Məhkəmə qərarları › İş №1(001)-18/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-18/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-18/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsi, dalan 9, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə saat 12:10 radələrində «B C» dərəcəli BD 035020 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyəldə olan “Chevrolet Avco” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “sedan” tipli minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində döngə 1-in qarşısında Binəqədi- Xırdalan şosesi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tədbir görməyib qarşısında yolu soldan sağa keçmək istəyən piyada 19 avqust 2013-cü il təvəllüdlü X7 avtomobilinin qabaq sol hissəsi ilə vurub-baş beyinin yumşaq qişasına, toxumasına və mədəciklərə qansızma ilə müşayət olunan sağ təpəənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sol çanaq sümüklərinin sınıqları, sağ qasıq nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sol yanaq nahiyəsinin, sağ və sol bud nahiyələrinin qançırları, sağ və sol baldır nahiyələrinin sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətlərinin vurulmasına səbəb olmaqla ehtiyatsızlıqdan sonuncunun 27 iyul 2023-cü il tarixdə hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində olmuşdur. Həmin gün saat 9-da işdən, növbədən gəlmişdir. Biraz evdə qalmış, şəxsi işi ilə bağlı saat 12-yə qalmış evdən çıxmışdır. Binəqədi-Xırdalan şosesi istiqamətində hərəkət etmişdir. “Oba” marketə az qalmış, öz sürəti saatda 40-50 olmuş, hərəkət etdiyi yer yaşayış yeri idi və sürət həddi maksimum saatda 60 olmuşdur. Piyadanın qapıdan çıxdığını görmüşdür, əks tərəfdən də maşın gəlirdi, uşaq durdu anidən soldan sağa qaçmağa başladığını görmüş və dərhal əyləci basmış və avtomobilin sükanını sağ tərəfə çəkmişdir. Avtomobilin sol ön hissəsinə piyadanın dəydiyini görmüş və dərhal əyləci basmış və avtomobilin sükanını sağ tərəfə çəkmişdir. Lakin avtomobil piyadanın üstündən keçmiş və avtomobil təxminən 2-3 metr gedib yolun sağ tərəfində olan elektrik dirəyinə dəyərək dayanmışdır. Piyadaya yaxınlaşanda onun huşsuz vəziyyətdə asfalt örtüyün üstündə uzandığını və baş nahiyəsindən qan axdığını görmüşdür. Uşağı xəstəxanaya aparmaq üçün avtomobil axtarmağa başlamışdır. Həmin vaxtı polis formasında əvvəllər tanımadığı bir şəxs avtomobilini saxlamışdır. Həmin vaxtı hadisə yerinə uşağın anası gəlmişdir. Uşağın anası avtomobilə əyləşmiş, uşağı yerdən götürüb anasının qucağına vermiş və birlikdə polis əməkdaşının avtomobilinə əyləşərək yaxınlıqda olan Dəmiryol xəstəxanasına getmişlər. Orada uşağı həkimlərə təhvil vermişlər. Həkimlər uşağı müayinə etdikdən sonra onlara uşağın öldüyünü bildirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etməsinin, ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, o, özü sürücüdür. Özünün “Man” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Ailələri beş nəfərdən ibarət olmuşdur. O, həyat yoldaşı, böyük oğlu 04 yanvar 2002-ci il təvəllüdlü Hilal Qasımov, ikinci oğlu 02 fevral 2004-cü il təvəllüdlü Cahangir Qasımov və 19 avqust 2013-cü təvəllüdlü Nuranə Qasımovadan ibarət olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X11 onun axırıncı uşağıdır. Nuranə 5-ci sinfə getməli idi. Nuranə Qubadlı rayonunun onların evə yaxın olan tam orta məktəbdə oxumuşdur. 27 iyul 2023-cü il tarixdə saat təxminən 12 radələrində ona tanımadığı mobil nömrədən zəng gəlmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim elmişdir,Elvin idarə etdiyi “Chevrolet Aveo” markalı **- AN-*** dövlət qeydiyat nişanlı avtomobil ilə evlərinin qarşısında yolu keçmək istəyən qızı Nuranəni vurmuşdur. O, tez hadisə yerinə gəlmişdir. Orada ona məlum olmuşdur ki, qızı aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Sonradan bilmişdir ki, Nuranə yaxınlıqda küçənin sağ tərəfində olan marketdən özü üçün nə isə almağa getmişdir. Küçəni keçəndə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə Nuranəni vurmuşdur. Nuranənin cəsədini Azərbaycan Respublıkası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə aparmışlar. Ekspertlər tərəfindən müayinə olunduqdan sonra onlara təhvil vermişlər. O, hadisə olandan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs onların küçəsində yaşayır. Əvvəllər nə o, nə də ailə üzvləri nə Təqsirləndirilən şəxs, nə də sonuncunun ailə üzvlərini tanımamışdır. Aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə günü işdə olmuşdur, qardaşı Elvin ona zəng edərək, təcili Biləcəri Dəmiryolu xəstəxanasına gəlməyini bildirmişdir. O da təcili işdən çıxmış, sonradan yolda birdə zəng edib, hadisəni necə olduğunu soruşmuşdur. Səsindən hiss etmişdir ki, həyəcanlıdır ama ona heçnə bildirməmişdir, ikinci dəfə zəng edəndə bildirmişdir ki, məhlədən çıxanda uşağı vurub, yanında bir xanımın ağladığını eşitmişdir. Xəstəxanaya çatmış, qardaşı onu aşağıda gözləmişdir, ona bildirmişdir ki, uşaq xəstəxanada rəhmətə gedib, ondan sonra onu polis bölməsinə aparmışlar, o da arxasınca getmişdir, sonradan xəstəxanaya qayıtmış və yas yerinə getmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində döngə 1in qarşısında Binəqədi-Xırdalan şossesi istiqamətində baş vermişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək etibarlı olan BD035020 nömrəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo minik” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli, 1192 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında lizinq müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “X22” MMCyə məxsus olan “Chverolet – Aveo” minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. xx.xx.2023-cü il tarixdə “Səhiyyə Nazirliyinin Respublika X14 Hüquqi şəxsin tərəfindən tərtib edilmiş 2/24106 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 158 saylı ekspert rəyindən görünür ki:

1. X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - Baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızına ilə müşayiət olunan sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı; - Sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması; - Sol çanaq sümüklərinin sınıqları; - Sağ qasıq nahiyəsinin, sol badır nahiyəsinin qançıları; - Sol yanaq nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ və sol badır nahiyələrinin sınıqları; Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.

2. X1 ölümünə səbəb sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur. Beləliklə, X1 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X6 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2023cü il tarixdə, saat 14:20-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

3. X1 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması və asfalt üzərində sürükləyərək üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər.

4. X1 azyaşlı olduğu üçün onun meyitindən qan nümunəsi götürülərək məhkəməkimya şöbəsinin arxivində saxlanılması üçün göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 vəfat etmiş qızı X6 hüquqi varisi qismində tanınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqdim olunmuş DVD diskə əks edilmiş görüntülər Təqsirləndirilən şəxs deməsinə görə onun tərəfindən hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində yerləşən “Oba” marketin müşahidə kameralarında qeydə alınıb. Kamera tərəfindən 27 iyul 2023-cü il tarixdə saat 12:00- dan başlayaraq qeydə alınır. Kamera görüntüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində saat 12:10-da öz hərəkət zolağı ilə hərəkətdə olan ağ rəngli “Chevrolet Aveo” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu soldan sağa keçən azyaşlı qız avtomobilin qabaq sol hissəsi ilə vurulur, qız avtomobilin altına düşür, avtomobil onun üstündən keçdikdən sonra qabaq sol tərəfi ilə sol tərəfdə olan işıq dirəyinə dəyərək dayanır. Sürücü avtomobildən düşərək asfalt örtüyün üstündə hərəkətsiz qalmış qıza yaxınlaşır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2565 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Chevrolet Aveo» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin görüntüsü olan 02 ədəd “DVD-R” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X2 Elvin Şaverən oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 Elvin Şaverən oğlunun övladlarıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/274-8/553 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş VİD-20230808-WA0048 adlı videoyazılara görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surətini tədqiq hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş VİD-20230813-WA0048 adlı videoyazıya görə piyada avtomobilin hərəkət hissəsinə doğru istiqamətini dəyişdiyi andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurduğu ana kimi 2,067 saniyə vaxt keçmişdir. Təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3-4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1629-4/937 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş VİD-20230808-WA0034 və VİD-20230808-WA0048 adlı videoyazılara görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surətini tədqiq hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş VİD- 20230813-WA0048 adlı videoyazıya görə piyada avtomobilin hərəkət hissəsinə doğru istiqamətini dəyişdiyi andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurduğu ana kimi 2,067 saniyə vaxt keçmişdir. Təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3-4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə əlavə komisyon komleks məhkəmə videotexniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025 il tarixli, 8/1629-4/937 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş VİD-20230808-WA0048 adlı videoyazıya görə azyaşlı piyada X6 tünd rəngli sedan tipli naməlum avtomobilin arxa tin hissəsindən sürücü Təqsirləndirilən şəxs hərəkət yoluna doğru çıxdığı andan, sonuncunun avtomaşını ilə vurulduğu ana qədər t=0,9 san vaxt keçmişdir. Ekspertizaya təqdim olunmuş VİD-20230813-WA0048 adlı videoyazı təkraryazma zamanı dəyişən fokuslu tərpənən yazı qurğusundan istifadə etməklə yazıldığından kadrlarda qrafik üsuldan istifadə etməklə məsafəni, bu səbəbdən də piyadanın hərəkət tempini müəyyən etmək mümkün olmamışdır. Ekpertizaya tədqim olunmuş VİD-20230808-WA0034 və VİD-20230813-WA0048 adlı videoyazılara görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surətini tədqiq hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş VİD- 20230813-WA0048 adlı videoyazıya görə piyada avtomobilin hərəkət hissəsinə doğru istiqamətini dəyişdiyi andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurduğu ana kimi 2,067 saniyə vaxt keçmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 1,5-2 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır. Təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş ilkin izahatdan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verdikdən sonra vermiş olduğu izahatında bir anda idarə etdiyi avtomobiin sol ön hissəsinə piyadanın dəydiyini gördüyünü, dərhal əyləci basdığını və avtmoilin sükanını sağ tərəfə burduğunu bildirmişdir. Piyadanı görən zaman aralarında hər hansı bir məsafənin olmadığını bildirmişdir. Lakin, məhkəmə iclasında yol-nəqliyyat hadsənin baş verdiyi disklə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində saat 12:10-da öz hərəkət zolağı ilə hərəkətdə olan ağ rəngli “Chevrolet Aveo” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu soldan sağa keçən azyaşlı qız avtomobilin qabaq sol hissəsi ilə vurulur, qız avtomobilin altına düşür, avtomobil onun üstündən keçdikdən sonra qabaq sol tərəfi ilə sol tərəfdə olan işıq dirəyinə dəyərək dayanır. Sürücü avtomobildən düşərək asfalt örtüyün üstündə hərəkətsiz qalmış qıza yaxınlaşır. Cinayət işi üzrə ibtidai istintaq dövründə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2565 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Chevrolet Aveo» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona elab edilmiş ittiham üzrə təqsirli bilmədiyindən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında yenidən ekspertiza təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/274-8/553 nömrəli ekspert rəyində təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3-4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığı və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmadığı göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1629-4/937 nömrəli ekspert rəyində təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3-4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığı və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmadığı göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə əlavə komisyon komleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025 il tarixli, 8/1629-4/937 nömrəli ekspert rəyində ekspertizaya təqdim olunmuş VİD-20230813-WA0048 adlı videoyazıya görə piyada avtomobilin hərəkət hissəsinə doğru istiqamətini dəyişdiyi andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurduğu ana kimi 2,067 saniyə vaxt keçdiyi, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın 1,5-2 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığı və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmadığı, təhlükə yaranan andan vurulmaya kimi 2,067 saniyə vaxtın keçməsi şəraitində “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Göründüyü kimi, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Masallı RİHB-nın Ərkivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hal-hazıra kimi şikayət və təqsirləndirici material daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 Elvin Şaverən oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin görüntüsü olan 02 ədəd “DVD-R” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin görüntüsü olan 02 ədəd “DVD- R” formatlı disk iş materiallarında saxlanılmalı və “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 735 (yeddi yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin görüntüsü olan 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın və “Chevrolet Aveo” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 735 (yeddi yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar