Məhkəmə qərarları › İş №1(001)-179/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-179/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-179/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Gərgan kəndində qeydiyyatda olan və ünvan 3də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında yerləşən mebel sexində Zərərçəkmiş şəxs onun gördüyü işi qurtardıqdan sonra pulunu verəcəyini bildirməsini bəhanə edib, aralarında yaranmış cüzi mübahisə səbəindən masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı silah qismində istifadə edərək zərərçəkmiş şəxs R.Eyyubovun müxtəlif nahiyələrindən 3 dəfə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthində, solda, arxa qoltuqaltı xətt ilə kürək xətti arasında V-Vİ qabırğalararası sahənin boşluğa nüfuz etməyən, yumşaq toxumaları və sol kürək sümüyünün bayır kənarını zədələyən, sol sağrının aşağı-iç kvadratının yumşaq toxumaları zədələyən, düz bağırsaq mənfəzinə keçməyən deşilmiş-kəsilmiş və sağ saidin orta-aşağı 1/3-nin ön səthinin iç yarısının profuz arterial qanaxma ilə müşayiət olunan mil arteriyasının və palmaris lonqus bağının (milbilək oynağını önə bükən bağ) tam kəsilməsinə səbəb olmuş kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 127.2.3 və 221.3-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 ildir müxtəlif obyektlərdə mebel ustası kimi işləyir. mebel işləri ilə məşğul olan şəxslərin WhatsApp ani mesajlaşma sistemində yaradılmış qrupa üzvdür, kimə mebel işləri ilə bağlı usta lazım olarsa, orada elan yerləşdirir, həmin şəxslərlə əlaqə saxlayır, gündəlik gedib onların işini görərək pulunu qazanır. xx.xx.2022-ci il tarixdə həmin qrupda əldə etdiyi mobil nömrə ilə əlaqə saxlayaraq mebel sexi olan ünvana getmiş, sonradan həmin sexin icarədarı Ramin adlı şəxs olduğunu bilmiş, onun yanında görəcəyi işlərin ölçülərinə görə pulunu öz aralarında razılaşmış, həmin gündən orada işləməyə başlamış, bazar günləri işə getməmiş, təxminən bir həftə Raminə müdür deyə müraciət etmiş, bir müddətdən sonra Ramin onu müəllim deyə çağırmağını bildirirmişdir. Ramin Eyyubov ona möhürlü bir sənəd təqdim edərək onun işlədiyi bir ay ərzində işində hər hansı bir problem olarsa 1000 manat ödəyəcəyi barədə xəbərdar etmiş, Təqsirləndirilən şəxs öz növbəsində həmin sənədi imzalmışdır. Ramin Eyyubov ona 180 manat puil vermiş 20 manat isə Anar Raminə borclu qalmışdır. İşlədiyi gündən beş gün sonra Ramin Eyyubov onunla kobud danışmağa başlamışdır. İşlədiyi 2 mətbəxin təxminən 20 kv.m sahənin işini tamamlayırmış və Ramindən ona pula ehtiyacı olduğundan pul istəmiş lakin Ramin Eyyubov ona işi tamamladıqdan sonra pul verəcəyini bildirərək ona pul verməkdən imtina etmişdir. Hadisə günü də pul istəmiş o verməkdən imtina etdikdə işdən ayrılmaq istədiyini bildirmiş, Ramin Eyyubov ona işi yarımçıq qoyma tamamla demiş, o da yarımçıq qalan işi başqa bir nəfərin tamamlaya biləcəyini, ona kömək üçün bir nəfəR gətirmək istədiyini qeyd etmişdir. Ramin Eyyubov isə “başqa adam gətirmə, it-qurd gələcək özün işini tamamla” demişdir. Yarımçıq qalan işi özü işləməyə davam etmiş və pulun yarısını istədikdə “vermirəm, get necə istəyirsən elə” demişdir. Həmin vaxt əsəbiləşmiş, sexdən çölə çıxmışdır. Təkrar sexə qayıdan zaman “getməmisən?” deyə soruşduqda Anar ona onu gözlədiyini demişdir. Bu zaman Ramin Eyyubov ona “Sən narkomansan, sənə pul vermirəm” deyərək nalayiq ifadələrlə onun və valideynlərinin ünvanına söyüş söymüşdür. Söyüşlərdən sonra özündən çıxmış masanın üzərindəki stəkanı götürüb Ramin Eyyubovun üzərinə tullamışdır. Həmin vaxt Ramin çevrildikdə masanın üzərindəki bıçağı götürüb Ramin onun üzərinə gələrkən onu qorxuzmaq məqsədi ilə əlində olan bıçaqla bir neçə dəfə ona tərəf zərbə endirmiş, bıçaq zərbələrindən ilki onun kürək nahiyyəsinə dəymiş, digəri isə Ramin ona tərəf çevrilən zaman onun sağ bilək nahiyəsinə dəymiş, Ramin geri çevrilərək qaçmaq istədikdə ayağı ilişərək yerə yıxılmış, həmin vaxt isə o, bir dəfə ayaq hissəsinə bıçaqla vurmuş, bundan sonra özünü itirmiş, Ramin qaçıb getdikdə onun arxası ilə digər sexə qaçmış, həmin vaxt orada olan şəxslər onu sakitləşdirməyə çalışmış onu həmin sexdən bayıra çıxartmışlar, o isə oradan çıxıb getmişdir. Hadisə zamanı onların olduğu sexsə bir nəfər işçinin olduğunu, lakin mübahisəyə qarışmaq istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsla aralarında olan mübahisənin xx.xx.2022-ci il tarixdə saat təxminən saat 12:30 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən mebel sexində baş verdiyini, aralarındakı mübahisənin ümumilikdə 10-15 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs baçaqla işlədiyi sexdə vurduğunu, həmin vaxtı orada heç kimin olmadığını, lakin daha sonra o, qaçaraq yaxınlıqda olan sexə getdiyini, həmin vaxtı orada adlarını dəqiq biləmədiyi ustaların olduğunu, Ramini özünün icarəyə götürüb sexdə bıçaqla vurduğunu, digər sexdə ona hər hansı bir xəsarət yetirmədiyini və Zərərçəkmiş şəxs öldürmək niyyətinin,fikrinin və məqsədinin olmadığını bildirmişdir. Ramin Eyyubovla aralarında olan mübahisədən bir anlıq qəzəbləndiyini və özünü itirdiyini, hadisənin bu dərəcəyə neçə çatdığını bilmədiyini, zərərçəkmişə dəfələrlə üzrxahlıq etmələrinə baxmayaraq Ramin Eyyubovun o və atasının üzrünü qəbul etmədiyini, əməlindən peşman olduğunu və bu səbəbdən məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayından etibarən Binəqədi rayonu, Söyüdlü küçəsi 141 ünvanında qeyri yaşayış sahəsində yerləşən obyekti icarəyə götürərək mebel sexi işlədir, həmin sexdə 3 nəfər şəxs işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi sexə köməkçi rəngsaz kimi işə götürmüş, Təqsirləndirilən şəxs ilə aylıq əmək haqqı 300 manata verməyə razılaşmış, Təqsirləndirilən şəxs işlədiyinin 2-ci gün maddi vəziyyətinin pis olduğunu deyərək ondan əmək haqqının 200 manatını əvvəldən almış, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində ona tapşırılan işləri müxtəlif bəhanələr irəli sürərək yekunlaşdırmamış, özünü qəribə aparırmış, bu səbəbdən ondan psixolojı problemlərinin olub olmamasını soruşmuş, həmin sualı qarşılığında Anar ona « Məndə belə adamam heç bir problemim yoxdur» deyə cavab vermiş, xx.xx.2022-ci il tarixdə işlətdiyi sexdə olan zaman Anar ondan pul verməyini tələb etmiş, bunun qarşılığında ona təhvil götürdüyü işləri tamamlamadığını, görmüş olduğu işləri də yararsız etdiyini xatırlatmış, bundan başqa da 200 manat əmək haqqını götürdüyünü demiş, hal hazırda Anarın ona borclu olduğunu bildirmiş, həmin sözlərdən sonra Anar işləməyəcəyini deyib paltarını dəyişməyə getmiş, onun özünü çox qəribə apardığına görə ona baş qoşmamış, sexin içərisində olan ofisə daxil olmuş, işlərini görəməyə başlamış, təxminən 30 dəqiqə sonra ofisdən çıxanda sexin içərisində olan yemek massanın yanında Təqsirləndirilən şəxs dayandığını görmüş, Anara «getməmisən» sualını vermiş, qarşılığında isə Anar onu gözlədiyini bildirmiş, o isə Anara işləmək istiyirsənsə işləməsini demişdir. Təqsirləndirilən şəxs ondan ona pul verməsini tələb etmiş, ona işi yarımcıq gördüyünü hələ onun borcunun olduğunu demiş, Anarla söhbətini yekunlaşdırıb üzünü çevirib oradan uzaqlaşmaq istəyən zaman arxadan qaraltı hiss elemiş, arxaya çönəndə kürəyinin sol yuxarı hissəsindən zərbə dəydiyini hiss etmiş, dərhal arxaya tam çönmüş, Anarın əlində olan bıçaqla onu vurmaq istədiyini görmüş, özünü əlləri ilə müdafiə etmək istəyən zaman, Anra bıçaqla onun sağ əlnin bazu hissəsində bir dəfə vurmuş, Anarın yenidən onu bıcaqla vurmaq istədiyini başa düşmüş, o isə qaçaraq sexdən bayıra çıxıb yaxınlıqda olan sexlərə tərəf qaçaraq sexə daxil olub ucadan qışqıraraq orda olan şəxslərdən ona kömək etmələrini xahiş etmiş, sexin icində Anardan qaçarkən ayaqı sexdə olan massaya ilişərək yerə yıxılmış, Anar ona çataraq arxadan ayağının sol hissəsindən əlində olan bıçaqla vurmuş, daha sonra orada olan şəxslərin köməkliyi ilə canını Anardan qutarmış, həmin vaxt çoxlu qan itirdiyinə görə özünü pis hiss elədiyi üçün ətrafda olan şəxslərdən onu xəstətxanaya aparmaqlarını xahiş etmiş, orada olan şəxslər onu xəstətxanaya aparmışlar. Anar adlı şəxslə aralarında baş vermiş mübahisənin ümumilikdə 10 dəqiqə davam etdiyini, Təqsirləndirilən şəxs ailə üzüvlərinə, yaxud özünün ünvanına nəlayiq ifadə işlətmədiyini, onunla Anarın arasında mübahisənin olmadığını, gözləmədiyi zaman Anarın onu arxadan bıçaqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs atası ilə birlikdə ondan üzrxahlıq etdiyini, onunla barışmaq istədiyini, lakin Təqsirləndirilən şəxs hadisəni olduğu kimi məhkəmədə bildirməyənə qədər onunla barışmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs onu öldürmək niyyəti olduğunu, insanlar onu saxlamasaydı niyyətini tamamlayacağını, ona verilmiş ittihamla razı olmadığını, onun əməlində daha ağır cinayətin tərkibi olduğunu,təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətinin olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 göstərmişdir ki, təxminən 20 ildir müxtəlif obyektlərdə mebel ustası kimi işləyir. 2022-ci ilin iyun ayında işsiz olduğu üçün iş axtararkən sosial şəbəkədə mebel ustası axtarılması barədə elan görmüş, elan yerləşdirilən mobil nömrə ilə əlaqə saxlamış, Ramin adlı şəxs sexin sahibi olduğunu söyləmiş, onunla danışaraq görüş təyin etmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ramin adlı şəxsə məxsus olan ünvan 1 ünvanında yerləşən mebel sexinə getmiş, sexin girişində özünü sexin sahibi kimi təqdim edən Ramin adlı şəxslə görüşmüş, Raminlə iş barəsində bir neçə dəqiqə danışmış, daha sonra Raminlə birlikdə sexin içərisinə daxil olmuşlar. Ramin ona sexin içərisində gözləməyini bildirmiş, Ramin özü sexin içərisində olan ofisə getmiş, o, isə sexin içərisində qalmış, Ramin ofisə daxil olduqdan sonra o, piyada gəzərək sexdən bayıra çıxmış, həmin vaxtı əvvələr tanımadığı sonradan adını öyrəndiyi Anar adlı şəxs sexə daxil olmuş, onlardan 4 metr aralıda dayanmış, ilkin olaraq onların danışıqlarına fikir verməmiş, daha sonra aralarında pul məsələsi olduğunu başa düşmüş, onlar bir neçə danışdıqdan sonra Anarın əlində bıçaqla Ramin üzərinə getdiyini görmüş, Anarın ilkin olaraq əlində olan bıçaqla Raminin kürək hissəsindən bir dəfə zərbə ilə vurduğunu görmüş, daha sonra Raminin Anara tərəf çöndüyünü, Anarın yenidən onu bıçaqla əlindən vurduğunu görmüş, bundan sonra Ramin qaçaraq sexdən çıxıb qarşıda olan sexə daxil olana qədər, Anar da onun arxasınca qaçaraq 1 dəfə ayağından vurmuşdur. Ümumilikdə 3 zərbəni sexin daxilində vurmuşdur. Daha sonra qonşu sexə girmiş, o da onların arxasınça həmin sexə getmiş, lakin sexin içərisinə daxil olmamış, daha sonra sexin içərisində olan şəxslər Anarı sakitləşdirib Ramini avtomobilə əyləşdirib xəstəxanya aparmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs əlində çaynik və yaxud hər hansı bir əşyanın olduğunu görmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 göstərmişdir ki, təxminən 15 ildir mebel ustası kimi işləyir və 1 ildir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsində yerləşən Vüsal adlı şəxsə məxsus olan mebel sexində işləyir. Onun işlədiyi sexlə üzbəüz mebel sexində Ramin adlı şəxsdə işləyir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında işdə olduğu zaman Ramin onların sexə gəlmiş, onun üzərində qan ləkələri olduğunu görmüş, onun arxası ilə birinci dəfə gördüyü, sonradan adının Anar bildiyi şəxs əlində bıçaqla sexə gəlmiş, onun əlində bıçaq olduğuna görə Ramini bıçaqla vurduğunu başa düşmüş, ona görə də dərhal onun arxa tərəfinə keçərək qollarından tutmuş, onunla birlikdə sexdə işləyən Nahid adlı şəxs həmin şəxsin, yəni Anarın əlindən bıçağı almışdır. Anarı onlar tutan zaman Anar dartınıb onların əlindən çıxmağa çalışmamış, artıq həmin vaxt sakitləşmişdir. Onlar onu buraxıb Raminə kömək etməyə tələsmiş Anar isə özü yeriyərək sexdən çıxmışdır. Raminə bıçaq zərbələri vurulan zaman görmədiyini, o cümlədən mübahisənin nədən qaynaqlandığını bilmədiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 göstərmişdir ki, 2021-ci ilin may ayından ünvan 2 ünvanında yerləşən iaşə obyektini icarəyə götürmüş, həmin obyekti mebel sexi kimi işlədir, həmin sexin yaxınlığında Zərərçəkmiş şəxs da mebel sexi vardır, xx.xx.2022-ci il tarixdə saat 12:35 radələrində günorta saatlarında sexdə işləyən zaman qonşu sexin sahibi Ramin Eyyubovun qaçaraq onun işlədiyi sexə gəldiyini görmüş, nə baş verdiyini öyrənmək məqsədi ilə sexin giriş hissəsinə tərəf getmək istəyərkən Raminin arxasınca onun işçisi Anarda sexə gəlmiş, Ramin ucadan qışqıraraq ona köməklik etməklərini xahiş etmiş, Ramin daha sonra sexin içərisində olan müxtəlif əşyaları Anarın üstünə ataraq özünü Anardan müdafiə etmişdir. 17-ci sexin uşaqları Anarı sakitləşdirmişdir və o Anarın həmin zaman əlində bıçaq görməmişdir. Anarın «sən bilmirdin ki, bunun cavabını verəcəm» ifadəsini deyil “sexdən çıxdıqdan sonra “sən buna layiqsən” ifadəsini dediyini eşitmişdir. «Sən bilmirdin ki, bunun cavabını verəcəm» ifadəsini müstəntiq yəqin ki özündən uydurmuşdur deyə bildirmişdir. Onun işlədiy sexdə Anar Zərərçəkmiş şəxs bıçaqla vurmamış, Ramin isə sexə gələndə bədəninin bir neçə yerindən bıçaqla vurulduğunu onun üzərində olan qan izlərindən bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 göstərmişdir ki, təxminən 30 ildir mebel ustası kimi işləyir. 2021-ci il tarixdən etibarən olan ünvan 1 ünvanında yerləşən Namiq adlı şəxsə məxsus mebel sexində usta kimi işləyir. Həmin sexdə oğlu Anar da işləyir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında həmin sexdə işləyən zaman səs-küy eşitmiş, nə baş verdiyini müəyyən etmək üçün sexdən bayıra çıxmış, həmin vaxtı qonşu sexin sahibi Ramin Eyyubovun sexindən çıxaraq qaçdığını, onun üst-başının qan içində olduğunu görmüş, Zərərçəkmiş şəxs arxasınca həmin sexdə işləyən Anar adlı şəxsin əlində bıçaqla qaçdığını görmüş, Ramin yaxınlıqda olan sexlərin birinə daxil olmuş, bundan sonra Anar adlı şəxsin Ramini bıçaqla vurduğunu, onları sakitləşdirmək üçün həmin sexə gedib sexin giriş hissəsində dayanmış, həmin sexin içərsində Raminin özünü müdəfiə etmək üçün Anardan qaçırmış, daha sonra Ramin sexdən bayıra çıxmış, Anar da yenidən onun arxasınca qaçmaq istəyərkən sexdə olan şəxslər Anarı tutaraq əlindən bıçağı almışlar. Anarın Ramindən pul istədiyinə görə aralarında mübahisənin baş verdiyini sonradan eşitdiyini, həmin vaxt Ramin Eyyubovun səhhətinin çox pis olduğunu gördüyü üçün onu öz avtomobili ilə Kiliniki Tibbi mərkəzə apardıqlarını, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə işlədikləri sexin yaxınlığındakı sexdə Ramin Eyyubovu bıçaqla vurduğunun şahidi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 göstərmişdir ki, atası uzun müddətdir ki, mebel ustasıdır, təxminən 1 ildir ki, ona işlərində köməklik edir. xx.xx.2022-ci il tarixdə atasının işlədiyi ünvan 1 ünvanında yerləşən mebel sexində ona köməklik edirmiş, həmin günü günorta saatlarında atasının işlədiyi həmin sexdə işləyən zaman səs-küy eşitmiş, nə baş verdiyini müəyyən etmək üçün sexdən bayıra çıxmış, həmin vaxtı qonşu sexin sahibi Ramin Eyyubovun sexindən çıxaraq qaçdığını, üst başının qan içində olduğunu görmüş, Zərərçəkmiş şəxs arxasınca həmin sexdə işləyən Anar adlı şəxsin də qaçdığını və onun əlində bıçaq olduğunu görmüş, Ramin yaxınlıqda olan sexlərin birinə daxil olmuş, bundan sonra Anar adlı şəxsin Ramini bıçaqla vurduğunu başa düşmüş, yenidən vurmaq istədiyindən onun arxasınca qaçır, onları sakitləşdirmək üçün həmin sexə getmiş, sexin giriş hissəsində dayanmış, sexin içərsində Ramin özünü müdafiə etmək üçün Anardan qaçırmış, daha sonra Raminin ayağı massaya ilişərək yerə yıxılmış, bundan istifadə edərək Anar qaçaraq Raminə çatıb əlində olan bıçaqla bir dəfə Raminin ayağının arxa hissəsindən vurmuş, həmin vaxt sexdə olan şəxslər Anarı tutub bayıra çıxarmışlar. Ramin Eyyubovun səhhəttinin pis olduğunu görüb onu öz avtomobilinə əyləşdirib atası ilə birlikdə Kiliniki Tibbi mərkəzə aparmışlar. Anarın Ramindən pul istədiyinə görə aralarında mübahisənin baş verdiyini sonradan eşitdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 01 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmışdır. 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Binəqədi rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, Binəqədi rayon prokuroru tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. 13 oktyabr 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizanın 28 iyul 2022-ci il tarixli, 1433 nömrəli rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthində, solda, arxa qoltuqaltı xətt ilə kürək xətti arasında V-Vİ qabırğalararası sahənin boşluğa nüfuz etməyən, yumşaq toxumaları və sol kürək sümüyünün bayır kənarını zədələyən, sol sağrının aşağı-iç kvadratının yumşaq toxumaları zədələyən, düz bağırsaq mənfəzinə keçməyən deşilmiş-kəsilmiş və sağ saidin orta aşağı 1/3-nin ön səthinin iç yarısının profuz arterial qanaxma ilə müşayiət olunan mil arteriyasının və palmaris lonqus bağının (mil-bilək oynağını önə bükən bağ) tam kəsilməsinə səbəb olmuş kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə deşici-kəsici əşya ilə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Məhkəmə-ballistik ekspertizanın 14 iyul 2022-ci il tarixli, 3/911nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin araşdırması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən göürünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun hərəkətlərində CM-in 221.3-cü maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Belə ki, CM-in 221.3-ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X2 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 221.3-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs və Ramin Eyyubov arasındakı mübahisə pulun ödənilməsi tələbi ilə bağlı olmuş, mübahisə sexin daxilində başlanmış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi hər 3 bıçaq zərbəsi məhz sexin daxilində olmuş, mübahisə zərərçəkmiş şəxsin qonşu sexə qaçması və orada işləyən digər işçilərin səs-küyə toplaşması ilə bitmiş, Təqsirləndirilən şəxs mübahisənin baş verdiyi sexdən qonşu sexə çıxan zaman artıq mübahisəni davam etdirməmiş, sakitləşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs niyyəti işəgötürəni olan, Ramin Eyyubova xəsarət yetirmək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində həmin əlamətləri aşkar etməmişdir. Eyni zamanda həmin hadisə nəticəsində zərərçəkmiş şəxs Ramin Eyyubov xəsarət aldığından, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri-adi, özünü başqalarından fərli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından sonuncunun əməlində cinayət tərkibi olmadığı əsası ilə CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarının 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq nioyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq CM-nin 127.2.3cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X3 arasında əmək münasibətləri mövcud olmuş və tərəflər əmək haqqının məbləğini, ödənilmə vaxtını əvvəlcədən müəyyən etmişdirlər. Lakin Təqsirləndirilən şəxs sonradan işəgötürəndən-yəni Ramin Eyyubovdan pula ehtiyacı olduğu əsası ilə pul istəmiş, Ramin Eyyubov da öz növbəsində ödənişi icraatında olan cari işi təhvil verdikdən sonra həyata keçirəcəyini bildirmişdir. Tərəflər arasında olan əmək münasibətləri və əmək haqqının ödənilməsi şərtləri öncədən razılaşdırıldığından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs ona əmək haqqı ödənilməsinə təkid etməkdə haqlı olmamış, zərərçəkmiş şəxsin ona işlədiyi həcmdə işin dəyərinə uyğun pul ödəməməsini və ya ona işi icra etmək üçün əlavə bir nəfər tanımadığı şəxsin sexə gələrək kömək etməsinə icazə verməməsi səbəbindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi mübahisənin baş verməsinə bəhanə olmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin tötətdiyi cinayət əməlinin xuliqanlıq motivi ilə törədildiyi qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı mübahisənin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi cüzi səbəblə, hətta əmək haqqının müəyyən bir hissəsini ödəməsini tələb etməsi və sonuncunun bundan imtina etməsini bəhanə etməsi ilə başlandığı və nəticədə cinayət xarakterli əməlin törədilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aralarında olan əmək münasibətlərindən irəli gələn mübahisəni hüquq müstəvisində həll etməyə çslışmaq əvəzinə, az əhəmiyyətli, ciddi olmayan səbəblə zərərçəkmiş şəxsə bıçaqla zərbələr yetirərək onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddələri ilə bəraət verilməli, o, CMin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut qismində tanımış 01 ədəd təsərrüfat-məişət bıçağı əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, əməlində cinayət tərkibi olmadığından, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyindən, o, təqsirsiz bilinib, cinayət işinə həmin hissədə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd təsərrüfat-məişət bıçağı əvəzsiz olaraq dövlət nəfinə alınsın. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar