Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-171/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.20 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1976-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmamış övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncunun oğlu Şahid1 35 000 manat müqabilində Prezident Aparatında məsləhətçi vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Prezident Administrasiyasının yaxınldığındakı parkda 12 500 manat, xx.xx.2023cü il tarixdə saat 10.00 radələrində həmin ünvanda, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Prezident Administrasiyasının yaxınlığındakı parkda 12 500 manat məbləğində və sonuncu dəfə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12:29-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Yurd» marketin daxilində olan «Milliön» bankomat vasitəsi ilə oğlu Şahid2 adına olan «Leobank»-a məxsus **********517158 saylı bank kartına göndərdiyi 1250 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs 26 250 (iyirmi altı min iki yüz əlli) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1994-cü ildən 2015-ci ilədək Xüsusi Dövlət Mühafizə Xidmətində baş çavuş vəzifəsində çalışıb təqaüdə çıxmışdır.Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, belə ki, sonuncunun oğlu Abuzər, oğlu Nihadla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 115 saylı tam orta məktəbdə bir sinifdə oxumuşlar.Zərərçəkmiş şəxs onun əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini bilirmiş və bu səbəbdən də 2022-ci ilin oktyabr ayında ona ali təhsilli oğlu Şahid1 Prezident Aparatına məsləhətçi kimi işə düzəltmək istədyini bildirib, bu işdə ondan köməklik istəmişdir.Həmin ərəfələrdə ona pul lazım olduğundan, Nuranəyə yalandan özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib, bu işin öhdəsindən gələ biləcəyini və işin həlli üçün 50 000 manat məbləğində vəsaitin lazım olacağını bildirmişdir.Zərərçəkmiş şəxs isə həmin məbləğdə pul vəsaitini düzəldə bilməyəcəyini dedikdə o, 35 000 manata bu işi çalışıb həll edəcyini demiş və Nuranə də onunla razılaşmışdır.Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Prezident Administrasiyasının yaxınldığındakı parkda Nuranə ilə görüşüb, ondan 12 500 manat məbləğində pul vəsaitni alıb, tam pul veriləndən sonra bir neçə aya oğlunu Prezident Aparatına məsləhətçi kimi işə düzəldəcəyini yalandan bildirmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 10.00 radələrində yenidən Nuranə ilə Prezident Administrasiyasının yaxınldığındakı parkda görüşüb sonuncudan 12 500 manat məbləğində pul almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 10.00 radələrində Nuranənin yaşadığı ünvan 4 ünvanına gedib işin həlli üçün təcili 1500 manat məbləğində lazım olduğunu bildirmişdir. Nuranə isə ona cəmi 1 250 manat məbəlğində pulunun olduğunu, həmin pulu da haradansa götürüb kartına vura biləcəyini demişdir. O, Nuranəyə həmin məbləğdə pulu oğlu Nihadın adına olan bank kartına vurmasını demiş, Nuranə də həmin gün təxminən saat 12:30 radələrində 1 250 manat məbləğində pulu bankomat vasitəsi ilə oğlu Şahid2 adına olan bank kartına köçürmış və Nihada da həmin 1250 manat məbləğində pulu kartdan çıxarıb ona vermişdir. Sonradan o, Nuranədən yerdə qalan 8750 manat məbləğində pulu istədikdə,Nuranə ondan şübhələnərək, verdiyi pulları geri tələb etməyə başlamışdır.O, isə Nuranəyə hər dəfə yalandan vədlər verib sakitləşdirməyə çalışırmış.Nuranədən aldığı 26 250 manat məbləğində puldan sonradan sonuncuya 1200 manat məbləğində pul qaytarmışdır.Qalan pulları isə öz şəxsi ehtiyaclarına xərcləmiş, törətdiyi əməldən peşmandır, Nuranədən aldığı pulları isə yaxın gələcəkdə qaytaracaqdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, hazırda zərərçəkmiş şəxsə ümumilikdə vurduğu zərərdən 16 250 manat ödədiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, sonuncunun oğlu Nihad, oğlu Abuzərlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 115 saylı tam orta məktəbdə bir sinifdə oxumuşlar. O, Nemanın əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini bilirmiş və bu səbəbdən də 2022-ci ilin oktyabr ayında Nemana ali təhsilli oğlu Şahid1 Prezident Aparatına məsləhətçi kimi işə düzəltmək istədyini bildirib, bu işdə ondan köməklik istəmişdir. Neman ona özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib, bu işin öhdəsindən gələ biləcəyini və işin həlli üçün 50 000 manat məbləğində vəsaitin lazım olacağını bildirmişdir. O, isə həmin məbləğdə pul vəsaitini düzəldə bilməyəcəyini dedikdə, Neman 35 000 manata bu işi çalışıb həll edəcəyini demiş və o, sonuncu ilə razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Prezident Administrasiyasının yaxınlıdığındakı parkda Neman ilə görüşüb, sonuncuya 12 500 manat məbləğində pulu vermiş, Neman ona tam pul veriləndən sonra bir neçə aya oğlunu Prezident Aparatına məsləhətçi kimi işə düzəldəcəyini bildirmişdir.Daha sonra xx.xx.2023-cü il tarixdə saat 10.00 radələrində yenidən X1 yaxınlığındakı parkda görüşüb sonuncuya 12 500 manat məbləğində pulu verdikdən sonra Neman parkdan aralanmış, harasa gedib təxminən 30 dəqiqədən sonra qayıdıb «xeyirli olsun, sənədiniz getdi» sözlərini deyib onu inandırmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 10.00 radələrində Neman yaşadığı ünvana gəlib işin həlli üçün təcili 1 500 manat məbləğində lazım olduğunu bildirmişdir. O, isə sonuncuya cəmi 1 250 manat məbləğində pul tapa biləcəyini, həmin pulu da onun kartına vura biləcəyimi demişdir.Neman ona pulu oğlu Nihadın adına olan bank kartına vurmasını deyib, kartın nömrəsini ona vermişdir. Həmin gün təxminən saat 12:30 radələrində 1250 manat məbləğində pulu bankomat vasitəsi ilə Nemanın oğlu Nihadın adına olan bank kartına köçürmüşdür. Pul köçəndən sonra Nemanla telefon əlaqəsi saxlamış və sonuncu ona pulun köçdüyünü və həmin 1250 manat məbləğində pulu Nihadın kartından çıxartdığını bildirmişdir.Bir müddət keçdikdən sonra Nemandan işin hansı mərhələdə olduğunu, nəyə görə oğlu Abuzərə heç bir yerdən zəng gəlmədiyni və heç yerə çağırılmadığını soruşmuş. Neman isə ona hər dəfə bəhanələr gətirməyə başladıqda o, Nemandan şübhələnib sonuncudan pulunu geri tələb etməyə başlamışdır.Beləliklə, Neman ondan ümumilikdə 26 250 manat məbləğində pul almış və həmin puldan cəmi 8 200 manat məbləğində pul qaytarmışdır.Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona 9 250 manat, 1000 manat, 1000 manat və məhkəmə baxışı zamanı isə hissə-hissə əlavə olaraq 5000 manat olmaqla ümumilikdə 16 250 manat ödənilmişdir.Yerdə qalan pulun ona qaytarılması ilə bağlı aralarında razılıq əldə olunmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Əbdül qızı Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyandan 16 250 manatın qaytarıldığını nəzərə alaraq təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, Şahid1 isə uzun müddətdir tanıyır, belə ki, sonuncu onunla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 115 saylı tam orta məktəbdə bir sinifdə oxumuşdur. Atası əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış və təqaüdə çıxmışdır.Abüzərdə atasının əvvəllər harada işlədiyini bilirmiş və təxminən iki il bundan öncə Abuzər onun mobil telefonuna zəng edərək, atasının ona əsgərlik məsələsində köməklik edib və ya edə bilməyəcəyini soruşmuşdur. O, Abuzərə bu barədə heç bir söz deyə bilməyəcəyini, atasının işlərinə qarışmadığını sadəcə olaraq, atasının mobil nömrəsini verə biləcəyini bildirmişdir. O, atasının mobil nömrəsini Abuzərə vermiş və bu məsələ ilə bağlı ilk öncə heç bir məlumatı olmamışdır. Təxminən bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, atası Abuzərin anası Zərərçəkmiş şəxs aldadaraq, sonuncudan pul almışdır.Bundan əlavə onun öz adına «Leobank» plastik bank kartı olmuş və həmin kartı işlətmək üçün atasına vermişdir. Sonradan ona məlum olmuş ki, xx.xx.2023-cü il tarixdə sözügedən bank kartına Zərərçəkmiş şəxs tərəfindən 1 250 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunan və məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli yazılı ərizəsində Şahid1 ifadəsində anası Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək, sonuncunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla təsdiq olunaraq sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, tərəfindən ona 9250 manat, 1000 manat, 1000 manat olmaqla, eyni zamanda məhkəmə baxışı zamanı hissə-hissə olmaqla 5000 manat və ümumilikdə 16 250 manat ödənilmişdir.Yerdə qalan pulun ona qaytarılması ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxslə barışmışlar. Ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan qəbzdən və «CD» diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs A4 formatlı vərəqin üzərinə «mən Təqsirləndirilən şəxs X3 25 min (iyirmi beş min)» 7 ay öncə almışam oğlu Şahid1 Umud oğlunu Prezident Aparatına işə düzəltmək adı ilə iş alınmadığı üçün həmin məbləği xx.xx.2023-cü il tam şəkildə qaytarmağıma söz verirəm, əgər qaytarmasam orqanlara müraciət etsin» sözlərini könüllü şəkildə yazmışdır. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs həmin cinayəti törətməsini bir daha təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamşdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərin bir qismini ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərin bir qismini ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdən - 04 sentyabr 2024-cü il tarixədək “həbsdə” və «ev dustaqlığı»nda olduğu 09 (doqquz) 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul olunmuş 20 noyabr 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1156/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən məlum olur ki, həbs etmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanda çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdən - 04 sentyabr 2024-cü il tarixədək “həbsdə” və ev dustaqlığında olduğu 09 (doqquz) 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, ünvan 5 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 (altmış) saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-171/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-171/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver