Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-171/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib ona şəhid oğlu X5 şəhidlik statusuna görə əvvəllər təyin edilmiş yardımı bərpa etdirəcəyi vədi ilə aldadaraq , 07 may 2019-cu il tarixdə Ağsu şəhəri 3-cü məhəllədə 200 manat pulunu, 14 may 2019-cu il tarixdə isə Ağsu şəhəri Vidadi küçəsində 500 manat, ümumilikdə 700 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs11 etibarından sui istifadə edib 2019-cu ilin fevral ayında Ağsu rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evinin əvəzinə yeni ev tikdirəcəyi vədi ilə aldadaraq, 02.06.2019-cu il tarixdə Ağsu şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə 1000 manat, 04.06.2019-cu il tarixdə isə Ağsu rayonu Cəlayir kəndində Zərərçəkmiş şəxs11 yaşadığı evdə 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edib 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evinin əvəzinə yeni ev tikdirəcəyi vədi ilə aldadaraq, 2019-cu ilin iyun ayının əvvəlində Ağsu şəhərində mərkəzi bazarda 400 manat, həmin ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs3 kürəkəni Şahid8 vasitəsi ilə Bakı şəhərində «Zığ» dairəsi adlanan ərazidə 700 manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində isə Ağsu şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı kafedə 250 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs5 etibarından sui istifadə edib Ağsu rayonu Bico kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin sənədləşmə işini həll edəcəyi vədi ilə aldadaraq 2019-cu ilin iyun ayının əvvəlində, Ağsu rayon Bico kəndində 970 manat, Ağsu rayonu ərazisində baş vermiş zəlzələ ilə bağlı qəzalı vəziyyətə düşmüş evinin əvəzinə yeni ev tikdirəcəyi vədi ilə aldadaraq 2019-cu ilin iyul ayında, Ağsu rayon Bico kəndində 2500 manat, 2-ci qrup əlil qızı Fazilə Mikayılovanın qrup əlilliyini dəyişəcəyi vədi ilə aldadaraq 2019-cu ilin iyul ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 500 manat, oğlu Nadir Mikayılovun Sumqayıt şəhərində yerləşən torpaq sahəsinin sənədləşmə işini həll edəcəyi və hərbi xidmət yerini dəyişdirəcəyi vədi ilə aldadaraq 2019-cu ilin avqust ayının əvvəllərində Ağsu rayonu Bico kəndində 1200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 5170 manat məbləğində ,xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs12 etibarından sui istifadə edib özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etməklə sonuncunun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Ağsu şəhərində yerləşən tikinti materiallarının toplandığı anbarda işə düzəldəcəyi vədi ilə aldadaraq 2019cu ilin iyul ayının ortalarında Ağsu şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə 600 manat pulunu ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Sayılova Hicran Feyruz qızının etibarından sui istifadə edib özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək sonuncunun oğlu Mahir Sayılovun işlədiyi «Optimal» mağazasından iş yerini «Paşa Holdinqə» dəyişdirəcəyi vədi ilə aldadaraq 2019-cu ilin iyul ayının ortalarında Ağsu rayonu Bico kəndində 1500 manat pulunu ələ keçirərək, zərər çəkmiş şəxs Hicran Sayılovaya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs9 etibarından sui istifadə edib «SOCAR»-da işə düzəldəcəyi vədi ilə aldadaraq 2019cu ilin iyul ayının ortalarında Sumqayıt şəhər avtovağzalının yaxınlığında əvvəlcə 700 manat, bir neçə gün sonra isə yenidən həmin avtovağzalın yaxınlığında 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs8 etibarından sui istifadə edərək 2019-cu ilin fevral ayında Şamaxı rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evinin əvəzinə yeni ev tikdirəcəyi vədi ilə aldadaraq 29 iyul 2019-cu il tarixdə Şamaxı şəhəri, T.Zahidov küçəsində Zərərçəkmiş şəxs8 fərdi yaşayış evində 1450 manat pulunu ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edərək gəlini Gülnar Muradovaya təqaüd düzəldəcəyi vədi ilə aldadaraq 2019-cu ilin avqust ayının əvvəlində Ağsu rayon Bico kəndində 2500 manat pulunu, yetkinlik yaşına çatmayan nəvələri və onların valideynləri üçün sosial müavinət düzəldəcəyi vədi ilə aldadaraq 2019-cu ilin avqust ayının əvvəlində, Ağsu rayonu Bico kəndində 1700 manat pulunu, yenidən gəlini Gülnar Muradovaya təqaüd düzəldəcəyi vədi ilə aldadaraq 2019-cu ilin sentyabr ayının axırlarında Ağsu rayon Bico kəndində 1300 manat pulunu, həmin məqsədlə 2019-cu ilin oktyabr ayının əvvəllərində Ağsu rayon Bico kəndində 1000 manat pulunu, 2019-cu ilin oktyabr ayının ortalarında oğlu Şahid6 vasitəsi ilə Ağsu şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə 1200 manat pulunu, gəlini Gülnar Muradovanın pensiya kartını və yetkinlik yaşına çatmayan nəvələrinin sosial müavinət kartlarını almaq vədi ilə aldadaraq 2019-cu ilin noyabr ayının əvvəllərində Ağsu rayon Bico kəndində 200 manat pulunu, Ağsu rayonu ərazisində 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirəcəyi vədi ilə aldadaraq 2019-cu ilin noyabr ayının sonlarında Ağsu rayonu Bico kəndində 30 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 7930 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs7 etibarından sui istifadə edərək Ağsu rayonu ərazisində 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirəcəyi vədi ilə aldadaraq 2019-cu ilin dekabr ayının əvvəlində ünvan 1 ünvanında 1000 manat pulunu ələ keçirərək , zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib onun üçün dövlət sosial müdafiə fondundan sosial yardım verilməsini təmin etdirəcəyi vədi ilə aldadaraq Abşeron rayonu, Hökməli qəsəbəsində 750 manat pulunu ələ keçirərək , zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib ona sürücülük vəsiqəsi alacağını və bundan sonra onu şirkətlərin birinə sürücü kimi işə qəbul etdirəcəyi vədi ilə aldadaraq 2020-ci ilin may ayının əvvəlində 200 manat pulunu, 12 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 poçt vasitəsi ilə onun adına göndərdiyi 300 manat pulunu və 21 may 2020-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsi istiqamətindən gələn yolun Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesinə birləşən hissəsinin sağ tərəfində 300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri N.Tağızadə küçəsində yaşamışdır. O, Zərərçəkmiş şəxs10 2019-cu ilin may ayından tanımışdır. Belə ki, o, 2019-cu ilin may ayının əvvəllərində şəxsi işi ilə əlaqədar olaraq Ağsu rayon İcra Hakimiyyətinin inzibati binasında olan zaman orada Zərərçəkmiş şəxs10 ilə tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs10 ona bildirmişdir ki, oğlunun şəhidliyinə görə verilmiş pensiya şəhidlik adı oğlundan alındığı üçün kəsilmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs10 ondan köməklik istəmiş və o, da şəhid oğlunun sənədlərini düzəltməkdə köməklik göstərəcəyini deyərək sonuncunun mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra o, əvvəldən tanıdığı Şahid9 zəng vurub bir nəfər şəxsə köməklik lazım olduğunu bildirmiş və sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs10 qızı Şahid3 yaşadığı ünvana getmişlər. Onlar evə girmədən küçədə Gülbalanın avtomobilində oturaraq Mirvari və qızı Aytənlə söhbət etmişlər. Mirvari bildirmişdir ki, oğlunun şəhidliyinə görə ona pensiya və yardım verilmiş, lakin sonradan oğlunun şəhidlik adı üzərindən götürüldüyündən verilən yardım kəsilmişdir. Gülbala da Mirvariyə söz vermişdir ki, şəhid oğlunun şəhidlik statusunun bərpa olunması üçün köməklik göstərəcəkdir. Bundan sonra o, Zərərçəkmiş şəxs10 bu işlərin həll olunması üçün 200 manat pul istəmiş, sonuncu həmin məbləğdə pulu ona vermiş və onlar çıxıb getmişlər. O, Zərərçəkmiş şəxs10 aldığı 200 manat pulu Şahid9 vermişdir. Bundan bir həftə sonra 14 may 2019-cu il tarixdə o, Şahid9la birlikdə yenidən Zərərçəkmiş şəxs10 qızı Şahid3 işlədiyi yerə getmişlər. Həmin yerə getdikdən sonra Şahid9 Zərərçəkmiş şəxs10 şəhid oğlunun sənədlərini düzəltmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinə getmək lazım olduğunu bildirmişlər. Sonra o, Şahid9, Zərərçəkmiş şəxs10 və Şahid2la birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinə getmişlər. Şahid9 həmin şöbəyə girib çıxdıqdan sonra sənədlərin tam olmadığını bildirmiş və onlar yenidən Şahid3 işlədiyi mağazaya qayıtmışlar. Həmin vaxt mağazada Zərərçəkmiş şəxs10 500 manat da pul lazım olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs10 da həmin vaxt ona 500 manat pul vermişdir. Bundan sonra o, Gülbala ilə birlikdə oradan çıxıb getmiş və Zərərçəkmiş şəxs10 aldığı 500 manat pulu Gülbalaya vermişdir. Bir müddət sonra Gülbala Şirinov 700 manat pulu Zərərçəkmiş şəxs10 qaytarmaq üçün ona vermiş, o da həmin pulu şəxsi ehtiyaclarına xərcəlmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs10 ondan Ağsu rayon Prokurorluğuna şikayət etdiyini öyrənmiş və barəsində cinayət işinin istintaqı aparılan zaman Zərərçəkmiş şəxs10 aldığı 700 manat pulu həyat yoldaşı Gülşən Əsədova vasitəsilə Mirvariyə qaytarmışdır. Bundan başqa Ağsu rayon Cəlayir kənd sakini Zərərçəkmiş şəxs11 ilə 2019-cu ilin aprel ayında Ağsu rayon İcra Hakimiyyətinin qarşısında tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs11 2019-cu ildə Ağsu rayon ərazisində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyət düşmüş evinin yenidən tikilməsi ilə bağlı Ağsu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. O, da həmin vaxt Ağsu rayon İcra Hakimiyyətinin qarşısında olan zaman Zərərçəkmiş şəxs11 yaxınlaşıb onunla tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs11 evinin yenidən tikintisi üçün müraciət etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs11 evinin yenidən tikintisi ilə bağlı köməklik göstərcəyini bildirib sonuncunun telefon nömrəsini götürmüşdür. Bundan sonra o, 2019-cu ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs11 zəng edərək evin yenidən tikintisi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. 02 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs11 onun işlətdiyi Ağsu rayonu “Likoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə gəlmiş və orada sonuncu ona 1000 manat pul vermişdir. 04 iyun 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs11 zəng edərək əlavə 500 manat da pul lazım olduğunu bildirmiş və həmin günü saat 21 radələrində o, Ağsu rayonu Cəlayir kəndinə gedib Zərərçəkmiş şəxs11la söhbət edərək yaşadığı evin həyətində sonuncudan 500 manat da pul almış, pulu aldıqdan sonra Ağsu şəhərinə getmişdir. Bununla da o, ümumilikdə Zərərçəkmiş şəxs11 1500 manat pul almağına baxmayaraq üçün heç bir iş görməmiş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Ağsu rayon Gəgəli kənd sakini Zərərçəkmiş şəxs3 ilə Ağsu rayon İcra Hakimiyyətinin qarşısında 2019-cu ilin may ayının əvvəllərində tanış olmuşdur. Onun Ağsu rayonunda qaldığı ev qəzalı vəziyyətə düşdüyündən o, Ağsu rayon İcra Hakimiyyətinə müraciət etmək üçün getmiş, həmin vaxt orada olan tanımadığı insanlarla qəzalı vəziyyətə düşmüş evinin tikintisi üçün hansı qurumlara müraciət etmək lazım olması barədə söhbətlər etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 da evinin qəzalı vəziyyətə düşdüyünü və köməklik lazım olduğunu söyləmişdir. O, da Zərərçəkmiş şəxs3 Ağsu rayon İcra Hakimiyyətində tanışı olduğunu və Zərərçəkmiş şəxs3 evini yenidən tikdirə biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsini götürmüşdür. 2019-cu ilin iyun ayının əvvəllərində o, Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona zəng edərək sonuncu ilə görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs3 onu yaşadığı Ağsu rayonu Gəgəli kəndinə dəvət etmiş və o, tanışı Gülbala ilə birlikdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs3la görüşüb qəzalı vəziyyətə düşmüş evinin şəkillərini çəkmiş və yaşadığı evin yenidən tikdirilməsi üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 o qədər pulunun olmadığını və 3000 manat verə biləcəyini söyləmiş və onlar razılaşmışlar. O, Zərərçəkmiş şəxs3la əvvəlcə 1500 manat, evini yenidən tikdirib qurtardıqdan sonra isə 1500 manat pul verəcəyi barədə razılığa gəlmişdir. Bundan bir həftə sonra o, Əfqanla Ağsu rayon Mərkəzi bazarın yanında görüşmüş və sonuncu ona 400 manat pul vermişdir. Bundan bir həftə sonra o, Bakı şəhərində olan zaman Əfqan yenidən ona zəng edərək kürəkəni Pərviz adlı şəxslə görüşməyini və Pərvizdən 700 manat pul götürməyini demişdir. O da razılaşmış və Pərviz ilə “Zığ dairəsi” deyilən yerdə görüşərək ondan 700 manat pulu almışdır. Bundan sonra 2019-cu ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs3 zəng edərək görüşmək istədiyini bildirmiş və Ağsu şəhəri “Likoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə gəlməsini bildirmişdir. Bir gün sonra Əfqan kürəkəni Pərvizlə birlikdə onun işlətdiyi Ağsu şəhəri “Likoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə gəlmişlər. Kafeyə gəldikdən sonra Əfqan ondan işlərin nə yerdə olduğunu soruşmuşdur. O da işlərin yaxın müddətdə düzələcəyini bildirmiş və sonra yenidən Əfqandan 300 manat pul istəmişdir. Əfqan da ona kürəkəni Pərvizin yanında 250 manat pul vermişdir. Sonra Əfqan və Pərviz həmin kafedən çıxıb getmişlər. O, ümumilikdə Əfqandan 1350 manat pul almağına baxamayaraq heç bir iş görməmiş və aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Ağsu rayon Bico kənd sakini Zərərçəkmiş şəxs5 2019-cu ilin iyun ayının əvvəllərində tanımışdır. Belə ki, Ağsu şəhər sakini kimi tanıdığı Səbuhi adlı şəxs ona zəng edərək bir nəfər qadına sənədləşmə işində köməklik lazım olduğunu bildirmişdir. O, da həmin qadınla görüşmək istədiyini demiş və Səbuhi adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs5 qızı Şahid7 ilə Ağsu rayon «Heydər Əliyev» adına parkın yanında olan Muzeyin yaxınlığında görüşmüşlər. Şahid7 ona Ağsu rayonu Bico kəndində özlərinə məxsus torpaq sahəsinin olduğunu və sənədləşmə işlərinə köməklik etməyini istəmişdir. O, bu işləri bildiyini və Şahid7 kömək edəcəyini demişdir. Sonra o, Südabə və Səbuhi ilə birlikdə Ağsu rayon Bico kəndinə Südabənin yaşadığı ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Südabənin atası Zərərçəkmiş şəxs5la görüşüb söhbət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs5 tanışları vasitəsi ilə Ağsu rayonu Bico kəndində yerləşən mübahisəli torpaq sahəsinin sənədləşmə məsələsini həll edə biləcəyini demişdir. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs5 digər qızı Fazilə Mikayılovanın xəstə olduğunu görüb xəstəliyinin nə olduğunu soruşmuşdur. Mikayıl da qızının ikinci qrup əlil olduğunu bildirmiş və o, sonuncuya qızının əliliyini birinci qrupa dəyişə biləcəyini demişdir. Sonra o, Mikayılın mübahisəli torpaq məsələsinin sənədləşmə işini həll etmək üçün Bakı şəhərinə gedəcəyini və ona 270 manat pul lazım olduğunu bildirmişdir. Mikayıl da ona Ağsu rayon Bico kəndində yaşadığı evin həyətində Səbuhi və Südabənin yanında 270 manat pul vermişdir. Sonra Səbuhi ilə birlikdə oradan çıxıb getmişdir. Bundan 4-5 gün sonra o, yenidən Mikayılın yaşadığı evə gedərək mübahisəli torpaq sahəsi ilə bağlı işlərin bir hissəsini gördüyünü və qalan hissəsini də görməyi üçün 700 manat pul lazım olduğunu demişdir. Mikayıl da 2019-cu ilin iyun ayının əvvəllərində Ağsu rayon Bico kəndində yaşadığı evin həyətində qızı Südabənin yanında ona 700 manat pul vermişdir. Bundan 3-4 gün sonra o, yenidən Mikayılın yaşadığı ünvana gedib sonuncuya zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirə biləcəyini demiş və bu işləri görməyi üçün Mikayıldan əvvəlcə 2019-cu ilin iyul ayının ortalarında Ağsu rayonu Bico kəndində yaşadığı evin həyətində qızı Südabənin yanında 1000 manat, 2-3 gün sonra 500 manat, yenidən 2-3 gün sonra isə 1000 manat pul almışdır. Bundan sonra o, Mikayıla qızı Fazilə Mikayılovanın pensiyasını düzəltmək üçün Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmişdir. Mikayıl da onunla razılaşmış və 2019-cu ilin iyul ayının axırlarında o, Zərərçəkmiş şəxs5la birlikdə sonuncunun qızı Fazilə Mikayılovanı Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə aparmışlar. Bakı şəhəri Maştağa qəsəbəsinə getdikdən sonra 2019-cu ilin iyul ayının ortalarında o, orada Mikayıldan eyni gündə əvvəlcə 200 manat, daha sonra 200 manat, sonra 40 manat və 60 manat pul almışdır. Sonra onlar X2 ruhi-əsəb dispanserinə yerləşdirmişlər. X3 ruhi-əsəb dispanserində 15 gün qaldıqdan sonra onlar gedib Faziləni gətirmişlər. Bundan sonra o, Mikayılla söhbət edərkən Mikayıl söhbət əsnasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi işləyən oğlu Nadir Mikayılovun Sumqayıt şəhərində yerləşən torpaq sahəsinin sənədləşmə işini həll etmək və Nadirin hərbi xidmət yerini dəyişdirmək istədiyini demişdir. O da bu işləri görə biləcəyini deyib, bu işlərin görülməsi üçün 1200 manat pul lazım olduğunu bildirmişdir. Mikayıl da bu işləri görməyi üçün ona 2019-cu ilin avqust ayının əvvəllərində Ağsu rayon Bico kəndində əvvəlcə 500 manat, bundan 2-3 gün sonra isə 2019-cu ilin avqust ayının əvvəllərində Ağsu rayonu Bico kəndində 700 manat pul vermişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs5 5170 manat pul almağına baxmayaraq Mikayıla verdiyi vədlərə əməl etməmiş və Mikayıl üçün heç bir iş görməmişdir. Bundan başqa o, Ağsu rayon Cəlayir kənd sakini Zərərçəkmiş şəxs12 2019cu ilin may ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs12la onun işlətdiyi kafenin yaxınlığında yerləşən avtotəmir sexində tanış olmuşlar. Söhbət əsnasında o, Habilin oğlu Adili işlətdiyi kafedə işə götürmək istədiyini bildirmişdir. 2019-cu ilin iyul ayında Zərərçəkmiş şəxs12 oğlu Şahid1 onun işlətdiyi kafedə ofisiant kimi işə düzəlmişdir. Habilin oğlu Adil bir neçə gün onun işlətdiyi kafedə işlədikdən sonra o, Habilə oğlu X7 Nazirliyində işə düzəltmək istədiyini demişdir. Habil də onunla razılaşmış və o, bunun müqabilində sonuncudan 600 manat pul istəmişdir. Zərərçəkmiş şəxs12 onunla razılaşmış və sonuncu işlətdiyi kafedə ona 300 manat pul və balansında 300 manat olan “birkart” kartını vermişdir. O, Habildən 600 manat pul alsa da, verdiyi vədlərə əməl etməyərək sonuncunun oğlu Adilin işə düzəlməyi üçün heç bir görməmişdir. Sonradan Zərərçəkmiş şəxs12 aldığı puldan 220 manatını qaytarmışdır. Bundan başqa o, Ağsu rayon Bico kənd sakini Sayılova Hicran Feyruz qızı ilə 2019-cu ilin iyul ayının ortalarında Ağsu rayon Bico kəndində Zərərçəkmiş şəxs5 evində tanış olmuşdur. O, Zərərçəkmiş şəxs5 yaşadığı evdə olan zaman Hicran Sayılova da orada olmuşdur. Söhbət əsnasında Hicran Sayılova oğlu Mahirin Bakı şəhərində yerləşən elektronika satışı ilə məşğul mağazalar şəbəkəsi olan “Optimal”da işlədiyini deyərək Mahirin iş yerini dəyişdirmək istədiyini bildirmişdir. O, da Mahirin iş yerini “Paşa Holdinq”ə dəyişə biləcəyini demiş və bunun üçün Hicran Sayılovadan 2000 manat pul istəmiş və sonuncu ilə 1500 manat pula razılaşmışdır. Bundan 2-3 gün sonra o, Hicran Sayılovaya zəng edərək pulu hazırlamasını və gəlib pulu götürəcəyini demişdir. Sonra o, Ağsu rayon Bico kəndində getmiş və 2019-cu ilin iyul ayının ortalarında Ağsu rayon Bico kəndində Hicran Sayılovanın yaşadığı küçədə Hicrandan 1500 manat pul almışdır. Bundan bir neçə gün sonra Hicran Sayılova ona zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, o da işləri tam görüb qurtarmaq üçün əlavə 500 manat pul lazım olduğunu bildirmişdir. Hicran Sayılova isə pulunun olmadığını ya işini tez bir zamanda görməyi, ya da pulunu qaytarmağını tələb etmişdir. Lakin o, Hicran Sayılovadan 1500 manat pul almağına baxmayaraq verdiyi vədə əməl etməmiş və heç bir iş görməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 ilə 2019-cu ilin iyun ayının ortalarında tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs5 yaşadığı evdə olan zaman sonuncunun oğlu Zərərçəkmiş şəxs9 şəklini görüb Mikayıla oğlunu tanıdığını bildirmişdir. Bundan sonra söhbət əsnasında o, Mikayıla oğlu Zərərçəkmiş şəxs9 “SOCAR” şirkətinə işə düzəldəcəyini demiş və sonuncu oğlu Natiqə zəng edərək bu barədə ona demişdir. 2019-cu ilin iyul ayının ortalarında o, Sumqayıt şəhərinə gedərək Natiqlə Sumqayıt şəhərində avtovağzalda görüşmüşdür. O, Natiqlə görüşdükdən sonra Natiqi “SOCAR” şirkətində işə düzəldəcəyini bildirmiş və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Natiq də həmin vaxt ona 700 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs9 pulu aldıqdan sonra oradan çıxıb getmişdir. Bundan 3-4 gün sonra o, Natiqə zəng edərək əlavə 800 manat da pul lazım olduğunu bildirmişdir. Natiq də onunla razılaşmış və o, yenidən Sumqayıt şəhərində avtovağzalda sonuncu ilə görüşüb ondan 800 manatı da almışdır. O, Natiqdən ümumilikdə 1500 manat pul alsa da, heç bir iş görməmişdir. Bundan başqa o, Ağsu rayon Bico kənd sakini Zərərçəkmiş şəxs8 onunla atası Zərərçəkmiş şəxs5 tanış etmişdir. 2019-cu ilin iyul ayının ortalarında o, Ağsu rayon Bico kəndində Zərərçəkmiş şəxs5la söhbət edərəkən söhbət əsnasında Mikayıl ona oğlu Salamın Şamaxı şəhərində yerləşən evinin 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyünü və yenidən tikintisi üçün köməklik lazım olduğunu bildirmişdir. O da bu işləri görə biləcəyini və Zərərçəkmiş şəxs8la özünün görüşüb söhbət etmək istədiyini bildirmişdir. Sonra o, 29 iyul 2019-cu il tarixdə Şamaxı şəhərinə getmiş və Şamaxı şəhərinin girişində Bakı-Şamaxı-Yevlax yolunun yaxınlığında Zərərçəkmiş şəxs8la görüşüb sonuncunun yaşadığı evə getmişlər. Zərərçəkmiş şəxs8 yaşadığı evə çatdıqdan sonra o, evin şəkillərini çəkib evin yararsız halda olduğunu, evi yenidən tikdirə biləcəyini və bunun üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 da o, qədər pulu olmadığını və ona 1500 manat pul verə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs8la razılaşmış və sonuncu ona yaşadığı evdə 1450 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs8 pulu aldıqdan sonra çıxıb getmiş və Zərərçəkmiş şəxs8 verdiyi vədlərə baxmayaraq heç bir iş görməmişdir. Bundan başqa o, Ağsu rayon Bico kənd sakini Zərərçəkmiş şəxs6 ilə Zərərçəkmiş şəxs5 evində olan zaman tanış olmuşdur. Mikayılın yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs6 gəlini Gülnarın xəstə olması barədə onunla söhbət etmişdir. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs6 gəlini Gülnarın xəstəliyinin nə olmasını soruşmuş. Zərərçəkmiş şəxs6 da gəlini Gülnarın nevroloji xəstə olmasını demişdir. O da Sənubərə gəlini Gülnarın xəstəlik sənədlərini gətirib göstərməsini bildirmiş və sonuncu sənədləri gətirib ona göstərdikdən sonra o, həmin sənədlərlə Gülnara pensiya düzəltdirə biləcəyini və bunun üçün 2500 manat pul lazım olduğunu demişdir. Sənubər onunla razılaşmış və sonuncu ona 2019-cu ilin avqust ayının əvvəllərində Ağsu rayon Bico kəndində Zərərçəkmiş şəxs5 yaşadığı evdə 2500 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, yenidən Ağsu rayon Bico kəndinə qayıtmış və Zərərçəkmiş şəxs5 evində olan zaman Zərərçəkmiş şəxs6 da həmin ünvana gəlmişdir. O, Zərərçəkmiş şəxs6 yetkinlik yaşına çatmayan nəvələri və onların valideynləri üçün sosial müavinət düzəltdirmək istədiyini ona demiş və o, sonuncudan bu işin müqabilində 1700 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs6 da onunla razılaşmış və 2019-cu ilin avqust ayının əvvəllərində Ağsu rayon Bico kəndində Mikayılın yaşadığı evdə o, Zərərçəkmiş şəxs6 1700 manat pul almışdır. Bundan bir neçə müddət sonra o, yenidən Ağsu rayon Bico kəndinə gedib Zərərçəkmiş şəxs6 bildirmişdir ki, gəlini Gülnarın pensiyasını düzəltmək üçün Gülnar onlarla xəstəxanaya getməlidir və bunun üçün 1300 manat da pul lazımdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs6 da 2019-cu ilin sentyabr ayının sonlarında Ağsu rayon Bico kəndində yaşadıqları evdə ona 1300 manat pul vermişdir. X9 Muradovanın oğlu Yusiflə birlikdə 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsində yerləşən Nevroloji Dispanserə aparmışlar, xəstəxanada tanımadığı həkim yoxladıqdan sonra bildirmişdir ki, Gülnarı Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə aparmaq lazımdır. Sonra o, Günlar Muradovanı həyat yoldaşı Yusiflə birlikdə Ağsu rayon Bico kəndinə gətirmişlər. Bico kəndinə gəldikdən sonra o, Zərərçəkmiş şəxs6 bildirmişdir ki, bəs həkim ona demişdir ki, gəlini Gülnar Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində yatmalıdır. Təxminən 3-4 gün sonra Gülnarı həyat yoldaşı Yusiflə birlikdə Maşatağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə aparmışlar. Gülnarı həmin dispanserə yerləşdirdikdən sonra çıxıb gəlmişlər və Zərərçəkmiş şəxs6 ondan işin nə yerdə olduğunu soruşmuş, o da Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinin həkimlərinə 1000 manat pul vermək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 da onunla razılaşmış və 2019-cu ilin oktyabr ayının əvvəllərində Ağsu rayon Bico kəndində Zərərçəkmiş şəxs6 yaşadığı ünvanda ondan 1000 manat pul almışdır. Bir neçə gün sonra Yusif ona zəng edərək anasının uşaqları saxlaya bilmədiyini və gedib Gülnarı gətirmək lazım olduğunu demişdir. O da Yusiflə birlikdə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə gedib Gülnarı götürüb gəlmişlər. Zərərçəkmiş şəxs6 ondan işlərin nə yerdə olduğunu, Gülnarın pensiyasının nə vaxt düzələcəyini soruşanda, o, işlərin yaxın zamanda düzələcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Zərərçəkmiş şəxs6 zəng edərək artıq işlərin yekunlaşdığını və sonuncu dəfə 1200 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 da pullarının olmadığını demişdir. O da Sənubərə 1200 manat pulu özündən verəcəyini demişdir. Bundan 5-6 gün sonra Yusif onun işlədiyi kafeyə gələrək 1200 manat pulu ona vermişdir. Bundan sonra o, 2019-cu ilin noyabr ayının əvvəllərində Ağsu rayon Bico kəndinə Zərərçəkmiş şəxs6 yaşadığı ünvana gedib Zərərçəkmiş şəxs6 pensiya və sosial müavinət sənədlərinin hazır olduğunu deyərək sonuncudan 200 manat pul istəmişdir. Sənubər isə həmin sənədləri nə vaxt verəcəyini ondan soruşmuş, o da bir ay müddətinə həmin sənədləri verəcəyini bildirib Zərərçəkmiş şəxs6 200 manat pul alıb çıxıb getmişdir. 2019-cu ilin noyabr ayının sonlarında o, yenidən Ağsu rayon Bico kəndinə Zərərçəkmiş şəxs6 yaşadığı ünvana əvvəldən tanıdığı ünvan 5 adlı şəxslə birlikdə getmiş və Zərərçəkmiş şəxs6 Şahinin evinin zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyünü, həmin evi yenidən tikdirə biləcəyini bildirərək yeyib-içmək üçün 50 manat pul istəmişdir. Zərərçəkmiş şəxs6 isə 50 manatının olmadığını bildirərək ona 30 manat pul vermişdir. O, yalan vədlər verərək ümumilikdə Zərərçəkmiş şəxs6 7930 manat pul almağına baxmayaraq heç bir iş görməmiş və aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 onun həyat yoldaşı Gülşən Əsədovanın dayısı Səməndərin həyat yoldaşıdır. 2019-cu ilin dekabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs7 yaşadığı ünvanda olan zaman sonuncu evlərinin zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyünü üçün ondan kömək istəmişdir. O, da fondda tanışları olduğunu və evini yenidən tikdirə biləcəyini demişdir. Lakin bu işlərin görülməsi üçün o, Zərərçəkmiş şəxs7 1000 manat pul istəmiş, sonuncuda razılığını bildirmişdir. Sonra o, Zərərçəkmiş şəxs7 yanında əvvəldən tanıdığı ev tikintisi ilə məşğul olan Şahin adlı şəxslə telefonda danışıb, gəlib evin şəkillərini çəkməyini istəmişdir. Bundan bir həftə sonra o, Şahin adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs7 yaşadığı ünvana gedib, yaşadığı evin şəkillərini çəkdikdən sonra gətirib 1000 manat pul verməsini bildirmişdir. Zərərçəkmiş şəxs7 da yaşadığı evin həyətində Şahinin və həyat yoldaşı Səməndərin yanında gətirib ona 1000 manat pul vermişdir. O, pulu aldıqdan sonra Şahinlə birlikdə Zərərçəkmiş şəxs7 yaşadığı evdən küçəyə çıxmışlar. Küçəyə çıxdıqdan sonra o, Şahinə yaxın müddətdə zəng edəcəyini bildirib ayrılmışlar. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs7 ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O da yalandan Şahinin anasının vəfat etdiyini, buna görə də Şahinin işlərinin çox olduğunu bildirmişdir. Həmçinin Şahin bir neçə dəfə ona zəng etsə də o, Şahini müxtəlif bəhanələrlə gözlətmişdir. Zərərçəkmiş şəxs7 söz versə də, sonuncunun evinin tikilməsi üçün heç bir iş görməmişdir. Bundan başqa o, bacanağı Şahid9 vasitəsi ilə Zərərçəkmiş şəxs1 tanımışdır. 2020-ci ilin aprel ayında bacanağı Gülbalanın yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində olan zaman Nuranənin Gülbala ilə mübahisə etdiyini görüb onlardan nə baş verdiyini soruşduqda, sonuncu ona Nuranəyə torpaq satdığını, həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün Abşeron rayon İcra Hakimiyyətindən icazə almaq lazım olduğunu və bunun müqabildən 800 manat pul aldığını demişdir. O, da bu işdə Nuranəyə kömək edəcəyini demişdir. Bundan bir neçə sonra o, Gülbala ilə birlikdə onun Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Nuranəyə satdığı torpaq sahəsinə getmişdir. Orada Nuranə ilə görüşmüş və sonuncu evin tikilməsinə icazə alınması üçün şirinlik kimi 70 manat pul vermişdir. Bundan sonra o, Gülbala ilə birlikdə Abşeron rayon İcra Hakimiyyətinə getmiş və oradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətti keçdiyi üçün tikintiyə icazə verilməyəcəyini öyrənmişdir. Aradan bir müddət keçdikdən sonra Nuranə ona zəng edərək tikinti işləri aparan zaman icra hakimiyyətinin işçiləri gələrək onun işini dayandırdığını demiş, o da Gülbalaya zəng edib bu barədə məlumat vermişdir. Bir müddət sonra 2020-ci ilin may ayının əvvəllərində o, Nuranəyə zəng edərək şirkətdə sürücü işi olduğunu demiş və sonuncu ondan qardaşı Railin həmin işə düzəltməyini xahiş etmişdir. O, Railin telefon nömrəsini alaraq əlaqə saxlayıb onu şirkətdə sürücü kimi işə düzəldə biləcəyini demiş, Raildə onun təklifi ilə razılaşmışdır. Səhəri gün o, Railə zəng edərək şirkətdə bəzi sənədləri qaydasına qoymaq üçün 200 manat pul lazım olduğunu demiş və sonuncu 200 manat pulu yol maşını ilə Bakı şəhərinə göndərmişdir. Aradan bir həftə keçdikdən sonra, 12 may 2020-ci il tarixdə o, Railə zəng edərək sözügedən işlə bağlı əlavə olaraq 300 manat pul lazım olduğunu demiş, sonuncuda həmin məbləğdə pulu ona poçt vasitəsi ilə mənim adıma 300 manat pul göndərdi. Aradan bir həftə keçdikdən sonra o, Railə zəng edərək yenə 300 manat pul lazım olduğunu dedikdə, sonuncu ona gəlib özünün pulu verəcəyini demişdir. 21 may 2020-ci il tarixdə saat 17 radələrində Rail ilə Bakı şəhərində 20 yanvar metro stansiyasının yaxınlığında görüşmüş və sonuncu ilə birlikdə Baş Dövlət Yol Polis İdarəsinə getmişdir. O, Railin şəxsiyyət vəsiqəsini alıb içəri idarəyə daxil olmuş və bir neçə dəqiqədən sonra idarədən çıxaraq Railə sürücülük vəsiqəsi hazırlanıb, səhər gəlib götürəcəyini demişdir. O, Railə birlikdə Xırdalan dairəsi istiqamətinə getmiş və orada sonuncudan əlavə olaraq 300 manat pul istəmişdir. Rail də orada ona 300 manat pul vermişdir. O, aldığı pulları şəxsi ehtiyaclarnına xərcləmiş və Railə verdiyi vədləri yerinə yetirməmişdir. O, Zərərçəkmiş şəxs1 sosial yardım düzəltmək adı ilə hər hansı bir məbləğdə pul almamış, sonuncu yalınız torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə alınması ilə bağlı 70 manat şirinlik kimi vermişdir. İş üzrə zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs10 dəymiş ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs12 isə dəymiş ziyandan 220 manat ödəniş etmişdir. Hazırda maddi imkanı olmadığı üçün dəymiş zərərləri ödəyə bilməmiş, azadlığa çıxacağı təqdirdə dəymiş zərərləri ödəyəcəkdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, böyük oğlu 1974-cü il təvəllüdlü Anar Hüseynov 1992-ci ildə hərbi xidmətə getmiş, 26 oktyabr 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş və oğlunun şəhidliyinə görə pensiyasına əlavə və yardım almışdır. 2007-ci ildə oğlunun şəhid adı üzərində götürülmüş və dövlət tərəfindən verilən yardım kəsilmişdir. 07 may 2019-cu ildə 2019-cu ilin fevral ayında baş vermiş zəlzələyə görə evlərinin yararsız hala düşməsi ilə əlaqədar qızı Aytənlə birlikdə Ağsu rayon İcra hakimiyyətinin inzibati binasının həyətində olan zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun qızı Aytənlə söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Həmin zaman Orxan oğlunun şəhidlik adının əlindən alınmasını qızından eşidib oğlunun şəhidlik sənədlərinin düzəlməsində kömək edə biləcəyini demişdir. Həmin zaman Orxan onun mobil telefon nömrəsini götürüb əlaqə saxlayacağını demişdir. Həmin günü günortadan sonra Orxan bir nəfər şəxslə onların yanına gəlmişdir. O, Orxanın yanında olan şəxsin adının Şahid9 olmasını öyrənmişdir. Orxan oğlunun sənədlərinin düzəltməsi üçün ondan 200 manat pul istəmiş və o, evə gəlib 200 manat pul götürüb Orxana vermişdir. Bundan bir həftə X10 onun qızı Aytənin işlədiyi Ağsu şəhərindəki gəlinlik paltarları satılan dükanına gəlmiş və orada onunla görüşmüşlər. Həmin vaxtı onun tanışı Şahid2 da onunla birlikdə olmuşdur. Həmin günü o, Qurban, Orxan və Gülbala ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə getmişdir. Orada sənədlərə baxılmış, lakin sənədlərin tam hazır olmadığını demişlər. Yenidən onlar qızının işlədiyi mağazaya qayıtmış və orada Orxan əlavə olaraq 500 manat pul istəmişdir. O, imtina etsə də, Orxan inamlı danışıb işini həll edəcəyini dediyi üçün o, Orxangilin maşınında tanışı Şahid2 və Gülbalanın yanında Orxana 500 manat pul vermişdir. X10 çıxıb getmişlər. Həmin vaxtdan sonra o, bir daha Orxanla Gülbalanı görməmişdir. Aldanıldığını başa düşdüyü üçün Ağsu rayon prokurorluğuna şikayət etmiş, Ağsu RPŞ-də araşdırma aparılan zaman Təqsirləndirilən şəxs onun 700 manat pulunu qaytarmışdır. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ zamanı ona məxsus Ağsu rayonu Cəlayir kəndində yerləşən yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür. Evin yenidən tikilməsi üçün o, Ağsu rayon İcra Hakimiyyətinə müraciət etmiş və mütəmadi olaraq İcra Hakimiyyətinə gəlmişdir. 2019-cu ilin aprel ayında İcra Hakimiyyətinə gəlib inzibati binanın yaxınlığında olarkən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq İcra Hakimiyyətinə hansı səbəbdən gəldiyini soruşmuş, o da sonuncuya evinin tikilməsi üçün İcra Hakimiyyətinə gəldiyini demişdir. Həmin vaxt Orxan ona evinin tikilməsində köməklik edə biləcəyini bildirərək onun mobil telefon nömrəsini istəmiş, oda Orxana mobil telefon nömrəsini vermişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Orxan onunla əlaqə saxlayaraq evinin tikilməsi üçün nazirlikdən 1000 manat pul istədiklərini demiş, o da Orxana pulu bir neçə günə düzəldib verəcəyini bildirmişdir. Sonra o, özünə məxsus bir baş iribuynuzlu inək heyvanını 02 iyun 2019-cu il tarixdə mal bazarında sataraq 1000 manat pulu əldə edib Orxana zəng etmiş və həmin gün saat təxminən 11 radələrində Orxanın işlətdiyi Ağsu şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsinin arxasında yerləşən kafeyə görüşərək pulu Orxana vermişdir. Pulu Orxana verdikdən iki gün sonra, yəni 04 iyun 2019-cu il tarixdə Orxan ona zəng edərək, evin tikilməsi məsələsinin düzəlmədiyini, pulun az olduğunu, əlavə 500 manat da pul lazım olduğunu demişdir. Həmin gün həmkəndlilərindən 500 manat borca pul almış və axşam saat təxminən 21 radələrində Orxan onun yaşadığı evə gələrək pulu ondan almışdır. Ümumilikdə Orxana 1500 manat pul verməyinə baxmayaraq, Orxan onun evinin tikilməsi üçün heç bir şey etməyərək vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ zamanı ona məxsus Ağsu rayonu Gəgəli kəndində yerləşən yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür. Evin yenidən tikilməsi üçün o, Ağsu rayon İcra Hakimiyyətinə müraciət etmiş və mütəmadi olaraq İcra Hakimiyyətinə gəlib getmişdir. 2019-cu ilin may ayının əvvəllərində İcra Hakimiyyətinə gəlib inzibati binanın yaxınlığında olarkən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq İcra Hakimiyyətinə hansı səbəbdən gəldiyini soruşmuşdur. O da Orxana evinin tikilməsi üçün İcra Hakimiyyətinə gəldiyini demişdir. Həmin vaxt Orxan ona evinin tikilməsində köməklik edə biləcəyini bildirmişdir. Orxan onun mobil telefon nömrəmi istəmiş və o da öz mobil telefon nömrəsini verdikdən sonra Orxan da ona öz mobil telefon nömrəsini verərək əlaqə saxlayacağını demişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Orxan onunla əlaqə saxlamış və evinin tikilməsi üçün görüşmək istədiyini bildirmişdir. O, da Orxana yaşadığı evdə olduğunu demişdir. Orxan bir qədər sonra Gülbala adlı şəxslə birlikdə onun yaşadığı evə gəlmiş və yaşadığı evin zəlzələdən ziyan görmüş yerlərinə baxıb şəkillərini çəkmişdir. Sonra Orxan ona tanışları vasitəsilə yaşadığı evi siyahıya saldıraraq yenidən tikdirə biləcəyini deyib bunun müqabilində 4000 manat pul istəmişdir. O, Orxanala söhbət edib 3000 manata razılaşmışdır. Həmçinin onlar ilk əvvəl 1500 manat pul verəcəyi, evini tikib qurtardıqdan sonra qalan 1500 manat pulu verəcəyi barədə razılamışlar. Bundan təxminən bir həftə sonra o, 400 manat pul taparaq Orxana zəng edib 400 manat pul düzəltdiyini bildirmiş və sonucu ilə Ağsu rayon Mərkəzi bazarının qarşısında görüşərək pulu Orxana vermişdir. Bundan təxminən bir həftə sonra, yəni 2019-cu ilin iyun ayının əvvəllərində o, Orxana zəng edərək harada olmasını soruşmuş və Orxan da ona Bakı şəhərində olduğunu demişdir. O, Orxana bildirmişdir ki, kürəkəni Şahid8 700 manat pul var, həmin pulu Pərvizlə görüşərək götürsün. Pərviz bir qədər sonra ona zəng edərək Orxanla görüşdüyünü və pulu Orxana verdiyini bildirmişdir. Onun ümumilikdə Orxana 1100 manat pul verməyinə baxmayaraq, Orxan onun evinin tikilməsi üçün heç bir hərəkət etməyərək vədinə əməl etməmiş, Orxandan hər dəfə evinin nə vaxt tikiləcəyini soruşduqda, Orxan müxtəlif bəhanələr gətirərək evinin yaxın zamanda tikiləcəyini bildirmişdir. Bundan təxminən üç ay keçməsinə baxmayaraq Orxan hələ də onun evini tikdirməmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Orxan ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və o da kürəkəni Pərvizlə birlikdə Orxanın işlətdiyi kafeyə gedərək görüşmüşdür. Həmin vaxt Orxan ona bildirmişdir ki, narahat olmasın, yaxın zamanlarda onun evinin məsələsini həll edəcək. Həmin vaxt Orxan ona qalan 400 manat pulu da verməli olduğunu bildirmiş və Orxan onu yenə də inandırdığı üçün o, sonuncuya 250 manat pul vermişdir. Lakin, Orxan yenə də onun evini tikdirməmiş və o, hər dəfə Orxandan bu barədə soruşanda Orxan yenə də yalan bəhanələr gətirərək işi yubatmışdır. O, həmin vaxtdan sonra Orxanın onu aldatdığını başa düşmüş və Orxandan pulu tələb etmişdir. Lakin, Orxan onun pulunu geri verəcəyini deyərək bu günə kimi pulu verməkdən imtina etmiş və evini tikdirməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Piralı oğlunu 2019-cu ilin iyun ayında tanımışdır. Onun Ağsu rayon Bico kəndinin dağlıq ərazisində bir hektar mübahisəli torpaq sahəsi olmuş, o, həmin torpaq sahəsinin sənədləşmə işini həyat keçirmək istəmişdir. Hətta bundan ötrü müvafiq dövlət orqanlarına da müraciət etmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində qızı Şahid7 təsadüfən Ağsu şəhərində Orxanla rastlaşmış, qızı Südabə Təqsirləndirilən şəxs həmin mübahisəli torpaq məsələsini izah etmiş, Təqsirləndirilən şəxs da həmin məsələni həll edə biləcəyini bildirmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində o, Ağsu rayon Bico kəndində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs və özünü Səbuhi adlı şəxs kimi təqdim edən bir nəfər şəxs onun qızı ilə birlikdə Bico kəndində yaşadığı evə gəlmişlər. Qızı Südabə ona demişdir ki, Təqsirləndirilən şəxs mübahisəli torpaq məsələsini həll etməkdə onlara köməklik göstərəcəkdir. Sonra o, Təqsirləndirilən şəxs özü ilə söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında ona bildirmişdir ki, onun tanışları var bu məsələni həll edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadıqları həyətdə olan zaman onun 2ci qrup əlil qızı Fazilə Mikayılovanı görərək nə olduğunu soruşmuş, o da bildirmişdir ki, qızı 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs ona bunun qrup əlilliyini birinci qrupa dəyişək pensiyasının artırılmasını və hətta qızına qulluq edən şəxsin də pensiya almasını təklif etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin zaman onun zəlzələdə qəzalı vəziyyətə düşmüş evini görüb ona yeni ev tikilməsi üçün köməklik edə biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs onun torpaqla bağlı problemli məsələsini həll etmək üçün Bakı şəhərinə gedəcəyini, buna görə 270 manat pul lazım olduğunu demişdir. O da Təqsirləndirilən şəxs onunla gələn Səbuhi adlı şəxsin və qızı Südabənin yanında yaşadığı evin həyətində 270 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs gələrək işləri həll etdiyini bildirib əlavə 700 manat pul lazım olduğunu demiş, o da Təqsirləndirilən şəxs qızı Südabənin yanında yaşadığı evin həyətində 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan 700 manat pul alıqdan sonra çıxıb getmişdir. Bundan 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən onun yaşadığı ünvana gələrək torpaqla bağlı məsələni artıq həll etdiyini demiş və bildirmişdir ki, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirməyi demiş, o da razılaşmışdır. Zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirmək vədi ilə Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında Ağsu rayon Bico kəndində onun qızı Südabənin yanında müxtəlif vaxtlarda ondan 1000 manat, sonra 500 manat, daha sonra 1000 manat ümumilikdə 2500 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qızı Fazilə Mikayılovanın pensiyasını düzəltmək üçün qızını Bakı şəhərinə fonda aparmaq lazımdır. O, razılaşmış və birlikdə onun qızını 2019-cu ilin iyul ayının axırlarında Bakı şəhərinə aparmışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs 200 manat, sonra yenə 200 manat sonra 40 manat və 60 manat, ümumilikdə 500 manat pul vermişdir. Sonra onun qızını Maştağa ruhi-əsəb dispanserinə aparıb yerləşdirmiş və qızı həmin xəstəxanada 15 gün qaldıqdan sonra evə gətirmişlər. Lakin qızının pensiya məsələsi düzəlməmişdir. Həmçinin, bu işləri görərkən o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun oğlu Zərərçəkmiş şəxs8 Şamaxı şəhərində zəlzələ zamanı ziyan görmüş evi vardır. Həmin evin yenidən tikintisi üçün onun oğlu Salama köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs da gedib evə baxmaq və oğlu Zərərçəkmiş şəxs8la görüşmək istədiyini demişdir. O, oğlum Salama zəng edib, bir nəfər şəxsin Salamın sənin evinin yenidən tikintisinə kömək edə biləcəyini demişdir. Salam onunla razılaşmış, sonra Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında oğlu Salamla Şamaxı şəhərində görüşüb evin tikintisi üçün oğlundan 1450 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında digər oğlu Natiqlə görüşərək onuncunu “SOCAR”-da işə düzəltmək adı ilə Natiqdən 1500 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs onun digər oğlu Nadir Mikayılovun Sumqayıt şəhərində olan torpaq sahəsini sənədləşdirmək üçün 2019-cu ilin avqust ayının əvvəllərində ondan Ağsu rayon Bico kəndində yaşadığı evin həyətində qızı Südabənin yanında 500 manat, sonra isə həmin oğlunun xidməti iş yerini dəyişdirmək üçün isə yaşadığı evdə ondan 700 manat pul almışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməmişdir. Dəfələrlə işin gedişatı barədə maraqlandıqda Orxan hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O da məcbur qalıb axırda bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona mübahisəli torpaq məsələsinin sənədləşmə işini düzəldəcəyini, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evini yenidən tikdirəcəyini və 2-ci qrup əlil qızı Fazilə Mikayılovanın qrup əlilliyini dəyişəcəyi barədə yalan vədlər verərək 2019-cu ilin iyun-avqust ayları ərzində ondan ümumilikdə 5170 manat, oğlu Salamdan 1450 manat və digər oğlu Natiqdən 1500 manat pul almışdır. Bundan başqa 2019-cu ilin iyul ayında Ağsu rayon Bico kəndində Hicran Sayılova oğlunun iş yerini dəyişdirmək üçün onun yanında Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında tanımışdır. Belə ki, həmin ay Ağsu şəhər ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsinin arxasında avtomobil təmiri sexində olarkən Orxanla tanış olmuşdur. Həmin vaxt Orxanla aralarında olan söhbət zamanı sonuncu oğlu Adili işlətdiyi kafedə gündəlik 8 manat pul verməsi müqabilində işə götürməsini bildirmişdir. Onun oğlu Adil iki gün kafedə işlədikdən sonra Orxan Adildən razı qaldığını və bundan sonra Adilə gündəlik olaraq 10 manat pul verəcəyini bildirmişdir. Oğlu Adil təxminən bir müddət kafedə işlədikdən sonra 2019-cu ilin iyul ayında Orxan ona X7 Nazirliyi tərəfindən rayon ərazisində tikilən şirkətində işə düzəldəcəyini bildirmişdir. O, Orxanla birlikdə Ağsu şəhəri S.Quliyev küçəsində yerləşən FHN tərəfindən tikilən evlərin anbarına gəlmişlər. Orxan həmin yerdə binaya daxil olmuş və bir qədər sonra gələrək Adilin işini həll etdiyini bildirmişdir. O, Orxana Adili işə düzəltdiyi üçün təşəkkülünü bildirmişdir. Orxandan Adili işə düzəltməsi müqabilində nə qədər pul verəcəyini soruşduqda, Orxan 600 manat pul istədiklərini bildirmişdir. O, Orxana Adili işə düzəltdiyi üçün 600 manat pul verəcəyini demişdir. Həmin gündən iki gün sonra, yəni təxminən 2019-cu ilin iyul ayının ortalarında o, Orxanın işlədiyi kafedə Orxana 300 manat pul və qohumunun balansında 300 manat olan “Birkart” kartını vermişdir. O, pulu Orxana versə də oğlu Adili işə çağırmamış, həmin ərəfələrdə Adil Orxanın işlətdiyi kafedə qulluqçu işləməyə davam etmişdir. O, Orxanla Adilin işi barədə danışdıqda Orxan işin düzələcəyini deyərək müddəti uzatmışdır. 2019-cu ilin avqust ayının əvvəllərində Orxana Adilin işinin lazım olmadığını və verdiyi pulları geri qaytarmasını demişdir. Orxan da ona verdiyi pulu qaytaracağını bildirsə də, həmin vaxt pulunu qaytarmamışdır. Həmin ay Orxandan pulunu istədikdə Orxan ona hissə-hissə olmaqla ümumilikdə 220 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Sayılova Hicran Feyruz qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Piralı oğlunu 2019-cu ilin iyul ayının ortalarında tanımışdır. Belə ki, 2019-cu ilin iyul ayının ortalarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs5 evində həmin şəxsi, yəni Təqsirləndirilən şəxs tanımışdır. O, Zərərçəkmiş şəxs5 evində olan zaman orada Təqsirləndirilən şəxsla söhbət zamanı həmin şəxsə oğlu Mahirin Bakı şəhərində yerləşən elektronika satışı ilə məşğul mağazalar şəbəkəsi olan “Optimal”da işlədiyini və iş yerini münasib bir işə dəyişdirmək istədiyini bildirmişdir. Orxan isə ona demişdir ki, oğlunun iş yerini “Paşa Hodinq”ə dəyişə bilər, lakin bunun üçün 2000 manat pul lazımdır. O, isə o qədər pulu olmadığını və ona 1500 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və Orxan onun mobil telefon nömrəsini götürmüşdür. Bundan iki gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq pulu hazır etməsini, kəndə gəlib pulu ondan götürəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs kəndə gəlmiş və o, yaşadığı küçədə Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs5 yanında 1500 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs zəng vurub işin nə yerdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə işi tam həll etməyi üçün əlavə 500 manat da pul lazım olduğunu demişdir. Lakin o, artıq pulu olmadığını, ya onun işini düzəltməsini, yaxud da aldığı 1500 manat pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs 500 manat pulu özü verəcəyini demişdir. Bundan sonra o, bir neçə dəfə işlə bağlı Təqsirləndirilən şəxs zəng vursa da, həmin şəxs müxtəlif bəhanələr gətirmiş və xeyli müddət keçməsinə baxmayaraq həmin şəxs vədinə əməl etməmiş, ondan aldığı pulu isə geri qaytarmamışdır. Buna görə də o, məcbur olub Ağsu rayon polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs Ağsu rayon Bico kəndinə atası Mikaylın yaşadığı evə gəlmiş və orada onun şəklini görən zaman atasına onu tanıdığını bildirmişdir. 2019-cu ilin iyun ayında atası Mikayıl ona zəng edərək Orxan adlı şəxsin onu tanıdığını bildirmişdir. O, Orxan adlı şəxsi tanımadığını demişdir. Sonra atası Mikayıl ona Orxanın onu “SOCAR”da işə düzəldəcəyini bildirmişdir. O da həmin vaxt işsiz olduğu üçün Orxanla özü görüşmək qərarına gəlmişdir. Sonra 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə gəlmiş və o, həmin şəxslə Sumqayıt şəhərində avtovağzalda görüşmüşdür. Təqsirləndirilən şəxs onu “SOCAR”a işə düzəldəcəyini deyərək ondan 1500 manat pul istəmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs 700 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs pulu verdikdən sonra Orxan çıxıb getmişdir. Bundan 3-4 gün sonra Orxan ona zəng edərək əlavə 800 manat da pul lazım olduğunu bildirmiş, o da Orxanla yenidən Sumqayıt şəhərində avtovağzalda görüşüb sonuncuya 800 manat da pul vermişdir. Həmin vaxtdan sonra o, Orxana dəfələrlə zəng edib iş barədə maraqlansa da Orxan hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Sonradan o, Orxanın onun atasından və qardaşı Salamdan da müxtəlif yalan vədlərlə pul aldığını öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının 26-da onun atası Zərərçəkmiş şəxs5 ona telefonla zəng edib bildirmişdir ki, tanıdığı Orxan adlı bir nəfər şəxs onun 2019-cu ildə baş vermiş zəlzələ zamanı Şamaxı şəhərində yerləşən qəzalı vəziyyətə düşmüş evinin yenidən tikintisində kömək edəcəkdir. O, həmin şəxslə özü görüşüb söhbət etmək istədiyini demişdir. Sonra 2019-cu ilin iyul ayının 29-da Təqsirləndirilən şəxs Şamaxı şəhərinə gəlmiş və o, həmin şəxslə Şamaxı-Bakı yolunda görüşmüşdür. Təqsirləndirilən şəxs evə baxış keçirməyə gəldiyini demiş və yaşadığı ünvana gəlmişdir. Yaşadığı ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evin şəkillərini çəkmiş və ona demişdir ki, ev yarasız haldadır, evi yenidən tikdirəcək. Lakin bunun üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. O da bildirmişdir ki, onun o qədər pulu yoxdur, 1500 manat pul verə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış, sonra o, Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdə Şamaxı şəhərində yaşadığı ünvanda 1450 manat pul vermişdir. O, pulu Təqsirləndirilən şəxs verdikdən sonra Orxan ona bildirmişdir ki, bu rüsum puludur və pulu Bakı şəhərinə aparıb rüsum ödəyəcək. Sonra Təqsirləndirilən şəxs çıxıb getmiş, sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng vurub işin nə yerdə olduğunu soruşsa da Orxan hər dəfə müxtəlif bəhanələr gətirirmişdir. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs 06.01.2020-ci il tarixdə zəng vurmuş və ondan məsələnin necə olacağını soruşmuşdur. Orxan isə yenə də yalandan ona müxtəlif bəhanələr gərtiməyə başlamışdır. Bundan sonra o, atası Mikayılla danışmış və bildirmişdir ki, gedib Ağsu rayon Polis Şöbəsinə şikayət etsin. Çünki həmin şəxs onun atası Mikayılı da aldadaraq ümumilikdə 5170 manat və digər qardaşı Zərərçəkmiş şəxs9 da aldadaraq ümumilikdə 1500 manat pulunu almışdır. Sonra atası da Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Piralı oğlunu 2019-cu ilin avqust ayında tanımışdır. Belə ki, 2019-cu ilin avqust ayının əvvəllərində o, qonşusu Zərərçəkmiş şəxs5 evində olan zaman orada Orxan adlı şəxslə tanış olmuşdur. Onun gəlini Muradova Gülnar nevroloji xəstədir. O, qonşusu Mikayılın evində olan zaman gəlini barədə söhbət etmişlər, bu zaman Təqsirləndirilən şəxs ondan gəlini Gülnarda hansı xəstəliyin olmasını soruşanda, o, bu barədə Orxana demişdir. Təqsirləndirilən şəxs ondan Gülnarın xəstəlik barədə olan sənədlərini istəmişdir ki, baxsın. O da sənədləri gətirib Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxandan sonra onun gəlininin birinci qrup əlil olmasını demiş, təklif etmişdir Gülnara pensiya düzəltdirsin. O da razılaşmış, Təqsirləndirilən şəxs bunun üçün 2500 manat pul lazım olduğunu demişdir. O, da 2019-cu ilin avqust ayının əvvəlində qonşusu Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. Pulu Orxana verdikdən sonra Orxan çıxıb getmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onu qonşusu Mikayılın evinə çağırmış, həmin evə gəldikdə, Orxanı orda görmüşdür. Orxan Gülnarın pensiyasını düzəltdiyini, indi də onun nəvələrinə və onların valideynlərinə sosial müavinət düzəltməsini təklif etmişdir. O da razı olmuş, Orxan bunun üçün ondan 1700 manat pul istəmişdir. Bundan 2-3 gün sonra o, Təqsirləndirilən şəxs Mikayılın evində 1700 manat pul vermişdir. Pulu verdikdən sonra Orxan ona demişdir ki, ona 3-4 günə xəbər edəcək. Bundan bir neçə gün sonra Orxan onun yaşadığı ünvana gəlib ona demişdir ki, bəs gəlini Gülnarın pensiyasını düzəltmək üçün Gülnar onlarla xəstəxanaya getməlidir və bunun üçün də əlavə 1300 manat pul lazımdır. Sonra o, Təqsirləndirilən şəxs oğlu Şahid6 yanında 2019-cu ilin sentyabr ayının axırlarında yaşadığı evdə 1300 manat pul vermiş və bundan 3-4 gün sonra Təqsirləndirilən şəxs onun oğlu Yusiflə birlikdə gəlini Gülnarı Bakı şəhərinə xəstəxanaya aparmışlar. Sonra həmin gün onun oğlu və gəlini Təqsirləndirilən şəxsla birlikdə xəstəxanadan qayıtmışlar. O, Təqsirləndirilən şəxs və oğlu Yusifdən xəstəxanada nə baş verdiyini soruşduqda, onlar bildirmişlər ki, Gülnarı xəstəxanada həkimlər müayinə etdiklərini demişlər və bildirmişlər ki, Gülnar Maştağa ruhi-əsəb dispanserində yatmalıdır. Bundan bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxs onun oğlu Yusiflə birlikdə gəlini Gülnarı Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə aparmışlar. Gülnarı həmin dispanserə yerləşdirdikdən sonra qayıdıb gəlmişlər və Təqsirləndirilən şəxs yenidən 1000 manat pul istəmişdir ki, bəs həmin pulu Maştağa ruhi-əsəb dispanserində olan həkimlərə verəcək. 2019-cu ilin oktyabr ayının əvvəllərində o, yaşadığı evdə oğlu Yusifin yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermiş və Orxan çıxıb getmişdir. Bir neçə gün sonra onun X15 Əsədova zəng edərək bildirmişdir ki, anası uşaqları saxlaya bilmir, gedib Gülnarı ruhi-əsəb dispanserindən gətirmək istəyir. Sonra oğlu Yusiflə Təqsirləndirilən şəxs telefonda mübahisə etməyə başlamışlar. Səhəri gün oğlu Təqsirləndirilən şəxsla birlikdə gedib Gülnarı ruhi-əsəb dispanserindən gətirmişlər. O, Təqsirləndirilən şəxs Gülnarın pensiyasının nə vaxt düzələcəyini soruşanda, Orxan narahat olmamasını, yaxın zamanda həll edəcəyini demişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs onun istifadə etdiyi mobil nömrəyə zəng vuraraq bildirmişdir ki, artıq işlər yekunlaşıb, sadəcə sonuncu dəfə 1200 manat pul lazımdır. O da Orxana artıq pulunun qalmadığını, bir neçə günə heyvanları satıb pul verəcəyini demişdir. Bu zaman Orxan həmin pulu özü verəcəyini, 3-4 gün ərzində pulu çatdırmalı olduqlarını demişdir. Bundan bir neçə gün sonra o, özünə məxsus heyvanları sataraq oğlu Yusifə 1200 manat pul vermişdir ki, aparıb Orxana versin. Oğlu Yusif də 2019-cu ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxsla Ağsu şəhərində görüşüb pulu vermişdir. X15 Əsədova pulu verdikdən sonra oğluna demişdir ki, arxayın olsun, artıq pensiya və sosial müavinət kartları hazırdır, yaxın zamanda guya onları sevindirəcəkdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs Bico kəndinə gəlmiş və oradan onun yaşadığı evinə gələrək ondan 200 manat şirinlik istəmişdir ki, pensiya və sosial müavinət kartları gəlmiş, o, zəng edəndə gəlib kartları apararlar. O da Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində yaşadığı evin qarşısında küçədə 200 manat pul vermişdir. Bundan bir neçə gün sonra 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs adını Şahin deyə təqdim etdiyi bir nəfər şəxslə onun yaşadığı ünvana gəlmiş və bildirmişdir ki, onların evləri zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdür, evi sökdürüb yenidən tikdirəcəkdir. Sonra evin şəkillərini çəkmişlər və Təqsirləndirilən şəxs ona demişdir ki, 30 manat pul versin, gedib yeyib-içsinlər. O, da Təqsirləndirilən şəxs 30 manat pul vermişdir. O, Orxanın Şahin kimi təqdim etdiyi şəxsi tanımamış, pulu Şahinə verməmişdir. Sonra onlar çıxıb getmişlər. Bundan sonra o, dəfələrlə Orxana zəng edib işlərin nə yerdə olduğunu soruşanda, Orxan hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O da məcbur qalıb Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Bununla da, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 7930 manat pul almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid9 qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. O, Gülbaladan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,025 ha torpaq sahəsi almış, eyni zamanda Gülbalaya aldığı torpaq sahəsinin sənədləşdirilməsi və sosial yardım düzəltmək üçündə pul vermişdir. 2020-ci ilin aprel ayında onlar Gülbalanın evindən çıxan zaman sonuncunun qohumu Orxan ona Gülbalanın sosial yardım düzəldə bilmədiyini, özü 900 manata sosial yardım düzəldə biləcəyini demişdir. O, Orxandan ona sosial yardımı necə düzəldəcəyini soruşduqda, sonuncu ona adını poliklinikaya xadiməçi kimi yazdıraraq sosial yardım düzəltdirəcəyini bildirmiş, o da razılaşmışdır. Orxan isə, ilk olaraq poliklinikaya onun adını xadiməçi kimi yazdırmağa görə ondan 50 manat pul istəmiş, o, Orxana inanıb Gülbalanın yaşadığı evin yerləşdiyi küçədə 50 manat pulu vermişdir. Təxminən 1 həftə keçdikdən sonra Orxan onunla əlaqə saxlayıb adına su və işıq sayğacı yazdırmaq lazım olduğunu və buna görə də 200 manat pul verməli olduğunu demiş, o da razılaşmışdır. Orxan onun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivinə gəlmiş, o, yaşadığı evin yaxınlığında yerləşən “Ağ” marketin qarşısında Orxanla görüşüb 200 manat pulu vermiş, Orxan pulu alıb getmişdir. Həmin vaxtdan təxminən 10 gün keçdikdən sonra Orxan təkrar onunla əlaqə saxlayıb sosial yardım düzəldən şəxsə vermək üçün əlavə 300 manat pul verməli olduğunu demiş, o, yenə Orxanla razılaşmış və Orxanla Gülbalanın ona satdığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsində görüşüb 300 manat pulu vermişdir. Orxan ondan pulu aldıqdan bir neçə gün sonra təkrar onunla əlaqə saxlamış və qalan 200 manat pul verməyini bildirmişdir. O da Orxanla razılaşmış və Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli arkası adlanan yerdə Orxanla görüşüb 200 manat pulu vermiş və bununla da o, Orxana ona sosial yardım düzəltməsi üçün ümumilikdə 750 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək onun pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid9 ilə 2017-ci ilin dekabr ayında Bakı şəhərində yerləşən Respublika xəstəxanasında müalicə alan zaman tanış olmuşdur. Bacısı Zərərçəkmiş şəxs1 Gülbaldan torpaq sahəsi almış, eləcə də, sonuncuya torpaq sahəsinin sənədləşdirilməsi və sosial müavinət düzəldilməsi üçün pul vermişdir. 2020-ci ilin may ayının əvvəllərində bacısı Nuranə ona zəng edərək tanışı Gülbalanın bacanağı Orxan adlı şəxsin şirkətdə iş olduğunu, Orxanın onu həmin şirkətə işə düzəldə biləcəyini demişdir. Nuranə ilə danışdıqdan sonra həmin gün axşam saatlarında Orxan ona zəng edərək bildirmişdir ki, nömrəsini bacısı Nurandan götürmüşdür. Orxan ona şirkətdə sürücü işi olduğunu bildirmiş, o, həmin işə necə düzələ biləcəyini soruşanda, sonuncu şirkətə düzəlmək üçün lazımi sənədlər toplamaq lazım olduğunu demişdir. Səhəri gün Orxan ona yenə telefonla zəng edərək şirkətdə bəzi sənədləri qaydasına qoymaq üçün 200 manat pul lazımdır. O, da razılaşıb Orxanın dediyi 200 manat pulu yol maşını ilə Bakı şəhərinə göndərmişdir. Orxan pulu götürdükdən sonra ona bildirmişdir ki, narahat olmasın, işini həll edəcək. Aradan bir həftə keçdikdən sonra, 12 may 2020-ci il tarixdə Orxan ona zəng edərək dediyi işə düzəlməyi üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmişdir. O da yaşadığı Masallı rayonu, Mahmudavar kəndində poçta gedib Təqsirləndirilən şəxs adına 300 manat pul göndərmişdir. Aradan bir həftə keçdikdən sonra Orxan ona zəng edərək yenə 300 manat pul lazım olduğunu demişdir. O da özü gəlib pulu verə biləcəyini demişdir. 21 may 2020-ci il tarixdə o, səhər saatlarında Bakı şəhərinə gəlmiş, həmin gün, 21 may 2020-ci il tarixdə saat 17 radələrində Orxanla Bakı şəhərində 20 yanvar metro stansiyasının yaxınlığında görüşmüşlər. Orxan ona sürücülük hüququ olmadığı üçün vəsiqə almaq məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinə getməli olduqlarını demişdir. O da Orxanla Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polis İdarəsinə getmişdir. Orxan orada onun şəxsiyyət vəsiqəsini alıb içəri idarəyə daxil olmuş, o, isə çöldə qalmışdır. Bir neçə dəqiqədən sonra Orxan çıxıb ona demişdir ki, sürücülük vəsiqəsi hazırlanmış, səhər gəlib götürəcəklər. O da razılaşmış, Baş Dövlət Yol Polis İdarəsindən çıxıb piyada Xırdalan dairəsi istiqamətində gəlmişlər. Xırdalan dairəsinə çatan zaman Sumqayıt istiqamətində yolun sağ tərəfində yerləşən köşkün yanında Təqsirləndirilən şəxs 300 manat pul vermiş və sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni 22 may 2020-ci il tarixdə o, Orxanla Bakı şəhərində 20 yanvar metro stansiyasının yaxınlığında görüşmüşdür. Orxan ona demişdir ki, onun sürücülük vəsiqəsini Lənkəran şəhərinə göndərmişlər, o da gedib oradan sürücülük vəsiqəsini götürməlidir. 23 may 2020-ci il tarixdə o, Lənkəran şəhərində olan yol polis idarəsinə getmiş, orada ona məxsus sürücülük vəsiqəsinin gəlib-gəlməməsini soruşduqda, ona aid heç bir sənədin gəlmədiyini demişlər. Orxana zəng edib sənədinin gəlmədiyini soruşduqda, Orxan ona narahat olmamağı, sənədinin gələcəyini demişdir. Aradan iki-üç gün keçdikdən sonra o, Orxanın mobil telefonuna zəng etsə də, zəng çatmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirmişdir. Bununla da o, Təqsirləndirilən şəxs ümumilikdə 800 manat pul vermişdir. Qeyd etdiyi pulun müqabilində Orxan onu şirkətə sürücü düzəldəcəyini və sürücülük vəsiqəsi alacağını vəd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən o, sonuncudan şikayətçidir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qayınatasıdır. Qayınatası Əfqanın yaşadığı ev 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş və sonuncu evinin yenidən düzəltdirməsi üçün bir çox orqanlara müraciət etmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində o, Bakı şəhərində olan zaman Əfqan onun mobil telefonuma zəng edərək Orxan adlı şəxslə görüşməyini və Orxana 700 manat pul verməyini demişdir. Həmin günün axşamı saat təxmini 20 radələrində o, Orxanla Bakı şəhərində “Zığın dairəsi” deyilən yerdə görüşüb sonuncuya 700 manat pul vermişdir. Orxana pulu verdikdən sonra qayınatası Əfqana məxsus evin nə vaxt söküləcəyini soruşmuş, Orxan da evin yaxın zamanda sökülüb yenidən tikiləcəyini demişdir. Pulu verdikdən sonra Orxanla sağollaşıb ayrılmışlar. O, 2019-cu ilin sentyabr ayının əvvəlində Ağsu rayonu Gəgəli kəndinə qayınatası Əfqanın yaşadığı evə qonaq gəlmiş və həmin zaman Orxan qayınatası Əfqana zəng edərək onunla görüşmək istədiyini demişdir. Bundan sonra o, Əfqanla birlikdə Orxanın Ağsu şəhərində yerləşən işlətdiyi kafeyə getmişlər, Kafedə o, Orxan və Əfqan birlikdə söhbət etməyə başlamış, həmin zaman Orxan yenə yalandan vədlər verərək işlərin yaxın zamanda həll olunacağını və qayınatasına məxsus evinə söküləcəyini bildirmişdir. Lakin bu işlərin görülməsi üçün Orxan Əfqandan əlavə 300 manat pul istəmiş və sonuncu onun yanında Orxana 250 manat pul vermişdir. Lakin Orxan verdiyi vədlərə əməl etməyərək qayınatasının evinin yeindən tikintisi üçün heç bir iş görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 Tahir qızı ifadəsində göstərmişdir ki, o, atası Zərərçəkmiş şəxs5 və bacısı X1 ilə birlikdə yaşayır. 2019-cu ilin iyun ayının əvvəllərində azyaşlı qardaşı oğlunu Ağsu rayon Musiqi Məktəbinə gətirən zaman orada həmin məktəbin musiqi müəllimi Səbuhi adlı şəxslə söhbət edərkən söhbət əsnasında o, Ağsu rayon Bico kəndinin dağlıq ərazisində bir hektar mübahisəli torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin sənədləşmə işini həyata keçirmək istəyini bildirmişdir. Səbuhidə ona bir nəfər şəxs tanıdığını və həmin şəxsin bu cür işləri həyata keçirə biləcəyini demişdir. Bundan sonra Səbuhi onun yanında həmin şəxsə zəng edib məsələni telefonda ona izah etmişdir. Sonra onlar həmin şəxslə Ağsu şəhəri H.Əliyev adına parkın yaxınlığında görüşüb söhbət etməyə başladılar. Həmin şəxslə görüşəndə o, adının Orxan olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin mübahisəli torpaq məsələsini izah etmiş, sonuncuda ona köməklik edə biləcəyini və həmin məsələni həll edə biləcəyini bildirmişdir. Sonra o, Səbuhi və Təqsirləndirilən şəxsla birlikdə Ağsu rayon Bico kəndinə yaşadığı evə getmiş və atası Mikayıla, Təqsirləndirilən şəxs mübahisəli torpaq məsələsini həll etməyə onlara köməklik göstərəcəyini demişdir. Sonra atası Mikayıl Təqsirləndirilən şəxs özü ilə söhbət etməyə başlamış və sonuncu bu məsələni həll edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığıqları həyətdə olan zaman onun 2-ci qrup əlil X6nı görərək ona nə olduğunu soruşmuş, atası da bacısının 2-ci qrup əlil olmasını demişdir. Təqsirləndirilən şəxs bacısının qrup əlilliyini birinci qrupa dəyişərək pensiyası artıra biləcəyini və ona qulluq edən şəxsin də pensiya ala biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin zaman onların zəlzələdə qəzalı vəziyyətə düşmüş evlərini görüb atasına yeni ev tikintinsə kömək edə biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs onların torpaqla bağlı problemli məsələni həll etmək üçün Bakı şəhərinə gedəcəyini, ona görə də 270 manat pul lazım olduğunu bildirmiş və atası həmin məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs onlara gələrək işləri həll etdiyini bildirib əlavə 700 manat da pul lazım olduğunu demişdir. Atası da Təqsirləndirilən şəxs onun yanında yaşadıqları evin həyətində 700 manat pul vermiş və sonuncu çıxıb getmişdir. Bundan 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən yaşadıqları ünvana gələrək torpaqla bağlı məsələni artıq həll etdiyini, indi isə zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evi yenidən tikdirdəcəkdir. Atası da Orxanla razılaşıb zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evi yenidən tikdirmək vədi ilə sonuncuya onun yanında müxtəlif vaxtlarda 1000 manat, sonra 500 manat, daha sonra 1000 manat ümumilikdə 2500 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs atasına X6nın pensiyasını düzəltmək üçün onu Bakı şəhərinə fonda aparmaq lazım olduğunu deyərək 2019-cu ilin iyul ayının sonlarında bacısını Bakı şəhərinə aparmışdır. Həmin vaxtda atası Təqsirləndirilən şəxs Bakı şəhərində 200 manat, sonra yenə 200 manat sonra 40 manat və 60 manat, ümumilikdə 500 manat pul vermişdir. Sonra onlar bacısını Maştağada yerləşən ruhi-əsəb dispanserinə aparıb yerləşdirmişdir. X6 həmin xəstəxanada 15 gün qaldıqdan sonra evə gətirilmiş lakin bacısının pensiya məsələsi düzəlməmişdir. Bundan başqa bu işlər görülərək atası Təqsirləndirilən şəxs onun qardaşı Zərərçəkmiş şəxs8 Şamaxı şəhərində zəlzələ zamanı ziyan görmüş evinin olmasını deyərək ona da köməklik etməsini xahiş etmişdir. Həmin evin yenidən tikintisi üçün Orxan qardaşı Salamla görüşüb və ondan evin tikintisi üçün 1450 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında digər qardaşı Natiqlə görüşərək onu “SOCAR”da işə düzəltmək adı ilə aldadaraq ondan da Sumqayıt şəhərində 1500 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs onun digər qardaşı Nadir Mikayılovun Sumqayıt şəhərində olan torpaq sahəsini sənədləşdirmək üçün 2019-cu ilin avqust ayının əvvəllərində atası Mikayıldan Ağsu rayon Bico kəndində yaşadıqları evin həyətində onun yanında 500 manat sonra isə Nadirin xidməti iş yerini dəyişdirmək üçün isə yaşadıqları evdə 700 manat pul almışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməmişdir. Dəfələrlə ondan işin gedişatı barədə maraqlandıqda o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Atası da məcbur qalıb axırda bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstrəmişdir ki, 2019-cu ilin avqust ayında anası Zərərçəkmiş şəxs6 ona həyat yoldaşı Gülnar üçün pensiya və azyaşlı övladları üçün sosial müavinət Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdirəcəyini demişdir. Sonra o, Təqsirləndirilən şəxs qonşusu Mikayılın yaşadığı evdə görmüşdür. 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək anası ilə söhbət etməyə başlamış və söhbət əsnasında Orxan anasına Gülnarın pensiyasını düzəltmək üçün onun xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Orxan bunun üçün 1300 manat pul istəmiş, anası da Təqsirləndirilən şəxs onun yanında yaşadıqları evdə 1300 manat pul vermişdir. Bundan 3-4 gün sonra Təqsirləndirilən şəxsla birlikdə həyat yoldaşı Gülnarı Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsində yerləşən Nevroloji dispanserə aparmışlar. Xəstəxanada müayinədən sonra Gülnarın Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə yerləşdirməyi məsləhət görmüşlər. Sonra onlar Ağsu rayonuna qayıtmışlar. Bundan 3-4 gün sonra yenidən həyat yoldaşı Gülnarı Təqsirləndirilən şəxsla birlikdə Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinə aparıb həmin dispanserə yerləşdirdikdən sonra çıxıb getmişlər Daha sonra anası Orxandan işin nə yerdə olduğunu soruşduqda sonuncu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserinin həkimlərinə 1000 manat pul vermək lazım olduğunu demişdir. Anası da 2019-cu ilin oktyabr ayının əvvəllərində yaşadıqları evdə onun yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs zəng edərək anası uşaqlarını saxlaya bilmədiyini deyib Gülnarı ruhi-əsəb dispanserindən gətirməyi istəmişdir. Səhəri gün o, Təqsirləndirilən şəxsla birlikdə gedib Gülnarı ruhi-əsəb dispanserindən rayona gətirmişlər. Bundan sonra 2019-cu ilin oktyabr ayının əvvəlində Təqsirləndirilən şəxs anasına zəng edərək artıq işlərin yekunlaşdığını, sadəcə sonuncu dəfə 1200 manat pul lazım olduğunu demişdir. Bundan 5-6 gün sonra anası öz təsərrüfatlarında olan heyvanları sataraq 1200 manat pul ona vermiş, o da Təqsirləndirilən şəxsla Ağsu şəhəri “Likoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə görüşüb pulu sonuncuya vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs Bico kəndinə gələrək onlardan əlavə olaraq özü üçün 200 manat şirinlik istəmiş, anası da, həmin məbləğdə pulu Orxana vermişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs adını Şahin deyə təqdim etdiyi bir nəfər şəxslə yaşadıqları ünvana gələrək qəzalı vəziyyətə düşmüş evlərinin şəkillərini çəkmiş və yeyib0içmək adı ilə 30 manat pul alaraq çıxıb getmişdir. Bundan sonra anası dəfələrlə Orxana zəng edib işlərin nə yerdə olduğunu soruşsa da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək anasını aldatmışdır. Anası da məcbur qalıb Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada fərdi evlərin tikintisi ilə məşğul olmuş və bununla bağlı əslində 10-15 nəfərlik işçi qüvvəsi də olmuşdur. Sifariş əsasında o, evlərin söküntüsünü və təmir-tikinti işlərini görmüşdür. 2019-cu ildə Ağsu rayonunda baş vermiş zəlzələ zamanı zərər görmüş evlərin bir neçəsini o, öz işçiləri ilə birlikdə adlarını bilmədiyi şirkətlərin sifarişləri əsasında tikib təhvil vermişdir. Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək özünü FHN-nin işçisi kimi təqdim etmiş və bir nəfər şəxsin evinin FHN-yi tərəfindən sökülüb yenidən tikiləcəyini, həmin işə özü nəzarət edəcəyini deyib söküntü və təmir işlərini onun aparmasını istədiyini demişdir. O, isə gərək evə gedib baxmalı olduğunu demişdir. Bundan 2-3 gün sonra o, Təqsirləndirilən şəxsla görüşüb Ağsu rayonu Bico kəndində tanımadığı bir evə gedib baxmışlar, Orxan həmin evin sökülüb yenidən tikiləcəyini demişdir. O, evə baxmış, ev sahibi ilə Orxan ondan kənarda söhbət etmişlər. Onlar söhbət etdikdən sonra o, Orxanla çıxıb getmişdir. Orxan ondan ayrılanda bir neçə günə ona xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra, 2019-cu ilin dekabr ayının əvvəllərində Orxan ona zəng etmiş və başqa bir evə də baxmalı olduqlarını demişdir. Səhəri gün o, Təqsirləndirilən şəxsla Ağsu rayonu, “Şlanba” deyilən yerdə görüşüb Ağsu şəhəri, Vidadi küçəsindəki tanımadığı bir şəxsin evinə baxmışlar. Orxan həmin şəxsi ona əvvəlcədən arvadının dayısı oğlu kimi təqdim etmişdir. Evə daxil olduqda, Orxan şəkillər çəkmiş, ona həmin evin söküləcəyini demişdir. Orxan şəkilləri çəkəndən sonra ev sahibinə pulu gətirməsini demişdir. Ev sahibi 1000 manat pul gətirib Orxana vermiş və Orxanla o, çölə çıxmışlar. Bundan sonra Orxan ona zəng edəcəyini demiş və çıxıb getmişdir. Bundan 3-4 gün sonra o, Orxana zəng edib baxdıqları evlərin söküntüsünə nə zaman başlayacaqlarını soruşmuşdur. Orxan isə hər dəfə bir bəhanə gətirib onu gözlətmişdir. Orxanın onu aldatdığını başa düşmüş və həmin vaxtdan sonra bir daha Orxanı görməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid9, Şahid5, Şahid3, Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.08.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 02.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq etməsi barədə daxil olmuş 02.09.2020-ci il tarixli HK-1\5956 nömrəli material, onun barəsində icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqı davam etdirilmişdir. 02.09.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaq verdiyi ifadəsini təsdiq etməklə Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani şəkildə göstərmişdir. 06.10.2020-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. 25.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu RPŞ-nin İQ-da toplanmış HK/140, 160, 161, 192, 239 nömrəli materiallar üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 08.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunması barədə qərara qəbul olunmuşdur. 21.06.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağsu Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli, 4(016)-29/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 iyun 2020-ci il tarixdən hesablanmışdır. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsdən alınmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Hüseynova Ağasahib qızından dələduzluq yolu ilə aldığı 700 manat məbləğində pul istintaq zamanı sonuncuya geri qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli, 4(016)-11/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21.10.2020-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 4(012)-511/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26.11.2020-ci il tarixədək uzadılmışdır. 28.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 28.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 29.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 25.11.2020-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 4(001)-942/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma 1 ay 15 gün müddətə uzadılmışdır. 27.11.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İİİ 448922 və AZ-İİİ 947959 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.02.2015-ci il təvəllüdlü X13 oğlu və 23.07.2017-ci il təvəllüdlü X11 oğlu adlı iki azyaşlı uşağı vardır. 01.01.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Hüseynova Ağasahib qızı ibtidai istintaq zamanı ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini və sonuncudan şikayətçi olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 4(001)-18/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma 2 ay müddətə uzadılmışdır. 12.02.2021-ci il tarixli protokoldan görünür ki, Şahid9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid9 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 12.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. İş üzrə zərərçəkmiş şəxs Hüseynova Ağasahib qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxs Hüseynova Ağasahib qızı təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 sosial yardım düzəltmək adı ilə hər hansı bir məbləğdə pul almaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin hər biri ilə barışıq əldə etməməsini, onlara vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağsu Rayon Məhkəməsinin 22.06.2020ci il tarixli, 4(016)-29/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 iyun 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Ağsu Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli, 4(016)-11/2020 nömrəli qərarı ilə 21.10.2020-ci il tarixədək, Abşeron Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 4(012)-511/2020 nömrəli qərarı ilə 26.11.2020-ci il tarixədək uzadılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 4(001)-942/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma 1 ay 15 gün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 4(001)-18/2021 nömrəli qərarı ilə 2 ay müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3, Sayılova Hicran Feyruz qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs7 tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3, Sayılova Hicran Feyruz qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs7 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 iyun 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3, Sayılova Hicran Feyruz qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs7 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-171/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-171/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver