Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-180/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəmisinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, işləməyən,ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəllərində Masallı rayonunda naməlum vaxt və şəraitdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 73,16 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 0,861 qram çəkidə narkotik vasitə tiryəki, əldə edib Bakı şəhərində yaşadığı ünvana daşıyaraq orada saxlamış, qanunsuz əldə etdiyi qurudulmuş marixuananı satmaq məqsədi ilə 42 ədəd kağız bükümlərə bölmüş və 11 avqust 2023-cü il tarixdə narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə tiryəki üzərində saxlayıb daşıyarkən həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanın qarşısında saxlanılaraq, ünvan 5erləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 14:30-da üzərinə şəxsi axtarış keçirilərkən sol əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 02 ədəd elektron tərəzi, 1 ədəd şəffaf rəngli sellofan torbada içərisində təmiz çəkisi 56,92 qram və 3 ədəd qızılı, 2 ədəd gümüşü, 37 ədəd ağ rəngli bükümlərdə cəmi 42 ədəd bükümdə olmaqla, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram; 0,35qram; 0,43 qram; 0,35 qram; 0,35 qram; 0,39 qram; 0,47 qram; 0,36 qram; 0,44 qram; 0,41 qram; 0,36 qram; 0,41 qram; 0,36 qram; 0,40 qram; 0,37 qram; 0,45 qram; 0,32 qram; 0,32 qram; 0,45 qram; 0,38 qram; 0,45 qram; 0,39 qram; 0,37 qram; 0,39 qram; 0,37 qram; 0,40 qram; 0,36 qram; 0,42 qram; 0,40 qram; 0,38 qram; 0,41 qram; 0,41qram; 0,45 qram; 0,36 qram; 0,26 qram; 0,33 qram; 0,33 qram 0,41 qram; 0,43 qram; 0,46 qram; 0,31 qram; 0,31 qram ümumilikdə təmiz çəkisi 16,24 qram olan narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə marixuananın yerləşdirilməsi üçün hazırlanmış 12 ədəd ağ rəngli kağız kəsiyi və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,861 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitəni satmaq məqsədilə deyil, istifadə etmək məqsədilə əldə etmişdir.Belə ki, o, təxminən 15 ildir ki, narkotik vasitə marixuna istifadə edir, əvvəllər AR CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur, azadlıqda olduğu ərəfədə faktiki olaraq heç bir işlə məşğul olmur, 11 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində yaşadığı ünvan 7 ünvanın qarşısında olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək onu polis bölməsinə dəvət etmişlər, polis bölməsində olduğu zaman könüllü olaraq üzərində saxladığı narkotik vasitələri təqdim etmiş, polis bölməsində üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı özünə məxsus içərisində 2 ədəd elektron tərəzi, 37 ədəd ağ kağıza bükülmüş bükümdə, 3 ədəd qızılı kağıza bükülmüş bükümdə, 2 ədəd gümüşü kağıza bükülmüş bükümdə narkotik vasitə hesab edilən marixuana, şəffaf rəngli sellofanda içərisində 12 ədəd büküm üçün hazırlanmış ağ rəngli kağız, narkotik vasitə hesab edilən bükülməmiş şəkildə marixuana və 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən tiryək olan ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin narkotik vasitələr özünə məxsus olmasını onu yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kolu dibçəyindən yığdığını bildirsə də, sonradan bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaları və tiryəki 5 ay bundan öncə, yəni 2023-cü ilin mart ayının əvvəllərində Masallı rayonunda olan zaman adını və anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün pay olaraq almışdır.Bundan sonra yaşadığı evdə öz şəxsi istifadəsi üçün əkib qulluq etdiyi 1 ədəd dibçəkdə çətənə bitkisi olduğunu polis əməkdaşlarına bildirmiş, evinin həyətində əkdiyi çətənə kolunun toxumlarını da məhz həmin vaxt əldə etdiyi marixuananın içərisindən çıxmış toxumlardan əldə etmiş, bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 8 ünvanına baxış keçirilmiş, baxış zamanı evində öz istifadəsi üçün 1 ədəd dibçəkdə təxminən 165 sm hündürlükdəki çətənə kolunu təqdim etmiş, o, öz əkdiyi narkotik vasitə qurudulmuş marixuanadan bir neçə tanışlarına pay olaraq da vermişdir və özü istifadə etmişdir, lakin heç kimə satmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə ilə, yəni özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmyan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzirdirməsi barədə Binəqədi RPİ-yə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə onun və PB-nin sahə rəisi Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 9 ünvanın yaxınlığında saxlanılmış, özlərini təqdim edərək Rasim Məlikova narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmasında şübhəli bilindiyindən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dəvət etmişlər, polis Bölməsində olan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz olaraq daşıdığı narkotik vasitə vardır, bölmənin inzibati binasının xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı ona bildirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, sonra müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan paketin içərisindəki əşyaları təqdim etmiş, belə ki, 2 ədəd elektron tərəzini, 37 ədəd ağ rəngli, 3 ədəd qızılı rəngli, 2 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri təqdim etmiş, 12 ədəd narkotik vasitələri bükümlərə yığmaq üçün hazırlanmış ağ rəngli kağız kəsikləri aşkar edilmiş, bundan başqa 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə tiryək hesab edilən maddə aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı üzərindən götürlən narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsində 1 ədəd dibçəkdə əkdiyi çətənə kolundan əldə etdiyini və həmin çətənə kolunu hal-hazırda da yaşadığı evdə saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr müvafiq rəy alınması üçün möhürlənərək götürülmüş, bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 9 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində özü üçün sonradan taxta materialdan düzəltdiyi otağa daxil olub içəridən 1 ədəd dibçəyi çıxarıb təqdim etmiş, həmin dibçəkdəki çətənə kolunu öz istifadə üçün 3 ay əvvəl əkdiyini bildirmiş, qeyd olunan dibçək möhürlənərək müvafiq rəy alınması üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun vəkilinin müdafiə çıxışını, şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, iş materiallarını, ekspertizanın rəylərini araşdırıb və subutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2023-cü il tarixli, 6/4326 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, Məlikzadə (imza) yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,861 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2023-cü il tarixli, 7/1153 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Məlikzadə.....” yazılar və imzalar olan kağız paketdə 1 ədəd sellofan torbada təmiz çəkisi 56,92 qram və həmin paketdə 42 ədəd kağız bükümlərdə (3 ədəd qızılı, 2 ədəd gümüşü, 37 ədəd ağ rəngli), ümumi çəkisi 16,24 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır.Təqdim olunmuş 1 ədəd sellofan torbada və 42 ədəd kağız bükümlərdə olan marixuanaların ümumi çəkisi-73,16 qramdır.Tədqiqata təqdim olunmuş dibçəkdə yaş vəziyyətdə, 1 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir.Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 7/1452 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-nə məxsus qəhvəyi rəngli kağız paketdə üzərində “Məlikzadə....” və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbada, həmin paketdə 42 ədəd kağız bükümlərdə (3 ədəd qızı, 2 ədəd gümüşü, 37 ədəd ağ rəngli bükümlər) olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 7/1492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş polietilen paketdə olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur.Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş, MEMnə məxsus qəhvəyi rəngli kağız paketdə üzərində “Məlikzadə....” yazılar və imzalar olan kağız paketdə 1 ədəd sellofan torbada olan marixuananın təmiz çəkisi 42 ədəd kağız bükümlərdə (37 ədəd ağ rəngli, 3 ədəd qızılı, 2 ədəd gümüşü rəngli) olan marixuanaların, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,43 qram; 0,31qram; 0,39 qram; 0,31 qram; 0,31 qram; 0,35 qram; 0,43 qram; 0,32 qram; 0,40 qram; 0,37 qram; 0,32 qram; 0,37 qram; 0,32 qram; 0,36 qram; 0,33 qram; 0,41 qram; 0,28 qram; 0,28 qram; 0,41 qram; 0,34 qram; 0,41 qram; 0,35 qram; 0,33 qram; 0,35 qram; 0,33 qram; 0,36 qram; 0,32 qram; 0,38 qram; 0,36 qram; 0,34 qram; 0,37 qram; 0,37qram; 0,41 qram; 0,32 qram; 0,22 qram; 0,29 qram; 0,29qram; 0,37 qram; 0,39 qram; 0,42 qram; 0,27 qram; 0,27 qram, ümumi çəkisi 14, 56 qramdır. Təqdim olunmuş 1 ədəd sellofan torbada və 42 ədəd kağız bükümlərdə olan marixuanalrın ümumi çəkisi-71,44 qramdır. İş materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 12 sentyabr 2023-cü il tarixli, 5854 №-li rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkmaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəmisinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləlikdə də, məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. İş materiallarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd elektron tərəzi, ümumi çəkisi 73,16 qram narkotik vasitə qurudulmuş marixuana və 0,861 qram narkotik vasitə tiryək və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd və evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk, narkotik vasitə marixuananın yerləşdirilməsi üçün hazırlanmış 12 ədəd ağ rəngli kağız kəsiyi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış ümumi çəkisi 71,44 qram təşkil edən qurudulmuş marixuana, 0,811 qram narkoti vasitə tiryək, iş üzrə maddi sübut kimi tanınmamış 01 ədəd dibçəkdə çətənə kolu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanmasından ötrü Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd və evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd “CD” disklərin cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadəsi, ekspert rəyləri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi, özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, onun üzərindən aşkar edilmiş ümumi çəkisi 73,16 qram narkotik vasitə qurudulmuş marixuana və 0,861 qram narkotik vasitə tiryəki özünün istifadəsi üçün üzərində saxlaması inandırıcı deyil, çünki, həmin narkotik və psixotrop maddələri bir dəfəyə qəbul etmək mümkün deyildir, həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs onları ayrı-ayrı hissələrə bölməklə onları satmaq üçün hazır vəziyyətə gətirmişdir və bunun üçün tərəzidən də istifadə etmişdir.Buna görə də onun göstərdiyi dəlillər toplanmış sübutların məcmusu ilə təsdiq olunmadığından, özünü müdafiə kimi qiymətləndirilir və cinayət işinin materialları ilə təkzib olunur.Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsikarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlaması üçün avadanlığın (məsələn tərəzinin olması) olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsı cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.2-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il, saat 13.00-dan 12 avqust 2023-cü il, saat 12.30-dək tutulduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Lətif Cənnətov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə saat 13.00-da tutulmuşdur. Həmçinin, iş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 12 avqust 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 12.30 tarixdə Binəqədi RPİ-nin X5 azad edilmişdir.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-864/2023 saylı, 14 avqust 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində «həbs» qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəlinin 14 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin yenidən tutulduğu vaxtdan, yəni 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan tiryəkin 0,811 qram və marixuananın 71, 44 qram olan qalığı və 2 ədəd elektron tərəzi məhv edilməli və iş üzrə maddi sübut 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 330 manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan tiryəkin 0,811 qram və marixuananın 72, 30 qram olan qalığı və 2 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 80 (səksən) saat hüquqi xidmətin dəyəri 480 (dörd yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/h AZ37NABZ********************S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB******************** , VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-180/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-180/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver