Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-170/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1991-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 13.03.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində bir ədəd 50 mm diametrli, 8 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı, uqolnikdən ibarət həyət nərdivanını, 80 manat dəyərində bir ədəd çuqun kanalizasiya qapağını, 40 manat dəyərində bir ədəd 5 mm diametrli, 1.20 x 1.50 metr, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir barmaqlığı və 96 manat dəyərində 2 ədəd 75 mm diametrli, qalınlığı 10 mm, 6 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 336 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 22.03.2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində 5 ədəd, 10 mm qalınlığı, 10 sm eni, 6 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir metal şivellerləri, 144 manat dəyərində 3 ədəd, 75 mm diametrli, 10 mm qalınlığı, 6 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları, 108 manat dəyərində, 6 ədəd, 60 mm diametrli, 6 mm qalınlığı, 3 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları, 200 manat dəyərində, 90 mm diametrli, 5 mm qalınlığı, 5 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 752 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24.03.2021-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində, 25 ədəd, 60 mm diametrli, 6 mm qalınlığı, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir uqolnikləri, 12,50 qəpik dəyərində, 12 mm diametrli, 5 ədəd, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları, 17,50 qəpik dəyərində, 5 ədəd, 14 mm diametrli, 5 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları, 47,50 qəpik dəyərində, 5 ədəd, 18 mm diametrli, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 577 manat 50 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 13.03.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində bir ədəd 50 mm diametrli, 8 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı, uqolnikdən ibarət həyət nərdivanını, 80 manat dəyərində bir ədəd çuqun kanalizasiya qapağını, 40 manat dəyərində bir ədəd 5 mm diametrli, 1.20 x 1.50 metr, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir barmaqlığı və 96 manat dəyərində 2 ədəd 75 mm diametrli, qalınlığı 10 mm, 6 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 336 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 22.03.2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində 5 ədəd, 10 mm qalınlığı, 10 sm eni, 6 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir metal şivellerləri, 144 manat dəyərində 3 ədəd, 75 mm diametrli, 10 mm qalınlığı, 6 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları, 108 manat dəyərində, 6 ədəd, 60 mm diametrli, 6 mm qalınlığı, 3 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları, 200 manat dəyərində, 90 mm diametrli, 5 mm qalınlığı, 5 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 752 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24.03.2021-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 saylı evin hasarından qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində, 25 ədəd, 60 mm diametrli, 6 mm qalınlığı, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı dəmir uqolnikləri, 12,50 qəpik dəyərində, 12 mm diametrli, 5 ədəd, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları, 17,50 qəpik dəyərində, 5 ədəd, 14 mm diametrli, 5 metr uzunluğunda, Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları, 47,50 qəpik dəyərində, 5 ədəd, 18 mm diametrli, 5 metr uzunluğunda Rusiya istehsalı olan, köhnə, lakin istifadəyə yararlı armaturları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 577 manat 50 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıq vaxtından tanımış və onlar bir küçədə qonşuluqda yaşamışlar. 12 mart 2021-ci il tarixdə təxminən saat 20 radələrində qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs2 onunla məhəllədə dayanıb söhbət edən zaman sonuncu ona Zərərçəkmiş şəxs həyətində dəmir materialların olmasının deyərək həmin dəmirləri oradan götürüb satmağı təklif etmişdir. Həmin zaman onun pulu olmadığı üçün o, Etibarla razılaşmış və 12 mart 2021-ci il tarixdən, 13 mart 2021-ci il tarixə gecən gecə təxminən saat 01 radələrində o, Etibarla birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən evinin qarşısına gəlmişlər. Həmin zaman o və Etibar hasarın üstünə qalxaraq evin həyətinə daxil olmuşlar. Onlar evin arxa hissəsinə baxan zaman həmin yerdə xeyli sayda işlənmiş dəmir turbalar, şivellerlər, dəmir barmaqlıqlar, dəmir uqolniklər və s. olmasını görmüşlər. Həmin zaman Etibarla o, dəmir materiallardan bir ədəd 8 metrlik həyət nərdivanı, bir ədəd çuqun kanalizasiya qapağı, bir neçə dəmir barmaqlıq və 2 ədəd təxminən 4-6 metr olan dəmir boruları götürüb, hasarın üstündən küçəyə atmışlar və daha sonra küçədən götürüb onun yaşadığı evin həyətinə qoymuşlar. 13 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o və Etibar oğurladıqları dəmir materialları onun yaşadığı həyətdən götürüb, evlərinin yaxınlığında olan dəmir materiallarının qəbulu məntəqəsinə aparmışlar. Onlar orada həmin bir ədəd 8 nərdivanı, bir ədəd çuqun kanalizasiya qapağı, bir neçə dəmir barmaqlıq və 2 ədəd dəmir boruları məntəqənin işçisi olan Samir adlı şəxsə özlərinin olmasını deyərək 65 (altımmış beş) manata satmış və əldə etdikləri pulu yarıya bölmüşlər. Bundan sonra 21 mart 2021-ci il tarixdə təxminən axşam saatlarında o, Etibarla birlikdə məhəllədə söhbət edən zaman, pullarının olmadığı üçün yenidən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən dəmir metal oğurlayıb sataraq pul əldə etmələri qərarına gəlmişlər. Ona görə də 22 mart 2021-ci il tarixdə təxminən saat 01 radələrində o, yenə də Etibarla birlikdə Zərərçəkmiş şəxs məxsus həyətə hasardan aşma yolu ilə daxil olmuş və oradan dəmir metal 4-5 ədəd 6 metr olan şiveller, təxminən 16 ədəd 4-6 metr olan dəmir boruları götürüb, hasarın üstündən küçəyə atmışlar və daha sonra küçədən götürüb yenə də onun yaşadığı evin həyətinə qoymuşlar. Həmin tarixdə yəni 22 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, və Etibar həmin dəmir metal olan 4- 5 ədəd 6 metr olan şiveller, təxminən 16 ədəd 4-6 metr olan dəmir boruları yenə də evlərinin yaxınlığında olan dəmir qəbulu məntəqəsində Samir adlı şəxsə özlərinə məxsus olmasını deyərək 170 (yüz yetmiş) manata satmışlar. Eyni qaydada o, Etibarla həmin 170 manat pulu ikisinin arasında bölmüşlər. O, payına düşən 85 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 23 mart 2021-ci il tarixdə təxminən axşam saatlarında o, Etibarla məhəllədə söhbət edən zaman, pulları olmadıqları üçün yenidən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən dəmir metal oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişlər. Ona görə də 24 mart 2021-ci il tarixdə təxminən saat 02 radələrində o, yenə də Etibarla birlikdə Zərərçəkmiş şəxs məxsus həyətə hasardan aşma yolu ilə daxil olub oradan təxminən 20-25 ədəd 4-5 metrlik dəmir uqolnik, 10-15 ədəd 4-6 metrəlik armaturları götürüb, hasarın üstündən küçəyə atmışlar və daha sonra küçədən götürüb yenə də onun yaşadığı evin həyətinə qoymuşlar. Həmin tarixdə yəni 24 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, və Etibar oğurladıqları əşyaları dəmir qəbulu məntəqəsində Samir adlı şəxsə özlərinə məxsus olmasını deyərək 65 (altımmış beş) manata satmışlar. Eyni qaydada o, Etibarla həmin 65 manat pulu öz aralarında bölmüş və öz payına düşən 33 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, sonuncunun onlarla barışaraq şikayət və tələbinin olmamasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıq vaxtından tanımış və onlar bir küçədə qonşuluqda yaşamışlar. 12 mart 2021-ci il tarixdə təxminən saat 20 radələrində qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs1 ilə məhəllədə dayanıb söhbət edən zaman sonuncuya Zərərçəkmiş şəxs həyətində dəmir materialların olmasını deyib həmin dəmirləri oradan oğurlayıb satmağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra 12 mart 2021-ci il tarixdən, 13 mart 2021-ci il tarixə gecən gecə təxminən saat 01 radələrində o, Elçinlə birlikdə Zərərçəkmiş şəxs məxsus evinin qarşısına gəlmişlər. Həmin zaman o və Elçin hasarın üstünə qalxaraq, həmin evin həyətinə daxil olmuşlar. Onlar evin arxa hissəsinə baxan zaman orada xeyli sayda işlənmiş dəmir turbalar, şivellerlər, dəmir barmaqlıqlar, dəmir uqolniklər və s. olmasını görmüşlər. Həmin zaman Elçinlə o, həmin dəmir materiallardan bir ədəd 8 metrəlik həyət nərdivanı, bir ədəd çuqun kanalizasiya qapağı, bir neçə dəmir barmaqlıq və 2 ədəd təxminən 4-6 metr olan dəmir boruları götürüb, hasarın üstündən küçəyə atmış və daha sonra küçədən götürüb Elçinin yaşadığı evin həyətinə qoymuşlar. 13 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o və Elçin oğurladıqları dəmir materialları sonuncunun yaşadığı həyətdən götürüb, evlərinin yaxınlığında olan dəmir materiallarının qəbulu məntəqəsinə gətirmişlər. Onlar orada oğurladıqları dəmir materialları məntəqənin işçisi olan Samir adlı şəxsə özlərinə məxsus olmasını deyərək 65 (altımmış beş) manata satmış və əldə etdikləri pulu yarı bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 21 mart 2021-ci il tarixdə axşam saatlarında o, Elçinlə məhəllədə söhbət edən zaman, pulları olmadıqları üçün yenidən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən dəmir metal oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişlər. Ona görə də, 22 mart 2021-ci il tarixdə təxminən saat 01 radələrində o, yenə də Elçinlə birlikdə Zərərçəkmiş şəxs məxsus həyətə hasardan aşma yolu ilə daxil olmuşlar. Onlar oradan dəmir metal 4-5 ədəd 6 metr olan şiveller, 16 ədəd 4- 6 metr olan dəmir boruları götürüb, hasarın üstündən küçəyə atmış və daha sonra küçədən götürüb Elçinin yaşadığı evin həyətinə qoymuşlar. 22 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o və Elçin oğurladıqları dəmir materialları evlərinin yaxınlığında olan dəmir qəbulu məntəqəsində Samir adlı şəxsə özlərinə məxsus olmasını deyərək 170 (yüz yetmiş) manata satmışlar və əldə etdikləri pulu yarı bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa 23 mart 2021-ci il tarixdə təxminən axşam saatlarında o, Elçinlə yenə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən dəmir metal oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişlər, Ona görə də 24 mart 2021-ci il tarixdə təxminən saat 02 radələrində o, Elçinlə birlikdə Zərərçəkmiş şəxs məxsus həyətə hasardan aşma yolu ilə daxil olub oradan təxminən 20-25 ədəd 4-5 metrlik dəmir uqolnik, 10-15 ədəd 4-6 metrlik armaturları götürüb, hasarın üstündən küçəyə atmışlar və daha sonra küçədən götürüb Elçinin yaşadığı evin həyətinə qoymuşlar. 24 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində o və Elçin oğurladıqları əşyaları evlərinin yaxınlığında olan dəmir qəbulu məntəqəsində Samir adlı şəxsə özlərinə məxsus olmasını deyib 65 (altımmış beş) manata satmışlar və əldə etdikləri pulu yarı bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. Törətdiyi cinayət əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, sonuncunun onlarla barışaraq şikayət və tələbinin olmamasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus qeydiyyatda olduğu ünvan 4 ünvanında heç kim yaşamır və evi boşdur. Evinin həyətyani sahəsində istifadəyə yararlı dəmir metal olan 4-5 ədəd 6 metr olan şiveller, 17-18 ədəd 4-6 metr olan dəmir borular, təxminən 20-25 ədəd 4-5 metrlik dəmir uqolnik, 10-15 ədəd 4-6 metrlik armatur, bir ədəd 8 metrlik həyət nərdivanı, bir neçə dəmir barmaqlıq və bir ədəd çuqun kanalizasiya qapağı olmuşdur. 13 mart 2021-ci il tarixdə saat 16 radələrində o, ünvan 4 ünvanına baxış keçirmək üçün gəlmiş və həyətində olan yuxarıda adlarını göstərdiyi dəmir metal əşyalardan istifadəyə yararlı bir ədəd 8 metrlik həyət nərdivanın, bir ədəd çuqun kanalizasiya qapağı, bir neçə dəmir barmaqlıq və 2 ədəd 4-6 metr olan dəmir boruların oğurlandığını aşkar etmişdir. 25 mart 2021-ci il tarixdə saat təxminən 14 radələrində o, yenidən evinə baş çəkməmək üçün getmiş və həyətindən istifadəyə yararlı dəmir metal olan 4-5 ədəd 6 metr olan şiveller, 16 ədəd 4-6 metr olan dəmir borular, təxminən 20-25 ədəd 4-5 metrlik dəmir uqolnik, 10-15 ədəd 4-6 metrəlik armaturların oğurlandığını aşkar etmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, həmin ünvanda qalsın və kimin onun həyətindən oğurluq etməsinin şahidi olsun. Lakin həmin gün və sabahı yəni 26 mart 2021-ci il tarixdə o, evdə olduğu üçün heç kim ona məxsus evə gəlməmişdir. Bundan sonra o, belə qərara gəlmişdir ki, həmin oğurlanmış ona məxsus dəmir metal əşyalarını özü axtarsın. Buna görə də 27 mart 2021-ci il tarixdə saat 10 radələrində o, yaşadığı məhəllənin 4-cü Dağlıq küçəsində yerləşən dəmir-metal qəbulu məntəqəsinə getmiş və ona məxsus dəmir metal əşyaların orada olmasını görmüşdür. Həmin məntəqəni işlədən Samir adlı şəxsdən bu barədə soruşduqda Samir ona həmin dəmir-metal əşyalarını qonşuluqda yaşayan Elçin və Etibar adlı şəxslərdən pul verib aldığını demişdir. O, həmin vaxt həyətindən oğurlanmış dəmir metal əşyaların məntəqədə yığılmış formada şəkillərini çəkmiş və Samirdən xahiş etmişdir ki, ona məxsus əşyaları satmasın, o, bu barədə polisə şikayət edəcək. O, qonşuları Elçin və Etibarın mənzillərinə getmiş və sonuncularla söhbət edən zaman Elçin və Etibar ona məxsus əşyaları oğurladıqlarını etiraf etmişlər. O, Elçin və Etibara oöruladıqları əşyaları qaytarmaq üçün vaxt vermiş, lakin həmin gündən 4 gün keçməsinə baxmayaraq sonuncular ona məxsus dəmir metal əşyalarını qaytarmışdır. Buna görə də o, 31 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə gedərək ona məxsus əmlakının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəli nəticəsində ona 1665.50 (bir min altı üz altımmış beş manat əlli qəpik) zərər dəymişdir. Dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmiş, onlarla barışmış, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində qohumu olan X1 qəsəbəsi, 4-cü Dağlı küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsini kirayə götürmüş və onu metal qəbulu məntəqəsinin işçisi kimi işə götürmüşdür. Onun işi vətəndaşdan metal qəbul edib və pul ödəmək olmuşdur. İşlədiyi məntəqədə olan vaxtı o, əvvəllər tanımadığı lakin sonradan tanıdığı Elçin və Etibar adlı şəxslərlə tanış olmuşdur. Etibar və Elçin o, işlədiyi yerdən təxminən 100 metr aralıda yaşamışlar. 2021-ci ilin mart aylarında o, təxminən 3 dəfə Elçin və Etibar adlı şəxslərdən ümumilikdə 300 manat dəyərində boru, armatur, şiveller, dəmir barmaqlıq, dəmir nərdivan və digər pastanmış dəmir metallar almışdır. O, Etbar və Elçindən həmin dəmirləri haradan əldə etdiklərini soruşduqda, onlar həmin dəmir metalların özlərinə məxsus olmasını bildirmişlər. Etibar və Elçin ona dəmir metal əşyalarını hissə hissə-3 dəfə olmaqla 13.03.2021-ci il tarixdə saat 19 radələrində bir ədəd 8 metrəlik həyət nərdivanın, bir ədəd çuqun kanalizasiya qapağı, bir neçə dəmir barmaqlıq və 2 ədəd 4-6 metr olan dəmir boruları, 22.03.2021-ci il tarixdə saat 19 radələrində dəmir metal olan 4-5 ədəd 6 metr olan şiveller, 16 ədəd 4-6 metr olan dəmir boruları və 24.03.2021-ci il tarixdə saat 19 radələrində təxminən 20-25 ədəd 4-5 metrlik dəmir uqolnik, 10-15 ədəd 4-6 metrəlik armaturları onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dağlıq 4 küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gətirib satmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 02.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq hadisələri ünvan 5 ünvanında yerləşən evin həyətyanı sahəsində baş vermişdir. 21.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22.10.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 23.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.10.2021-ci il tarixli, 4(001)- 1123/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 23.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 23.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 23.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 25.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 4(001)- 1126/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 4(001)- 1318/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 ay 20 gün müddətində uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 4(001)- 1321/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 ay müddətində uzadılmışdır. 24.12.2021-ci il tarixli, 9/8448 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən boruların 2021-ci il mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir :
1. 1 ədəd, köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 75 mm diametrli, qalınlığı 10 mm, 3 metr uzunluqlu dəmir boru – 3 metr x 8 manat =24 manat, 5 ədədi -120 manat ;
2. 1 ədəd, köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 60 mm diametrli, qalınlığı 6 mm, 3 metr uzunluqlu dəmir boru -3 metr x 6 manat = 18 manat, 6 ədədi-108 manat;
3. 1 ədəd, köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 90 mm diametrli, qalınlığı 5 mm, 3 metr uzunluqlu dəmir boru – 3 metr x 8 manat = 18 manat, 5 ədədi -90 manat. 10.01.2022-ci il tarixli, 9/125 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir :
1. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 10 mm qalınlığı, 10 sm eni, uzunluğu 6 metr, dəmir metal olan şiveller, 6 metr x 10 manat = 60 manat;
2. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 75 mm diametrli, qalınlığı 10 mm, 6 metr uzunluğu dəmir boru -6 metr x 8 manat = 48 manat;
3. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 60 mm diametrli, qalınlığı 6 mm, 3 metr uzunluğu dəmir boru -3 metr x 6 manat = 18 manat;
4. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 90 mm diametrli, qalınlığı 5 mm, 5 metr uzunluğu dəmir boru -5 metr x 8 manat = 40 manat;
5. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 60 mm diametrli, qalınlığı 6 mm, 5 metr uzunluğu dəmir uqolnik -5 metr x 4 manat = 20 manat;
6. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 12 mm diametrli, 5 metr uzunluğu armatur -5 metr x 0,50 qəpik = 2,50 manat;
7. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 14 mm diametrli, 5 metr uzunluğu armatur -5 metr x 0,70 qəpik = 3,50 manat;
8. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, 18 mm diametrli, 5 metr uzunluğu armatur -5 metr x 1,90 manat = 9,50 manat;
9. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, bir ədəd diametrli 50 mm, uzunluğu 8 metr olan uqolnikdən həyət nərdivanı -1 ədəd x 120 manat;
10. köhnə, lakin istifadəyə yararlı olan, Rusiya istehsalı, diametrli 5 mm, 1.20 x 1.50 metr olan dəmir barmaqlıq -1 ədəd x 40 manat;
11. çuqun kanalizasiya qapağı -1 ədəd x 80 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 441,50 manat müəyyən edilir. 12.01.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 12.01.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 12.01.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 12.01.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 13.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. 13.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.01.2022-ci il tarixli, 4(001)-50/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün müddətində uzadılmışdır. AZ-İİİ 945330 və AZ-İV 151173 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 23.07.2015-ci il təvəllüdlü X7 adlı və 19.10.2018-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və sonunculardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 21 oktyabr 2021-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.10.2021-ci il tarixli, 4(001)-1123/2021 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 4(001)-1318/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 ay 20 gün müddətində uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 21 oktyabr 2021-ci tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 21 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 23 oktyabr 2021-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 4(001)-1126/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 4(001)- 1321/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 ay müddətində uzadılmış və bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.01.2022-ci il tarixli, 4(001)-50/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün müddətində uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs2 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və qalan 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 51 (əlli bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və qalan 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev