Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-178/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 10, ünvanında yetkinlik yaşına şatmayan Zərərçəkmiş şəxs onun ailəsinin ünvanına nalayiq ifadələr deməsi səbəbdən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə boğazından tutub iki dəfə yuxarı qaldırıb yerə çırparaq, sağ əlin V daraq sümüyünün distal üçün yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ögey qızı 17 yaşlı Şəlalə onun yaşadığı evdən bir az kənarda yaşayan xalası İlahə Gülmalıyevanın yaşadığı evə qonaq getmişdir. 09.08.2020-ci il tarixdə saat 21:20 radələrində o, evdə olan zaman istifadəsində olan mobil telefonuna zəng gəlmişdir. O, telefonuna cavab verəndə onunla danışanın qızı Şəlalənin olduğunu bilmişdir. Şəlalə ona telefonu danışmaq üçün anası Aynur Gülmalıyevaya verməyini bildirmiş və o, telefonu Aynura vermişdir. Aynur Şəlalə ilə bir az telefonda danışdıqdan sonra ona yaxınlıqda yaşayan bacısı İlahə Gülmalıyevanın yaşadığı evlərinə getmələrini və İlahənin qonşular ilə dava-dalaş etdiyini bildirmişdir. O, Aynurla 09.08.2020-ci il tarixdə dərhal evdən çıxıb İlahənin yaşadığı ünvan istiqamətinə hərəkət etməyə başlamışdır. Həmin vaxt o, Aynurdan təxminən 40 metr öndə hərəkət etmişdir. Onlar saat təxminən 22 radələrində İlahənin yaşadığı ünvana çatanda bir çox insanların küçədə olduğunu görmüşdür. O, İlahənin yaşadığı evinin həyətinə daxil olmuşdur. Aynur isə ondan arxada gəlmişdir. O, həyətdə İlahəni, qaynanası Şərqiyyəni, qızı Şəlaləni və İlahənin uşaqlarını görmüşdür. O, nə baş verdiyini soruşanda küçədə arvadı Aynurun yüksəkdən qışqırıq səsini eşitmişdir. O, dərhal küçəyə çıxıb bir çox insanın küçədə olduğunu və arvadı Aynurun tanımadığı bir nəfər kişi ilə mübahisə etdiyini görmüşdür. O, həmin kişiyə yaxınlaşıb arxadan kişini qucaqlayıb kənara çəkmişdir. Həmin vaxt tanımadığı və bir nəfər qadın onu arxadan köynəyindən tutaraq dartıb cırmışdır. Sonra o, arxaya çönəndə İlahənin yerə yıxılaraq huşunu itirdiyini görmüşdür. O, tez İlahəni yerdən qaldırıb yaşadığı həyətə aparmışdır. Təxminən 10 dəqiqədən sonra polislər İlahənin yaşadığı ünvana gələrək hadisəni sənədləşdirdikdən sonra çıxıb getmişlər. O, Zərərçəkmiş şəxs tanımamış, həmin dava-dalaş zamanı heç kəsi vurmamış, nə də ki, Kamalın boğazından qaldırıb yerə çırpmamışdır. O, həmin hadisə zamanı heç kiminlə dava-dalaş etməmişdir. O, hadisə vaxtı orada olsa da, Kamalın boğazından tutub yerə çırpmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu ərazisində 182 nömrəli tam orta məktəbin X sinif şagirdidir. X4 üzdən tanımışdır. İlahə 2020-ci ilin iyun ayının təxminən əvvəllərində ailəsi ilə onun yaşadığı məhəlləyə köçərək kirayədə yaşamışdır. İlahə onlarla qonşu olduqları üçün İlahənin uşaqları küçəyə çıxaraq bacısı Fidanla oyunoynamışdır. 09.08.2020-ci il tarixdə 10 yaşlı bacısı Fidan İsmayılova yaşadıqları evə gələrək məhəllədə onunla oyun oynayan həmyaşıdı olan İlahənin qızı tərəfindən döyldüyünü demişdir. O da tez bayıra çıxıb küçədə bir neçə azyaşlı uçağın oyun oynadığını görmüşdür. Uşaqlara bacısı Fidanın niyə, nə üstə və kim tərəfindən döyülməsi ilə bağlı suallar vermişdir. Uşaqların içərisindən bir nəfər bacısı Fidanla həmyaşıd olan adını bilmədiyi, İlahənin qızı olduğunu bildiyi qız ona cavablarında Fidanı döydüyünü bildirmişdir. Sonra həmin qız ona kinayəli sözlər dediyi üçün o, qonşuluqda yaşayan İlahəgilin yaşadığı ünvana gedib yaşadıqları evin küçəyə açılan həyət qapısını əli ilə döyməyə başlamışdır. Həmin vaxt həyətdən ona cavab verərək küçəyə çıxan bir yaşlı qadının, İlahənin və İlahənin adını bilmədiyi bacısının olduğunu görmüşdür. O, həmin vaxt onlara bacısı Fidanın onların küçədə oyun oynayan uşaqları tərəfindən döyüldüyünü və eyni zamanda uşaqlarına tərbiyə vermələrin bildirmişdir. Onun bu sözündən sonra İlahə ona irad bildirərək “sən get öz tərbiyənə bax!” sözünü deyərək onunla ləyaqətinə toxundurucu sözlər deməklə onu təhqir etməyə başlamışdır. O isə İlahənin ona dediyi sözləri özünə qaytaranda anası Şahid1 yaşadıqları evdən bayıra çıxıb gələrək ona evə getməsini bildirmişdir. O, anasının sözünə qulaq asıb yaşadığı evinə getmişdir. Sonra anası həmin İlahə ilə bir az söhbət etdikdən sonra evə gəlmişdir. Anası Yeganə qonşu qadınına təhqiredici cavab qaytardığına görə ona öz iradını bildirmişdir. Yaranmış mübahisədən təxminən 3 saat sonra o, evdən bayıra çıxıb qonşu uşaqları Mirzə və Pünhan adlı şəxslərlə yaxınlıqda yerləşən ərzaq mağazasına getməli olmuşdur. O, mağazanın qarşısına çatanda İlahənin mağazadan çıxaraq onun tərəfə hərəkət etdiyini görmüşdür. İlahə ona yaxınlaşaraq üzünə tüpürərək sifətindən 4-5 dəfə sillə vurmuşdur. O isə cavab olaraq İlahənin üzünə tüpürmüşdür. Onun hərəkətlərini kənardan tanımadığı bir nəfər kişi görərək ona öz iradını bildirmiş və qadınla elə rəftarın yol verilməməsini izah etmişdir. Sonra o, iradları qəbul edib yanında olan qonşu uşaqlarla məhəllədə gəzməyə davam etmişlər. O, təxminən 5 dəqiqədən sonra yaşadığı evə gedən zaman küçədə görmüşdür ki, İlahənin qızı onların evlərinin küçəyə açılan həyət qapısını daş parçası ilə döymüşdür. O, həmin qıza yaxınlaşıb evlərinin qapısının daş parçası ilə döyməməyini bildirib uçağı kənara çəkmişdir. Həmin vaxt anası Yeganə evdən bayıra çıxıb onun yanına gəlib nə baş verdiyini soruşanda İlahə kənardan yaşadığı evinin qarşısından küçə söyüşləri ilə onları söyüb təhqir etməyə başlamışdır. Sonra qonşuları Azər adlı şəxs evindən küçəyə çıxıb söyüş söyməmək üçün iradını bildirib onları evlərinə yola salmağa çalışmışdır. Sonra o, evlərinə məxsus olan telefonla atasının istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək qonşu İlahə ilə onların arasında olan mübahisəni atasına danışmalı olmuşdur. 09.08.2020-ci il tarixdə saat təxminən 22:00 radələrində atası evə gələrək onunla birlikdə, yəni anası Yeganə, atası Famil və o, evini İlahəyə kirayə verən qonşuları Müşviqin yaşadığı ünvana getmişlər. Onların Müşviqin yaşadığı evinə getmələrində məqsədləri Müşviqin evində kirayə yaşayan İlahəyə bir ev sahibi kimi öz iradını bildirməsi və lazım olsa həmin şəxsi kirayədən çıxarması olmuşdur. Atası Müşviq ilə söhbət edəndə ona və anasına evlərinə getməyi bildirmişdir. O, anası Yeganə ilə Müşviqgilin evlərindən çıxıb öz evləri istiqamətə hərəkət etməyə başlamışdır. O, həmin vaxt anasından təxminən 20 metr öndə hərəkət edərək evlərinə gedirmiş. O, evlərinə çatan zaman küçədə olanda əvvəllər tanımadığı, hündürboylu, sifətdən ilk dəfə gördüyü şəxs qonşuların yanında ona yaxınlaşaraq “kim söydü mənim nəslimə” sualını vermişdir. O da isə həmin şəxsə cavabında o, söydüyünü bildirmişdir. Onun bu sözündən sonra həmin şəxs qəflətən onun boğazından iki əlli tutub qolları yuxarı uzanana qədər qaldırmışdır. Həmin vaxt onun ayaqları yerdən üzülmüş, sonra həmin şəxs onu güclə yerə çırpmışdır. Həmin vaxt anası araya girib ona kömək etmək istəyərkən adının sonradan Elnur olduğunu öyrəndiyi şəxs anasını kənara itələyib onu ayağa qalxmağa qoymadan təkrar olaraq yenə iki əli ilə boğazından tutub yuxarı qaldırıb var gücü ilə ikinci dəfə yerə çırpmışdır. Elnur onu ikinci dəfə yerə çırpan zaman onun sağ qolu bədəninin altında qalaraq sınmışdır. Həmin vaxt anası Yeganə onu yerə çırpan kişinin, yəni Elnurun qarşısına keçib sakitləşdirmək istədikdə İlahə arxadan anasının saçından tutub yolaraq yerə yıxmışdır. Sonra qonşuluqda yaşayan Vüsal adlı şəxs onu sakitləşdirmək məqsədi ilə öz yaşadığı evinə aparmışdır. Sonra anası DİN-nin 102 xidmətinə zəng edərək döyülmələri ilə bağlı məlumat vermişdir. Təxminən 30 dəqiqədən sonra polislər onların yaşadıqları ünvana gələrək ərizələrini qəbul edib qonşu İlahəgillə arasında yaranmış münaqişəni, yəni hadisəni sənədləşdirib bədənlərində xəsarətlərin olduğuna görə anasına və ona MTE-dən keçmək üçün məktub vermişlər. O, İlahənin qapısına gedib Ləmanın fit çalması ilə bağlı irad bildirməmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Şahid1 onun arvadı, Zərərçəkmiş şəxs isə doğma oğludur. 09.08.2020-ci il tarixdə saat 19-20 radələrində oğlu Kamal ona telefonla zəng edərək qonşuluqda yaşayan qadın tərəfindən döydüyünü bildirmişdir. Bu səbəbdən yaşadığı ünvana getmiş və Kamaldan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Kamal ona qonşuluqda yaşayan İlahə adlı qadının onu şillə ilə vurduğunu bildirmişdir. O, oğlu Kamalı və arvadı Yeganəni götürüb qonşuluqda kirayə yaşayan İlahənin ev sahibi olan Müşfiqin yaşadığı ünvana getmişdir. Həmin vaxt o, Yeganə və Kamala yaşadıqları evə getmələrini bildirib Müşviqlə söhbət etməyə başlamışdır. Kamal və Yeganə isə yaşadıqları evə getmək üçün Müşviqin yaşadığı evdən çıxmışlar. Söhbət zamanı Müşviq ona evində kirayə yaşayan İlahəni səhəri gün kirayədən çıxaracağını demişdir. Bundan sonra o, Müşviqlə söhbət edə-edə evinə doğru gələn zaman qonşuluqda yaşayan Aynur, İlahə və Şərqiyyənin arvadı Yeganə ilə mübahisə edərək Yeganəni yerə yıxıb saçından yolduqlarını görmüşdür. O, tez yaxınlaşıb qadınları kənara itələyib onları ayırmağa çalışmışdır. Həmin vaxt adını sonradan öyrəndiyi Aynur adlı qadın onları arvadı Yeganədən uzaqlaşdıran zaman onun üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Polis əməkdaşları gəldikdən sonra o, onlara hadisə barədə məlumat vermişdir. Daha sonra evdə olan zaman oğlu Kamal və Yeganə ona Aynurun qeyri-rəsmi olaraq yaşadığı Elnur adlı şəxsin oğlu Kamalın üzərinə gedərək iki əli ilə Kamalın boğazından tutaraq ayağını yerdən üzməklə yuxarı qaldırıb iki dəfə yerə çırpdığını bildirmişdir. Həmçinin həmin vaxt oğlu Kamal Elnurun onu qaldırıb yerə çırpan zaman əlindən xəsarət aldığını bildirmişdir. Buna görə də Kamalı müayinə etdirmək üçün Travmatologiya xəstəxanasına aparmışdır. Orada həkimlər Kamalı müayinə edərək Kamalın sol əlinin beşinci daraq sümüyünün sındığını bildirmişlər. Xəstəxanada Kamalın sol əli gipsə qoyulmuş və onlar oradan yaşadıqları evə geri qayıtmışlar. Elnuru əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09.08.2020-ci il tarixdə saat təxminən 12 radələrində azyaşlı qızı küçədə oyun oynayan zaman qonşuluqda kirayədə yaşayan sonradan şəxsiyyəti ona məlum olan X3 bacısı qızı tərəfindən təhqir olunması və buna cavab olaraq oğlu Zərərçəkmiş şəxs İlahənin yaşadığı ünvana gedərək qapılarını döymüş, İlahəyə bacısı qızının hərəkətlərinə son qoyulması iradını bildirmişdir. Kamalın iradı İlahənin xoşuna gəlmədikdə buna cavab olaraq yaşadığı ünvana gələrək onu küçəyə çağırıb Kamalı ona şikayət etmişdir. O da Kamalı evə çağırıb öz iradını bildirmişdir. Həmin gün saat təxminən 16 radələrində Kamal ondan icazə alaraq dostları ilə bir az məhəllədə gəzib dolaşdıqdan sonra evə qayıdacağını bildirmişdir. O, Kamala icazə vermişdir. Həmin günü saat təxminən 19 radələrində o, evdə olan zaman yaşadığı evin həyət qapısının daşla döyüldüyünü eşitmişdir. O, dərhal küçəyə çıxıb qapının qarşısında oğlu Kamalın qonşuluqda yaşayan İlahənin qızına qapını daşla döydüyünə irad tutduğunu görmüşdür. Həmin vaxt ondan bir az aralıda təxminən 40 metr ara məsafəsində İlahənin yüksək səslə onların ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. O, İlahəyə baş qoşmadan Kamala evə gedib atasına zəng edib evə çağırmasını bildirmişdir. Onun məqsədi əri Famil ilə həmin qadına evi kirayə verən şəxsin evinə gedib kirayəşinləri barədə ölçü götürməsi barədə hər hansı bir tədbir görməsi olmuşdur. Həmin gün saat 20 radələrində əri Nümayəndə evə gəlmiş və onlar Familə olmuş hadisələri danışmışlar. Sonra Famillə birlikdə o və oğlu qonşuluqda yaşayan İlahəyə evini kirayə verən Müşviqin yaşadığı ünvana getmişlər. Həmin vaxt əri Famil qonşu Müşviqlə İlahənin onlara qarşı etdiyi hərəkətlər barədə söhbət etməyə başlamış, Kamal və ona isə evə getmələrin bildirmişdir. O, Kamal ilə birlikdə yaşadığı ev istiqamətində hərəkət etməyə başlamış, Kamal iti yerişləri ilə ondan təxminən 15-20 metr öndə, o isə Kamalı izləyərək arxası ilə hərəkət etmişdir. Onlar evə çatana yaxın adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs küçədə sağa-sola baxaraq “kim söyüb mənim nəslimə?” sualını yüksək səslə ətrafdakı insanlara verməyə başlamışdır. Həmin vaxt Kamal Elnurun qarşısında duraraq “mən söymüşəm” cavabını vermişdir. Elnur iki əli ilə qəflətən Kamalın boğazından tutaraq ayağını yerdən üzməklə yuxarı qaldıraraq möhkəm zərbə ilə yerə çırpdığını, Kamalın isə yerə yıxıldıqdan sonra ayağa durduğunu görmüşdür. Elnur təkrar Kamalın boğazından tutub qaldırıb yerə çırpmaq istədikdə o, Elnura mane olaraq etdiyi hərəkətin qarşısını almaq istəməyə çalışmışdır. Lakin Elnur həmin vaxt əli ilə onu kənara itələyərək təkrar Kamalın boğazından iki əli ilə tutub yuxarı qaldırmaqla qəsdlə möhkəm yerə çırpmışdır. Həmin vaxt Kamal əlini tutaraq sızıldadığını görmüşdür. Həmin vaxt qəflətən görmədiyi şəxsin onun saçından tutaraq yerə yıxmış, təxminən 4-5 onu sürüdükdən sonra İlahənin və İlahənin sonradan şəxsiyyəti ona məlum olan anası X1 yolan şəxsə kömək edərək saçını yolmağa başlamışdır. Bir anlıq Familin həmin şəxsləri ondan aralayıb kənara çəkdiyini görmüşdür. Sonra polislər gəlib sakitçilik yaradaraq araşdırma və sənədləşdirmə işləri aparmışlar. İlahə Gülmalıyeva yalan danışır, o, İlahənin bacısı qızı Şəlalə adlı qızın saçından tutub yolmamışdır. O, Elnurun köynəyini dartıb cırmamışdır. Aralarında olan münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilmişdir. İfadəsində göstərmişdir ki, 09.08.2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində o, yaşadığı evdə olan zaman küçədə səs-küy gəldiyini eşitmişdir. O, küçəyə çıxıb qonşusu Nümayəndə ailə üzvlərinin digər qonşuluqda kirayədə yaşayan, heç bir münasibəti və ədavəti olmadığı, üzdən tanıdığı ailə ilə münaqişə etdiklərini görmüşdür. Həmin vaxt kirayə yaşayan ailənin qohumlarından bir nəfərin adını Elnur kimi bildiyi şəxsin küçədə hərəkət etdiyini “kim söyüb mənim nəslimə!” sözünü işlətdiyini eşitmişdir. Həmin vaxt qonşu Familin oğlu Kamal Elnura cavab verərək mən söymüşəm! sözünü demişdir. X15 yaxınlaşaraq iki əli ilə Kamalın boğazından tutaraq ayaqlarını yerdən üzüb yuxarı qaldırdığını və var gücü ilə yerə çırpdığını, Kamalın isə ayağa qalxdığını, anası Yeganə xanımın isə araya girərək oğlunu müdafiə etdiyini görmüşdür. X13 xanımı əli ilə kənara itələdiyini, təkrar olaraq Kamalı ikinci dəfə əlləri ilə boğazından tutaraq yuxarı qaldırıb möhkəm yerə çırpdığını, Kamalın isə yerdə uzanmış vəziyyətdə qaldığını, sonra isə ayağa qalxdığını görmüşdür. Bir neçə dəqiqədən sonra polislərin hadisə yerinə gəldiyini küçədə sakitçilik yaratdıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilmişdir. İfadəsində göstərmişdir ki, o, İsmayılovlar ailəsini tanıyır və onlar qonşudurlar. 09.08.2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində o, yaşadığı evin qarşısında küçədə olan zaman qonşusu Şahid1 ailə üzvlərinin digər qonşuluqda kirayədə yaşayan, heç bir münasibəti və ədavəti olmayan ailə ilə münaqişə etdiklərini görmüşdür. Həmin vaxt kirayə yaşayan ailənin qohumlarından tez-tez onlara gedib gəldiyinə görə adını Elnur kimi bildiyi şəxsin iti addımlarla küçədə hərəkət etdiyini və qarşıda Yeganə xanımın oğlu Kamalın gəldiyini görmüşdür. Həmin vaxt Elnur adlı şəxsin “kim söyüb mənim nəslimə!” sözünü işlətdiyini eşitmişdir. Kamal da Elnura cavab olaraq “mən söymüşəm” sözünü işlətmişdir. Bundan sonra Elnur Kamala yaxınlaşaraq iki əli ilə Kamalın boğazından tutaraq ayaqlarını yerdən üzüb yuxarı qaldıraraq möhkəm yerə çırpdığını, Kamalın anası Yeganə xanımın araya girərək oğlunu müdafiə etdiyini görmüşdür. Elnur həmin vaxt Yeganə xanımı əli ilə kənara itələyib təkrar olaraq Kamalı ikinci dəfə əlləri ilə boğazından tutaraq yuxarı qaldırıb möhkəm yerə çırpmışdır və Kamal yerdə uzanmış vəziyyətdə qalmışdır. Sonra o, işləri ilə əlaqədar yaşadığı evinə keçmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09.08.2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində o, yaşadığı evdə olan zaman küçədən səs-küy gəldiyini eşitmişdir. O, küçəyə çıxıb qonşusu Nümayəndə ailə üzvlərinin digər qonşuluqda kirayədə yaşayan, heç bir münasibəti və ədavəti olmayan ailə ilə münaqişə etdiklərini və qonşusu Nümayəndə kiçik yaşlı oğlu Zərərçəkmiş şəxs əlini tutaraq sızıldadığını görmüşdür. O, Kamala yaxınlaşıb əlinə nə olduğunu soruşmuşdur. Kamal isə küçədə gəzən zaman münaqişə etdikləri ailənin qohumu olan Elnur adlı şəxsi göstərərək Elnurun onun boğazından yapışıb yuxarı qaldırılıb yerə çırpıldığını və buna görə əlindən xəsarət aldığını bildirmişdir. Həmin vaxt qonşusu Şahid5 küçəyə çıxıb Kamala yaxınlaşaraq tibbi yardım göstərmək üçün Kamalı yaşadığı evinə aparmışdır. Sonra o, Elnura yaxınlaşıb Elnur və ailə üzvlərini intizama və əxlaq qaydalarına riayət etməyə dəvət etmişdir. Bir neçə dəqiqədən sonra polislərin gəldiyini və qonşular arasında baş vermiş hadisənin qarşısını alıb onları sakitləşdirdiklərini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 09.08.2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində o, yaşadığı evdə olan zaman küçədən səs-küy gəldiyini eşitmişdir. O, küçəyə çıxıb qonşusu Nümayəndə ailə üzvlərinin digər qonşuluqda kirayədə yaşayan, heç bir münasibəti və ədavəti olmayan, üzdən tanıdığı ailə ilə münaqişə etdiklərini və qonşusu Nümayəndə kiçik yaşlı oğlu Zərərçəkmiş şəxs əlini tutaraq sızıldadığını görmüşdür. O, Kamala yaxınlaşıb əlinə nə olduğunu soruşmuşdur. Kamal isə küçədə gəzən zaman kirayə yaşayan ailənin qohumlarından adını Elnur kimi bildiyi şəxsi göstərərək Elnur tərəfindən yuxarı qaldırılıb yerə çırpıldığını və buna görə əlindən xəsarət aldığını bildirmişdir. O, Kamalı tibbi yardım göstərmək üçün yaşadığı evinə aparıb tibbi yardım etmişdir. Sonra küçəyə çıxan zaman polis əməkdaşlarının gələrək hadisənin qarşısını alıb sakitçilik yaratdıqlarını görmüşdür. Həmin cinayət işi 02.11.2020-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Süleyman Abbasov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilib istintaqı aparılmışdır. 13.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 03.11.2021-ci il tarixli qərarın surətindən görünür ki, Nümayəndə istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmağı xahiş etdiyindən həmin tarixdə o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. İş materiallarında olan 06.11.2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs 09 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs tanınan şəxslər sırasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun onub boğazından yapışıb yuxarı qaldırıb yerə çırparaq xəsarət yetirən şəxs olmasını bildirmişdir. Tanınma zamanı fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəmə Tibbi Ekspertiza və X7 X14 Ekspertinin 52/1276 saylı, 16.11.2020-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində sağ əlin V-daraq sümüyünün distal ucunun yerdəyişən sınığı və döş qəfəsinin arxa səthinin sıyrıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcələrinə görə sağ əlin V-daraq sümüyünün distal ucunun yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa səthinin sıyrıqları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 09.08.2C20ci il tarixdə kənar qüvvənin təsirindən onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tər tərəfindən yetirilməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş sağ əlin V-daraq sümüyünün distal ucunun yerdəyişən sınığının lokalizasiyasına və xarakterinə görə demək olar ki, onun sağ əlinin dəmir lövhəyə çırpılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsi tərəfindən 06.03.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay şərti sınaq müddəti cəzasına məhkum olunmuş və 28.03.2015-ci il tarixdə cəzasını tam şəkildə çəkib qurtarmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMnin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla 24.08.2003-cü il təvəllüdlü X6 adlı ögey uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin barışıq üçün cəhdlər etdiyini, təqsirləndirilən şəxsin ailəli olması, himayəsində uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 13.11.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-178/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-178/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver