Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-177/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qərarı ilə CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və cəzası 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.05.2018-ci il tarixli qərarı ilə cəzası 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 10.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, subay, işləməyən, Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon X4 küçəsi, ev 1 ünvanda qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs o, özgənin əmlakını açıq talayaraq soğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi 03 dekabr 2020ci il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb, sonuncuya məxsus içərisində 34 manat nağd pul olan 10 manat dəyərində tünd boz rəngli qadın pul kisəsini və üzərində 20 manat dəyərində ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus mobil nömrə olan 280 manat dəyərində 1 ədəd Vyetnam istehsallı, 32 GB yaddaşlı, “Samsung markalı, SM-A217F/DSN modeli mobil telefonu əlindən alıb qaçaraq özü ilə aparmaqla özgənin əmlakını açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 344 (üç yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində o, tək olaraq Bakı şəhəri Binəqədi rayonu, X4 küçəsi 38 saylı ünvanın qarşısında getdiyi zaman qarşısında bir nəfər tanımadığı qadının getdiyini görmüşdür. Həmin vaxt o, arxadan həmin xanıma yaxınlaşan zaman həmin xanımın sağ əlində bir ədəd mobil telefon və bir ədəd pul kisəsi olduğunu görmüşdür.O, qərara gəlmişdir ki, xanımın əlindən mobil telefonu və pul kisəsini alıb qaçsın.Həmin xanıma yaxınlaşmadan öncə ətrafa baxmış və ətrafda heç kimin olmadığını görüb, arxadan həmin xanıma yaxınlaşmış və qəflətən xanımın sağ əlində tutduğu pul kisəsini və mobil telefonu alıb qaçan zaman xanım yerə yıxılmışdır.O, buna fikir verməyərək həmin yerdən qaçaraq uzaqlaşmışdır.Sonra yol kənarı ilə getdiyi zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun əlində olan mobil telefon və pul kisəsinin kimə məxsus olmasını soruşmuşlar. O, öncə polis əməkdaşlarına həmin mobil telefonun özünə və pul kisəsinin isə bacısına məxsus olmasını bildirsə də, polis əməkdaşları onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparmışlar.O, polis bölməsində səmimi olaraq etiraf etmişdir ki, həmin pul kisəsini və mobil telefon aparatını tanımadığı xanımın əlindən alıb qaçmışdır.Həmin pul kisəsi polis bölməsində açılan zaman pul kisəsinin içərisində 34 (otuz dörd) manat pulun olduğu müəyyən olunmuşdur. O, soyğunçuluq yolu ilə əldə etdiyi pul kisəsini və mobil telefon aparatını polis əməkdaşlarına təhvil vermişdir.O, adını sonradan polis bölməsində öyrəndiyi Zərərçəkmiş şəxs əlindən pul kisəsini və mobil telefon aparatını alıb qaçan zaman onun yanında heç kim olmamışdır.Həmçinin, o, Zərərçəkmiş şəxs əlindən pul kisəsini və mobil telefonu alıb qaçan zaman Fəranəyə heç bir bədən xəsarətləri yetirməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 03 dekabr 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi 38 saylı ünvanın qarşısı ilə tək olaraq getdiyi zaman, tanımadığı bir nəfər cavan oğlan arxadan ona yaxınlaşaraq sağ əlində tutduğu özünə məxsus “Samsung AS21” markalı, mobil telefonunu və içərisində 34 (otuz dörd) manat pulu olan pul kisəsini əlindən alıb qaçmağa başlamışdır.Həmin vaxt o, ətrafa baxmış və ətrafda polis əməkdaşlarının olduğunu görüb polis əməkdaşlarına baş vermiş hadisə barəsində məlumat vermişdir.Bundan sonra o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə getmiş və polis bölməsində izahat verdiyi zaman, ona qarşı soyğunçuluq edən şəxsi polis əməkdaşları polis bölməsinə gətirmişlər.Polis bölməsində ona məlum olmuşdur ki, ona qarşı soyğunçuluq edən şəxs Təqsirləndirilən şəxsdur.Təqsirləndirilən şəxs ona məxsus “Samsung AS 21” markalı mobil telefonunu və içərisində 34 manat pul olan pul kisəsini polis əməkdaşlarına təhvil vermişdir.Həmin hadisə zamanı hava qaranlıq olduğundan, həmin şəxs ona arxadan yaxınlaşmış və dərhal qaçmağa başladığı üçün o, həmin şəxsin üzünü görə bilməmişdir.O, həmin şəxsi arxadan gördüyü üçün, polis bölməsində onu görəndə onun bədən qurluşundan və əynində olan paltarlarından bilmişdir ki, həmin şəxs ona qarşı soyğunçuluq edən şəxsdir.Baş vermiş soyğunçuluq hadisəsi zamanı ələ keçirilmiş ona məxsus pul qabının dəyəri 40 (qırx) manat, pul kisəsinin içərisində 34 (otuz dörd) manat pul olmuşdur.Ona məxsus **********33856, **********33850 imei kodlu “Samsung As 21” markalı mobil telefonun dəyəri isə 710 manat olmuşdur.Həmçinin, mobil telefonun içərisində dəyəri 20 (iyirmi) manat təşkil edən ***-***- **-** mobil nömrə olmuşdur.Həmin hadisə zamanı ona məxsus mobil nömrənin balansında danışıq limiti olmamışdır.Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona ümumilikdə 804 (səkkiz yüz dörd) manat məbləğdə maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs onun əlindən pul qabı və telefonunu alıb qaçan zaman o, yerə yıxılsa da, həmin vaxt o, heç bir bədən xəsarəti almamışdır.Təqsirləndirilən şəxs həmin vaxt ona heç bir bədən xəsarəti yetirməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan ödənildiyi və şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 03 dekabr 2020ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində 26-80 saylı avtopatrul avtomobilində Binəqədi RPİ-nin 1-ci bölüyün 1-ci tağımın polis nəfəri Şahid2 ilə xidmət aparan zaman adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi qadın onlara yaxınlaşaraq bir nəfər kişi cinsindən olan şəxsin ona məxsus əlində olmuş pul kisəsini və “Samsung” markalı mobil telefonu alaraq qaçdığını bildirib həmin şəxsin qaçdığı istiqaməti onlara göstərmişdir.Onlar da adının sonradan Niyaz olduğunu öyrəndikləri şəxsin əlamətlərini öyrəndikdən sonra Niyazın getdiyi istiqamətə doğru avtopatrul avtomobili ilə hərəkət edərək həmin şəxsi axtarmağa başlamışlar və Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat Market”in qarşısında Niyazın əlamətlərinə oxşar bir nəfər şəxsin olduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt Niyazın əlində 1 ədəd qadın pul kisəsi və 1 ədəd “Samsung” markalı mobil telefon olduğunu görüb həmin əşyaların kimə məxsus olduğunu soruşmuşlar.Niyaz da onlara mobil telefonun özünə, pul kisəsinin isə bacısına məxsus olduğunu bildirmişdir.Buna baxmayaraq onlar baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar olaraq Niyazı Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Niyaz da etiraz etmədikdən sonra Niyazı xidməti avtomobilə əyləşdirib 5-ci PB-nə aparmışlar.Polis bölməsində həmin şəxsin şəxsiyyətinin müəyyən edilən zaman Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.Bundan sonra bu barədə qanuni tədbir görülməsi üçün bölmənin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.01.2021-ci il tarixli 9/5598 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1 ədəd Samsung markalı, SM-A217F/DSN model, 32 GB yaddaşlı, Vyetnamda istehsal edilmiş mobil telefon - 280,00 manat, 1 ədəd tünd boz rəngli, üzərində markalanma göstəricisi olmayan, zəncirbənd və basma düymə ilə bağlanan qadın pul kisəsi-10,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 14.11.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 ilə, 18.05.2018-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı cəzası 4 ilə endirilmiş və 10.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs oğu qəsdən cinayət törətməyə görə əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə CM-nin 18.1-ci maddəsinə əsasən əməlində cinayətin residivi vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 19.04.2021-ci il tarixli ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan ödənildiyindən hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, gələcəkdə də heç bir şikayət və ya tələbi olmayacaqdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.1 maddəsi ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CM-nin 180.1 -ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, CM-nin 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 dekabr 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Məmmədov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – 34 manat pul, 1 ədəd pul kisəsi və 1 ədəd «Samsunq» markalı mobil telefonun sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 04.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 34 manat pul, 1 ədəd pul kisəsi və 1 ədəd «Samsunq» markalı mobil telefonun sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-177/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-177/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver