Məhkəmə qərarları › İş №1(001)-175/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-175/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-175/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X39 və onun nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X32, onun müdafiəçiləri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1951-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X39 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X39 xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, AFN.az xəbər saytında yayılmış əsassız məlumata əsasən, X46 xx.xx.2023-cü il tarixində, saat 12:11-də yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 180 A-da sayt vasitəsilə müraciət edərək, polis polkovnik ailəsini 400000 manata satıb və general qaynatasının tanışlarından 200000 manat alıb aradan çıxıb. "Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etmişdir. O, -"Cənab nazir! Bu adam sizin rəhbərlik etdiyiniz qurum adından dələduzluq edib. Polis Azərbaycanda dövlətin və dövlətçiliyin əsas sütunlarındandır. O sistemdə "rüşvət verib işə düzələcəm" demək dələduzluqdan da ötə, cinayətdir. Üstəlik, bizə mənə və ailəmə vurduğu maddimənəvi zərəri də nəzərə alsaq, Cavid Talıbovun və onun havadarlarının dərhal saxlanması, bu məsələnin araşdırılması vacibdir. Sizdən xahiş edirəm, məsələni diqqətinizdə saxlayasınız!" -deyə bildirmişdir. Saytın əməkdaşları ona və alqı-satqı prosesində iştirakçı olan digərlərinə zəng edib məsələ ilə bağlı açıqlama istəmişdilər. O, narahat etməmələrini tələb edərək söhbəti bitirmişdir. Rəfael adlı şəxs isə bildirdi ki, alqısatqı söhbətlərinə onu Ramiz Nağıyev cəlb edib: "Vüqar özü bizə demişdi ki, Cavidlə bu proseslərdə söhbət apara bilərsiz". Aydın oldu ki, Ramiz Nağıyev ona bu proseslə bağlı olaraq hər hansı yazılı hüquqi sənəd verməmişdir. Haqqında yayılan heç bir əsası, sübutu olmayan məlumatların yayılması cinayət məsuliyyətinə gətirib çıxarır. Bununla bağlı olaraq, eyni zamanda "TİK-TOK" sosial şəbəkəsində, "Kanal24online" səhifəsində heç bir əsası olmadan, ona böhtan xarakterli məlumatların yayılması halı da aşkarlanmışdır. Bundan başqa, X46 08 sentyabr 2023-cü il tarixində, saat 14:10-da yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küç., ev180 A-da "Facebook" sosial şəbəkəsində "Meydan tv", "Bakı Media" vǝ 07 sentyabr 2023-cü il tarixdə, saat 17:50-də "Yeni avaz"-da səhifələrində də, həmin məlumatları yaymışdır. Bununla da, barəsində məhkəmənin qərarı və yaxud hökmü olmadan, əsassız olaraq onu dələduzluqda və rüşvət vermə də ittiham edərək, yəni Azərbaycan Respublikası CM-nin 178.3-cü və 312-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə böhtan etmişdir. Yuxarıda qeyd olunan yazılarla X46 ona böhtan ataraq, heç bir məhkəmə qərarı olmadan onu rüşvət vermədə və dəluduzluqda ittiham etmişdir. Belə ki, qeyd olunan yazıları və AFN.az, Meydan.tv, Bakı Media və Yeni avaz-da olan məlumatları qoşma kimi şikayətinə əlavə etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X46 ona böhtan ataraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma halı ilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzuna zərbə vurmuşdur. Qeyd olunnalara əsasən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X46 xx.xx.2023-cü il tarixində, saat 12:11-də və 08 sentyabr 2023-cü il tarixdə saat 14:10-da yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 180 A evdə kütləvi informasiya vasitəsi ilə CM-nin 178.3, yəni dələduzduqda və 312-ci maddəsi, yəni rüşvətvermədə bilə-bilə yalandan ona ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətini törətmişdir. Göstərilənlərə əsasən X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X46 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsili bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllərdə bildirdiyi kimi o, ümumiyyətlə nə də ittiham olunduğunu bilmir. Onun barəsində deyilənlərin hamısı yalandır, heç birinin əsası yoxdur. O, heç bir sayta müraciət etməmiş, sadəcə kürəkəni Cavid Talıbov onun adından istifadə etmişdir. Belə ki, özünə məxsus olan obyekti satmağa gələn zaman örənmişdir ki, obyekti alacaq adama “Ramiz müəllim deyir ki, 200000 manat beh versin” deyilmişdir. Bunu da şəxsin qardaşına, dostuna demişdir ki, həmin şəxs onun kürəkənidir, amma onun adından gəlib nəsə bildirdiyi halda etməsinlər. Öz aralarında orada-burada danışıblar. Nəticədə jurnalistlər və saytlar ona zəng vurub hadisə barədə məlumat almaq istəmişlər. O isə şəxsin onun adından gedib istifadə etdiyini, 200 000 manat pul vəsaiti aldığını, daha sonra isə evi sataraq pulunu da götürüb getdiyini bildirmişdir. O Cavidə zəng vuraraq evin tək ona məxsus olmamasını bildirərkən Cavid bunun qarşılığında ona “siz mənə ağıl öyrədəcəksiniz? Ev mənimdi, satmışam, yaxşı etmişəm” demişdir. Bundan 3 ay sonra o məcbur qalıb Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etmişdir ki, belə bir vəziyyət yaranmışdır. Bundan sonra işə daxili işlər orqanları qarışmış, araşdırma başlanmış və xidməti təhqiqat aparılmışdır. O təhqiqatın nəticəsində isə Cavidə polis adına sığmayan hərəkət etdiyi izah edilmiş və daxil işlər orqanlarından xaric olunacağı bildirilmiş və nəticədə Cavid işdən azad olunmuşdur. Onun üçün maraqlı olan tək məqam pulun ona geri qaytarılması olmuşdur. Daha sonra obyektə görə alınmış pul qaytarılmış, o da həmin obyekti satmışdır. Əslində onların arasında heç düşmənçilik olmamış, 2001-ci il tarixdə qızı ilə ailə həyatı qurmuş, 2023-cü il tarixə kimi aralarında münasibətlər normal olmuşdur. “Afn.az” adlı saytın nə olduğunu belə bilmir. O, həmin saytı və saytın əməkdaşlarını belə tanımır. Həmin gərgin dövrdə ona zənglər edilərək belə bir hadisə olub-olmamağını soruşmuşlar. O da belə bir hadisənin olduğunu təsdiq etmişdir. Bundan başqa bir söhbət olmamış, o özü heç kimə zəng vuraraq hər hansı məlumat verməmişdir. Evdən oğurluq söhbəti isə tamamilə yalandır, heç bir oğurluq hadisəsi olmamışdır. Sadəcə vətəndaşı aldadaraq 200 000 manat pul almışdır. Bu söhbətə görə də aralarında inciklik yaranmışdır. Onun bu işdə kiməsə zəng edərək nəsə bildirməsi barədə hər hansı marağı olmamışdır. O, sadəcə Cavid Talıbovun özünə bildirmişdir ki, onun adından istifadə edərək 200000 manat pul almışdır, bundan başqa heçnə olmamışdır. X21 sözündə bildirmişdir ki, o, heç bir sosial şəbəkədə yoxdur, bu səbəbdən hər hansı bir sosial şəbəkədən istifadə edərək Cavid Talıbov barəsində nə isə yaya bilməsi mümkünsüzdür. Onlar eyni rayondandırlar və yaxın qohumdurlar. O, Cavidgilə qarşı heç vaxt kobud ifadələr işlətməmişdir. Bu məsələlərin başlanmasına səbəb, onun obyekti satmaq istədiyi adamdan Cavidin 200000 manatı alması olmuşdur. Müşfiq ona 200000 manatı Cavidə verdiyini bildirmiş, o isə obyektin sənədinin onun adına olduğunu, pulunu verrdikdən sonra satacağını demişdir. Bu məsələ çox çəkmiş, daha sonra Cavid pulu ona qaytarmış, pulu iyunun ayının 7-də almış, avqust ayının 29-da isə qaytarmışdır. O da bu barədə dostlarının yanında bildirmişdir ki, belə bir şey yenidən ola bilər. Cavid gəlsə heç kim ona çatmalı olan pulu Cavidə verməsin. Ona avqust ayının axırlarında bir neçə zəng olmuş, zəng edən şəxslər mətbuat nümayəndələri, jurnalist olduqlarını bildirmişlər. O özü isə heç bir jurnalistə zəng vurmamış, ona zəng edənlərə isə ailə daxili məsələ olduğunu, bu məsələyə qarışmamaqlarını bildirmişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X39 ifadəsində göstərmişdir ki, Müşfiq adlı şəxs həmin obyektin sahibidir, 7-8 il bundan əvvəl X41 həmin obyektin 70 kv/m2 pulunu verib satın almışdır. Bir müddət sonra Müşfiq müraciət edib bildirmişdir ki, həmin obyekti tam olaraq sökmək istəyir və yerində 6 mərətəbəli bina tikmək niyyətindədir. Bunun qarşılığında nə istədiklərini soruşmuşdur. Ramiz Nağıyev də ona müraciət edərək oğlunun düz yolda olmadığından Müşfiqlə danışıqlara onun getməsini xahiş etmişdir. O da həmin zaman Müşfiqi götürüb qardaşının ofisinə getmişdir. X30 Nağıyev də həmin zaman onlarla birlikdə olmuş, ofisdə söhbət edərək Müşfiqlə razılaşıb müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra 3-4 il müddətində hər şey qaydasında davam etmiş, daha sonra Müşfiq lahiyəni verə bilmədiyi üçün Ramizlə danışığa başlamış və həmin yeri yenidən almaq istədiyini bildirmişdir. Ramiz Nağıyev yenə də ona bildirmişdir ki, o qeyd edilən işləri bacarmır, Müşfiqlə o yenidən özü danışsın. O da Müşfiqlə danışdıqdan sonra obyektin satış qiymətini 1.000.000 manata, daha sonra isə 1.200.000 manata razılaşmışlar. Ramiz Nağıyev də ona alqı-satqı olduqdan sonra 1.000.000 manatı ona verməyi, geri qalan 200.000 manatı isə özünə götürməsini bildirmişdir. O da Ramiz Nağıyevin dediyi kimi hərəkət etmiş, Müşfiqdən 200.000 manat beh almış, daha sonra ailədə söz-söhbət olduqdan sonra Müşfiq ona bildirmişdir ki, Ramiz Nağıyev 1.200.000 manatın hamısını istəyir. O da etiraz etməyib 20.0000 manatı qaytarmağa razı olmuşdur. Artıq kütləvi informasiya vasitələrində bu məlumat yayıldıqdan sonra o Müşfiqə 200.000 manatı qaytararaq həmin vəsaitin qaytarılması barədə sənəd də almışdır. Bundan başqa həmin vaxtlarda o Ramizin oğluna əlbəl olaraq 80.000 manat pul versə də həmin pulun verilməsini sübut edə bilməmişdir. Daha sonra Ramiz Nağıyev hər yerdə onu ölümlə hədələdiyimi, pulunu mənimsədiyimi bildirmişdir. Aralarında olan söz-söhbətlərin də hamısı buradan yaranmışdır. Məhkəmədən X32 barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilən diskdən görünür ki, həmin diskdə 2 dəqiqə, 45 saniyədən ibarət video mövcuddur. Həmin videoda “Tiktok” sosial media platformasında “kanal24tv” adlı istifadəçi tərəfindən edilmiş “Generalın ailəsində qalmaqal – Polis zabiti olan kürəkən general qaynatasına atıb?” afişalı paylaşımda olan videonun ekran qeydidir. Videoda qadının aşağıdakı məzmunda xəbər oxuması müəyyən edilir: “Generalın ailəsində qalmaqal - Polis zabiti olan kürəkən evi satıb və qaynatasının tanışlarından küllü miqdarda pul alıb- bacısı oğlu Prezident Aparatında çalışır. Bacısı oğlu Prezident Aparatında işləyən polis polkovnik-leytinantı ailəsinin evini 400 000-ə satıb və General qaynatasının tanışlarından 20.0000 manat alıb aradan çıxıb.Tərəf.az-ın mötəbər mənbədən aldığı məlumata görə daha bir generalımız qalmaqalla üzləşib. X24 rəisi general Ramiz Nağıyevin kürəkəni polis polkovnik-leyenantı Cavid Talıbov ailəsi ilə birgə yaşadıqqları evini 400 000 min manata, “Toyota “Prado” avtomobilini isə 100000 manata satıb. Bundan sonra qaynatasının adından olan obyektlərin müştərilərindən 200000 manat alıb. Məlumata görə Cavid Talıbov yoldaşı ilə boşanmaq ərəfəsindədir. Mənbənin dediyinə görə polkovnik-leytenantı Cavid Talıbovun arxasında X2 mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olan bacısı oğlu Murad Tağıyev durub. X60 Mehdiyevin zamanında onun proteksiyası ilə işə qəbul olunduğu və indiyə qədərdə məsləhətçi işləyi bildirilir. Verilən məlumatı yoxlamaq üçün istefada olan polis general-mayoru Ramiz Nağıyevlə əlaqə saxladıq. Ramiz müəllim əvvəl bizimlə danışmaq istəməsə də, məsələnin məğzini öyrəndikdən sonra suallarımıza cavab verməyə razı oldu. Ramiz müəllim Cavid Talıbovun həqiqətəndə onun kürəkəni olduğunu və ailəsini atıb çıxıb getdiyini təsdiqlədi. Ramiz müəllimin sözlərinə görə, kürəkəni onun qızını aldadaraq vəzifəyə getmək üçün pul lazım olduğunu, evi satmalı olduğunu deyərək onların ailəvi yaşadıqları və ümumi əmlakları olan 400 000 manata evi satıb.O, Mingəçevir şəhərində şəhər polis idarəsində rəis müavini işləyib. Amma könlündə rəis olmaq havası oynadığından bir gün öz ərizəsi ilə vəzifəsindən çıxdı. Lakin mən dəfələrlə onu xəbərdar etdim ki, bu gün sən DİN-də pulla vəzifə ala bilməzsən. Vilayət Eyvazov kadrlarının şəxsi və iş keyfiyyətlərinə görə vəzifəyə qoyur. Səndə çalış, yaxşı işlə ki irəli çəkiləsən. Axı bax 6-7 aydır sərəncamdasan. Əgər yaxşı işçi olsaydın sənə çoxdan iş verərdilər. Vermirlər, ona görə get nə işə qoysalar işlə. Amma bu adam məndəndə xəbərsiz öz bildiyini etdi. Qızımla müştərək olan yaşadıqları evlərini, maşınını satdı ki, güya vəzifəyə gedəcək və bunun üçün ona pul lazımdır deyə Ramiz müəllim cavabında bildirib. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.” Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “yeniavaz” saytından olan çıxarışdan xx.xx.2023-cü il tarixdə saat 17:50-də aşağıdakı məzmunda məqalənin dərc olunması müəyyən edilir. “KİV: Polis polkovniki general qayınatasına qarşı dələduzluq edib-Təfərrüat. Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cavid Talıbov həyat yoldaşını ölümlə hədələməkdə, qayınatasına qarşı dələduzluqda ittiham olunur. Yeniavaz.com xəbər verir ki, Meydan TV-yə daxil olan məlumata görə, hazırda daxili işlər orqanlarında onunla bağlı araşdırma gedir. Araşdırma isə qayınatası, general-mayor Ramiz Nağıyevin şikayəti əsasında başlayıb. X54 İşlər Nazirliyində 7-ci İdarənin, Daxili Təhqiqatlar İdarəsinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Polis Akademiyasının rəisi vəzifələrində çalışıb, hazırda təqaüddədir. Məlumata görə, polis polkovnik-leytenantı qayınatasına məxsus obyektin satışından əldə olunan pulun bir hissəsini ələ keçirməkdə ittiham olunur. Qayınatasının dediyinə görə, onun satdığı obyekti alan adam beh verməliymiş. Cavid Talıbov gedib ondan xəbərsiz 200.000 manat behi alıb. Bundan əvvəl də Cavid Talıbov öz ailəsinin keçmiş İnqilab küçəsində qaldığı evi 400 min manata satıb. Bir müddət sonra Cavid Talıbov ailəsini qoyub, çıxıb gedib. Qayınatasının 200.000 söhbəti də ondan sonra olub. Obyekti alan adam Cavid Talıbovu həm də bacısı oğluna görə tanıyırmış. Bacısı oğlu Murad Tağıyev X2-mühafizə orqanlarıyla iş şöbəsində işləyir...”, mənbə bildirib. X61 Talıbovdan şikayətçi olduğunu təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib. “Həqiqətən şikayətçi olmuşam və baş verənləri də ətraflı göstərmişəm. Əlavə sübutlar da təqdim olunub. Hazırda araşdırma gedir. Bu üzdən əlavə nəsə demək doğru olmaz” -general belə deyib. Cavid Talıbov isə həyat yoldaşı və qayınatasının onu ittiham etməsilə bağlı ümumiyyətlə, mediaya danışmaq istəməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən iddialara münasibət bildirilməyib. X55 Rayon Polis İdarəsindən əvvəl Mingəçevirdə polis rəisinin əməliyyat işləri üzrə müavini olub.” Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Meydan TV” saytından olan çıxarışdan xx.xx.2023-cü il tarixdə yuxırda “yeniavaz” saytında yayılmış eyni məzmunlu məqalənin dərc olunması müəyyən edilir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş whatsap tətbiqindən ekran görüntüsü çəkilmiş, afn.az saytında yayılma tarixi və saatı görsənməyən aşağıdakı məzmunda yazının dərc olunması müəyyən edilir. “V.Nağıyev saytımız vasitəsilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib: "Cənab nazir! Bu adam sizin rəhbərlik etdiyiniz qurum adından dələduzluq edib. Polis Azərbaycanda dövlətin və dövlətçiliyin əsas sütunlarındandır. O sistemdə "rüşvət verib işə düzələcəm" demək dələduzluqdan da ötə, cinayətdir. Üstəlik, bizə-mənə və ailəmə vurduğu maddi-mənəvi zərəri də nəzərə alsaq, Cavid Talıbovun və onun havadarlarının dərhal saxlanması, bu məsələnin araşdırılması vacibdir. Sizdən xahiş edirəm, məsələni diqqətinizdə saxlayasınız!" C.Talıbova və alqı-satqı prosesində iştirakçı olan digərlərinə zəng edib məsələ ilə bağlı açıqlama istədik. C.Talıbov V.Nağıyev və ailəsi haqda təhqiramiz ifadə səsləndirərək onu narahat etməməyimizi tələb etdi. Rəfael adlı şəxs isə bildirdi ki, alqı-satqı söhbətlərinə C.Talıbovu V.Nağıyev cəlb edib: "Vüqar özü bizə demişdi ki, Cavidlə bu proseslərdə söhbət apara bilərsiz". O da aydın oldu ki, V.Nağıyev C.Talıbova bu proseslə bağlı hər hansı yazılı hüquqi sənəd verməyibmiş. Yazıda adları keçən digər şəxslərin mövqeyini verməyə hazırıq.” məzmununda yazı həm saytda paylaşılmışdır. “Facebook” sosial media platformasından olan çıxarışdan görünür ki, Meydan TV adlı səhifə etdiyi paylaşımda qandal vurulmuş əllər karikaturasının üzərində Polis polkovniki general qayınatasına qarşı dələduzluqda ittiham olunur yazılmış şəkili paylaşıma əlavə etməkdə paylaşım etmişdir. (Paylaşımın mətni isə şikayətə əlavə edilməmişdir.) xx.xx.2023-cü il tarixli Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqtaçısı, polis baş leytenantı X33 “Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, X1 Cavid adlı şəxsin ona məxsus öbyektin alınması üçün Müşviq adlı şəxsdən 200000 manat pul məbləğini beh kimi alması və ona verməməsi, həmçinin ailəsini öldürməklə hədə qorxu gəlməsi barədə məlumatı əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytinantı X9 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X32 şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə hər hansı cinayətin tərkib əlamətləri müəyyən olunmadığından material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərardan müəyyən olunur ki, X39 araşdırma zamanı izahatında Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən mağazanı satmaq üçün X32 oğlu olan Vüqarın narkotik istifadəçisi olduğu üçün sənədləşmə işlərini ona tapşırdığını, X46 ona 200.000 manat beh məbləğinin X34 verdiyini, bir müddət sonra isə ailə daxili problemlər yarandığından həmin məbləği geri qaytarmağını istəyib və bundan sonra beh kimi alınan 200.000 manat məbləği Müşfiq adlı şəxsə geri qaytardığını bildirmişdir. Həmin qərardan o da müəyyən olunur ki, X35 araşdırma zamanı izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən mağazanı pilot layihə qismində yenidən tikərək X36 təhvil verib və bir müddət sonra həmin mağazanı ona satmağı təklif etmiş və 1.200.000 manata razılaşmışlar, bundan sonra 200.000 manat məbləği X1 olan Cavidə beh kimi verilmiş, bir müddət sonra X32 ona zəng edərək Cavidə verilən 200.000 manat məbləğin çatmadığını və Cavidin mənimsədiyini bildirmiş, ailə daxili problemlərinin olduğunu anlayaraq Cavidə beh kimi verilən məbləğin geri qaytarmağını bildirmiş və sonucu da məbləği ona geri qaytarmışdır. X46 barəsində xususi ittiham qaydasında verilmiş şikayətə xx.xx.2024-cü il tarixdə yazılı qaydada etiraz verərərk etirazında aşağıdakıları göstərmişdir: “Verilmiş şikayət ərizəsi tam əsassızdır. X3 onun tanışı X13 qanunsuz olaraq aldığı 200.000 manat pul söhbətini eşidən kimi mən başladım tanışlarıma zəng edərək onları xəbərdar edim ki, "Aman günüdür, birdən kürəkənim Cavid sizdən pul istəsə, ona qətiyyən pul verməyin!". Bu söhbət təbii ki, yayıldı. Bu söhbətlərdən (hadisələrdən) xəbər tutan saytın əməkdaşları mənə zəng edib hadisə ilə bağlı açıqlama istədilər və mən onlara "xahiş edirəm siz qarışmayın, bu ailədaxili işdir, kürəkənim səhv edib və özü problemini həll edəcək" demişdim. Bundan sonra onlar mənim xəbərim və razılığım olmadan bizim tanışlarımızdan əldə etdikləri dəqiq olmayan həmin məlumatları saytlarına yerləşdirmişdirlər. Onların qarşısını almaq mənim qüvvəm xaricində idi. Biz bilirik ki, jurnalistlər oradan-buradan 1-2 kiçicik məlumatı əldə edən kimi onu şişirdib sensasiya səviyyəsinə çatdırırlar, yəni "Milçəyi böyüdüb Fil edirlər!" Bununla bərabər, sosial şəbəkədə kürəkənim Talıbov Cavidin mənim tanışım X13 200.000 (iki yüz min) manat beh pulu almağı qeyd edilmişdir. Bu yalan deyil və təkzib edilməz faktdır. Yəni, heç kim ərizəçiyə böhtan atmır. Şikayətçi məhkəməyə verdiyi ərizəsində bunun böhtan olduğunu qeyd etsə də, onun 200.000 manat beh pulunu 16 iyun 2023-cü il tarixdə qanunsuz almağına dair öz xətti ilə yazıb imzaladığı qəbz vardır. Ərizəçi verdiyi həmin qəbzdə yazmışdır: "X19 200.000 AZN pulu beh olaraq götürdüm kassadan. xx.xx.2023. Talıbov Cavid və imzası". Qeyd etdiyim kimi o mənə çatası 200.000 manat pulu X13 qanunsuz almağını dana bilməz. Çünki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən həmin obyektin sahibi X17 həmin obyektin mühafizə kamerasından həmin gün-xx.xx.2023cü il tarixdə pulu qanunsuz olaraq götürməyə gəldiyi zaman X31 həm ön, həm də arxa fondan görüntüsü mühafizə kamerasında qeydə alınmışdır. Talıbov tərəfindən aldadılan şəxs Müşviq Vəliyev obyektin mühafizə kamerasının yaddaşından həmin görüntüləri iki fonda çap edərək istintaqa təqdim etmişdir. Bakı Polis İdarəsində təhqiqat materiallarına əlavə olunması üçün bu görüntüləri təqdim etmişdir. Həmçinin həmin görüntü şəkillərini də bizə də vermişdir (biz həmin görüntülərin şəklini məhkəməyə təqdim edirik). Fikrimin davamı olaraq qeyd edim ki, C.Talıbovun 200.000 manat pulu qanunsuz olaraq götürməsi barədə Binəqədi rayon polis idarəsində təhqiqat araşdırması zamanı, o həmin 200.000 manat pulu X26 qaytarsa da, hal-hazırda ibtidai araşdırma Binəqədi rayon prokurorluğunda davam etdirilir. Ərizənin ikinci hissəsində mənim ona rüşvət verərək vəzifədən getməsi barədə böhtan atdığımı göstərir. Bildirmək istəyirəm ki, mən ömrümün çox hissəsini-demək olar ki, hamısını polis işinə həsr etmişəm, yəni polis leytenantı rütbəsindən rayon polis müstəntiqi vəzifəsindən bir neçə baş idarənin rəisi vəzǝfələrinə təyin edilmişəm. Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, DİN Polis Akademiyasının rəisi kimi məsul vəzifələrə təyin edilmişəm. Təvəzökarlıqdan uzaq olsa da qeyd edim ki, Polis general-mayoru rütbəsinə layiq görülmüşəm. Yəni mən bilirəm ki, DİN orqanlarında rüşvət verib vəzifəyə təyin olunmaq qəti şəkildə istisna olan haldır. Mən mümkün olmayan bu fikri heç vaxt dilimə gətirib danışmaram. Ərizəçinin özünün orda-burda, öz əhatəsində (çevrəsində) olan şəxslərə bu barədə söhbətlər etməsini mən də eşitmişəm. Amma mən heç bir fikir bildirməmişəm. Hətta bu barədə mənə zəng edib sual verən jurnalistlərə demişəm ki, "Bizim daxili işlər orqanlarında rəhbər vəzifələrə təyin edilmə əməkdaşın mükəmməl hüquqi savadı, yüksək peşə hazırlığı və böyük dünya görüşünə malik olması yoxlanılaraq təyin edilir." Burada bir xüsusatı da qeyd edim ki, ərizəçi Mingəçevir şəhər polis idarəsinin əməliyyat üzrə rəis müavini işləyərkən vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə "öz ərizəsi" əsasında tutduğu vəzifədən "mədəni şəkildə” azad edilərək aşağı vəzifəyə, yəni adi rayon polis idarəsində sıravi əməliyyatçı vəzifəsinə təyin edildi. Amma bir neçə aydan sonra o, həmin sıravi əməliyyatçı vəzifəsindən də azad edilərək X44 tamamilə xaric edilmişdir. Hal-hazırda işsiz şəxsdir. Mən hal-hazırda da bu X3 2 uşağını, yəni nəvələrimi: Polşa Respublikasının Wroclaw şəhərində Wroclaw Universitetinin "Elm və Texnologiya" fakültəsinin 4-cü kursunda oxuyan 16 avqust 2002-ci il təvəllüdlü X27 və İtaliyanın Milano şəhərində NABA universitetinin "Moda dizaynı" fakültəsinin 1-ci kursunda oxuyan 02 may 2005-ci il təvəllüdlü X18 təhsil, kirayə və əlavə xərclərini ödəyirəm. Belə ki, nəvələrimdən Elvira Talıblının illik təhsil haqqı 16.000 euro təşkil edir, bundan əlave ayda ona 750 euro kirayə pulu və 600 euro yemək-içmək xərclərinin pulunu göndərirəm. X15 1 illik təhsil haqqı 29.150 (iyirmi doqquz min yüz elli) euro təşlik edir ki, həmin xərcləri mən qarşılayıram. Digər nəvəm X22 isə illik təhsil haqqı 3.500 (üç min yeddi yüz) euro təşkil edir. Ona hər ay 370 euro mənzil kirayə pulu və 770 euro isə yemək- içmək xərclərinin pulunu da göndərirəm. Yəni nəvəm X22 Polşada bir illik təhsili və yaşam xərci üçün 13.760 (on üç min yeddi yüz altmış) euro ödəyirəm. Bu ərizəçi şəxs övlardlarına maddi və mənəvi dəstək olmur, hətta övladları ilə danışmır. Onların heç bir işi ilə maraqlanmır. Ona görə də nəvələrimin bütün xərclərini mən ödəyirəm. Həmçinin şikayətçi X39 qızım X23 (Abbasova) birgə nikah dövründə aldıqları (övladları ilə yaşadıqları) mənzillərini sataraq 400.000 manat pulu götürmüş və aradan çıxmışdır. Harada yaşadığı məlum deyil. X51 ailəsi ilə birgə yaşadıqları yeganə mənzili satdığına, övladlarının mənzilsiz qaldığına görə vicdanı ağrımır. Qızım və nəvələrim bir müddət mənim evimdə yaşadıqdan sonra məcbur qalaraq, ərizəçinin balalarına Yasamal qəsəbəsində yeni 4 otaqlı mənzil aldım. Cavid Talıbovun ərizəsi əsasında 07 dekabr 2023-cü il tarixdə onların nikahları pozulmuşdur. Qızımın birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakların 100.000 (yüz min) manat dəyərində olan avtomobil və 400.000 (dörd yüz min) manata satdığı mənzilinin pulunun bölünməsi barədə iddia ərizəsi Nəsimi rayon məhkəməsinin məhkəmə baxışı mərhələsindədir. Qeyd etdiklərimlə sübut olunur ki, ərizədə göstərilən Xüsusatlar tam əsassızdır. Yəni heç bir mötəbər sübutla təsdiq olunmur. X25 şikayət ərizəsi və mənim etiraz ərizəmdə qeyd etdiyim halları qanunun tələb etdiyi qaydada Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinin tələbləri qaydasında tam, obyektiv və hərtərəfli araşdırıb əsaslı və qanuni qərar qəbul edəcəyinizə inanıram.” Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X46 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd edir ki, xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X8 Cavid Abbas oğluna böhtan ataraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma halı ilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzuna zərbə vurmuşdur. X6 xx.xx.2023-cü il tarixində, saat 12:11-də və 08 sentyabr 2023-cü il tarixdə saat 14;10-da yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev180 A evdə kütləvi informasiya vasitəsi ilə CM-nin 178.3, yəni dələduzduqda və 312-ci maddəsi, yəni rüşvətvermə də bilə-bilə yalandan ona ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, X46 tərəfindən yalan olduğunu bilə-bilə hər hansı X25 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin X34 yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması məhkəmə araşdırması zamanı tədqiq olunmuş iş materialları və cinayət prosesi iştirakçılarının ifadələri ilə sübuta yetirilməmişdir. Qeyd edilməlidir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə X32 əməlinə düzgün hüquqi qiymət verilməsi baxımından xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş, yayıldığı göstərilən yazıları ayrı-ayrılıqda təhlil etməyi zəruri hesab edir. “MeydanTV” və Yeniavaz” internet informasiya ehtiyatında yayılmış “Polis polkovniki general qayınatasına qarşı dələduzluq edib” adlı yazıda Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cavid Talıbov həyat yoldaşını ölümlə hədələməkdə, qayınatasına qarşı dələduzluqda ittiham olunması qeyd edilmişdir. Halbuki, həmin yazıda X46 tərəfindən X34 böhtan atılması öz təsdiqini tapmır. Həmin yazıda konkret olaraq X46 tərəfindən hansı ifadələrin işlədilməsi göstərilmişdir. Belə ki, həmin yazıya əsasən X32 “həqiqətən şikayətçi olmuşam və baş verənləri də ətraflı göstərmişəm. Əlavə sübutlar da təqdim olunub. Hazırda araşdırma gedir. Bu üzdən əlavə nəsə demək doğru olmaz” dediyi bildirmişdir. Qeyd olunan yazıda Ramiz Nağıyevin hər hansı böhtan xarakterli məlumatı yayması təsdiqlənmir. Çünki, o ona edilmiş telefon zənginə cavab olaraq yalnız hüquq mühafizə oranlarına şikayət verdiyini təsdiq etmiş, hazırda araşdırma getdiyini, əlavə nəsə deməyin doğru olmadığını bildirmişdir. Göründüyü kimi X11 Cavid Abbas oğlu barəsində hər hansı böhtan xarakterli məlumatın kütləvi informasiya vasitəsində yayılması üçün hər hansı hərəkət etməmiş, sadəcə ona edilmiş telefon zənginə cavab olaraq hüquq mühafizə orqanına ərizə ilə müraciət etdiyini təsdiqləmişdir. Hüquq-mühafizə orqanına ərizə ilə müraciət edərkən isə ərizədə göstərilənlərin böhtan hesab edilməsi istisna edilir. Xüsusi ittihamçının təqdim etdiyi və yayıldığını bildirdiyi digər sübut AFN.AZ saytından çıxarış edilmiş yazıdır. Həmin məqalədə isə ümumiyyətlə Ramiz Nağıyevin hansısa məlumat yaymasından bəhs edilmir. Sayt vasitəsi ilə müraciət edən şəxsin isə “V.Nağıyev” olması göstərilmişdir. Ehtimal edilir ki, yazıda “V.Nağıyev” deyilən zaman hazırda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X28 övladı Vüqar Nağıyev adlı şəxs nəzərdə tutulmuşdur. Çünki yazının sonunda Cavid Talıbovun bildirdiklərini əks etdirən hissədə “Vüqar özü bizə bildirmişdi...” qeyd olunmuşdur. Həmin yazı da X32 CMnin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübut hesab edilə bilməz. Xüsusi ittihamçının təqdim etdiyi və yayıldığını bildirdiyi digər sübut isə Tiktok” sosial media platformasında “kanal24tv” adlı istifadəçi tərəfindən edilmiş “Generalın ailəsində qalmaqal – Polis zabiti olan kürəkən general qaynatasına atıb?” afişalı video paylaşımdır. Məhkəmə həmin video ilə bağlı qeyd edir ki, həmin videoyazı ilə də X46 tərəfindən CM-nin 147.2-ci maddəsində göstərilmiş cinayət əməlinin törədilməsi sübut edilmir. Belə ki, videoyazıda “Verilən məlumatı yoxlamaq üçün istefada olan polis general-mayoru Ramiz Nağıyevlə əlaqə saxladıq. Ramiz müəllim əvvəl bizimlə danışmaq istəməsə də, məsələnin məğzini öyrəndikdən sonra suallarımıza cavab verməyə razı oldu. Ramiz müəllim Cavid Talıbovun həqiqətəndə onun kürəkəni olduğunu və ailəsini atıb çıxıb getdiyini təsdiqlədi. Ramiz müəllimin sözlərinə görə, kürəkəni onun qızını aldadaraq vəzifəyə getmək üçün pul lazım olduğunu, evi satmalı olduğunu deyərək onların ailəvi yaşadıqları və ümumi əmlakları olan 400 000 manata evi satıb.O, Mingəçevir şəhərində şəhər polis idarəsində rəis müavini işləyib. Amma könlündə rəis olmaq havası oynadığından bir gün öz ərizəsi ilə vəzifəsindən çıxdı. Lakin mən dəfələrlə onu xəbərdar etdim ki, bu gün sən DİN-də pulla vəzifə ala bilməzsən. Vilayət Eyvazov kadrlarının şəxsi və iş keyfiyyətlərinə görə vəzifəyə qoyur. Səndə çalış, yaxşı işlə ki irəli çəkiləsən. Axı bax 6-7 aydır sərəncamdasan. Əgər yaxşı işçi olsaydın sənə çoxdan iş verərdilər. Vermirlər, ona görə get nə işə qoysalar işlə. Amma bu adam məndəndə xəbərsiz öz bildiyini etdi. Qızımla müştərək olan yaşadıqları evlərini, maşınını satdı ki, güya vəzifəyə gedəcək və bunun üçün ona pul lazımdır” fikirləri səsləndirilmişdir. Həmin videoyazı ilə də X4 informasiya vasitəsinə özünün deyil, bunun tam əksi olaraq kütləvi informasiya vasitəsinin nümayəndəsinin ona telefonla zəng etməsi müəyyən edilir. Yəni X12 Talıbov barəsində hər hansı böhtan xarakterli məlumatın yayılması üçün hər hansı hərəkət etməmiş, onun barəsində böhtan sayıla biləcək fikirlər səsləndirməmiş, o sadcəcə Cavid Talıbov barəsində hüquq mühafizə orqanınıa müraciət etdiyini təsdiq etmişdir. Bundan başqa Ramiz Nağıyevə məxsus olması qeyd edilərək səsləndirilən həmin fikirlər ona məxsus daşınmaz əmlakın alqı-satqısı ilə bağlı X38 200.000 manat behin alınaraq ona təqdim edilməməsi ilə bağlıdır ki, iş materialları ilə də X38 200.000 manat behin alınması, Ramiz Nağıyev tərəfindən hüquq mühafizə orqanına müraciət edildikdən sonra həmin vəsaitin qaytarılması müəyyən edilir ki, həmin hallarla bağlı səsləndirilmiş ifadələr isə böhtan hesab edilə bilməz. Xüsusi ittihamçının təqdim etdiyi digər sübut isə “Facebook” sosial media platformasından ekran göüntüsü çəkilmiş “Generalın ailəsində qalmaqal – Polis zabiti olan kürəkən general qaynatasına atıb?” afişalı və qandal vurulmuş əllər karikaturasının üzərində Polis polkovniki general qayınatasına qarşı dələduzluqda ittiham olunur yazılmış şəkili paylaşımlarda isə sadəcə xəbər portalı kimi çıxış edən səhifələr tərəfindən xəbər paylaşılması müşahidə olunur. Həmin paylaşımlardan ümumiyyətlə kiminsə kiməsə böhtan atması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, tərəflərin ifadələri və yuxarıda göstərilən araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, X5 Ramiz Tağı oğlunun qızı ilə 2001-ci ildə ailə həyatı qurmuşlar, 2023-cü ilədək münasibətləri normal davam etmiş daha sonra isə aralarında olan münasibətlər gərginləşmiş və nigahları pozulmuşdur. X52 Nağıyevin münasibətləri normal olduğu müddətdə X36 məxsus daşınmaz əmlakın satılması zamanı danışıqlarda Cavid Talıbov da iştirak etmişdir. Daha sonra Cavid Talıbovla həyat yoldaşı arasında münasibətlər gərginləşdiyindən Ramiz Nağıyevlə də münasibətləri pisləşmişdir. X64 Nağıyevə məxsus daşınmaz əmlakın alqı-satqı edilməsi üçün həmin əmlakı almaq istəyən X14 200.000 manat pul vəsaitini beh olaraq alsa da, həmin vəsaitin özünə çatmalı olduğunu hesab edərək həmin vəsaiti Ramiz Nağıyevə təqdim etməmişdir. Ramiz Nağıyev X38 beh kimi alınmış 200.000 manatı ona təqdim edilmədiyi üçün həmin vəsaitin qaytarılması ilə əlaqədar hüquq mühafizə orqanına ərizə ilə müraciət etmişdir. Həmin müraciətin araşdırılması zamanı X38 beh kimi alınmış 200.000 manat vəsait X29 geri qaytarılmış, daha sonra isə Ramiz Nağıyev həmin əmlakın alqı-satqısını həyata keçirmişdir. Ramiz Nağıyev 200.000 manatın geri qaytarılması ilə əlaqədar hüquq mühafizə orqanına müraciət etdiyi üçün kütləvi informasiya vasitələri tərəfindən ona zəng edilərək bu barədə məlumat almaq istəmişlər. Ramiz Nağıyev isə kütləvi informasiya vasitələrinin nümayəndələrinə sadəcə hüquq mühafizə orqanlarına müraciət etdiyini, sübutlarını təqdim etdiyini, bu barədə araşdırma getdiyindən əlavə hansısa məlumat verilməsinin düzgün olmamasını bildirmişdir. Göründüyü kimi Ramiz X7 barəsində hər hansı böhtan xarakaterli məlumatları hər hansı kütləvi informasiya vasitəsində yaymamışdır. X8 Cavid Abbas oğlu barəsində şikayətlə hüquq mühafizə orqanına müraciət etmişdir. Belə olan halda, X32 xüsusi ittihamçı X25 barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsi və bu barədə məlumat almaq istəyən KİV nümayəndələrinə şikayət verdiyini təsdiq etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibini yaratmır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqdiq edilmiş iş matrerialları ilə göstərilən məlumatların X46 tərəfindən yayılması təsdiq edilməmiş, bunları təsdiq edən əlavə sübutları isə xüsusi ittihamçı məhkəməyə təqdim etməmişdir. Xüsusi ittihamçı və onun nümayəndəsi həmin məlumatların X46 tərəfindən kütləvi informasiya vasitələrinə zəng edərək yayılmasını bildirmiş, həmin halları təsdiq edəcək həmin kütləvi informasiya vasitələrinin əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə gətirəcəklərini bildirərək məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Məhkəmə tərəfindən həmin şahidlərin dindirilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınsa da xüsusi ittihamçı tərəfindən şahidlər məhkəmə iclasına gətirilməmişdir. Şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Azərbaycan dilinin izahlı lüğəti”ndən də görünür ki, kütləvi sözü geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan; kütləyə xas olan mənasını bildirir. Lakin məhkəməyə təqdim olunmuş ekran görüntülərindən və cinayət prosesi iştirakçılarının ifadələrindən açıq aşkar məlum olur ki, Ramiz Nağıyev tərəfindən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X25 barəsində böhtan xarakterli məlumatların yayılması təsdiq olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X45 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X10rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X36 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X36 istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar