Məhkəmə qərarları › İş №1(001)-170/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-170/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-170/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yul 2021-ci il tarixli qərarına əsasən barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 18.08.2021-ci il tarixdə tutulmuş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 noyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan ərazi və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış, 10 noyabr 2020-ci il tarixdə saat 20:40-da Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi mərkəzi, G.Ramazanov küçəsində yerləşən Araz marketin yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda təmiz çəkisi 1,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 noyabr 2020-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində, Binəqədi mərkəzində yerləşən «Araz» marketin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib ondan üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra da ondan əynindəki qəhvəyi rəngli şalvarının ciblərini açmağı tələb olunduqda, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içərisinə baxılmış, ayaqqabının içərisindən də hər hansı bir əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunan 1 ədəd gümüşü rəngli bükülünü açması tələb olunmuş, o, həmin bükülünü açaraq içərisində olan qəhvəyi rəngli maddəni göstərərək narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni elə həmin günü saat 11 radələrində Sumqayıt şəhərindən tanımadığı, adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı formada fiziki zor tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, halhazırda Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində çalışmış və rütbəsi baş leytenantdır.Bölməyə «Valeh» adlı şəxsin narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Valeh» adlı şəxsin zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir.Həmin şəxsin cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuşdur.Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur.10 noyabr 2020-ci il tarixdə təxminən saat 20:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Valeh» adlı şəxsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi mərkəzi, «Araz» marketin yaxınlığında olduğunu müşahidə etmişlər.Həmin şəxsə yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsi və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılmasının səbəbini anladığını demişdir.Təqsirləndirilən şəxs onlarla birlikdə Binəqədi RPİ 43-cü PB-nə getməsinin vacibliyi izah olunmuşdur.Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş X5 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunduqda, X6 əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini açıb təqdim etməsi tələb olunduqda, sonuncunun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.X3 üzərindən aşkar olunan bir ədəd gümüşü rəngli kağız bükülünü açmaq təklif olunmuş, Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü rəngli kağız bükülünü açaraq içərisində qəhvəyi rəngli maddəni göstərərək narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Əmrahov Valeh həmin narkotik vasitəni həmin günü saat 11.00 radələrində Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ 43-cü PB-nin əməkdaşı Şahid2 mahiyyəti üzrə digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11.11.2020-ci il tarixli, 6/2450 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 (bir ədəd bükümdə təmiz çəkisi - 1,432 qram kustar üsulla hazırlanmış heroindir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli, 286 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət və 18.01.2021-ci il tarixdən 20.02.2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) ay 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Bayramov tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında 10.11.2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Anar Ağayarov tərəfindən 12 noyabr 2020-ci il tarixdə qəbul olunmuş qərara əsasən məlum olur ki, 12 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən 07 yanvar 2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin NMB-nin baş ə/m, polis polkovnik-leytenantı Bəxtiyar Bayramov tərəfindən tərtib edilmiş 18 yanvar 2021-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə tutularaq istinttaqa təhvil verilmişdir.İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-62/2021 saylı, 19.01.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs barəsində 18 yanvar 2021-ci il tarixdən hesablanmaqla 01 ay 3 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul olunmuş 20 fevral 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, 05.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq onun barəsində axtarış elan edilmişdir.Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 01.09.2021-ci il tarixli, 17/38-5956 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə Binəqədi PB-nin CA əməkdaşları tərəfindən tutularaq 23.08.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir.Bu səbəbdən, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa,CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroin 1,382 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət və 18.01.2021-ci il tarixdən 20.02.2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1,382 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar