Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-179/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X6, Təqsirləndirilən şəxs – X12 iştirakı ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Meqri rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.383 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 25 iyul 2024-cü ildə saat 16:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov 99 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.383 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X19 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 iyul 2024-cü ildə günorta saatlarında arvadı X13 ilə birlikdə kirayə verilən evə baxmaq üçün getmişlər. 6-cı mikrorayon ərazisində avtomobillə hərəkətdə olarkən qarşılarını modelini və nömrəsini xatırlamadığı avtomobil kəsmişdir. Avtomobildən düşüb ona yaxınlaşan şəxslər mülki geyimli polis əməkdaşları olmuşlar. İdarə etdiyi avtomobili və üzərini axtarsalar da, qeyriqanuni əşya tapmamışlar. Polis əməkdaşlarından biri sükan arxasına keçmiş, özü qabaq sərnişin oturacağında, arvadı isə arxa sərnişin otucaqda əyləşmişlər. Birlikdə 7-ci PB-yə aparılmışlar. Orada onları ayrı-ayrı otaqlara salmışlar. Onun qarşısına metamfetamin qoyub üzərinə götürməsini tələb etmişlər. Fiziki olaraq ona zor tətbiq etməsələr də, başa salmışlar ki, bunu götürməlidir, əks halda arvadı da metamfetamin istifadəçisi kimi rəsmiləşdiriləcəkdir. Başqa çıxış yolu olmadığından razılaşmış, psixotrop maddəni üzərinə götürmüşdür. Sonra arvadı Ülviyyəni buraxmışlar. İki gün saxlanıldıqdan sonra onu da sərbəst buraxmışlar. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 iyul 2024cü ildə işlədiyi polis bölməsinə etimad doğuran mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1978-ci ildə Laçın rayonu Pircahan kəndində anadan olmuş X12 psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin X12 cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Fuad Məstəliyev ilə birlikdə X17 xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izlədikdən sonra 25 iyul 2024-cü ildə saat 16:10-da ünvan 5 ünvanın qarşısında piyada hərəkət edərkən saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də X19 olduğunu təsdiq etmiş və bundan sonra onlar həmin şəxsə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə dəvət etmişlər. Rizvan Fərəcov onların dəvətlərinə etiraz etmədiyindən onlarla polis bölməsinə gəlmişdir. X29 ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər təhqiqatçıya təqdim ediməklə araşdırmanın aparılması da həmin təhqiqatçıya həvalə edilmişdir. X12 hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə xidməti otaqların birində Rizvan Fərəcovun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. X17 üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Rizvan Fərəcovun üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Rizvan Fərəcov bununla bağlı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini Papanin adlanan ünvanda, tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Rizvan Fərəcovun təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Rizvan Fərəcovun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. İstintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən X19 tərəfindən imzalanmışdır. X17 heç bir mərhələdə fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, X12 25 iyul 2024-cü ildə günorta saatlarında arvadı X13 ilə birlikdə avtomobildə hərəkət edərkən saxlanılması, hər ikisinin 7-ci PB-yə aparılması, orada onun qarşısına metamfetamin qoyub üzərinə götürməsini tələb etmələri, əks halda arvadını da metamfetamin istifadəçisi kimi rəsmiləşdirəcəkləri barədə bildirdikləri doğru deyil və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. X19 25 iyul 2024-cü ildə saat 16:10-da ünvan 5 ünvanın qarşısında piyada hərəkət edərkən tək saxlanılmış və 7-ci polis bölməsinə dəvət edilmişdir. Ona heç bir mərhələdə fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-cı PB-in sahə inspektoru, polis kapitanı X20 ifadəsində şahid qismində dindirilmiş K.İ.Hüseynzadənin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 təqsirləndirilən şəxs X12 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X19 həmin tarixdə saat 18:25-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X19 25 iyul 2024-cü ildə saat 16:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov 99 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.36-38). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3834 nömrəli ekspert rəyindən görünür ki, X11 götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Fərəcov R.. (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,333 qram (cild 1, i.v.47-50). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X19 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.66-67). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X19 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 87- 88). Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçının iş otağında polis əməkdaşları, təhqiqatçı və X12 olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı vətəndaş X17 üzərinə axtarış aparılmasından öncə ona üzərində qeyri-qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub-olmamasını, varsa təqdim etməsini təklif edir. X19 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyur. Aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli maddə aşkar edilir. Aşkar olumuş maddə ilə bağlı X4 verildikdə o, həmin maddənin psixotrop maddə olan “patı” olduğunu bildirir. Bundan sonra X17 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra X12 üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir, lakin heçnə aşkarlanmır. Daha sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir (cild 1, i.v 96). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 aşkar edilib götürülmüş 0,383 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,333 qram saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, X12 üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd dvd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.97-98). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5139 nömrəli rəyindən görünür ki, X14 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.102-103). Məhkəmə təqsirləndirilən şəxs X17 istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X12 təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X12 ittiham olunduğu cinayəti törətmədiyi barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X15 şübhəli şəxs X17 təqdim edilmiş və o, hüquqlarının vəkil M.Məmmədov tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra X19 ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, R.Fərəcov müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də R.Fərəcovun hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq ondan soruşulmuş və o, müdafiəçisi E.Məmmədova onunla etdiyi söhbətlərdə bir dəfə də olsun məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmiş, bunun səbəbini izah edə bilməmişdir. Bundan başqa, iş üzrə şahid qismində keçən Kamran Hüseynzadə və Fuad Məstəliyev təqsirləndirilən şəxs R.Fərəcovun məhkəmədə verdiyi ifadəsində göstərdiklərini təkzib etmiş, onu 25 iyul 2024-cü ildə saat 16:10-da ünvan 3 ünvanın qarşısında piyada hərəkət edərkən tək saxladıqlarını, təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasına gətirdiklərini, orada onların iştirakı ilə R.Fərəcovun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış keçirilməmişdən əvvəl R.Fərəcovun könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etdiyini, sorğu-sual zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki maddənin metamfetamin olduğunu, onu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını dediyini bildirmişlər. Şahidlərin ifadələri X12 üzərinə şəxsi axtarış və götürmə aparılarkən videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd dvd formatlı diskə köçürülmüş video görüntü ilədə təsdiq olunur. Belə ki, videoya baxış keçirilərkən müəyyən edilmişdir ki, X12 üzərində şəxsi axtarış aparılarkən X17 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra X19 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymaqla könüllü təqdim etmişdir. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs X12 hərəkət trayektoriyası ilə bağlı telefon məlumatları götürülüb təhlil edilmiş, lakin onun məhkəmədə bildirdikləri təsdiqini tapmamışdır. Bundan başqa, Binəqədi RPİ-in 7-ci PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabındakı məlumatlardan görünür ki, təqsirləndirilən şəxs X12 arvadı X7 həmin PB-yə gətirilməsinə dair kitabda heç bir qeydiyyat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 arvadı X13 ilə birlikdə avtomobildə hərəkət edərkən saxlanılması və birlikdə 7-ci PB-yə gətirilmələri barədə bildirdikləri onların yoxlanılması zamanı təsdiqini tapmamışdır. X1 ifadəsinə münasibətdə məhkəmə nəzərə alır ki, o, təqsirləndirilən şəxs X12 arvadıdır və bu mənada onun ifadəsi əri X18 müdafiə etmək məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, X12 məhkumluğu yoxdur (cild 1, i.v.110- 111). Məhkəmə X12 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxs X17 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası X12 yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində X12 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X12 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5139 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, X17 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat X11 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,333 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X15 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X19 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X12 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası X12 yaşayış yeri üzrə (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, nömrəsiz fərdi ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X12 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində X12 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X12 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X12 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X17 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,333 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (altmış) manat təqsirləndirilən şəxs X11 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X9, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs X17 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-179/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-179/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver