcəyim adı ilə ondan ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğində pul almış, həmin pulu öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Fətəliyev Əyyub İsmayıl oğluna əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Narıncı” restoranının qarşısında 1500 manat pulunu almış və həmin pulu öz sərfiyyatına xərcləmişdir. Bundan başqa 2021-ci ilin oktyabr ayının əvvəllərində Vüqar zəng edərək Gəncə şəhərində Cəmil adlı qohumu var, onun təqaüdü kəsilmişdir və onun təqaüdünün bərpa edilməsində köməklik etməyini sitəmiş, təqaüdün bərpa olunması üçün 5500 manat pul istəmiş, Vüqar bu barədə Cəmilə deməsini, razı olsa görüşərik demiş, sonra Vüqar zəng edərək Cəmil 5000 manat pul verəcəyini demiş, Vüqara Cəmildən ilkin olaraq 2500 manat almasını, 2500 manatı da işi həll olunandan sonra verər demiş, 2500 manatı ona görə ilkin olaraq istədim ki, sözü inandırıcı olsun, bunun üçün Vüqarı belə inandırmış, bu məqsədlə də xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr. Azadlıq prospektində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Vüqarla görüşmüş, Zərərçəkmiş şəxs13 məxsus 2500 manat pulu ondan almış, həmin pulu da öz sərfiyyatına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs15 ilə ilk dəfə 2022-ci ilin aprel ayında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, onu tanışı Xəyalın vasitəsi ilə inandırıb xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında 4000 manat pulunu almış və həmin pulu da öz sərfiyyatına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs16 ilk dəfə 2022-ci ilin aprel ayında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, onu tanışım Xəyalın vasitəsi ilə inadırıb xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında onun Xəyala verdiyi 5000 manat pulunu Xəyaldan almış, həmin pulu da öz sərfiyyatıma xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs17 əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında 2000 manat pulunu alıb öz sərfiyyatına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs18 arvadı Mehrəliyeva Xəyalə Ramiz qızına sosial müavinatla təmin etdirəcəyim adı ilə onları inandırıb Zərərçəkmiş şəxs18 4000 manat pulunu iki dəfəyə, yəni ilkin olaraq xx.xx.2022-ci il trixdə ünvan 5 ünvanda yerləşən Mirməhəmməd Cavadzadə adına Respublika X3rşısında tanışı 1300 manat, xx.xx.2022-ci il tarixdə isə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında isə 2700 manat olmaqla ümumilkdə Zərərçəkmiş şəxs18 məxsus 4000 manat pulu tanışım X10 vasitəsi ilə alıb öz sərfiyyatıma xərcləmişəm. Qeyd olunan cinayət əməlini tək törətmiş, həmin cinayəti törədərkən heç kimə bu barədə məlumat verməmiş, ailə üzvilərinin bundan məlumatı olmamış, aldığı pullardan heç bir həkimə və heç bir tanışına verməmiş, tanışları Şahid3 Mirzəğa oğlu, Şahid6, Şahid7, Şahid2, Şahid1, Şahid8, qardaşı Şahid5, Şahid4 həmçinin Ruslanın bu cinayətdən məlumatı olmamış, onlara heç bir məbləğdə pul verməmiş, onları da inandıraraq onların qeyd edilən tanışlarından qeyd edilən məbləğdə pulları almış və həmin pulları gündəlik sərfiyyatına sərf etmişdir.Aldığı pullarla heç bir mülk və daşınmaz əmlak əldə etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, evli olduğunu, ailənin yeganə qazanc gətirən şəxs olmasını və 18 nəfər zərərçəkmiş şəxsdən 17 nəfər zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, onlarla barışdığını, 17 nəfər zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, yuxarıda qeyd edilən ünvanda yaşamış, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının əvvəllərindən tanışı Elnurun vasitəsi ilə tanımış, arvadı Cavadova Təranə Əlisaab qızı uzun müddətdir ki, “Bronxial asma”xəstəliyindən əziyyət çəkmiş, uzun müddətdir ki, bu xəstəlikdən müalicə almış, Təranə 2-ci qrup əlilillik dərəcəsi ilə 2016-cı ildən 5 il olmaqla 2021-ci ilin oktyabr ayına kimi təqaüd almış, 5 ili tamam olduğu üçün təqaüd kəsilmiş, bununla bağlı yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müraciət etməli olmuş, 2021-ci ilin noyabr ayının əvvəllərində tanışı Elnur bir nəfər Nurəddin adlı tanışı olmasını, onun Emin Rəmzili adlı tanışı X21 tanışlarının vasitəsi ilə tez bir zamanda əlliyin bərpa edilməsini həll edə bilməsini demiş, Elnura Rəmzi ilə görüşdürməsini istəmiş, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Təqsirləndirilən şəxs ilə görüşmüş, görüş zamanı Rəmzi özü barədə məlumat verərək yaxın dost tanışının tanışlarına əlllik dərəcəsinin bərpa edilməsndə köməklik göstərməsini demiş, bunun üçün də aravadı Cavadova Təranə Əlisaab qızının xəstəliyi barədə soruşmuş, Təranəyə aid olan xəstəlik sənədlərinin surətlərini ona vermiş, Təqsirləndirilən şəxs bunun qarşılığında 2.000 manat pul istəmiş, bir həftəyə əllik dərəcəsi pərpa ediləcəyini bildirmiş, Təqsirləndirilən şəxs inanıb ona xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında 2000 manat pul vermiş, həmin gündən 1 hhəftyə keçmiş, lakin Təranənin əlliyi bərpa edilməmişdir. Bu barədə Rəmzi ilə əlaqə saxladıqda o, bəhanələr gətirərək uzatmağa başlamış, belə olan halda aldanıldığını bilmiş və Rəmzidən pulumu tələb etməyə başlamış, lakin Rəmzi gizlənmiş, telefon zənglərinə cavab verməmiş, daha sonra bu barədə Elnura demiş, Elnur Rəmzi ilə tanışı Nurəddinin vasitəsi ilə əlaqə saxıaldıqda Rəmzi pulu qaytaracağına söz vermiş, lakin pulu qaytarmamış, belə olan halda mən Rəmzi barəsində şikayət etmişdir. O, məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs10 bildirmişdir ki, 2016-cı ildən 2021-ci ilin oktyabr ayına 2-ci qrup Qarabağ müharibəsi iştirakçısı kimi təqaüd almış, 2021-ci iln oktyabr ayında həmin təqüdü dayandırılmış, bunun üçün də təkrar müayinədən keçmək üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 getmiş, orada növbə olduğundan binanın qarşısında gözləməli olmuş, həmin vaxtı bir nəfər Rəmzi adlı şəxs yaxınlaşaraq hansı səbəbdən gözlədiyini bildirdikdə ona əlillik dərəcəmin bərpa edilməsi üçün müayindən keçəməyə gəldiyini bildirmiş, həmin vaxt Rəmzi bu işlərlə məşğul olduğunu, əlillik dərəcəsini həkim müayinəsindən keçmədən həll edə biləcəyini təklif etmiş, bunun hansı yolla düzələcəyini soruşduqda Rəmzi adlı həmin şəxs bunun düzəlməsi üçün 3000 manat pul verəcəyini bildirmiş, ondan bu işin hansı müddət ərzində həl olunacağını soruşduqda Rəmzi 15 gün müddətində həll olunacağını demiş, 04 aprel 2022-ci il tarixdə saat 15 radələrində Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşərək ona 3000 manat pul vermiş, Rəmzi 15 gündən sonra təqaüdünün bərpa olunacağını bildirmiş, 15 gündən sonra Rəmzi ilə telefon əlaqəsi saxlayaraq işinin nə yerdə olmasını soruşduqda Rəmzi narahat olma 4-5 günə həll olunacaq demiş, lakin Rımzinin dediyi vaxt gəlib çatmış, lakin işi alınmamış, aldadıldığını bilib Rəmzidən şikayət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, birinci Qarabağ müharibə iştirakçısı olmuş, 1992-ci ildən bu günə kimi 2ci qrup əlil kimi təqaüd almış, Zərərçəkmiş şəxs1 həmyerlisi olmuş, 2019-ci ilin iyun ayının ortalarında Bakı şəhərinə gəlmiş, həmin vaxtı ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də Füzului Eminovla görüşmüş, Zərərçəkmiş şəxs1 yanında Rəmzi adlı şəxs də olmuş, bir masada oturub çay içmiş, Füzuli ilə aramızda olan söhbət zamanı ona əlillərə verilən maşınlardan əldə etmək üçün aidiyyatı qrumlara müraciət etməsini, bunun üçün növbəyə yazılmaq lazım olduqğunu demiş, bu zaman Rəmzi adlı həmin şəxs söhbətə müdaxilə edərək həmin maşını növbəsis təşkil edə bilməsini demiş, ndan bunun hansı yolla başa gəlməsini soruşduqda Rəmzi həmin maşın «Xəzər» markalı maşın olmasını, qiymətinin 17.000 manat olmasını, 5.500 manat versə həmin maşını növbəsiz təşkil edə biləcəyini demiş, həmçinin bundan əlavə əlillik dərəcəsinin bərpa edilməsini də bacardıqını, tanış biliş varsa əlillik dərəcəsini də təşkil edə biləcəyini demiş, Rəmzi ilə razılaşaraq onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini almış, xx.xx.2019-cu il tarixdə saat 12 tadələrində Bakı şəhərinə gəlmiş, həmin vaxtı ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də Füzuli ilə birilkdə Rəmzi ilə görüş, cibindən 5.500 manat pulu çıxarıb Rəmziyə vermiş, Rəmzi də həmin pulu sayıb götürmüş, Rəmzi uzaqı 1 ay müddətində əlillər üçün nəzərdə tutulmuş «Xəzər» markalı maşını adına rəsimləşdirməsinə söz vermiş, çıxıb yaşadığım rayona getmiş, Rəmzi dediyi vaxt gəldikdə onunla əlaqə saxlamış, lakin Rəmzi zənglərinə cavab verməmiş, bu barədə Füzuliyə demiş, Füzuli də Rəmzi ilə əlaqə saxladıqda Rəmzi müxtəlif bəhanələr gətirərək maşını verməmiş, Rəmzidən şikayət etmək qırarına gəlmiş, lakin Rəzmi hədə qorxu gələrək əgər ondan şikayət etsə onu məsuliyyətə cəlb edəcəklər demiş, Rəzmi dövlətə məxsus maşını adına rəsimləşdimək üçün rüşvət verdiyi üçün onu da məsuliyyətə cəlb edəcəklər demiş, belə olan halda qorxub ərizə verməmiş, lakin sonradan tanıdığı vəkillərlə məsləhət etdikdə Rəmzinin yalan danışdığını bilmiş, bunun üçün də onan şikayət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 bildirmişdir ki, beş dəfə bağırsağından əməliyyat olunmuş, uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqdar 2011-ci idın 2021-ci ilin oktyabr ayına kimi 2-ci qrup əllik dərəcəsinə görə təqaüd almış, xx.xx.2021-ci il tarixdə təqaüdü kəsilmiş, bunun üçün də təkrar həkim müayinsindən keçəməli olmuş, 2021-ci ilin noyabr ayında yenidən ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müraciət etdim və orada müəyinələrdən keçmiş, həmin vaxtı ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında “Çinar kafe”-də olarkən Rəmzi adlı şəxslə tanış olmuş, onunla söhbət zamanı əllik dərəcəsinin tez bir zamanda düzəlməsinə köməklik edə biləcəyini demiş, bunun qarşılığında 5.500 manat pul istəmiş, 12.2021-ci il tarixdə Rəmzi ilə zəngləşib onunla ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşdük və ona 5.500 manat pul vermiş, Rəmzi uzaqı 2021-ci ilin dekabr ayının sonunda əlillik dərəcən bərpa olunacağnı demiş, 2021-ci ilin dekabr ayı gəlib çatmış, lakin əlillik dərəcəsi bərpa edilməmiş, belə olan halda Rəmzi ilə əlaqə saxlamış, Rəmzi isə hər dəfə bir bəhanə gətirərək yaxın müddətdə işinin düzələcəyini bildirmiş, lakin Rəmzi tərəfindəb aldadıldığını bilib onun barəsində şikayət etmiş, Rəmzidən şikayət etdikdən sonra ilk araşdırmam DİNnin BMCQM-də aparılmış, sonradan material Binəqədi RPİ-nə göndərilmış, Rəmzidən şikayət tedikdən sonra Rəmzi həmin puldan 2.500 manatını qaytarmış, bu günə kimi 3000 manat pulu verilməmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 2003-cü ildən 2005-ci ilə kimi Müdafiə Nazirliyinin DQ-də baş leytenant rürbəsində xidmət etmiş, lakin sağ əyağında tromb olduğundan əziyyət çəkmış və bunun üçün də hərbidən çıxmış, uzun müddət əyağından əziyyət çəkdiyi üçün özünə əllik dərəcəsi düzəltmək qərarına gəlmiş, bunun üçün də bir neçə xəstəxanalara müraciət edərək müəynələrdən keçmiş, daha sonra müayinə sənədlərini götürüb 2021-ci ilin sentyabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 getmiş, orada növbə olduğundan həmin bina ilə üz-üzə olan “Çinar kafe”də gözləməli olmuş, həmin vaxtı bir nəfər Rəmzi adlı şəxs də kafedə digər masada əyləşmiş, ətrafında da çoxulu adamlar toplaşmış, həmin Rəmzini ətrafına toplaşan şəxslər əllik dərəcəsinin alınması ilə bağlı ondan məsləhət alırmış, həmin vaxtı Ələsgər adlı tanışı da yanında olmuş, bunun üçün də Rəmziyə yaxınlaşaraq onunla görüşmüş, aralarında yaranan qısa müddətli danışıq zamanı əllik dərəcəsi almaq istədiyini Rəmzi bildirmiş, Rəmzi əlində olan müayinə sənədlərinə baxaraq əllik dərəcəsinin düzəldilməsi üçün 3 000 manat pul istəmiş, 2021-ci ilin oktyabr ayının ortalarına əllik dərəcəsi hazır olacaqmış, Rəmzinin mobil nömrəsini götürmüş, xx.xx.2021ci il tarixdə saat 10 radələrində Rəmzi ilə zəngləşib ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında onunla görüşmüş, tanışı Ələsgər də yanında olmuş, müayinə sənədlərini və 3.000 manat pulu Rəmziyə vermiş, oktyabr ayı gəlib çatmış, lakin mənim əllik dərəcə düzəlməmiş, Belə olan halda mən Rəmzidən pulunu istəmiş, lakin Rəmzi müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Belə olan halda Rəmzidən şikayət etmək qərarına gəlmiş və bunun üçün də Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ikinci qrup əlil kimi təqaüd almış, yoldaşı Rumiyyə evdar qadındır, o, da ikinci qrup əlil kimi təqüd almış, 2019-cu ildə özünə və arvadı Rumiyyəyənin əlillik dərəcəsini dəyişərək birinci qrup əlil kimi təqaüd almaq istəmiş, bunun üçün də ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 getmiş, orada bu barədə maraqlandıqda həkim müayinələrindən keçmək lazım olduğunu öyrənmiş, həmin vaxtı orada əvvəllər tanıdığı Rəmzi adlı şəxsi görmüş, Rəmzi nə üçün bura gəldiyini soruşduqda özünün və arvadının əlillik dərəcəsinin dəyişərək birinci qrup əklil kimi təqaüd düzəltmək istədiyini bldirmiş, Rəmzi ilə 2017-ci ildən tanış olmuş, 2017-ci ildə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X21 qeydiyyatda olmuş, həmin mərkəzdə müalicə alırmış, ora gedib glərkən Rəmzi ilə tanış olmuş, Rəmzi orada pensiya məsələli ilə məşğul olurmuş, bu kimi işlərin görülməsində iştirak edirmiş, onununla münasibəti yaranmış, 2019-cu ildə həmin mərkəzə getdikdə onunla rastlaşmış, Rəmzi arvadının və özünün şəxsiyyət vəsiqələrini almış, həmin xəstəxandan hansısa həkimin yanına girib çıxdıqdan sonra arvadı və özü həkim müəyinələrindən keçməsini demiş, Rəmziyə arvadı və özü müəyindən keçmədən bu işi düzəltmək olar yoxsa olamaz demiş, Rəmzi bunun xərci biraz ağır olacaq demiş, Rəmziyə bu işin neçiyə başa gəlməsini soruşduqda Rəmzi birinci dərəcəli əlillik dərəcəsi üçün 8400 manat lazım olmasını demiş, Rəmzi ilə razılaşaraq qeyd edilən məbləği ona 3-4 dəfəyə verə biləcəyini demiş, Rəmzi razılaşmış, Rəmzi bu işin 6 ay ərzində həll olunacağnı bildirmiş, 15 iyun 2019-cu ildə saat 15 radələrində, 2000 manat, 28 iyun 2019-cu il tarixdə saat 10 radələrində 3000 manat, 05 iyul 2019-cu il tarixdə saat 16 radələrində 3400 manat olmaqla ümumilikdə 8400 manat pulu Rəmziyə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında vermiş, bunda sonra Rəmzi 2019-cu ilin iyun iyul ayları ərzində onun iştirakı ilə tanışları Zərərçəkmiş şəxs2 ona əlillər üçün nəzərdə tutulmuş “Xəzər” markalı avtomobil təşkil etməsi adı ilə 5.500 manat, Zərərçəkmiş şəxs3 əlillik dərəcəsini dəyişmək adı ilə 6.000 manat, Zərərçəkmiş şəxs4 əlillik dərəcəsi təyin etmək məqsədi ilə 5500 manat pul almışdır. Lakin qeyd edilən vaxt tamam olduqda işlərinin alınmadığını görüb Rəmzidən pullarını tələb etmiş, Rəmzi zənglərə cavab verdməmiş, görüşməyinə müxtəlif bəhanələr gətirmiş, Rəmziyə ondan polisə şikayət edəcəyini dedikdə Rəmzi bu işə görə şikayət etsək özləridə cinayət məsuliyyətinə cəlb edəcəylərini bildirmiş, guya pulla özlərinə təqaüd düzəldəcəyi tədqirdə oulu verən şəxsdə məsuliyyət daşıyacaqmış jkimi hədələr gəlmiş, bunun üçün də qorxub həmin vaxtlarda Rəmzidən şikayət etməmiş, lakin 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında olarkən Rəmzinin bir neçə nəfərə bu kimi verəcəkləri olduğunu bilmiş, bunun üçün də Rəmzinin barəsində Binəqədi RPİ-nə şikayət olduğunu bilib Rəmzi barəsində Binəqədi RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs11 bildirmişdir ki, 2013-cü ildən 2021-ci ilin oktyabr ayına qədər 2-ci qrup əlil kimi təqaüd almış, 2021-ci ilin oktyabr ayında həmin təqüdüm dayandırılmış, bunun üçün də təkrar müayinədən keçmək qərarına gəlmiş, bunun üçün də 2022-ci ilin iyul ayının sonlarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 getdim. Orada növbə olduğundan binanın qarşısında gözləməli olmuş, həmin vaxtı Rəmzi adlı şəxs yaxınlaşaraq nə səbəbdən gözləməli olduğunu bildirdikdə əlillik dərəcənin bərpa edilməsinə görə gəldiyini bildirmiş, Rəmzi adlı şəxs həmin vaxı həmin mərkəzə tez tez girib çıxırmış, oradakı adamların dediyinə görə Rəmzi adlı bu şəxs əllik dərəcəsinin düzəlməsi ilə bağlı işlər görürmüş, həmin vaxtı Rəmiz ən belə getsə burda çox gözləməli olacaqsan və həmçinin də ged gələ düşəcəksən demiş, istəsən əlillik dərəcənin bərpa edilməsi üçün sənə köməklik göstərə bilərəm demiş, Rəmzidən bunun necə düzələcəyini soruşduqda Rəmzi bildirdi ki, əgər əlillik dərəcənin tez düzəlməni istəyirsəndə bunun üçün 10.000 manat pul lazımdır demiş, xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında ona 8000 manat, təkrarən eyni ünvanda xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Rəmziyə 2000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Rəmzi ilə əlqə saxladıqda Rəmzi müxtəlif bəhanələr gətirmiş, hər dəfə yalanlar danışmağa başlamış, 2022-ci ilin sentyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında olmuş, Rəmzini orada görmüş, həmin vaxtı Rəmzinin başqa şəxsləri də aldatdığını bilib Binəqədi RPİ-də Rəmzinin barəsində şikayət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs8 Mirzəməmməd oğlu bildirmişdir ki, 2016-ci ildən 2022-ci ilin yanvar ayına kimi 2-ci qrup əllik dərəcəsinə görə təqaüd almış, 2022-ci ilin yanvar ayında təqaüdümü verilməmiş, bBelə olan halda təkrara müayindən keçmək qərarına gəlmiş, 21 saylı Ramanı kənd xəstəxanasına müraciət etmiş, müayindən keçmiş, həmin xəstəxanada olarkən Rəmzi adlı şəxslə tanış olmuş, Rəmzi ilə söhbət zamanı təqaüdün bərpa edilməsində köməklik edə biləcəyini demiş, bu iş üçün 5.500 manat pul istəmiş, Rəmzi ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Rəmzi ilə görüşmüş və ona 5.500 manat pul vermiş, yanında dostu Mütəllim də olmuş, 2022-ci ilin mart ayına qədər əllik dərəcəsi düələcəkmiş, mart ayı gəlib çatmış, lakin əllik dərəcəsi bərpa olunmamış, belə olan halda Rəmzidən pulunu istəmiş, lakin Rəmz müxtəlif bəhanələr gətirərək pulumu qaytarmaqdan yayınmış, belə olan halda Rəmzidən şikayət etmək qərarına gəlmiş, maraqlandıda Rəmzi barəsində Binəqədi RPİ-də cinayət işinin istintaq edilməsini bilmiş, bunun üçün də Binəqədi RPİ-nə Rəmzi barəsində şikayət ərizəsi yazmışdır. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 1-ci Qarabağ mübaharibəsi iştirakçısı olaraq 2021-ci il tarixinin sonlarına kimi 2-ci qrup əlilik dərəcəsi ilə təqaüd almış, lakin həmin təqaüd 2021-ci ilin sonlarında dayandırılmış, həmin təqüdün bərba edilməsi üçün dostan tanışdan maraqlanmağa başlamış, 2022-ci ilin yanvar ayının sonunda xalası oğlu Nəsimi Elnur adlı tanışının tanıdığı Namiq adlı tanışı var ki, onun da tanışı olan Rəmzi adlı şəxs bu işi həll edə bilər demiş, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Nəsimi ilə birilkdə Namiqlə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında görüşmüş, görüş zamanı Namiq onun Rəmzi adında tanışı olmasını, əlillik dərəcəsinin bərpa edilməsində köməklik edə biləcəyini demiş, həmin Rəmzi adlı şəxslə danışaraq onları onun yanına göndərəcəyini demiş, Rəmzinin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermiş, həmin vaxt Namiq Rəmzinin dediyinə görə bu işin həlli üçün 8.000 manat pul lazım olmasını bildirmiş, pulu ona verək, özü Rəmziyə çatdıracaqmış, 8.000 manat pulu sayaraq Nəsimiyə vermiş, Nəsimi də pulu bir daha sayıb Namiqə vermiş, daha sonra Rəmzi ilə telefon əlaqəsi saxlayaraq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında onunla görüşmüş, görüş zamanı Rəmzi 8.000 manatdan əlavə 1.500 manat da pul lazım olduğunu demiş, Nəsimi Namiqə zəng edərək Rəmzinin əlavə 1.500 manat da istəməsini bildirmiş, Namiq Rəmzi ilə əlaqə saxladıqdan sonra Namiq 1.500 manatın da verilməsini demiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Nəsimi ilə birlikdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Rəmzi ilə görüşmüş və 1.500 manat pulu Nəsimiyə vermiş, Nəsimi də pulu alaraq sayıb Rəmziyə vermişdir. Lakin əlillik dərəcəsi bərpa olmamış, Rəmzi ilə, həmçinin də Namiq ilə telefon əlaqəsi saxlayaraq pulu tələb etmiş, lakin Namiq bütün məsuliyyəti Rəmzinin üzərinə ataraq pulunun onda olmasını bildirmiş, Rəmzidən pulunu tələb etsə də Rəmzi gizlənmiş, zəngələrinə cavab verməmiş, belə olan halda rayondan gələ bilmədiyi üçün Nəsimidən xahiş edərək Binəqədi rayon Polis idarəsinə müraciət etməsini bildirmiş, daha sonra Bakıya gəlikdə sonra ərizə ilə müraciət etmişdir. 9.500 manat pul özünə məxusdur və maddi ziyan Nəsimiyə yox özünə dəymişdir, bunun üçün də zərəçəkmiş şəxs qismində özünün tanınmasını istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 1996-cı ildən 1998-ci ilə kimi hərbi qulluqçu kimi, hərbi leytenantı rütbətsində Qazax rayonu N saylı hərbi hissəsdə xidmət aparmış, 1998-ci ildə Qazax rayonu Kəmərli kəndində xidmətdə olarkən snayperlə vurularaq xəsarət almış, bunun üçün də hərbidən xəstəliyi ilə bağlı təxris olmuş, həmin vaxtdan 2021-ci ilə kimi ikinci qrup əlillik dərəcəsi ilə hərbi təqaüd almış, 2019-cu il iyul ayında aldığı xəsarət daha da incitdiyindən təkrar müayindən keçib aldığı təqaüdün artırılmasını istəmiş, bunun üçün də 2019-cu ilin iyul ayının ortalarında tanışı Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb Bakı şəhərinə gəlmiş, Füzuli ilə görüşdükdən sonra aldığı təqaüdün artırmaq istədiyini ona demiş, ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X21n həkim müəyinəsindən keçmək istədiyini bildirmiş, həmin vaxt Füzuli bu işlərin tez bir zamanda başa gəlməsi üçün Rəmzi adlı şəxs köməklik edə biləcəyini demiş, həmçinin Füzuli özünün də əlillik dərəcəsinin birinci dərəcəyöə keçirməsi üçün Rəmziyə pul verdiyni demiş, bu məqsədlə Füzuli həmin Rəmzi adlı şəxslə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də görüşdürmüş, həmin vaxt Rəmziyə hazırda təqaüd aldığı və təkrar həkim müayinəsindən keçib təqaüdünün artırılmasını istədiyini bildirmiş, Rəmzi bu işlər pulsuz əmələ gəlməyəcək və hər gün rayondan Bakı şəhərinə gedib gələcəksən, nəticə də olmayacaqdır demiş, belə olan halda Rəmzi bu işi tezb həll edilməsi üçün 6000 manat pul istəmiş, bu işi bir ay müddətində həll edə bilərmiş, bunun üçün də ortada ortaq tanışı Füzulinin olmasını düşünüb Rəmzi ilə razılaşmış, 27 iyul 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də Füzului Eminovla birlikdə Rəmzi ilə görüşmüş və 6000 manat pulu Rəmziyə vermiş, 1 ay müddətində işin alınacağını demiş, həmin vaxt gəlib çıxmış, lakin təqaüdü artmamış, belə olan halda nunla əlaqə saxladıqda Rəmzi zənglərə cavab verməmiş, bu haqda Füzuliyə demiş, Füzli də Rəmzi ilə əlaqə saxladıqda Rəmzi müxtəlif bəhanələr gətirərək işini düzəltməmiş, həmçinin də pulu qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Bədənində qəlpələr vardır. Həmçinin də vərəm xəstəsidir. Bu xəstəliyi ilə əlaqdar 2019-cu il iyul ayında fikirləşmişdir ki, özünə təqaüd düzəldsin və müayindən keçmək üçün Bakı şəhərinə gələrək tanışı Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb onunla görüşmüşdür. O, Füzuli ilə görüşdükdən sonra bu barədə ona demiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X21n həkim müəyinəsindən keçmək istədiyini bildirmişdir. Həmin vaxt Füzuli ona demişdir ki, bu işlərin tez bir zamanda başa gəlməsi üçün Rəmzi adlı şəxs ona köməklik edə bilər. Həmçinin Füzuli bildirmişdir ki, yoldaşına da əlillik dərəcəsinin birinci dərəcəyə keçirməsi üçün Rəmziyə pul vermişdir. Bu məqsədlə Füzuli onu həmin Rəmzi adlı şəxslə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də görüşdürmüşdür. Rəmzi demişdir ki, bu işlər pulsuz əmələ gəlməyəcək və hər gün rayondan Bakı şəhərinə gedib gələcək, nəticə də olmayacaqdır. Belə olan halda Rəmzi təklif etmişdir ki, ona 5500 manat pul verəcəyi təqdirdə bu işi bir ay müddətində həll edə bilər. Bunun üçün də o, ortada ortaq tanışımlarıFüzulinin olmasını düşünərək Rəmzi ilə razılaşmışdır. Rəmzi ona istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermişdir. 30 iyul 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında yerləşən “Çinar kafe”də Füzului Eminovla birlikdə Rəmzi ilə görüşmüşdürlər. Həmin vaxtı o, cibindən 5500 manat pulu çıxararaq Rəmziyə vermiş və Rəmzi də həmin pulu sayıb götürmüşdür. Rəmzi bildirmişdir ki, uzaqı 1 ay müddətində təqaüd alacaq. Rəmzi dediyi vaxt gəlib çıxmış, lakin onun təqaüdü alınmamışdır. Belə olan halda o, Rəmzi ilə əlaqə saxlamaq istəsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Bu haqda Füzuliyə demişdir. Füzli də Rəmzi ilə əlaqə saxladıqda Rəmzi müxtəlif bəhanələr gətirərək onun işini düzəltmədiyini, həmçinin də pulunu da geri qaytarmamışdır. O, Rəmzidən şikayət etmək qərarına gəlmişdir. Lakin Rəzmi ona hədə qorxu gələrək bildirmişdir ki, əgər şikayət etsə özünü də məsuliyyətə cəlb edəcəklər. Belə olan halda o, qorxub ərizə verməmişdir. Lakin sonradan tanıdığı vəkillərlə məsləhət etdikdə Rəmzi yalan danışdığını, şikayətini etməsini bildirmişdirlər. Bunun üçün də o, Rəmzidən şikayət etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs14 bildirmişdir ki, Fətəliyev Əyyub İsmayıl oğlu onun atasdır. Təqsirləndirilən şəxs barəsində verdiyi şikayət ərizəsi ilə bağlı məlumatlıdır. Belə ki, atası Əyyub 15 il müddətdir ki, 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd almışdır. 2021-ci ildə əlillik dərəcəsi ləğv olunmuş və bu səbəbədən də təkrar müayinələrrdən keçməli olmuşdur. Bu məqsədlə atası 2021-ci ilin iyun ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müraciət etmişdir.Orada müəyyən sənədlər lazım olduğundan atasıhəmin sənədləri toplamağa başlamışdır.Həmin vaxtlarda ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında olan çayxanada olan zaman orada olan tanımadığı şəxslərlə söhbət etdikdə bir nəfər atasına Rəmzi adlı şəxsin nömrəsini vermiş və bildirmişdir ki, Rəmzi əlillik dərəcəsinin bərpa edilməsi ilə məşğul olur və əgər məşğul olacaqsa daha müayinədən keçməyə ehtiyac yoxdur. Belə olan halda atasıRəmzi ilə telefon əlaqəsi saxlamış və Rəmzi ilə danışıq zamanı Rəmzi onun atasının əlillik dərəcəsinin bərpa etdirməsi üçün atasından 1500 manat pul istəmişdir. Atasıbu barədə ona deyəndə o, atasına demişdir ki, əgər Rəmzi adlı həmin şəxs əlillik dərəcəsini həll edə bilirsə etsin.Bunun üçün də atasına 1500 manat pul vermişdir ki, Rəmziyə versin. Atasıxx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Narıncı” restoranının qarşısında Rəmzi ilə görüşmüş və 1500 manatı sonuncuya vermişdir. Rəmzinin dediyinə görə bir ay müddətində əlillik dərəcəsi bərpa olunacaqdır. Həmin vaxtan bu günə kimi Rəmzi nə atasının əlillik dərəcəsini düzəltmiş, nə dəki pulu geri qaytarmamışdır. Bu səbəbdən də bir ildən artıq müddət də, Rəmzinin hər sözlərinə inanaraq gözləmişdir. Lakin Rəmzinin onun atasınıaldatmasına tam əmin olduqu üçün qərara gəlmişdir ki, bu barədə müvafiq orqana şikayət etsin. Bunun üçün də atas Yasamal RPİ-nə Rəmzi barəsində şikayət etmişdir. Bir daha qeyd etmişdir ki, həmin 1500 manat pul, atasına yox, ona məxsusdur, həmin pulu o, atasına vermişdir ki, özünə təqaüd düzəltsin. Bunun üçün də Rəmzi ona maddi ziyan vurmuşdur. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs13 bildirmişdir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə qazisidir. 2021-ci ilin mart ayına qədər 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin həmin ildən təqaüdü dayandırılmışdır. Bu səbəbdən o, təqaüdünü bərpa etdirmək istəmişdir. Afət adlı tanıdığı şəxs olmuş, Afət də müharibə iştirakçısı olmuşdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Afət ilə danışan zaman sonuncu, Vüqar adlı tanışının olduğunu və həmin Vüqarın onun təqaüd məsələsini həll edə biləciyini, yəni bərpa etdirə biləcəyini demişdir. O, buna inanmış, Afətin vasitəsi ilə Vüqarla tanış olmuşdur. Vüqar ona demişdir ki, Bakı şəhərində Rəmzi adlı tanışı var və həmin şəxs ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X21 bu kimi işlərlə məşğul olur. Vüqar ona demişdir ki, Rəmzi ilə danışıb bir söz deyəcək. Bir neçə gündən sonra Vüqar ona zəng edərək bildirmişdir ki, Rəmzi ilə danışmış və bunun qarşılığında 5500 manat pul lazımdır. O isə Vüqara demişdir ki, 5000 manat pul verəcək. Həmin söhbətdən bir neçə gün sonra Vüqar demişdir ki, Rəmzi ilə danışmış və təqaüdün bərpa edilməsi üçün əvvəlcədən 2500 manat, təqaüd bərpa olunandan sonra da 2500 manatı alacaq. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində 3 saylı şəhər xəstəxanasının yaxınlığında yerləşən Beynəlxalq Bankın yaxınlığında Vüqar ilə görüşmüşdürlər. O, həmin yerə arvadı X13 ilə getmişdir. Orada Vüqar onun Mersedes markalı avtomobiliminin arxa oturacağına əyləşmiş və onun yanına əyləşmiş, bir daha danışıb razılaşmış və avtomobilin içərisində 2500 manat pulu sayaraq Vüqara orada vermişdir. Vüqar da pulları sayaraq götürmüşdür. Vüqarın dediyinə görə Rəmzi adlı həmin şəxs təqaüdün 3 ay müddətində bərpa ediləcəyini demişdir. Həmin vaxt gəlib çatmış, lakin onun təqaüdü bərpa edilməmişdir. Belə olan halda Vüqar ona müxtəlif bəhanələr gətirmiş və hər dəfə bildirmişdir ki, indi alınacaq, səhər alınacaq. Bunun üçün də Vüqar barəsində Gəncə şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Vüqardan ona görə şikayət etmişdir ki, o, Rəmzini görməmiş və Rəmzi adl Vüqarın tanışıdır. Bunun üçün də o, Rəmzini tanımadığı və Rəmziyə pul vermədiyi üçün Vüqardan şikayət etmişdir. Buna baxmayaraq onu aldadadan adamın kim olduğunu müəyyən edilməsini istintaqa həvalə etmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs15 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında qohumu Şahid7 vasitəsi ilə tanımış və ilk dəfə xx.xx.2022-ci ilin aprel ayında görüşmüşdürlər. Belə ki, 2011-ci ildən 2021-ci ilə qədər ikinci qrup əlillik dərəcəsi ilə təqaüd almış, lakin 2021-ci ilin sonlarında təqaüdü dayandırılmışdır. Bunun üçün də o, təkrar müayindən keçmək üçün qərarlaşdırmışdır. Bunun üçün də Bakı şəhərində yaşayan qohumu Şahid7 bu barədə demişdir. Xahiş etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müracət edib müayindən keçmək üçün tanış tapsın. Bunun üçün də Xəyal Rəmzi adlı tanışının olmasını, onun əlillik dərəcəsinin bərpası ilə məşğul olmasını demişdir. O, Xəyala demişdir ki, Rəmzi ilə dəqiqləşdirərək işin həlli yolunu öyrənsin. Xəyal öyrəndikdən sonra Rəmzi adlı şəxs onun təqaüdünü bərpa etdirməsini öz öhdəsinə götürmüş və bunun qarşılığında 4000 manat pul istəmişdir. O, həmin pulu hazırlayıb xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gələn taksilərin biriylə Xəyala göndərmiş və Xəyal da Rəmzi ilə görüşərək pulu Rəmziyə vermişdir. xx.xx.2022-ci il tarixdə isə Rəmzinin təklifi ilə Bakı şəhərinə gəlmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüşdürlər. Rəmzi onu mərkəzin qarşısında gözlətdirmiş, özü isə mərkəzinin qarşısında özünün dediyinə görə həkimlərin yanına girib çıxmış və demişdir ki, artıq qeydiyyatdan keçilib və bir aya təqaüdləri bərpa olunacaq və rayona qayıtmağını demişdir. O, Gəncə şəhərinə qayıtmış, lakin Rəmzinin dediyi vaxt gəlib çıxmış, lakin onun təqaüdü bərpa olunmamışdır. Həmçinin qeyd etmişdir ki, onunla bərabər həmyerlisi Zərərçəkmiş şəxs16 da Xəyalın vasitəsi ilə Rəmziyə 5000 manat pul vermişdir. Lakin Rəmzi onlara bəhanələr gətirməyə başlamış və onlar başa düşmüşdürlər ki, Rəmzi onlarıaldadıb. Onlar maraqlandıqda aydın olmuşdur ki, Rəmzi barəsində Binəqədi RPİ-də cinayət işi vardır. Bunun üçün də barəsində Binəqədi rayon RPİ-nə ərizə ilə müraciət etmişdirlər. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir.Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs16 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında qohumu Şahid7 vasitəsi ilə tanımış və onunla ilk dəfə xx.xx.2022-ci ilin aprel ayında görüşmüşdür. Belə ki, 2014-ci ildən 2021-ci ilə qədər ikinci qrup əlillik dərəcəsi ilə təqaüd almış, lakin 2021-ci ilin sonlarında təqaüdü dayandırlmışdır.Bunun üçün də o, təkrar müayindən keçmək üçün qərarlaşdırmışdır. Bunun üçün də Bakı şəhərində yaşayan qohumu Şahid7 bu barədə demişdir. Həmin şəxsdən xahiş etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müracət edərək müayindən keçmək üçün tanış şəxs tapsın. Bunun üçün də Xəyal, Rəmzi adlı tanışının olmasını, həmin şəxsin əlillik dərəcəsinin pərpası ilə məşğul olmasını demişdir. O, Xəyala demişdir ki, Rəmzi ilə dəqiqləşdirərək işin həlli yolunu öyrənsin. Xəyal öyrəndikdən sonra Rəmzi adlı şəxs onun təqaüdünün bərpa etdirməsini öz öhdəsinə götürmüş və bunun qarşılığında 5000 manat pul istəmişdir. O, həmin pulu hazırlayıb xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gələn taksilərin biri ilə Xəyala göndərmiş və Xəyal da Rəmzi ilə görüşərək pulu sonuncuya vermişdir. xx.xx.2022-ci il tarixdə isə Rəmzinin təklifi ilə Bakı şəhərinə gəlmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüşdürlər. Rəmzi onu mərkəzin qarşısında gözlətdirərək özü isə mərkəzində özünün dediyinə görə həkimlərin yanına girib çıxmış və demişdir ki, artıq qeydiyyatdan keçmisiz, bir aya təqaüdünüz bərpa olunacaq və rayona qayıtmasını demişdir. O, Gəncə şəhərinə qayıtmış, lakin Rəmzinin dediyi vaxt gəlib çıxmış, lakin onun təqaüdü bərpa olunmamışdır. Həmçinin qeyd etmişdir ki, onunla bərabər həmyerlisi Zərərçəkmiş şəxs15 da Xəyalın vasitəsi ilə Rəmziyə 4000 manat pul vermişdir. Lakin Rəmzi onlara müxtəlif bəhanələr gətirməyə başlamış və onlar başa düşmüşdürlər ki, Rəmzi onları aldadıb. Onla rmaraqlandıqda bilmişdirlər ki, Rəmzi barəsində Binəqədi RPİ-də cinayət işi vardır. Bunun üçün də barəsində Binəqədi rayon RPİ-nə ərizə ilə müraciət etmişdirlər. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs18 bildirmişdir ki, arvadı Mehrəliyeva Xəyalə Ramiz qızı beş ildir böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı arvadı Xəyalə 2-ci qrup əlil kimi təqaüd alırmış, təxminən 2021-ci ilin axırlarında arvadım Xəyalənin aldığı təqaüd kəsilmiş, taqaüdü bərpa etmək üçün Xəyalənin sənədlərini komsiyaya göndərmiş, həmin vaxtlar imtina cavabı gəlmiş, təqaüdü bərpa edilməmiş, 2022-ci ilin yanvar ayında atası vəfat etmiş, atasının yas mərasimdə əmisi Aydınla söhbət zamanı arvadı Xəyalənin təqaüdünün kəsildiyini, təqaüdü bərpa etdirmək istədiyini demiş, əmsindən bu sahədə tanışının olubolmamasını soruşmuş, əmisi həmin vaxt tanışının olmadığını maraqlanacağını bildirmiş, 2022-ci ilin may ayında əmisi zəng edərək bir nəfərin işi həll edə biləcəyəni demiş, əmisinə həmin şəxslə görüşmək istədiyini bildirmiş, əmisi onu tanışı olan Əliağa adlı şəxsələ görüşdürmüş, Əliağa bu işi həll etməsini öhtəsinə götürmüş, işin həlli üçün ümumlikdə 4000 manat lazım olacağını bildirmiş, ilkin olaraq 1300 manat, qalanını da sonra verəcəyini demiş, Əliağa ilə razılaşmış, bir neçə gün sonra işi olduğu üçün özüm gedib Əliağa ilə görüşə bilməmiş, bu səbəbdən əmisi Aydına zəng edərək onunla görüşmüş, 1300 manat pulu və sənədləri Əliağaya çatdırması üçün vermiş, həmin gün əmisi Aydın Əliağa ilə görüşüb pulu və sənədləri ona vermiş, Əliağaya ilə telefon danışıqı zamanı işin qısa müddətdə düzələcəyini bildirmiş, bir neçə gün sonra Əliağa zəng edərək arvadı Xəyaləni müayinə etdirmək üçün Bakı şəhərinə Cavadzadə xəstəxanasına aparmaq lazım olduğunu bildirmiş, arvadı Xəyalə və əmisi Aydınla birlikdə Bakı şəhərinə Cavadzadə xəstəxanasına getmiş, Xəstəxanada Xəyalə müayinə edilmiş, analizlərin cavablarının saat 15:00-da hazır olacağını, digər sənədlərin də səhəri gün hazır olacağını demiş, əmisi Aydının işi olduğu üçün çıxıb getmiş, analizin cavabların götürmüş, rayona qayıtmış, Əliağaya zəng edib bu barədə demiş, Əliağa qalan sənədlərin özünün götürəcəyini bildirmiş, bundan sonra Əliağa ilə əlaqə saxlamış, Əliağa qalan pulu da verməyini bildirirmiş, işin həll olunacağını demiş, may ayının axırlarında 2700 manat pulu Əliağanın yaşadığı evdə ona vermiş, bundan sonra Əliağaya dəfələrlə zəng etmiş, işin nə yerdə olduğunu soruşmuş, Əliağa işin tezlikcə həll oluacağını demiş, bir neçə ay keçdikdən sonra Əliağaya işin düzəlmədiyini pulunu qaytarmasını demiş, Əliağa pulu Bakı şəhərində tanışı Rəmzi adlı şəxsə verdiyini demiş, ona Ramzini tanımadığını pulu ona verdiyini bildirmiş, bundan sonra da Əliağa müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs17 bildirmişdir ki, 1988-ci ildən 2010-cu il tarixinədək DİO-da xidmət etmiş, həmin ildən təqaüdə çıxmış, özüm birinci Qarabağ müharibəsi iştirakçısı olmuş, yoldaşı X17 2016-cı ildən 2021-ci il may ayına kimi ikinci qrup əlillik dərcəsi ilə təqaüd almış, 2021-ci ilin may ayında həmin təqüd kəsilmiş, təkrar müəyindən keçmək lazım olmuş, bunun üçün də mən 2021-ci ilin iyun ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 getmiş, həmin xəstəxanada olarkən Rəmzi adlı şəxslə tanış olmuş, Rəmzi ilə söhbət zamanı təqaüdün bərpa edilməsində köməklik edə biləcəkmiş, Rəmzi işin düzəlməsi üçün 2000 manat pul istəmiş, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş, 2000 manat pulu Rəmziyə vermiş, Rəmzi uzaqı bir ay müddətində düzələyini demiş, lakin Rəmzi vədinə əməl etməmişdir. Məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs12 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir münasibəti olmamışdır. 2021-ci ilin iyun ayının ortalarında, yəni iyun ayının 10-15-i arası dayısı X14 ürək çatışmamazlığı diaqnozu ilə Şamaxı rayon mərkəzi xəstəxanasında verilmiş göndəriş əsasında Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “X39”-nin Kardiologiya şöbəsinə müalicə olunmaq üçün göndərilmişdir. O, Sərxan Zərbalıyev ilə birlikdə qeyd olunan xəstəxanaya getmişdir. Xəstəxanada X29 USM-nə keçmək üçün hazırda adını xatırlamadığı həkim müayinə otağına daxil oldu. O da dəhlizdə otağın qarşısında dayanıb dayısının içəridən çıxmasını gözləyirdi. Həmin zaman adını bilmədiyi hündürboylu, qarayanız, dolubənli, 30-35 yaşlarında olan bir nəfər kişi dəhlizdə gözləyən şəxslərə yaxınlaşıb kimin nə problemi olduğunu, xəstəxanaya nə məqsədlə gəldiyini soruşdu. O da dayısının xəstə olduğunu, müalicə olunmaq üçün gətirdiyini bildirmişdir. Həmin adını bilmədiyi şəxs ona həmin xəstəxanada Ağca adlı şöbə müdirinin işlədiyini, müalicə ilə bağlı həmin həkimə müraciət etməyi təklif edərək onu Ağca adlı həkimin xidməti otağına aparmışdır. Həmin şəxs ona Ağca adlı şöbə müdirinin xidməti otağına daxil olub dayısının xəstə olduğunu, ona xəstəliyi ilə bağlı əlillik dərəcəsi verilməsi üçün diaqnozunun dəqiq yazılmasına köməklik etməsini bildirmişdir. Ağca həkim isə bildirdi ki “həmin adını bilmədiyi şəxsə bu barədə desin o, köməklik edəcəkdir. O otaqdan çıxıb həmin adama yaxınlaşmış, həmin şəxs ona Rəmzi adlı şəxsin mobil telefon nömrəsini verərək onunla əlaqə saxlamağını, Rəmzi adlı şəxsin ona köməklik edə biləcəyini bildirdi. Sonradan öyrənmişdir ki, ona Ağca həkimin otağına aparan şəxs xəstəxanada vasitəçilik edərək xəstələri orada olan həkimlərlə tanış edir. Həmin şəxsin adının nə olmasını bilmirmiş. O, Rəmzinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan 050-727-42- 22 saylı mobil nömrədən zəng edərək nömrəsinin xəstəxanadan verildiyini, dayısının xəstəliyi ilə bağlı ona zəng etdiyini bildirmişdir. Rəmzinin istifadəsində ***-***-**-** saylı mobil nömrə də vardır. Rəmzi bir neçə dəqiqəyə xəstəxanaya gələcəyini bildirdi və telefonu söndürdü. Təxminən 10-15 dəqiqə sonra Rəmzi xəstəxanaya gəldi. Rəmziyə dayısının xəstə olduğunu, onu müalicə etmək üçün yaxşı həkim lazım olduğunu, xəstəxanada biraz daha artıq müalicə alarsa ona pensiya təyin oluna biləcəyini bildirmişdir. Rəmzi onunla söhbət etdikdən sonra Ağca həkimin iş otağına daxil olmuş və 5-10 dəqiqədən sonra otaqdan çıxaraq ona Ağca həkimlə danışdığını, Ağca həkim razılıq verdikdən sonra ona zəng edəcəyini bildirmişdir. O isə X29 ilə birlikdə Şamaxı rayonuna qayıtmışdır. Bütün bu söhbətlər 2021-ci ilin iyun ayının 10-u və 15-i arası olmuşdur. Bu söhbətdən 2 gün sonra isə Rəmzi ona zəng edərək bildirmişdir ki, Ağca həkimlə danışmışdır, Ağca həkim razıdır, odur ki özü ilə 5000 (beş min) manat pul və dayısı X24 rayon mərkəzi xəstəxanasından göndərişlə X25 Kardiologiya şöbəsinə gətirsin. O, Fəzilə həkimdən göndəriş götürüb X28 getmiş, orada Rəmzi ilə görüşmüşdür. Rəmzi ona pul gətirib- gətirmədiyini soruşmuş, o ona pul gətirmədiyini bildirmişdir. Rəmzi ona bu işin düzəlməsi üçün 5000 (beş min) manat pul verməli olduğunu, ona verdiyi pulu Ağca həkimə verəcəyini bildirmişdir. O, Rəmziyə hazırda dediyi məbləğdə pulunun olmadığını, pulu hissə-hissə, əlinə düşdükcə verə biləcəyini bildirmişdir. Rəmzi isə ona bildirmişdir ki, hər hansı bir bankomata yaxınlaşıb ona kart nömrəsi deyəcəkdir. O da Rəmzi ilə razılaşmışdır. Dayısı Sərxan ilə birlikdə Ağca həkimin yanına getmişdir. X25 içərisində üç xəstəxana vardır. Onlar kardiologiya, yanıq və 5 nömrəli xəstəxanadır. Ağca həkim 5 nömrəli xəstəxanada şöbə müdiri işləyir. O. dayısı Sərxan ilə birlikdə Ağca həkimin yanına getmiş, lakin Ağca həkim bildirmişdir ki dayısının ürək xəstəliyi olduğu üçün onu kardiologiya şöbəsinə aparmalıdır. O da dayısı ilə birlikdə kardiologiya şöbəsinə Fidan həkimin yanına getmişdir. Fidan həkim əvvəllər İlham dayısının qızı İlahəni müalicə etdiyi üçün ona etibar etmiş və onu tanıyırmış. Odur ki, dayısı Sərxana demişdir ki, elə Fidan həkimin yanına getsinlər. Fidan həkim isə Sərxana müalicə yazaraq bildirdi ki, bir neçə gün müalicə alsın daha sonra gətirərsən gəlib xəstəxanada stasionar müalicə alar. O isə Rəmziyə zəng edib bildirmişdir ki, kardiologiya şöbəsində ona dedilər ki, dayısı burada stasionar müalicə almasına ehtiyac yoxdur, sadəcə müalicə yazıblar. Rəmzi isə ona demişdir ki “mən sənin dayın xəstəxanada yatmasa belə onun işini düzəldəcəm, demək olar bir xəstəxanadır, Ağca həkim hamını tanıyır, köməklik edəcəkdir”. Və ona pulu göndərməsini bildirmişdir. O isə Rəmzi ilə razılaşıb dayısını da götürüb Şamaxıya qayıtmışdır. Pulu olan kimi hissə- hissə Rəmziyə göndərəcəyini bildirmişdir. Təxminən bir gün sonra yəni 2021-ci ilin iyun ayının ortaları, yəni 20-si və 25-i arası Rəmzi ona zəng edərək bildirmişdir ki, pulu göndərməsə orada cəmi iki nəfər yer qalıb o, yerin birini onlar üçün saxlamışdır və pulu göndər ki, həmin yeri saxlasınlar. O da Rəmzi ilə razılaşmışdır. Daha sonra 26 iyul 2021-ci il tarixdə o, Rəmziyə zəng edib demişdir ki, onun 700 manat pulu vardır, həmin pulu necə göndərəcəyini soruşmuşdur. Rəmzi isə ona demişdir ki, hər hansı bir bankomata yaxınlaşıb ona zəng etsin, o ona hesabı deyəcəkdir. O da Şamaxı şəhəri, S.Vurğun küçəsi, Uğur marketin içərisində “e-manat” vasitəsilə 700 manatı Rəmzi deyən hesaba yəni üzərində 5103 0714 7285 3692 rəqəmləri olan və üzərinə “AGHASHAH EMİNLİ” sözü yazılmış Kapital Banka məxsus kart hesabına göndərmişdir. Səhər gün yəni 27 iyul 2021-ci il tarixdə Rəmzi ona zəng edərək dayısının sənədlərini aparıb Ağca həkimə verməyini bildirmişdir. O da dayısının sənədlərini Rəmzinin dediyi kimi aparıb X26 5 saylı xəstəxanada yerləşən iş otağında Ağca həkimə vermişdir. Ağca həkim dayısının ad soyadını qeyd edərək sənədləri ona qaytarmışdır. Həmin vaxt Rəmzi də Ağca həkimin otağına daxil olmuşdur. Rəmzi otağa daxil olduqdan sonra Ağca həkim ona otaqdan çölə çıxıb dəhlizdə gözləməyini bildirmişdir. O, çıxıb dəhlizdə dayanmış, bir qədər sonra Rəmzi də otaqdan çıxıb ona yaxınlaşaraq narahat olmamağını, hər şeyin düzələcəyini bildirmişdir. Həmin zaman Rəmzi ona bildirmişdir ki, dayısı Sərxan covid-19 testi versin, əgər testin cavabı neqativ olarsa xəstəxanada stasionar müalicə alması üçün qeydiyyata düşəcəkdir. O, Sərxanı aparıb elə X26 covid-19 testi verdirmiş və Sərxan ilə birlikdə Şamaxıya qayıtmışdır. İki gündən sonra testin cavabı neqativ çıxmışdır. O, bu barədə zəng edib Rəmziyə məlumat vermişdir. Rəmzi isə ona bildirmişdir ki artıq Sərxan xəstəxanada qeydiyyata düşübdür. Yəni guya Sərxan kardiologiya şöbəsində stasionar müalicə olunur və 10 gündən sonra müalicə müddəti bitdikdən sonra o, gedib Sərxanın sənədlərini Rəmzidən götürüb Şamaxı rayon mərkəzi xəstəxanasına gətirəcək ki Şamaxı RMX-da Sərxanın xəstəlik sənədləri sistemə işlənsin daha sonra isə Rəmzi X21 Sərxana təyinat verdirəcəkdir ki Sərxana pensiya təyin edilsin. Qeyd etmişdir ki həmin zaman o, Rəmziyə cəmi 700 manat pul vermişdir. Qalan 4300 manatı isə hələ verməmişdir. Çünki 700 manatı iyul ayının 26-sı ona göndərmişdi. Daha sonra 10 gün müddəti bitdikdən sonra Rəmzi ona bildirmişdir ki sənədlər hazırdır gedib onu Ağca həkimdən götürsün. O da 5 saylı xəstəxanaya Ağca həkimin yanına gedib sənədləri tələb etdikdə Ağca həkim bildirmişdir ki, hələ sənədlər hazır deyildir. O isə Ağca həkimin yanında çıxıb Rəmziyə zəng etmişdir ki, Ağca həkim deyir ki, sənədlər hazır deyildir. Rəmzi biraz keçmişdir ki, onun yanıma gəlib bildirmişdir ki, pulu tam vermədiyi üçün sənədlər hazır deyildir. O isə Rəmziyə bu barədə inanmış və ona həmin vaxt, yəni 2021-ci ilin avqust ayının əvvəlləri bildirmişdir ki xəstəxanada ona bir iş tapsın. Rəmzi isə ona demişdir ki, heç bir problem yoxdur. X42 həkimlə və digər xəstəxanalarla, əlillik bərpa mərkəzi ilə əlaqələrinə inanıb onun iş tapa biləcəyini fikirləşmişdir. Rəmzi də heç bir problem olmadığını bildirmişdir. Rəmzi ondan təhsilinin olub-olmadığını soruşmuş, o isə orta ixtisas təhsilli olduğunu bildirmişdir. Rəmzi hər hansı bir iş olsa ona tapacağını demişdir. Bunun üçün 7000-8000 manat pul verməli olduğunu bildirmişdir. O, isə demişdir ki, o qədər pulu yoxdur. Rəmzi demişdir ki, onda 5000 manat pul lazım olacaq. Rəmzi ona əlinin hər yerə çatdığını, ona iş də tapacağını bildirdiyi üçün ona inanmışdır. 1 həftə sonra ona zəng edərək işin hazır olduğunu bunun üçün 5000 (beş min) manat pul göndərməyini, pulu tam göndərdikdən sonra onun işə qəbul əmrinin veriləcəyini bildirmişdir. Rəmzi onu hansı işə düzəltdiyini, onun verməli olduğu 5000 manat pulu kimə verəcəyi barədə ona heç bir söz demədi. Sevindiyindən o, heç Rəmzidən onu hansı işə düzəltməsini belə soruşmadır. Rəmziyə ona verdiyi kart hesabına xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021 -ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021 -ci il tarixdə 900 manat,xx.xx.2021-ci il tarixdə 600 və 400 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021ci il tarixdə 400 manat, xx.xx.2021 -ci il tarixdə 400 və 500 manat,xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, 22.10. 2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, 01.11. 2021-ci il tarixdə isə 200 manat olmaqla cəmi 10300 manat pulu hissə-hissə göndərmişdir. Qeyd etmişdir ki, 10300 manatdan əlavə 1000 manat pulu Rəmzinin dediyi Cəmil adlı şəxsə əlbəəl Bakı şəhərində, Cavadzadə xəstəxanasının içərisində vermişdir. Belə ki, o Bakı şəhəri, Digah qəsəbəsində olanda təxminən 2021-ci ilin noyabr ayının ortalarında ona ***-***-**-** saylı nömrədən ona zəng gəlmiş, həmin şəxs onun nömrəsini Rəmzidən aldığını və ona 1000 manat pul verəcəyini bildirmişdir. O da Cəmil adlı şəxs ilə Cavadzadə xəstəxanasında görüşüb pulu ona əlbəəl vermişdir. Ümumilikdə o, Rəmziyə 10300 manat və Rəmzinin dediyi Cəmil adlı şəxsə isə 1000 manat pul vermişdir. Hansı ki, bütün pul yəni 11300 manat Rəmziyə çatmışdır. X29 2021-ci ilin sentyabr ayında səhhəti pisləşdiyi üçün o, Fidan həkim ilə əlaqə saxlamışdır. Fidan həkim isə ona bildirmişdir ki, dayısı Sərxanı müalicə olunması üçün X39 kardioloji şöbəyə gətirsin. O Sərxanı qeyd etdiyi şöbəyə aparmış, onun stasionar müalicə olunması üçün əvvəlcə covid-19 testi vermiş, testi verdikdən sonra Sərxanın nəticəsi pozitiv çıxdığı üçün o Şamaxı rayonuna qayıtmışdır. Sərxan 21 gün müalicə aldıqdan sonra onu yenidən X28 aparmışdır. Həmin zaman Sərxan xəstəxanada 10 gün stasionar müalicə almışdır. Müalicə müddəti bitdikdən sonra o, dayısı xəstəxanadan götürməyə getdikdə dayısının həkimi Fidan adlı həkim ona dayısının xəstəliyinə dair rəyi, yəni xəstəxanadan çıxarış sənədini verərək bildirmişdir ki, dayısının xəstəliyi ağırdır və o bu diaqnozla pensiya hüququ ilə təmin edilə bilər. O isə xəstəxananın qarşısında Rəmziyə zəng edərək ora gəlməsini bildirmişdir. Rəmzi gəldikdən sonra ona nə üçün onu aldatdığını bu qədər vaxtı heç bir iş görmədiyini, ona verdiyi pulları geri qaytarmasını bildirmişdir. Rəmzi isə ondan vaxt istəsə də, hazır ki vaxta qədər pulunu qaytarmamışdır. Daha sonra Cəmil adlı şəxs ona zəng edərək Rəmzinin qohumu olduğunu, onun barəsində şikayət etməməyini, yaxın vaxtlarda ona pulunu geri qaytaracağını bildirsə də hazıradək nə Rəmzi, nə də ki Cəmil onun pulunu qaytarmamışdır. Həmçinin bu söhbətlərdən sonra o, Ağca həkimin yanına gedərək bildirmişdir ki, nə üçün onun işini düzəltməmişdir, axı o, Rəmzi vasitəsilə ona pul göndərmişdir. Ağca həkim isə ona bildirmişdir ki, o Rəmzidən pul almamış, nə də ki, Rəmzi ona pul verməmişdir. Rəmzi onun yanına covid-19 testi barədə arayış almaq üçün getmişdir. O, Rəmziyə göndərdiyi puldan 1500 manatı X4 borc olaraq almışdır. Nailə isə ondan pulu geri istədikdə o, ona başa salmışdır ki, pulu Rəmzi adlı şəxsə vermiş və o pulu qaytarmır. Həmçinin Rəmzinin mobil nömrəsini də ona vermişdir. Nailə isə Rəmziyə zəng edib pulunu geri istəmişdir. Həmin zaman Nailə Rəmziyə bildirmişdir ki, o pensiya ilə bu pulu yığmışdır. Artıq pensiya da almır, odur ki, Rəmzi onun pulunu geri qaytarsın. Rəmzi isə ona demişdir ki, nə üçün pensiya ala bilmir, Nailə isə əvvəllər göz xəstəliyi ilə bağlı pensiya aldığını, hazırda pensiyasının kəsildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs şikayətçi olmadığını, vurulmuş ziyanın ona tam ödənildiyini, onunla barışdığınıbildirmiş və yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir. Rəmzi ilə uşaqlıqdan tanışdır. O, Ağsu rayonundan Bakı şəhərinə taksi kimi işləyir. Ara bir Rəmzi onunla Ağsudan Bakı şəhərinə gəlib getmişdir. Rəmzinin nə işlə məşğul olmasını dəqiq bilməsə də, eşitmişdir ki, sonuncu, X21 pensiya məsələləri ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə o, Bakı şəhərində olarkən Rəmzi ona bir mobil nömrə verərək demişdir ki, həmin adamla əlaqə saxlasın və həmin şəxsədn Rəmziyə çatası pulu götürsün. Həmin günü ünvan 5 ünvanda yerləşən Mirməhəmməd Cavadzadə adına Respublika X3rşısında Şəlalə adlı bir qadınla görüşmüş və həmin şəxs ona 1000 manat pul verərək bildirmişdir ki, həmin pulu Rəmziyə versin. O, həmin qadından 1000 manat pulu götürərək həmin günü axşam saatlarında Rəmzi ilə görüşərək pulu Rəmziyə vermiş və bundan başqa onun heç bir şeydən məlumatının olmadığını demişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs6la “Socar”da bir yerdə işləmişdirlər. Həmin şəxslə dostluq münasibətləri olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində işdə olarkən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, arvadı Cavadova Təranə Əlisaab qızı uzun müddətdir ki, “Bronxial asma”xəstəliyindən əziyyət çəkir, uzun müddətdir ki, bu xəstəlikdən müalicə alır, Təranə 2-ci qrup əlilillik dərəcəsi ilə 2016-cı ildən 5 il olmaqla 2021-ci ilin oktyabr ayına kimi təqaüd almışdır. 5 ili tamam olduğu üçün təqaüd kəsilmişdir. Bununla bağlı yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müraciət etməli olmuşdurlar. Söhbət zamanı o, Böyükkişiyə bildirmişdir ki, bir nəfər Nurəddin adlı tanışı var ki, eşitdiyinə görə Nurəddinin yaxın dostu olan Rəmzi adlı şəxs əlillik dərəcəsinin düzəldilməsi ilə məşğul olur. Bunun üçün də o, Nurəddinlə telefon əlaqəsi saxlayaraq yaxın dostunun arvadına əlillik dərəcəsinin bərpa edilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Nurəddin ona demişdir ki, Rəmzi adlı dostu ilə danışar. Daha sonra o, Nurəddinin nömrəsini Böyükkişiyə vermiş və Böyükkişi də. Nurəddinin vasitəsi ilə Rəmzi ilə tanış olaraq görüşmüş və sonradan bildiyinə görə Rəmzi Böyükkişinin arvadına əlillik dərəcəsini 04 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Böyükkisidən 2000 manat pul almışdır, lakin vədinə əməl etməmişdir. Belə olan halda o, Nurəddinə zəng edərək narazılığımı bildirmiş və demişdir ki, dostu olan Rəmzi Böyükkişini aldadarq pulunu almış və heç bir iş görməmişdir. Nurəddin ona narahat olmamasını, Rəmzi əgər belə bir şey etsə onunla yoldaşlıqa son qoyacaqını demişdir. Daha sonra o, təkrar Nurəddinlə əlaqə saxladıqda bildirmişdir ki, Rəmzi onun zənglərinə cavab vermir və ona demişdir ki, Rəmzidən şikayət etsin. Bundan sonra onlar məsəhət etdikdən sonra Böyükkişi, Rəmzi barəsində şikayət etmişdir. Bir daha qeyd etmişdir ki, bu işdə Böyükkisiyə qarşı dələduzluqu Rəmzi etmiş və Rəmzi də Böyükkişini aldatmışdır. Məhkəmə iclasında şahid Fətəliyev Əyyub İsmayıl oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində verdiyi şikayət ərizəsi ilə bağlı qeyd etmişdir ki, 15 il müddətdir ki, 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd almışdır. 2021-ci ildə əlillik dərəcəsi ləğv olunmuş və bu səbəbədən də təkrar müayinələrdən keçməli olmuşdur. Bu məqsədlə 2021-ci ilin iyun ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X23 müraciət etmişdir. Orada müəyyən sənədlər lazım olduğundan həmin sənədləri toplamağa başlamışdır. Həmin vaxtlarda ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında olan çayxanada olan zaman orada olan tanımadığı şəxslərlə söhbət etdikdə bir nəfər ona Rəmzi adlı şəxsin nömrəsini vermiş və bildirmişdir ki, Rəmzi əlillik dərəcəsinin bərpa edilməsi ilə məşğul olur və əgər həmin işlə məşğul olacaqsa daha müayinədən keçməyə ehtiyac yoxdur. Belə olan halda o, Rəmzi ilə telefon əlaqəsi saxlamış və Rəmzi ilə danışıq zamanı sonuncu əlillik dərəcəsinin bərpa etdirməsi üçün 1500 manat pul istəmişdir. O, bu barədə oğlu Cavadla məsləhət etmişdir. Cavad onu dinlədikdən sonra ona 1500 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Narıncı” restoranının qarşısında Rəmzi ilə görüşmüş və 1500 manatı sonuncuya vermişdir. Rəmzinin dediyinə görə bir ay müddətində əlillik dərəcəsi bərpa olunacaqdır.Həmin vaxtan bu günə kimi Rəmzi əlillik dərəcəsini düzəltməmiş, nədə ki, pulu geri qaytarmamışdır. Bu səbəbdən də bir ildən artıq müddət Rəmzinin hər sözlərinə inanaraq gözləmişdir. Lakin Rəmzinin aldatmasına tam əmin olduqu üçün qərara gəlmişdir ki, bu barədə müvafiq oraqana şikayət etsin. Bunun üçün də Yasamal RPİ-nə Rəmzi barəsində şikayət etmişdir. Bir daha qeyd etmişdir ki, həmin 1500 manat pul, ona yox, oğlu Cavada məxsusdur, bunun üçün də Rəmzi Cavada maddi ziyan vurmuşdur. Buna görə də, Cavadın zərəçəkmiş şəxs qismində tanınmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən tanımışdır. Həmin vaxtlarda maşın alqı-satqısı ilə məşğul olmuş və həminn vaxtlarda da Rəmziyə avtomobil nömrəsi satmışdır. Həmin vaxtlardan da bir birləri ilə telefon əlaqəsi saxlamışdırlar. O, Rəmzi ilə söhbət zamanı sonuncu əlillik dərəcələrinin bərpası işi ilə məşğul olduğunu və həmin sahədə yaxın tanışlarının olduğunu qeyd edərək həmin şəxslərlə iş birliyinin olmasını bildirmişdir. 2022ci ilin mart ayının əvvəllərində Gəncə şəhərində olan qohumları Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 ona bildirmişdirlər ki, əlillik dərəcəsi ilə bağlı aldıqları təqaüd dayandırılmışdır və bunun üçün də təkrar müayinədən keçmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X32ni müracət etməlidirlər. O, Bakı şəhərində yaşadığı üçün ondan xahiş etmişdirlər ki, əgər Bakı şəhərində həmin xəstəxanada tanış vardırsa rayondan gələndə növbədə gözləməsinlər. Həmin vaxtı Rəmzi yadına düşmüş və bunun üçün də o, Rəmzi ilə telefon əlaqəsi saxlayaraq bu barədə ona demişdir. Rəmzi ona demişdir ki, əlillik dərəcəsinin bərpa edilməsində köməklik edə bilərlər. Bunun üçün də o, 2022-ci ilin mart ayının əvvəllərində o Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüşdürlər. Rəmzi ilə görüşdükdən sonra o, öz telefonu ilə Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 Rəmzi ilə danışdırmışdır. Danışıq qurtardıqdan sonra Rəmzi ona demişdir ki, Zərərçəkmiş şəxs15 əlillik dərəcəsinin bərpası üçün 4000 manat, Zərərçəkmiş şəxs16dan isə 5000 manat pul istəmişdir. O, bu barədə Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 demişdir. Onlar pulu verməyə razılaşmışdırlar və həmin qeyd olunan pullları taksi ilə Bakı şəhərinə göndərmişdirlər. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs15 4000 manat pulu taksi ilə Bakı şəhərinə göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 16:00-da Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş və Zərərçəkmiş şəxs15 4000 manat pulunu Rəmziyə vermiş və demişdir ki, Zərərçəkmiş şəxs16 da pulu göndərdikdən sonra verəcək. Rəmzi demişdir ki, onun da pulunu tezləşdirsin ki, iksinin də sənədlərini eyni vaxtda həll etsin. Bildirmişdir ki, kiməsə ağız açacaqsa bir bir deməsin. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs16 5000 manat pulu ona göndərmiş və o, həmin günü saat 15:00-da Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüş və Zərərçəkmiş şəxs16da 5000 manat pulunu Rəmziyə vermişdir. Rəmzi demişdir ki, bir iki günə qohumlarına xəbər etsin ki, gəlib müayindən keçsin. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 Bakı şəhərinə gəlmişdirlər və onları Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşdürmüşdür. Rəmzi həmin şəxsləri həmin mərkəzin qarşısnda gözlətdirərək özü isə mərkəzində özünün dediyinə görə həkimlərin yanına girib çıxmış və demişdir ki, onlar artıq qeydiyyatdan keçib, bir aya təqaüdlarə bərpa olunacaq və həmin şəxslərin rayona qayıtmalarını bildirmişdir. Bunun üçün də Zərərçəkmiş şəxs15 və Abzərov X27 getmişdirlər. Lakin Rəmzinin dediyi vaxt gəlib çıxmış, lakin həmin şəxslərin təqaüdü bərpa olunmamışdır. Belə olan halda o, həmçinin də Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 Rəmzi ilə telefon əlaqəsi saxlamış, lakin Rəmzi onlara bəhanələr gətirməyə başlamış və onlar başa düşmüşdür ki, Rəmzi onları aldadıb. Onlar maraqlandıqda bilmişdir ki, Rəmzinin barəsində Binəqədi RPİ-də cinayət işi vardır. Bunun üçün də onun barəsində Binəqədi rayon RPİ-nə ərizə ilə müraciət etmişdirlər. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2022-ci ilin yanvar ayının sonunda Elnur adlı tanışı ona bildirmişdir ki, Nəsimi adlı tanışı vardır və sonuncunun qohumu Siyavuş adlı şəxsə əlillik dərəcəsi düzəltmək istəyir və bunun üçün tanışının olub olmadığını maraqlanmışdır. Bu zaman o, Rəmzi adlı tanışının bu işlə məşğul olmasını və onlarla tanış edə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:00-da Nəsimi ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında görüşmüşdürlər. Həmin vaxtı Siyavuş adlı həmin şəxs də Nəsiminin yanında olmuşdur. Görüş zamanı o, həmin şəxslərə Rəmzi adında tanışının olmasını və əlillik dərəcəsinin bərpa edilməsində köməklik edə biləcəyini deyərək Rəmzi ilə telefonla danışaraq bildirmişdir. Həmçinin Rəmzinin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri onlara vermişdir. Rəmzi demişdir ki, işin həlli üçün 8.000 manat pul lazımdır və tez bir zamanda bu iş həll olunacaqdır. Həmçinin telefonda Rəmzi Nəsimiyə demişdir ki, hazırda Ağsu rayonundadır və pulu ona verməsini bildirmişdir. Belə olan halda Nəsimi 8000 manat pulu ona vermişdir. O, həmin şəxslərdən pulu qəbul edərək həmin günü saat 23 radələrində o, Namiqə zəng edərək Bakı şəhərində olduğunu bildirmiş və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında görüşərək 8000 manatı Rəmziyə vermiş və demişdir ki, onun tanışlarının işini tez bir zamanda həll etsin. Rəmzi də, ona söz vermişdir ki, narahat olmamamalı, yüksək səviyyədə və tez bir zamanda əlillik dərəcəsini həll edəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nəsimi ona zəng edərək Rəmzi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşdüyünü və əlavə olaraq yenə də 1500 manat pul istədiyini bildirmişdir. Belə olan halda o, Rəmziyə zəng edərək nə məsələ olduğunu soruşmuş, Rəmziyə bildirmişdir ki, 8000 manatdan əlavə 1500 manat da lazım olmasını bildirmişdir. O, Rəmziyə demişdir ki, danışıq olmuşdur ki, 8000 manata işi həll edə biləcəkdir. Rəmzi isə cavabında bildirmişdir ki, əlavə işlər çıxıbdır ki, həmin 1500 manat da çatmalıdır ki, iş tam kökündən həll olunsun. Belə olan halda o, Nəsimyə zəng edərək bildirmişdir ki, əgər varındısa 1500 manatı da ver ki, Rəmzi işi alındırsın, yada demişdir ki, əgər istəmirsənsə 8000 manat pulunu geri al. Lakin Nəsimi demişdir ki, eybi yoxdur, 1500 manatıda tapıb verəcək. Sonra eşitmişdir ki, Nəsimi 1500 manatı da Rəmziyə vermişdir.Bir neçə vaxtdan sonra Nəsimi ona zəng edərək bildirmişdir ki, Rəmzi telefonlara cavab vermir.O da, Rəmziyə zəng etmiş və Rəmzi onun da zənglərimə cavab verməmişdir. Belə olan halda o, Rəmzini axtarıb tapmışdır. Rəmzi ona söz vermişdir ki, işi alındıra bilməyib və tez bir zamanda pulu qaytarcaq. Lakin Rəmzi pulu verməmiş və belə olan halda o, Nəsimiyə demişdir ki, Rəmzidən şikayət etsin və Nəsimi də Rəmzi barəsində polisə şikayət etmişdir. Onun Rəmzi ilə heç bir alış verişi olmamış, Rəmzinin aldığı puldan ona heç bir məbləğ verilməmiş, o, sadəcə olaraq ortada ortaq dostunun xətrinə həmin şəxsləri Rəmzi ilə tanış etmiş, lakin Rəmzi onu da aldatmışdır. Məhkəmə iclasında Şahid8 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, yuxarıda qeyd edilən ünvanda yaşayır. Xalası oğlu X6 1-ci Qarabağ mübaharibəsi iştirakçısı olaraq 2021-ci il tarixinin sonlarına kimi 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd almışdır.Lakin həmin təqaüd 2021-ci ilin sonlarında dayandırılmışdır. O, həmin təqaüdün bərpa edilməsi üçün dostdan tanışdan maraqlanmağa başlamışdır. 2022-ci ilin yanvar ayının sonunda Elnur adlı tanışı bildirmişdi ki, Namiq adlı tanışı var ki, bu işi həll edə bilər. O da, Elnura onu Namiq adlı həmin şəxslə görüşdürməyini istəmişdir xx.xx.2022-ci il tarixdə saat 19:00-da Namiqlə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Grand market ”in yanında görüşmüşdürlər. Həmin vaxtı xalası oğlu X6 da yanlarında olmuşdur. Görüş zamanı Namiq bildirmişdir ki, Rəmzi adında tanışı var ki, əlillik dərəcəsinin bərpa edilməsində köməklik edə bilər. Namiq onların yanında həmin Rəmzi adlı şəxslə danışaraq bildirmişdi ki, tanışlarını yanına göndərəcək ki, məsələni həll etsin. Rəmzinin istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrini ona vermişdir. Həmin vaxt Namiq bildirmişdir ki, Rəmzinin dediyinə görə bu işin həlli üçün 8.000 manat pul lazımdır və demişdir ki, pulu versin ki, özü Rəmziyə çatdırsın. Belə olan halda həmin vaxtı Siyavuşdan 8.000 manat pulu alıb sayaraq Namiqə vermişdir. Daha sonra o, Rəmzi ilə telefon əlaqəsi saxlayaraq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında görüşmüşdürlər. Həmin vaxtı da Siyavuş yanlarında olmuşdur. Görüş zamanı Rəmzi bildirmişdir ki, 8.000 manatdan əlavə 1.500 manat da pul lazımdır ki, iş kötükdən həll olunsun. O, Namiqə zəng edərək bildirmişdir ki, Rəmzi əlavə 1.500 manat da istəyir. Namiq Rəmzi ilə əlaqə saxladıqdan sonra Namiq ona demişdir ki, 1.500 manat da verilməlidir. Üstündə pul olmadığından Rəmziyə demişdir ki, günün ikinci yarısı görüşüb pulu verəcək. Rəmzi onunla razılaşmış və ayrılıb evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şiyavuşla birlikdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Rəmzi ilə görüşmüş və o, Siyavuşdan 1.500 manat pulu alıb sayaraq Rəmziyə vermişdir. Rəmzi bildirmişdir ki, 10 gün müddətində Siyavuşun əlillik dərəcəsi bərpa olunacaq. Bundan sonra o, Rəmzidən ayrılaraq evlərinə getmişdirlər. Həmin gündən 10 gün keçmiş, lakin əlillik dərəcəsi bərpa olunmamışdır. Belə olan halda Rəmzi ilə, həmçinin də Namiq ilə telefon əlaqəsi saxlayaraq pulu tələb etmişdir. Lakin Namiq bütün məsuliyyəti Rəmzinin üzərinə ataraq pulunun onda olmasını bildirmişdir. O, Rəmzidən pulunu tələb etsə də Rəmzi ondan gizlənmiş və zəngələrinə cavab verməmişdir. Belə olan halda ərizə ilə Binəqədi rayon Polis idarəsinə müraciət etmişdir. Qeyd etmişdir ki, həmin 9.500 manat pul Siyavuşa məxsusdur və maddi ziyan Siyavuşa dəymişdir, bunun üçün də iş üzrə Siyavuşun zərərçəkmiş şəxs qismində tanımasını xahş etmişdir. Məhkəmə iclasında Şahid3 Mirzəğa oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Şahid1 2-3 il olar ki, tanıyır. Onunla birlikdə kirayədə yaşamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Elnur ona demişdir ki, yaxın dostunun arvadına əlillik dərəcəsi düzəltmək üçün tanışının olub olmadığını soruşmuşdur. O, Elnura demişdir ki, bu işlə məşğul olan Rəmzi adında uşaqlıq dostu var və bu barədə sonuncuya deyə bilər. O, Rəmzi ilə telfon əlaqəsi saxlamış və bu barədə sonuncuya demişdir. Rəmzi ona demişdir ki, telefonu Böyükkişiyə versin. O, da nömrəsini Elnura vermişdir. Sonradan bildiyinə görə Rəmzi Böyükkişinin arvadına əlillik dərəcəsini 04 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Böyükkişidən 2000 manat pul almışdır, lakin vədinə əməl etməmişdir. Belə olan halda o, Rəmziyə dedikdə Rəmzi demişdir ki, yaxın zamanlarda onun pulunu qaytaracaqdır. Bir daha qeyd etmişdir ki, Rəmzinin Böyükkişini aldatmasından əvvəlcədən məlumatı olmamışdır. Həmçinin də o, bu işdə heç bir maddi marağının olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, yuxarıda qeyd edilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. 5103-0714-7285-3692 nömrəli "xxxx" ASC-nə aid kart hesabı ona məxus olsa da, həmin kartı qardaşı Rəmzi işlədir. Sonra o, bilmişdir ki, Rəmzi bir neçə nəfərə sosial müavinat düzəltmək üçün müəyyən məbləğlərdə pullar almışdır. Lakin onun bundan ümumiyyətlə məlumatı olmamışdır. O, rayonda yaşadığını, Rəmzinin isə Bakı şəhərində yaşadığını bildirmişdir. Bu məsələlərə görə Rəmzi ilə münasibəti pozulmuşdur. Həmçinin ailəsinin də, Rəmzi ilə münasibəti olmadığını, onun adına olan kart vasitəsi ilə də pullar almasından məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, heç bir yerdə işləmir. Rəmzini 5-6 ildir ki, tanıyır. Onunla Bakı şəhərində tanış olmuşdurlar. Zərərçəkmiş şəxs13 onun barəsində Gəncə şəhər 1-ci polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs13 tanışı Mübarizin vasitəsilə tanımışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs13 ona zəng vurub bildirmişdir ki, nömrəni Mübarizdən almışdır və ona əlillik dərəcəsinin bərpa elətdirmək üçün köməklik etməyini istəmişdir. Sonra o, Cəmillə görüşmüş, sonuncu ona ətraflı danışmış moda həmin şəxsə bildirmişdir ki, Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs var ona köməklik etməsi barədə deyər. Zərərçəkmiş şəxs13 ona demişdir ki, əgər ona bu işdə köməklik edə bilsə, sonda şirinliyini verəcək. O da, Cəmilə demişdir ki, təki, alınsın, şirinliyini versə də sağol, verməsə də saqol. Sonra Rəmzi ilə telefonla danışmışdır. Rəmzi ona bildirmişdir ki, köməklik edər ki, sənədləri və 5500 manat pul versin. O da, Zərərçəkmiş şəxs13lə danışmış və Zərərçəkmiş şəxs13 demişdir ki, 5000 manat pul verəcəkdir. O da Cəmilin 5000 manat pul verə bilməsini Rəmzi ilə telefonda danışmışdır. Rəmzi 5000 manat razılıq vermiş və bildirmişdir ki, həmin 5000 manat pulun 2500 manatını əvvəlcədən, 2500 manatını isə təqaüd bərpa olunandan sonra veriləcək. O da bu barədə Cəmilə demiş və sonuncu bu fikirlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində 3 saylı şəhər xəstəxanasının yaxınlığında yerləşən Beynəlxalq Bankın yaxınlığında Cəmil Abdllayevlə görüşmüş və Cəmil 500 manat pulu ona vermişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr. Azadlıq prospektində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş və onun avtomobilinə oturaraq Zərərçəkmiş şəxs13 aid sənədləri və 2500 manat pulu ona vermişdir. Rəmzidə bildirmişdir ki, 3 ay müddətinə Zərərçəkmiş şəxs13 əlillik dərəcəsi bərpa olunacaq. Sonra Rəmzi dediyi vaxta verdiyi vədinə əməl etməmiş və hər dəfə bir bəhanə edərək onu aldatmışdır. Rəmzi onu aldatdığı üçün o da hər dəfə Rəmzi ona verdiyi sözü, oda Zərərçəkmiş şəxs13 vermişdir. Sonunda onu Gəncə şəhər 1-ci polis şöbəsinə dəvət edəndə Zərərçəkmiş şəxs13 onun barəsində şikayət etdiyini bilmişdir. 220836028 nömrəli işi Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşfiq Səfərov tərəfindən 30 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə başlanmış və həmin tarixdə Şamaxı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İsmayıl Həsənlinin icraatına qəbul edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Şamaxı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İsmayıl Həsənli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaqdan yayındığı üçün ona həmin maddələrlə ittihamın elan edilməsi mümkün olmadığından mış və həmin tarixdə barəsində “ittiham elan edilməli olan şəxsin tutulması və barəsində axtarış elan ediləsi haqqında” qərar qəbul edilməklə cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə xx.xx.2022-ci il tarixdə Şamaxı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İsmayıl Həsənli tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində tutularaq Şamaxı rayon polis şöbəsinə gətirilmiş və həmin tarixdə ittiham elan edilməsi üçün tutulmuş və iş üzrə icraat təzələnmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Şamaxı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İsmayıl Həsənli tərəfindən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə ibtidai istintaq müddəti Baş prokurorun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə 2 ay, yəni 19 dekabr 2022-ci il tarixədək uzadılmışdır. İş üzrə xx.xx.2022-ci il tarizdə Şamaxı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İsmayıl Həsənli tərəfindən Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilməklə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Şamaxı rayon prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nə göndərilməklə xx.xx.2022-ci il tarixdə icraatda qəbul edilmiş və icraatımda olan ********* saylı cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirlməklə cinayət işləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrə adı altında davam etdirilmişdir. 220040846 nömrəli cinayət işi 27 iyul 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs6, Şahid8 Zabit oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 şikayət ərizələri hazırlanan cinayətlər barədə məlumatların 1 nömrəli qeydiyyatı kitabında 427, 919, 923, 979, 982 nömrələrlə qeydiyyata alınmışdır. Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2, 312.1 və 312.4-cü maddələri istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş və Şamaxı RPŞ-si tərəfindən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə ********* saylı iş üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2022-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixdə ********* saylı iş üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutularaq Binəqədi RPİ-nin MSY-nə keçirilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində ötrü vəsatətlə Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, lakin Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov, Təqsirləndirilən şəxs barəsində həbsdən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs Eminli X18 RPİ-nin MSY-dən azad edilməklə barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs9 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə 2022-ci ilin yanvar ayında 9500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. xx.xx.2022-ci il tarixdə həmin material ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nə göndərilməklə həmin material ********* saylı cinayət işinə əlavə edilmişdir. İş üzrə ünvan 8 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Sosial binalarda yaşayan Zərərçəkmiş şəxs11 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 10.000 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə Qusar rayonu Həsənqala kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 3.000 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə ünvan 10 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 5-ci mkr. 55B, mənzil 82 ünvanda yaşayan Zərərçəkmiş şəxs8 Mirzəməmməd oğlu xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 5.500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə ünvan 12 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 5.500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 6.000 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə 5.500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ev 15 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs13 Gəncə şəhər 1-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə Binəqədi rayon ərazisində yerləşən X7rşısında xx.xx.2021-ci il tarixdə 2500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Həmin material ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nə göndərilməklə xx.xx.2022-ci il tarixdə araşdırılması həvalə edilmiş və həmin material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan Fətəliyev X19 RPİ-nin 29-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2021-ci il tarixdə Binəqədi rayon ərazisində yerləşən X9rşısında 1500 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Həmin ərizə əsasında Yasamal RPİ-nin 29cu PB-də toplanmış material aidiyyatı üzrə Binəqədi RPİnə göndərilməklə araşdırılması xx.xx.2022-ci il tarixdə araşdırılması həvalə edilmiş və həmin material icraatda olan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Bundan başqa ünvan 14 ünvanda yaşayan Zərərçəkmiş şəxs15 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqaüdünün bərpa edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə tanışı Şahid7 vasitəsi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Bundan başqa ünvan 15 ünvanda yaşayan Zərərçəkmiş şəxs16 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqaüdünün bərpa edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə tanışı Şahid7 vasitəsi ilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs17 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək əlillik dərəcəsi düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X9rşısında 2000 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. İş üzrə Zərərçəkmiş şəxs10 Nəsruulla oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8 Mirzəməmməd oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs13, Fətəliyev Əyyub İsmayıl oğlu, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs12 şikyət ərizələri hazırlanan cinayətlər barədə məlumatların 1 nömrəli qeydiyyatı kitabında 921, 922, 924, 925, 926, 956, 957, 977, 978, nömrələrlə qeydiyyata alınmışdır. 220710182 nömrəli işi Sabirabad RPŞ-nin İŞ-nin müstəntiqi Emin Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. xx.xx.2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbnamə və həmçinin Göygöl Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan bütün epizodlarda göstərilən əməlləri törətməsi təsdiq olunsa da, 9 epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir.Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə 9 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini hesab edir.Lakin, məhkəmə hesab edir ki, 9 epizod üzrə, yəni Zərərçəkmiş şəxs14 1 500 manat ziyanın ödənilməsi hissəsində, Zərərçəkmiş şəxs5 3000 manat ziyanın vurulması hissəsində, Zərərçəkmiş şəxs13 2 500 manat ziyanın vurulması hissəsində, Zərərçəkmiş şəxs6 2 000 manat ziyanın vurulması hissəsində,Zərərçəkmiş şəxs15 4 000 manat ziyanın vurulması hissəsində, Zərərçəkmiş şəxs16 5000 manat ziyanın vurulması hissəsində, X1 3000 manat ziyanın vurulması hissəsində, Zərərçəkmiş şəxs18 Məcid oğluna 4000 manat ziyanın vurulması hissəsində, Zərərçəkmiş şəxs17 2000 manat ziyanın vurulması hissəsində cəlb etmə müddətinin keçməsi, tövsifə təsir etmədiyindən və müdafiə tərəfi həmin epizodlar üzrə cinayət təqibi üzrə icraata xitam edilməsinə razılıq vermədiyindən CPM-nin 43.3-cü maddəsinə əsasən həmin epizodlar üzrə həmin hissədə cinayət təqibinə xitam verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, 18 nəfər zərərçəkmiş şəxsdən 17 nəfər zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 00:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. Həmçinin, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il 19.30 tarixdən 25 avqust 2022-ci il 12.30 tarixədək tutulduğu müddət, 26 avqust 2022-ci il saat 18.10 tarixdən 27 avqust 2022-ci il saat 16.00 tarixədək tutulduğu müddət, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu müddət və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 1 il 7 ay 3 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğundan, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi1 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 62 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmçinin, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası cinayət işinin materiallarında olan sənədlərə, habelə tərəflərin izahatlarına əsasən təsdiq olunduğundan qismən təmin olunmalıdır. Namiq adlı şəxsə münasibətdə isə təsdiq olunmadığından həmin hissədə rədd olunmalı, 9500 (doqquz min beş yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-cü maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmçinin, CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il 19.30 tarixdən 25 avqust 2022-ci il 12.30 tarixədək tutulduğu müddət, 26 avqust 2022-ci il saat 18.10 tarixdən 27 avqust 2022-ci il saat 16.00 tarixədək tutulduğu müddət, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu müddət və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 1 il 7 ay 3 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 2 evində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə, yəni Namiq adlı şəxsə münasibətdə təmin edilməsin. Cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 62 saat hüquqi xidmətin dəyəri 372 (üç yüz yetmiş iki) manat "xxxx"ASC-nin Binəqədifilialına(kod200156,VÖEN**********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ. K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar