Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-179/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fizuli oğlunun, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 noyabr 2020-ci il tarixdə saat 22:00 radələrində X4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, «DSK» yolunda yerləşən «1001 xırdavat» mağazanın plastik qapısını özü ilə gətirdiyi dəmir parçası ilə fiziki güc tədbiq etməklə açıb mağazaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 200 (iki yüz) manat dəyərində «Samsung» markalı «J5» modelli mobil telefonu, üzərində olan 15 (on beş) manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 215 (iki yüz on beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 noyabr 2020-ci il tarixdə saat 23:10 radələrində Zərərçəkmiş şəxs2 Fizuli oğlunun icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, «DSK» yolunda yerləşən «Grand İnşaat» adlı mağazanın aliminium qapısını özü ilə gətirdiyi dəmir parçası ilə fiziki güc tədbiq etməklə açıb mağazaya qanunsuz daxil olaraq orada saxlanc yeri hesab olunan masanın siyirməsindən 1800 (min səkkiz yüz) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 Fizuli oğluna maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin avqust ayında Bakı şəhərinə işləməyə gəlmişdir. Əvvəl Abşeron rayonunda tanış ustanın yanında fəhlə işləyib, Xırdalan qəsəbəsində kirayə qalırmış. Həmin ustanın işi tamamlandığından o da yaşadığı Aygünlü kəndinə qayıtmışdır. Sonuncu dəfə 28 oktyabr 2020-ci ildə yenidən Bakı şəhərinə işləməyə gəlmişdir. Şəhərdə fəhlə bazarlarında dayanıb gündəlik iş axtarırdı. Bəzi vaxtlar iş olsada, bəzi vaxtlar iş olmurdu. Ev kirayələməyə imkanı olmadığından Binəqədi rayonu, Binəqədi qəsəbəsində gündəlik kirayə qalırmış. Son vaxtlar iş olmadığından o, kirayənin pulunu, maddi ehtiyacını təmin etməkdə çətinlik çəkməyə başlamışdır. Bu səbəbdən o, oğurluq etmək qərarına gəlmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 21:00 radələrində oğurluq etmək məqsədi ilə kirayədə yaşadığı evdən çıxmışdır. Piyada hərəkət edərək saat 22:00 radələrində Biləcəri qəsəbəsi, «DSK» yoluna çıxmışdır. Orada yolun kənarında «Elman» adlı marketin yanında üzərində «nə alsan 1 manat» yazısı olan mağaza diqqətini çəkmişdir. Həmin mağazanın qapısının üzərində dəmir barmaqlıqlar və jalüz olmadığından mağazadan oğurluq edə biləcəyini fikirləşmişdir. Həmçinin mağazada işığın yanmamasını görüb mağazanın bağlı olduğuna və içəridə heç kəsin olmadığına əmin olmuşdur. Qərara gəlmiş ki, həmin mağazadan oğurluq etsin. Bu məqsədlə mağazanın plastik qapısına yaxınlaşmışdır. Üstündə olan dəmir parçasını qapı ilə çərçivənin arasına salıb fiziki güc tədbiq edərək qapını açmış və içəri daxil olmuşdur. Mağazanı axtarmış, lakin mağazada pul tapa bilməmişdir. Mağazadan çıxmaq istədiyi zaman razetkaya taxılı olan «Samsung» markalı mobil telefon görmüşdür. Mağazada oğurlanası bir şey tapa bilmədiyindən həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Telefonu götürərək cibinə qoymuş və sonra küçədə heç kimin olmadığından əmin olduqdan sonra küçəyə çıxıb oradan uzaqlaşmışdır. Yolda fikirləşmiş ki, oğurladığı mobil telefon vasitəsi ilə onu tapa bilərlər. Bu səbəbdən telefonu atmaq qərarına gəlmişdir. Piyada küçə ilə hərəkət etdiyi zaman oğurladığı telefonu yolun kənarına atmış və hərəkətini davam etmişdir. Üzərində «nə alsan 1 manat» yazısı olan mağazadan pul tapa bilmədiyi üçün bir mağazadanda oğurluq etmək qərarına gəlmişdir. 27 noyabr 2020-ci ildə saat 23:00 radələrində DSK deyilən yolda diqqətini «GRANT inşaat» yazıları olan mağaza diqqətini cəlb etmişdir. O, ətrafa baxıb mağazanın qapısının dəmir çərçivəsiz olduğunu və jalyuz örtüyü olmadığından oradan oğurluq etməyin mümkün olduğuna əmin olmuşdur. O, dəmir parçası ilə inşaat malları satılan mağazanın qapısına yaxınlaşmışdır. Həmin dəmir parçasını qapının arasına salıb bir az güc tətbiq edərək qapını açmışdır. İçəri girib qapının qaşısında olan divarın yanında masa görüb bir başa ora yaxınlaşmışdır. Masanın ikinci siyirməsinə baxanda orada müxtəlif əskinazlarda olan 1800 manat pul aşkar etmişdir və həmin pulu götürmüşdür. Sonra qapıya yaxınlaşmış və küçəyə baxmışdır. Küçədə heç kimin olmadığını görüb qapıdan küçəyə çıxmış və qaçaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Oğurladığı 1800 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, boş vaxtlarında həmkəndlisi Samirə məxsus və özünün işlətdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda «Elmar» marketin yaxınlığında yerləşən «1001» xırdavat mağazasına gedib, orada onunla görüşüb söhbət edir. 27.11.2020-ci il tarixdə saat 19:00 radələrində yenə o, Samirin işlətdiyi «1001» xırdavat mağazasına onu görmək üçün getmişdir. Mağazada söhbət edərkən özünə məxsus olan «Samsunq J5» markalı, üzərində ***-***-**-** saylı mobil nömrə olan, imey kodunu bilmədiyi mobil telefonunun enerjisini bitdiyini görərək enerji yığması üçün mağazada cərəyana taxmışdır. Sonra başı söhbətə qarışdığından telefon mağazada qalıb çıxıb evə getmişlər. Evə çatanda telefonun mağazada qaldığını aşkar etmiş, gec olduğundan telefonu səhər gedib götürməyə qərar vermişdir. Səhəri gün 28.11.2020-ci il tarixdə saat 11:00 radələrində telefonunu götürmək məqsədilə Samirin mağazasına gedərkən, mağazanın qapısının açıq olduğunu, Samirin isə polis əməkdaşları ilə söhbət etdiyini görmüşdür. O, Samirdən nə baş verdiyini soruşan zaman o, ona mağazadan yalnız ona məxsus «Samsunq J5» markalı, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunun oğurlandığını bildirmişdir. Söhbət zamanı Samirin bildirdiyinə görə mağazadan ona məxsus mobil telefondan başqa heç bir şey oğurlanmamışdır. O, «Samsunq J5» markalı mobil telefonu 6 ay bundan əvvəl işlənmiş vəziyyətdə 200 (iki yüz) manata almışdır. Hal-hazırda həmin mobil telefonun orta bazar dəyəri işlənmiş vəziyyətdə 200 (iki yüz) manat, ***-***-**-** saylı mobil nömrənin dəyəri 15 manat olduğuna görə ona ümumilikdə 215 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Fizuli oğlu ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu deyilən avtomobilin yolunun kənarında ərzaq məhsulları və inşaat malları mağazasını icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazanın bütün məhsulları özünə məxsusdur. Qida məhsulları ilə inşaat materialları mağazasın çöldən eyni mağaza kimi görünsə də daxildən iki hissəsəyə bölünübdür. Hər iki mağazanın girişləri yalnız çöldən yol tərəfdəndir. Mağaza bir mərtəbəli mişar daşı ilə inşa olunub. Qarşısı alkapont örtüklü, qapı və pəncərələr isə aliminum materialdandır. Ölkə daxilində tətbiq olunan komendat saatı ilə bağlı mağazalar saat 20:45-də bağlanır. İşçilər gedəndən sonra mağazada X6 qalır. Özü isə işdən sonra mağazada gün ərzində aparılan alqı-satqı işlərinin sənədləşdirilməsini və hesabatını aparır. Hər gün mağazalar saat 08:00-da qardaşı Kənan açıb işçiləri mağazaya buraxır. O, isə saat 17:00-da mağazaya gəlir. 27 noyabr 2020-ci ildə həmişəki kimi mağazaya gəlib işlərilə məşğul olmağa başlamışdır. Mağaza saat 20:45-də bağlanmış və bütün işçilər çıxıb evlərinə getmişdir. O, da mağazada qalıb hesablamaları aparmağa başlamışdır. X6 isə onun yanında idi. Sonra Şakir ondan icazə alıb saat 22:45-də namaz qılmağa getmişdir. O gedəndən sonra mağazanın arxasında həyətdə olan ofisə gedib mühasibat işlərini aparmağa başlamışdır. O, mağazaların mühasibat işlərini apardığından qarşısında olan mağazanın müşahidə kamerasının manitoruna baxa bilmirmiş. Saat 23:14-də təsadüfən manitora baxanda mağazanın qarşısında bir nəfər cavan oğlanın inşaat malları satılan mağazanın qapısının təxminən iki metrliyindən keçdiyini görmüşdür. Onun hərəkətləri onda şübhə yaratmış, bu səbəbdən görüntüləri geri keçmişdir. Görüntülərdə həmin oğlanın saat 23:08-də mağazanın qapısını əlində olan dəmir parçası ilə sıxıb güc tətbiq edərək açıb mağazaya girdiyini, 23:14-də isə mağazadan çıxdığı məlum olmuşdur. O, tez çölə qaçıb inşaat materialları satılan mağazanın qapısına tərəf gəlmiş və mağazanın qapısının açıq olduğunu görmüşdür. Kamera vasitəsi ilə gördüyü həmin cavan oğlan isə oradan artıq qaçıb getmişdi. X6 isə qida məhsulları satılan mağazada namaz qılırmış. Ona oğurluq barədə məlumat vermişdir. Birlikdə mağazaya baxarkən, inşaat malları satılan mağazada olan masanın siyirməsindəki 1800 manat pulun oğurlandığını aşkar etmişlər. Bundan sonra DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bir az sonra hadisə yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları gəlmişlər. Onlarda hadisə yerini müayinə edib, ərizəsini almışlar. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilməmişdir. O, şikayətçidir. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 03.12.2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 03.12.2020ci il tarixli qərardan görünür ki, X5 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03.12.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.12.2020-ci il tarixli, 4(001)-959/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03.12.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14.12.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik tədqiqatlar idarəsinin 10.12.2020-ci il tarixli 011-11747-1220 saylı məktubundan görünür ki, Binəqədi RPİ-nin 02.12.2020-ci il tarixli, 059-44469-1220 nömrəli məktubu vasitəsi ilə 28.11.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6 ünvanında vət. Zərərçəkmiş şəxs1 məxsus 1001 xırdavat mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 08.12.2020ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına Binəqədi RPİ-dən daxil olmuş), xx.xx.2002-ci ildə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (Qapının iç tərəfindən götürülmüş) əksi İlə eynilik müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və halhazırda icraatdadır. İş materiallarında olan “maddi sübut kimi tanınmaq haqqında” 13.02.2021-ci il tarixli qərardan görünür ki, X2 icarə əsasında işlətdiyi mağazadan oğurluq faktı ilə əlaqədar müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd USB diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan “toplanmış sübutlara qiymət verilməsi barədə” 16.02.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında” 17.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 4(001)-190/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün, zərərçəkmiş şəxslərin və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında 04 mart 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsini, əvvəllər məhkum olmaması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-179/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 19.03.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd USB disk iş maeriallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 03 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd USB disk iş maeriallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-179/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-179/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver