Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-171/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində texniki cəhətdən saz vəziyyətdə olan **-PB-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobili etibarnamə əsasında idarə edərkən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən yolunda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolu sağdan sola keçən piyada X8 avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq sonuncunun - ənsə sümüyünün sağ yarısının xətti sınığı, sağ və sol alın-təpə paylarının subdural lövhəvari hematoması, beyin toxumasının hemorragik əzilməsi və İV mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sağ alın-təpə nahiyəsinin əzilmiş yaraları və sıyrığı, çənə nahiyəsinin sıyrığı sağ çiyinüstü nahiyənin qançırı, sağ küürəküstü nahiyənin və sağ bazu oynağının arxa səthinin sıyrıqları və həyatı əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri olan, dərəcəsinə görə ümumilikdə həyat uçun təhlükəli ağır dərəcəli xəsarətlərin alması və sonuncunun xx.xx.2022-ci ildə 1 saylı şəhər Klinik Xəstəxanasında ehtiyatsızlıqdan ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb gündəlik taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 sentyabr 2022-ci ildə saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinə müştəri düşürüb Binəqədi qəsəbəsinə doğru qayıtmışdır. İki istiqamətli bir hərəkət zolaqlı avtomobil yolu ilə saatda təxminən 60 km surətlə hərəkət etmiş, avtomobildə özündən başqa kimsə olmamış, həm də hər hansı yük yükləməmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən yolu ilə Binəqədi istiqamətində 60 km/saat sürətində hərəkətdə olarkən hərəkətdə olduğu yolun sağ tərəfi ilə bir nəfər kişi cinsli piyadanın hərəkət etdiyini görmüş, onu ilk dəfə görəndə onunla aralarında 4-5 metr məsafə olmuş, onu ötüb keçməyə 2 metr qalmış həmin piyada yolu sağdan sola keçmək istəyəndə aralarında az məsafə olduğu üçün avtomobili saxlaya bilməyib avtomobilin qabaq sağ qanadı ilə həmin piyadanı vurmuş, piyadanı vurduqdan sonra qarşıdan dönüb həmin vurduğu piyadaya yaxınlaşaraq avtomobildən düşmüş, kömək edilməsi üçün ətrafı səsləmiş, daha sonra oraya toplaşan şəxslərlə köməkləşib vurduğu piyadanı idarə etdiyi həmin avtomobilə qoyaraq xəstəxanaya aparmış, xəstəxanada həmin şəxsi həkimlərə təhvil verib özü barədə məlumat vermiş, daha sonra xəstəxanadan polisə məlumat verdikdə Binəqədi RPİ-yə dəvət edilmiş, polis idarəsinə gələrək izahat vermiş, daha sonra sərxoşluq müayinəsindən keçmiş, daha sonra məlum olmuşdur ki, vuruduğu şəxs X9r. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış etmiş X6 göstərmisdir ki, mərhum X10 onun oğlu olmuşdur. xx.xx.2022-ci ildə saat 23 radələrində Zaur evdə olarkən dükandan siqaret almaq adı ilə evdən çıxmış, lakin geri qayıtmadığını gördükdə evdən çıxaraq Nicat marketə tərəf getmiş, həmin vaxı marketin yanında olan tanımadığı şəxslərdən Zauru avtomobil vurmasını eşitmiş və 1 saylı şəhər kliniki xəstəxanasına aparılmasını bilmişdir. Dərhal həmin xəstəxanaya getmiş, orada Zaurun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yolu keçmək istəyərkən Təqsirləndirilən şəxs Allahverən oğlunun idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobili tərəfindən vurulması məlum olmuşdur. Həkimlər Zaura xx.xx.2022-ci il tarixə kimi tibbi yardım və həmçinin müalicə etməsinə baxmayaraq həmin tarixdə dünyasını dəyişmişdir. Həmin vaxtlarda hadisəni törədən Təqsirləndirilən şəxs ailəsi tərəfindən onlara yardımlar edilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışıq əldə etmişdir. Buna dair imzası notarial qaydada təsdiq edilmiş ərizə tərtib edərək istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə olarkən asfalt yolda səs eşitmiş, bu zaman həmin səs tərəfə qaçmış, həmin yerə yaxınlaşanda “Toyota-Prius”markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir nəfər piyadanı yolda vurmasını görmüşdür. Həmin piyada yerə yıxılmış vəziyyətdə olmuş, həmin vaxtı 103 xidmətinə zəng etmiş, təcili yardım maşını gec gəldiyindən hadisəni törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs və oraya toplaşan tanımadığı şəxslərlə köməkləşib həmin vurulan piyadanı hadisəni törətmiş şəxsin idarə etdiyi “Toyota-Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş, həmin Kamil adlı şəxs onu xəstəxanaya aparmışdır. Həmin vaxtı istifadəsində olan X4 adına olan ***-***-**-** saylı mobil nömrədən Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük hüququ olmuşdur. Vəsiqə xx.xx.2022-ci ildə verilməklə xx.xx.2032-ci ilədək etibarlıdır (cild 1, i.v.13). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 2/21734 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.16). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 180 saylı rəyindən görünür ki, X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər ənsə sümüyünün sağ yarısının xətti sınığı, sağ və sol alın-təpə paylarının subdural lövhəvari hematoması, beyin toxumasının hemorragik əzilməsi və İV mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sağ alın-təpə nahiyəsinin əzilmiş yaraları və sıyrığı, çənə nahiyəsinin sıyrığı, sağ çiyinüstü nahiyənin qançırı, sağ kürəküstü nahiyənin və sağ bazu oynağının arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 sentyabr 2022-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb ənsə sümüyünün sağ yarısının xətti sınığı, sağ və sol alın-təpə paylarının subdural lövhəvari hematomasi, beyin toxumasının hemorragik əzilməsi və İV mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Z.Q.Abasov 19 sentyabr 2022-ci il tarixdə saat 10:30-da “X13” publik hüquqi şəxsin Reanimasiya və intensiv Terapiya Şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. X2 adına tərtib olunmuş tibbi sənəddə onun xəstəxanaya daxıl olarkən ağzından spirtli içkilər iyinin gəlməsi barədə hər hansi bir məlumat qeyd olunmamışdır (cild 1, i.v. 45-50). Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2719 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Allahverən oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.51-53). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.64). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, i.v 70). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.82-83). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v 97-100). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti, tələbi və ona qarşı iddiası yoxdur, onunla barışmışdır (cild 1, i.v. 103). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamların əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsaslanmaqla hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış “Toyota Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Maddi subut – “Toyota Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-171/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-171/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver