Məhkəmə qərarları › İş №1(001)-173/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-173/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-173/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Motodrom qəsəbəsindəki Yeni yaşayış massivində yerləşən qohumu X2 həyətində, sonuncunun qonşusu Zərərçəkmiş şəxs həyətindəki metal setkanı satmaq istədiyinə görə X3 Şalikovla etdiyi mübahisə zamanı Kamandar Şalikovun tərəfini saxladığı üçün aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzündən və bədəninin müxtəlif nahiyələrindən əvvəlcə yumruq və təpik zərbələri, sonra həyətdəki təsərrüfat baltasının küt kanarı ilə başın sağ təpə-ənsə nahiyəsinə bir zərbə vuraraq və boğazına kəndir keçirib həyətdə sürüdərək ona boyun kökünün sağ və sol yarısının, sağ bazu nahiyəsinin, sağ və sol said nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqları, sağ və sol bazu nahiyəsinin, sağ və sol bud nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən və başın sağ təpə-ənsə nahiyəsinin əzilmişcırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığina yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi ilə bağlı toplanmış material üzrə fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə X1 xəsarət alması ilə bağlı olan hadisə Bakı şəhəri Binəqədi rayonu Motodrom qəsəbəsindəki Yeni yaşayış massivində baş vermişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinə idarənin inzibati binasında iş materialları ilə tanış olmaq hüquqları və ibtidai istintaqın qurtarması elan edilmişdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yeni yaşayış massivi ünvanına məktub göndərilərək ondan xx.xx.2021ci il tarixdə saat 10:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə gəlməsi xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi idarənin inzibati binasında ********* nömrəli cinayət işinin materialları ilə tanış olmuşlar. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yeni yaşayış massivi ünvanına məktub göndərilərək ondan xx.xx.2021-ci il tarixdə saat 10:00da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə gəlməsi xahiş olunmuşdur. “xxxx” MMC-nin SS711958503AZ göndəriş kodlu mədaxil qəbzindən və həmin SS kodlu poçt göndərişinin izlənməsinə dair portal çıxarışından görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs SS711958503AZ göndəriş kodlu sifarişli məktub göndərilmiş, həmin məktub xx.xx.2021-ci il tarixdə AZ 1116 nömrəli poçt məntəqəsi tərəfindən qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə AZ 9095 nömrəli mübadilə məntəqəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə mübadilə məntəqəsindən AZ 1146 nömrəli poçt məntəqəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə AZ 1146 nömrəli poçt məntəqəsi tərəfindən məktubun çatdırılması uğursuz olduğundan göndəriş geri qaytarılaraq xx.xx.2021-ci il tarixdə yenidən mübadilə məntəqəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə mübadilə məntəqəsindən göndərilmiş məktub AZ 1116 nömrəli poçt məntəqəsinə daxil olmuşdur. xx.xx.2021-ci il tarixli ittiham aktından görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ittiham aktı xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən iş materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisinə idarənin inzibati binasında iş materialları ilə tanış olmaq hüquqları və ibtidai istintaqın qurtarması elan edilmiş və sonuncular xx.xx.2021-ci il tarixdə cinayət işinin materialları ilə tanış olmuşlar. Lakin cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən iş materiallarına xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublar əlavə edərək cinayət işinin materialları ilə tanış edilməsi məqsədi ilə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə gəlməsi xahiş etsə də, sözügedən məktubların Zərərçəkmiş şəxs göndərilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs SS711958503AZ göndəriş kodlu sifarişli məktub göndərilərək cinayət işinin materialları ilə tanış olması üçün xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə gəlməsi xahiş edilsə də, həmin məktub xx.xx.2021-ci il tarixdə AZ 1116 nömrəli poçt məntəqəsi tərəfindən qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə AZ 9095 nömrəli mübadilə məntəqəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə mübadilə məntəqəsindən AZ 1146 nömrəli poçt məntəqəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə AZ 1146 nömrəli poçt məntəqəsi tərəfindən məktubun çatdırılması uğursuz olduğundan göndəriş geri qaytarılaraq xx.xx.2021-ci il tarixdə yenidən mübadilə məntəqəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə mübadilə məntəqəsindən göndərilmiş məktub AZ 1116 nömrəli poçt məntəqəsinə daxil olmuş və nəticədə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış ola bilməmişdir. Müstəntiq isə xx xxxxxx 2021-ci il tarixdə sözügedən cinayət işi üzrə ittiham aktını tərtib edib, təsdiq edilməsi üçün onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmişdir. Göründüyü kimi, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olması hüququnun təmin edilməsi məqsədi ilə ona imkan yaradılmayaraq, sonuncunun cinayət işinin materialları ilə tanış olması hüququ pozulmuş və onun həmin hüququnun həyata keçirilməsi təmin edilmədən cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, CPM-in 85.2-ci maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 85.2.12. bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək;... CPM-in 87.6-cı maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;... CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 284.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır. Göründüyü kimi, qanunvericilik cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkətini ibtidai istintaqı həyata keçirən müstəntiqin üzərinə vəzifə kimi qoymaqla cinayət işinin materialları ilə tanış olma qaydasını müəyyən etmişdir. Lakin məhkəmədə aşkar edilmiş xüsusatlarla müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. CPM-in 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etməkdən ibarətdir. CPM 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... CPM-in 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır. CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən yuxarıda sadalanan pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.8-ci maddəsinin tələblərinin kobud pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananları və qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalı, eləcə də qeyd olunan kobud pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və dövlət ittihamçısına göndərilsin.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar