Məhkəmə qərarları › İş №1(001)-177/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-177/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-177/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək əynində olan idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 16 iyul 2024-cü il tarixdə saat 16:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 17:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Onu polis bölməsinə Anar, Ərşad və bir nəfər də cavan oğlan aparmışdır. Rəcəb isə həmin əməliyyat tədbirində iştirak etməmişdir. Video çəkiliş aparılan zaman isə çox adam olmuşdur. Rəcəbin həmin vaxtı çəkilişdə olub-olmaması yadında deyildir. Növbəti gün isə onu ekspertizaya Rəcəb aparmışdır. Həmçinin onu bölməyə sedan avtomobil ilə deyil, hündür qara rəngli avtomobil ilə aparmışdılar. Həmin avtomobili isə Anar adlı şəxs idarə edirdi. Avtomobilin nömrəsi yadında qalmamışdır. Bundan başqa onu ittihamda qeyd edilən küçədə saxlamamışlar. Saxlanıldığı zaman o telefonla danışırdı, Ərşad ona yaxınlaşaraq telefonu qulağından çəkib götürmüşdür. Anar isə avtomobili sürüb onun yanında saxlamış, daha sonra onu Ərşadla bir cavan oğlan avtomobilə əyləşdirib aparmışlar. İttiham aktında qeyd edilir ki, o, narkotik vasitəni guya 15 iyul 2024-cü il tarixdə Yasamaldan almışdır. Lakin onun telefonunda Sulutəpə ərazisində narkotik vasitə satan 10-12 nəfər şəxsin nömrəsi vardır. O, əgər narkotik vasitə alsa idi, həmin şəxslərdən götürərdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 2-3 ildir narkotik vasitə olan heroindən istifadə edir və 2017-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını 11 saylı Cəzaçəkmə Müəssisəsində çəkib 2023-cü ilin avqust ayında azadlığa buraxılmışdır. Eyni zamanda o, 15 iyul 2024-cü il tarixdə saat 10 radələrində özünə narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlandırılan sahəyə getmiş və yol kənarında dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşıb narkotik vasitə olan heroinin olub-olmamasını soruşmuşdur. Heroin olmasını öyrəndikdən sonra həmin şəxsə 10 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd bükümdə heroini almış və içərisinə baxdıqda heroin aldığına əmin olduqdan sonra həmin bükümü əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq oradan ayrılmışdır. Fikirləşirmişdir ki, ayağındakı ağrılar şiddətləndikdə istifadə edər. O, 16 iyul 2024-cü il tarixdə saat 16:10 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanın qarşısında olduqda ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları kimi təqdim etmiş və ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində heç bir sənədinin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsində və istifadəsində, dövriyyəsində şübhəli olduğunu bildirib onu 40-cı PB-nin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Binəqədi RPİ-nin 40-cı PB- nə gəlmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquqlarınmın müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağını və üzərində şəxsi axtarış aparılacağını izah edilmişdir. O, müdafiəçi ilə təmin olunmağına, eləcə də vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış və baxış keçirilməsi prosesinə etiraz etməmiş, buna dair ərizə yazaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı və onu küçədə saxlayan polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilməsi prosesi başlanmışdır. Təhqiqatçı tərəfindən ondan üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də qanunsuz nə varsa təqdim etməyi xahiş edilmişdir. O, da əynində olan qara rəndli idman şalvarının sağ yan cibində saxladığı içərisində 01 ədəd heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşı tərəfindən videokameraya çəkilirmiş. İçərisində heroin olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümün içərisində olan maddənin nə olduğu və haradan əldə etdiyi soruşulmuşdur. O, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlandırılan ərazidə tanıdığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını etiraf etmişdir. Bundan başqa təhqiqatçı tərəfindən onun üzərində aparılan şəxsi axtarış zamanı heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Daha sonra təhqiqatçı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat almışdır. O, izahatında bir daha təsdiq etmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki maddə narkotik vasitə olan heroindir, həmin bükümü Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlandırılan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, xx.xx.2024-cü il tarixdə polis tərəfindən saxlanılmamışdan 5-6 gün əvvəl pilləkəndən yıxıldığı üçün sağ ayağından və bədən səthindən xəsarətlər aldığını, sonradan travmatalogiya institutuna müraciət edərək müalicə götürsə də müalicəsinin bitmədiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi tanımadığını, anket məlumatları və mobil telefon nömrəsi barədə heç bir məlumatının olmadığını, həmin şəxsin arıq bədən quruluşlu, əsmər, təxminən 22- 05 yaşlarında və 165-170 sm boyu olan bir şəxs olduğunu, heç bir ruhi-əsəb və başqa xəstəliklərindən əziyyət çəkmədiyini, bunlarla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, əməliyyatda iştirak edənlər polis əməkdaşlarının yalan danışdığını bildirməklə məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 16 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərkibinə onun və digər polis əməkdaşı Şahid1 daxil edildiyi əməliyyat qrupu yaradılmışdır. Şahid1 əməliyyat müvəkkilidir və əməliyyat məlumatı Şahid1 verilmişdi. Onlar əməliyyat tədbirinə Ərşad Məmmdəliyə məxsus dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı qara rəngli avtomobillə getmişlər. 16 iyul 2024-cü il tarixdə saat 16:10-da Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və həmin istintaq hərəkətində o və Şahid1 də iştirak etmişdir. İstintaq hərəkəti video-çəkiliş aparılmaqla baş tutmuşdur və həmin zaman Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmiş və suallara cavab olaraq narkotik vasitəni Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir formada təzyiq olmamış, sonuncu özü törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs ayağında şiş var idi və yaxşı yeriyə bilmirdi. Təqsirləndirilən şəxs səmimi şəkildə ağrıları olduğu üçün narkotik vasitə istifadə etdiyini etiraf etmiş, həmçinin ayağının şişib, göyərməsi ilə əlaqədar isə usta işlədiyini və iş zamanı yıxıldığını bildirmişdir. Təqsirləndirilən şəxs onun əməliyyat tədbirində iştirak etməməsi barədə bildirdikləri həqiqəti əks etdirmir, o Təqsirləndirilən şəxs saxlanılmasında da, bölmədə üzərində baxış keçirilməsində də iştirak etmişdir. Ola bilər ki, Təqsirləndirilən şəxs həmin zaman ağrıları olduğu üçün hadisələri düzgün xatırlaya bilmir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 16 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərkibinə onun və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru Şahid2 daxil olduğu əməliyyət qrupu yaradılmışdır. 16 iyul 2024-cü il tarixdə saat 16:10-da Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağında video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini könüllü təqdim etmiş və həmin narkotik vasitəni Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Əməliyyata onun onun avtomobili ilə getmişlər və avtomobili özü idarə edirdi. Həmin avtomobil hal-hazırda onda deyil, “BMW” markalı, qara rəngli sedan avtomobil idi. Avtomobili 2024-cü ilun yay aylarında satdığı üçün dövlət qeydiyyat nişanını xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,306 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 16:10-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdən sonra o əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümdə narkotik vasitə hesab olunan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş və heroini Yasamal rayonu, “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən üzərində saxladığını bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskdə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3660 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 234” dairəvi möhür əksləri olan "şübhəli Təqsirləndirilən şəxs “imza"; ə/m Şahid1 “imza”; s/r Şahid2 “imza”; X5 “imza”; X3 “imza” yazıları olan qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,306 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,256 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat olmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə heroin aldığını və ağrıları şiddətlənəndə istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 16:10-da polis əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirildiyini, bölmədə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı həmin narkotik vasitəni təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və “ifadəmi oxudum, doğru yazılıb və imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imza etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə heroin aldığını və ağrıları şiddətlənəndə istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 16:10-da polis əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirildiyini, bölmədə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı həmin narkotik vasitəni təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə doğru yazılıb və düzgün yazılmasını imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imza etmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,306 qram olmuş narkotik vasitə heroin, lakin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,256 qram narkotik vasitə olan heroin, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmışdır. Maddi subut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,256 qram narkotik vasitə olan heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 29, 177.2.2, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 3 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qutarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-379/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının 12 may 2020-ci il tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(001)-562/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-379/2020 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclası zamanı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş, şahidlərin və təqsirləndirilən şəxsin anten məlumatlarını əks etdirən 3 ədəd diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə əksini tapmış xüsusatlar Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşməməklə ziddiyyət təşkil edir və şahidlərin istifadəsində olmuş telefonların anten dairələri ilə təqsirləndirilən şəxsin istifadəsində olmuş telefonun anten dairələri yaxın əraziləri göstərir. Yəni həmin anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin qeyd etdiyi kimi onun saxlanılmasında Şahid2 iştirak etməməsi öz təsdiqini tapmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-727/2024 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Mələk Babayeva adlı övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə narkotik vasitə olmamaması, onun saxlanılmasında Şahid2 iştirak etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və narkotik vasitəni şəxsən təqdim etmiş, həmin narkotik vasitənin özünə məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Bundan başqa cinayət işinin başlandığı andan məhkəmə istintaqı başlanadək təqsirləndirilən şəxs hazırda məhkəmə iclasında bildirdikləri hallar barədə müdafiəçisinə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hər hansı məlumat bildirməmiş, onun barəsində başlanmış cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 və Şahid1 məhkəmə iclasında oxşarməzmunlu ifadə verərək bildirmişlər ki, 16 iyul 2024-cü il tarixdə saat 16:10-da Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağında video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini könüllü təqdim etmiş və həmin narkotik vasitəni Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsəisəbilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqirləndirilən nşəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan narkotik vasitə heroin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM-59.2). Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda yaxud qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətinxarakteri,ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.Belə ki,məhkumluğu olan şəxstərəfindən yenicinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-379/2020 saylı hökmü ilə Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının 12 may 2020-ci il tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(001)-562/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğun ödənilməsi məhkumun cəza çəkməkdən azad edildiyi vaxtdan hesablandığı və az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluğun cəza çəkib qurtarıldığı gündən iki il keçdikdə ödənildiyi nəzərə alınmaqla qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə nəzərdə tutulmuş cinayət əməlini 16 iyul 2024-cü il tarixdə, yəni Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-379/2020 saylı hökmü ilə CM-nin 67.1-ci maddəsinə əsasən ona hökümlərin məcmusu üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gününü şərti olaraq vaxtından əvvəl azad edildiyi xx.xx.2023-cü il tarixdən iki il keçməmiş törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli hökmləri üzrə onun üzərində yaranmış məhkumluqlar ödənilmədən törətmişdir. Beləliklə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab edildiyi üçün Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın (cinayətlərin residivi) olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən az olmamalıdır. Bundan başqa məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 (iki) gün müddət şübhəli və təqsirləndirilən şəxs statusunda tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halın (cinayətin təhlükəli residivi) olması ilə yanaşı, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təhlükəli residivə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,306 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,256 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir ) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,256 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar