Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-174/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.ünvan 1 ünvanında qeydiyyatda olan,ünvan 2 ünvanında yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14.11.2020-ci il tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanında qaynanası Zərərçəkmiş şəxs ona evə qayıtdığı üçün irad bildirməsi və üzünə tüpürməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sol qolundan burub itələyərək sol əlin V barmağının orta falanqasının əsasının kənarının hissəvi qopması, sol əlin V barmağının qançır-şişkinliyi, sağ əlin İ barmağının sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır.Rabitə və Nəqliyyat Kollecini bitirmişdir, orta-ixtisas təhsillidir.2015-ci ildə atasının sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs vasitəçiliyi ilə onun oğlu Şahidla tanış olmuş, bir-birilərini bəyənmiş, ailələrinin məsləhəti ilə ailə həyatı qurmuşlar.Şahid ilə birgə nikahlarından 2016-cı il təvəllüdlü İslam və 2019-cu il təvəllüdlü Mehdi adlı 2 oğlu var.Evləndikləri ilk gündən qaynanası Ritta ilə yola getməmişdir.Qaynanasının xasiyyəti ağır və pis olmuş, çox deyinmiş, hər şeyə danışmışdır.Bir müddətdən sonra artıq səbəbsiz yerə onu təhqir etməyə başlamışdır.Əvvəllər ona dözməyə çalışsa da, son 1-2 ildə o da cavabını qaytarmışdır, tez-tez mübahisə etmişlər. 2020-ci ilin iyulunda Samirlə razılaşıb qaynanası ilə yola getmədiyinə görə uşaqlarını da götürüb aranı sakitləşdirmək üçün müvəqqəti olaraq ata evinə qayıtmışdır. 2020-ci ilin avqust ayında Samir Ritta ilə birlikdə onların evinə gəlib onun və uşaqlarının evə qayıtmasına çalışarkən Ritta ilə həyətlərində mübahisə etmişlər və o, Rittanı təhqir etmişdir. Samir uşaqları aparsa da, baxa bilmədiyi üçün həmin gün axşam geri qaytarmışdır. 14.11.2020-ci il tarixdə oğlu İslamı xəstəxanada götürdükdən sonra Samirin xahişi ilə evə qayıtmışdır. Samir ona anası Ritta ilə ünsiyyətdə olmamağı, ona cavab qaytarmamağı tapşırmış, o da buna əməl etməyə çalışımışdır.Həmin gün saat təxminən 11.00 radələrində Samir onun və uşaqların olduğu qapını açarla bağlayıb işə getmişdir.Bir müddət sonra Ritta qapının bağlı olduğunu görüb pəncərədən onun olduğu otağa daxil olmuşdur. Ritta “bəs mən ölməmiş, bu evə gəlməyəcəkdin”, həmçinin “o vaxtı məni niyə təhqir edirdin” deyərək onun üzünə tüpürmüşdür.Buna görə o, Rittanın sol əlini tutub burub sıxmış və geri itələmişdir.O, Rittaya otaqdan çıxıb getməsini, yoxsa əlinə keçəni başına çırpacağını, polisə zəng vurub şikayət edəcəyini demişdir.Bundan sonra qaynanası polisin 102 xidmətinə zəng vurub məlumat vermişdir.Hadisənin baş verməsinə səbəb qaynanası Rittanın onu təhqir edib, üstünə tüpürməsi olmuşdur.Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt kiçik oğlu Mehdi yataqda olmuş, böyük oğlu İslam isə yanında olmuşdur.Hadisə vaxtı oğlu İslam qorxmuş, onlar qışqıranda oğlu ağlamağa başlamışdır.Hal-hazırda,o,Rittanın onu bağışlayacağını bilsə, buna cəhd edər və qaynanasından üzr istəyər.Bunu özünə ayıb bilmir.O, təbii ki, sonradan çox peşman olmuşdur, qaynanasını təhqir etməməli olduğunu başa düşmüşdür.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, yuxarıda göstərilən ünvanda oğlunun ailəsi ilə birlikdə yaşayır, belə ki, o, 1998-ci ildə boşanmışdır; bir oğlu, bir qızı var.Onları tək böyütmüşdür.Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini bitirmişdir, 30 ilə yaxındır ki, pedoqoji fəaliyyətlə məşğul olur.Hal-hazırda, S.Məmmədov adına 301 saylı orta məktəbdə çalışır.Oğlu Şahid 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur.Rəsmi nikahlarından oğlunun 2 övladı var.Evləndiyi ilk günlərdən onların ailəsində həmişə münaqişələr yaşanmışdır.Nigarla onun tez-tez mübahisələri olmuşdur.Bunun səbəbi Nigarın ona qarşı saymazyana münasibəti, onu mütəmadi olaraq dilə gətirilə bilməyəcək kobud sözlərlə təhqir etməsi olmuşdur. 2020-ci ilin avqustunda Nigar oğlu ilə mübahisə yaşadığı üçün uşaqları da götürüb atası evinə getmişdir. Ona Nigarın atası evində olarkən “Ritta öləndən sonra o evə qayıdacam” dediyini xəbər vermişlər.14.11.2020-ci il tarixdə səhər heç gözləmədiyi halda oğlu ailə üzvləri ilə birlikdə evə gəlmişdir.Oğlunun ondan xəbərsiz Nigarı evə gətirməsi ona təsir etmişdir.Oğlu onun könlünü almağa çalışsa da, oğlu ilə razılaşmamış və ünvanına dediyi kobud ifadələrə görə Nigarın cavabını verəcəyini bildirmişdir. Saat təxminən 10- 11 radələrində oğlu çıxıb işə gedəndən sonra məsələni aydınlaşdırmaq üçün Nigarın olduğu otağa yaxınlaşmışdır.Qapının açarla bağlı olduğunu görüb çətinliklə pəncərədən Nigarın olduğu otağa daxil olmuş, Nigara “bəs mən öləndən sonra bu evə gələcəkdin” deyib onun üzünə tüpürmüşdür.Ona yaxınlaşıb narazılığını bildirmişdir.Nigar sol əlindən tutub buraraq onu geri itələmişdir.Nigar hətta bu hərəkətindən sonra ona kobud şəkildə “çıx otağımdan, yoxsa əlimə keçəni başına çırpacam” demişdir.Hətta ona xəsarət yetirməsinə baxmayaraq Nigar 102 xidmətinə zəng edəcəyini bildirmişdir.O, bundan sonra 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin vaxt uşaqlar otaqda olmuşdur.Belə ki, uşaqlardan Mehdi yatmış, İslam isə oyaq olmuşdur.Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb Nigarın onu kobud sözlərlə təhqir etməsi olmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, yuxarıda göstərilən ünvanda valideynləri ilə birlikdə yaşayır. Valideynləri 1997-ci ildə yola getmədikləri üçün boşanmışlar, bacısı Gülnarı və onu anası böyütmüşdür.O, Rabitə və X4 yollarında hərəkətin təşkili və idarə olunması fakültəsini bitirmişdir, orta-ixtisas təhsillidir. Taksi sürücü işləyərək ailəsini dolandırmağa çalışır. 2015-ci ildə anasının istəyi və seçimi ilə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur.Birgə nikahlarından 2016-cı il təvəllüdlü İslam, 2019-cu il təvəllüdlü Mehdi adlı iki uşağı var. Sol gözü görmədiyi üçün anadangəlmə 3-cü qrup əlildir.Evləndikləri ilk vaxtdan həyat yoldaşı və anası yola getməmişdir.Ümumiyyətlə, anası çətin xasiyyətli qadındır. Onlar ana-oğul tez-tez mübahisə etsələr də, bir-birilərini yola verməyə çalışmışlar. Amma anası ilə həyat yoldaşı ilk gündən anlaşa bilməmişlər. 2020-ci ilin iyul ayında anası ilə Nigar yola getmədikləri üçün Nigarı aparıb ata-anasıgilə qoymuşdur. Təxminən 1 ay sonra anası ilə birlikdə ailəsini və uşaqlarını evə gətirmək məqsədilə qaynanasıgilin qapısına getmişdir. Nigarın atası evində uşaqları götürmək istəyərkən anası ilə Nigar arasında mübahisə yaranmış və Nigar anasını təhqir etmişdir.Həmin vaxt uşaqlarını evə gətirmiş, amma Nigar mübahisəyə görə gəlməmişdir.O, təkbaşına uşaqlara baxa bilmədiyi üçün uşaqları yenidən Nigarın yanına aparmışdır.Böyük oğlu İslam iki dəfə əməliyyat olunmuşdur. X2 tibb bacısı olduğu üçün oğluna baxa bildiyinə görə uşaqların bir müddət orada qalması ona sərf etmişdir. 14.11.2020-ci il tarixdə səhər oğlu İslamı xəstəxanaya apardıqdan sonra Nigar və oğlanları ilə birlikdə birbaşa öz evlərinə gəlmişlər.Həmin vaxt xüsusilə uşaqları üçün çox darıxdığına görə artıq ailəsini öz yanına gətirmək qərarına gəlmişdir. Anası təbii ki, onun ailəsini evə gətirməsini görüb təəccüblənmişdir. Anasını öpüb-qucaqlayıb könlünü almağa çalışsa da, anası onu yaxına buraxmamışdır. Ona “bəs arvadın deyirdi, Ritta ölməmiş evə gəlməyəcək. Mən onun cavabını verəcəyəm” demişdir. Anasına nə istəyirsə etməsini demiş, hər ehtimala qarşı Nigar və uşaqlarının olduğu otaqların qapısını bağlayıb evdən çıxıb işə getmişdir.Bir müddət sonra Nigar telefonla ona zəng vurub anasının onun üzərinə hücum etdiyini, onun isə özünü müdafiə etməyə çalışdığını bildirmişdir. Evə gəldikdən sonra anasının qapı bağlı olduğunu görüb pəncərədən otağa daxil olmuş, Nigarın üzərinə getmiş, üzünə tüpürmüş, əl qaldırmış, Nigar anasının onu vurmamasına çalışarkən anasının sol əlinin barmaqlarını burub istəmədən ona xəsarət yetirmişdir.Nigar barışığa cəhd etməsə də, o, özü 2 dəfə anası ilə barışığa cəhd etmiş, anası onu yaxın qoymamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X6 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli 1919 saylı məhkəmə-tibbi ekspertiza rəyə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol əlin V barmağının orta falanqasının əsasının kənarının hissəvi qopması ilə müşayiət olunan sol əlin V barmağının qançırşişkinliyi, sağ əlin İ barmağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 14.11.2020-ci il tarixdə insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Qərib qızının məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidin ifadəsini və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 128-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs qızı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-174/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-174/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver