Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-171/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş “hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,442 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” adlanan marketin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 17:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,361 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli şalvarının sol yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:35-də Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,361 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,401 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,401 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,353 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 04:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” adlanan marketin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 05:45də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,353 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilmiş bütün epizodlar üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, iş materiallarında olan bütün ifadələrini oxuyub imzaladığını bildirmişdir. Verilmiş suallara cavab olaraq iki ilə yaxın müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, üstündən aşkar edilmiş həmin maddələri Nəsimi rayonu, Papanin adlanan ərazidən, bir dəfə isə “Meyvəli” adlanan ərazidən təxminən 10 manata əldə etdiyini, epizodların hamısında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində evinə yaxın ərazilərdə saxlanıldığını, saxlanılarkən üzərindən metamfetamin və heroin aşkar edildiyini, ittiham aktında göstərilənlərin doğru olduğunu və həmin maddələrin onun üzərindən aşkar edildiyini, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid7, Şahid2, Şahid6, Şahid1 Qamət oğlu ifadə verdikdən, digər şahidlər Şahid5 və Şahid8 ibtidai istintaq zamanı vermiş olduqları ifadələr isə elan edildikdən sonra təqsirləndirilən şəxsə verilmiş suallara cavab olaraq adları qeyd edilən şahidlərin ifadələrinin doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs adına olan telefon nömrələri üzrə sms mətnləri elan edildikdən sonra ona verilmiş suallara isə əsaslandırılmış hər hansı cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, ailə vəziyyətnin ağır olduğunu, həbs ediləcəyi halda anasının tək qalacağını, 2-ci dəfə qeyri-rəsmi ailə həyatı qurduğunu, 4 və 5 yaşlarında bir qız və bir oğlan övladı olduğunu, uşaqlarının Dağıstanda yaşadıqlarını, lakin uşaqlarının sənədlərini təqdim edə bilmədiyini bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşıması və istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 19-cu döngənin yaxınlığında bölmənin digər əməkdaşı sahə inspektoru Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitə gəzdirilməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən o, üzərində olan psixotrop maddəni təqdim edərək həmin maddəni Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin və ya psixotrop maddələri daşıması və istifadəsi ilə bağlı olduğunu, satışı ilə bağlı olmadığını, saxlanılarkən ona hər hansı təziq və ya hədə qorxu olunmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin sahə inspektoru Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşıması və istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. 15 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 19-cu döngənin yaxınlığında bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitə gəzdirilməsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 40-cı PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən o üzərində olan psixotrop maddəni təqdim etmişdir. Verilmiş suallara cavab olaraq şəxsin barəsində narkotok vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı məlumat daxil olmadığını, saxlanılarkən ona hər hansı təziq və ya hədə qorxu olunmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid8la birlikdə xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilərkən o üzərində olan narkotik vasitə-heroini təqdim edərək həmin heroini Nəsimi rayonu, “Papanin” deyilən yerdən tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya bölmədə olarkən ona hər hansı fiziki və ya psixi zorakılıq edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Qamət oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdə axşam saat 04:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilərkən o üzərində olan psixotrop maddə-metamfetamini təqdim edərək həmin həmin maddəni «Meyvəli Bazarı» deyilən yerdən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və ya bölmədə olarkən ona hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi, polis mayoru Şahid5la birlikdə 27 noyabr 2024-cü il tarixdə axşam saat saatlarında ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 40-cı PBnə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilərkən o üzərində olan psixotrop maddə-metamfetamini təqdim edərək həmin həmin maddəni Nəsimi rayonu ərazisində yerləşən “Papanin” deyilən yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və ya bölmədə olarkən ona hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Qamət oğlu ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib, üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 05 iyul 2024-cü il tarixdə gecə təxminən 04:00 radələrində bölmənin digər əməkdaşı Şahid2 ilə birlikdə Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” adlanan kafenin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilərkən o üzərində olan psixotrop maddə - metamfetamini təqdim edərək həmin maddəni 04 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, “Meyvəli Bazarı” deyilən yerdən tanımadığı şəxdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və ya bölmədə olarkən ona hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. Şahidlər Şahid5 və Şahid8 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən görünür ki, Şahid5 digər Şahid6 ilə, Şahid8 isə Şahid7 ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:25-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 04:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cidbindən 2 manat nağ pul vəsaiti, sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddə olan metemfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli bazarı» deyilən yerdən tanımadığı şəxsdən 15 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqdim edilmiş edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,41 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3473 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 234 dairəvi möhrü əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza, tərib etdi: Nicat Rəfibəyli imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram ağ rəngli kristallardan ibarət maddə kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,353 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,303 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********** saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmmədğa oğlundan götürülmüş 0,353 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkişi 0,303 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəıqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:25-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 21:10-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metemfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində axtarış aparılmış lakin hər hansı əşya və prdedmet aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdi etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqdim edilmiş edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2039 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 234 dairəvi möhrü əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfədki 1 ədəd bükümdə təmiz çəkisi 0,401 qram ağ rəngli kristalşəkilli maddə kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,401 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,351 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmmədğa oğlundan götürülmüş 0,401 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkişi 0,351 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:35-dən tutulmuş hesab edilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində axtarış aparılmış lakin hər hansı əşya və prdedmet aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində el arasında metamfetamin deyilən psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqdim edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 1,157 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6194 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 234 dairəvi möhrü əksləri “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş..” yazıları soyad və imzalar olan bir ədəd zərfin işərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,361 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 1,361 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 1,311 qram maddə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edillərək onun barəsində digər qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmmədğa oğlundan götürülmüş 1,361 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkişi 1,311 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəıqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində axtarış aparılmış lakin hər hansı əşya və prdedmet aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində el arasında “kakos” deyilən narkotik vasitə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 5 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Götürmə zamanı həmin narkotik vasitənin çəkisi isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-63935 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 234 dairəvi möhrü əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şəffaf selofana bükülmüş büküm: Təqsirləndirilən şəxs-imza, üç imza, Təhqiqatçı:M.Muxtarov-imza...”yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,442 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,442 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,392 qram maddə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilərək onun barəsində digər qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əzimov X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir ) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökm xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmmədğa oğlundan götürülmüş 0,442 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkişi 0,392 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X3 X4 üzrə xx.xx.2023-cü il tarixli, 4701 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınaraq onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks ertdirən 04 ədəd DVD formatlı disklərin sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş 0,442 qram təşkil edən, ekspert tədqiqatından sonra qalıq qalan 0,392 qram heroin, 1,361 qram, 0,401 qram, və 0,0353 qram təşkil edən, ekspert tədqiqatından sonra qalıq qalan 1,311 qram, 0,351 qram və 0,303 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-171/2025 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş Namiq Əzizovun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən edilməsi üçün onun adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri üzrə 01 may 2023-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms mətnlərinin “Azerfon" MMC-dən götürülməsi barədə vəsatət təmin edilərək qərar icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 1(001)-171/2025 saylı qərarın icrası ilə əlaqədar daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-2776/25 saylı məktubla ********** saylı mobil nömrənin sorğulanan müddətdə "xxxx" şəbəkəsinin istifadəsində olmadığı qeyd edilərək digər məlumatlar qoşma olaraq CD-də təqdim edilmişdir. Həmin CD-yə məhkəmə baxışı zamanı baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir. 709051977 saylı nömrə üzrə sms yazışmaları: 10 SMS SMS qəbul SMS-in mətni göndərən edən nömrə nömrə xx.xx.2023 ********** ********** Qaqas mən çəkirəm bu malı çekmey olmur bütün 14:21:56 yana yana gedir xx.xx.2023 ********** ********** Namiq menem kamrandi men burdayam qardawim 22:55:17 bidene gotur he yox dide xx.xx.2023 ********** ********** Aцда 05:07:51 xx.xx.2023 ********** ********** Yeke oqlansan meni niye blok edirsen pulu 17:38:03 duzetmisem gelirem xx.xx.2023 ********** ********** senol gabagma cixma 01:07:28 xx.xx.2023 ********** ********** Alda mende yoxdu 02:49:00 xx.xx.2023 ********** ********** Menem aysu telfonu ac 03:53:11 xx.xx.2023 ********** ********** Biz parka çatırıq on bes deqye gelmesen gedey 09:20:41 xx.xx.2023 ********** ********** Biz otrmsiq parkda urey 09:29:58 xx.xx.2023 ********** ********** Bu olur qiz gedir mən də gedim 09:34:44 xx.xx.2023 ********** ********** senin ecelin catib diyesen he? 23:32:58 xx.xx.2023 ********** ********** Menem aysu gelende 10 manatdigda daw getir 16:09:52 varundusa xx.xx.2023 ********** ********** Namiq nömrəni abasa verdim 16:06:15 xx.xx.2023 ********** **********4 Telfonu ac bde menem elis 00:03:17 xx.xx.2023 ********** ********** 92 15 01 21 leo bank 25man at 00:19:48 xx.xx.2023 ********** ********** 92 15 01 21 leobank 00:24:08 xx.xx.2023 ********** ********** Kimin adinda 00:53:59 773543435 saylı nömrə üzrə sms yazışmaları: SMS-in SMS SMS qəbul SMS-in mətni yazılma göndərən edən nömrə vaxtı nömrə xx.xx.2023 ********** ********** Malbroda ùlvù gözleyir yari isteyir 15:45:35 xx.xx.2023 ********** ********** Menede 3 tocka saxla 10:29:25 xx.xx.2023 ********** ********** Zeng eke 15:24:46 xx.xx.2023 ********** ********** Zeng eke 15:24:48 xx.xx.2023 ********** ********** Bu nə hereketdi ala 4 manata görə hoqa verirsiz 18:43:20 vallah xx.xx.2023 ********** ********** Bu sohbeti Bu mesle bele qalmayacax gorseciy. 18:28:49 xx.xx.2023 ********** ********** Hec eybi yoxdu ya allah sene verecey ya mene ama 03:04:04 kimin puldu hamsni getrecem xx.xx.2023 ********** ********** Camahati nece sahat lomkada qoyfsan cavab 03:05:58 verecen ay atdim ay tutldum bos sohbetlerdi ya pul batacax ya dirlecec allah biler nece olacax sabax tapacam seni hec narahat olma gorecen kimle gelecem xx.xx.2023 ********** ********** Hec olmsa kişlyin menyin olsun cix uze gorsey 16:10:47 onsuzda geci tezi go xx.xx.2023 ********** ********** ecem seni eybi yox hamya demisem 16:10:52 xx.xx.2023 ********** ********** Yetim mən təkəm heç kim yoxdu yanımda ac bir söz 19:16:05 deyirem zibilin yanin xx.xx.2023 ********** ********** Harda olsan tapqcam seni eybi yox zaur gorek nece 21:40:57 olacax xx.xx.2023 ********** ********** Zaur qardaş cavab verde bu uşağ rayona cıxır 21:11:08 bidənə cavab ve xx.xx.2023 ********** ********** Meni yiq her sey zordu 07:13:08 xx.xx.2023 ********** ********** Zaur səhərdən dalbadal zəng eliyirdin pulu atdım 17:42:44 telfonu acmırsan xx.xx.2023 ********** ********** Sonra zəng edərəm. 13:04:30 xx.xx.2023 ********** ********** Salam Zaur emi menem İsmayl Merdekan merkez 18:24:58 yoldas 709172747 saylı nömrə üzrə sms məlumatlarına baxış keçirərəkən müəyyən edildi ki, həmin nömrəyə gələn smslər mobil şəbəkədən, icra probasiya qurumundan və “Kontakt Home” mağazasından daxil olmuşdur. "xxxx" MMC-dən daxil olmuş məlumatlar təqdiq edildidkən sonra dövlət ittihamçısı CPM-nin 318.2-ci maddəsinə uyğun olaraq hər hansı vəsatətinin olmadığını, hazırkı cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxılmasını xahiş etmişdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” və “Psixotrop maddələr” adlı siyahılara əsasən narkotik vasitə heroin üçün və psixotrop maddə metamfetamin üçün xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram olaraq müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi ifadə verməklə törətdiyi hər dörd epizod üzrə cinayət əməlini etiraf etməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı iki övladının olmasını bildirsə də, bunları təsdiq edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan onun subay olması və himayəsində övladının olmaması müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını bildirməsi hər hansı sübutla təsdiq edilmədiyindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 221.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir ) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökm xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda həmin Məcəllənin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən də hazırkı halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq 20 iyul 2023-cü il tarixdə, 27 noyabr 2023-cü il tarixdə, 15 aprel 2024-cü il tarixdə və 05 iyul 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə o məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o hazırkı cinayət işi üzrə 20 iyul 2023-cü il, 27 noyabr 2023-cü il, 15 aprel 2024-cü il və 05 iyul 2024-cü il tarixlərdə olmaqla ümumilikdə 4 (dörd) dəfə CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində sanksiyada nəzərdə tutulmuş daha yüngül cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi ilə cəzanın məqsədinə nail olunması mümkün deyildir. Belə ki, təqsirləndirilən şəxsin bir-birindən ayrı vaxtlarda qanunla qadağan olunmuş eyni ictimai təhlükəli əməli təkrarən törətməsi, onun islah olunmasına yüngül cəza ilə nail olunmayacağını göstərir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın daha ağır növü – azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Cəzanın müddətinin müəyyən edilməsində isə təqsirləndirilən şəxsin cinayətləri təkrar törətməsi, onun şəxsiyyəti, törədilən əməllərin sayı və xarakteri, cəzanı ağırlaşdıran hallar (CM-in 61.1.1-ci maddəsi), eləcə də yüngülləşdirici halların olması nəzərə alınmaqla məhkəmə hesab edir ki, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ədalətli hesab olunmalı və həmin həddə təyin edilməklə cəzanın məqsədinə nail olunması mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (törətdiyi əməli etiraf edərək səmimi ifadə verməsi) və ağırlaşdıran halın (cinayətlərin təkrar törədilməsi) olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 8 (səkkiz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 22 may 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmikan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 1,311 qram, 0,351 qram və 0,303 qram olan psixotrop maddə metamfetamin, habelə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiş çəkisi 0,392 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 43 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 43 (qırx üç) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 308 (üç yüz səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 8 (səkkiz) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 1,311 qram, 0,351 qram və 0,303 qram olan psixotrop maddə metamfetamin, habelə 0,392 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərkətlərinin qeydə alındığı 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 308 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-171/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-171/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver