Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-175/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-367/2015 saylı, 09 aprel 2015-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının çəkilməmiş qalan hissəsi 8 (səkkiz) il 7 (yeddi) ay 4 (dörd) gün), Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə qadağan olunmuş əşyanı üzərində saxlamış, gəzdirmiş, daşımış və istifadə etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən «Cəzaçəkmə müəssisələrinin X5» ilə qadağan olunmuş daxilində 077 ***-**-** nömrəli «Nar» danışıq kartı olan işlək vəziyyətdə istifadəyə yararlı «220333QAG» modelli, «**********74160, **********74178» imei kodlu, bir ədəd «Xiaomi Redmi 10C» markalı mobil telefon aparatını əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, 077 ***-**-** nömrəli «Nar» danışıq kartı vasitəsi ilə qardaşı Şahid7 istifadəsində olan 077 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamaqla istifadə etmiş və 24 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində müəssisənin əməkdaşları tərəfindən sanitar qovşağında üzərinə keçirilmiş axtarış-baxış zamanı əynindəki şalvarının sol yan cibindən qadağan olunmuş əşya olan həmin telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi ona mobil telefon aparatının saxlanmasının, gəzdirilməsinin, daşınmasının, həmçinin istifadəsinin qadağan olunması və cinayət məsuliyyəti yaratmasını elan etməsinə baxmayaraq, bir müddət əvvəl cəza çəkdiyi müəssisənin əşya saxlama otağındakı rəfdən bir ədəd «Xiaomi Redmi 10C» markalı mobil telefon aparatı tapmış, ətrafda heç kimin olmamasından istifadə edərək özü ilə götürüb saxlamış, gəzdirmiş, daşımış və həmin telefondakı 077 ***-**-** nömrə vasitəsi ilə qardaşı Şahid7 istifadəsindəki 077 ***-**-** nömrəyə zəng edərək onunla əlaqə saxlamqla istifadə etmiş, müəssisənin əməkdaşları 24 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində onun üzərində keçirdikləri axtarış-baxış zamanı əynindəki şalvarının sol yan cibindən məlum telefon aparatı aşkar edilərək götürülmüşdür. Müəssisənin əməkdaşlarına aşkar edilmiş mobil telefon aparatının özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində Əməliyyat şöbəsinin rəisi Şahid1 ifadəsində qeyd etmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində məhkum Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə müəssisənin sanitar qovşağında axtarış-baxış keçirilən zaman əynindəki şalvarının sol yan cibindən daxilində 077 ***-**-** nömrəli «Nar» danışıq kartı olan bir ədəd «Xiaomi Redmi 10C» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, əşya barədə ondan soruşulduqda həmin telefonun ona məxsus olduğunu, bir müddət əvvəl qeydiyyatda olduğu əşya saxlama otağındakı rəfdə taparaq özündə saxladığını göstərmişdir. Bununla əlaqədar iştirakçıların iştirakı ilə protokol tərtib edilərək mobil telefon aparatı qablaşdırılmış, protokola əlavə olunduqdan sonra bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində Rejim-nəzarət şöbəsinin böyük inspektoru Şahid2, həmin şöbənin böyük nəzarətçisi Şahid3 və şöbə nəzarətçisi Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilən axtarış-baxış zamanı məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən daxilində 077 ***-**-** nömrəli «Nar» danışıq kartı olan bir ədəd «Xiaomi Redmi 10C» markalı mobil telefon aparatı aşkar edilərək götürüldüyünü görmüş, müəssisənin əməkdaşları onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edərək aşkar edilmiş mobil telefon aparatını qablaşdırılaraq protokola əlavə etmiş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid6 elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Asif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2015-ci il tarixli hökmü ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən ona məxsus 077 ***-**-** nömrəli mobil telefon aparatına zəng edərək onunla əlaqə saxlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş 12/ƏN-411 nömrəli material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin 24 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, həmin gün saat 13:30 radələrində müəssisədə cəza çəkən və 6 saylı dəstədə qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs Əməliyyat şöbəsi tərəfindən əvvəlcədən əldə olunmuş məlumata əsasən qeydiyyatda olduğu dəstənin sanitar qovşağında üzərinə əməkdaşlar tərəfindən qəfləti axtarış-baxış tədbiri keçirilərkən şalvarının sol yan cibindən ona məxsus olan daxilində «Nar» GSM danışıq kartı olan 077 ***-**-** işlək vəziyyətdə bir ədəd qara rəngli «Redmi» markalı mobil telefon aparatı (imei kodu: **********74160 və **********74178) aşkar edilərək götürülmüş, hal şahidləri, proses iştirakçıları və məhkumun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin 26 sentyabr 2022-ci il tarixli xasiyyətnaməsində məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə mənfi xarakterizə olunduğu və islah yoluna qədəm qoymadığı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X5»nda dəyişikliklər edilməsi barədə 30 dekabr 2016-cı il tarixdə qüvvəyə minmiş 28 dekabr 2016-cı il tarixli 25-N nömrəli Qərarına edilmiş «Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı»ndan bəhs edən 11 saylı Əlavədən görünür ki, mobil telefon aparatları məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir və bu siyahıda nəzərdə tutulmuş əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1203 saylı 20 oktyabr 2022-ci il tarixli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sensor ekranlı «Android 11» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Redmi 10C» markalı, «220333QAG» modelli, «**********74160, **********74178» imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır; aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Agır Cinayətlər Məhkəməsinin 1(101)-367/2015 saylı, 09 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-875/2015 nömrəli, 15 iyul 2015-ci il tarixli qərarı ilə sözügedən hökm dəyişdirilərək mülki iddiaya aid hissədə qismən təmin olunmuş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir və məhz həmin maddənin müddəalarında nəzərdə tutulmuş hallarda məhkumluq ödənilmiş və ya götürülmüş hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, o təqsirli bilindiyi əməli cəzaçəkmə müəssisəsində hazırda cəza çəkməsinin davam etdiyi müddətdə törətmişdir və belə olan halda onun məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddələrinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və bu mənada onun əməlində cinayətin residivi yoxdur. 11 yanvar 2021-ci il tarixli iltizamdan görünür ki, «Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı» Təqsirləndirilən şəxs elan olunmuş və o, həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 12 dekabr 2022-ci il tarixli xx/xx-3207 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürülmüş və orada müalicə almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd «Xiaomi Redmi 10C» markalı, «220333QAG» modelli, «**********74160, **********74178» imei kodlu mobil smartfon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Məmmədov X2 Xidmətinin Müalicə Müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin 16 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti təqdim edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsindən 22 fevral 2023-cü il tarixli 3-16-17/26/2-643/2023 saylı müşayiət məktubu ilə daxil olmuş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən həmin müəssisədə cəza çəkir və onun 23 fevral 2023-cü il tarixə çəkilməmiş cəzası 8 (səkkiz) il 7 (yeddi) ay 16 (on altı) gündür. Azərbayan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 35 iş saatı müddətində müdafiə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.3-67.4-cü maddələrinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə cəza təyin edilərkən onun barəsində həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) il 7 (yeddi) ay 4 (dörd) gün hissəsi qismən birləşdirilməklə ona, qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, bundan əvvəlki cinayət əməlinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkdiyindən hökmlərin məcmusu qaydasında ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu mənada cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Xiaomi Redmi 10C» markalı, «220333QAG» modelli, «**********74160, **********74178» imei kodlu mobil smartfon məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkum olunduğu azadılqdan məhrum etmə cəzasını çəkməsi ilə əlaqədar törətdiyi hazırki əmələ görə haqqında qətimkan tədbirinini seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 80 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 210 manat məbləğində pul köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Agır Cinayətlər Məhkəməsinin 1(101)-367/2015 saylı, 09 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq məhkum olunduğu 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) il 7 (yeddi) ay 4 (dörd) gün hissəsi hazırki hökmlə təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, üzərində qəti olaraq 8 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkum olunduğu azadılqdan məhrum etmə cəzasını çəkməsi ilə əlaqədar törətdiyi hazırki əmələ görə haqqında qətimkan tədbirinini seçilməməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Xiaomi Redmi 10C» markalı, «220333QAG» modelli, «**********74160, **********74178» imei kodlu mobil smartfon məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm sözügedən müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-175/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-175/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver